Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-41/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 296.1, 329.2.1, 329.2.6 və 333.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Əzizov Sevindik Əziz oğlu) Məhkum, xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin m ühəndis istehkam bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, “baş leytenant” hərbi rütbəsində xidmət etmiş, CM-in 296.1, 329.2.1, 329.2.6 və 333.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 50.1-ci maddəsinə əsasən CM-in 296.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının əvəzinə aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma, CM-in 329.2.1 və 329.2.6-cı maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətə, CM-in 333.4-cü maddəsi ilə aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları qisminə toplamaq yolu ilə qəti olaraq aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İşin halları:
Məhkəmə qərarları › İş №1-1(102)-41/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-41/2025
06.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver