Məhkəmə qərarları › İş №1-1(102)-40/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-40/2024

21.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-40/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunma mış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ünvan 1 ünvanında qeydiyyatda olan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 333.1, 334.1 və 335.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli 1-1(104)54/2023 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 1-1(095)-120/2023 nömrəli hökmü ilə (hakim K.N.Muxtarov) Məhkum – Azərbaycan Respublikası CM-in 333.1, 334. 1 və 335.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 333.1-ci maddəsi ilə 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-in 334.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 335.1-ci maddəsi ilə 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-in 66.2ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəlinin 16 fevral 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilm iş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli 1-1(104)-54/2023 nömrəli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), S.B.Hüseynov və N.T.Əliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 1-1(095)-120/2023 nömrəli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum CM-in 333.1, 334.1 və 335.1-ci maddələri ilə cinayətlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 333.1, 334.1 və 335.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, müddətli hə qiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissəni özbaşına tərk etmiş, öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmış, müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni özbaşına buraxıb gedərək fərarilik etmişdir. Belə ki, Məhkum 26 yanvar 2022-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təminat və xidmət bölüyünün avtomobil taqımının avtomobil manqasının sürücüsü vəzifəsində əsgər rütbəsində hərbi xidmətini davam etdirərkən hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırmaq məqsədilə üzrlü səbəblər olmadan 27 mart 2022ci il tarixdə saat 16:30 -dan 31 mart 2022-ci il tarixdə saat 04:15-dək, yəni üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissəsini özbaşına tərk etmişdir Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırmaq məqsədilə üzrlü səbəblər olmadan 29 aprel 2022-ci il tarixdə saat 13:30-dan 02 may 2022-ci il tarixdə saat 22:30-dək, yəni üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissəsini özbaşına tərk etmişdir. Bundan başqa, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 2-ci taborunun rabitə taqımının kabel-xətt manqasının sürücü-xətt nəzarətçisi vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 18 may 2022-ci il tarixdə çətin dağlıq relyefdə yerləşdiyi və xidmət şəraiti nisbətən çətin olduğu üçün həmin hərbi hissədə xidmət etmək istəmədiyinə görə, həmçinin Kəlbəcər rayonundakı mühitə uyğunlaşa bilmədiyinə görə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmaq məqsədilə özünə xəsarət yetirmək qərarına gəlmişdir. Bu məqsədlə də elə həmin gün, saat N radələrində hərbi hissənin ərazisində olan yarımtikiliyə daxil olaraq yerdən tapdığı şüşə parçası ilə bir neçə dəfə sol qolunun iç səthini kəsərək özünə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən “sol said nahiyəsinin çoxsaylı kəsilmiş yarası” xəsarəti yetirmişdir. Bundan sonra o, özünə xəsarət yetirməsi ilə əlaqədar həmin gün, yəni 18 may 2022-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsinə qəbul edilərək 25 may 2022-ci il tarixədək orada stasionar müayinədə qalmış, 25 may 2022-ci il tarixdə isə i xtisaslaşmış müayinə və müalicə üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilərək 18 iyun 2022-ci il tarixədək həmin hospitalda stasionar müalicədə olmaqla 18 may 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək 31 gün müddətində xidməti vəzifələrinin icrasından tam azad olunaraq hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmaq məqsədilə öz sağlamlığına zərər yetirmişdir. Bundan başqa, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun rabitə taqımının kabel-xətt manqasının sürücü-xətt nəzarətçisi vəzifəsində əsgər rütbəsində hərbi xidmətini davam etdirərkən xidmət etməkdə çətinlik çəkdiyindən hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə 19 iyun 2022-ci il tarixdə saat 21 radələrində müayinə üçün göndərildiyi Müdafiə Nazirliyinin Şəmkir rayonu ə razisində dislokasiya edilmiş N nömrəli hərbi hissəni özbaşına tərk etmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmiş, bununla da o, müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni özbaşına buraxıb gedərək fərarilik etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən təqsi rləndirilən şəxs Məhkum şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış və əsassız olaraq Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsini tətbiq etməklə şərti hesab etmişdir. Dövlət ittihamçısının fikrincə, məhkəmənin Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, həmin cəza gələcəkdə həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət it tihamçısı N.İmanovun, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi Şahid6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüqu qi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları deyil, Məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsinə əsasən: “Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsu si təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdəbir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsinə əsasən: “Fərarilik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi) — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsinə əsasən: “Hərbi qulluqçunun öz sağlamlığına hə r hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırması — bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəalar ı nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraa t zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəti cəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsin ə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxı mından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam ara şdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ağır ictimai təhlükəli nəticələrə səbəb olmamasını, onun gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, hərbi xidmətə atasını itirdikdən qısa müddət sonra yollanmasını, qardaşının həbsdə olmasını, xəstə anasına baxan yeganə şəxs olmasını və xidmətini davam etdirmək istəməsini cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasın ı və nəhayət onun şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, məhkuma təqsirli bilindiyi maddələrinin sanksiyasılarının aşağı həddində cəza təyin edildiyi halda, kifayət qədər əsaslandırma aparmadan təqsirləndirilən şəxs Məhkum cəza çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində CM-in 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qan unvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyas iya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar