Məhkəmə qərarları › İş №1-1(102)-41/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-41/2023

19.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-41/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçilər – “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkilləri Əliyev Vüqar Həsən oğlunun və Nəsibov Ka mandar Rəfi oğlu oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Əliyev Vüqar Həsən oğlu və Nəsibov Kamandar Rəfi oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 1-1(093)-169/2021 nömrəli (hakimlər: Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan İbarət məhkəmə tərkibində) hökmü ilə 5 noyabr 2001-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bölüyünün xüsusi işlər taqımının avtomobil təmir manqasının əsgəri Məhkum Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 16 may 2021-ci il tarixindən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X15 və təqsirləndir ilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində) 5 aprel 2022-ci il tarixli 1-1(105)-8/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Əliyev Vüqar Həsən oğlu və Nəsibov Kamandar Rəfi oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Hərbi Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bili nib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olmuşdur. Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bölüyünün xüsusi işlər taqımının avtomobil təmir manqasında “sürücü-akkumulyatorçu” vəzifəsində və əsgər hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin mart ayının axırlarında həmin hərbi hissənin təmir bölüyünün 1-ci avtomobil taqımının təmir manqasında “sürücü çilingər” vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olan Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi ximdətə çağırılan və gənc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri hərbi hissənin əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində yerləşən əsgər yataqxanasında düzüb “farağat” komandası verərək hərbi hissənin “starşı, baş əsgərləri” olduqlarını, hərbi hissədə olduqları müddətdə əsgərlərin onların qoyduqları qaydalarla hərəkət edəcəklərini, onların tapşırıqlarını yerinə yetirməyən, özündən böyük çağırışdan olan əsgərə qarşı çıxan, yataqxanada icazəsiz çarpayıda oturan, əsgər yoldaşından zabit və gizirlərə xəbərçilik edən, icazəsiz əsgər çayx anasına və digər yerlərə gedən, icazəsiz mobil telefon işlədən əsgərləri sıranın qabağına çıxardıb ana-bacı peysəri çıxardacaqlarını bildirmiş və onların qoyduqları şərtləri pozan əsgərləri cəzalandıracaqları barədə Təqsirləndirilən şəxsla qabaqcadan razılığa gəlmişlər. Həmin razılıqdan sonra Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bölüyünün xüsusi işlər taqımının avtomobil təmir manqasında “sürücü akkumulyatorçu” vəzifəsində və əsgər hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin mart ayının axırlarında həmin hərbi hissənin təmir bölüyünün 1-ci avtomobil taqımının təmir manqasında “sürücü çilingər” vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olan Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin aprel ayının əvvəllərində günorta yeməyi ndən sonra 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan və gənc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri: X11, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 hərbi hissənin əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində yerləşən qurutma otağında düzüb “farağat” komandası verərək sıralarda düzgün durmadıqlarını, “farağat” komandasını düzgün icra etmədiklərini bəhanə edib, “düz durun, sizin bərk və ya boş olmağınızı yoxlayacıyıq” deyib, hər ikisi tabelik münas ibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin “hərbi qulluqçular biri-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” tələblərini kobud surətdə pozmaqla əsgər X-in, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 bədənlərinin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vuraraq zor tətbiq etmişlər. Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan və gənc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri: X11, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 hərbi hissənin əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində yerləşən qurutma otağında düzüb “farağat” komandası verərək hər hansı bir səbəb olmadan hər ikisi tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə poz maqla əsgər X-un, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 bədənlərinin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vurub bir neçə gün sonra maaş alacaqlarını bildirərək, 13 manat alan əsgərlər 6 manat, 16 manat alan əsgərlər isə 8 manatı onlara verəcəklərini, verməyəcəkləri halda döyüb, sıranın qarşısında “peysər” çıxaracaqlarını, sındıracaqlarını və problem yaradacaqlarını bildirmişlər. Həmin vəzifədə və rütbədə xidmətdə olarkən Məhkum 14 may 2021-ci il tarixdə saat N radələrində hərbi hissənin şəxsi heyəti hamamdan keçdikdən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxsla birlikdə əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində hərbi hissənin silah təmir bölüyünün silah təmir manqasının əsgəri X11 öz çarpayısının yanına çağıraraq Məhkum alt paltarlarını yuması nı tələb etmişlər. Təqsirləndirilən şəxs onların qanunsuz əməllərinin komandirləri tərəfindən aşkar edilməməsindən ötrü əsgər yataqxanasına komandir heyətindən olan şəxslərin gələcəyi halda Məhkum məlumatlandırmaq üçün onlardan 2 metr aralıda dayanaraq nəzarət etmiş, X- onların təklifini rədd etdikdə Məhkum X-un üzərinə gedərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozmaqla X-un sifətinin hər iki tərəfinə çoxsaylı sillə zərbələri vuraraq alt paltarlarını məcbur da olsa ona yuduzduracağını bildirmiş, X-un onun qarşısında sakit və hərəkətsiz dayanıb hər hansı bir cavab verməməsindən Məhkum d aha da əsəbiləşib onun sinəsinin yuxarı hissəsinə çoxsaylı möhkəm yumruq zərbələri vuraraq “sağ çiyin qurşağının ön səthinin qansızmaları” xəsarətlərini yetirib, səhərisi gün, 15 may 2021-ci il tarixdə səhər düzülüşündən sonra onu sıranın qabağına çıxarıb “sınmış əsgər və peysər” çıxardacaqlarını bildirmişdir. Növbəyə təyin edilmiş əsgərlər təlimata çağırıldığı və X- 14 may 2021-ci il tarixdən 15 may 2021-ci il tarixədək hərbi hissənin avtomobil parkının mühafizəsi üçün patrul xidmətinə patrul nəfəri naryadına təyin edildiyindən əsgər yataqxanasından çıxarkən Təqsirləndirilən şəxs X-a yaxınlaşıb sağ əli ilə onun sol çiyin nahiyəsinə möhkəm bir yumruq zərbəsi vurub ona “sol saidin yuxarı 1/3-nin ön səthinin qansızmaları” xəsarətini yetirməklə “starşının sözünü iki eliyən bilmirsən necə olur ? Axşam səni başa salarıq” deyərək X-u hədələmişdir. Məhkum alt paltarlarını məcbur olaraq X-a yuduzdurmaq və onun göstərişini yerinə yetirmədiyi üçün onun cəzalandılrmaq məqsədi ilə 15 may 2021-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin silah təmir bölüyünün silah təmir taqımının təmir manqasında usta vəzifəsində və əsgər hərbi rütbəsində xidmət edən və həmin gün hərbi hissədə patrul xidmətində patrul nəfəri kimi xidmətdə olan Şahid1 vasitəsi ilə X-u hərbi hissənin əsgər yataqxanasının 3-cü mərtəbəsində yerləşən əsgər yataqxanasına çağırmış, məişət otağının qabağında X-un sinəsinə yumruq zərbəsi vuraraq içəri salmış və məişət otağında X-un bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə zərbələri vuraraq alt paltarlarını yumasını tələb etmişdir. Məhkum qabaqcadan əlbir olub cin ayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs ilə birlikdə X12 qarşı amansız rəftar etməsi və onun ləyaqətini mütəmadi alçaltması nəticəsində sonuncunun psixi-emosional sferasında əhvali-ruhiyyənin enməsi, sıxıntı, çarəsizlik, psixi-emosional gərginlik yaranmış, sonda həmin əlamət “depressiv reaksiya” halına keçərək sonuncunun özünü öldürmə həddinə çatması ilə nəticələnmişdir. X- 15 may 2021-ci il tarixdə səhər saatlarında N nömrəli hərbi hissənin avtomobil parkının patrul nəfəri naryadında xidmətdə olarkən özünə “hər iki mil-bilək oynağının, hər iki saidin aşağı 1/3-nin çoxsaylı səthi kəsilmiş yaraları” xəsarətlərini yetirərək avtomobil parkında yerləşən 61 nömrəli saxlancın dəmir qapısından özünü iplə asmış və həyat üçün təhlükəli olan, ölümlə nəticələnən, sağlamlığa ağır zərərvurmaya aid «boyun nahiyəsində zolaqşəkilli, qapanmayan, ənsə nahiyəsinə qədər uzanan, boylamaçəp istiqamətli, tək qatlı stranqulyasiya şırımı, asılma zamanı boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya” diaqnozu ilə müşayiət olunan xəsarətləri alaraq ölmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçiləri Əliyev Vüqar Həsən oğlu və Nəsibov Kamandar Rəfi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Hərbi Məhkəməsinin hökmündə müəyyən edilmiş hallarda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, onlar 2021-ci ilin aprel ayının əvvəllərində günorta yeməyindən sonra 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan və gənc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əs gərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərlərin bədənlərinin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vuraraq zor tətbiq etmişlər. Bu xüsusatla bağlı qeyd edək ki, cinayət işinin materiallarında N nömrəli hərbi hissənin əmrləri mövcuddur. Həmin əmrlərdən aydın olur ki, Məhkum xx.xx.2020-ci il tarixli 250 nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin müdafiə zolağına getmişdir. Vətən Müharibəsi müharibəsi başa çatdıqdan sonra Məhkum hərbi hissəyə qayıtmışdır. xx.xx.2021-ci il tarixli 30 nömrəli əmrlə Məhkum 30 gün müddətinə Laçın ra yonuna ezam olunmuş, xx.xx.2021-ci il tarixdə hərbi hissəyə qayıtmışdır. xx.xx.2021-ci il tarixli 90 nömrəli əmrlə Məhkum 10 gün müddətinə Ağdaş rayonuna məzuniyyətə göndərilmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs xx.xx.2021 112 nömrəli əmr 23 apreldən 10 gün müddətinə məzuniyyətə getmişdir. Yəni göründüyü kimi təqsirləndirilən şəxs Məhkum aprel ayının əvvəllərində ümumiyyətlə hərbi hissədə olmamışdır. Belə olan halda. Məhkum Təqsirləndirilən şəxsla qabaqcadan razılaşmaqla aprel ayının əvvəllərində gənc çağırışçı əsgərlərə zor tətbiq etməsi mümkün deyildir. Cinayət işinin materiallarında olan 28 nömrəli meyitin məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, X13 meyitinin məhkəmə-tibbi ekspertizası keçirilən zaman meyitin sol əlinin arxa səthində köhnə səthi kəsilmiş yaralar mövcud olm uş, həmin yaralar 6-8 ay öncə yerinə yetirilməyə uyğun gəlirlər. Bu hal onu deməyə əsas verir ki, mərhumun özünü intihar etməsində təqsirləndirilən şəxslərin rolunun olması istisna edilir. Belə ki, mərhum əsgər X13 şəxsi işində həmin yaralarla bağlı heç bir qeyd aparılmamışdır. Lakin, ekspert rəyindən aydın olur ki, mərhum hərbi xidmətə yollanmamışdan öncə özünə xəsarət yetirmişdir. İbtidai istintaq orqanı tərəfindən isə bu hal araşdırılmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş mərhum əsgər X6 qardaşı X14 ibtidai istintaq dövründə şahid qismində ifadə verən zaman bildirmişdir ki, qardaşı ilə münasibətləri yaxın olmuşdur. Onun hər hansı fiziki zor tətbiq edilməsi barədə məlumat verməmişdir. Əgər belə bir hal baş versəydi qardaşı ona mütləq məlumat verərdi. Göründüyü kimi, ailə ü zvü mərhum qardaşının döyülməsi və ya hərbi xidmətdə hər hansı sıxıntısı olması barədə məlumatının olmamasını bildirmişdir. Lakin ibtidai istintaq orqanı və aşağı instansiya məhkəmələri bu halı diqqətdə saxlamamışdır. Şahidlərin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Xüsusi ilə də gənc çağırışçılardan olan əsgərlərin bir mənalı olaraq mərhumun Məhkum və Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə döyülməsi bildirilsə də, hərbi xidmətdə daha çox təcrübəyə malik olan şəxslər tərəfindən belə bir halın yaşanmasınının şahidi olmaması bildirilir. Hesab edirəm ki, aşağı instansiya məhkəmələri tərəfindən bu ziddiyyətlər araşdırılmalı idi. Cinayət işinin materiallarında olan “hadisə yerindən götürlmüş predmetlərə baxış keçirilməsi’’ haqqında xx.xx.2021-ci il t arixli protokoldan görünür ki, mərhum əsgər X-un meyitinin aşkar edildiyi anbarda iki ədəd isimlik tapılmışdır: İsimliklərdən birinin üzərində “MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxsM”, digərinin üzərində isə “MAXE Mustafayev E.Ə” yazıları vardır. Həmin protokolda isimliklərin üzərində iş üçün əhmiyyət kəsb edən zədələrin və izlərin aşkar edilmədiyi qeyd edilsə də, yekunda həmin isimliklərin məxsus olduğu şəxslər ibtidai istintaqa cəlb edilməmiş, onlara məxsus isimliklərin həmin hadisə yerində nə üçün olması, həmin şəxslərin həmin hərbi hissədə xidmət edib-etməməsi barədə məlumatlar ibtidai istintaq orqanı tərəfindən tam aydınlaşdırılmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını Məhkum aid hissədə ləğv edərək, ona bəraət verilməsi xahiş edil ir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Əliyev Vüqar Həsən oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkuma ittihamın 2021-ci il aprel ayının əvvəllərində verildiyini, guya iş üzrə digər Təqsirləndirilən şəxslə əlbir olaraq gənc çağırışçı əsgərləri incitdiyini, lakin iş materiallarında bu halın təkzib olunduğunu, məhkumun həmin dövrdə müdafiə zolağında olduğunu, daha sonra məzuniyyətdə olduğunu və Təqsirləndirilən şəxs tərxis olduğunu, məhkumun əleyhinə şahidlik edənlərin hamısının gənc çağırışçı əsgərlər olduğunu, zabit gizir heyətinin isə “X-un səhhətində problem olmağı və əhval ruhiyyəsinin aşağı olması” barədə hər hansı bir məlumat vermədiklərini bildirib, məhkuma bəraət hökmü çıxarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Nəsibov Ka mandar Rəfi oğlu çıxış edərək, istintaqın səthi aparıldığını, müstəntiqin məhkumun müdafiə hüququnu dəfələrlə pozduğunu, hərbi hissənin həkim heyəti tərəfində zərərçəkənin bədənində hər hansı deformasiyanın olmağı ilə bağlı məlumat olmadığını bildirib, məhkumun gəncliyi nəzərə alınaraq bəraət hökmü verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Qocayev Ramil Amil oğlu çıxış edərək, müdafiə tərəfinin apellyasiya şikayətində ancaq cəzanın azaldılması ilə bağlı müraciət etdiyini, iş materiallarında məhkumun əməlinin bir dəfəyə məxsus olmadığını, Xa dəfələrlə təzyiqlərin olduğunu, hadisənin baş verməsinin məhkumun məzuniyyətdə olduğu dövrdə olması əvvəlki dövrdən t əzyiqlərin olduğu üçün onun məsuliyyətdən azad edilməməli olduğunu, kassasiya şikayətinin əsassız olduğunu bildirib şikayətin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun mü dafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçilərinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kass asiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə ö z əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsinin dispozisiyası tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədəqorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə v ə həmin əməllər külli miqdarda əmlak əldə etmək məqsədi ilə, təkrarən, iki və ya daha çox şəxs barəsində, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olması kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır nəticələrə səbəb olmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının Məhkum aid hissdə ləğv edilməklə ona cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Eyni zamanda, kassasiya şikayətində göstərilən hallar faktiki olaraq iş üzrə ibtidai istintaq və məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçilərinin kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşd ırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçilərinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslı lığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bundan başqa, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edərək qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum CM-in 332.3-cü maddəsində göstərilən cinayət əməlini törətməsi çoxsaylı sübutlarla, yəni zərərçəkmiş şəxsin hüquqi varisi X4, şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5, Şahid1, Şahid6, Şahid7 və X7 ifadələri, məhkəmə-tibb ekspertinin 15 may 2021-ci il tarixli 28 nömrəli rəyi, kompl eks məhkəmə-bioloji və məhkəmə-kriminalistik ekspertizasının 9 iyun 2021-ci il tarixli 37/mtb-34/tkb nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 1549 nömrəli rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında 15 may 2021-ci il tarixli protokolu ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 1549 saylı rəyindən aydın olur ki, X1 hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, özünü öldürərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətində ol muşdur. X- hərbi xidmət müddətində dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalmış, döyülmüş, təhqir olunmuş, əsgər yoldaşları arasında rüsvay ediləcəyi ilə hədələnmiş, bunun nəticəsində intihar ərəfəsində əsəbilik, kövrəlmə, ümidsizlik hissi yaranmışdır. X- ölümündən əvvəl situasiya ilə şərtləndirilmiş depressiv reaksiya keçirmişdir. Situasiya ilə şərtləndirilmiş depressiv reaksiya onu özünü öldürməsinə meylləndirə bilərdi. X- hadisədən bilavasitə əvvəl əsgərlər Məhkum və Təqsirləndirilən şəxs tərəfindən döyülmüş, təhqir olunmuş, əsgər yoldaşları arasında rüsvay ediləcəyi ilə hədələnmişdir. Qeyd olunan situasiya X8 depressiv reaksiyanın yaranmasına bilavasitə səbəb ola bilərdi. İntihar etməzdən əvvəl X6 psixi emosional sferasında əhvali-ruhiyyənin enməsi, sıxıntı, çarəsizlik, psixi-emo sional gərginlik (əsəbi, həyəcanlı halda olması, gözlərinin dolması və s.) kimi hallar yaranmış, intihar edərkən depressiv reaksiya halını keçirmişdir. Məhkum və Təqsirləndirilən şəxs X12 qarşı etdikləri qanunsuz, zorakı, şərəf və ləyaqəti alçaldan, həmçinin hüquqazidd hərəkətlər ayrıayrılıqda deyil, birgə şəkildə onun psixi emosional sferasında gərginlik yaratmış, intihar edərkən situasiya ilə şərtləndirilmiş depressiv reaksiya halını keçirməsinə gətirib çıxarmışdır. Kassasiya şikayətində Məhkum təsirsiz olmasını təsdiq edən əsas dəlil kimi göstərilən “onun aprel ayının əvvəllərində həmin hərbi hissədə olmaması və həmin dövrdə gənc çağırışçı əsgərlərə zor tətbiq etməsinin mümkün olmaması” barədə dəlillini də əsassız hesab edərək kollegiya qeyd edir ki, verilmiş ittihama və məhkəmə baxışla rı zamanı təsdiqini tapmış işin faktiki hallarına görə müəyyən olunur ki, Məhkum tabelik münasibətində olmayan hərbi qulluqçulara qarşı nizamnamə qaydalarını pozması halları 2021-ci il mart ayının sonlarından başlayaraq, müəyyən fasilələrlə may ayının ortalarına qədər davam etmişdir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci insta nsiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Odur ki, kassasiya şikayətində qeyd edilən halların araşdırılması zərurəti olmadığından, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi barədə dəlillər əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həm in normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Mə hkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə k ollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə al araq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçiləri Əliyev Vüqar Həsən oğlu və Nəsibov Kamandar Rəfi oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Əliyev Vüqar Həsən oğlu və Nəsibov Kamandar Rəfi oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 5 aprel 2022-ci il tarixli qərarı Məhkum aid hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar