Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-40/2020 14.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X30, Məhkum3 və onun müdafiəçisi X14 iştirakları ilə, Cəlilabad Hərbi Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 302.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə bəraət verilmiş və CM-in 302.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və CM-in 32.5, 302.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cəlilabad Hərbi Məhkəməsinin (sədrlik edən hakim Vüqar Əhmədov, hakimlər Bədəl Əliyev (məruzəçi) və İslam Neymanovdan ibarət tərkibd ə) 1-1(096)-19/2019 nömrəli 11 sentyabr 2019-cu il tarixli hökmü ilə, Məhkum1, 16 noyabr 1991-ci il tarixdə **** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Təhlükəsizlik Xidmətinin ***** rayon şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş, baş leytenant, hazırda işsiz, **** şəhəri, ****** rayonu, ********* prospekti, ev *****, mənzil **də qeydiyyatda olan; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 302.1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzası, CM-in 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü və 68.2-ci maddələrinə əsasən təy in olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Məhkum1 qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzasına və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 311.3.1-ci maddəsi xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2019-cu il tarixdən hesablanmış, Məhkum2, 22 iyun 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş, polkovnikleytenant, hazırda işsiz, ***** şəhəri, ***** rayonu, ****** qəsəbəsi, ***-ci yaşay ış massivi, ****-ci döngə, ev ****-da qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, CM-in 302.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən Məhkum2 16 aprel 2019-cu il tarixdən 11 sentyabr 2019-cu il tarixədək həbsdə saxlanılma müddəti nəzərə alınmaqla o, təyin olunmuş cəzadan tamamilə azad edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, Məhkum3, 10 noyabr 1986-ci il tarixdə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Dövlət Təhlükəsizliyi Xidmətinin ***** rayon şöbəsində komendant işləmiş, gizir, hazırda işləməyən, ***** rayonu, ****** kəndində qeydiyyatda olmaqla yaşayan; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkum1 qarşı irəli sürülən ittihama əsasən o, vəzifəli şəxs kimi edəcəyi qanunsuz hərəkət, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdarda pul vəsaitini hədə-qorxu tətbiq edib rüşvət qismində istəyərək almış, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik şəxs kimi qeyrisinin köməkçiliyi ilə qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan əməliyyat-axtarış tədbirlərini keçirməklə fiziki şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olaraq əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmuş, təkrarən, vəzifəli şəxs kimi, digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində edəcəkləri qanunsuz hərəkət, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qeyrisi üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdarda pul vəsaitini hədə-qorxu tətbiq edib rüşvət qismində istəmiş, təkrarən, əməliyyat axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi eyni səlahiyyətli digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin köməkçiliyi ilə qanunvericilikdə müəyyən edil miş əsaslar olmadan əməliyyat-axtarış tədbirlərini keçirməklə fiziki şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olaraq əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmuşdur. Belə ki, o, 21 iyul 2015-ci il tarixdən 12 dekabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyərkən xüsusi xidmət orqanının əməkdaşı kimi “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunları ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməli olan və həmin qanunlarla ona verilmiş hüquqlara malik olan vəzifəli şəxs kimi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respub likası Qanununun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmənin (hakimin), istintaq orqanlarının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərar(lar)ı, yəni əsas olmadan həmin Qanunun 10-cu maddəsində nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin qanuna zidd olmasına baxmayaraq, 2017-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbəsində törədilmiş və ya hazırlanan cinayətlər haqqında şifahi formada əldə etdiyi məlumat əsasında, qanunvericiliyə uyğun surətdə hər hansı rəsmiləşdirmə aparmadan və qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan, vəzifəli şəxs qismində edəcəyi qanunsuz hərəkətə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən mad di nemət olan külli miqdarda pul vəsaitini hədə-qorxu tətbiq edib rüşvət qismində istəyərək almaq məqsədi ilə ******** Mərkəzi rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri X16 ətrafında soraqlaşma əməliyyat-axtarış tədbiri keçirməklə, onu qeydiyyatsızsaxta tibbi arayışlar verdiyini əsas gətirib işlədiyi Şöbənin Astara şəhəri, Məhkum1 ********** ünvanında yerləşən inzibati binasındakı xidməti otağına dəvət edərək, həmin otaqda G8 qeyd edilən xüsusat üzrə barəsində cinayət işinin başlanılması, onun cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhəri, ********** qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına göndərilməsi üçün aidiyyəti tədbirlər görəcəyi ilə hədələyərək, 2-3 saat ərzində xidməti otağında ona hədə-qorxu tətbiq edib əsas olmadan so rğusunu aparmaqla habelə, verdiyi tapşırığa uyğun olaraq, özünün rüşvət istəmə və alma cinayət əməlindən xəbəri olmayan, işlədiyi həmin şöbənin komendantı Məhkum3 məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə sonuncu vasitəsilə **** şəhəri, ********** küçəsi ****** ünvanında yerləşən ******* Mərkəzi rayon Xəstəxanasının Poliklinika şöbəsindəki xidməti otağında hər hansı əsas olmadan baxış əməliyyat-axtarış tədbiri keçirilməklə gətirdiyi G8nın istifadəsində olan kompüterinin yaddaşına həmin otaqda Məhkum3 köməkçiliyi ilə, eyni niyyətlə, əsas olmadan əşyanın tədqiqi əməliyyat-axtarış tədbiri keçirməklə, tətbiq etdiyi hədənin real həyata keçiriləcəyi görüntüsü yaradaraq həmin məsələnin G8nın xeyrinə həll olunması, yəni sonuncunun b arəsində özündə olan məlumatların istintaq aidiyyəti üzrə göndərilməməsi və həmin fəaliyyətini davam etdirməsinə imkan verilməsində ifadə olunan qanunsuz hərəkətə və ümumi himayədarlıq, laqeydliyə görə qeyd edilən xidməti otağında sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 10.000 manat məbləğində, yəni külli miqdarda pul vəsaitini hədə-qorxu tətbiq edib rüşvət qismində istəmiş, növbəti gün, yəni 2017-ci ilin aprel ayında G8nın tanışı olan, həmin Mərkəzi Xəstəxananın baş həkiminin müavini vəzifəsində işləyən S6 ilə həmin Xəstəxananın qarşısında özünün idarə etdiyi “Mercedes Benz ML 350” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşında görüşərək, sonuncudan qeyd edilən məqsəd üçün 4.000 manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla vahid niyyətlə şəxsən rüşvət kimi almış, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi Məhkum3 köməkçiliyi ilə qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan vahid niyyətlə əməliyyat-axtarış tədbirlərini keçirməklə G8nın hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, əməliyyat-axtarış fəaliyyəti üzrə qeyd edilən səlahiyyətləri həyata keçirmək hüququna malik vəzifəli şəxs kimi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmənin (hakimin), istintaq orqanlarının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərar(lar)ı, yəni əsas olmadan həmin Qanunun 10-cu maddəsində nəzərdə tutulan əməliyyat -axtarış tədbirlərinin həyata keçirilməsinin qanuna zidd olmasına baxmayaraq, eyni səlahiyyətli digər vəzifəli şəxslə, yəni işlədiyi həmin şöbənin rəisi vəzifəsini icra edən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək edəcəkləri qanunsuz hərəkətə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar himayədarlıq və laqeydlik müqabilində özü və Məhkum2 üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdarda pul vəsaitini hədə-qorxu tətbiq edib rüşvət qismində istəyərək almaq məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün süni səbəblər yaradaraq, yəni 9 noyabr 2018-ci ildə onun cinayətkar niyyətindən xəbərsiz olan ******* rayonu, *********** kənd orta məktəbinin riyaziyyat müəllimi X9 Astara rayonu ********** qəsəbə sakini X25 rayon ərazisində olan orta məktəb şagirdləri arasında Təhsil Nazirliyinin müvafiq lisenziyası olmadan qanunsuz tədris kursları və sınaq imtahanları təşkil etməsi haqqında ərizə alıb, özlərinin rüşvət istəmə və alma cinayət əməlindən xəbəri olmayan, işlədiyi həmin şöbənin komendantı Məhkum3 məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə 9 noyabr 2018-ci il tarixindən 12 noyabr 2018-ci il tarixinədək olan müddətdə hər hansı əsas olmadan Astara rayonu ************ kənd sakini ********* ətrafında soraqlaşma əməliyyataxtarış tədbiri keçirməklə, 12 noyabr 2018-ci il tarixdə, saat 17 radələrində sonuncunu özünü Astara rayon ******* kənd orta məktəbinin direktoru kimi təqdim edən Məh kum3 vasitəsilə ******** qəsəbəsində yerləşən “Kral” marketin qarşısına çağıraraq görüş təyin etdikləri ünvana gedib Y6a məxsus “Mercedes Benz” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşınla onu özünün işlədiyi şöbəyə gətirərkən yolda qeyd edilən kursun rəhbərinin Astara Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil sektorunun müdiri X26 olduğunu öyrənmişdir. Sonra sonuncunu X50 Rayon İcra Hakimiyyətinin qarşısına dəvət etmiş, onun avtomaşına əyləşməsindən sonra onları işlədiyi şöbənin Astara şəhəri, Məhkum1 prospekti 33 ünvanında yerləşən inzibati binasına gətirib bu barədə qabaqcadan əlbir olduğu Məhkum2 məruzə etdikdən sonra sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, həmin binadakı xidməti otağında Y6 və S6 qanunsuz tədris kursları və sınaq imtahanları təşkil etmələrinə görə barələrində cinayət işinin başlanılması, cinayət məsuliyyətinə cəlb edilmələri, həbs qətimkan tədbiri seçilərək Bakı şəhəri, ******** qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına göndərilmələri üçün aidiyyəti tədbirlər görəcəyi ilə hədələyərək, 4-5 saat ərzində xidməti otağında onlara hədə-qorxu tətbiq edib əsas olmadan sorğusunu aparmaqla, yəni əməliyyat-axtarış tədbiri keçirməklə, tətbiq etdiyi hədənin real həyata keçiriləcəyi görüntüsü yaradaraq həmin məsələnin onların xeyrinə həll olunması, yəni onlar barəsində özündə olan məlumatların istintaq aidiyyəti üzrə göndərilməməsi, həmin fəaliyyətlərini davam etdirmələrinə imkan verilməsində ifadə olunan qanunsuz hərəkətə və ümumi himayədarlıq və laqeydliyə görə qey d edilən xidməti otağında Y6dan özü və qabaqcadan əlbir olduğu Məhkum2 üçün birbaşa yolla şəxsən maddi nemət olmaqla külli miqdarda–15.000 manat və S6dan özü üçün birbaşa yolla şəxsən maddi nemət olmaqla külli miqdarda–10.000 manat məbləğində pul vəsaitini hədəqorxu tətbiq edib vahid niyyətlə təkrarən rüşvət qismində istəmiş, təkrarən, əməliyyataxtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi Məhkum2la qabaqcadan qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məhkum3 köməkçiliyi ilə qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan vahid niyyətlə əməliyyat-axtarış tədbirlərini keçirməklə Y6 və S6un hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuşdur. Məhkum2 qarşı irəli sürülmüş ittihama əsasən o, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqc adan əlbir olan bir qrup şəxs qismində edəcəkləri qanunsuz hərəkət, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qeyrisi üçün birbaşa yolla qeyrisi vasitəsi ilə maddi nemət olan külli miqdarda pul vəsaitini hədə qorxu tətbiq edib vahid niyyətlə rüşvət qismində istəmiş, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi eyni səlahiyyətli digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin köməkçiliyi ilə qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan əməliyyat-axtarış tədbirlərini keçirməklə fiziki şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olaraq əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmuşdur. Belə ki, o, 2018-ci ilin fevral ayın dan 12 dekabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini icra edərkən xüsusi xidmət orqanının əməkdaşı kimi “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş vəzifələr daşıdığı və həmin qanunlarla müəyyən edilmiş hüquqlara malik vəzifəli şəxs kimi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmənin (hakimin), istintaq orqanlarının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərar(lar)ı, yəni əsas olmadan həmin Qanunun 10-cu maddəsində nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinin həyata keçir ilməsinin qanuna zidd olmasına baxmayaraq eyni səlahiyyətli digər vəzifəli şəxslə, yəni işlədiyi şöbənin əməliyyat müvəkkili Məhkum1 Füfuli oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək edəcəkləri qanunsuz hərəkətə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü və Məhkum1 üçün birbaşa yolla sonuncu vasitəsi ilə maddi nemət olan küllü miqdar pul vəsaitini hədə qorxu tətbiq edib rüşvət qismində istəyərək almaq məqsədi ilə, aralarında olan cinayətkar niyyətə uyğun olaraq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi Məhkum1lə birlikdə əməliyyat-axtarış tədbirlərini keçirməsi üçün süni səbəblər yaradaraq, yəni 9 noyabr 2018-ci ildə onların cinayətkar niyyətindən xəbərsiz olan Astara rayon u Kijbə qəsəbə sakini Y6un rayon ərazisində olan orta məktəb şagirdləri arasında Təhsil nazirliyinin müvafiq lisenziyası olmadan qanunsuz tədris kursları və sınaq imtahanları təşkil etməsi haqqında alınmış ərizə üzrə, özlərinin rüşvət istəmə və alma cinayət əməlindən xəbəri olmayan, işlədiyi həmin şöbənin komendantı Məhkum3 məsləhətləri və məlumatları, habelə, maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə 9 noyabr 2018-ci il tarixdən 12 noyabr 2018-ci il tarixədək olan müddətdə hər hansı əsas olmadan Astara rayonu Kijbə qəsəbə sakini X37 ətrafında soraqlaşma əməliyyat əməliyyat-axtarış tədbiri keçirməklə 12 noyabr 2018-ci il tarixdə, saat 17 radələrində sonuncunu özünü Astara rayon Şümrüd kənd orta məktəbinin direktoru kimi təqdim edən Məhkum3 vasitəsi ilə Kijbə q əsəbəsində yerləşən “Kral” marketin qarşısına şağıraraq Məhkum1 və Məhkum3 görüş təyin etdikləri ünvana göndərib Y6un və qeyd edilən kursun rəhbəri, Astra Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhsil sektorunun müdiri X21 işlədiyi şöbənin Astara şəhəri Heydər Əliyev prospekti 33 ünvanında yerləşən inzibati binasına gətirilməsini təşkil edərək, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Məhkum1 həmin binadakı xidməti otağında Y6un və S6 qanunsuz tədris kursları və sınaq imtahanları təşkil etmələrinə görə barələrində cinayət işinin başlanması, cinayət məsuliyyətinə cəlb edilmələri, həbs qətimkan tədbiri seçilərək Bakı şəhəri, ******** qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına göndərilmələri üçün aidiyyəti tədbirlər gör əcəyi ilə hədələyərək, sonunculara 4-5 saat ərzində Məhkum1 vasitəsilə onun xidməti otağında hədə-qorxu tətbiq edib əsas olmadan sorğusunu aparmaqla, yəni əməliyyat axtarış tədbiri keçirməklə, tətbiq etdikləri hədənin real həyata keçiriləcəyi görüntüsü yaradaraq həmin məsələnin onların xeyrinə həll olunması, yəni onlar barəsində özlərində olan məlumatların istintaq aidiyyətı üzrə göndərilməməsi, həmin fəaliyyətlərini davam etdirmələrinə imkan verilməsində ifada olunan qanunsuz hərəkətə və ümumi himayədarlıq, laqeydliyə görə Məhkum1 vasitəsilə Y6dan özü və qabaqcadan əlbir olduğu Məhkum1 üçün birbaşa yolla maddi nemət olmaqla külli miqdarda 15.000 manat və S6dan özü və qabaqcadan əlbir olduğu Məhkum1 üçün birbaşa yolla maddi nemət olmaqla külli miqdarda 10.000 manat məbləğində pul vəsaitni hədə-qorxu tətbiq edib vahid niyyətlə rüşvət qismində işlətmiş, əməliyyat axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məhkum3 köməkçiliyi ilə qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan vahid niyyətlə əməliyyat axtarış tədbirlərini keçirməklə Y6 və S6un hüquq və qanunla qorunan mənafelərini əhəmiyyətli pozulmasına səbəb olmuşdur. Məhkum3 qarşı irəli sürülən ittihama əsasən o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs tərəfindən qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan vahid niyyətlə əməliyyat-axtarış tədbirləri keçirərək fiziki şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmaqla əməliyyat-axtarış fəaliyyəti haqqında qanunverici liyi pozma cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, təkrarən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs tərəfindən qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan vahid niyyətlə əməliyyat-axtarış tədbirləri keçirilərək fiziki şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmaqla əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, 2016-cı ilin yanvar ayından 12 dekabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbəsinin komendantı işləyərkən, şöbədə inzibati-təsərrüfat işinə, o cümlədən hərbi əmlakın və digər maddi dəyərlərin qorunub saxlanılmasına, onların düzgün istismarına n əzarət etmək, şöbədə növbətçiliyi həyata keçirən gizir-çavuş heyətinin fəaliyyətini tənzimləmək, onların təlimatlara uyğun xidmət aparmalarına nəzarət etmək, qeyd olunan məsələlərlə bağlı şöbə rəhbərliyinin xidmət xarakterli cari tapşırıqlarını yerinə yetirmək vəzifəsi daşıyan əməliyyataxtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi, “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmənin (hakimin), istintaq orqanlarının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərar(lar)ı, yəni əsas olmadan həmin Qanunun 10cu maddəsində nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin qanuna zidd olmasına baxmayaraq, xüsusi xidmət orqanının əməkdaşı olmaqla əməliyyat axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbəsinin əməliyyat müvəkkili Məhkum1, onun rüşvət istəmə və alma cinayət niyyətindən xəbəri olmadan, öz məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, yəni əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün hər hansı əsas olmadan 2017-ci ilin aprel ayında Məhkum1 verdiyi tapşırıq əsasında, Astara Mərkəzi rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri X16 ünvan 2 ünvanında yerləşən Astara Mərkəzi rayon Xəstəxanasının Poliklinika şöbəsindəki xidməti otağında baxış əməliyyat-axtarış tədbiri zamanı özü ilə birlikdə işlədiyi şöbəyə-Məhkum1 xidməti otağına gətirdiyi G8nın istifadəsində olan kompüterinin yaddaşına həmin otaqda ey ni niyyətlə, əsas olmadan əşyanın tədqiqi əməliyyat-axtarış tədbiri keçirməklə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan Məhkum1 tərəfindən G8nın hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, xüsusi xidmət orqanının əməkdaşı olmaqla əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini icra edən Məhkum 2 və həmin şöbənin əməliyyat müvəkkili Məhkum1 onların rüşvət istəmə və alma cinayət əməlindən xəbəri olmadan, öz məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, yəni sonuncuların 9 noyabr 2018-ci ildə onların cinayətkar niyyətindən xəbərsiz olan Astara rayonu, Sipyapart kənd orta məktəbinin riyaziyyat müəllimi X9 Astara rayonu ******** qəsəbə sakini X25 rayon ərazisində olan orta məktəb şagirdləri arasında Təhsil Nazirliyinin müvafiq lisenziyası olmadan qanunsuz tədris kursları və sınaq imtahanları təşkil etməsi haqqında ərizə almaqla əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün süni səbəblər yaratmalarından sonra verdikləri tapşırıq əsasında, 9 noyabr 2018-ci il tarixindən 12 noyabr 2018-ci il tarixinədək olan müddətdə hər hansı əsas olmadan Astara ray onu ******** kənd sakini X37 ətrafında soraqlaşma əməliyyat-axtarış tədbiri keçirməklə, eyni niyyətlə, 12 noyabr 2018-ci il tarixdə, saat 17 radələrində özünü Astara rayon Şümrüd kənd orta məktəbinin direktoru kimi təqdim edərək X47 qəsəbəsində yerləşən “Kral” marketin qarşısına çağıraraq Məhkum1lə birlikdə görüş təyin etdikləri ünvana gedib Y6u və Astara Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil sektorunun müdiri X21 “Mercedes Benz” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla işlədiyi Şöbənin Astara şəhəri, Məhkum1 prospekti 33 ünvanında yerləşən inzibati binasına gətirib, Məhkum1 tərəfindən öz xidməti otağında Y6 və S6un əsas olmadan sorğusu aparılaraq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş Məhkum2 və Məhkum1 tərəfindən Y6 və S6un hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan əməliyyataxtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması cinayətinin törədilməsində təkrarən köməkçi qismində iştirak etmişdir. Məhkum1, Məhkum2, Məhkum3 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə bəraət verilmiş, buna müvafiq olaraq Məhkum1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi xaric edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1-ci maddəsi ilə, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,302.1- ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmaları barədə hökm çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə, Məhkum1 tərəfindən, Məhkum2 müdafiəçisi X38 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Həbi kollegiyasının (sədrlik edən və məruzəçi hakim İsmayıl Əhmədov, hakimlər Rafiq Cəfərov və Fuad Soltanovdan ibarət tərkibdə) 1-1(106)-40/2019 nömrəli 17 dekabr 2019-cu il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum2 müdafiəçisi E7 Quliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 CM-in 302.1-c i maddəsi ilə nəzərdə tutulmuş əməli təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsinə dair müddəalar ittihamdan və hökmdən xaric edilmiş, Məhkum3 CM-in 32.5,302.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrarən bir qrup şəxs qismində törətmiş olmasına dair müddəalar ittihamdan və hökmdən xaric edilmiş, Məhkum2 CM-in 302.1-ci maddəsi ilə əməlində həmin cinayətin tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarından Məhkum3 tərəfindən kassasiya şikayəti və Dövlət ittihamçısı Sabir oğlu tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum3 kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, apellyasiya şikayəti verməsə də apellyasiya instansiya məhkəm əsi şikayəti olmadığı halda ona aid hissədə də baxmış, ittihamda olan təkrarlıq və qabaqcadan əlbir olma məsələlərini müzakirə etmiş və həmin hissələri ittihamdan xaric etmişdir. Lakin məhkəmə kollegiyası bu məsələləri müzakirə etsə də, onun əməlinə düzgün hüquqi qiymət verməmiş və hökmü ona aid hissədə qüvvədə saxlamışdır. Kassator göstərmişdir ki, ona qarşı irəli sürülən ittiham əsassız, xəyali bir ittihamdır. O, bilavasitə rəisi olan Astara rayon X19 rəisi olan Məhkum2 tabeliyində olan şəxs kimi onun vermiş olduğu əmr və göstərişləri yerinə yetirmişdir. İttihamın ikinci hissəsində qeyd olunduğu kimi şöbə rəhbərinin xidməti xarakterli cari tapşırıqlarım yerinə yetirmişdir. Əməliyyat müvəkkili Məhkum1 ona hər hansı bir tapşırıq verməyib. Hər iki halda həmin vəzifələri yerinə yetirmək üçün mənə göstərişi şöbənin rəisi Ə6 Həsənəliyev və Məhkum2 tərəfindən verilmişdir. O, şöbə rəislərinin tapşırıqlarını yerinə yetirmişdir. Birinci epizodda qeyd olunur ki, guya o, "DTX Astara rayon şöbəsinin əməliyyat müvəkkili Məhkum1, onun rüşvət istəmə və alma cinayət niyyətindən xəbərim olmadan, öz məsləhətlərim və məlumatlarım ilə, habelə maneələri ardan qaldırmaqla yardım edərək, yəni əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün hər hansı əsas olmadan 2017-ci ilin aprel ayında Məhkum1 verdiyi tapşırıq əsasında Astara Mərkəzi rayon Xəstəxanasının Polikilinika şöbəsinin müdiri X16 ünvan 2 ünvanında yerləşən Astara rayon X6 şöbəsindəki xidməti otağında baxış əməliyyat axtarış tədbiri zamanı özü ilə birlikdə işlədiyi şöbəyə - Məhkum1 xidməti otağına gətirdiyi G8nın istifadəsində olan kom püterinin yaddaşına həmin otaqda eyni niyyətlə, əsas olmadan əşyanın tədqiqi əməliyyat axtarış tədbiri keçirməklə, əməliyyat axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan Məhkum1 tərəfindən G8nın hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan əməliyyat axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Əslində o, hər hansı bir cinayətin törədilməsində iştirak etməmişdir. O, öz ifadələrində göstərmişdir ki, Astara rayon X6 şöbəsinin müdiri G8nı həkim kimi tanımış, onun bir neçə dələ şöbəyə gəlib gedərkən görmüşdür. 2017-ci ilin əvvəllərində H6 onu otağına dəvət etmiş və otağa daxil olarkən Poliklinika şöbəsinin müdiri G8nın da orada olduğunu görmüşdür. G8 özü ona Poliklinika şöbəsi ndə yerləşən xidməti otağına getməyini və orada olan noutbuku gətirməyini demişdir. O, bilavasitə rəisi olan Məhkum2 tabeliyində olan şəxs kimi onun vermiş olduğu əmr və göstərişləri yerinə yetirmişdir. İttihamın ikinci hissəsində qeyd olunduğu kimi şöbə rəhbərinin xidməti xarakterli cari tapşırıqlarını yerinə yetirmişdir. Əməliyyat müvəkkili Məhkum1 ona hər hansı bir tapşırıq verməyib. Hər iki halda həmin vəzifələri yerinə yetirmək üçün ona göstərişi şöbənin rəisi Ə6 Həsənəliyev və Məhkum2 tərəfindən verilmişdir. O, hər hansı bir cinayətin törədilməsində iştirak etməmişdir. Məhkəmələr Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsinin tələbini pozmuş və sübutları onun əleyhinə təfsir etmişlər. Bundan başqa, hökmdə göstərilmişdir ki, mən həmin vəzifədə işləyərkən əməliyyat axtarış fəaliyyət ini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi, təkrarən, Məhkum1 onun rüşvət istəmə və alma cinayət əməlindən xəbəri olmadan, öz məsləhətləri və məlumatları, habelə maneələri ardan qaldırmaqla yardım edərək, yəni sonuncunun cinayətkar niyyətindən xəbərsiz olan X9 ərizə alaraq Astara rayonu ******** qəsəbə sakini X39 ətrafında əməliyyat axtarış hərəkətləri aparmışlar. Bütün bu yazılanlar yalandır, o, heç bir əməliyyat-axtarış tədbiri aparılmamış, sadəcə olaraq şöbə rəisinin tapşırığına əsasən və onun iştirakı ilə Y6 zəng etmiş və daha sonra şöbə rəisinin tapşırığına əsasən Məhkum1 ********** mağazasının yanına onun avtomaşını ilə aparmışdır. Daha sonra şöbə rəisi onu növbədən çıxarıb digər zabiti onun yerində növbətçi qoyub, o, isə Y6 Xammədovun evinə gedib - gəlmişdir. O, bilav asitə rəisi olan Məhkum2 xidməti işi ilə bağlı olan tapşırıqlarını icra etmişdir. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarının ona aid hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protesti əsaslandırmaqla göstərmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum2 tam bəraət verilməsi, Məhkum1 qarşı irəli sürülmüş ümumi ittihamlardan 311.3.1-ci maddəsi və 302.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsinə dair müddəaların, həmçinin Məhkum3 CM-in 32.5,302.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrarən bir qrup şəxs qismində törətmiş olmasına dair müddəalar ittihamdan və hökmdən xaric edilməsinə aid hissədə əsassız olduğundan qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası Məhkum2 bəraət verilməsini iş üzrə dindirilmiş şəxslərdən heç birinin Məhkum2 onlardan rüşvət şəklində hər hansı maddi nemət, o cümlədən pul tələb etməsi barədə ifadələr verməməsini qeyd etməklə əsaslandırmağa çalışmışdır. Lakin birinci instansiya məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslər və şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Bel ə ki, iş üzrə zərərçəkmiş şəxslər Y6, S6, şahid H8 ifadələrində DTX-nin Astara rayon şöbəsinin əməliyyat müvəkkili Məhkum1 şəxsən özü və həmin şöbənin rəisi vəzifəsini icra edən Məhkum2 üçün Y6 15.000 manat və S6 10.000 manat rüşvət tələb etməsini göstərmişlər. Məhkum2 rüşvət istənilməsi prosesində iştirakını təqsirləndirilən şəxs Məhkum1 birinci məhkəmə baxışı zamanı verdiyi ifadəsində də dolayı yolla təstiq etmişdir. Belə ki, Məhkum1 Məhkum2 Y6 izahatında İcra hakimiyyətinin işçisi S6 adını çəkdiyinə görə S6 izahatının alınmasından ötrü çağırılmasının lazım olduğunu dedikdə, o da S6 çağırıb izahatını almağı tapşırmışdır. Qeyd olunan ifadələrin əksinə məhkəmə kollegiyası öz qərarında iş üzrə dindirilmiş şəxslərdən heç birinin Məhkum2 şəxsən onlardan rüşvət şəklində hər hansı maddi nemət, o cümlədən hər hansı məbləğdə pul tələb etməməsini qeyd etməklə verilmiş ittihama uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, işin mahiyyətindən və verilmiş ittihamdan da görünür ki, Məhkum2 birbaşa şəxslərdən rüşvət almasına görə deyil, xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü və Məhkum1 üçün birbaşa yolla sonuncu vasitəsi ilə maddi nemət olan küllü miqdar pul vəsaitini hədə qorxu tətbiq edib rüşvət qismində istəyərək almaq məqsədi ilə, aralarında olan cinayətkar niyyətə uyğun olaraq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi Məhkum1lə birlikdə əməliyyat-axtarış tədbirlərini keçirməsi üçün süni səbəblər yaradaraq sonuncu vasitəçiliyi ilə qabaqcadan əlbir olmaqla rüşvət alınmasına görə ona ittiham ver ilmişdir. İş üzrə şahid qismində dindirilmiş X27 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, 09 noyabr 2018-ci il tarixdə mobil telefonuna zəng gəlmiş və özünü DTX-nin Astara rayon şöbəsinin əməkdaşı kimi təqdim edən Məhkum1 saat 14:00-da onu şöbəyə dəvət etmişdir. O atası ilə birlikdə DTX-nın Astara RŞ-nə gedərək nə məsələ olduğunu maraqlandıqda Məhkum1 rayonda Təhsil Nazirliyinin işçiləri kimi özlərini təqdim edən şəxslərin qanunsuz kurs keçirmək istədiklərini planlaşdırdıqlarını deyərək onlara kömək etməyini bildirmiş, nə etməli olduğunu soruşduqda dediyi sözləri ağ vərəqə yazaraq imzalamağını, dövlət tədbiri olduğunu, ona aidiyyəti olmadığını bildirmişdir. O, Məhkum1 inanaraq onun dediyi formada ərizə yazmışdır. Məhkum1 ərizədə Sipyəparad kənd məktəbinin direkto ru N6 guya ona iki nəfər şəxsin özlərini Təhsil Nazirliyinin işçiləri kimi təqdim edərək 24 noyabr 2018-ci il tarixdə qanunsuz sınaq imtahanı keçirmək istədiklərini planlaşdırmalarını dediyini yazmağını bildirmişdir. O, Məhkum1 dediyi formada ərizə yazaraq imzalayıb ona təqdim edərək getmişdir. Sonradan hansı proseslərin getdiyindən xəbəri olmamış, 2018-ci ilin dekabr ayında isə ərizə ilə bağlı Astara Rayon Polis şöbəsindən dəvət olunmuş və ora gedərək izahat vermişdir. Göründüyü kimi Məhkum2 və Məhkum1 öz qanunsuz əməllərinə hüquqi don geyindirib, X23 və X10 rüşvət almalarına onların əməlillərindən məlumatsız olan U6n iradəsinə zidd olaraq Məhkum1 vasitəsi ilə ərizə almışlar. Cinayət işinə əlavə olunmuş Dövlət Təhlükəsizlik Xidmətinin Astara RŞ-dən daxil olan 23.02.2019-cu il tarixli məkt ubdan görünür ki, X17 ərizəsi 09.11.2018-ci il tarixdə DTX-nın Astara RŞ-nə daxil olmuş, 01.12.2018-ci il tarixdə aidiyyatı üzrə Astara rayon Polis şöbəsinə göndərilmişdir. Həmin məktubundan görünür ki, araşdırması DTX-nin səlahiyyətinə aid olmayan cinayət faktı barədə Məhkum1 göstərişi əsasında yazılmış U6n ərizəsi məqsədyönlü şəkildə 20 gündən çox müddətdə aidiyyətı üzrə araşdırılması üçün göndərilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum3 DTX-nin Astara rayon Şöbəsində gizir rütbəsini daşımaqla, komendant vəzifəsində xidmət etmiş və müvafiq təlimatın tələblərinə görə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs olmamış, şöbədə inzibati-təsərrüfat işinə, o cümlədən hərbi əmlakın və digər maddi dəyərlilərin qorunub saxlanılmasına, onların düzgün istismarına nəzarət etmək, şöbədə növbətçiliyi həyata keçirən gizirçavuş heyətinin fəaliyyətini tənzimləmək, onların təlimatlara uyğun xidmət aparmalarına nəzarət etmək, qeyd olunan məsələlərlə bağlı şöbə rəhbərliyinin xidmət xarakterli cari tapşırıqlarını yerinə yetirmək vəzifəsi daşıyan şəxs olmaqla inzibati heyətə daxil olan şəxslərə aid olmuş və şöbənin rəisinə tabe olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxs Məhkum1 həmin şöbənin əməliyyat müvəkkili vəzifəsində baş leytenant rütbəsi daşımışdır. Göründüyü kimi hər iki təqsirləndirilən şəxs cinayət törədərkən hərbi qulluqçu olmuşlar, lakin əməliyyat müvəkkili vəzifəsində olan Məhkum1 şöbənin komendantı Məhkum3 vəzifə üzrə rəisi olmamışdır. Qeyd olunanlara əsasən Məhkum3 əmri icra etdiyi üçün cinayət törətməməsi haqqında gətirdi yi dəlilləri əsassız olduğundan Məhkum1 CM-nin 302.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində hər iki epizod üzrə köməkçi qismində iştirak etməsi istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası yekun qərarı ilə hesab etmişdir ki, Məhkum1 tərəfindən 09 noyabr 2018-ci ilin tarixindən 12 noyabr 2018-ci il tarixədək olan müddətdə Məhkum3 məsləhətləri və məlumatlar verməkdə ifadə olunan köməkçiliyi ilə, Məhkum2 məruzə etdikdən sonra onun razılığı alınmaqla Y6a və S6 qanunsuz tədris kursları və sınaq imtahanları təşkil etmələrinə görə barələrində cinayət işinin başlanılması, cinayət məsuliyyətinə cəlb edilmələri, həbs qətimkan tədbiri seçilərək Bakı şəhəri ******** qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına göndərilmələri üçün aidiyyəti tədbirlər görüləcəyi ilə hədələyərək, 4-5 saat ərzində onlara hədə qorxu tədbiq edib əsas olmadan sorğusunu aparmaqla yəni qanunsuz və əsassız əməliyyat axtarış tədbiri keçirmələri ilə bağlı ittihamın gəldiyi nəticə əsassız, çünki rayon ərazisində qanunsuz tədris kursları və sınaq imtahanları keçirilməsinə dair məlumat üzrə araşdırmanın aparılmasının DTX-nın səlahiyyətinə aid olmadığı, bu məlumatların polis orqanları tərəfindən araşdırılmalı olduğu qəbul edilsə də bu məlumatın ilkin olaraq DTX-nin Astara rayon şöbəsinə daxil olduğu vəziyyətdə şöbə tərəfindən ilkin məlumatların toplanması istintaq orqanının yaxud məhkəmənin qərarı olmadan aparıldığından qanunsuz olmaqla “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin tələbinə uyğun olmasa da CM-nin 302.1-ci maddəsində nəzərdə tutu lan cinayət də hesab edilə bilməz. Belə ki, bu məlumat Astara rayon Sipyapart kənd orta məktəbinin müəllimi U6n ərizəsi əsasında da şöbəyə daxil olduqdan sonra ərizə üzrə hər hansı hərəkət edilməzdən əvvəl DTX-nın müvafiq Baş idarəsinin məsələyə münasibəti öyrənilmiş, həmin idarədən ilkin izahatlar alındıqdan sonra araşdırmanın aidiyyəti üzrə aparılması üçün polis orqanına göndərilməsi tövsiyyə olunmuşdur. Ərizənin hərəkəti müvafiq qaydada rəsmiləşdirilmiş, lazımı qaydada qeydə alınmışdır. Vətəndaşların sorğusu “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində nəzərdə tutulan əməliyyat-axtarış tədbirləri olmaqla “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmənin (hakimin), istintaq orqanlarının və ya əməliyyat-axtarış fəaliyyət inin səlahiyyətli subyektlərinin qərar(lar)ı, əsasında keçirilməli əməliyyat-axtarış tədbirləri olsa da, bu sorğunun aparılması ilə hər hansı şəxsin hüququ və ya qanunla qorunan mənafeyi əhəmiyyətli dərəcədə pozulmamışdır. Lakin məhkəmə kollegiyasının gəldiyi bu nəticə iş materiallarına, qanunvericiliyə istinadən deyil, öz mülahizəsinə əsaslanmışdır. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, iş üzrə şahid qismində dindirilmiş X27 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, 09 noyabr 2018-ci il tarixdə mobil telefonuna zəng gəlmiş və özünü DTX-nin Astara rayon şöbəsinin əməkdaşı kimi təqdim edən Məhkum1 saat 14:00-da onu şöbəyə dəvət etmişdir. O atası ilə birlikdə DTX-nın Astara RŞ-nə gedərək nə məsələ olduğunu maraqlandıqda Məhkum1 rayonda Təhsil Nazirliyinin işçiləri kimi özlərini təqdim edən şəxslərin qanunsuz kurs keçirmək istədiklərini planlaşdırdıqlarını deyərək onlara kömək etməyini bildirmiş, nə etməli olduğunu soruşduqda dediyi sözləri ağ vərəqə yazaraq imzalamağını, dövlət tədbiri olduğunu, ona aidiyyətı olmadığını bildirmişdir. O Məhkum1 inanaraq onun dediyi formada ərizə yazmışdır. Məhkum1 ərizədə Sipyəparad kənd məktəbinin direktoru N6 guya ona iki nəfər şəxsin özlərini Təhsil Nazirliyinin işçiləri kimi təqdim edərək 24 noyabr 2018-ci il tarixdə qanunsuz sınaq imtahanı keçirmək istədiklərini planlaşdırmalarını dediyini yazmağını bildirmişdir. O Məhkum1 dediyi formada ərizə yazaraq imzalayıb ona təqdim edərək getmişdir. Sonradan hansı proseslərin getdiyindən xəbəri olmamış, 2018-ci ilin dekabr ayında isə ərizə ilə bağlı Astara Rayon Polis şöb əsindən dəvət olunmuş və ora gedərək izahat vermişdir. Göründüyü kimi Məhkum2 və Məhkum1 öz qanunsuz əməllərinə hüquqi don geyindirib, X23 və X10 rüşvət almalarına onların əməllərindən məlumatsız olan U6n iradəsinə zidd olaraq Məhkum1 vasitəsi ilə ərizə almışlar. Cinayət işinə əlavə olunmuş Dövlət Təhlükəsizlik Xidmətinin Astara RŞ-dən daxil olan 23.02.2019-cu il tarixli məktubdan görünür ki, X17 ərizəsi 09.11.2018-ci il tarixdə DTX-nın Astara RŞ-nə daxil olmuş, 01.12.2018-ci il tarixdə aidiyyəti üzrə Astara rayon Polis şöbəsinə göndərilmişdir. Həmin məktubundan görünür ki, araşdırması DTX-nin səlahiyyətinə aid olmayan cinayət faktı barədə Məhkum1 göstərişi əsasında yazılmış U6n ərizəsi məqsədyönlü şəkildə 20 gündən çox müddətdə aidiyyəti üzrə araşdırılması üçün göndərilməmişdir. Hansı ki, “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10-cu maddəsinin tələbinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. "Əməliyyat-axtarış fəaliyyəti" haqqında Qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Məhkəmədə araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Məhkum2 2018-ci ilin f evral ayından 12.12.2018-ci il tarixədək DTX-nin Astara rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş, 2018ci ilin noyabr ayının əvvəllərində Məhkum1 ona müraciət edərək rayon ərazisində qanunsuz kurs təşkil edildiyi, şagirdlərdən pul yığıldığı barədə əməliyyat məlumatı olduğunu bildirmiş, ona əməliyyat məlumatının araşdırması və şikayətçilərdən ərizə almasına dair göstəriş vermişdir. Lakin həmin əməliyyat məlumatı şöbədə qeydiyyata alınmamışdır. Bundan bir-iki gün sonra Məhkum1 məktəbdə müəllim işləyən şəxsin ərizəsini gətirib ona təqdim etmiş və Məhkum2 ərizənin üzərinə dərkənar qoyaraq qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan və rəsmi qərar qəbul etmədən araşdırmasını Məhkum1 həvalə etmiş, ona bu məsələnin araşdırılması üçün sərbəst hərəkət etmək barədə icazə vermişdir. 12 noyabr 2018-ci il tarixdə Məhkum1 xidməti telefonla Məhkum2 zəng edərək şöbənin komendantı, Məhkum3 vasitəsi ilə kursun təşkilatçısı Y6la görüş təyin etdiyini, onu şöbəyə gətirmək üçün getmək istədiklərini məruzə etmiş, Məhkum2 Məhkum1 əməliyyat axtarış fəaliyyətini keçirməsinə nəzarət etmək əvəzinə "Əməliyyat-axtarış fəaliyyəti" haqqında qanunun tələblərinə zidd olaraq şöbənin komendantı vəzifəsini daşıyan Məhkum3 qanunsuz olaraq Məhkum1 əməliyyat axtarış tədbirini keçirməsində kömək etmək məqsədilə növbədən çıxararaq növbəni Ə6 Abdullayevin əvəz edəcəyini bildirib ******** qəsəbəsində yerləşən “Kral” marketin qarşısına göndərməklə Məhkum3 əməliyyat-axtarış fəaliyyətinə cəlb olunmasına zəmin yaratmışdır, bunun davamı olaraq Məhkum1 ona istinad olunan cinayət əməllərini törətməsi ilə nəticələnə n əməliyyat-axtarış fəaliyyəti Y6 və S6un hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuşdur. Məhkəmədə tədqiq olunmuş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Məhkum2 CM-nin 302.1, 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsi tam təsdiq olunur. Digər tərəfdən CM-in 302-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti əməliyyataxtarış orqanlarının fəaliyyəti, habelə vətəndaşların hüquqları və qanuni mənafeləri olduğu halda, 311-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai mü nasibətlərdir. Hər iki cinayət əməli ayrı-ayrı obyektlərə yönəldiyindən Məhkum1 əməlinin CM-in 311-ci maddəsi ilə əhatə olunması əsasızdır. Göründüyü kimi, məhkəmə kollegiyası yekun nəticəyə gələrkən qanunvericiliyin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarın qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, əksinə maraqların toqquşduğu məhkəmə prosesində ittiham tərəfinin təqdim etdiyi, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini yekun qərarda düzgün əks etdirməmiş, məhkəmələrin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, ittiham tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamışdır. Sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verməmiş sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, onlar tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə verilmiş ittihamın tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verməmiş sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, onlar tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə verilmiş ittihamın tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Kassator kassasiya protestində göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini, Məhkum1, Məhkum2 və Məhkum3 təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya bax ışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin ona aid hissədə təmin olunmaması barədə Məhkum3, müdafiəçisi Novruz H6zadənin və kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə məhkumun kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilməli, Məhkum1, Məhkum2 və Məhkum3 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya protestində birinci və apellyasiya i nstansiyası məhkəmələri tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun olaraq tam, obyektiv və hərtərəfli tədqiq edilmədiyini, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmayan ziddiyyətli sübutlara əsaslandığını, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini, Məhkum2 isnad edilən cinayətləri törətməsinə dair kifayət qədər sübutlar olmasına baxmayaraq onun barəsində əsassız olaraq bəraət hökmü çıxarıldığını və məhkumlara yüngül cəza təyin edildiyini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə); 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etdikdə) maddələrinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, məhkəmə bu Məcəllənin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkəmə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir. 1.Məhkəmə kollegiyası ilk növbədə kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etməmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliy i üzrə düzgün qiymət verməmiş və nəticədə əsassız qərar qəbul etmişlər.
2. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir.
3. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir.
4. Birinci instansiya məhkəməsi Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verərkən hökmünü belə əsaslandırmışdır ki, “ Eyni zamanda zərərçəkmiş şəxs S6un məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Məhkum1 işin həll olunması üçün 10.000 manat pul lazım olduğunu, bu pulun yarısının onlara, yarısının isə yuxarıya çatacağını, onun xahişini A7 müəllim etdiyinə görə, ona hörmətləri olduğu üçün rəis və ona çatacaq 5000 manatdan imtina etdiklərini, qalan beş min manatı bu gün çatdırmalı olduğunu bildirmiş, o 5000 manat pulunun olmadığım, bu pulu tapmağa başqa şəxs olmadığı üçün kömək məqsədi ilə yalnız A7 müəllimə müraciət edə biləcəyini H6ya dediyi zaman H6 xidməti telefonu götürərək bunu rəislə razılaşdırmalı olduğunu demiş, telefonla kimisə yığaraq dediklərini ona çatdıraraq telefonu yerə qoymuş, rəisin razılığını aldığını bildirərək bu işin kənara çıxmaması haqqında ona tapşırıq vermişdir. H6 onun yanında telefonla danışdıqdan sonra rəisin razılığını aldığını dedikdə onun rəislə danışıbdanışmamasını dəq iq bilmir, bəlkə də həmin vaxt H6 heç kimlə danışmamış, özünü kiminləsə danışırmış kimi göstərmişdir. Həmçinin şahid X11 ifadəsində göstərmişdir ki, Məhkum1 Y6ın qanunsuz kurslar təşkil etməklə cinayət törətməsini, buna görə də həbs olunacağını bildirərək bu məsələni yoluna qoymaq üçün 10000 manat pul verməli olduqlarını dediyi zaman ona vəziyyətlərini izah etmiş, Məhkum1 mümkün olmadığını, lakin rəislə danışıb bir söz deyəcəyini bildirərək otaqdan çıxmışdır. Bir qədər sonra geri qayıdaraq öz payına düşəndən 1000 manat keçdiyini, 9000 manat verməli olduqlarını bildirmişdir. O, Məhkum1 həmin məbləği də verməyə imkanları olmadığını deyərək onu rəislə görüşdürməsini xahiş etmişdir. H6 rəisin kənar şəxsləri qəbul etmədiyini bildirərək özü onun sözünü rəisə çatdıracağını deyib otaqdan çıxmış, bir qədər sonra qayıdaraq rəisin də özünə düşəndən 1000 manat çıxdığını, rəisi razı saldığını bildirərək 8000 manatdan aşağı mümkün olmadığını bildirmişdir. Həmin vaxt o H6nın rəisin yanına gedib- getməməsini bilməmişdir. Beləliklə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən görünür ki, Məhkum1 onlardan pul istəyərkən rəisin adını çəksə də Məhkum2 şəxsən onlardan pul istəməmiş və kiməsə rüşvət verməsini tələb etməmişdir. Onlar pulun rəis üçün alınmasını yalnız H. Əliyevdən eşitmişlər. Bundan başqa, istintaq orqanı ittiham aktında DTX-nin Astara RŞ-nin komendantı Məhkum3 tərəfindən DTX-nin Daxili Təhlükəsizlik İdarəsinə təqdim olunmuş Məhkum1lə öz arasında aparılmış danışıqlara, həmçinin yazışmaların fotoşəkillərinə dair 27.02.2019-cu il tarixli baxış protokolunu və cinayət təqibi ü çün mühüm əhəmiyyət kəsb etdiyinə görə bununla əlaqədar məhkəmə-fonoskopik ekspertizasının 05 mart 2019-cu il tarixli, 5819 №-li rəyini Məhkum2 və Məhkum1 Astara rayon sakinləri X37 və X10 hədə-qorxu ilə rüşvət istəmələri faktının təsdiqi üçün sübut kimi göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı həmin sənədlər tədqiq olunarkən onların məzmununda Məhkum2 X37 və X10 hədə-qorxu ilə rüşvət istəməsini təsdiq edən hər hansı bir fakt müəyyən olunmamışdır”.
5. Apellyasiya kollegiyası belə hesab etmişdir ki, “ Məhkum1 tərəfindən 09 noyabr 2018-ci ilin tarixindən 12 noyabr 2018-ci il tarixədək olan müddətdə Məhkum3 məsləhətləri və məlumatlar verməkdə ifadə olunan köməkçiliyi ilə, Məhkum2 məruzə etdikdən sonra onun razılığı alınmaqla Y6a və S6 qanunsuz tədris kursları və sınaq imtahanları təşkil etmələrinə görə barələrində cinayət işinin başlanılması, cinayət məsuliyyətinə cəlb edilmələri, həbs qətimkan tədbiri seçilərək Bakı şəhəri ******** qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına göndərilmələri üçün aidiyyəti tədbirlər görüləcəyi ilə hədələyərək, 4-5 saat ərzində onlara hədə qorxu tətbiq edib əsas olmadan sorğusunu aparmaqla yəni qanunsuz və əsassız əməliyyat axtarış tədbiri keçirmələri ilə bağlı ittihamın gəldiyi nəticə əsassız, çünki rayon ərazisində qanunsuz tədris kursları və sınaq imtahanları keçirilməsinə dair məlumat üzrə araşdırmanın aparılmasının DTX-nın səlahiyyətinə aid olmadığı, bu məlumatların polis orqanları tərəfindən araşdırılmalı olduğu qəbul edilsə də bu məlumatın ilkin olaraq DTX-nin Astara rayon şöbəsinə daxil olduğu vəziyyətdə şöbə tərəfindən ilkin məlumatların toplanması istintaq orqanının yaxud məhkəmənin qərarı olmadan aparıldığından qanunsuz olmaqla “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin tələbinə uyğun olmasa da CM-nin 302.1-ci maddəsində nəzərdə tutulan cinayət də hesab edilə bilməz. Belə ki, bu məlumat Astara rayon Sipyapart kənd orta məktəbinin müəllimi U6n ərizəsi əsasında da şöbəyə daxil olduqdan sonra ərizə üzrə hər hansı hərəkət edilməzdən əvvəl DTX-nın müvafiq Baş idarəsinin məsələyə münasibəti öyrənilmiş, həmin idarədən ilkin izahatlar alındıqdan sonra araşdırmanın aidiyyəti üzrə aparılması üçün polis orqanına göndərilməsi tövsiyyə olunmuşdur. Ərizənin hərəkəti müvafiq qaydada rəsmiləşdirilmiş, lazımı qaydada qeydə alınmışdır. Vətəndaşların sorğusu “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində nəzərdə tutulan əməliyyat-axtarış tədbirləri olmaqla “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmənin (hakimin), istintaq orqanlarının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərar(lar)ı, əsasında keçirilməli əməliyyat-axtarış tədbirləri olsa da, bu sorğunun aparılması ilə hər hansı şəxsin hüququ və ya qanunla qorunan mənafeyi əhəmiyyətli dərəcədə pozulmamışdır”.
6. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Məhkum1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 311.3.1-ci maddə sinin xaric edilməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 CM-in 302.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsinə dair müddəaların ittihamdan və hökmdən xaric edilməsi, Məhkum3 CM-in 32.5,302.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrarən bir qrup şəxs qismində törətmiş olmasına dair müddəaların ittihamdan və hökmdən xaric edilməsi və Məhkum2 CM-in 302.1-ci maddəsi ilə əməlində həmin cinayətin tərkibinin olmaması əsası ilə bəraət verilməsinə dair gəldikləri qənaətlərini əsassız hesab edir, sübutlara belə qiymət verməni yolverilməz hesab edir və cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi zəruri hesab edir:
7. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X27 birinci instansiya məhkəməsində ver diyi ifadəsində göstərmişdir ki, 09 noyabr 2018-ci il tarixdə mobil telefonuna zəng gəlmiş və özünü DTX-nin Astara rayon şöbəsinin əməkdaşı kimi təqdim edən Məhkum1 saat 14:00da onu şöbəyə dəvət etmişdir. O, atası ilə birlikdə DTX-nın Astara RŞ-nə gedərək nə məsələ olduğunu maraqlandıqda Məhkum1 rayonda Təhsil Nazirliyinin işçiləri kimi özlərini təqdim edən şəxslərin qanunsuz kurs keçirmək istədiklərini planlaşdırdıqlarını deyərək onlara kömək etməyini bildirmiş, nə etməli olduğunu soruşduqda, dediyi sözləri ağ vərəqə yazaraq imzalamağını, dövlət tədbiri olduğunu, ona aidiyyatı olmadığını bildirmişdir. O, Məhkum1 inanaraq onun dediyi formada ərizə yazmışdır. Məhkum1 ərizədə Sipyəpart kənd məktəbinin direktoru N6 guya ona iki nəfər şəxsin özlərini Təhsil Nazirliyinin işçiləri kimi təqdim edərək 24 noyabr 2018-ci il tarixdə qanunsuz sınaq imtahanı keçirmək istədiklərini planlaşdırmalarını dediyini yazmağını bildirmişdir. O, Məhkum1 dediyi formada ərizə yazaraq imzalayıb ona təqdim edərək getmişdir. Sonradan hansı proseslərin getdiyindən xəbəri olmamış, 2018-ci ilin dekabr ayında isə ərizə ilə bağlı Astara Rayon Polis şöbəsindən dəvət olunmuş və ora gedərək izahat vermişdir.
8. Şahidin ifadəsindən də göründüyü kimi o, heç də könüllü olaraq ərizə yazmadığını, DTXnın Astara rayon şöbəsinin əməkdaşı Məhkum1 tərəfindən şöbəyə dəvət olunduğunu, orta məktəblərdə qanunsuz kurs keçildiyini, bu qanunsuzluqla mübarizə aparmaq üçün ərizə yazmalı olduğunu və bunun dövlət tədbiri olduğunu bildirərək ondan ərizə almışlar.
9. X3 belə bir ərizə alınmasında məqsəd doğrudanmı cinayətkarlıqla mübarizə aparmaq olmuşdur? Orta məktəb şagirdlərinə kurs keçmək cinayət əməlidirmi? Orta məktəb şagirdlərinə kurs keçmək Dövlətin təhlükəsizliyinə təhlükə yaradırmı? Bu kimi hallarla mübarizə aparmaq Döğlət Təhlükəsizlik Xidmətinin səlahiyyətinə daxildirmi? Məhkum2 və H6 X1 ərizə almaqda niyyətləri qanunsuzluqla mübarizə aparmaq olmuşdurmu?
10. Məhkəmə kollegiyası qeyd edir ki, “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə əsasən bu kimi hallarla mübarizə aparmaq Dövlət Təhlükəsizlik Xidmətinin səlahiyyətlərinə daxil deyildir və bu xüsusatı Məhkum2 və Məhkum1 bilirdilər. Çünki, hər iki şəxs işin ibtidai istintaqı və məhkəmə araşdırmaları zamanı verdikləri ifadəl ərində orta məktəb şagirdlərinə qanunsuz kurs keçilməsi ilə mübarizənin onların səlahiyyətinə aid olmadığını və bu ərizənin polis orqanlarına göndərəcəklərini bildirmişlər.
11. Cinayət işinə əlavə olunmuş Dövlət Təhlükəsizlik Xidmətinin Astara RŞ-dən daxil olan 23.02.2019-cu il tarixli məktubdan görünür ki, X17 ərizəsi 09.11.2018-ci il tarixdə DTX-nın Astara RŞ-nə daxil olmuş, 01.12.2018-ci il tarixdə aidiyyəti üzrə Astara rayon Polis şöbəsinə göndərilmişdir.
12. Həmin məktubundan görünür ki, araşdırması DTX-nın səlahiyyətinə aid olmayan və Məhkum1 göstərişi əsasında yazılmış U6n ərizəsi məqsədyönlü şəkildə aidiyyəti üzrə araşdırılması üçün göndərilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10cu maddəsinin tələbinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.
14. Ümumiyyətlə, qeyd edilməlidir ki, cinayətkarlıqla mübarizə aparan orqanlar vətəndaşın ərizəsi daxil olarkən ilk növbədə ərizədə cinayət xarakterli bir məlumatın olub-olmamasını müəyyən edir, bundan sonra isə həmin ərizədə göstərilən xüsusatların həmin orqanın səlahiyyətinə aid olubolmaması müəyyənləşdirilir. Əgər ərizədə göstərilən halların araşdırılması onların səlahiyyətinə aid olmadıqda, şəx sin müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərilir və müraciət edənə bu barədə məlumat verilir.
15. Məhkum1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o, DTX-nin Astara RŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən 2018-ci ilin oktyabr-noyabr aylarında ona Y6 adlı şəxsin məktəbləri gəzərək özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edərək sınaq kursları təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar olaraq Baş İdarədən daxil olmuş tövsiyəyə əsasən təhsil sahəsində ərizə bazasının toplanılması vacib olduğu üçün araşdırma aparmışdır. Məlumat əsasında kənd məktəblərinin birində müəllim işləyən U6n narazı şəxs olması müəyyən edilmiş və sonuncunu şöbəyə dəvət edərək bu halı dəqiqləşdirmişdir. U6 müəllim deyil ənləri təsdiq edərək direktorun bu işlərə razılıq verdiyini bildirmiş, ona bu işlə bağlı hüquqi tədbir görülməsini istəyirsə yazılı formada ərizə təqdim etməli olduğunu izah etmişdir. U6 müəllim yazılı formada ərizə təqdim etmiş və həmin ərizə qeydiyyata alındıqdan sonra şöbə rəisi Məhkum2 ərizənin araşdırılmasını ona həvalə etmişdir. Buna görə də 12 noyabr 2018-ci il tarixdə Y6 adlı şəxsi müəyyənləşdirmək üçün komendant Məhkum3 tapşırıq vermiş, Məhkum3 Y6ın nömrəsinə zəng edərək özünü kənd məktəbinin direktoru kimi təqdim edib ******** qəsəbəsində “Kral” marketin qarşısında görüş yeri təyin etmişdir. Həmin gün saat təxminən 17 radələrində şöbə rəisi Məhkum2 məruzə edərək Məhkum3lə birlikdə özünə məxsus “Mersedes Benz ML350” markalı ****** dövlət qeydiyyat nişanlı avtomaşınla “****” mark etin yanına getmiş, avtomaşını Məhkum3 idarə etmişdir. “************ ” marketin qarşısında avtomaşından düşərək Y6ın “Mersedes Bens E-klass” markalı avtomaşınına yaxınlaşmış və avtomaşına əyləşərək özünü təqdim etmişdir. Sonuncuya barəsində DTX-nın Astara RŞ-də şikayət ərizəsinin olduğunu bildirərək onu şöbəyə dəvət etmişdir. Y6 könüllü qaydada, heç bir müqavimət göstərmədən öz avtomobili ilə birlikdə şöbəyə gəlmişdir. Şöbəyə çatanda Y6 bu barədə rəhbərliyinə məruzə etməli olduğunu demiş və Astara rayon İcra Hakimiyyətinin sektor müdiri S6 zəng edərək DTX-dan onu dəvət etdiklərini bildirmişdir. S6 onu da götürməyi Y6a dediyinə görə şöbəyə az qalmış o da gəlib avtomaşına əyləşmiş və birlikdə şöbəyə gəlmişlər. S6 dəhlizdə gözləmiş, Y6u isə xidməti iş otağına apararaq bu barədə rəisə məruzə e tmişdir. Məhkum2 ona faktı araşdırmağını tapşırmışdır. Ona görə Y6ın izahatını almış, o, izahatında etiraf edərək S6un rəhbərlik etdiyi “Fature Genus” kurslarını məktəblərdə təşkil və təbliğ etdiklərini bildirmişdir. O Y6ın izahatını aldıqdan sonra rəis Məhkum2 yanma qalxmış və S6un onun xidməti otağında olduğunu görmüşdür. Məhkum2 yanında olarkən S6dan nə üçün gəldiyini soruşduqda o, kursun rəhbəri olduğunu demişdir. Həmin ərəfədə İcra başçının müavini A7 rəisə zəng edərək S6un xahişini etmiş, Məhkum2 S6 dəvət etmədiklərini, onun özünün gəldiyini və gedə biləcəyini bildirmişdir. Ondan sonra S6 çıxıb getmişdir. Sonra Y6ın məsələsini DTX-nın Baş İdarəsinin 5-ci şöbəsinin əməkdaşı E5 adlı şəxsə məruzə etmiş, sonuncu vətəndaşın izahatını alaraq sənədləri aidiyyətı üzrə polisə və ya icra hakim iyyətinə göndərməyini tapşırmışdır.Ondan bu məsələnin onların səlahiyyətlərinə aid olub-olmadığını soruşduqda, E5 onların səlahiyyətinə aid olmadığını bildirmişdir. Daha sonra rəisin yanına qalxaraq Y6ın izahatında S6n adını çəkdiyini, ona görə onun izahatını almalı olduğunu bildirmişdir. Məhkum2 zəng edib S6 dəvət edərək izahatını almağını ona tapşırmışdır. Ona görə də öz şəxsi mobil telefonu ilə S6 zəng edərək şöbəyə gəlib izahat verməsini demişdir. S6 isə növbəti gün gələcəyini bildirmişdir. Həmin ərəfədə rəisə Y6ın qorxduğunu, halının pisləşdiyini məruzə edərək onu Məhkum3lə birlikdə evlərinə göndərmək istədiyini demiş, rəis icazə verdiyi üçün X51 evlərinə yola salmışdır. Bir qədər sonra S7 zəng edərək Y6ın anasının şöbəyə gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. Ona görə şöbəyə qayıdaraq bu barədə rəisə məruzə etmiş, rəis razılıq verdiyi üçün Y6 və anasını qəbul etmişdir. Y6ın anası ona narahat olduğunu demiş, ona faktın onların şöbəsinə aidiyyətı olmadığına görə materialları polis şöbəsinə göndərəcəyini izah etmişdir.Y6ın anası oğlunun başına bu işləri S6un gətirdiyini bildirmişdir. Sonra Y6 da ona kömək etməyini xahiş etmiş, məsələnin onlara aidiyyəti olmadığına görə materialları polis şöbəsinə göndərəcəyini Y6a da izah etmişdir. Növbəti, S6 zəng etdikdə sonuncu onun zənglərinə cavab vermədiyi üçün onun saymamazlıq etdiyini güman etmiş, sonrakı gün isə S6 onun zənginə cavab vermiş və ona izahat verməsi üçün şöbəyə gəlməsini tapşırmışdır. S6 ona Məhkum2 İcra başçısına zəng etməsini demiş, həmin vaxt ona özü biləcəyini bildirərək materialları polisin istin taqına göndərəcəyini nəzərinə çatdırmışdır. Bundan sonra DTX-nin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları xidməti araşdırma üçün rayona gəlmiş və İcra hakimiyyətində olduqdan sonra bu işlə bağlı vətəndaşlarla görüşməyə başlamışlar. Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları xidməti araşdırma üçün gəldiklərinə görə S6n izahatını ala bilməmiş, həmçinin Y6ın da ərizəsini aidiyyəti üzrə göndərə bilməmişdir. Eşitdiyinə görə o, vəzifədən azad olunandan sonra U6n ərizəsi aidiyyəti üzrə Astara rayon polis şöbəsinə göndərilmişdir. Y6 şöbədə olarkən ona hər hansı bir təzyiq olmamış, kursun fəaliyyətində qanunsuzluq aşkar olunmadığı üçün Y6dan hər hansı bir maddi və ya sair nemət tələb edə bilməzdi və ondan heç nə tələb də etməmişdir.Həmçinin Y6dan rüşvət istəməmişdir. Qeyd etdiyi faktların araşd ırılmasının Dövlət Təhlükəsizlik Xidmətinin səlahiyyətlərinə aid olmadığı müəyyən edildikdən sonra onun həmin faktın araşdırılmasında marağı olmamışdır.Məqsədi materialları toplayıb polis orqanına göndərmək olmuş, Y6u məcburi qaydada şöbəyə gətirməmiş, ona fiziki güc tətbiq etməmişdir. DTX-nin Astara RŞ-nin komendantı Məhkum3 şöbə rəisi Məhkum2 göstərişi ilə Y6un evinə getmiş, Y6dan barəsində olan araşdırmanın xitam edilməsi üçün ilkin olaraq 15.000 manat, sonradan isə 8.000 manat pul tələb etməmiş, həmçinin Astara rayon Siyatük kənd sakini X10 hər hansı bir məbləğdə pul tələb etməmişdir.
16. Məhkumun ifadəsindən də müəyyən edilir ki, o, orta məktəblərdə kurs keçirilməsi ilə bağlı məsələni öz rəisi Məhkum2la müzakirə etmiş, məhz rəisin razılığı və göstərişi ilə müəllim U6 şöbəyə dəvət etmi ş, ondan ərizə almış, Məhkum2 göstərişi ilə komendant Məhkum3 onu “Kral” marketin yanına aparmış, oradan Y6u, yolda isə İcra Hakimiyyətindən S6u götürərək şöbəyə gətirmiş, X48 Alışov özü qəbul etmiş, onu dinləmiş və onun xahişini İcra Başçısının müavini A7 Mahmudov etdiyinə görə çıxıb getməsini bildirmiş, məhz Məhkum2 göstərişi ilə S7 X28 evinə gedib qayıtmışdır. Məhkum1 və Məhkum3 ifadələrindən müəyyən edilir ki, şöbədə heç nə rəisin - Məhkum2 xəbəri olmadan baş verməmişdir.
17. Birinci instansiya məhkəməsində məhkəmə araşdırmaları zamanı dindirilmiş Məhkum2 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin may ayından 2018-ci ilin fevral ayına kimi DTX-nin Astara rayon şöbəsinin rəis müavini vəzifəsində işləmiş, 2018-ci ilin fevral ayından 12 dekabr 2018-ci il tarixədək şöbə rəisi vəzifəsini icra etmişdir. 2018-ci ilin noyabr ayının əvvəllərində Məhkum1 ona müraciət edərək rayon ərazisində qanunsuz kurs təşkil edildiyi, şagirdlərdən pul yığıldığı barədə əməliyyat məlumatı olduğunu bildirmiş, ona əməliyyat məlumatının araşdırması və şikayətçilərdən ərizə almasına dair göstəriş vermişdir. Bir-iki gün sonra Məhkum1 məktəbdə müəllim işləyən şəxsin ərizəsini gətirmiş və ərizənin üzərinə dərkənar qoyaraq araşdırmasını ona həvalə etmişdir. 12 noyabr 2018-ci il tarixdə Məhkum1 xidməti telefonla zəng edərək şöbənin komendantı Məhkum3 vasitəsi ilə kursun təşkilatçısı Y6la görüş təyin etdiyini, onu şöbəyə gətirmək üçün getmək istədiklərini məruzə etmiş, ona icazə verərək Məhkum3 növbəni Ə6 Abdullayevin əvəz edəcəyini bildirib Məhkum1 ******** qəsəbəsində yerləşən “Kral” marketin qarşısı na aparmağını tapşırmışdır. Həmin gün axşam saatlarında Məhkum3 ona xidməti telefonla zəng edərək İcra Hakimiyyətindən S6un yanına gəlmək istədiyini bildirmiş, İcra Hakimiyyətinin texniki kimi tanıdığı S6u yanına göndərməsini Məhkum3 bildirmişdir. Həmin vaxt Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini A7 Mahmudov zəng edərək işçisi S6un onun yanına gəldiyini soruşmuşdur. S.Məmmədov xidməti otağına gəldikdə, ondan nə üçün gəldiyini soruşmuş, sonuncu Y6u bu işlərə özünün cəlb etdiyini demişdir. O, X32 müəllimin onu xahiş etdiyini deyərək çıxıb getməsini bildirmiş və sonuncu otaqdan çıxıb getmişdir. Bir qədər sonra Məhkum1 onun yanına gələrək Y6dan izahat aldığını, sonuncunun hər şeyi etiraf etdiyini bildirmişdir. Məhkum1 məlumatın təsdiq edildiyini, yalnız S6un izahatının alınmasına zərur ət olduğunu dediyi üçün S6 çağırıb izahatını almasını ona tapşırmışdır. Məhkum1 onun xidməti otağından çıxdıqdan təxminən bir saat sonra Məhkum3 ona zəng edərək Y6ın anasının gəldiyini demiş, səbəbini soruşduqda oğlu uçun narahat olaraq gəldiyini söylədiyinə görə onu H6nın qəbul edərək dinləməsini tapşırmışdır. Növbəti gün Məhkum1 ona zəng edərək S6 dəvət etdiyini, lakin onun telefonlarına cavab vermədiyini, ona qarşı hörmətsizlik etdiyini demişdir. Ona görə A7 müəllimə zəng edərək S6 izahat vermək üçün göndərməsini xahiş etmiş, A7 müəllim İcra Hakimiyyətində olmadığını deyərək S.Məmmədovu göndərməmişdir. Sonradan Məhkum1 dəfələrlə S.Məmmədovu dəvət etsə də o, şöbəyə gələrək izahat vermədiyinə görə H6 ona zəng edərək gəlməməsini, materialları toplayaraq istintaq idarəsinə göndərəcəyini bil dirmişdir. Sonra 14 noyabr 2018-ci il tarixdə Daxili Təhlükəsizlik Xidmətindən yoxlama gələrək bu faktları araşdırmağa başlamışdır. O, S.Məmmədovu xidməti otağında qəbul edərək gəlişinin məqsədi ilə maraqlanmış, onunla arasında pul söhbəti olmamış, Məhkum1 də S.Məmmədovdan pul almasına dair göstəriş verməmişdir. Onun Məhkum3 Y6la birlikdə sonuncunun evinə getməsi barədə məlumatı olmamışdır.
18. Birinci instansiya məhkəməsində dindirilmiş Məhkum3 ifadəsində göstərmişdir ki, o 2011ci ildən Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin texniki, 2016-cı ildən isə komendantı vəzifəsində işləmiş, komendant kimi şöbənin növbətçilərinə başçılıq etmişdir. Şöbənin əvvəlki rəisi Ə6 Həsənəliyevin 2017-ci ildə iş yeri dəyişdirilmiş, onun yerinə Məhkum2 təyin edilmişdir. Məhkum1 2015-ci ildə DT X- nin Astara rayon şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. 12 noyabr 2018-ci il tarixdə Məhkum1 ona məktəblərdə qanunsuz kurs təşkil olunduğunu bildirərək, bu barədə hər hansı bir məlumatı olarsa bildirməyini tapşırmışdır. 12 noyabr 2018-ci il tarixdə saat 16-17 radələrində baş leytenant Məhkum1 ona yaxınlaşıb hazırda xatırlamadığı mobil telefon nömrəsi verərək, həmin nömrənin sahibi ilə məktəb direktoru kimi danışmağını və onunla görüş təyin etməyini bildirmişdir.Sonra o, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Məhkum1 verdiyi nömrəyə zəng etmiş, telefona Y6 adlı şəxs cavab vermişdir. Ona özünü məktəb direktoru kimi təqdim edərək deyilən qaydada danışıb Astara rayonu, ******** qəsəbəsində yerləşən “Kral” marketin qabağında görüş təyin etmişdir. Bir qə dər sonra şöbə rəisi Məhkum2 aşağı düşərək növbəyə kapitan Ə6 Abdullayevin nəzarət edəcəyini bildirmiş və Məhkum1 öz avtomaşını ilə Astara rayonu, ******** qəsəbəsinə aparmağı ona tapşırmışdır. Həmin vaxt rəisin göstərişini icra etmək üçün Məhkum1 onun “Mercedes ML 350” markalı 99FA769 dövlət qeydiyyat nişanlı avtomobilinin açarını alaraq avtomaşını işə salıb şöbənin qarşısına gətirmişdir. Məhkum1 avtomaşına əyləşmiş və birlikdə ******** qəsəbəsi istiqamətində getmişlər. Görüş təyin etdikləri ünvana çatanda H6 qara rəngli sedan tipli “Mersedes Benz” markalı avtomaşının qarşısında saxlamağını söyləmiş və avtomaşından düşüb həmin avtomaşına oturmuşdur. O, isə şöbəyə qayıdaraq avtomaşını şöbənin arxa həyətində saxlamışdır. Təxminən 10 dəqiqə sonra H6, Y6 və İcra Hakimiyyətinin əməkdaşı S6 ş öbəyə daxil olmuşlar. Dərhal şöbə rəisinə bu barədə məruzə edərək S6 və Y6 adlı şəxslərin gəldiklərini bildirmiş və rəis S6 gözlətməyini tapşırmışdır. Məhkum1 isə Y6ı öz xidməti otağına aparmış və S6ə telefonla danışmağa icazə verməməyini tapşırmışdır.Təxminən 20 dəqiqə sonra şöbə rəisi zəng edib S6 onun xidməti otağına göndərməyini tapşırdığına görə onu rəisin yanına göndərmişdir.Sonra isə H6 da rəisin otağına qalxmış və ona Y6a nəzarət etməyini tapşırmışdır. Təxminən yarım saat sonra S6 rəisin otağından çıxmış və dəhlizdə H6 ilə söhbət edərək şöbədən getmiş, H6 isə öz otağına qayıtmışdır. Y6 təxminən bir saat yarım H6nın otağında qalmış, artıq hava qaraldıqda, saat təxminən 21:00 radələrində H6 ona Y6la onun yaşadığı evə getməyini bildirmişdir. Bu barədə rəisə məruzə etmiş, rəis Y6la bir likdə getməyinə icazə verdikdən sonra Y6ın avtomaşına oturmuş və birlikdə onun Yaşadığı ******** qəsəbəsində yerləşən evinə getmişlər. Y6la birlikdə evə qalxmış, Y6ın anası H8 xanım nə məsələ olduğunu maraqlandıqda məlumatsız olduğunu deyərək imkan varsa özünün şöbəyə gedib maraqlanmasını bildirmişdir. Sonra o, Y6 və anası birlikdə şöbəyə qayıtmışlar. O, Y6la anasının gəlməsi haqqında şöbə rəisi Məhkum2 məruzə etmiş, Y6 və anası Məhkum1 otağına girmişlər. Təxminən bir saat sonra Y6 və anası H6nın otağından çıxaraq getmişlər.
19. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında Astara rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil sektorunun müdiri X26 onu yanına dəvət edərək Astara rayonunda “Fature Genus" kurslarını təşkil etmək istədiyini, odur ki, onu və həyat yoldaşı X12 işə qəbul edəcəyini, əsas vəzifələrinin kursun təbliği və təşkilini həyata keçirməkdən ibarət olacağını bildirmişdir. Razılıq verdikdən sonra 04 noyabr 2018-ci il tarixdə yenidən S6 onu və həyat yoldaşını İcra Hakimiyyətinə dəvət edərək kurs barədə ətraflı məlumat vermiş və növbəti gün işə başlamalarını tapşırmışdır. Bu məqsədlə xüsusi bukletlər, reklam məzmunlu vərəqlər hazırlayaraq məktəblərə paylamağa başlamış və şagirdləri məlumatlandırmışlar. “Fature Genus” kurslarının təşkil edilməsi ilə əlaqədar rayonun təxminən 30-40 orta məktəbində olaraq məktəb direktorları ilə görüşüb kurs barədə məlumat vermişlər. 12 noyabr 2018-ci il tarixdə saat 17 radələrində özünü Astara rayon Şümrüd kənd orta məktəbinin direktoru kimi təqdim edən tanımadığı şəxs mobil telefon nömrəsindən onun mobil nömrəsinə zəng edərək kurslarla bağlı görüşmək istədiyini bildirmiş və Astara rayonu ******** qəsəbəsinin mərkəzində olan “Kral” marketin qarşısında görüşməyə razılaşmışlar. Özünə məxsus “Mersedes Benz” markalı 99CA045 dövlət qeydiyyat nişanlı avtomaşınla oraya getmiş və bir qədər sonra qara rəngli “Mercedes ML” markalı avtomaşın idarə etdiyi avtomaşının qarşısında saxlamışdır. Həmin avtomobildən bir nəfər düşərək onun avtomaşınına əyləşmiş və özünün DTX-nin Astara rayon şöbəsinin əməkdaşı olduğunu deyərək xidməti vəsiqəsinin üz hissəsini ona göstərmişdir. O, xidməti vəsiqənin üzərində Dövlət Təhlükəsizlik Xidməti yazıldığını görmüşdür. Həmin şəxs ona Astara rayon şöbəsinə gedəcəyini bildirmiş, nə məsələ olduğunu maraqla ndıqda qanunsuz kurs təşkil etdiyini demişdir. O, kursda işçi olduğunu, kursun S6 məxsus olduğunu deyərək S6 müəllimə zəng etmiş, S.Məmmədov nə məsələ olduğunu soruşduqda, təcili işi olduğununu bildirərək İcra Hakimiyyətinin qarşısına çıxmağını xahiş etmişdir. Avtomaşını İcra Hakimiyyətinin yanına sürmüş və orada onu gözləyən S6 avtomaşına dəvət etmişdir. S6 avtomaşına əyləşmiş və adını yolda öyrəndiyi H6 adlı şəxs ona da özünü təqdim edərək birlikdə şöbəyə gedəcəklərini bildirmişdir. Onlar üçü birlikdə DTX-nin Astara RŞ-nə getmişlər. Məhkum1 xidməti otağı şöbəyə daxil olduqdan soflfa sağ tərəfdə növbətçi otağından sonra yerləşmişdir. O, Məhkum1 xidməti otağına keçmiş, S6 isə dəhlizdə gözləmişdir. Xidməti otaqda olarkən H6 ondan təşkil etmək istədiyi kurslarla bağlı ətraflı məlumat yerməyi ni tələb etdiyi üçün kurs barədə ətraflı məlumat vermişdir. Məhkum1 isə ona ağır cinayət törətdiyini, bu işə görə cinayət məsuliyyətinə cəlb olunacağımı, hətta 5-10 il həbs olunaçağını bildirməklə, yarım vərəqə izahatını almış və işin həllinin bir tək yolunun olduğunu, bu işə görə pul verməli olduğunu bildirmişdir. Nə qədər pul verməli olduğunu soruşduqda Məhkum1 ondan 15.000 manat pul tələb etmişdir. O, imkanı olmadığını, həmin pulu verə bilməyəcəyini demişdir. H6 isə qandalı göstərərək qoluna vurub onu Bakı şəhərinə göndərəcəyini bildirmişdir. Sonra ona fikirləşməyini, rəisin yanma gedib gələcəyini deyərək otaqdan çıxmışdır. Məhkum1 getdikdən sonra o otaqda tək qalıb uzun müddət onu gözləmişdir. Sonuncu qayıtdıqdan sonra ona «elə məbləğ olsun ki, rəisin qabağına qoyanda üstümə tullamasın » demiş və sonra 10.000 manat məbləğində dayanmışdır. O, məcbur qalaraq Məhkum1 evə getməyinə icazə verməsini, ailə üzvləri ilə məsləhətləşərək ona bir söz deyəcəyini bildirmişdir. Həmin gün saat 21 radələrində H6 DTX-nin Astara RŞ-də komendant işləyən S7 adlı şəxsi çağıraraq ondan onunla birlikdə onlara getməyini xahiş etmişdir. S7 onun avtomaşınına əyləşmiş və birlikdə yaşadığı ******** qəsəbəsində yerləşən evlərinə getmişlər. Evə girərək anası H8 Xanmədovaya bu haqda məlumat vermiş, anası nə etdiyini, hansı cinayəti törətdiyini soruşduqda ona qanunsuz kurs təşkil etdiyini, bu iş üçün 10.000 manat pul istədiklərini bildirmişdir. Anası S7i evə dəvət etmiş və nə məsələ olduğunu maraqlanmışdır. S7 məlumatı olmadığını dediyi üçün anası şöbəyə getməyi qərara almışdır. Ona görə anası, özü və S7 yenidən DTX-nin Astara RŞ-nə qayıtmışlar. Anası ilə Məhkum1 qəbulunda olmuş, anası Məhkum1 vəziyyətlərini izah etmiş və H6 bunu nəzərə alaraq 9.000 manata, çölə çıxıb qayıtdıqdan sonra isə rəisin də 1000 manat çıxdığını deyərək 8000 manata razılaşmışdır. Anası məcbur qalaraq pul gətirmək üçün bir neçə gün möhlət istəmiş, H6 onlara 2 gün möhlət verdiyini demiş və onlar saat 23 radələrində şöbədən çıxaraq evlərinə qayıtmışlar. O, təxminən 5 saata yaxın DTX-nin Astara rayon şöbəsində qalmış, H6 10.000 manata işi bağlayacağını bildirdikdən sonra yenə də imkanının olmadığını dedikdə H6 «mənə çatacaq puldan 1000 manatını sənə görə çıxıram 9000 verərsən» demiş, razılaşmadıqda o, rəislə məsləhətləşib savab verəcəyini deyərək otaqdan çıxmış və bir qədər sonra qayıdaraq 8000 manat verəcəyini dem işdir. DTX-nm Astara rayon şöbəsindən çıxandan sonra S6 müəllimlə görüşmüş və ondan 8000 manat pul istədiklərini bildirmiş, S6 müəllim ondan da təxminən 5-10 min məbləğində pul istədiklərini demişdir. S6 müəllimdən pul istənilməsini onun özündən eşitmiş, başqa bir kəsdən bu barədə eşitməmişdir. O, H6nın kabinetindən çıxanda orada təxminən 5 saat müddətində olduğuna görə həddən artıq əsəbi və həyəcanlı olmuş, S6 müəllimdən pulu kimin istəməsini soruşmamışdır. DTX-nin Astara rayon şöbəsinin rəisi Məhkum2 onu dindirməmiş, S7in onların evinə hansı məqsədlə gəldiyini bilməmiş, sonuncu DTX-nin Astara rayon şöbəsinin əməkdaşlarına pul verməyi onun anasına təklif etməmişdir. H6 ondan pul istəyərkən hədə-qorxu gəlib bu barədə heç kimə bir söz deməməyi bildirdiyinə görə qorxduğu üçün heç kimə şikayə t etməmişdir.
20. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 12 noyabr 2018-ci il tarixdə saat 17:20-də oğlu Y6 ona Astara rayon Şümrüd kənd orta məktəbinin direktorunun ona zəng edib görüşmək istədiyini demişdir. O, Y6a razılıq verərək getməsini bildirmişdir. Oğlu getdikdən sonra ondan uzun müddət xəbər çıxmadığına görə narahat olmuşdur. Həmin gün saat 22 radələrində Y6 rəngi qaralmış vəziyyətdə evə gəlmiş, nə baş verdiyini soruşduqda onu DTX-nin Astara RŞ-nə apardıqlarını, qanunsuz olaraq kurs təşkil etdiyini, cinayət törətdiyini və həbs ediləcəyini deyərək bu işin həlli üçün 15.000 manat, sonra isə 10.000 manat pul istədiklərini bildirmişdir. O, Y6a pul imkanları olmadığını demişdir. Y6 DTX-nın əməkdaşı S7 gəldiyini bildirmiş, S7 evə çağır araraq nə məsələ olduğunu maraqlandıqda, o, məlumatı olmadığını dediyinə görə DTX-nın Astara rayon şöbəsinə getməyi qərarlaşdırmışdır. Sonra oğlu Y6 və S7 birlikdə DTX-nin Astara RŞ-nə getmiş, həmin şöbənin əməkdaşı Məhkum1 yanında olmuşdur. Məhkum1 Y6ın qanunsuz kurslar təşkil etməklə cinayət törətməsini, buna görə də həbs olunacağını bildirərək bu məsələni yoluna qoymaq üçün 10.000 manat pul verməlidir demişdir. Həmin vaxt Məhkum1 maddi durumlarının ağır olduğunu izah etmiş, Məhkum1 mümkün olmadığını, lakin rəislə danışıb bir söz deyəcəyini bildirərək otaqdan çıxmışdır. Bir qədər sonra geri qayıdaraq öz payına düşəndən 1000 manat keçdiyini, 9000 manat verməli olduqlarını bildirmişdir. O, Məhkum1 həmin məbləği də verməyə imkanları olmadığını deyərək onu rəislə görüşdürməsini xahiş etmişdi r. H6 rəisin kənar şəxsləri qəbul etmədiyini bildirərək özü onun sözünü rəisə çatdıracağını deyib otaqdan çıxmış, bir qədər sonra qayıdaraq rəisin də özünə düşəndən 1000 manat çıxdığını, rəisi razı saldığını bildirərək 8000 manatdan aşağı mümkün olmadığını bildirmişdir. Həmin vaxt o, H6nın rəisin yanma gedib-getməməsini bilməmişdir. Bundan sonra o, məcbur qalaraq pulun gətirilməsi üçün 3 gün möhlət verməsini Məhkum1 xahiş etmişdir. H6 rəislə dəqiqləşdirib deyəcəyini bildirmiş və otaqdan çıxmış, bir qədər sonra yenidən otağa qayıdaraq rəisin razılaşaraq pul gətirmək üçün 3-4 gün möhlət verdiyini demişdir. Bundan sonra onlar şöbədən çıxaraq evlərinə qayıtmışlar. H6nın dediyi məbləğdə pulu düzəldə bilməyəcəklərini fikirləşərək Y6ın maşınını satmaq qərarına gəlmiş, maşını 3-4 günə satacaqların ı düşünmüşdür. 14 noyabr 2018-ci il tarixdə isə Y6 ona zəng vuraraq Bakıdan bir nəfər qonağının olduğunu bildirərək həmin şəxslə evə gələcəyini demişdir. Bir qədər sonra Y6 təxminən 40-45 yaşlarında bir nəfər şəxslə evə gəlmiş, adının Rövşən olduğunu bildirərək DTX-nın baş idarəsindən gəldiyini və DTX-nin Astara rayon şöbəsinin əməkdaşının Y6dan pul istənilməsi ilə bağlı ondan izahat almaq istədiyini bildirmişdir. Sonra isə həmin şəxs ondan izahat alaraq getmişdir.
21. X24 və X4 da ifadələrindən göründüyü kimi Məhkum1 ondan öz kabinetində heç nədən çəkinmədən ondan ağır cinayət törətdiyinə görə həbs olunacağını və ya 15.000 manat (sonra 10.000 və nəticədə 8000 manat) pul (rüşvət) verəcəyi təqdirdə bu “problemin” həll olunacağını demişdir. Məhkum1 Dövlət Təhlükəsizlik Xidməti kimi mühüm d övlət idarəsində heç nədən çəkinmədən vətəndaşdan açıq-aşkar rüşvət istəməsinə rəvac verən amil nədir və ya kimdir? Bunda başqa, Məhkum1 Y6u dindirdikdən sonra hansı məqsədlə onu gecə (Məhkum2 “razılığı ilə”) Məhkum3 müşayiəti ilə evinə göndərir? Məhkum2 və Məhkum1 bu “qayğıları” nədən qaynaqlanır? Doğrudanmı Məhkum1 və Məhkum2 Y6 özünü yaxşı hiss etmədiyinə görə ona sağlamlığına zərər gəlməsin deyə, Məhkum3 onunla göndərmişlər? O zaman Y6 yenidən anası ilə şöbəyə qayıtdıqda rəis Məhkum2 nə səbəbə onun yenidən anası ilə saat 23 radələrində şöbəyə qayıtdığının səbəbini “müəyyənləşdirməmişdir”, onları qəbul etməmiş və onları qəbul etməyi Məhkum1 tapşırmışdır? Bundan başqa, Məhkum1 onları qəbul etdikdən sonra Məhkum2 nəyə görə Y6un və H8 gecə saat 23 radələrində şöbəyə gəlməklərinin səbəbləri ni aydınlaşdırmamışdır? Orta məktəblərdə kurs keçirilməsi DTX-nın Astara rayon şöbəsinin rəisini “ciddi narahat etdiyi halda” vətəndaşın gecə saat 23 radələrində şöbəyə gəlməsi onu niyə narahat etməmişdir?
22. Məhkəmə kollegiyası qeyd edir ki, bütün bu suallara apellyasiya məhkəməsi işə yenidən baxarkən əvvəlki məhkəmə qərarından (hökmdən) fərqli olaraq mülahizələr əsasında deyil, təsdiq edilmiş mötəbər sübutlar əsasında cavab tapmalıdır.
23. Belə ki, CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
24. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
25. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
26. Lakin işə baxan məhkəmələr tərəfindən CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq sübutlara qeyri-obyektiv, cinayət işinin materiallarındakı mötəbər sübutlara uyğun gəlməyən və qəbuledilməz qaydada qiymət verilmişdir.
27. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismi ndə dindirilmiş X26 göstərmişdir ki, o ali təhsilli riyaziyyat və informatika müəlliməsi olan arvadı ilə birlikdə əvvəllər də Təhsil Nazirliyinin müvafiq lisenziyası ilə orta məktəblərdə sınaq kursları təşkil etmişlər və 2012-ci ildən arvadının adına VÖEN də açılmışdır. Onlar 2018-ci ildə orta məktəb şagirdləri üçün könüllülük prinsipi əsasında “Future Genius” adlı kurs təşkil etmək qərarına gəlmişlər və kursun təşkili ilə əlaqədar Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi ilə şifahi qaydada razılaşmaqla işçi axtarmağa, kurs təcrübəsi olan şəxslərlə maraqlanmağa başlamışdır. Bir müddət soraqlaşdıqdan sonra Astara rayon sakini X25 arvadı X7 əvvəllər təşkil olunmuş kurslarda işlədiyini, bu sahədə müəyyən qədər təcrübəsi olduğunu bilmiş, ona görə Y6la əlaqə saxlayaraq onla görüşüb təklifini bil dirmişdir. Y6 onunla razılaşdığı üçün onu və anası G8 menecer kimi işə qəbul edərək xüsusi bukletlər, reklam məzmunlu vərəqlər hazırlamışlar. Y6 və G8 həmin bukletləri və reklam vərəqlərini məktəblərə paylamağa başlamaqla şagirdləri məlumatlandırmışlar. Kursun fəaliyyət istiqaməti şagirdlərin keçirdikləri tədris fənlərinin təkminləşdirilməsinə kömək etməkdən ibarət olmuşdur. Kursun təbliğ olunması məqsədilə əməkdaşlar rayonun bir neçə məktəbinə gedərək məlumat bukletləri təqdim etməli olmuşlar. 2018-ci ilin noyabr ayının 12-də saat 17:30 radələrində Y6 özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək təcili görüşməli olduqlarını demiş, nə məsələ olduğunu soruşduqda görüşəndə deyəcəyini bildirmişdir. Bir qədər sonra Y 6 özünə məxsus “Mersedes” markalı avtomobillə Rayon İcra Hakimiyyətinin arxasında olan yola gəlmişdir. Avtomobilə əyləşən zaman orada Y6dan əlavə DTX-nin Astara RŞ-nin əməkdaşı kimi tanıdığı, sonradan adının H6 olduğunu bildiyi şəxsində əyləşdiyini görmüşdür. Avtomobilə əyləşən kimi H6 Y6a dərhal DTX-nin Astara RŞnin qarşısına sürməyi bildirmiş, Y6 avtomaşını DTX-nin Astara RŞ-nin inzibati binasının qarşısına sürmüş və birlikdə binaya daxil olmuşlar. Binaya daxil olan zaman H6 ona gözləməyi tapşırmış, Y6ı isə öz xidməti otağına aparmışdır. O, dəhlizdə gözləməyə başlamış, sonra isə binadan çıxaraq işdən icazəsiz çıxdığı üçün rayon İcra başçısının müavini A7 müəllimə zəng edərək ona DTX-nin Astara rayon şöbəsində olduğunu bildirmişdir. Təxminən yarım saat gözlədikdən sonra şöbənin komendan tı, sonradan tanıdığı Məhkum3 şöbə rəisi Məhkum2 otağına dəvət edildiyini ona bildirmişdir. O, rəisin otağına daxil olanda DTX-nın əməkdaşı H6 da Məhkum2 xidməti otağında olmuş, E7 müəllim hansı səbəbdən gəldiyini soruşduqda Y6 işi ilə əlaqədar gəldiyini, sınaq kurslarına rəhbərlik etdiyini bildirmişdir. Bu zaman H6 ona qrup şəklində cinayət törətdiklərini, bu işin ağır cinayət hadisəsi olduğunu demişdir. Sonra o kursun fəaliyyəti barədə qısa məlumat verərək bu işin cinayət olduğundan məlumatı olmadığını bildirmiş, E7 müəllim bu məsələ ilə əlaqədar A7 müəllimin xahiş etdiyini, onun bu işin içində olmağından xəbəri olmadığını bildirərək getməyinə icazə vermişdir. Bu zaman H6 izahatını almaq istədiyini demiş, lakin Məhkum2 buna ehtiyac olmadığını H6 bildirmişdir. O, otaqdan çıxarkən H6 birin ci mərtəbədə onu gözləməyini tapşırmış, binanın birinci mərtəbəsinə enərək H6nı gözləyən zaman sonuncu əlində qandal nümayiş etdirə-etdirə ona yaxınlaşmış, ondan qandalı nə etdiyini soruşduqda qrup halında cinayət törətdiklərini və Y6 həbs edəcəklərini bildirmişdir. H6 ondan mobil telefon nömrəsini istədiyinə görə istifadəsində olan mobil nömrəsini ona demiş, sonuncu da istifadəsində olan 055***-**-** mobil nömrəsini ona vermişdir. Oradan çıxaraq iş otağına qayıtmış, təxminən saat 22:00 radələrində H6 özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən ona zəng edərək təcili DTX-ya gəlməsini tələb etmişdir. Yenidən Astara rayon DTX-nın inzibati binasına qayıdan zaman yolda Y6ın avtomobili ilə getdiyini görmüş, avtomobili Y6 özü idarə etmiş, yanında da bir nəfər tanımadığı şəxs əyləşmişdir. O, DTX-nm inzibati binasına daxil olub H6 xidməti otağında ondan Y6 hara getdiyini soruşmuşdur. H6 Y6 izahat vermək üçün arvadını gətirməyə getdiyini bildirmişdir. Sonra H6 ona A7 müəllimin E7 müəllimə zəng edərək onu xahiş etdiyini nəzərə alaraq onun adını aradan çıxartmaq istədiyini və bu işin həll olunması üçün 10.000 manat pul lazım olduğunu, bu pulun yarısının onlara, yarısının isə yuxarıya çatacağını, onun xahişini A7 müəllim etdiyinə görə, ona hörmətləri olduğu üçün rəis və ona çatacaq 5000 manatdan imtina etdiklərini, qalan beş min manatı bu gün çatdırmalı olduğunu bildirmişdir. Onun 5000 manat pulunun olmadığını, bu pulu tapmağa başqa şəxs olmadığı üçün kömək məqsədi ilə yalnız A7 müəllimə müraciət edə biləcəyini demişdir. Bu zaman H6 xidməti telefonun dəstəyini götürərək bu bar ədə rəislə razılaşdırmalı olduğunu demiş, telefonla kimisə yığaraq onun dediklərini ona çatdıraraq telefonun dəstəyini yerinə qoymuş, rəisin razılığını aldığını bildirərək onların arasında olan bu söhbətin kənara çıxmaması haqqında ona tapşırıq vermişdir. Sonra o, DTX-nı Astara rayon şöbəsinin inzibati binasından çıxaraq A7 müəllimə zəng edib DTX-nın əməkdaşı H6 ona dediklərini təfsilatı ilə danışmışdır, A7 müəllim hazırda uzaqda olduğunu bildirərək H6 ilə növbəti gün səhər əlaqə saxlamağını məsləhət görmüş, ona görə H6 zəng edərək sabah onunla görüşəcəyini bildirmişdir. Həmin vaxt Y6ın avtomobilinin DTX-nın inzibati binanın yanına gəldiyini və Y6 anası ilə birlikdə maşından düşüb DTX-nın inzibati binasına girdiklərini görmüş, yenidən A7 müəllimə zəng vuraraq Y6ın anası ilə birlikdə DTX-ni n Astara rayon şöbəsinə gəlməsi barədə məlumat vermişdir. A7 müəllim H6 zəng vuracağını demişdir. Y6 və anası bir müddət sonra DTX-dan çıxmış, onlarla görüşərkən Y6 anası H8 xanım narazılığını bildirərək niyə bu işin baş verdiyini soruşduqda onlara evə getmələrini, sabah söhbət edəcəklərini demişdir. Səhərisi gün işə gələrək baş verənləri təfsilatı ilə Rayon İcra Hakimiyyətinin başçısı Q7 məruzə etmiş, o, icazəsiz heç kimlə əlaqə saxlamamasmı və heç bir yerə getməməsini ona tapşırmışdır. Həmin gün axşama qədər bir neçə dəfə H6 ona mobil telefon vasitəsi ilə zəng etsə də, telefonu açmamışdır. Daha sonra A7 müəllimin xidməti otağında olarkən H6 təkrar ona zəng etmiş və telefona cavab verməmişdir. Həmin gün nahar fasiləsi zamanı H6 bir daha ona zəng vurduqda telefona cavab vermişdir. Söhbət z amanı H6 DTX-ya gəlməməyinin səbəbini soruşduqda, işi olduğunu və sabah icazə alıb gələcəyini bildirmişdir. 14 noyabr 2018-ci il tarixdə günorta H6 ona zəng edərək harada olduğunu soruşduqda günortadan sonra gələcəyini demiş, saat 16:30 radələrində H6 yenidən zəng edərək gəlməməsinin səbəbini soruşduqda İcra Hakimiyyəti başçısının DTX-nin Astara RŞ-nə gəlməyinə icazə vermədiyini demişdir. Məhkum1 isə daha gəlməyə ehtiyac olmadığını, materialları rəsmiləşdirərək cinayət işi başlayıb istintaqa verəcəyini bildirmişdir. O, H6 ilə olan sonuncu söhbətlə bağlı İcra Hakimiyyəti başçısına məruzə etmiş, bir neçə gün sonra isə DTXnin Baş İdarəsindən əməkdaşlar gələrək baş verən hadisə ilə bağlı onun izahatı alınarkən hadisə barədə ətraflı məlumat vermişdir. H6 onun yanında telefonla danışdıqdan sonra rəisin razılığını aldığını dedikdə onun rəislə danışıb- danışmamasmı dəqiq bilmir, bəlkə də o həmin vaxt heç kimlə danışmamış, özünü kiminləsə danışırmış kimi göstərmişdir.
28. Zərərçəkmiş şəxsin ifadəsindən də göründüyü kimi o, arvadı ilə birlikdə əvvəllər də Təhsil Nazirliyinin müvafiq lisenziyası ilə orta məktəblərdə sınaq kursları təşkil etmişlər və 2012-ci ildən arvadının adına VÖEN də açılmışdır. 2018-ci ildə orta məktəb şagirdləri üçün könüllülük prinsipi əsasında “Future Genius” adlı kurs təşkil etmək qərarına gəlmişlər... O, rəis Məhkum2 otağına daxil olanda DTX-nın əməkdaşı Məhkum1 də Məhkum2 xidməti otağında olmuş, E7 müəllim hansı səbəbdən gəldiyini soruşduqda Y6 işi ilə əlaqədar gəldiyini, sınaq kurslarına rəhbərlik etdiyini bildirmişdir. Bu zaman H6 ona qrup şəklində cinay ət törətdiklərini, bu işin ağır cinayət hadisəsi olduğunu demişdir.
29. Cinayət işinin materiallarından müəyyən edilir ki, X29 (S6un arvadı) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 18 aprel 2012-ci il tarixdə 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmiş və **********№-li VÖEN verilmişdir (cild 1, iş vərəqə 64).
30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində “şagirdlərə qanunsuz kurs keçmək” cinayət əməli və ya inzibati xəta kimi təsbit edilməmişdir və şagirdlərə kurs keçmək cinayət əməli və ya inzibati xəta deyildir. Əgər Məhkum2 yanında Məhkum1 S6 bunun ağır cinayət əməli olduğunu bildirirsə, Məhkum2 da heç nə deməyib bununla razılaşırsa, o zaman onlardan soruşulmalıdır ki, bu ağır cinayət əməlinin adı nədir və Cinayət Məcəlləsinin hansı maddəsinin təsiri altına düşür? Apellyasiya məhkəməsinin bu sualı verməyə imkanı olacaqdır.
31. Məhkəmə kollegiyası o xüsusatı da qeyd edir ki, cinayət işinin materiallarındakı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Astara Rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının 14 dekabr 2018-ci il tarixli qərarından müəyyən edilir ki, X17 Astara rayonu Siyəpart məktəbində özlərini Təhsil Nazirıliyinin işçisi kimi təqdim edən şəxslərin sınaq imtahanı keçirməsi barədə ərizəsi üzrə araşdırılma aparılmış və toplanmış materialda cinayət xarakterli fakt aşkar edilmədiyinə və cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 112-114).
32. Bu qərar ləğv edi lməmişdir və preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.
33. Göründüyü kimi Məhkum2 və Məhkum1 ağır cinayət kimi qiymətləndirdikləri xüsusatda cinayət xarakterli fakt aşkar edilməmişdir. O zaman apellyasiya məhkəməsi işə yenidən baxarkən Məhkum2, Məhkum1 və Məhkum3 hansı səbəbdən U6 şöbəyə dəvət edərək ərizə almalarının, Y6u şöbəyə gətirib izahat almalarının, S6u şöbəyə çağırıb bu işin ağır cinayət hadisəsi olmasını onun nəzərinə çatdırmaqlarının, Məhkum1 və Məhkum2 yenidən onu şöbəyə gətirmək üçün canfəşanlıq etmələrinin, bunun üçün onun özünə, İcra Hakimiyyəti başçısının müavini A7 Mahmudova dəfələrlə zəng etmələrinin, X51 Əliyevin müşayiəti ilə evlərinə göndərmələrinin səbəblərini tutarlı dəlillərlə əsaslandırmalıdır.
34. Bundan başqa, Məhkum2 ifadələrində qeyd edir ki, ona İcra Hakimiyyəti başçısının müavini A7 Mahmudov zəng edib xahiş etdiyinə görə o, S6u buraxmışdır. Bu barədə şahid X5 ifadəsində göstərmişdir ki, X2 Təminatı və Təhlil sektorunun müdiri vəzifəsində işləyir. 2018-ci ilin noyabr ayının 12-də S6 ona zəng edərək Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinə çağırıldığını bildirmişdir. Nə məsələ olduğunu soruşduqda heç bir söz deməmişdir. S6un zəngindən sonra DTX-nin Astara R Ş-nin rəisi Məhkum2 zəng edərək S6 nə üçün çağırdığını maraqlanmışdır. Məhkum2 kimlərinsə özlərini məktəblərdə Təhsil Nazirliyinin işçiləri kimi təqdim etdiklərini, həmin faktı araşdırdıqlarını, dəqiqləşdirdikdən sonra S6 göndərəcəyini bildirmişdir. Onunla danışdıqdan sonraS6ə zəng etmiş, lakin telefonu bağlı olmuşdur. Həmin gün saat təxminən 22 radələrində S6 yenidən zəng edərək hazıradək DTX-nin Astara RŞ-də olduğunu bildirmişdir. Onu nəyə görə saxladıqlarını maraqlandıqda, ondan nə isə istədiklərini demişdir. Kimin istədiyini soruşduqda H6 adlı şəxsin adını vermişdir. Onun zəngindən sonra yenidən Məhkum2 zəng etmiş, sonuncu işdə olmadığını, məsələnin həll olunduğunu, S6n şöbədə olmamalı olduğunu bildirmişdir. Zəng etdikdən bir müddət sonra S6 zəng edərək DTX-nin Astara RŞ-dən çıxdığını demişdir. Növbəti gün İcra Hakimiyyətində olan zaman S6 xidməti otağına gələrək DTX-nin Astara RŞ-nin əməkdaşları tərəfindən ondan pul tələb olunduğunu demişdir. S6dən kimin istədiyini soruşduqda H6 adlı əməkdaşın adını vermişdir. S6 olanları İcra Hakimiyyətinin başçısına məruzə etməsini bildirmişdir. S6 başçının yanma getmiş və olanları məruzə etmişdir. Məhkum2 zəng edərək başçının yanma gəlib bu haqda məlumat verməsini, anlaşılmazlığı aradan qaldırmasını bildirmişdir. Bildiyinə görə Məhkum2 başçının yanında olmuşdur. Sonradan nə baş verdiyindən məlumatı olmamışdır.
35. DTX-nın Astara RŞ-nin komendantı Məhkum3 tərəfindən DTX-nın Daxili Təhlükəsizlik İdarəsinə təqdim etdiyi Məhkum1lə öz arasında aparılmış danışıqlara, həmçinin yazışmaların fotoşəkillərinə 27 fevral 2019-cu il tarixdə bax ış keçirilmiş və cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə bununla əlaqədar məhkəmə-fonoskopik ekspertizasının 05 mart 2019-cu il tarixli, 5819 saylı rəyi alınmışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı Məhkum1 ilə Məhkum3 arasındakı WhatsApp vasitəsilə göndərilən mesajlardan müəyyən edilir ki, onlar Y6dan və G8dan rüşvət istənilməsi, onların şöbəyə gətirilməsi ilə bağlı və bunlarla əlaqədar necə ifadə verəcəkləri ilə bağlı bütün məsələləri müzakirə etmişlər. Onlar arasında bu yazışmalar heç də Məhkum1, Məhkum2 və Məhkum3 məsum olmalarına dəlalət etmir (cild 1, iş vərəqə 162-192).
37. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13.02.2019-cu il tarixli, 5(001)-134/2019 №-li qərarına əsasən «xxxx» MMC -nin məlumatların götürülməsinə dair 04.03.2019-cu il tarixli, **** №-li məktubla təqdim olunmuş 01 ədəd CD-diskə baxış zamanı müəyyən edilmişdir ki, ********** mobil telefon nömrəsi Məhkum3, ********** " və ********** mobil telefon nömrəsi X33, ********** mobil telefon nömrəsi X22 məxsus olmaqla onların istifadəsində olmuş, 12.11.2018-ci il tarixdə saat 16:54-də Məhkum3 özünə məxsus ********** mobil telefon nömrəsindən Y6a məxsus ********** mobil telefon nömrəsinə zəng edərək 87 saniyə danışıq aparmışdır. Həmçinin 12.11.2018-ci il tarixdə saat 17:14-də Y6 özünə məxsus ********** mobil telefon nömrəsindən Məhkum3 məxsus ********** mobil telefon nömrəsinə zəng edərək 14 saniyə danışıq aparmışdır.
38. Eyni zamanda müəyyən edilmişdir ki, 12.11.2018-ci il tarixdə saat 17:32-də Y6 özünə məxsus ********** mobil telefon nömrəsindən S6 məxsus ********** mobil telefon nömrəsinə zəng edərək 24 saniyə danışıq aparmışdır. Həmin gün saat 21:43-də S6 özünə məxsus ********** mobil telefon nömrəsindən Y6a məxsus ********** mobil telefon nömrəsinə zəng edərək 47 saniyə danışıq aparmışdır.
39. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 5(001)-135/2019 №-li qərarına əsasən «xxxx» MMC-nin məlumatların götürülməsinə dair 03.04.2019-cu il tarixli, ************ saylı məktubla təqdim olunmuş 01 ədəd CDdiskə baxış zamanı müəyyən edilmişdir ki, ********** mobil telefon nömrəsi Məhkum1, ********** mobil telefon nömrəsi X22 məxsus olmaqla onların istifadəsində olmuş, 12.11.2018-ci il tarixdə saat20:04-də Məhkum1 özünə məxsus ******** ** mobil telefon nömrəsindən S6 məxsus ********** mobil telefon nömrəsinə zəng edərək 10 saniyə danışıq aparmışdır. Həmçinin 12.11.2018-ci il tarixdə saat 20:43-də Məhkum1 yenidən S6 zəng edərək 32 saniyə danışıq aparmışdır.
40. Eyni zamanda müəyyən edilmişdir ki, 13.11.2018-ci il tarixdə saat 18:29-da S6 özünə məxsus ********** mobil telefon nömrəsindən H6 məxsus ********** mobil telefon nömrəsinə zəng edərək 234 saniyə danışıq aparmışdır.
41. Həmçinin 14.11.2018-ci il tarixdə saat 13:22-də Məhkum1 özünə məxsus 05525450Ö4 mobil telefon nömrəsindən S6 məxsus ********** mobil telefon nömrəsinə zəng edərək 23 saniyə danışıq aparmış, saat 16:34-də yenidən S6 zəng edərək 47 saniyə danışıq aparmışdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən sübutların mabədində işə baxan məhkəmələrin g əldikləri nəticə qətiyyən inandırıcı və ağlabatan görünmür. Kollegiyanın qənaəti belədir ki, ekspertizanın rəyindən və baxış protokolundan müəyyən edilir ki, X37 və X10 hədə-qorxu ilə rüşvət istənilməsi ilə bağlı kifayət qədər ciddi faktlar vardır və apellyasiya məhkəməsi işə yenidən baxarkən bu faktları görməməzlikdən gəlməməli, iş üzrə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli və obyektiv araşdırmalı, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verməli, Məhkum2 istintaq orqanı tərəfindən isnad edilən cinayət əməllərini törədib-törətməməsi mötəbər sübutların məcmusu ilə təsdiq edilməli, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “Vətəndaşların sorğusu “Əməliyyat-axt arış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində nəzərdə tutulan əməliyyataxtarış tədbirləri olmaqla “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmənin (hakimin), istintaq orqanlarının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərar(lar)ı, əsasında keçirilməli əməliyyat-axtarış tədbirləri olsa da, bu sorğunun aparılması ilə hər hansı şəxsin hüququ və ya qanunla qorunan mənafeyi əhəmiyyətli dərəcədə pozulmamışdır” – gəldiyi nəticəni əsassız olduğu üçün razılaşmır və qeyd edir ki, cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum2 2018-ci ilin fevral ayından 12.12.2018-ci il tarixədək DTX-nin Astara rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş, 2018-ci ilin noyabr ayının əvvəllərində Məhkum1 ona müraciət edərək rayon ərazisində qanunsuz kurs təşkil edildiyi, şagirdlərdən pul yığıldığı barədə əməliyyat məlumatı olduğunu bildirmiş, ona əməliyyat məlumatının araşdırması və şikayətçilərdən ərizə almasına dair göstəriş vermişdir. Lakin həmin əməliyyat məlumatı şöbədə qeydiyyata alınmamışdır. Bundan bir-iki gün sonra Məhkum1 məktəbdə müəllim işləyən U6n ərizəsini gətirib ona təqdim etmiş və Məhkum2 ərizənin üzərinə dərkənar qoyaraq qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmi qərar qəbul etmədən araşdırmasını Məhkum1 həvalə etmişdir. 12 noyabr 2018-ci il tarixdə Məhkum1 xidməti telefonla Məhkum2 zəng edərək şöbənin komendantı, Məhkum3 vasitəsi ilə kursun təşkilatçısı Y6la görüş təyin etdiyini, onu şöbəyə gətirmək üçün getmək istədiklərini məruzə etmiş, Məhkum2 Məhkum1 əməliyyat axtarış fəaliyyətini keçirməsinə nəzarət etmək əvəzinə "Əməliyyat-axtarış fəaliyyəti" haqqında qanunun tələblərinə zidd olaraq şöbənin komendantı vəzifəsini daşıyan Məhkum3 Məhkum1 əməliyyat axtarış tədbirini keçirməsində kömək etmək məqsədilə növbədən çıxararaq növbəni Ə6 Abdullayevin əvəz edəcəyini bildirib, ******** qəsəbəsində yerləşən “Kral” marketin qarşısına göndərməklə Məhkum3 əməliyyat-axtarış fəaliyyətinə cəlb olunmasına zəmin yaratmış, bunun davamı olaraq Məhkum1 ona isnad olunan cinayət əməllərini törətməsi ilə nəticələnən əməliyyat-axtarış fəaliyyəti Y6 və S6un hüquq və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. 44. "Əməliyyat-axtarış fəaliyyəti" haqqında qanunun tələblərinin pozulması nəticəsində Məhkum2 tərəfindən Məhkum3 əməliyyat-axtarış fəaliyyətinə cəlb olunmasına zəmin yarad ılması, bunun davamı olaraq Məhkum1 ona isnad olunan cinayət əməllərini törətməsi ilə nəticələnən əməliyyat-axtarış fəaliyyətinin Y6un və S6un hüquq və qanunla qorunan mənafelərinin pozulması apellyasiya məhkəməsinin qeyd etdiyi kimi əhəmiyyətsiz hesab oluna bilməz.
45. Məhkəmə kollegiyasının qənaəti belədir ki, işə baxan məhkəmələrin gəldikləri nəticə əsassız olmaqla CPM-in 349-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur.
46. Belə ki, CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4).
47. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmə nin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;(CPM 349.5.1.) bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; (349.5.2) məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3). 48. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996- cı il tarixli 4№-li qərarının 12-ci bəndində göstərilir ki, bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması bərədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübütların rədd edilməsinin motivləri göstərilir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin töfsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifı mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.
50. Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət tö rətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Plenum qərarı məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və əməl düzgün tövsif edilsin.
51. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “X irvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X40rşı” 9 dekabr 1994-cü il və “H6anastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumen tlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.
52. Hazırki işə istər Ali Məhkəmənin, istər Konstitusiya Məhkəməsi Plenumunun tövsiyyələri, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının fövqündə yanaşdıqda mübahisələndirilən qərarın kassasiya protestinə münasibətdə əsaslı olması nəticəsinə gəlmək mümkün deyil.
53. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Məhkum1, Məhkum2 və Məhkum3 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi ko llegiyasının 17 dekabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.
54. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları CPM-in 143-146-cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutları onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, Məhkum1, Məhkum2 və Məhkum3 əməllərinə düzgün qiymət verməli, Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı nəticəyə gəlməlidir.
55. Məhkum3 kassasiya şikayətində bilavasitə rəisi olan Məhkum2 tabeliyində olan şəxs kimi onun vermiş olduğu əmr və göstərişləri yerinə yetirdiyini, əməliyyat müvəkkili Məhkum1 ona hər han sı bir tapşırıq vermədiyini, hər iki halda həmin vəzifələri yerinə yetirmək üçün ona göstərişi şöbənin rəisi Ə6 Həsənəliyev və Məhkum2 tərəfindən verildiyini və hər hansı bir cinayətin törədilməsində iştirak etmədiyini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarının ona aid hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Məhkum3 DTX-nın Astara rayon Şöbəsində gizir rütbəsini daşımaqla, komendant vəzifəsində xidmət etmiş və müvafiq təlimatın tələblərinə görə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə m alik olan şəxs olmamış, şöbədə inzibati-təsərrüfat işinə, o cümlədən hərbi əmlakın və digər maddi dəyərlilərin qorunub saxlanılmasına, onların düzgün istismarına nəzarət etmək, şöbədə növbətçiliyi həyata keçirən gizirçavuş heyətinin fəaliyyətini tənzimləmək, onların təlimatlara uyğun xidmət aparmalarına nəzarət etmək, qeyd olunan məsələlərlə bağlı şöbə rəhbərliyinin xidmət xarakterli cari tapşırıqlarını yerinə yetirmək vəzifəsi daşıyan şəxs olmaqla inzibati heyətə daxil olan şəxslərə aid olmuş və şöbənin rəisinə tabe olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxs Məhkum1 həmin şöbənin əməliyyat müvəkkili vəzifəsində baş leytenant rütbəsi daşımışdır.
57. Göründüyü kimi hər iki təqsirləndirilən şəxs cinayət törədərkən hərbi qulluqçu olmuşlar, lakin əməliyyat müvəkkili vəzifəsində olan Məhkum1 şöbənin komendantı Məhkum3 vəzifə üzrə rəisi olmamışdır.
58. Eyni zamanda Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən gizirlər üçün eyni hərbi qurumda (hərbi hissədə) xidmət edən yalnız böyük zabitlər (yəni mayor, polkovnik-leytenant və onlardan yüksək rütbə daşıyan zabitlər) rəis hesab olunurlar.
59. Belə olan halda, kiçik zabit rütbəsi daşıyan Məhkum1 nə vəzifəsinə görə, nə də rütbəsinə görə Məhkum3 üçün rəis hesab olunmurdu. Onun əmri və ya sərəncamı Məhkum3 üçün məcburi deyildi.
60. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 40.1-ci maddəsinə əsasən yalnız müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.
61. Bundan başqa CM-nin 40.2-ci maddəsinə əsasən bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur.
62. Əliyev X41 Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsində komendant vəzifəsində işləyirdi və o, şöbədə inzibati-təsərrüfat işinə, o cümlədən hərbi əmlakın və digər maddi dəyərlərin qorunub saxlanılmasına, onların düzgün istismarına nəzarət etmək, şöbədə növbətçiliyi həyata keçirən gizir-çavuş heyətinin fəaliyyətini tənzimləmək, onların təlimatlara uyğun xidmət aparmalarına nəzarət etmək, qeyd olunan məsələlərlə bağlı şöbə rəhbərliyinin xidmət xarakterli cari tapşırıqlarını yerinə yetirmək vəzifəsi daşıyan şəxs olmuşdur. O, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs olmamışdır. Qeyd olunanlara əsasən Məhkum3 əmri icra etdiyi üçün cinayət törətməməsi haqqında gətirdiyi dəlilləri əsassız olduğundan Məhkum1 CM-in 302.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində köməkçi qismində iştirak etməsi istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum3 CM-in 32.5,302.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrarən bir qrup şəxs qismində törətmiş olmasına dair müddəaların ittihamdan və hökmdən xaric edilməsini əsassız hesab edir və qeyd edir ki, bu xüsusat istisna olmaqla işə baxan məhkəmələr sübutları Məhkum3 aid hissədə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qi ymət vermiş, Məhkum3 isnad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 302.1-ci maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir.
64. Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum3 cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum3 cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,302.1-ci maddəsi ilə tövsif edilmişdir.
65. Odur ki, məhkəmə kollegiyası kassatorun dəlillərini tutarlı bir sübuta söykənmədiyindən qəbul etmir və onların əsassı z olması qənaətinə gəlir.
66. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, cinayət işinin materiallarından və sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən X13 rüşvət alınması epizodu ilə bağlı həmin zaman DTX-nın Astara rayon şöbəsinin rəisi vəzifəsində işləmiş X8 əməllərinə heç bir hüquqi qiymət verilməmişdir. Məhkum3 də kassasiya şikayətinin mahiyyətindən belə nəticə hasil olur ki, əgər verilən göstəriş qanunsuzdursa, o zaman göstərişi verən şəxs (hazırki halda Ə6 Həsənəliyev) niyə məsuliyyətə cəlb olunmur?
67. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Lakin CPM-in 207.6-cı maddəsinə əsasən, bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə (CPM 207.5.4 - xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək) törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işə yenidən baxarkən X13 rüşvət alınması epizodu ilə bağlı həmin vaxt şöbənin rəisi vəzifəsində işləmiş X8 əməllərində cinayət faktı aşkar edərsə, CPM-in 207.6-cı maddəsinə əsasən bu barədə ibtidai araşdırmaya prosessua l rəhbərliyi həyata keçirən prokurora təqdimat göndərməlidir. Qanun qarşısında hər kəs bərabərdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq dövlət ittihamçısı tərəfindən Məhkum1, Məhkum2 və Məhkum3 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarından verilmiş kassasiya protestinin dəlilləri ilə razılaşır, onları əsaslı hesab edir, həmin qərardan Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi, göstərilən qərarın kassasiya protestinə münasibətdə ləğv edilməsi və işin yeni apellyasiya baxışın a təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum3 tərəfindən verlmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Məhkum1, Məhkum2 və Məhkum3 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.