Məhkəmə qərarları › İş №1-1(102)-4/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-4/2024

23.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-4/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi) Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiə çi8 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1N may 2023-cü il tarixli, 11(107)-5/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər İlqar Quliyev (sədrlik edən), Sevindik Əzizov (məruzəçi hakim), Əhməd Sarıyevdən ibarət tərkibdə) 08 dekabr 2022-ci il tarixli, 1(098)1N8/2022 nömrəli hökmü ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Füzuli rayonu, Qarğabazar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu Qobu park 2, yaşayış kompleksi, ev 12, mənzil 58-də yaşayan, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin təminat bölüyündə, əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda cəzaçəkmə müəssisəsində cəzə çəkən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində CM-in N2-ci maddəsi tətbiq edilməklə 02 (iki) 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 330.3.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-in N8.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü bərabər tutulmaqla CM-in NN.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza müddətinin əvvəlinin 14 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonu, Babalı kəndində anadan olmuş, ünvan 1 ünvanda yaşamış, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin təminat bölüyündə, əsgər hərbi rütbəsində xidmət etmiş, 22 yanvar 2022-ci il tarixdə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 32.5, 234.4.3-cü madd əsi ilə təqsirli bilinib barəsində CM-in N2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza müddətinin əvvəlinin 12 may 2022-ci il tarixdən hesablanması, xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuş, Cəlilabad rayonu, Xanəgah kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Səttarxan küçəsi, yeni massivdə yaşayan, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib və 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in N9.3cü və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddələr inin tələblərinə əsasən Məhkum 18 noyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək «şübhəli şəxs» qismində tutulduğu 02 (iki) gün müddət, həmin tarixdən 23 dekabr 2021-ci il tarixədək «həbs»də saxlanıldığı 02 (iki) gün müddət, 23 dekabr 2021-ci il tarixdən hazıradək, yəni 08 dekabr 2022-ci il tarixədək «ev dustaqlığı»nda olduğu 11 (on bir) ay 15 (on beş) gün, ümumilikdə 11 (on bir) ay 19 (on doqquz) gün tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində çəkilməyən 04 (dörd) il 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 70-ci maddəsinə əsasən Məhkum üzərində saxlanılmış 04 (dörd) il 11 (op bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilərək barəsində 02 (ik i) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Məhkum üzərinə davranışı üzərində nəzarəti həyata keçırən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və faydalı əməklə məşğul olmaqla ailəsinə maddi yardım göstərmək vəzifələrinin qoyulması, Məhkum barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılması, iş üzrə maddi subut olan, təqsirləndirilən şəxs Məhkum götürülmüş göy rəngli “Samsunq Galaxy A 7” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Məhkum özünə qaytarılması, hökmün bu hissədə icrasının Cəlilabad Rayon İc ra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə maddi subut olan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 3,2N3 qram nartotik vasitə qurudulmuş marixuana, külli miqdarda təmiz çəkisi 144,372 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, nartotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin məhvedilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 Üzrə Dövlət Komissiyasının işçi qrupuna həvalə edilməsi və həmin maddi sübutların qeyd edilən Dövlət komissiyasının işçi qrupuna təqdim edilməsinin Biləsuvar Rayon Polis Şöbəsinə tapşırılması, iş üzrə maddi sübut olan təqsirləndirilən şəxs Məhkum götürülmüş mobil telefonda olan səsli mesajları köçürdüyü 1 ədəd CD disk, avtomobilə baxış keçirilməsinin qeydə alındığı videogörüntünün olduğu 1 ədəd CD disk, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X3 istintaq orqanına təqdim etdiyi 1 ədəd CD disk, məhkəmə tompüter-texniki ekspertizasının istintaq orqanına təqdim etdiyi bir ədəd flaşkart, “Bakcell" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk cinayət işinin saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmündən dövlət itthamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Sə mədovdan ibarət tərkibdə) 1N may 2023-cü il tarixli, 1-1(107)-5/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 CM-in 32.4, 234.4.3 və 330.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 234.4.3-cü maddələri ilə və Məhkum CMin 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, Həmin hökmdən Təqsirləndirilən şəxs1 barəsində CM-in N2-ci maddəsinin tətbiq edilməsi il ə bağlı müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 32.4, 234.4.3-cü maddəsi ilə 05 (beş) il 0N ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 330.3.2-ci maddəsi ilə təqsirli bilinərək birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası CM-in N8.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü bərabər tutulmaqla CM-in NN.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla qəti olaraq N (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdən Təqsirləndirilən şəxs2 barəsində CM-in N2-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəalar xaric edilmiş, Təqsirləndiril ən şəxs2 təqsirli bilindiyi CM-in 32.5, 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdən "təqsirləndirilən şəxs Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi və ona təyin edilmiş 4 (dörd) il 11 (on bir) gün müddətə müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi” ilə bağlı müddəalar xaric edilmiş, Məhkum Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmü ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 4 (dörd) il 11 (on bir) gün müddətin azadlıqdan məhrum etmə cəzasının icra olunması və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, onun məhkəmə icl as zalından həbs edilməsi, Məhkum təyin edilmiş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin bu gündən, yəni 1N may 2023-cü il tarixindən hesablanması müəyyən edilmiş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs1 hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı rəisə qarşı təkrarən zor tətbiq etmiş, həmçinin şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşının təşkilatçılığı ilə xidmət yoldaşı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda nartotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satışına təhrik etmişdir. Təqsirl əndirilən şəxs2 satış məqsədi ilə narkotik maddə və külli miqdar təşkil edən psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satışına dair məsləhəti ilə Təqsirləndirilən şəxs1 yardım edərək cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Məhkum cinayətin icraçısı kimi satış məqsədi ilə narkotik maddə və külli miqdar təşkil edən psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zaqatala rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin çevik hərəkət bölüyündə 1-ci tağım 1-ci manqanın qumbaratanı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyi zaman 29 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində çevik hərəkət bölüyünün ehtiyat kazarmasının qurutma otağında onun üçün rəi s hesab olunan hərbi hissənin 20-ci sərhəd zastavasında 3-cü qrup komandiri vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs1 əsgər Şahid2 məxsus 1 ədəd "Smartphone” tipli mobil telefonu əsgər Fərid Babaxanovun üzərindən götürdükdən sonra bölüyün əsgərlərinin, həmçinin Təqsirləndirilən şəxs1 həmin telefonla evləri ilə danışmağında məhdudiyyətlər yarandığından əsgər Şahid2 məxsus telefonu, yaxud həmin telefonun dəyəri olan 100 manat pulu sonuncuya geri qaytarmaq məqsədilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 danışmaq adı ilə sonuncuya məxsus mobil telefonu istəmiş, kiçik gizir Zərərçəkmiş şəxs1 özünə məxsus «Samsunq A 2l S» markalı smart mobil telefonu cibindən çıxarmış və həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 mobil telefonunu soyğunçuluq niyyəti olma dan sonuncunun əlindən almış, bu vaxt Zərərçəkmiş şəxs1 telefonunun geri qaytarılmasını tələb edərkən aralarında yaranmış mübahisə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin «əsgər komandirlərə və böyüklərə hörmət göstərməli, hərbi nəzakət və davranış qaydalarına riyaət etməlidir» kimi tələblərini pozub Zərərçəkmiş şəxs1 burun nahiyəsinə 2 yumruq zərbəsi vurub «hər iki gözaltında qançır» diaqnozu ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı rəisə qarşı zor tətbiq etmiş, daha sonra Təqsirləndirilən şəxs1 həmin telefonu əsgər yoldaşı Şahid1 verərək otaqdan çıxmışdir. Bundan sonra Təqsirləndirilən şəx s1 Zaqatala rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünə ezam olunaraq xidmət etdiyi zaman barəsində Zərərçəkmiş şəxs1 zor tətbiq etməsi səbəbindən aparılan araşdırma ilə əlaqədar 2.000 manat pula ehtiyacı yarandığından istintaqa məlum olmayan vaxtda hərbi hissədə xidmət etdiyi bölüyün sürücü-atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs2 ilə şərikli istifadə etdiyi «İphone NS» markalı mobil telefonun "İnstagram” sosial şəbəkəsində məbləğ göstərilmədən pul lazım olması ilə bağlı status paylaşmış, bundan sonra mobil telefon istifadəsində olarkən paylaşdığı instaqram hesabına şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının bir nəfər vətəndaşından azərbaycan dilində istintaqa məlum olmayan vaxtda mesaj gəlmişdir. Həmin mesajda İran İslam Respublikasının vətəndaşı narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satışını təşkil edərək narkotik vasitə və psixotrop maddəni Biləsuvar rayonuna göndərəcəyini demişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 cinayət törətmək qətiyyəti yaradaraq Təqsirləndirilən şəxs2la sövdələşmiş, sonuncunu satışı məqsədi ilə narkotik maddə və külli miqdar təşkil edən psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satışına təhrik etmişdir. Təqsirləndirilən şəxs2 isə öz növbəsində xx.xx.2021-ci il tarixdə cinayətin edilməsini asanlaşdırmaq üçün tanışı və qonşusu Cəlilabad rayon sakini Məhkum ilə satış məqsədi ilə narkotik maddə və külli miqdar təşkil edən psixotrop maddə nin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satışı ilə bağlı mobil telefonla danışaraq Təqsirləndirilən şəxs1 məsləhət vermiş, Məhkum vasitəçiliyi ilə yardım etməklə cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Bundan sonra Məhkum Təqsirləndirilən şəxs1 mobil telefonla verdiyi məlumat əsasında cinayətin icraçısı kimi xx.xx.2021 -ci il tarixdə saat 18 radələrində cinayət barədə xəbərsiz olan Şahid10 idarə etdiyi «VAZ 210N» markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri Q.Həsənova küçəsində yerləşən, üzərində «Şuşa, Bəhrəmtəpə, Biləsuvar» sözləri yazılmış istiqamətləndirici yol nişanının altında gizlədilmiş bir ədəd sellofan bağlamada qablaşdırılmış, təmiz çəkisi 3,2N3 qram olan narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda təmiz çə kisi 144,372 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməkdən ötrü həmin yerə gələrək qeyd olunan narkotik vasitəni və psixotrop maddəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, saxlayıb, daşıyarkən Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri M.İbrahimov küçəsi ilə Q.Həsənova küçəsinin kəsişməsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağının ayaq altı hissəsindən bir ədəd sellofan bağlamada qablaşdırılmış şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 3,2N3 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təmiz çəkisi 144,372 qram psixotrop maddə metamfetamin aşkar edilərək g ötürülmüşdür. Bundan başqa əsgər Təqsirləndirilən şəxs1 Zaqatala rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünə ezam olunaraq xidmət etdiyi zaman 11 dekabr 2021-ci il tarixdə saat 12 radələrində çevik hərəkət bölüyünün ehtiyat kazarmasının dəhlizində həmin bölüyün qurutma otağında siqaret çəkdiyi üçün gənc əsgər X5 danlayan gənc əsgərlərin xidməti alışdırması ilə əlaqədar təlim-tədris mərkəzinə ezam olunmuş həmin hərbi hissənin çevik hərəkət bölüyü 1 -ci tağım 3-cü manqanın tuşlayıcı operatoru vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs1 üçün rəis hesab olunan kiçik gizir Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət nizamnaməsinin 38 və 138-ci maddələrinin «əsgər komandirlərə və böyüklərə hörmət göstə rməli, hərbi nəzakət və davranış qaydalarına riyaət etməlidir» kimi tələblərini pozub sonuncunun sifət nahiyəsinə bir yumruq zərbəsi vurub "sol yanağın selikli qişasında səthi yara və üst dodağın selikli qişasına qansızma” diaqnozu ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı rəisə qarşı təkrarən zor tətbiq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN HƏMİN DƏLİLLƏRƏ MÜNASİBƏTİ: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət əməli üzrə təqsirləndirilən şəxslərin hər biri özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxslərin əməli üzrə mötəbər sübutların olmamasına və baş vermiş əməlin polis orqanlarının təhriki nəticəsində baş verməsi sübu t olunmasına baxmayaraq Tərtər Hərbi Məhkəməsi həmin şəxsləri təqsirli bilərək ittiham hökmü çıxarmışdır. Tərtər Hərbi Məhkəməsi onun müdafiə etdiyi şəxs Məhkum “İİ Qarabağ” müharibəsi iştirakçısı olmasını, düşmənlə döyüşlərdə yaralanmasını və bu günə kimi müalicə olunmasını və s. nəzərə alaraq CM-in 70-ci maddəsini tətbiq etməklə ona hökmlə təyin edilmiş cəzanı şərti hesab etmişdir. Qeyd olunan hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verməmişdir. Lakin hesab edir ki, təqsirləndirilən şəxs Məhkum əməlində cinayət tərkibi yoxdur. Təqsirləndirilən şəxslərə verilmiş ittihamdan da açıq-aydın görünür ki, İranlı deyilən bir şəxs yoxdur. Yəni İranlı deyilən şəxsin şəxsiyyəti nə istintaq orqanına, nə də ki, təqsirləndirilən şəxslərə məlum deyil. Cinayət hadisəsinin baş vermə me xanizminə nəzər saldıqda görünür ki, “whatsapp” sosial şəbəkə vasitəsi ilə yazılmış mesajlar xx.xx.2021-ci il tarixdə axşam saatlarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum arasında baş tutmuş və bu yazışmalar xx.xx.2021 -ci il tarixə saat 18:41-ə qədər davam etmişdir. Şəxsiyyəti istintaqla müəyyən edilməmiş “iran vətəndaşı”nın narkotik vasitənin qoyulduğu yerin şəklinin göndərilməsi və təqsirləndirilən şəxs Məhkum həmin narkotik vasitəni götürməsi ilə cinayət başa çatmışdır. Qeyd edilən tarixlərə diqqətlə baxdıqda müəyyən olunur ki, prosesin başlandığı andan artıq polis işçiləri əməliyyat axtarış tədbirlərini həyata keçirmək üçün qərar qəbul edir. Nəzərə alsaq ki, hər iki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilmiş tarixlərdə Zaqatala rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyündə əsgər kimi həiqiqi hərbi xidmət keçirdilər və həmin şəxslər özləri özlərini ifşa edə bilməzdilər. Təqsirləndirilən şəxs Məhkum də həmçinin özünün törətdiyi cinayət əməli barədə qabaqcadan polisə bildirib özünü ifşa etməzdi. Belə çıxır ki, istintaq orqanının məxvi saxladığı və formal olaraq sənədlərdə “şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam respublikası vətəndaşı” kimi təqdim etdiyi şəxsin polis işçisinin özlərinin adamları olduğu inkar edilmir. Çünki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum arasında olan “whatsapp” yazışmalarında bir də həmin naməlum şəxs “iranlı” da var idi. Məlumatların şəxsiyyəti məlum olmayan “iranlı” tərəfindən p olislərə ötürülməsi elə həmin şəxsin polisin öz adamının olması kimi qiymətləndirilməlidir. Polis əməkdaşlarının nəzarəti altında baş vermiş bütün bu proseslərin ictimai təlükəliliyindən söhbət gedə bilməz və bu hal əksinə təqsirləndirilən şəxslərin cinayət nəticəsində zərərçəkmiş şəxs kimi “cinayətin qurbanları” hesab olunması üçün kifayətdir. Bütün bu yuxarıda qeyd etdikləri bir daha sübut edir ki, baş vermiş əməl polis təhriki nəticəsində baş vermişdir. Məhz buna görə də təqsirləndirilən şəxslər barədə ittiham hökmü ləğv edilməli və onların barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkum A.Sadıqzadənin müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1N,05.2023-cü il tarixli qərarının Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 32.4, 234.4.3-cü maddəsi ilə təqsirili bilinib məhkum olunmasına aid hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməsini, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə əməli sübuta yetirilmədiyinə görə təqsirləndirildiyi maddə ilə barəsində bəraət verilməsi və ya işin tam hərtərəfli və obyektiv baxılmasını təmin etmək üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işin halları tam obyektiv və qərəzsiz araşdırmalı fərziyələrə yox faktlara əssaslanmalıdır. Təqsirləndirilən şəxs2 bu işdə köməkçi yaxud məsləhətçi kimi cə lb edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar yoxdur, onun əməli cinayətə hazırlığı bildiyi halda xəbər verməmə kimi tövsif oluna bilərdi və ona çatacaq payı ilə razılaşma olmamışdır, hətta cinayət hadisəsinin baş verəcəyini belə bilmirdi. Belə olan halda agır cəza nəzərdə tuturan ittihamın ona verilməsi qanunun humanizm prinsiplərinə ziddir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qərarında Təqsirləndirilən şəxs2 qarşı ittihamın düzgün verilməsini qeyd etsə də bunu öz qərarında əsaslandırmamışdır.. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının məhkum Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini və ona təqsirli bilindiyi cinayət əməli üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1, müdafiəçilər Müdafiəçi4, Müdafiəçi1 və Müdafiəçi8 kassasiya şikayətlərini müdafiə etdilər, kassasiya şikayətlərinin məzmununa uyğun çıxış etdilər və kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, cinayət əməllərinin məhkumlar tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkumlara təyin edilmiş cəzaların qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qər arının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumların və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübut ların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiə tərəfi məhkumların əməllərinin tövsifini və cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəy işdirilməsi barədə tələbini CPM-in 41N.1.2, 41N.1.15 və 41N.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət p rosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağır laşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, müdafiə tərəfi kassasiya şikayətlərində məhkumların əməllərinin tövsifini mübahisələndirərək cinayətin polis təhriki nəticəsində baş verdiyini iddia etmiş və məhkumlara təyin edilmiş cəzaların sərtliyini mübahisələndirmişlər. Hazırki cinayət işi üzrə polis təhlikinin mövcud olub-olma ması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, baş vermiş hadisənin məhkəmə sənədlərində qeyd edilmiş ardıcıllıqla baş verməsi və hər üç məhkumun bu hadisədə rolu işin mübahisələndirilıməyən halıdır və cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilir. Polis təhrikinin mövcud olmasının sübut edilməsi üçün isə ən azından hər hansı bir sübut mövcud olmalıdır. Hüquq mühafizə orqanlarının cinayətin açılmasında, cinayətkarların ifşa olunmasında operativ fəaliyyəti heç də polis təhriki kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarında da müdafiə tərəfinin polis təhriki ilə bağlı dəlillərinə ətraflı və əsaslandırılmış münasibət bildirilmişdir və məhkəmə kollegiyası həmin dəlillərin təkrarlanmas ını zəruri hesab etmir. Məhkumlara təyin edilmiş cəzaların ağır olması ilə bağlı kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumların təqsirli bilinərək məhkum edildikləri CM-in 234.4.3-cü maddəsi təsnifat baxımından ağır cinayət hesab edilir və həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin cinayət əməlinin ictimai təklükəliliyinin yüksək olması nəzərə alınaraq həmin maddənin sanksiyasında alternativ cəzalar nəzərdə tutulmamışdır. Məhkumlara da onalrın cəzlarını yüngülləşdirən halların məcmuyu nəzərə alınmaqla təqsirli bilindikləri həmin maddə ilə sanksiyanın ən aşağı həddində azadlıqdan məhrumetmə cəzaları təyin edilmişdir. Təyin e dilmiş həmin cəzanın şərti tətbiq edilməsi üçün CM-in 70-ci maddəsinin tətbiqini zəruri edən halların olması, eləcə də maddənin sanksiyasının aşağı həddindən də aşağı cəzanın təyin edilməsi üçün CM-in N2-ci maddəsinin tətbiqinı zəruri edən müstəsna halların olması vacibdir. Törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi və xarakteri, bu tip cinayət əməllərinin törədilməsinin sayının artması, cəzanın islah və tərbiyələndirmə funksiyası nəzərə alınmaqla, eləcə də digər şəxsləri eyni xarakteri cinayət əməlini törətməkdən çəkindirmək məqsədi ilə bu tip ağır cinayət əməlləri üzrə CM-in N2 və 70-ci maddələrinin tətbiqi CM-in 58-ci maddəsinin tələbləri baxımından cəzanın məqsədlərinə nail olunmasına maneələr yaradır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların hər birinin cəzalarını yüngüll əşdirən hallar onlar barəsində CM-in 70-ci maddəsinin tətbiqinə, eləcə də təqsirli bilindikləri maddəyə CM-in N2-ci maddəsinin tətbiqinə əsas vermir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçilərin kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1N may 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya ş ikayətləri təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(098)-1N8/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.2-ci və 32.4, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barələrində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1N may 2023-cü il tarixli, 1-1(107)-5/2023 nömrəli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar