Məhkəmə qərarları › İş №1-1(102)-41/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-41/2018

21.06.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-41/2018 21.06.2018 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-41/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ 21 iyun 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Füzuli Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilini b məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim K.S.Bəşirov) Məhkum (xx xxxxxx 1983-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali hərbi təhsilli, Qəbələ rayonu Qəmərxan kəndində qeydiyatda olan, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məh kum edilmiş, Azərbaycan Respublikaı CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya məhkəməsinin xx xx 2016-cı il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikaı CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı hərbi məhkəməsinin 17 may 2016-cı il tarixli hökmün nəticəvi hissəsinin dəyişdirilərək üzərində saxlanılan 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi ilə yeni hökmlə təyin edilən cəza qismən toplanmaqla qəti olaraq 05 ( beş) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzаçəkmə müddətinin xx xx 2016-cı il tarixdən hеsаblаnması qərara alınmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: K.H.Əkbərov (sədrlik e dən və məruzəçi), İ.H.Əhmədov və E.Ə.Camalovdan ibarət tərkibdə) xx xx2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat bölmə rəisinin məlumatların toplanması üzrə köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində qulluq edərkən xx xx 2016-cı il tarixdə saat 08 radələrindən xx xx 2016-ci il tarixdə saat 18 radələrinədək, yəni bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yüngülləşdirci halları, yəni himayəsində iki azyaşlı uşağın olmasını, xidməti illərində müsbət xarakterizə olunmasını nəzərə alsa da ona ağır cəza təyin etmişdir. Ona görə də qeyd olunan halları nəzərə almaqla işə obyektiv baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCPM-in 419.4cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmə lər tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Füzuli Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə Azərbaycan RespublikasıCM-in 333.4-cü maddəsinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsin in Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını,o cümlədən himayəsindəikiazyaşlıuşağınolmasını, törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah ol unmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd olunan dəlillər əsaslı hesab edilməməlidir. Belə ki, qeyd olunan hallar artıq məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən, artıq nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstər ilən halları nəzərə almaqla, Məhkum barəsində azadlıqdan məhrum etmə cəzasının alternativ cəza növü və ya daha yüngül cəza növü ilə əvəz edilməsinimümkün saymır. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, Məhkum himayəsindəikiazyaşlıuşağınolmasını, törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv e dilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü ilə məhkum edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar