Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-4/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, mübahisə predmeti olan daşınmaz əmlak barəsində müstəqil tələblər irəli sürən Zərərçəkmiş şəxs29 v ə onun nümayəndəsi vəkil Nümayəndə və Məhkum1 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313 və 32.3,318.2-ci maddələri ilə və digərlərinin CMnin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından mübahisə predmeti olan daşınmaz əmlak barəsində müstəqil tələblər irəli sürən Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər Həsənov Həbib Bəhram oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Elbəy Hidayət oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxx 1967-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2007-ci il tarixli hökmü ilə CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsrli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-nin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313 və 32.3,318.2-ci maddələri ilə təqsirli bilin ərək CM-nin 192.2.2-ci maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 193-1.3.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə, CM-nin 213.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə, CM-nin 312-1.2-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 313- cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və mad di məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə, CM-nin 32.3,318.2-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə, CM-nin 71.5-ci maddəsinə əsasən onun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2007-ci il tarixli hökmü ilə tətbiq olunmuş şərti məhkum etmə ləğv edilməklə və CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş əsas cəza ilə qismən, əlavə cəza ilə isə tam birləşdirilib qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 0 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum3 CM-nin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 3121.2, 313, 318.2 və 326.1-ci maddələri ilə, Məhkum2 CM-nin 213.2.2, 308.1 və 313-cü maddələri ilə, Məhkum4 CM-nin 312-1.1 və 32.5,318.2-ci maddələri ilə, Məhkum5 CM-nin 312-1.1 və 32.5,318.2-ci maddələri ilə, Məhkum6 CM-nin 339.2 və 341.2-ci maddələri ilə, Məhkum7 CM-nin 339.2 və 341.2-ci maddələri ilə, Məhkum9 CM-nin 228.1, 339.2 və 341.2-ci maddələri ilə və Məhkum8 CM-nin 342.1-ci maddəsi ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. Bununla yanaşı hökmlə hökmlə bir çox digər daşınmaz əmlakla və pul və saitləri ilə yanaşı həmçinin Məhkum1 atası X3 04 aprel 2008-ci il tarixədək xüsusi mülkiyyətində olmuş və Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2019-cu tarixli qərarı ilə üzərinə həbs qoyulmuş ünvan 2 ünvanında yerləşən 110,3 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi CM-nin 99-1.3-cü maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, 2000-ci ildən 2018-ci ilədək olan müddət ərzində iqtisadi fəaliyyət sahəsində cinayətlərini həyata keçirmək üçün anası Məhkum3, Məhkum2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10 və 11-ci maddələrinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan qeyri-qanuni gəlir əldə edərək vergiləri ödəməkdən yayınmaqla sərvətini artırmaq və cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə qara metallurgiya məmulatlarının tədarükü, satışı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan mənzil tikintisi ilə məşğul olmaqla, yaxın qohumlarının adına özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər yaradıb onların fəaliyyətinə birbaşa tapşırıq və göstərişləri, idarəçiliyi yerinə yetirməsi ilə fa ktiki rəhbərlik edən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib, həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyətindən ümumilikdə külli miqdar təşkil edən 89.951.717,74 (səksən doqquz milyon doqquz yüz əlli bir min yeddi yüz on yeddi) manat gəlir əldə etmiş, əldə etdiyi gəlirlərdən vergi orqanına təqdim edilən rəsmi sənəd olan bəyannamələr və hesabatların məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə 23.689.691,35 (iyirmi üç milyon altı yüz səksən doqquz min altı yüz doxsan bir) manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış, cinayət yolu ilə əldə etdiyi 118.698.1 00,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manat məbləğində pul vəsaitlərinə qanuni görüntü verilməsi, onların həqiqi mənbəyinin gizlədilməsi, kimə məxsus olmasının, yerdəyişməsinin və üzərlərində sərəncam verilməsinin ört-basdır edilməsi məqsədilə 28.547.538,93 (iyirmi səkkiz milyon beş yüz qırx yeddi min beş yüz otuz səkkiz) manat məbləğində külli miqdarda pul vəsaitlərini Almaniya Federativ Respublikası, İsveçrə Konfederasiyası və Türkiyə Respublikasında fəaliyyət göstərən banklarda özünün və anası Məhkum3 adına açdırdıqları hesablara köçürüb guya birja əməliyyatları nəticəsində əldə edilən gəlirlər görüntüsü yaratmaq üçün müxtəlif səhmlərə sərmayə qoymaqla, həmçinin 7.465.982,72 (yeddi milyon dörd yüz altmış beş min doqquz yüz səksən iki) manat məbləğində külli miqdard a pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, S.Tağızadə, A.Şaiq, Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsində faktiki rəhbərlik etdiyi ”Araz İnc” MMC-nin adından çoxmərtəbəli yaşayış binasının inşasına sərf etməklə cəmi 36.013.521,65 (otuz altı milyon on üç min beş yüz iyirmi bir) manat məbləğində külli miqdarda pul vəsaitlərini leqallaşdırmış, iqtisadi fəaliyyət sahəsində həyata keçirdiyi cinayətlərin davam etdirilməsini asanlaşdırmaq məqsədi ilə barəsində qanunvericiliyə müvafiq qaydada «çıxışı qadağandır» statusu ilə sərhədkeçməyə məhdudiyyət tədbiri tətbiq olunmuş anası Məhkum3 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Dövlət Sərhəd Xidmətinin “Balakən” sərhəd nəzarəti məntəqəsindən qanunsuz keçərək yaşadığı ölkəyə gəlm əsini təmin etmək məqsədilə Məhkum3, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyində” inspektor vəzifəsində işləyən qohumu Məhkum4, Dövlət Sərhəd Xidmətinin “Balakən” sərhəd nəzarət məntəqəsində xx.xx.2015-ci il tarixədək nəzarətçi vəzifəsində işləmiş Məhkum5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, “Balakən” sərhəd nəzarəti məntəqəsinin sabiq işçisi kimi məntəqənin fəaliyyəti, iş rejimi, xidmətin təşkilinə dair məlumatlı şəxs kimi Məhkum5 həqiqi və güman etdiyi təsir imkanlarından istifadə edərək Məhkum4 və Məhkum5 49.505 (qırx doqquz min beş yüz beş) ABŞ dolları məbləğində pul vəsaitini verməklə anasının 12 fevral 2016-cı il tarixdə saat 00.09-da nəzarət-buraxılış məntəqəsindən Gürcüstanın ərazisinə keçidinə icazə verilməsi ilə vəzifəli şəxsin qərarlarına qanunsuz təsir göstərməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum3 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçməsini təşkil etmişdir. Belə ki, o, 2000-ci ildən etibarən Bakı şəhərində, eləcə də 24 fevral 2013-cü il tarixdə ölkə ərazisini tərk etdikdən sonra, yaşadığı xarici ölkələrdə qeyri-qanuni gəlir əldə etməklə vergiləri ödəməkdən yayınmaqla sərvətini artırmaq və cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə iqtisadi fəaliyyət sahəsində cinayətlərini həyata keçirmək üçün anası Məhkum3, Məhkum2 İsimxan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 40 5 №-li Qanunun 2, 10 və 11-ci maddələrinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan Azərbaycan Respublikası ərazisində qara metallurgiya məmulatlarının tədarükü və alqı-satqısını həyata keçirməklə ümumilikdə 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manata bərabər vahid qəsdlə əldə etdiyi qazancdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4, 97-ci maddələrinə əsasən dövlət büdcəsinə ödəməli olduğu 22.246.423,64 (iyirmi iki milyon iki yüz qırx altı min dörd yüz iyirmi üç) manat məbləğində külli miqdarda gəlir vergisini, bundan başqa ünvan 2 ünvanlarında yerləşən 18 ədəd mənzili cəmi 1.200.000 manata alıb 2006-c ı ilin iyul ayında Şahid25 adına bağlanmış alqı-satqı müqavilələri əsasında cəmi 2.418.000 manata bərabər 3.100.000 ABŞ dollarına satmaqla əldə etdiyi 1.218.000 manat həcmində gəlirdən 243.600,0 (iki yüz qırx üç min) manat məbləğində külli miqdarda gəlir vergisini Məhkum3 ilə birlikdə, fəaliyyətlərinə bilavasitə rəhbərlik etdiyi "xxxx" MMC-də 2011-2014-cü illər ərzində mövsümi işçilərin sayı faktiki 11 nəfər olduğu halda cəmi 5 nəfərlə əmək müqaviləsi bağlayıb rəsmi hesabatlarda onların sayını bilərəkdən azaldaraq tamah niyyəti ilə vəzifə saxtakarlığı edərək muzdlu işlə əlaqədar cəmi 1.802,52 (min səkkiz yüz iki) manat məbləğində ödəmə mənbəyindən tutulmalı olan vergini Məhkum3 ilə birlikdə, "xxxx" ASC üzrə 2011-2018-ci illər ərzində mülkiyyətdə olub Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Alatav a ünvanında yerləşən 22.664.000 manat dəyərində əmlak kompleksinə görə ümumiyyətlə vergi ödəməyərək cəmi 1.239.046,16 (bir milyon iki yüz otuz doqquz min qırx altı) manat məbləğində əmlak vergisini, 2.341,8 kvadratmetr qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan gəlir üzrə 34.046,35 (otuz dörd min qırx altı) manat məbləğində əlavə dəyər vergisini ödəməməklə, habelə 3.127,32 (üç min yüz iyirmi yeddi) manat məbləğində mənfəət vergisini artıq ödəməklə, cəmi 1.269.965,19 (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş) məbləğində vergiləri Məhkum3 və Məhkum2lə birlikdə, həmçinin Bakı-Qazax avtomobil yolunun 15-ci km-də faktiki olaraq anası Məhkum3 ilə birlikdə fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin istifadəsində olan 13,48 hektar torpaq sahəsinin ölçülərini 2011 - 2017-ci illər ərzində vergi orqanına təqdim edilmiş rəsmi bəyannamələrdə qəsdən azaldaraq 4,3 ha kimi göstərməklə ümumilikdə 171.500 (yüz yetmiş bir min beş yüz) manat məbləğində külli miqdarda əmlak vergisini Məhkum3 ilə birlikdə qəsdən ödəməkdən boyun qaçıraraq, ümumilikdə vahid qəsdlə 23.689.691,35 (iyirmi üç milyon altı yüz səksən doqquz min altı yüz doxsan bir) manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıraraq, cəmi 88.985.694,58 (səksən səkkiz milyon doqquz yüz səksən beş min altı yüz doxsan dörd) manat məbləğində külli miqdarda gəlir əldə edib qanunsuz sahibkarlıqla məşğul olmuş, cinayət yolu ilə əldə etdiyi 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manat məbləğində pul vəsaitlərinə qanuni görüntü verilməsi, onların həqiqi mənbəyinin gizlədilməsi, kimə məxsus olmasının, yerdəyişməsinin və üzərlərində sərəncam verilməsinin ört-basdır edilməsi məqsədilə 2014-2015-ci illərdə Almaniya Federativ Respublikası ərazisində yaşayarkən müvafiq dövrün rəsmi məzənnəsi ilə 10.407.994,17 manata bərabər 10.142.832,04 ABŞ dolları məbləğində hissəsini Almaniya Federativ Respublikasının “Deutsche Bank” kommersiya bankında, 980.633,16 manata bərabər 1.257.222 ABŞ dolları məbləğində hissəsini İsveçrə Konfederasiyasının “UBS” kommersiya bankında və 68.437,5 manata bərabər 87.740,39 ABŞ dolları məbləğində hissəsini Türkiyə Respublikasının “YapıKredi Bank” bankında özünün adına açdığı bank hesablarına, 13.394.291,82 manata bərabər 17.172.169,0 ABŞ dolları, 196.276,08 manata bərabər 251.636,0 ABŞ dolları və 3.499.906,2 manata bər abər 3.763.340,0 avro hissələrini isə İsveçrə Konfederasiyasının “UBS” kommersiya bankında anası Məhkum3 adına açdırdığı bank hesablarına köçürüb birja əməliyyatları nəticəsində əldə edilən gəlir kimi qanuni görünüş verməklə 28.547.538,93 (iyirmi səkkiz milyon beş yüz qırx yeddi min beş yüz otuz səkkiz) manat, həmçinin Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, S.Tağızadə, A.Şaiq, Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsində faktiki rəhbərlik etdiyi "xxxx" MMC-nin adından çoxmərtəbəli yaşayış binasının inşasına 7.465.982,72 (yeddi milyon dörd yüz altmış beş min doqquz yüz səksən iki) manat sərf etməklə, cəmi 36.013.521,65 (otuz altı milyon on üç min beş yüz iyirmi bir) manat məbləğində külli miqdarda pul vəsaitlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında leqallaşdırmışdır. Eyni zam anda, o, 2009-cu ildən etibarən hüquqi ünvanı ünvan Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) fəaliyyətinə hüquqi əhəmiyyət kəsb edən, yəni cəmiyyətin üzvləri və başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnən hərəkətləri ilə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi, Cəmiyyətin təsisçisi Məhkum3 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni şəxsi mənfəət əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu hal da belə razılıq (lisenziya) almadan cəmiyyətin adından mənzil tikintisi fəaliyyəti ilə məşğul olmaqla Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, A.Şaiq, S.Tağızadə, L.Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə yerləşən 2,12 hektar torpaq sahəsində kommersiya məqsədləri üçün inşa etdirdiyi 13 (on üç) yaşayış, 2 (iki) qeyri-yaşayış, 1 (bir) texniki və 2 (iki) zirzəmi mərtəbəsindən ibarət olan 1 (bir) bloklu binanın 5.242,30 kvadratmetr yaşayış və 1.067 kvadratmetr qeyri-yaşayış sahəsini xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində satışını həyata keçirib külli miqdar təşkil edən 966.023,16 (doqquz yüz altmış altı min iyirmi üç) manat məbləğində gəlir əldə edərək qanunsuz sahibkarlıqla məşğul olmuş, bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, normal qanuni fəaliyyəti üçün Azərbaycan Respublikası tərəfindən təminat verilən sahibkarlıq subyektləri üzrə qərarlaşmış mövcud idarəetmə sisteminin funksiyasının pozulması ilə müşayiət olunan mühüm zərər vurmuşdur. Bundan başqa o, 2016-cı ilin yanvar-fevral aylarında Almaniya Federativ Respublikasının ərazisində yaşayarkən iqtisadi fəaliyyət sahəsində həyata keçirdiyi cinayətlərin davam etdirilməsini asanlaşdırmaq məqsədi ilə barəsində qanunvericiliyə müvafiq qaydada «çıxışı qadağandır» statusu ilə sərhədkeçməyə məhdudiyyət tədbiri tətbiq olunmuş anası Məhkum3 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edi lmiş sənədlər olmadan qanunsuz keçərək yaşadığı ölkəyə gəlməsini təmin etmək məqsədilə Məhkum3, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyində” inspektor vəzifəsində işləyən qohumu Məhkum4, Dövlət Sərhəd Xidmətinin “Balakən” sərhəd nəzarət məntəqəsində xx.xx.2015-ci il tarixədək nəzarətçi vəzifəsində işləmiş Məhkum5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “Balakən” sərhəd nəzarəti məntəqəsinin fəaliyyəti, iş rejimi, xidmətin təşkilinə dair məlumatlı şəxs kimi Məhkum5 həqiqi və güman etdiyi təsir imkanlarından istifadə edərək anasının dövlət sərhədindən qanunsuz keçirilməsinin təşkili üçün bu qanunsuzluğun qarşısını almalı olan aidiyyəti vəzifəli şəxslərin qərarlarına təsir etmək üçün Məhkum5 və Məhkum4 50.000 ABŞ dolları məb ləğində pul vəsaitini verəcəyini təklif edib, əlavə olaraq sonuncunun övladının müalicəsinə 14.000 ABŞ dolları yardım göstərəcəyini anası Məhkum3 vasitəsilə vəd edərək razılıq əldə etdikdən sonra, 09 fevral 2016-cı il tarixdə Məhkum3 adına İsveçrə Konfederasiyasının “UBS” kommersiya bankında yerləşməklə özünün idarə etdiyi CH**********54462260L nömrəli hesabdan Azərbaycan Respublikasında fəaliyyət göstərən “YapıKredi Bank” qapalı səhmdar cəmiyyətindəki AZ38KABA******************** nömrəli hesabına 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini köçürməsi, həmin gün Məhkum3 tərəfindən bank xərcləri çıxıldıqdan sonra 49.505 (qırx doqquz min beş yüz beş) ABŞ dolları məbləğində pul vəsaitinin qeyd olunan hesabdan nağdlaşdırılaraq çıxarılıb, 11 fevral 2016-cı il tarixdə Məhkum4 müşayiə ti ilə Məhkum5 idarə etdiyi “Mercedes E 280 minik” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Balakən rayonuna gedərkən sonunculara verməsi, Məhkum4 və Məhkum3 taksi sürücüsü Şahid41 idarə etdiyi “Mersedes Benz E 220 CDİ minik” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda “Balakən” sərhəd nəzarəti məntəqəsinin ərazisinə daxil olduqdan sonra, Məhkum3 avtomaşından düşmədən sərhəd nəzarətinə bacısı Şahid37 məxsus C 00651661 nömrəli ümumvətəndaş pasportunu təqdim etməsi, “Balakən” sərhəd nəzarəti məntəqəsində dövlət sərhədinin buraxılış məntəqəsində sərhəd nəzarətini həyata keçirən Məhkum6, Məhkum9, Məhkum7 və digərləri tərəfindən isə hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə olunmaqla sərhəd xidməti qaydalarının pozulması nəticəsində İdar ələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminin “Qeydlər” pəncərəsinə Məhkum3 guya xəstə olduğu üçün foto şəklinin çəkilməməsi barədə izahat daxil edilərək, onun fotoşəkili çəkilmədən və aralarındakı yaş fərqi 5 il olmaqla xarici görünüşlərinin kəskin fərqlənməsinə baxmayaraq təqdim etdiyi Şahid37 məxsus pasportun “SBN” qurğusu vasitəsilə yoxlanılması və həmin pasportdakı fotoşəkillə sənədi təqdim edən Məhkum3 vizual eyniləşdirilməsi aparılmadan 12 fevral 2016-cı il tarixdə saat 00.09-da nəzarət-buraxılış məntəqəsindən Gürcüstanın ərazisinə keçidinə icazə verilməsi, sərhədi keçdikdən sonra Məhkum4 istifadəsində olan ***-***-**-** nömrəsindən Məhkum5 ***-*****-** telefon nömrəsinə zəng edərək Məhkum3 tərəfindən avtomobilə qoyulmuş pul vəsaitinin miqdarı ilə maraqlanması, Məhkum5 isə vəd olunmuş pul vəsaitinin tam olaraq verildiyini bildirməsi, məqsədə çatmaq üçün sonuncunun “Balakən” sərhəd nəzarəti məntəqəsinin vəzifəli şəxsləri ilə telefon əlaqəsi saxlaması və şəxsən görüşməsi ilə vəzifəli şəxsin qərarlarına qanunsuz təsir göstərməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum3 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçməsini təşkil etmişdir. Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmündən Məhkum1 və onun müdafiəçisi E.S.Vəliyev, Məhkum3 müdafiəçisi V.S.Mirzəyev və Məhkum2 müdafiəçisi T.Q.Əlirzayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının( hakimlər X34 oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 29 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə adları çəkilən məhkumlar barəsində və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2020-ci il tarixli qərarından Məhkum1, Məhkum3 müdafiəçisi X14 və Məhkum2 müdafiəçisi Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə və sonuncunun verdiyi kassasiya şikayətinə əlavəyə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nəsirov İnqilab Maşallah oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 14 oktyabr 2020-ci il tarixli qərarı ilə kas sasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin həmin qərarı isə məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 aid hissədə və kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, 30 iyun 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 110,3 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxs29 onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə ilə birlikdə Bakı Hərbi Məhkəməsinə vəsatətlə müraciət edərək onun göstərilən əmlak barəsində müstəqil tələbələr irəli sürən şəxs qismində işə cəlb edilməsini və eyni zamanda Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs29 nü mayəndəsi ilə birgə həmin hökmdən apellyasiya şikayəti verərək bu hökmün ünvan 2 ünvanında yerləşən 110,3 kv.m.qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə ləğv edilməsini, həmin əmlakın üzərinə qoyulmuş həbsin isə - götürülməsini xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Həsənov Həbib Bəhram oğlu) Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə vəsatəti təmin edilmiş və həmin məhkəmənin 01 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü isə ünvan 2 ünvanında yerləşən 110,3 kv.m.qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs29 nümayəndəsi Nümayəndəla birlikdə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin onların qaldırdıqları mübahisə üzrə (ünvan 2 ünvanında yerləşən 110,3 kv.m.qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə) apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və digər beynəlxalq müqavilələrə, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə istinad edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə həmi n şikayəti belə əsaslandırmışlar ki, mübahisə predmeti olan daşınmaz əmlak - ünvan 2 ünvanındakı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 110,3 kv.m olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin verdiyi Mülkiyyət Hüququ haqqında 1 nömrəli Reyestrin 000003 saylı 17 yanvar 2003-cü il tarixli şəhadətnaməsinə əsasən Məhkum1 atası X3 xüsusi mülkiyyətində olmuş, həmin əmlakı Məhkum1 ümumiyyətlə tanımayan və onun törətdiyi cinayətlərlərlə heç bir əlaqəsi olmayan Zərərçəkmiş şəxs29 04 aprel 2008-c il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və 16 dekabr 2008-ci il tarixdə onu öz adına özəlləşdirərək ona dair mülkiyyət şəhadətnaməsi alaraq (Reyestr № **********98-05101-083001, Qeydiyyat № 1 108098526, qeydiyyat tarixli xx.xx.2008-ci İl), 2010-cu ildən bu gün ədək bu sahəni müvafiq icarə müqavilələrinə əsasən müxtəlif fiziki və hüquq şəxslərə icarəyə vermişdir. Lakin 01 dekabr 2021-ci il tarixdə ona qeyd edilən daşınmaz əmlakın üzərinə Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı ilə həbs qoyulması, Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü ilə isə bu əmlakın xüsusi müsadirə edilməsi bəlli olmuşdur. Halbuki, Zərərçəkmiş şəxs29 nə Məhkum1in barəsində cinayət işi üzrə ibtidai araşdırma aparılarkən, nə də ki, həmin işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılarkən işə cəlb edilməmiş, onun iş üzrə yekun məhkəmə aktlarının çıxarılması barədə məlumatı olmamışdır. Buna görə, kassasiya şikayətinin müəllifləri Məhkum1 barəsində hökmün surətini əldə etdikdən sonra Bakı Hərbi Məhkəməsinə apelly asiya şikayəti ilə və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə müraciət etmiş və həmin şikayətdə mübahisəli əmlakla bağlı lazımi araşdırmanın aparılmasını və ona dair qanuni qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Hərbi Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə onların 01 oktyabr 2019-cu il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edildikdən sonra iş apellyasya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, həmin məhkəmədə apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət versələr də bu vəsatət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti də təmin olunmamışdır. Halbuki, Zərərçəkmiş şəxs29 hazırki iş üzrə məhkum olunmuş Məhkum1lə və digər məhkumlarla heç bir əlaqəsi olmamış, onlar tərəfindən cinayətlərin törədilməsində iştrak etməmiş, o, vicdanlı alıcı olaraq mübahisəli əmlakı əldə etmiş, apellyasya instansiyası məhkəməsi isə onun mübahisəli əmlakı vicdanlı olaraq əldə etməsi üzrə heç bir araşdırma aparmadan, apellyasiya şikayətnə əlavə edilərək məhkəməyə təqdim olunmu sənədlərə hüquqi qiymət vermədən apellyasiya şikayətini təmin etməmiş və buna görə onun mülkiyyətində olan əmlakın xüsus müsadirəsi barədə məhkəmələrin yekun məhkəmə aktları milli və beynəlxalq qanunvericiliyinin tələblərinə zidd olmaqla həmin aktların qəbul edilməsi nəticəsində Zərərçəkmiş şəxs29 mülkiyyət hüququ pozulmuşdur. Şərh ounanlara əsaslanar aq mübahisə predmeti olan daşınmaz əmlak haqqında müstəqil tələblər irəli sürən Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə onların kassasiya şikayətinin təmin edlməsini xahiş edirlər. Kasssiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum1 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı cinayət prosesi iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum1 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qəra rına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, mübahisə predmeti olan daşınmaz əmlak barəsində müstəqil tələb irəli sürən Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə həmin şikayətdə irəli sürdükləri əsas dəlillər ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən əml akın üzərinə həbs qoyulması və müsadirə edilməsi bağlı onların təqdim etdikləri əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş və işdə olan sübutlara düzgün qiymət verməmişdir. Beləliklə də, kassasiya şikayətinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması barədə tələblərini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərar ını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 və qeyrilərinin barəsində olan cinayət işinin materiallarını və bu iş üzrə qəbul edilmiş və kassatorlar tərəfindən mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməs inin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi və digər məsələlərin həlli, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanıl ması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). CPM-nin 397.1-ci maddəsinin müddəalarından görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-c i maddəsində isə təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddələrində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Cinayət-Prosessual Məcəlləsinin tətbiqi ilə bağlı yaranmış məhkəmə təcrübəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi hər hansı qərarında birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərini şərh etməklə həmin dəlillərin iş materialları ilə toplanmış obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırılmış sübutlarla təkzib, yaxud da təsdiq edilməsini göstərməli və əsaslandırmalıdır. Bu zaman, məhkəmə tərəfindən CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiym ətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza tədirinin seçilməsi, həm də iş üzrə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, xüsusi müsadirə növündə cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış s übutlara CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunçuluq prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin müddəlarından da irəli gəlir. Həmin maddəyə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tər əfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Bu prinsipə uyğun olaraq, cinayətprosessual qanunvericiliyinin normaları ilə tənzimlənməyən məsələlər Konstiusiyanın, beynəlxalq müqavilələrin, digər qanunların tələbələrinə əsasən həll edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, Məhkum1 və digərlərinin məhkum olunmalarına dair Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü ilə bir çox digər daşınmaz əmlakla və pul vəsaitləri ilə yanaşı həmçinin Məhkum1 atası X3 04 aprel 2008-ci il tarixədək xüsusi mülkiyyətində olmuş və Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2019-cu tarixli qərarı ilə üzərinə həbs qoyulmuş ünvan 2 ünvanında yerləşən 110,3 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi CM-nin 99-1.3-cü maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcbur i qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Məhkəmə bu haqda qərar qəbul edərkən belə nəticəyə gəlmişdir ki, həmin əmlak da cinayət yolu ilə əldə olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, qeyd edilən əmlakın üzərinə həbs qoyulması barədə 18 fevral 2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinə təqdimat verilməzdən əvvəl, 14 fevral 2019-cu il tarixli 03/181900060 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunaraq həmin əmlakla bağlı müvafiq sənədlərin Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunması xahiş edilsə də, bu müraciətə cavab alınmamış, əmlakla bağlı digər məsələlər də nə ibtidai araşdırma orqanı, nə də işə baxan məhkəmələr tərəfindən araşdırılmayaraq qeyd edlən qeyri-yaşayış sahəsinin artıq həmin dövrdə Zərərç əkmiş şəxs29 mülkiyyətində olması müəyyən edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə apellyasiya instansiyası məhkəməsinə təqdim etdikləri sənədlərdən görünür ki, mübahisəli əmlak Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Mülkiyyət Hüququ haqqında 1 nömrəli Reyestrin 000003 saylı 17 yanvar 2003-cü il tarixli şəhadətnaməsinə əsasən X3 xüsusi mülkiyyətində olmuş, kassasiya şikayətində göstərildiyi kimi, həmin əmlakı Məhkum1 ümumiyyətlə tanımayan və onun törətdiyi cinayətlərlərlə heç bir əlaqəsi olmayan Zərərçəkmiş şəxs29 04 aprel 2008-c il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və 2008-ci ilin dekabr ayında onu öz adına özəlləşdirərək ona dair mülkiyyət şəhadətnaməsi almış (Reyestr № **********98-05101-083001, Qeydiyyat № 1 108098526, qeydiyyat t arixli 16 dekabr 2008-ci İl), 2010-cu ildən bu günədək isə müvafiq icarə müqavilələrinə əsasən müxtəlif fiziki və hüquq şəxslərə icrayə vermişdir. İstər mübahisəli əmlakın xüsusi müsadirə edilməsi barədə nətcəyə gələn Bakı Hərbi Məhkəməsi, istərsə də həmin məhkəmənin 01 oktyabr 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası üzərinə həbs qoyulmuş və müsadirə edilmiş mübahisəli əmlakla bağlı heç bir araşdırma aparmamış və buna görə də yuxarıda göstərilən sənədlərlə təsdiq olunan halları müəyyən etməmişlər. Buna görə, apellyasiya instansiyası məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərarı ilə hökmdən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü isə apellyasiya şikayətlərinə münasibətdə bütün hissələrdə olduğu kimi, mübahisəli əmlakın xüsusi müsadirə edilməsi ilə bağlı hissədə də dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2020-ci il tarixli qərarından Məhkum1, Məhkum3 müdafiəçisi Vasif Mirzəyev və Məhkum2 müdafiəçisi Tahir Əlirzayev tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ünvan 5 ünvanında yerləşən 110,3 kv.m. ölçüdə qeyri-yaşayış sahəsin in üzərinə həbs qoyulması və onun xüsusi müsadirə edilməsi barədə məlumat alan, həmin daşınmaz əmlakın mülkiyyətçisi olan Zərərçəkmiş şəxs29 30 iyun 2022-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndəla birlikdə “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarına istinad edib (həmin Qərara görə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəz ərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər) Bakı Hərbi Məhkəməsinə vəsatətlərlə müraciət edərək göstərilən əmlak barəsində müstəqil tələbələr irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsini və eyni zamanda Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs29 nümayəndəsi ilə birgə həmin hökmdən apellyasiya şikayəti verərək bu hökmün ünvan 2 ünv anında yerləşən 110,3 kv.m.qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə ləğv edilməsini, həmin əmlakın üzərinə qoyulmuş həbsin isə götürülməsini xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs29 nümayəndəsi ilə birlikdə qaldırdığı vəsatət təmin edilmiş və onun həmin məhkəmənin 01 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti bərpa olunmuşdur. Zərərçəkmiş şəxs29 numayəndəsi Nümayəndəla birgə verdiyi apellyasiya şikayətinə baxılmazdan əvvəl onun özü və nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə vəsatətlə müraciət edərək həmin şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını (xüsusən də mübahisəli əmlakın Zərərçəkmiş şəxs29 tərəfindən əldə edilməsinin bütün hallarının ətraflı araşdırılmasını) xahiş etsələr də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 26 iyul 2022-ci il tarixli qərarı ilə onların bu haqda yazılı vəsatətləri təmin edilməmiş, apellyasiya müraciətinə isə 09 avqust 2022-ci il tarixdə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılması müəyyən olunmuşdur. Halbuki, cinayət işinin materiallarını təhlil edən kassasiya kollegiyası hesab edir ki, istər Zərərçəkmiş şəxs29 nümayəndəsi ilə birlikdə verdiyi apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi və onların həmin dəlilərinin və təqdim etdikləri sənədlərin yoxlanılması üçün belə araşdırmanın aparılması, digər tərəfdən isə mübahisəli əmlakın xüsus müsadirə edilməsinin qanuna uyğuğunluğunun yoxlanılması labüd olmuşdur. Buna baxmayaraq, 09 avqust 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əmlakla bağlı heç bir araşdırma aparılmayaraq və yalnız Nümayəndə dəlilləri, dövlət ittihamçısının və Məhkum1 müdafiəçisinin bu dəlillərə münasibətləri, habelə proses iştirakçılarının çıxışları dinlənilərək həmin tarixli qərarla apellyasiya şikayəti təmin olunmamış, Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü isə ünvan 2 ünvanında yerləşən 110,3 kv.m.qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya insta nsiyası məhkəməsinin 09 avqust 2022-ci il tarixli həmin qərarı isə yalnız aşağıdakı hallarla əsaslandırılmışdır: - Məhkum1 elan edilmiş ittiham 2000-ci il tarixdən 2018-ci il tarixədək olan dövrü əhatə edir; - mübahisəli əmlakın mülkiyyətçisi olmuş X10 onun atasıdır, əmlakı öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmış; - etibarnamə üzrə X3in nümayəndəsi qismində alqı-satqısı müqaviləsini imzalamış Şahid46 həm Məhkum1, həm də onun anası – hazırki iş üzrə məhkum olunmuş Məhkum3 sürücüsü olmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi əvvəla Zərərçəkmiş şəxs29la hazırki iş üzrə məhkum olunmuş şəxslər, o cümlədən Məhkum1 və Məhkum3 arasında hansısa əlaqələrinin olması, onların təqsirli bilindikləri cinayətlərin törədilməsində hər hansı şəkildə iştirak edib-etməm əsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxsin əldə etdiyi və öz mülkiyyəti kimi rəsmiləşdirdiyi əmlakın cinayət yolu ilə əldə olunub- olunmaması barədə bilib-öilməməsi yoxlanılmamış və bu mühüm məsələlərlə bağlı heç bir araşdırma aparmamışdır. Hərçənd, hökmdən apellyasiya şikayəti vermiş şəxslər belə araşdırmanın aparılması üçün lazım olan sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə bu sübutları tədqq etməkdən əsassız olaraq imtina etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın)125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə, cnayət mühakimə icraatının çəkişmə prinsipinə, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyil ir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiq edilməsi, habelə iş üzrə digər halların müəyyən edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. CPM-nin 12.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 32.1 və 32.2.2-ci maddələrində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir və bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə birgə verdikləri apellyasiya şikayəti üzrə araşdırmanın aparılması həmçinin cinayət-hüquqi xarakterli tədbir kmi xüsusi müsadirənin tətbiq edilməsinin qaydaları və əsasları nəzərdə tutulmuş cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərinə uyğun olaraq da zəruri olmuşdur. Belə ki, CM-nin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-h üquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutul mayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. CM-nin 99-1.2-ci maddəsinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-1.3-cü maddəsində isə təsbit edilmişdir ki, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etm işdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Göründüyü kimi, CM-nin 99-1.3-cü maddəsində cinayət yolu ilə əldə edilmiş və sonradan özgəninkiləşdirilmiş əmlakın xüsusi müsadirə olunması üçün əsas meyarlar kimi həmin əmlakı alan şəxsin onun cinayət yolu ilə əldə edilməsi barədə bilməsini və ya bilməli olmasını, digər tərəfdən isə belə əmlakın hədiyyə verilməsi və bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılması hallarını nəzərdə tutur. Bununla yanaşı, həmin norma təhlil edilən cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı belə əmlakı vicdanlı əldə edənin, yəni əmlakın cinayət yolu ilə əldə edilməsini bilməyərək onu qəbul etmiş şəxsin də hüquqlarına, əsasən də mülkiyyət hüququna xələl gətirilməməsini tələb edir. Bu təfsirə uyğun olan hüquqi mövqedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında çıxış etmiş, cinayət qanununun yuxarıda göstərilən normalarının tətbiqi ilə bağlı izah və tövsiyələr isə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 24 dekabr 2021-ci il tarixli Qərarında v erilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sözügedən 24 fevral 2022-ci il tarixli Qərarında vurğulamışdır ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasi bətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən CM-nin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu da vicdanlı alıcının mülkiyyətində olan əmlakın xüsusi müsadirə edlməsi mümkünlüyünü bunun üçün əsas ola bilən müvafiq sübutların mövcudluğunda və həmin sübutların tam və hərtərəfli araşdırılması hallarında müəyyən edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun 24 dekabr 2021-ci il tarixli Qərarının 81-ci bəndində göstərilmişdir ki, CM-nin 99-1.3-cü maddəsinin tələbinə görə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş, özgəninkiləşdirilməklə və yaxud hər hansı başqa əsasla digər şəxsin (şəxslərin) mülkiyyətinə keçmiş əmlak, əgər bu şəx s (o cümlədən əmlakı hədiyyə kimi və yaxud öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə edən) vicdanlı əldə edəndirsə, yəni əmlakı əldə edərkən onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirdisə və yaxud bilməli idisə, müsadirə edilə bilməz. Qeyd olunan müddəalar təfsir edilərkən onu nəzərə almaq lazımdır ki, CM-nin 99-1.3-cü maddəsində həmin Məcəllənin 99-1.1-ci maddəsinə istinad olunmuş, bu maddədə isə xüsusi müsadirəyə məruz qoyula bilən əmlak sırasından, o cümlədən müsadirə edilməli olan cinayət yolu ilə edilmiş pul və əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər dairəsindən qanuni sahiblərinə qaytarılmalı olan pul vəsaitləri və digər əmlak istisna edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsində də təsbit edilmişdir ki, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər hərracda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Bu o deməkdir ki, özgəninkiləşdirilmiş əmlakın vicdanlı alıcıda qalmasını ehtiva edən CM-nin 99-1.3-cü maddəsi qanuni sahiblərinə qaytarılmalı olan daşınar əmlakı nəzərdə tutmur. Odur ki, zərərçəkmiş şəxsin cinayətin törədilməsi nəticəsində məhrum olunduğu daşınar əmlakı (məsələn oğurlanmış əşyalar) kimdə, o cümlədən onu əldə etmiş hər hansı şəxsdə aşkarlanmasından asılı olmayaraq qanuni sahibinə qaytarılmalıdır (hərracda özgəninkilə şdirilmiş əşyalar istisna olmaqla). Qərarın 82-ci bəndinə görə, CM-nin 99-1.3-cü maddəsinin mənasına görə (burada CM-nin 99-1.1-ci maddəsində göstərilənlərə aid olan özgəninkiləşdirilmiş və yaxud hər hansı digər səbəbdən başqasına verilmiş əmlakın müsadirəsi nəzərdə tutulduğu üçün) özgəninkiləşdirmə nəticəsində və yaxud başqa əsasla digər şəxsin sahibliyinə keçmiş, o cümlədən onun mülkiyyəti kimi rəsmiləşdirilmiş əmlak barəsində də (vicdanlılıq barədə müddəlarının tələbləri nəzərə alınmaqla) xüsusi müsadirə tətbiq edilə, müvafiq olaraq da xüsusi müsadirənin təmini tədbiri kimi CPM-in XXXII fəsillinin normalarına əməl edilməklə həmin əmlakın üzərinə həbs qoyula bilər. Odur ki, CPM-in 248.2-ci maddəsinin “həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsi n, habelə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur” müddəası CMnin 99-1.3-cü maddəsi ilə yalnız təqsirləndirilən şəxsin və yaxud onun hərəkətlərinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin deyil, həm də digər vicdanlı əldə edən hesab edilməyən şəxslərin də adına rəsmiləşdirilmiş əmlakın müsadirəsinə yol verildiyi nəzərə alınmaqla təfsir edilməlidir. Belə hallarda CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı əldə edən şəxsin vicdanlı alıcı olub-olmaması CPM-nin 139, 146-cı maddələrinin mənasına görə sübut etmə predmetinə aid olan mühüm əhəmiyyətli məsələ olduğundan, həmin şəxsin özünün cinayət prosesində dindirilməsi də daxil olmaqla baxılan məsələ kontekstində zəruri olan digər sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Göründü yü kimi, maddi və prosessual hüquq normaları ilə yanaşı Ali Məhkəmənin Plenumunun adı çəkilən Qərarında da nəzərdə tutulur ki, cinayət-hüquqi tədbir kimi xüsusi müsadirə tətbiq edilməzdən əvvəl buna əsas ola bilən bütün sübutlar tam, hərətərfli və obyektiv araşdırılmalı, həmin sübutlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməli, xüsusən müsadiryə məruz qalası əmlakın əldə edilməsi, özgəninkiləşdirilməsi halları, o cümlədən həmin əmlakın vicdanlı şəkildə əldə edilib-edilməməsi halları yoxlanılmalı və yalnız bundan sonra qeyd edilən tədbirin tətbiq edilib-edilməsi barədə qanuni və əsaslandırılmış qərar qəbul edilməlidir. Hazırki cinayət işinin materiallarından və bu iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından, o cümlədən Zərər çəkmiş şəxs29 nümayəndəsi Nümayəndəla birlikdə verdiyi apellyasiya şikayətinə baxılması üzrə apellyasiya icraatının materiallarından və mübahisəli əmlakın - ünvan 2 ünvanında yerləşən 110,3 kv.m.qeyri-yaşayış sahəsinin xüsusi müsadirəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından yuxarıda şərh olunan tələblərə,hüquqi mövqeyə, izah və tövsiyələrə əməl olunması görünmür. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini qəbul edilən sayan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlak barəsində cinayət-hüquqi tədbir kimi xüsusi müsadirənin əsaslı olubolmamasını yoxlamaq üçün məsələ i lə bağlı, xüsusən də CM-nin 99-1.3-cü maddəsində nəzərdə tutulmuş halların mövcud-olub-olmamasının düzgün müəyyən edilməsi üçün lazımi araşdırmanın aparılması və bu araşdırma zamanı əldə olunmuş sübutların qanuna müvafiq qaydada qiymətləndirilməsi tələb olunur ki, hazırki vəziyətdə də CPM-nin 419-cu maddəsinə əsasən bu vəzifələrin yerinə yetirilməsi kassasiya instansiyası məhkəməsinin deyil, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, heç bir araşdırma aparılmadan, digər tərəfdən CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməklə qəbul edilmiş 09 avqust 2022-ci il tarixli qərar qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə ünvan 2 ünvanında yerləşən 110,3 kv.m.qeyri- yaşayış sahəsinin xüsusi müsadirəsinə dair məsələyə yenidən baxılması üçün cinayət işi təkrar apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, təhlil edilən məsələ ilə əlaqədar təkrar apellyasiya baxışı zamanı aşağıda göstərilənlərin nəzərə alınması vacibdir. Belə ki, Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərə fdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinin tələblərindən görünür ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. CPM-nin 18.1-ci maddəsinə görə, cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hü ququ məhdudlaşdırıla bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi 06 dekabr 2011-ci tarixli Qərarında qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Məhkəmə dəfələrlə vurğulamışdır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bötövlükdə Konvensiyaya məxsusdur. Məhkəmə belə qərara gəlmişdir ki, ərizəçi hətta saxta sənədlər əsasında və dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməli və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin idd iasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci madəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, hazırki işdə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarla qanunun tələblərinə müvafiq olaraq mübahisəli əmlakı vicdanla əldə etmiş Zərərçəkmiş şəxs29 həmin əmlaka olan mülkiyyət hüququndan əvəzsiz olaraq məhrum edilməsi cəmiyyətin maraqlarına, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlərə xidmət etməsi 09 avqust 2022-ci il tarixli qərarda hər hansı şəkildə əsaslandırılmamışdır. Beləliklə, bütün yuxarıda şərh edilənlərdən çıxış edərək və kassasiya şikayətinin təmin edilməsi barədə mübahisəli predmet - daş ınmaz əmlak barəsində müstəqil tələb irəli sürən Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə, habelə Məhkum1 müdafiəçisi E.S.Vəliyevin baxılan kassasiya şikayətinin təmin edilməsi haqda, dövlət ittihamçısı H.B.İmranovun isə həmin şikayətin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs29 nümayəndəsi Nümayəndəla birgə verdikləri kassasiya şikayəti təmin edilməli, ünvan 2 ünvanında yerləşən 110,3 kv.m.qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarı isə ləğv edilməklə cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Mübahisəli predmet - daşınmaz əmlak barəsində müstəqil tələb irəli sürən Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi vəkil Nümayəndə birgə verdikləri kassasiya şikayəti təmin edilsin. Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 3121.2, 313 və 32.3, 318.2-ci maddələri ilə və digərlərinin təqsirli bilinərək məhkum olunmaları haqqında cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinə ünvan 2 ünvanında yerləşən 110,3 kv.m.qeyri-yaşayış sahəsinin xüsusi mü sadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1-1(102)-4/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-4/2023
31.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver