Məhkəmə qərarları › İş №1-1(102)-4/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-4/2021

06.04.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-4/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X14 qızı, Məhkum, Müdafiəçi – Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Əliyev Mehman Qardaşxan oğlunun iştirakları ilə Tərtər Hərbi Məhkəməsinin 28 iyun 2018 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Sarıyev) 01 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali tibb təhsilli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, bina 5, mənzil 19-da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsində nə zərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi K.V.Əliyev tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər Ç.B.Məmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 04 sentyabr 2018-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLAR İ: Tərtər Hərbi Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2016-cı ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmış, 11 oktyabr 2016-cı il tarixdən gənc əsgər qismində Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü MAT-ın, 8-ci MABda xidmət edən X3 14 oktyabr 2016-cı il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenantı Məhkum tərəfindən müayinə edildikdən sonra "kəskin respirator xəstəlik" diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuşdur. Əsgər X1 müalicəyə qəbul olunarkən Məhkum tərəfindən təyin edilmiş diaqnoz tam olmamış, xəstənin obyektiv vəziyyətinə uyğun gəlməmiş, xəstənin tənəffüz hərəkət lərinin sayı 1 dəqiqədə 20-dən çox olduğu halda ona tənəffüz çatışmazlığı diaqnozu qoyulmamış və buna uyğun müayinə və müalicə tədbirləri aparılmamış, tənəffüz çatışmazlığının nə ilə əlaqədar olması (intoksikasiya və ya ağciyər patologiyası) aydınlaşdırılmamış, dərman preparatlarının dozası və verilmə ardıcıllığı təyin edilmiş diaqnoza uyğun olmamış, eyni zamanda "kəskin respirator xəstəlik" ilə xəstənin müalicə müddəti 8-10 gün olduğu halda 4 gün müalicə aparılmaqla, 18 oktyabr 2016-cı il tarixdə X2 müalicəsi natamam aparılmaqla başa çatdırılaraq tibb məntəqəsindən çıxarılmaqla xidmət yerinə qaytarılmışdır. X3 14-18 oktyabr 2016-cı il tarixdə "kəskin respirator xəstəlik” diaqnozu ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinə daxil olarkən tibb məntəqəsinin rəisi Məhkum tərəfindən müayinəs inin tam həcmdə aparılmaması və təyin edilmiş diaqnozun digər xəstəliklərlə differensiasiya edilməməsi səbəbindən X2 düçar olduğu xəstəliyin "kəskin respirator xəstəlik"lərdən hansının olması müəyyən edilməmişdir. Bu səbəbdən də həmin müddətdə xəstəliyin ağırlıq dərəcəsi müəyyən edilməmiş, həmçinin müalicə müddəti yetərincə olmadığı üçün stasionardan xidmət etdiyi bölüyə yazıldıqdan sonra X2 vəziyyəti getdikcə ağırlaşmış və onun tibb məntəqəsində sonrakı təkrar müraciətlərinə səbəb olmuşdur. X3 27 oktyabr 2016-cı il tarixdə yenidən hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenant Məhkum tərəfindən təkrarən "kəskin respirator xəstəlik" diaqnozu təyin edilərək stasionar müalicəyə qəbul edilmişdir. Göstərilən tarixdə müalicə zamanı tibb mən təqəsinin rəisi Məhkum tərəfindən X3na edilmiş diaqnoz tam olmamış və onun obyektiv vəziyyətinə uyğun gəlməmişdir. X2 tənəffüz hərəkətlərinin sayı 12 dəqiqədə 20-dən çox olduğu tibb məntəqəsinin rəisi Məhkum tərəfindən ona tənəffüz çatışmazlığı diaqnozu təyin edilməmiş və buna uyğun müayinə və müalicə tədbirləri aparılmamış, tənəffüs çatışmazlığının nə ilə əlaqədar olması (intoksikasiya və ya ağ ciyər patologiyası) aydınlaşdırılmamış, dərman preparatlarının dozası və verilmə ardıcıllığı diaqnozu uyğun olmamışdır. Eyni zamanda, "kəskin respirator xəstəlik" diaqnozu ilə xəstənin müalicə müddəti 8-10 gün olduğu halda X3 5 gün müalicə almış, eyni diaqnozla 2-ci dəfə müalicə almasına baxmayaraq, təcili qaydada ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilməli olduğu halda tibb məntəqəsinin rəi si Məhkum üzərinə düşən vəzifələri yerinə yetirməyərək, ixtisaslaşmış tibb məntəqəsində mütəxəssislər tərəfindən müayinə edilməsi üçün onu təxliyə etməmiş, təyin edilmiş diaqnozun dəqiqləşdirilməsi üçün laborator instrumental müayinələr aparılmamış, 01 noyabr 2016-cı il tarixdə X2 müalicəsi başa çatdırılaraq tibb məntəqəsindən çıxarılmaqla xidmət yerinə qaytarılmışdır. 03 noyabr 2016-cı il tarixdə saat 21:30-da X3 yenidən, 3-cü dəfə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və yenə də "kəskin respirator xəstəlik" diaqnozu ilə stasionar müalicəyə qəbul edilmiş, lakin təcili qaydada ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilməli olduğu halda təxliyə gecikdirilərək yalnız 04 noyabr 2016-cı il tarixdə saat 07:00 radələrində vəziyyəti ağırlaşdıqdan sonra o, N nömrəli hərbi hissənin Nafta lan şəhərində yerləşən səyyar tibb qrupuna təxliyə edilmiş, saat 08:55-də həmin qrupun intensiv terapiya bölməsinə stasionar müalicəyə qəbul edilmiş, orada ona "kəskin respirator xəstəlik, infeksion toksiki şok İİİ dərəcə, kəskin tənəffüs çatışmazlığı İİİ dərəcə, kəskin pnevmoniya" diaqnozu təyin edilərək ilkin tibbi yardım göstərildikdən sonra saat 13:30-da Gəncə Şəhər Müalicə və Diaqnostika Mərkəsinə təxliyə olunmuş, saat 17:05-də həmin mərkəzə daxil olmuş, aparılmış müayinə nəticəsində ona "Pnevmoniya, spontan pnevmotoraks, Sepsis, septik şok. Miokardit. Hipoksik ensefalopatiya. Kəskin qaraciyər və böyrək çatışmazlığı. Metobolik asidoz. Disseminə olunmuş damardaxili laxtalanma sindromu" diaqnozu təyin edilərək müalicə aparılmışdır. Beləliklə, X3 14 oktyabr 2016-cı il - 18 oktyabr 2016-c ı il, 27 oktyabr 2016-cı il 01 noyabr 2016-cı il və 03 noyabr 2016-cı il tarixlərdə N nömrəli hərbi hissənin tibb məntəqəsinə stasionar müalicə üçün daxil olarkən, ümumilikdə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi Məhkum öz xidməti borcuna səhlənkar yanaşaraq, Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 oktyabr 2014-cü il tarixli 67 №-li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb təminatın dinc dövrdə təşkili haqqında Əsasnamə"nin 1.3.8.1, 1.3.9.1, 1.3.9.2., 1.3.9.4., 1.3.9.5., 8.3.4., 8.3.7,-ci bəndinin tələblərini pozmuş, "Kəskin respirator xəstəlik", həmçinin "pnevmoniya" xəstəliyi müalicə olunan xəstəliklər hesab edildiyindən, X3nda olan "kəskin respirator xəstəlik" onun N nömrəli hərbi hissədə müalicə olunduğu dövrlərdə vaxtında, ətraflı mü ayinə, müalicə və təxliyə olunduğu təqdirdə digər orqanlarda baş verən ağırlaşmaları əvvəlcədən müəyyən etməyin mümkün olduğu, eləcə də müalicə və diaqnostika tədbirlərinin adekvat aparıldığı təqdirdə "kəskin respirator xəstəlik" diaqnozlu xəstəliyin pnevmoniya ilə ağırlaşmasının qarşısının alınması mümkün olduğu, xəstənin həyatını xilas etmək və ölümün qarşısını almaq mümkün olduğu halda, tibb xidməti baş leytenantı Məhkum tərəfindən qeyd olunan zəruri tədbirlərin həyata keçirilməməsi, yəni onun tərəfindən X3na göstərilən tibbi yardımın və müalicənin keyfiyyətinə nəzarət edilməməsi, yuxarıda göstərilən tarixlərdə düçar olduğu xəstəliyin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicə üçün təyin edilmiş dərman preparatlarının xəstəliyin ağırlığına görə düzgün tətbiq edilməməsi müalicə m üddətinin yetərincə olmaması müalicə dövründə xəstəyə dinamiki müşahidənin aparılmaması əksər vaxtlarda xəstənin yalnız feldşer həkim tərəfindən müayinə və müalicə olunaraq həkim mütəxəssis tərəfindən baxış keçirilməməsi, bütün müalicə dövründə xəstəyə müalicə vasitələrinin şablon formada tətbiq edilməsi, ən başlıcası isə xəstənin müraciətləri dövründə, xüsusən xəstəliyin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicə üçün təyin edilmiş dərman preparatlarının xəstəliyin ağırlığına görə düzgün tətbiq edilməməsi, müalicə müddətinin yetərincə olmaması, müalicə dövründə xəstəyə dinamiki müşahidənin apaılmaması, əksər vaxtlarda xəstənin yalnız feldşer həkim tərəfindən müyinə və müalicə olunaraq həkim mütəxəssis tərəfindən baxış keçirilməməsi, bütün müalicə dövründə xəstəyə müalicə vasitələrin n şablon formada tətbiq edilməsi, ən başlıcası isə xəstənin müraciətləri dövründə xüsusən də 27 oktyabr 2016-cı il tarixdən etibarən, X2 təxliyəsi həyata keçirilməli olsa da, tibb xidməti baş leytenantı Məhkum tərəfindən onun təxliyəsinin həyata keçirilməməsi X3nda əvvəldən olmuş kəskin respirator xəstəliyinin sonradan, onun 2-ci müraciətindən də əvvəl bir müddətdə "hər iki ağ ciyərin pnevmoniyası" ilə ağırlaşması və bu xəstəliyin vaxtında diaqnostika olunmaması səbəbindən xəstədə daha təhlükəli ağırlaşmalar olan septiki vəziyyət, spontan pnevmotoraks və poliorqan çatışmamazlığına çevrilməsi sonda ağır nəticəyə, yəni X2 vəziyyətinin kritik ağırlaşmasına və ölümünə səbəb olmuş, aparılmış reanimasiyon müalicə tədbirlərinə baxmayaraq, X3 05 noyabr 2016-cı il tarixdə, saat 06:00-da Gəncə Müali cə və Diaqnostika Mərkəzində ölmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsindəki məhkəmə qərarları qanunsuz və qeyri-obyektivdir. Belə ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməmişdir. X2 xəstəlikdən ölməsində onun heç bir təqsirinin olmamasını bildirmiş, əsgər sağaldıqdan sonra onun hərbi hissəyə qaytarılmasını göstərmişdir. Əsgərin ölümü ilə bağlı komission məhkəmə-tibbi ekspertizasının 29.01.2017-ci il tarixli rəyi ilə müdafiə tərəfi razı deyildir. Belə ki, həmin rəydə əsassız olaraq göstərilmişdir ki, guya ki, hərbi hissənin tibb məntəqəsinin sabiq rəisi, tibb xidməti baş leytenantı Məhkum rəis kimi öz xidməti borcuna səhlənkar yanaşması əsgər X6 ölümü ilə nəticələnmişdir. Həmin rəydə bir sıra açıqlanması verilməmiş, əsaslandırılmamış, şübhə doğuran məsələlər göstərilmişdir, bu səbəbdən də təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Müdafiə tərəfinin verdiyi vəsatətlər əsassız olaraq məhkəmələr tərəfindən təmin olunmamışdır. Məhkəmələr qanunsuz və əsassız olaraq, Məhkum barəsində ittiham hökmü çıxarmaqla öz niyyətlərinə nail olmuşlar və öz maraqlarını təmin etmişlər. Bununla da əsl həqiqətin ortalığa çıxmasını istəməmişlər. Həmin rəydə ölümə səbəb olan xəstəliyin tarixi və həmin xəstəliyin xarakteristikası adı, yaranma səbəbləri, mexanizmi, lokalozasiyası, əlamətləri və nəticələnmə halları barədə ətraflı məlumat verilməmişdir. “Əgər xəstə X8 27.10.2016-cı il tarixində tibb Məntəqəsinə müraciət edən kimi hərbi hospitala göndərilsəydi ölümün qarşısı alına bilərdimi?” sualına cavab verilməmişdir. Əgər xəstə X8 01.11.2016-cı il tarixində tibb müəssisəsindən hərbi hissəyə təxliyyə olunan zaman hərbi hospitala göndərilsəydi ölümün qarşısı alına bilərdimi? sualına da cavab verilməmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində daha sonra qeyd etmişdir ki, hər iki instansiya məhkəməsi cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, tələm-tələsik hökm və qərar qəbul etməklə obyektiv həqiqətin üstünü bağlamağa çalışmışdır. Ona görə də, Məhkumun barəsində qanunsuz, əsassız və son dərəcə ədalətsiz hökmün çıxarılmasına nail olmuş, virusdan təhlükəli olan həmin öldürücü xəstəlik bilərəkdən gizlədilmiş, Məhkumun qanunsuz və əsas sız olaraq Azərbaycan Respublikası CM-nin 342.2-ci ilə təqsirli bilinib məhkum olunması ilə kifayətlənmiş və əsl həqiqəti təhrif etmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarını ləğv etməklə, Məhkuma bəraət verilməsi və ya həmin qərarı ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum və onun müdafiəçisi M.Q.Əliyev çıxış edərək kassasiya şikayətində qeyd edilən halları bir daha vurğulayaraq şikayətin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analit ik təhlil şöbəsinin prokuroru X14 qızı çıxış edərək məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin mad dədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respubl ikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şi kayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkumun təqsirli bilindiyi “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 01 may 2020-ci il tarixli Qanun qüvvəyə minənədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 342.2-ci maddəsi (qulluğa səhlənkar yanaşma) eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır – kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş ehtiyatsızlıqdan zərərçə kmiş şəxsin ölümünə səbəb olmaqla qulluğa səhlənkar yanaşma ilə bağlı ittiham ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkumun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qulluğa səhlənkar yanaşması hər iki məhkəmə instansiy asında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqq ında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qulluğa səhlənkar yanaşma cinayətini törətməsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur və şikayətin əsas dəlili kimi məhkəmə ekspertizasının rəyinə istinad olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM -nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instans iya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduq da birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göst ərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı qəbul edildikdən so nra Azərbaycan Respublikası CMdə 01 may 2020-ci il tarixli Qanunla dəyişikliklər edilmişdir. Həmin dəyişikliyə əsasən cinayət qanununa aşağıdakı məzmunda 342.1-1-ci maddə əlavə edilmişdir: “342.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; 342.2-ci maddənin dispozisiyasında “Eyni əməllər ağır nəticələrə” sözləri “Bu Məcəllənin 342.1 və ya 342.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə” sözləri ilə əvəz edilsin. Kassasiya məhkəmə kollegiyası Cinayət Qanununda edilmiş dəyişikliyi nəzərə alaraq hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsindən həmin Məcəllənin 342.1-1-ci maddəsinə t övsif edilməlidir. Belə ki, Məhkum qulluğa səhlənkar yanaşmaqla bağlı cinayət əməli ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 342.1-1-ci maddəsinin təsiri altına düşür. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkumun əməli Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsindən həmin Məcəllənin 342.1-1-ci maddəsinə tövsif edilməli, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasına uyğun olaraq aşağıdakı normaların tələblərinə müvafiq cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xara kterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olu nmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkumun əməli Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsindən həmin Məcəllənin 342.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 342.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar