Məhkəmə qərarları › İş №1-1(102)-4/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-4/2022

13.01.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-4/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum oğlunun və onun müdafiəçisi Hüseynov Vüsal Fəxrəddin oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1-1(106)-3/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum oğlu xx xxxxxxx 1997-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq əsgəri, Şəmkir rayonu İrmaşlı kəndində qeydiyyatda olan. 2. 11 iyul 2019-cu il tarixli ittiham aktına görə Məhkum oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərb aycan Respublikası CM”) 331.2, 331.3, 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. İstintaq orqanı tərəfindən Məhkum oğluna Azərbaycan Respublikası CM 331.2, 331.3 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair ittiham elan olunmuşdur ona görə ki, o, hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis olmaqla tabeliyində olan zərərçəkmiş şəxslərin şərəf və ləyaqətini alçaltmaqla təhqir etmiş və döymüş, həmçinin zərərçəkmiş şəxslərin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə təkrarən özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və almışdır. Verilən ittihama əsasən Məhkum oğlu Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci artilleriya divizionu 6-cı artilleriya batareyası idarəetmə taqımının rabitə manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, ondan az müddətə xidmət etmiş, fiziki cəhətdən zəif əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirməklə onları qorxudub təsir altında saxlamaq, iradələrini sındırıb özünə tabe etdirmək, həmçinin əsgərlər aylıq vəzifə maaşlarını aldıqdan sonra onlardan həmin pulu alıb şəxsi ehtiyaclarına xərcləmək niyyəti ilə, 2018-ci ilin avqust və sentyabr aylarında, əsasən aylıq pul müavinətlərinin verildiyi müvafiq ayların 19-21-i tarixlərində hərbi hissənin ərazisində, əsgərlərdən hədə-qorxu ilə aldıqları pulun 5, 10 və 15 manatını ona verməyi tələb etmiş, verməyəcəkləri təqdirdə onların ünvanlarına nalayiq söyüşlər söyəcəyi, hərbi qulluqçular arasında hörmətdən salacağı, habelə xidmət müddətində on lara sair problemlər yaradacağı barədə xəbərdarlıq edib hədələyərək onları qorxutmaqla həmin pulları almağa nail olmuşdur. Məhkum oğlu həmin vəzifədə hərbi xidmətdə olarkən, 2018-ci ilin avqust ayının ortalarında şəxsi heyətə “yat” komandası verildikdən sonra saat 2215 radələrində batareyanın şəxsi heyətinə “diqqət” komandası vermiş, şəxsi heyəti oyaq saxlayaraq yatmağa icazə verməmiş, Əzizov Elməddin Niyaməddin oğlu yatdığına görə gənc əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirmək, onları qorxudub iradələrini sındırmaqla özünə tabe etdirmək məqsədilə, “komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməsinə” dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsin in 47-ci maddəsinin tələblərini zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə əlaqədar pozaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla tabeliyində olan Əzizov Elməddin Niyaməddin oğlunun qarın nahiyəsindən yumruqla bir dəfə vurmaqla təhqir etmişdir. Bundan başqa, Məhkum oğlu həmin vəzifədə hərbi xidmətdə olarkən, 2018-ci ilin avqust ayının ortalarında şəxsi heyəti nahar yeməyindən sonra divizionun əsgər yataqxanasının arxa tərəfində düzərək əsgər Əzizov Elməddin Niyaməddin oğlu və əsgər Paşayev Elnur Cavanşir oğlunu sıradan çıxartmış, gənc əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirmək, onları qorxudub iradələrini sındırmaqla özlərinə tabe etdirmək məqsədilə, “komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların ş əxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməsinə dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməklə əlaqədar pozaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla Əzizov Elməddin Niyaməddin oğluna axşam diqqət komandasında yatmasını irad bildirib bir dəfə başı ilə baş nahiyəsindən, bir dəfə yumruqla sinəsindən vurmaqla tabeliyində olan şəxsi döymüş, daha sonra əsgər Paşayev Elnur Cavanşir oğluna nahar yeməyinə gedən zaman düzgün addımlamadığını bəhanə edib yumruqla sinəsindən bir dəfə vurmaqla təhqir etmişdir. Bundan başqa, Məhkum oğlu həmin vəzifədə hərbi xidmətdə olarkən, 2018-ci ilin avqust ayının ortalarında hərbi hissənin 2-ci artilleriya divizionunun ə sgər yataqxanasının arxasında, onunla eyni bölükdə xidmət edən əsgərlər Yaqubov Hüseyn Mamed oğlu, Əliyev Ceyhun Əfqan oğlu, Budaqov Rüstəm Yaşar oğlu, Quluzadə Nicat Əhməd oğlu, Paşayev Coşqun İsax oğlu, Əsədov Emil Famil oğlu, Efendiyev Hüseyn Rizvan oğlu, Həsənov Yusif Fərrux oğlu, Abdullazadə Həsən Fərhad oğlu, Sübhanlı Qəzənfər Araz oğlu, Hüseynov Ələddin Telman oğlu, Əzizov Elməddin Niyaməddin oğlu, Tsibizov Aleksandr Valeryeviç, Babayev Rza Həbib oğlu, Ağayev Vasif Rasim oğlu, Abuzərov Xəlil Afət oğlu, Paşayev Elnur Cavanşir oğlu, Yəhyayev Vidadi Vidadi oğlu, Rəhimov Cavidan Səfiyar oğlu, Abdullazadə Fuad Əkbər oğlu, Əzizov Asim Asəf oğlu, Sadıqlı Elvin Mərifət oğlu, Xəlilov Xəlil Elman oğlu, Hidayətov Novruz İkram oğlu, Abuşov Fazil Rahim oğlu, Şakirov Ümid Əhməd oğlu, Süleymanza də Elxan Rövşən oğlu, Babayev Orxan Şahin oğlu, Əlizadə Fərid Vüqar oğlu, Qəniyev Səbuhi Rafiq oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək, qorxudub təsir altında saxlamaq, iradələrini sındırıb özünə tabe etdirmək məqsədilə “komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməsinə” dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini zərərçəkmiş şəxslərin şərəf və ləyaqətini alçaltmaqla pozaraq, həmin ay aldıqları maaşın bir hissəsini ona verməyi hədə-qorxu ilə tələb etmiş, verməyəcəkləri halda, onlara qarşı zor tətbiq edəcəyi, onların ünvanına nalayiq söyüşlər söyəcəyi, xidmət yoldaşları arasında nüfuzdan salacağı, habelə xidmət müddətində onlara sair problemlər yaradacağı ilə hədələmişdir. Əsgər Məhkum oğlunun hədələyici hərəkət və sözlərindən, xidmətdə onlara problemlər yarada biləcəyindən çəkinərək 2018-ci ilin avqust ayı üçün əsgərlər Sübhanlı Qəzənfər Araz oğlu və Süleymanzadə Elxan Rövşən oğlu aldıqları maaşın 5 manatını, əsgərlər Əliyev Ceyhun Əfqan oğlu, Budaqov Rüstəm Yaşar oğlu, Quluzadə Nicat Əhməd oğlu, Hüseynov Ələddin Telman oğlu, Abuzərov Xəlil Afət oğlu, Sadıqlı Elvin Mərifət oğlu, Hidayətov Novruz İkram oğlu, Şakirov Ümid Əhməd oğlu, Babayev Orxan Şahin oğlu aldıqları maaşın 10 manatını, əsgər Abuşov Fazil Rahim oğlu aldığı maaşın 12 manatını, əsgərlər Tsibizov Aleksandr Valeryeviç, Babayev Rza Həbib oğlu, Yaqubov Hüseyn Mamed oğlu aldıqları maaşın 14 manatını, əsgər Paşayev Coşqun İsax oğ lu aldığı maaşın 15 manatını, əsgər Abdullazadə Həsən Fərhad oğlu isə aldığı maaşın 20 manatını cəmi 189 manat pulu könülsüz olaraq, qorxularından Məhkum oğluna verməyə məcbur olmuşlar. Əsgərlər Əsədov Emil Famil oğlu, Efendiyev Hüseyn Rizvan oğlu, Həsənov Yusif Fərrux oğlu, Əzizov Elməddin Niyaməddin oğlu, Ağayev Vasif Rasim oğlu, Paşayev Elnur Cavanşir oğlu, Yəhyayev Vidadi Vidadi oğlu, Rəhimov Cavidan Səfiyar oğlu, Abdullazadə Fuad Əkbər oğlu, Xəlilov Xəlil Elman oğlu, Əlizadə Fərid Vüqar oğlundan xidmətə yeni gəldiklərinə görə həmin ay maaş almadıqları üçün, əsgər Qəniyev Səbuhi Rafiq oğlundan sürücü olduğuna görə avtomobil parkında olduğu üçün, Əzizov Asim Asəf oğlundan isə məzuniyyətə gedəcəyini bildirdiyi üçün həmin ay pul almamışdır. Bundan başqa Məhkum oğlu həmin vəzifədə hərbi xi dmətdə olarkən, 2018-ci ilin sentyabr ayının ortalarında hərbi hissənin 2-ci artilleriya divizionun əsgər yataqxanasının arxasında, onunla eyni bölükdə xidmət edən əsgərlər Yaqubov Hüseyn Mamed oğlu, Budaqov Rüstəm Yaşar oğlu, Quluzadə Nicat Əhməd oğlu, Paşayev Coşqun İsax oğlu, Əsədov Emil Famil oğlu, Efendiyev Hüseyn Rizvan oğlu, Abdullazadə Həsən Fərhad oğlu, Sübhanlı Qəzənfər Araz oğlu, Hüseynov Ələddin Telman oğlu, Əzizov Elməddin Niyaməddin oğlu, Tsibizov Aleksandr Valeryeviç, Babayev Rza Həbib oğlu, Ağayev Vasif Rasim oğlu, Abuzərov Xəlil Afət oğlu, Paşayev Elnur Cavanşir oğlu, Yəhyayev Vidadi Vidadi oğlu, Rəhimov Cavidan Səfiyar oğlu, Abdullazadə Fuad Əkbər oğlu, Əzizov Asim Asəf oğlu, Sadıqlı Elvin Mərifət oğlu, Xəlilov Xəlil Elman oğlu, Hidayətov Novruz İkram oğlu, Abuşov Fazil R ahim oğlu, Şakirov Ümid Əhməd oğlu, Süleymanzadə Elxan Rövşən oğlu, Babayev Orxan Şahin oğlu, Əlizadə Fərid Vüqar oğlu, Qəniyev Səbuhi Rafiq oğlunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək, qorxudub təsir altında saxlamaq, iradələrini sındırıb özünə tabe etdirmək məqsədilə “komandir tabeliyinlə olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməsinə” dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini zərərçəkmiş şəxslərin şərəf və ləyaqətini alçaltmaqla pozaraq, həmin ay aldıqları maaşın bir hissəsini ona verməyi hədə-qorxu ilə tələb etmiş, verməyəcəkləri halda, onlara qarşı zor tətbiq edəcəyi, onların ünvanına nalayiq söyüşlər söyəcəyi, xidm ət yoldaşları arasında nüfuzdan salacağı, habelə xidmət müddətində onlara sair problemlər yaradacağı ilə hədələmişdir. Əsgər Məhkum oğlunun hədələyici hərəkət və sözlərindən, xidmətdə onlara problemlər yarada biləcəyindən çəkinərək 2018-ci ilin sentyabr ayı üçün əsgər Süleymanzadə Elxan Rövşən oğlu aldığı maaşın 5 manatını, əsgərlər Budaqov Rüstəm Yaşar oğlu, Quluzadə Nicat Əhməd oğlu, Əsədov Emil Famil oğlu, Abdullazadə Həsən Fərhad oğlu, Hüseynov Ələddin Telman oğlu, Tsibizov Aleksandr Valeryeviç, Ağayev Vasif Rasim oğlu, Abuzərov Xəlil Afət oğlu, Yəhyayev Vidadi Vidadi oğlu, Sadıqlı Elvin Mərifət oğlu, Xəlilov Xəlil Elman oğlu, Hidayətov Novruz İkram oğlu, Şakirov Ümid Əhməd oğlu, Babayev Orxan Şahin oğlu, Sübhanlı Qəzənfər Araz oğlu, Əlizadə Fərid Vüqar oğlu aldıqları maaşın 10 manatın ı, əsgər Abuşov Fazil Rahim oğlu aldığı maaşın 12 manatını, əsgərlər Babayev Rza Həbib oğlu, Yaqubov Hüseyn Mamed oğlu, Əzizov Asim Asəf oğlu aldıqları maaşın 14 manatını, əsgərlər Paşayev Coşqun İsax oğlu, Rəhimov Cavidan Səfiyar oğlu, Abdullazadə Fuad Əkbər oğlu aldığı maaşın 15 manatını, əsgər Efendiyev Hüseyn Rizvan oğlu, Əzizov Elməddin Niyaməddin oğlu, Paşayev Elnur Cavanşir oğlu isə aldığı maaşın 20 manatını cəmi 324 manat pulu könülsüz olaraq, qorxularından Məhkum oğluna verməyə məcbur olmuşlar. Əsgər Qəniyev Səbuhi Rafiq oğlundan sürücü olduğuna görə avtomobil parkında olduğu üçün həmin ay pul almamışdır.

4. Tərtər Hərbi Məhkəməsinin 1(098)-10/2020 saylı, 30 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum oğluna Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2-ci maddələri ilə irəli sürül müş ittiham üzrə cinayətin törədilməsində təqsirliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə və Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qəbul olunması ilə əlaqədar əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi, barəsində seçilmiş «başqa yerə getməmək barədə» iltizam növündə qətimkan tədbirinin və Azərbaycan Respublikası BƏSİİ-nin «giriş-çıxış və qeydiyyat» İAMAS-ın «sərhədkeçməyə məhdudiyyət» siyahısına daxil edilmiş SAXLA statusunun hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi və Məhkum oğluna qanunsuz olaraq təqsirlə ndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi ilə əlaqədar kompensasiya almaq hüququnun izah olunması hökm edilmişdir.

5. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək, Məhkum oğluna Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2-ci maddələri ilə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə isə əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qəbul olunması ilə əlaqədar bəraət verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 30 iyun 2020-ci il tarixli hökmünün qanunsuz və əsassız olduğundan ləğv edilməsi və onun barəsində ittiham olunduğu maddələrin sanksiyası həddində real cəza təyin etməklə yeni hökm çıxarılmasını xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1-1(106)-3/2021 nömrəli hökmü ilə dövlət ittihamçısı Orucov Azad Talıb oğlu tərəfindən verilmiş apelyasiya protesti qismən təmin olunmuş, Tərtər Hərbi Məhkəməsinin 1(098)-10/2020 №-li, 30 iyun 2020-ci il tarixli hökmü apelyasiya protestinə əsasən ləğv edilmiş, Məhkum oğlu Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qism ən toplanılmaq yolu ilə Məhkum oğluna cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1-1(106)-3/2021 nömrəli hökmündən dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri, protestə qarşı etirazlar

8. Dövlət ittihamçısı kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsi şərti məhkum etmə tətbiq edərkən Məhkum oğlunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəz anı yüngülləşdirən hallar düzgün müəyyən edilməmiş, nəticədə məhkum edilmiş şəxsə münasibətdə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Protest müəllifi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Məhkum edilmiş şəxs Məhkum oğlu dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etiraz verərək kassasiya protestinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər:

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiy a instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən m üəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum oğlu barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinin əsassız olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin ye ni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəz a bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixl i qərarları).

17. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı).

18. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci m addəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.

19. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsi).

21. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

22. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir.

23. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 70.2-c i maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.

24. Qeyd olunan cinayət-hüquqi normaları baxımından və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestində irəli sürülmüş dəlillərə baxıldıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur.

25. Belə ki, baxılan işdə Məhkum oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, gənc olmasını, ilk dəfə cinayət əməlini törətməsini cəzanı yüngülləşdirən hall ar kimi müəyyən etmişdir. Məhkəmə bu halları Məhkum şəxsiyyətini səciyyələndirən və törədilmiş əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qəbul etmiş və bu halları ona təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkünluyünü təsdiq edən kimi qiymətləndirmiş, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 70-ci maddələrinin tələblərinə tam riayət etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə aldıqları Məhkum oğlunun şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir.

27. Eyni zamanda, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi c inayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, apellyasiya məhkəməsinin yuxarıda sadalanan halları Məhkum oğlunun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz.

28. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum oğlunun azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin əsassız olması və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz.

29. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlunun barəsində olan 03 mart 2021-ci il tarixli, 1-1(106)-3/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlunun barəsində olan 03 mart 2021-ci il tarixli, 1-1(106)-3/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar