Məhkəmə qərarları › İş №1-1(102)-39/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-39/2025

22.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-39/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X7 və Məhkum2 müdafiəçisi Əmiraslanova Zəribə Məmməd qızının i ştirakları ilə, Füzuli Hərbi Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 329.2.1 və 329.3-cü maddələri ilə, Məhkum2 isə CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2024-cü il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Süleymanov Əli Ziya oğlu (sədrlik edən və məruzəçi), Ağamirzəyev Fəxrəddin Mansur oğlu və Nəcəfov Əmrah Bəzməddin oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 2000 -ci il tarixdə Quba rayonunun İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin 1-ci minaatan batareyasının 2ci minaatan tağımının komandiri vəzifəsində “gizir” hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuş, Quba rayonunun İİ Nügədi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, CM-in 329.2.1və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 329.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-in 329.3-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum2, xx xxxxxx 1994-cü il tarixdə Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin 1-ci minaatan batareyasının atəş dəstək qrupunun komandiri vəzifəsində “gizir” hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuş, Yevlax rayonunun Malbinəsi kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 329.2.1 və 329.2.6-cı maddələri ilə 2 (iki) il müddətə, CM-in 329.3-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yo lu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 Müdafiə Nazirliyinin "N” nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının 2-ci tağımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində minaatan üçün mövqelərin qazılması zamanı komandiri olduğu tağımın 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 əvvəlcədən icazə alıb onun mobil telefonundan atasına zəng edərək danışmışdır. B ir qədər sonra gizir Məhkum1 əsgər Zərərçəkmiş şəxs2 atası ilə danışığı bitirsə də, telefonu bir müddət özündə saxladığını və onu gec qaytardığını görüb bundan qəzəblənmiş və rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə, buna görə öz mülahizəsinə görə sonuncunu «cəzalandırmaq», eləcə də tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş «Komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, onların qayğılarına qalmalı, kobudluq və onların ləyaqətini alçalda biləcək hərəkətlər etməməli, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalı, hərbi intizamın yüksək səviyyədə olmasını təmin etməli, şəxsi heyətin hərbi intizama riayət etmələrinə və xidməti düzgün yerinə yetirmələrinə diqqət yetirməlidir» tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs2 nalayiq sözlərlə təhqir etmiş, daha sonra isə telefonu tez gətirib ona verməsini tələb edib, sonuncunun üz və baş nahiyəsinə iki sillə zərbəsi vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, axşam saatlarında xidmət etdiyi batare yanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L42» adlandırılan döyüş mövqeyindəki minaatanların quraşdırıldığı yerdə tabeliyindəki əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirib bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, heç bir səbəb olmadan komandiri olduğu tağımın 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə iki sillə zərbəsi vuraraq, təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 13 oktyabr 2022-ci il tarixdə axşam saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş sığınacağının qarşısında komandiri olduğu tağımın 4-cü minaatanının heyət nəfəri, əsgər X12 yeməyi vaxtında hazırlamadığından qəzəblənib buna görə onu öz mülahizəsinə görə «cəzalandırmaq» və bununla tabeliyindəki əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq, təkrarən rəis olmaqla hərbi xid mət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, Məhkum1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 14 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L42» adlandırılan döyüş mövqeyinin əsgər sığınacağında olarkən, 12 oktyabr 2022-ci il tarixdən həmin döyüş mövqeyində xidmətə başlamış, komandiri olduğu tağımın 5-ci minaatanının heyət nəfəri, əsgər X8 «Get çöldən bir baçok su gətir, çaydanı doldurub qoyarıq qaynasın çay içək» deyərək, su gətirməsini tapşırmışdır. Bu zaman əsgər X7 onun dediyi sözləri başa düşmədiyi üçün «Komandir, nə lazımdır gə tirim?» deyərək sual vermiş və onun sualından qəzəblənmiş gizir Məhkum1, öz mülahizəsinə görə yeni gəlmiş əsgəri «yol verdiyi nöqsana görə cəzalandırmaq» və bununla tabeliyindəki əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozub, digər əsgərlərin yanında «Buna bax, təzə gəlib, özünü qoyub peysərliyə» deyərək, əsgər X4 ünvanına əsgərlər arasında şərəfsiz, ləyaqətsiz və söyülən bütün söyüşləri özünə qəbul edən şəxs anlamında ən ağır təhqir sayılan «peysər» ifadəsini işlədib onun şərəf və ləyaqətini alçaltmış, daha sonra isə sonuncunun sifət nahiyəsinə qüvvətli sillə zərbəsi vuraraq, təkrarən rəis olma qla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan əlavə o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 15 oktyabr 2022-ci il tarixdə, saat 12:45 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L42» adlandırılan döyüş mövqeyinin ərzaq anbarının qarşısında komandiri olduğu tağımın 5-ci minaatanının heyət nəfəri, əsgər X7a yaxınlaşmış və heç bir səbəb olmadan, tabeliyindəki əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirib onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı ma ddələrində göstərilmiş tələbləri pozaraq, əsgər X4 sifətinə bir sillə zərbəsi vurub ona döyüş növbətçiliyinin aparılması cədvəlinə əsasən təyin olunduğu döyüş növbəsinə çıxmasını tapşırmışdır. Bundan sonra əsgər X7 ona təhkim edilmiş avtomat silahı götürmək məqsədi ilə sığınacağa daxil olmuş və oradan qayıtdıqdan sonra, gizir Məhkum1 onun gec qayıtdığını bildirib bundan qəzəblənərək, ərzaq anbarının qarşısında yenidən əsgər X4 sifət nahiyəsinə iki sillə zərbəsi vurub ona sağlamlığa zərər vurmadığına görə ağırlıq dərəcəsi təyin olunmayan «Sol qaşaltı nahiyənin yarası» xəsarətini yetirərək, təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan sonra əsgər X7, 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci tarixədək olan 2 (iki) gün ərzində müxtəlif vaxtlarda yenicə xidmətə təyin olunduğu döyüş mövqeyində gizir Məhkum1, eləcə də həmin batareyanın atəş dəstək qrupunun komandiri, gizir Məhkum2 tərəfindən heç bir səbəb olmadan şərəf və ləyaqətinin alçaldılaraq təhqir olunması, eləcə də ona qarşı fiziki zorakılığa yol verilməsindən bezib hərbi xidmət və əsgəri həyat tərzi haqqında olan təsəvvürləri, düşüncələri və sosial gözləmələri ilə real xidməti zamanı düşdüyü şəraiti arasında gördüyü uyğunsuzluqlar səbəbindən emosional halında müəyyən dəyişikliklər baş verməklə, pərt olaraq buna görə özünü şəxsi heyət arasında alçaldılmış hiss etmiş, bu səbəbdən onun narazılıq hissi kəskin şəkildə artaraq dözüm-iradi səviyyəsini üstələmiş, onun şüurunun dəyişm əsinə neqativ təsir göstərib onun şəxsi əhəmiyyət kəsb edən münasibətlərinə ciddi psixi «zədə» vurmuş və bu şərait «sakit, söyüş qəbul etməyən, ədalətli, hörmətli olan, dalaşqan olmayan, söyüş və təhqirlərdən çox sarsılan, ağır söyüşləri qəbul edə bilməyən» keyfiyyətlərə malik olan, həmin halları özünə dərd etdiyi hiss olunan, pərt, kefsiz, qanıqara və əsəbi görünən, «Burada sıxılıram, niyə bu qədər söyüş söyürlər, hara düşmüşəm» deyərək gileylənən əsgər X4 idrak proseslərinin strukturunda, ilk növbədə qavrayışının mütəşəkkiliyində, təfəkkürünün təhlil və tərkib proseslərində əhəmiyyətli dərəcədə dəyişikliklər əmələ gəlmiş və o, qarşılaşdığı şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək, ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan frustrasiya, yəni insanın q arşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması vəziyyətində 15 oktyabr 2022-cı il tarixdə, saat 13:40 radələrində döyüş növbəsində olarkən, xidməti istifadəsinə verilmiş, xidmət etdiyi batareyaya məxsus «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibirli, «AKM» markalı, İK 3170 №-li avtomat silahın lüləsini çənəaltı nahiyəsinə dirəyib bu vəziyyətdə bir atəş açaraq özünə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Çənəaltı nahiyədən girib aşağıdan yuxarı, nisbətən sağdan sola istiqamətlənərək sol təpə nahiyəsindən çıxan, gedişi boyunca üz skleti, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş-beyin toxumasının əzilib dağılması ilə nəticələnmiş başın bir ədəd d əlib keçən odlu silah güllə yaralanması» xəsarətini yetirmiş və həmin xəsarətlərdən hadisə yerində ölmüş, bununla da Məhkum1 təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Məhkum2 Müdafiə Nazirliyinin «N» nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının atəş dəstək qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında xidmət etdiyi batareyanın 2-ci minaatan tağımının Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən bölməsinin sığınacağının qarşısında həmin tağımın 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 sığınacaqda quraşdırılm ış sobanın altını gec qaladığını aşkar edib bundan qəzəblənərək, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş «Komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, onların qayğılarına qalmalı, kobudluq və onların ləyaqətini alçalda biləcək hərəkətlər etməməli, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmalı, hərbi intizamın yüksək səviyyədə olmasını təmin etməli, şəxsi heyətin hərbi intizama riayət etmələrinə və xidməti düzgün yerinə yetirmələrinə diqqət yetirməlidir» tələbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə yumruqla bir zərbə və təpiklə sol ayaq nahiyəsinə bir zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin sentyabr ayının ortalarında günorta saatlarında xidmət etdiyi batareyanın 2-ci minaatan tağımının Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən bölməsinin sığınacağının qarşısında həmin tağımın 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 istədiyi çayı gec gətirməsindən qəzəblənib bunu bəhanə ed ərək, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozub, əsgər Zərərçəkmiş şəxs2 sol sifət nahiyəsinə təpiklə bir zərbə vuraraq, təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, Məhkum2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında xidmət etdiyi batareyanın şəxsi heyəti Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti ol araq «L-42» adlandırılan döyüş mövqeyindəki əsgər yataqxanasının kənarına odunların yığılması ilə məşğul olduğu vaxt, həmin batareyanın 2-ci minaatan tağımının 4-cü minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs1 kənarda dayanıb siqaret çəkdiyini görüb sonuncunun işdən yayındığını zənn etmiş və bundan qəzəblənərək, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşaraq ona «Niyə işləmirsən?» deyib sual vermiş və cavab gözləmədən, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, sonuncunu n sağ qoluna bir sillə zərbəsi vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində həmin batareyanın 2-ci minaatan tağımının 4-cü minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs1 bir qədər öncə minaatanların quraşdırıldığı yerdə minaatan mərmilərinin üzərinə selofanın çəkilməsi, onların üzərinə isə torpağın tökülməsinə dair verdiyi tapşırığını natamam yerinə yetirdi yini görüb bundan qəzəblənmiş və rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, döyüş mövqeyinin ayaqyolunun yanında əsgər Zərərçəkmiş şəxs1 baş nahiyəsinə bir sillə zərbəsi vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, Məhkum2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllər ində, günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin sığınacağının damına çıxaraq orada anten naqilinin skoçla həddindən artıq bərk sarındığını görüb bundan qəzəblənmiş və həmin naqili sarımış həmin batareyanın 2-ci minaatan tağımının 6-cı minaatanının sürücüsü, əsgər Zərərçəkmiş şəxs5 sığınacağın qarşısında yanına çağırıb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tə ləbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs5 qarın nahiyəsinə yumruqla iki zərbə vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, saat 12 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində həmin batareyanın 2-ci minaatan tağımının 4-cü minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs1 postda minaatan mövqeyi düzəltməyi tapşırmış və sonuncu təxminən yarım saat işlədikdən sonra yorğunluğunu çıxartmaq üçün kənarda oturub istirah ət etməyə başlamışdır. Bu zaman bunu görən Məhkum2 onun işdən boyun qaçırdığı qənaətinə gəlib bundan qəzəblənmiş və rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib qanuni tədbirlər görmək əvəzinə, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, nalayiq ifadələrlə onun işdən boyun qaçırdığını deyib buna görə öz etirazını bildirmiş, daha sonra isə əsgər Zərərçəkmiş şəxs1 sifətinə üç-dörd sillə zərbəsi və qarnına yumruqla iki zərbə vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, Məhkum2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində, axşam saat 19 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisində yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində həmin batareyanın 2-ci tağımının 6-cı minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 döyüş növbətçiliyini təhvil verib üzərində olan əşyaları dəyişməklə tez yeni növbətçiyə təhvil vermək istədiyini görüb bundan qəzəblənərək «Niyə növbətçi gəlməmiş əynindəkiləri çıxarırsan» deyərək onu tənbeh etmiş, daha sonra isə öz mülahizəsinə görə buna görə sonuncunu «cəzalandırmaq», eləcə də tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş et dirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, heç bir səbəb olmadan qanunsuz olaraq əsgər Zərərçəkmiş şəxs2 «Döyüşə» komandası verib onu təxminən 10 (on) dəqiqə ərzində yerdə süründürüb sonuncuya güclü fiziki ağrı və mənəvi iztirablar yetirib əzab verərək, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən və işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 14 oktyabr 2022-ci il tarixdə günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun ərazisi ndə yerləşən Kiçik İşıqlı dağının ətəyində yerləşdirilmiş, şərti olaraq «L- 42» adlandırılan döyüş mövqeyinin sığınacağının qarşısında 12 oktyabr 2022-ci il tarixdən həmin döyüş mövqeyində xidmətə başlamış, xidmət etdiyi batareyanın 2-ci tağımının 5-ci minaatanının heyət nəfəri, əsgər X4 orada dayanıb siqaret çəkdiyini görərək, heç bir səbəb olmadan, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozaraq, digər əsgərlərin yanında üzünü əsgər X7a tərəf tutub «Əsgərə bax, üzündən qəhbəlik yağır» deyib onu təhqir etmiş, daha sonra isə onun sinə nahiyəsinə yumruqla bir zərbə vur ub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan sonra əsgər X7, 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci tarixədək olan 2 (iki) gün ərzində müxtəlif vaxtlarda yenicə xidmətə təyin olunduğu döyüş mövqeyində gizir Məhkum2, eləcə də həmin batareyanın 2-ci tağımının komandiri, gizir Məhkum1 tərəfindən heç bir səbəb olmadan şərəf və ləyaqətinin alçaldılaraq təhqir olunması, eləcə də ona qarşı fiziki zorakılığa yol verilməsindən bezib hərbi xidmət və əsgəri həyat tərzi haqqında olan təsəvvürləri, düşüncələri və sosial gözləmələri ilə real xidməti zamanı düşdüyü şəraiti arasında gördüyü uyğunsuzluqlar səbəbindən emosional halında müəyyən dəyişiklikl ər baş verməklə, pərt olaraq buna görə özünü şəxsi heyət arasında alçaldılmış hiss etmiş, bu səbəbdən onun narazılıq hissi kəskin şəkildə artaraq dözüm-iradi səviyyəsini üstələmiş, onun şüurunun dəyişməsinə neqativ təsir göstərib onun şəxsi əhəmiyyət kəsb edən münasibətlərinə ciddi psixi «zədə» vurmuş və bu şərait «sakit, söyüş qəbul etməyən, ədalətli, hörmətli olan, dalaşqan olmayan, söyüş və təhqirlərdən çox sarsılan, ağır söyüşləri qəbul edə bilməyən» keyfiyyətlərə malik olan, həmin halları özünə dərd etdiyi hiss olunan, pərt, kefsiz, qanıqara və əsəbi görünən, «Burada sıxılıram, niyə bu qədər söyüş söyürlər, hara düşmüşəm» deyərək gileylənən əsgər X4 idrak proseslərinin strukturunda, ilk növbədə qavrayışının mütəşəkkiliyində, təfəkkürünün təhlil və tərkib proseslərində əhəmiyyətli dərə cədə dəyişikliklər əmələ gəlmiş və o, qarşılaşdığı şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək, ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan frustrasiya, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması vəziyyətində 15 oktyabr 2022-cı il tarixdə, saat 13:40 radələrində döyüş növbəsində olarkən, xidməti istifadəsinə verilmiş, xidmət etdiyi batareyaya məxsus «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibirli, «AKM» markalı, İK 3170 №-li avtomat silahın lüləsini çənəaltı nahiyəsinə dirəyib bu vəziyyətdə bir atəş açaraq özünə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Çənəaltı nahiyədən girib aşağıdan yuxarı, nisbətən sağdan sola istiqamətlən ərək sol təpə nahiyəsindən çıxan, gedişi boyunca üz skleti, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş-beyin toxumasının əzilib dağılması ilə nəticələnmiş başın bir ədəd dəlib keçən odlu silah güllə yaralanması» xəsarətini yetirmiş və həmin xəsarətlərdən hadisə yerində ölmüş, bununla da Məhkum2 təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə Məhkum2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 28 oktyabr 2022-ci il tarixdə saat 10-11 radələrində xidmət etdiyi batareyanın 2-ci minaatan tağımının Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən bölməsinin sığınacağının yeməkxa nasının qarşısında həmin batareyanın 2-ci minaatan tağımının 5-ci minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs3 Mübariz oğlunu, eləcə də əsgərlər Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 sıraya düzüb əsgər Zərərçəkmiş şəxs3 hansı səbəbdən Qubadlı hərbi prokurorluğunda əsgər X4 özünü öldürməsi faktına görə istintaq olunan cinayət işi üzrə istintaq zamanı onun əleyhinə ifadə verib əsgərlərə qarşı yol verdiyi qanunsuz əməllər barədə məlumat verərək onu «satdığını» soruşub buna görə öz narazılığını bildirmiş, daha sonra isə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 46, 47, 48, 50, 51, 129 və 130-cı maddələrində göstərilmiş tələbləri pozara q, əsgər Zərərçəkmiş şəxs3 sifət nahiyəsinə möhkəm bir sillə zərbəsi vurub təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Füzuli Hərbi Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmündən Məhkum1 və onun müdafiəçisi İmanov Fayiq Zülfüqar oğlu, Məhkum2 və onun müdafiəçisi Məmmədov Fazil Bala oğlu, zərər çəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə) 4 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şi kayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2024-cü il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi X7 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək hər iki müraciətində həmin qərarın ləğv edilməsini, hazırki iş üzrə məhkum olunmuş şəxslərə isə ağır cəzaların təyin edilməsi və ədalətli araşdırmanın aparılması üçün cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya müraciətlərində Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə, cəza təyin etmənin əsasları, şərtləri və prinsipləri təsbit edilmiş CM-in müvafiq maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına və qəbul edilmi ş yekun məhkəmə aktlarına istinad edən zərər çəkmiş şəxsin hüquqi varisi X7 həmin müraciətlərini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadələrinə görə, o, ibtidai istintaq zamanı verdiyi ifadələri həyəcanlı halda vermiş, həmçinin müstəntiq ona qarşı psixi təzyiq göstərmiş, həmin təzyiq silaha münasibətdə olmuş, bununla da təqsirləndirilən şəxslərin ona qarşı fiziki zor tətbiq etməmələri ilə bağlı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, X4 adına heç bir silah qeydə alınmamış, hadisə vaxtı sonuncunun istifadə etdiyi silah ona təhkim olunmuşdur. Hadisə 15 oktyabr 2022-ci il tarixdə baş vermiş, lakin X4 adına silah 17 oktyabr 2022-ci il tarixdə qeydə alınmış, bu hal digə r şahidlərin ifadələri ilə də təsdiq olunmuş, lakin bu hallar nə ibtidai istintaq zamanı, nə də məhkəmə iclasında ədalətli araşdırılmamışdır. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, oğlu X4 psixi durumu normal olmuş və buna görə o, oğlunun özünü intihar etməsinə inanmır, lakin bununla belə məhkum olunmuş şəxslərə təyin edilmiş cəzalar həddindən artıq yüngüldür. Odur ki, qeyd olunanları nəzərə alaraq zərər çəkmiş şəxsin hüquqi varisi X7 apellyasiya instansiyası məhkəməsinin 4 noyabr 2024-cü il tarixli qərarının ləğv edilərək məhkumlar Məhkum1 və Məhkum2 ağır cəzaların təyin edilməsi və cinayət işi üzrə ədalətli araşdırmanın aparılması üçün işin yeni apellyasiya baxışına təyin olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya müraciətlərinə baxılmasının vaxtı və yeri haqqınd a cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, məhkumlar Məhkum1 və Məhkum2 isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və ona edilmiş əlavəyə adları çəkilən zərər çəkmiş şəxslərin və məhkumlar Məhkum1 və Məhkum2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qəra rına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya müraciətlərinin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin müəllifi X7 əsasən məhkumlar Məhkum1 və Məhkum2 yüngül cəzaların təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CP M-in 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisi X4 kassasiya şikayətini və həmin şikayətə edilmiş əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hö km və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilmə si əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciətlərində məhkumlar Məhkum1 və Məhkum2 cəzasının ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin isə yeni apellyasiya baxışına təyin olunması barədə dəlillərə və bu dəlillər üzərində qurulmuş tələblərə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusun a yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, o cümlədən zərər çəkmiş şəxsin hüquqi varisi X4, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, müəyyən istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumlar Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri, Məhkum1 əməllərinin CM-in 329.2.1 və 329.3-cü maddələri ilə, Məhkum2 əməllərinin isə CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə tövsif edilməsi, bu maddələrlə onların təqsirli bilinərək cəzalandırılmaları haqda qənaətə gəlmişlər. Kassasiya müraciətlərinin məzmunlarından görünür ki, adları çəkilən məhkumların təqsirli bilindikləri əməllər üzrə sübutların tam və hərtərəfli araşdırılması, Məhkum1 və Məhkum2 təqsirlərinin sübuta yetirilməsi və onların əməllərinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən mübahisələndirilmir və buna görə də, məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görməyərək kassasiya şikayətinin və həmin şikayətə edilmiş əlavənin dəlillərinə cavab verilməsi üçün ilk növbədə qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə məhkumların təqsirli bilindikləri CM-in 329.2.1 və 329.2.6-cı maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 329.3-cü maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum1 və Məhkum2 barələrində seçilmiş cinayət-hüquqi xarakterli tədbirlərin həddindən artıq yüngül olmasına dair kassasiya müraciətlərində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və məhkumlara həm təqsirli bilindikləri ayrı-ayrı maddələrlə, həm də CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların, hər birisinə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri -insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insan i, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hiss əsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və i ctimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin etməyə dair hissədə məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin ol unmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cə zanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, süb utlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətb iq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları isla h etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habe lə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliy inin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə dur malıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində va hid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəs i isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəm ələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumların barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq onlar tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, Məhkum1 və Məhkum2 Vətən Müharibəsində iştirak edərək medallarla təltif olunmalarını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmələrini, habelə Məhkum2 ilk dəfə cinayət törətməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində, həmç inin CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab edilməsində heç bir qanun pozuntusu görmür, çünki buna CM-in 59.2-ci maddəsinin tələbləri imkan verir, digər tərəfdən isə qanunun tələb etdiyi kimi, bu hallar işdə olan sübutlara əsasən müəyyən edilmişdir (CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum1 və Məhkum2 cəza təyini ilə bağlı gəldikləri bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Kassasiya müraciətlərində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd et məyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən olunmuş faktiki hallarından çıxış edən apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Məhkum1 və Məhkum2 təyin edilmiş cəzaların qanuni və ədalətli olmasını hesab edərək həmin cəzaların ağırlaşdırılmasını mümkün bilməmiş və bu zaman cinayət qanu nu normalarının tələblərinin pozulmasına yol verməmişdir. Məhkəmə kollegiyası ona da diqqət yetirməyi vacib sayır ki, cinayət işinin materiallarına əsasən, işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə etmiş prokuror Dövlət ittihamçısı həmin məhkəmənin məhkəmə iclasında söylədiyi yekun nitqində Məhkum1 CM-in 329.2.1və 329.3-cü maddələri ilə təqsirli bilinməsi və ona CM-in 329.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-in 329.3-cü maddəsi ilə 6 (altı) il müddətə, Məhkum2 isə CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə təqsirli bilinməsi və ona CM-in 329.2.1 və 329.2.6-cı maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 329.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, hər iki məhkuma CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən topla maq yolu ilə qəti olaraq Məhkum1 6 (altı) il 6 (altı) ay müddətə, Məhkum2 isə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini təklif etmiş, birinci instansiya məhkəməsi də yuxarıda göstərilən hallarla yanaşı, dövlət ittihamçısının bu təklifini də nəzərə almış və adı çəkilə məhkumlara müvafiq cəzalar təyin edərkən ədalətsizliyiə və qanunsuzluğa yol verməmişdir. Bütün göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 açıq-aşkar yüngül cəzaların təyin edilməsi və həmin cəzaların ağırlaşdırılmalı olması barədə kassasiya müraciətlərinin dəlilləri ilə razılaşmır və onların barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək həmin müraciətlərin təmin edilməsini mümkün bilmir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə edilmiş əlavənin təmin edilməsi barədə zərər çəkmiş şəxsin hüquqi varisi X4, həmin müraciətlərin təmin edilməməsi barədə isə Məhkum2 müdafiəçisi Z.M.Əmiraslanovanın və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, zərər çəkmiş şəxsin hüquqi varisi X4 kassasiya şikayəti və ona edilmiş əlavəsi təmin edilməməli, Məhkum1 CM-in 329.2.1və 329.3-cü maddələri ilə, Məhkum2 isə CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2024-cü il tarixli qərarı isə kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmə dən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərər çəkmiş şəxsin hüquqi varisi X4 kassasiya şikayəti və kassasiya şikayətinə əlavəsi təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1və 329.3-cü maddələri ilə, Məhkum2 isə CM-in 329.2.1, 329.2.6 və 329.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2024-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar