Məhkəmə qərarları › İş №1-1(102)-40/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-40/2025

14.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-40/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli 11(103)-49/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən), Camal Ramazanov və Rafiq Abbasov) 09 sentyabr 2024-cü il tarixli 1-1(093)-17/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat idarəsinin rəisi vəzifəsində işləmiş, təqaüdçü, ehtiyatda olan polkovnik, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.4-cü maddəsi ilə t əqsirli bilinərək, ona CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat idarəsinin rəisi vəzifəsində, polkovnik hərbi rütbəsində xidmət etdiyi müddətdə vəzifəli şəxs olaraq qeyriləri ilə tamah niyyətilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 27 avqust 201 9-cu il tarixdən 24 mart 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində xidmət edərkən vəzifə borclarının tələblərinə əsasən dövlət vəsaitləri hesabına Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mallar (işlər və xidmətlər) ilə təmin edilməsi sahəsində dövlət satınalmalarının aparılması ilə əlaqədar təşkilati məsələləri həll etməli, Silahlı Qüvvələri keyfiyyətli mallar (işlər və xidmətlər) ilə təchiz edilməsinə nəzarət etməli olduğu halda Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisinin tapşırığı ilə öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə "xxxx" MMC arasında 2019-cu ildə elektrik generatorl arının alışı ilə bağlı onların dəyərlərini artırmaqla bağlanmış satınalma müqavilələri üzrə nəzərdə tutulan pul vəsaitlərinin həmin şirkətin hesablaşma hesabına köçürülməsini həyata keçirərək ümumilikdə 45.000 (qırx beş min) manat vəsaiti şirkətin nümayəndəsi vasitəsi ilə nağdlaşdırıb əldə etməklə ona etibar edilmiş xeyli miqdarda dövlət əmlakını vahid qəsdlə mənimsəyərək talamışdır. Bundan başqa, o, 27 avqust 2019-cu il tarixdən 24 mart 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində xidmət edərkən vəzifə borclarının tələblərinə əsasən dövlət vəsaitləri hesabına Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mallar (işlər və xidmətlər) ilə təmin edilməsi sahəsində dövlət satınalmalarının aparılması ilə əlaqədar təşkilati məsələləri həll etməli, Silahlı Qüvvələri keyfiyyətli mallar (işlər və xidmətlər) ilə təchiz edilməsinə nəzarət etməli olduğu halda Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisinin tapşırığı ilə öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə "xxxx" MMC arasında 2019-cu ildə rabitə kabellərinin və kompyuter avadanlıqlarının alışı ilə bağlı onların dəyərlərini artırmaqla bağlanmış satınalma müqavilələri üzrə nəzərdə tutulan pul vəsaitlərinin həmin şirkətin hesablaşma hesabına köçürülməsini həyata keçirərək ümumilikdə 125.000 (yüz iyirmi beş min) manat vəsaiti şirkətin nümayəndəsi vasitəsi ilə nağdlaşdırıb əldə etməklə ona etibar edilmiş külli miqdarda dövlət əmlakını vah id qəsdlə təkrar mənimsəyərək talamışdır. Bundan başqa, o, 27 avqust 2019-cu il tarixdən 24 mart 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində xidmət edərkən vəzifə borclarının tələblərinə əsasən dövlət vəsaitləri hesabına Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mallar (işlər və xidmətlər) ilə təmin edilməsi sahəsində dövlət satınalmalarının aparılması ilə əlaqədar təşkilati məsələləri həll etməli, Silahlı Qüvvələri keyfiyyətli mallar (işlər və xidmətlər) ilə təchiz edilməsinə nəzarət etməli olduğu halda Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisinin tapşırığı ilə öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Müdafiə Nazirliyinin Satınalma və T əchizat İdarəsi ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında 2019-2020-ci illərdə ərzaq məhsullarının alışı ilə bağlı onların dəyərlərini artırmaqla bağlanmış satınalma müqavilələri üzrə nəzərdə tutulan pul vəsaitlərinin həmin şirkətlərin hesablaşma hesabına köçürülməsini həyata keçirərək ümumilikdə 4.000.000 (dörd milyon) manat vəsaiti şirkətlərin nümayəndəsi vasitəsi ilə nağdlaşdırıb əldə etməklə ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət əmlakını vahid qəsdlə təkrar mənimsəyərək talamışdır. Bundan başqa, o, 27 avqust 2019-cu il tarixdən 24 mart 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində xidmət edərkən vəzifə borclarının tələblərinə əsasən dövlət vəsaitləri hesabına Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin m allar (işlər və xidmətlər) ilə təmin edilməsi sahəsində dövlət satınalmalarının aparılması ilə əlaqədar təşkilati məsələləri həll etməli, Silahlı Qüvvələri keyfiyyətli mallar (işlər və xidmətlər) ilə təchiz edilməsinə nəzarət etməli olduğu halda Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisinin tapşırığı ilə öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə "xxxx" MMC, "Toboll-55", "Loboda Group” MMC, ”Aqricole” MMC, "İmperial” MMC, "xxxx" MMC, ""xxxx" MMC və "xxxx" MMC arasında 2019-2020-ci illərdə ərzaq təminatı, idman geyimlərinin və yeməkxana avadanlıqlarının alışı ilə bağlı onların dəyərlərini artırmaqla bağlanmış satınalma müqavilələri üzrə nə zərdə tutulan pul vəsaitlərinin həmin şirkətlərin hesablaşma hesabına köçürülməsini həyata keçirərək ümumilikdə 165.000 (yüz altmış beş min) manat vəsaiti şirkətlərin nümayəndəsi vasitəsi ilə nağdlaşdırıb əldə etməklə ona etibar edilmiş külli miqdarda dövlət əmlakını vahid qəsdlə təkrar mənimsəyərək talamışdır. Bundan başqa, o, 27 avqust 2019-cu il tarixdən 24 mart 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində xidmət edərkən vəzifə borclarının tələblərinə əsasən dövlət vəsaitləri hesabına Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mallar (işlər və xidmətlər) ilə təmin edilməsi sahəsində dövlət satınalmalarının aparılması ilə əlaqədar təşkilati məsələləri həll etməli, Silahlı Qüvvələri keyfiyyətli mallar (işlər və xidmətlər) ilə təchiz edi lməsinə nəzarət etməli olduğu halda Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisinin tapşırığı ilə öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə "xxxx" MMC arasında 2020-ci ildə avto boyanın alışı ilə bağlı onların dəyərlərini artırmaqla bağlanmış satınalma müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaitlərinin həmin şirkətin hesablaşma hesabına köçürülməsini həyata keçirərək ümumilikdə 165.000 (yüz altmış beş min) manat vəsaiti şirkətin nümayəndəsi vasitəsi ilə nağdlaşdırıb əldə etməklə ona etibar edilmiş külli miqdarda dövlət əmlakını vahid qəsdlə təkrar mənimsəyərək talamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Al lahverdiyev (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədov) 05 dekabr 2024-cü il tarixli 1-1-1(103)-49/2024 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 1-1(093)-17/2024 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-in 179.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmış və 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə Məhkum əlavə cəza kimi 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası təyin edilmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edi lmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 1(103)-49/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi heç bir sübutla təsdiq olunmur. Cinayət işi üzrə dindirilmiş şahid ifadələri və digər sübutlarla məhkuma qarşı irəli sürülmüş ittiham sübuta yetirilməmişdir. Kassator şikayətində qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Məhkum it tihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, ona verilən ittihamla razı deyil, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Hərbi Prokrorluğunda onu sorğu-sual etmişlər, daha sonra Dövlət Təhlükəsizlik Xidmətinə apararaq, 5 gün ərzində ondan ifadə almışlar. Lakin ifadə verdiyi vaxt onu vəkili ilə görüşdürməmişlər. Bütün ifadələri vəkilin iştirakı olmadan almışlar və ona onların dediyi ifadələri verməsi qarşılığında onu həbsdən azad edərək kömək edəcəklərini bildirmişər. O da, ona bu təklifi edənlər ilə razılaşaraq onların istədikləri ifadələri vermişdir. Əvvəlcə ona 100.000 manat məbləğində pula görə ittiham veriləcəyini demişlər, lakin o razılaşmamış və həmin məbləği 70.000 manat məbləğinə endirmişlər. Bundan sonra o, yenə razılaşmamış və həyatı boyu belə işlərlə məşğul olmadığını bildirmişdir. Sonra isə 50.000 manat məbləğində pula görə ona ittiham verilməsinə razılaşmış, ona verilən 50.000 manat məbləğində olan ittihamı üzərinə götürmüş və üzərinə götürdüyü 50.000 manat məbləğində ziyanı da istintaq dövründə həbsdən azad olunması üçün tam ödəmişdir. Ümumiyyətlə cinayət işi hərtərəfli araşdırılmamış və məhkəmə tərəfindən bütün şahidlər dindirilməmişdir. Cinayət işinin materiallarında bu ittihamı təsdiq edəcək sübut olmadığı halda məhkəmə əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-in 179.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ona cəza vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda g östərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə bax ılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə sübutlara düzgün qiymət verməmiş, iş üzrə şahidlər dindirilməmiş və bunun nəticəsində əsassız və qanunsuz olaraq Məhkum barəsində CM-in 179.4-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərli k, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Birinci və apellyasiya instansiyası məhkəmələri cin ayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara – təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, ekspertiza rəyinə, istintaq hərəkətlərinin protokollarına, sənədlərə və işin digər materiallarına əsasən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda özgə əmlakını təkrar mənimsəmə yolu ilə talaması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Cinayət işinin materiallarından görünür ki, kassasiya şikayətinin dəlilləri cinay ət işi üzrə toplanmış sübutlarla təkzib olunur. Belə ki, həm məhkumun cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə, həm zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, həm şahidlərin ifadələri, həm də iş üzrə digər sübutlarla məhkəmənin hökmü ilə müəyyən edilmiş işin halları tam təsdiq olunmuşdur. Həmin sübutların mahiyyəti hökmdə ətraflı təsvir edilmişdir. Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməllərinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası həmçinin qeyd etmək istəyir ki, kassasiya şikayətinin əsasını təşkil edən dəlillər müdafiə tərəfinin apellyasiya şikayətinə baxışının predmeti olmuşdur. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəl illərinə qiymət verilmiş, məhkumun elan edilmiş ittiham üzrə təqsirinin müəyyən edilməsi və onun əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilməsi barədə nəticəyə gəlmiş, hüquq normalarına riayət edilməklə işə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum məhkəmənin hökm və qərarında təsvir edilmiş əməli törətməsi sübutlarla təsdiq edilmiş, məhkumun əməllərində CM-in 179.4-cü maddəsinin bütün tərkib əlamətlərinin olmasını müəyyən edilmiş, qanunun maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Cinayət işinin materiallarından isə görünür ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri tam təsdiq olunmuş, onun barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəb ərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkumun elan edilmiş ittiham üzrə təqsirinin müəyyən edilməsi və onun əməllərinin hüquqi tövsifi barədə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə təqsirli bilinməsi əsaslı və cinayət qanununun normalarına tam uyğun olmuş, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsi və ya əməlinin daha yüngül cinayət məsuliyyəti nəzərdə tutulmuş əməl kimi tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəzanın qanuniliyini və əsaslılığını müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cin ayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarınd a göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyy ətinə cəlb olunması, ibtidai istintaq zamanı cinayətlərin açılmasına və digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi, hərbi xidmət müddətində dəfələrlə dövlət təltifləri (medal) və fəxri fərmanla mükafatlandırılması, cinayət nəticəsində dəymiş ziyanın özünə çatan hissədə tam ödəməsi kimi cəzasını yüngülləşdirən hallarını müstəsna hal hesab edib, onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi CM-in 179.4-cü maddəsinin sanksiyasının aşağı həddindən də az - 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edilməsi və onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəza öz yüngüllüyünə görə törədilmiş cinayətin ağırlığına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi bu cür aşağı həddə cəzanın təyin edilməsini ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan hesab etmiş, buna görə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddi ilə bağlı mövqeyi ilə razılaşmayaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 6 (altı) ilə artırmış və CM-in 46.2-ci maddəsinə əsasən ona 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzası təyin etmişdir. Yuxarıda qeyd olunan cəza təyini tənzimləyən cinayət hüquq normalarından görünür ki, cəza məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması ilə yanaşı sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum cəzasını yüngülləşdirən hallarının məcmusunu müstəsna hal kimi qəbul edilməsi və buna əsasın ona CM-in 62-ci maddəsində nəzərdə tutulmuş qayalar üzrə cəzanın təyin edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası CM-i n 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək qeyd edir ki, hər iki məhkəmə nəticəyə gəlmişdir ki, məhkum qrup halında cinayət törədərkən özü tərəfindən mənimsənilən əmlakın miqdarını ödəmişdir. Məhkəmə kollegiyası işin bu halı, Məhkum cinayətin törətməsində rolunu və onun cəzasını yüngülləşdirən yuxarıda göstərilən digər halları nəzə rə alaraq, hesab edir ki, CMin 58.1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş əsas cəza öz sərtliyinə görə işin hallarına uyğun gəlmir, ona daha yüngül cəza təyin edilməklə onun islah olunması və cəzanın digər məqsədlərini təmin etmə mümkündür. Bundan başqa, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən ona CM-in 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi əsaslı hesab edir. Lakin apellyasiya instansiyası məhkəməsi Məhkum müəyyən vəzifə tutma növündə əlavə cəza təyin edərkən həmin cəzanın hüdudlarından kənara çıxmışdır. Belə ki, CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutm a hüququndan məhrum etmə - dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum dövlət və yerli özünüidarə orqanlarından başqa özəl müəssisəsələrdə də rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.9 və 416.1.21 maddələrinə əsasən məhkəmə cinayət qanunun ilə nəzərdə tutulmayan hədlərdə cəza tətbiq etməklə ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Həmin qərarla Məhkum Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə əsas cəzanın müddəti 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən Məhkum 2 (iki) il müddəti nə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəza təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar