Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-41/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Mehparə Tofiq qızı Əhmədovanın ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun Cövdət Sərvər oğlu, Məhkum və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsin in Hərbi kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər Q.Ş.Sadayev (sədrlik edən), K.V.Əliyev (məruzəçi) və V.M.Nəsirovdan ibarət tərkibdə) 1-1(098)/190/2016 nömrəli 01 noyabr 2016-cı il tarixli hökmü ilə xx xxxxxxxx 1997-ci il tarixdə Zaqatala rayonunun Car kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Car kəndində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1, 228.1 və 332.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 29,120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə c əzasına, CM-in 332.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona qəti cəza 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 28 fevral 2016-cı il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3cü kəşfiyyat manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən, 28 fevral 2016-cı il tarixdə saat 20:15 radələrində həmin hərbi hissənin Goranboy rayonunun Qaraçinar qəsəbəsi ərazisində y erləşən komanda müşahidə məntəqəsində olan yeməkxanada tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini pozaraq hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının idarəetmə tağımının rabitə manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X7 2016-cı ilin yanvar ayında kəşfiyyat bölüyünün əsgəri X6 postun ərazisinə odun gətirməsi barədə göstəriş verməsini irad tutaraq onun ünvanına nalayiq söyüşlər söymüş, sonuncu ona cavab qaytardıqda əsgər X9a qarşı zor tətbiq etməklə yaxasından tutmuş və yenidən anasının ünvanına nalayiq söyüşlər söyməklə zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan sonra, o, əsgər X9un yaxasını buraxmış, lakin öz cinayət əməllərini davam etdirərək yenidən onun anasının ünvanına nalayiq söyüşlər söymüş, sonuncu həmin söyüşlərlə ona cavab qaytardıqda isə əsgər X9u qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək, bu məqsədlə əsgər X10a xidməti istifadə üçün təhkim olunmuş, həmin vaxt yeməkxananın divarına söykənmiş vəziyyətdə olan AKMS markalı, AN 4280 №-li avtomat silahı götürərək qanunsuz olaraq odlu silahı əldə etmiş, silahın qoruyucusunu açaraq çaxmağını çəkib silahı döyüşə hazır vəziyyət ə gətirib, nalayiq söyüş söyməklə "səni öldürəcəm peysər" deyərək lüləsini əsgər X9un ürək nahiyyəsinə dirəmiş, sonuncu silahı özündən uzaqlaşdırmaq məqsədi ilə lülə hissəsindən tutaraq geri itələmək istəyərkən, o, X8 qəsdən öldürmək məqsədi ilə silahın tətiyinə basaraq qəsdən bir atəş açmış, nəticədə güllə X9un çənəsinin altından girərək ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "çənə əsasında cırılmış-didilmiş, çənə sümüyünün və dişlərin çoxsaylı sınıqları olan yara. Üst dodaq, sol yanaq, sol gözün və alının sol yarısını əhatə edən geniş toxuma deffektli yaralar. Çənə sümüyünün, əng sümüyünün, burun sümüklərinin, sol almacıq sümüyünün, sol göz yuvasını təşkil edən sümüklərin, sol alın sümüyünün, sol frontal cibinin ön divarını təşkil edən sümüklərin s ümük deffektləri ilə müşahidə olunan sınıqları. Sol göz almasının tam dağılması. Yuxarı tənəffüs yollarının qanla obstruksiyası. Sol alın cibi nahiyəsində çıxış yarası. Açıq kəllə beyin travması. Travmatik hemorragik şok İİİ dərəcə. Sol alın cibinin ön və arxa divarının qəlpəli yerini dəyişən sınıqları" xəsarətlərini yetirmiş, lakin əsgər X9 dərhal hadisə yerindən 230 saylı hərbi hospitala təxliyə edilərək orada təxirəsalınmadan cərrahiyyə əməliyyatı olunması nəticəsində sağ qaldığından, o, iradəsindən asılı olmayan səbəblərə görə öz qəsdini başa çatdıra bilməyib qəsdən adam öldürməyə cəhd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının (hakimlər T.A.Muxtarov (sədrlik edən və məruzəçi), C.B.Məmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 11(104)-74/2017 nömrəli 20 sentyabr 201 7-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 01 noyabr 2016-ci il tarixli hökmü cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş qəti cəza 9 (doqquz) il 3 (üç) aya endirilmiş, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş üz rə zərərçəkmiş şəxs X5 özü özünə qəsd etmiş, ona cinayət işi başlanılmasın deyə cinayəti onun (məhkumun) üzərinə yıxmışdır. Bundan başqa o, Azərbaycan dilində yazmağı və danışmağı bacarmadığı halda ona ibtidai və məhkəmə istintaqları zamanı tərcüməçi verilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42. 1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1, 228.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, onun ittiham olunduğu cinayət əməlləri törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan özünün ifadəsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan m əhkəmələr təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham aktında qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan əlavə, birinci instansiyası məhkəməsinin hökmünd ən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görü nür ki, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı Məhkum müdafiə hüququnun pozulması hallarına yol verilməmiş, onun Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində göstərilmiş bütün hüquqları təmin edilmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 20 sentyabr 2017-ci tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda göstəril ənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 20 sentyabr 2017-ci tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-41/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-41/2019
30.07.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver