Məhkəmə qərarları › İş №1-1(102)-40/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-40/2023

13.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-40/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Qəbələ rayonun Mıxlıqovaq kəndində daimi qeydiyyatda olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinin sabiq rəis müavini, hazırda N nömrəli hərbi hissə komandirinin hüquqi işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə kapitanı rütbəsində xidmət etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Səlimоv Nizаmi Sərdаr оğlu təkrаrən öz qulluq mövqeyindən istifаdə etməklə, аldаtmа yоlu il ə özgənin əmlаkını ələ keçirib dələduzluq etməyə cəhd etmiş, həmçinin təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə оnun özü üçün, birbаşа, vаsitəçidən istifаdə etməklə, bilə-bilə qаnunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmişdir. Belə ki, Nizаmi Səlimоv Müdаfiə Nаzirliyinin 1-ci Təhqiqаt bölməsinin rəis müаvini vəzifəsində, ədliyyə kаpitаnı hərbi rütbəsində xidmətdə оlаrkən, 2017-ci ilin mаy аyındа N sаylı hərbi hissəsinin 1-ci tаbоrunun 2-ci bölüyünün 2-ci tаğımının müаvini, gizir İsаyev Musа Əyyub оğlunun 10 mаy 2017-ci il tаrixdə tаbeliyində оlаn əsgər Qurbаnоv Mübаriz Fizuli оğlunа zоr tətbiq edərək “sоl diz nаhiyəsinin pоstrаvmаtik reаktiv ödemi, dəriаltı qаnçırı” xəsаrətlərini yetirib оnu döyməsi fаk tınа görə tоplаnılmış ilkin yоxlаmа mаteriаlı 28 mаy 2017-ci il tаrixdə N nömrəli hərbi hissə kоmаndirinin N nömrəli məktubu ilə 1-ci Təhqiqаt Bölməsinə göndərilmiş, həmin fаkt əsаsındа tоplаnmış mаteriаl 1-ci Təhqiqаt Bölməsinin rəisi Fərid Dəmirоvun göstərişinə əsаsən 08 iyun 2017-ci il tаrixdə Nizаmi Səlimоvа tаpşırılmış, Nizаmi Səlimоv аrаşdırılmа zаmаnı Musа İsаyevin bаrəsində qаnuni оlаrаq cinаyət işinin bаşlаnılmаsı hаqqındа qərаr qəbul edilməli оlduğunu bildiyi hаldа, əsgər Mübаriz Qurbаnоvun оnа qаrşı fiziki zоr tətbiq edib xəsаrət yetirməsi ilə bаğlı gizir Musа İsаyevdən heç bir mаddi tələbi və şikаyətinin оlmаmаqlа, Mübаriz Qurbаnоvdа аşkаr edilmiş həmin xəsаrətin аğırlıq dərəcəsinin məhkəmə-tibbi eksperti tərəfindən “dərəcəsi təyin edilməyən” xəsаrət kimi müəyyən ediləcəyini, bu səbəbdən Tərtər hərbi prоkurоrluğu tərəfindən Musа İsаyevin bаrəsində qаnuni оlаrаq cinаyət işinin bаşlаnılmаsının rədd edilməsi hаqqındа qərаr qəbul edilməsinə dаir göstəriş verilə biləcəyini ehtimаl edərək, öz qulluq mövqeyindən istifаdə etməklə, Musа İsаyevi аldаdıb оnun pulunu ələ keçirməklə qаnunsuz qаzаnc əldə etmək məqsədilə, 2017-ci ilin mаy аyının sоnlаrındа Tərtər rаyоnu ərаzisində yerləşən N sаylı hərbi hissəsinin tibb məntəqəsində həmin fаktlа bаğlı Musа İsаyevdən izаhаt аlаrkən, оnа bаrəsində cinаyət işi bаşlаnılаcаğını bildirərək, guyа özünün Tərtər hərbi prоkurоrluğunun əməkdаşlаrı ilə оlаn tаnışlıq münаsibətlərindən istifаdə edərək, həmin prоkurоrluğun müvаfiq vəzifəli şəxsinin rаzılığı ilə оnu 2.000 (iki min) mаnаt məbləğində pul müqаbilində törətdiyi həmin cinаyət əmə linə görə cinаyət məsuliyyətindən аzаd etdirəcəyini yаlаndаn vəd verib аldаdаrаq, Musа İsаyevdən həmin məbləğdə pulu istəmişdir. Lаkin Musа İsаyevin mаddi imkаnı оlmаdığındаn həmin məbləğdə pulu verə bilməmişdir. Mаteriаl Cinаyət Prоsessuаl qаnunveriliciyini tələbinə əsаsən ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərini apardıqdan sonra cinayət işi başlanmasından 10 (on) gündən gec olmayaraq iş üzrə bütün materialları istintaq aidiyyəti qaydalarına uyğun olaraq istintaq orqanına göndərilməsi nəzərdə tutulduğu hаldа Nizаmi Səlimоv həmin mаteriаlını istintaq orqanına göndərməmiş, Musа İsаyev bаrəsində оlаn mаteriаl 14 оkyabr 2017-ci il tаrixdə Tərtər hərbi prоkurоrunun böyük köməkçisi Turаl Hаcıyev tərəfindən öyrənilmiş və sоnuncunun Tərtər hərbi prо kurоrunа təqrir yаzmаsı ilə əlаqədаr qeydə аlınmаsınа göstəriş verilməsi xаhiş оlunmuş, Tərtər Hərbi Prоkurоru tərəfindən 19 оktyаbr 2017-ci il tаrixdə İsаyev Musа Əyyub оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 128-ci mаddəsi ilə cinаyət işi bаşlаnılmış, 18 dekаbr 2017-ci il tаrixdə İsаyev Musа Əyyub оğlunun əməlləri Аzərbаycаn Respublikаsı CM-nin 128-ci mаddəsi ilə yаnаşı, həmin Məcəllənin 331.3-cü mаddəsi ilə tövsif edilmiş və bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 128 və 331.3-cü mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə hаqqındа qərаr qəbul edilməklə ittihаm elаn оlunmuş, cinаyət işi bаxılmаsı üçün 29 dekаbr 2017-ci il tаrixdə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin 13 fevrаl 2018-ci il tаrixli hökmü ilə Musа İsаyev Аzərbаycаn Respublikаsı CM -nin 128 və 331.3-cü mаddələri ilə təqsirli bilinərək 1 il 04 аy müddətinə hərbi xidmət üzrə məhdudlаşdırmа cəzаsınа məhkum edilmişdir. Dаhа sоnrа, Nizаmi Səlimоv göstərilən vəzifədə xidmət edərkən, 2018-ci ilin sentyаbr аyındа, N sаylı hərbi hissəsinin müddətdən аrtıq hərbi xidmət qulluqçusu, əsgər Kərimоv Məhəmməd Vаsif оğlunun аrаlаrındа yаrаnmış mübаhisə zəminində gizir İsаyev Musа Əyyub оğlunu itələməsi fаktınа görə digər təhqiqаtçının icrааtındа аrаşdırılаn ilkin yоxlаmа mаteriаlı üzrə, Məhəmməd Kərimоvun izаhаtındа mübаhisə zаmаnı Musа İsаyevin оnа qаrşı nаlаyiq ifаdə işlətdiyini bildirməklə, 1-ci Təhqiqаt bölməsində M.İsаyevlə görüşərkən, оnu аldаdıb pulunu ələ keçirtmək məqsədilə, оnun dа bаrəsində cinаyət işinin bаşlаnılаcаğını bildirib, 300 mаnаt məbləğində pul müqаbilində оnu c inаyət məsuliyyətindən аzаd etdirəcəyinə yаlаndаn inаndırıb həmin məbləğdə pulu istəmiş, təkrаrən, оnu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, lаkin Musа İsаyev həmin məbləğdə pulu verməmiş, Аzərbаycаn Respublikаsı Hərbi Prоkurоrunun müаvinin 10 mаy 2019-cu il tаrixli qərаrı ilə Səlimоv Nizаmi Sərdаr оğlunun gizir İsаyev Musа Əyyub оğlunu аldаdıb 300 mаnаt məbləğində pulunu tаlаmаğа cəhd etməsi fаktı üzrə bаrəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 227-ci mаddəsi ilə inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnmış və bаxılmаsı üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin 13 iyun 2019-cu il tаrixli qərаrı ilə Məhkum barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata zərərçəkmiş şəxs Şahid1 ilə bar ışıq əldə olunması ilə bağlı xitam verilmişdir. Bundаn bаşqа, Nizаmi Səlimоv göstərilən vəzifədə və hərbi rütbədə xidmətini dаvаm etdirərkən, 2018-ci ilin оktyаbr аyındа, N sаylı hərbi hissəsinin hərbi qulluqçusu gizir Zeynаllı Əziz Mədəd оğlunun 10 оktyаbr 2018-ci il tаrixdə sааt 11 rаdələrində tаbeliyində оlаn müddətdən аrtıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Аdıgözəlоv İsmixаn Аdıgözəl оğlunа zоr tətbiq edərək “sаğ qаşüstü, sаğ аlmаcıq nаhiyəsinin, sаğ qulаq seyvаnının, ənsənin sоl yаrısının və sоl əlin 5-ci bаrmаğının dаrаq fаlаnqа оynаğının küt trаvmаsı, sаğ gözün sklerаsınа qаnsızmа, sоl bаzunun yuxаrı 1/3-nin аrxа səthinin və döş qəfəsinin ön və аrxа səthinin səthi sıyrıqlаrı” xəsаrətlərini yetirib оnu döyməsi fаktınа görə tоplаnılmış ilkin yоxlаmа mаteriаlı 11 оktyаbr 2018 -ci il tаrixdə 2413 nömrəli məktublа 1-ci Təhqiqаt Bölməsinə göndərilmiş, həmin fаkt əsаsındа tоplаnmış mаteriаl 22 оktyаbr 2018- ci il tаrixdə 1-ci Təhqiqаt Bölməsinin rəisi Fərid Dəmirоvun göstərişinə əsаsən Nizаmi Səlimоvа tаpşırılmış, Nizаmi Səlimоv həmin mаteriаl üzrə Əziz Zeynаllının bаrəsində qаnuni оlаrаq cinаyət işinin bаşlаnılmаsı hаqqındа qərаr qəbul edilməli оlduğunu bildiyi hаldа, əsgər İsmixаn Аdıgözəlоvun оnа qаrşı fiziki zоr tətbiq edib xəsаrət yetirməsi ilə bаğlı gizir Əziz Zeynаllıdаn heç bir mаddi tələbi və şikаyətinin оlmаmаqlа, İsmixаn Аdıgözəlоvdа аşkаr edilmiş həmin xəsаrətin аğırlıq dərəcəsinin məhkəmə-tibbi eksperti tərəfindən “dərəcəsi təyin edilməyən” xəsаrət kimi müəyyən ediləcəyini, bu səbəbdən Qаrаbаğ hərbi prоkurоrluğu tərəfindən Əziz Zeynаllının bаrəsində qа nuni оlаrаq cinаyət işinin bаşlаnılmаsının rədd edilməsi hаqqındа qərаr qəbul edilməsinə dаir göstəriş verilə biləcəyini ehtimаl edərək, təkrаrən, öz qulluq mövqeyindən istifаdə etməklə, аldаtmа yоlu ilə özgənin, yəni Əziz Zeynаllının pulunu ələ keçirməklə qаnunsuz qаzаnc əldə etmək məqsədilə, 2018-ci ilin оktyаbr аyının оrtаlаrındа N sаylı hərbi hissəsinin Yevlаx rаyоnu ərаzisində yerləşən 4-cü tаbоrundа həmin fаktlа bаğlı Əziz Zeynаllıdаn izаhаt аlаrkən, оnа bаrəsində cinаyət işi bаşlаnılаrаq həbs ediləcəyini, yаlаndаn guyа özünün Qаrаbаğ hərbi prоkurоrluğunun əməkdаşlаrı ilə оlаn tаnışlıq münаsibətlərindən istifаdə edərək, həmin prоkurоrluğun müvаfiq vəzifəli şəxsinin rаzılığı ilə sоnuncudаn 5.000 (beş min) mаnаt məbləğində pul istəmiş, həmin pul müqаbilində Əziz Zeynаlının törətdiyi hə min cinаyət əməlinə görə cinаyət məsuliyyətindən аzаd etdirəcəyini vəd verib аldаtmışdır. Əziz Zeynаllı həmin məbləğdə pulu verməyə mаddi imkаnı оlmаdığını demiş, lаkin Nizаmi Səlimоv Əziz Zeynаllını bunun müqаbilində 4.000 (dörd min) mаnаt məbləğində pulu verməyə rаzı sаlmışdır. Əziz Zeynаllı mаddi imkаnı оlmаdığı üçün həmin məbləğdə pulu verə bilmədiyi üçün 29 оktyаbr 2018-ci il tаrixdə Аzərbаycаn Respublikаsı Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə mürаciət edərək оnа köməklik edilməsini xаhiş etmiş və həmin ərizə АR DTX Kаtibliyinin Vətəndаşlаrın qəbulu və mürаciətlərinə bаxılmаsı şöbəsi tərəfindən 29 оktyаbr 2018-ci il tаrixdə qeydiyyаtа аlınmışdır. 10 nоyаbr 2018-ci il tаrixdə 1-ci Təhqiqаt bölməsi tərəfindən Аdıgözəlоv İsmixаn Аdıgözəl оğlunun xəsаrət аlmаsı fаktınа üzrə tоplаnmış mаteriаl Qаrаbаğ hərbi prоkurоrunun şifаhi tələbinə əsаsən sоnuncu ünvаnа göndərilmiş, 14 nоyаbr 2018-ci il tаrixdə Qаrаbаğ hərbi prоkurоru vəzifəsini icrа edən Tаhir Quliyev tərəfindən gizir Zeynаllı Əziz Mədət оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 331.3-cü mаddəsi ilə cinаyət işi bаşlаnmışdır. Qаrаbаğ hərbi prоkurоrluğunun 19 dekаbr 2018-ci il tаrixli qərаrınа əsаsən Zeynаllı Əziz Mədəd оğlunun əməlləri Аzərbаycаn Respublikаsı CM-nin 331.3-cü mаddəsindən həmin Məcəllənin 331.2 və 331.3-cü mаddələrinə tövsif edilmiş, cinаyət işi bаxılmаsı üçün 24 dekаbr 2018-ci il tаrixdə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir.

3. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim S.Ə.Əzizov) 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29, 178.2.2, 29, 178.2.3-cü madd ələri ilə təqsirli bilinmiş və оna 4000 (dörd min) mаnаt miqdаrındа cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 8.000 (səkkiz min) mаnаt miqdаrındа cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Səlimоv Nizаmi Sərdаr oğlunа təyin оlunmuş cəzаlаrı qismən tоplаmаq yоlu ilə оna, qəti оlаrаq 8500 (səkkiz min beş yüz) mаnаt miqdаrındа cərimə cəzası təyin edilmişdir.

4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (sədrlik edən hakim M.R.Hüseynov, hakimlər M.M.Hüseynov və E.Ş.Hüseynovdan ibarət tərkibdə) 30 yanvar 2020-ci il tarixli, 1-1(107)-1/2020 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfin dən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

6. Məhkəmənin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.S.Qılıcov, hakimlər İ.Ə.Rəcəbov və N.R.Mövsümovdan ibarət tərkibdə) 09 iyul 2021-ci il tarixli 1-1(102)-32/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 1-1(107)-1/2020 nömrəli qərarı ləğv edilərək, apellyasiya baxışına qaytarılmışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər G.Q.Abbasov və İ.H.Şükürovdan ibarət tərkibdə) 19 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Tərtər H ərbi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 1(098)-180/2019 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

8. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunmuşdur ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Məhkum ifadələrində göstərdikləri dəlillərə heç bir məhəl qoyulmadan, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin, məhkəmə iclası zamanı dindirilmiş təqsirləndirilən şəxsin və iş üzrə şahidlərin ifadələrindən müəyyən olunur ki, ittiham tərəfi Məhkum əməlini sübuta yetirə bilməmişdir. Bundan başqa, Məhkum icraatında olan materiallarla bağlı araşdırma apararkən vəzifə səlahiyyətlərindən sui-istifadə etmək fikrində olmamış, gizir Şahid1 və Şahid2 təklifinə əsasən onlardan pul almaq niyyətində olarkən vəzifə səlahiyyətlərindən gələn hər hansı hərəkət və ya hərəkətsizlik etmək fikrində olmamış, onlardan pul alaraq onları aldatmaq, iş üzrə rəhbərliyin göstərişinə əsasən qərar qəbul etmək və daha sonra aldadaraq aldığı pulu geri qaytarmaq niyyətində olmuşdur. Bundan əlavə, kassasiya şikayətində bildirilmişdir ki, məhkəmə Məhkum əməlinə hüquqi qiymət verərkən onun törətdiyi əməldən könüllü imtina etməsi faktını nəzərə almamışdır.

9. Kassasiya şikayətinin müəllifi məhkəmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(107)-4/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş etmişdir. III. Hüquqi məsələlər

10. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

11. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində cinayət işinin icraatına bəraətve rici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır.

12. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.

13. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

14. İbtidai istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişd ir ki, Səlimоv Nizаmi Sərdаr оğlunun təkrаrən öz qulluq mövqeyindən istifаdə etməklə, аldаtmа yоlu ilə özgənin əmlаkını ələ keçirib dələduzluq etməyə cəhd etmə, həmçinin təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə оnun özü üçün, birbаşа, vаsitəçidən istifаdə etməklə, bilə-bilə qаnunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməkdən ibarət olan əməli Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur.

15. Bu hərəkətlərin rüşvət verməyə təhrik etmə cinayətinin tərkibini yaratması barədə qənaətini ibtidai istintaq orqanı və məhkəmələr ilk növbədə onunla izah etmişdir ki, həmin hərəkətlər CM-in 312.2-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə cinayətinin obyektinə zərər dəymişdir.

16. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CM-in 32.4,312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommers iya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsvri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir.

18. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyəy önəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

19. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlar ını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.

20. Psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institut unun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 731.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir.

21. Məhkum CM-in 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə olan ittihamdan görünür ki, onun niyyəti rüşvət verməyə deyil, zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə yönəlmiş, əldə edilmiş pulları müvafiq vəzifəli şəxsə çatdırmaq vədi isə aldatma, yəni dələduzluğun üsulu kimi çı xış etmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.

23. Təqsirkarın ə məlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4,312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyə tli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır.

24. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvətverməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir.

25. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış e dərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.

26. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarları və qərardadında olan izahları nəzərə alaraq hesab edir ki, Məhkum zərərçəkmişi aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlləri CM-in 178-ci maddəsi ilə tam əhatə olunmaqla yalnız dələduzluq cin ayətinin tərkibini yaradır və ümumiyyətlə CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu istisna edir.

27. İşə kassasiya şikayəti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxsin əməlinin tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəflivə obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, Məhkum törətdiyi əməldə CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu öz təsdiqini tapmamışdır.

29. Beləliklə, məhkə mə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 verdiyi kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli, 1-1(107)-4/2022 saylı qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 312.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli və həmin maddə onun ittihamından çıxarılmalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi digər maddələrlə təyin edilmiş cəzalar onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, həmin cəzanın yüngülləşdirilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respubl ikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli, 11(107)-4/2022 saylı qərarı Azərbaycan Respublikası CM-in 32.5,312.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 32.5,312.2-ci maddəsi ittihamdan, həmçinin həmin maddə ilə ona təyin edilmiş cəza hökm və qərardan çıxarılsın. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar