Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-42/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Hərbi Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 13 may 2019-cu il tarixli (sədrlik edən hakim Vüqar Məmmədov, hakimlər Kamran Muxtarov (məruzəçi) və Nurəddin Hüseynlidən ibarət tərkibdə) hökmü ilə, Məhkum *** yanvar ******** -cı il tarixdə ******* rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, **** nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş, ****** rayon unun ******** kəndində qeydiyyatda olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.2 və 341.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-in 338.2-ci maddəsi ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 341.3-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum elan edilmiş ittihamdan CM-in 338.1-ci maddəsinin xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 13 may 2019-ci il tarixdən hesab edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qə timkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi və saxlanılması Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanunu qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin ****** rayonunun ərazisində yerləşən**** nömrəli hərbi hissəsinin ***-cü taborunun 14-cü bölüyünün ***-ci taqımının ***-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən, 2017-ci ilin iyun ayının əvvəllərindən sentyabr ayının axırlarınadə k olan müddət ərzində həmin hərbi hissənin Qazax rayonunun ******** kəndi ərazisində bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən şərti olaraq «*******» adlandırılan döyüş postunda mövqe başçısı təyin olunmaqla xidmət aparan zaman Azərbaycan Respublikası Quru X4 Nizamnaməsinin 9, 11-ci, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 50, 51, 135 və 136-cı maddələrində göstərilən «manqanın şəxsi heyətinin işgüzarlığını, mənəvi keyfiyyətlərini bilmək, manqanın şəxsi heyətinin hərbi intizama riayət etməsinə ciddi diqqət yetirmək, hərbi nizamnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmaq, hərbi intizamın yüksək səviyyədə olmasını təmin etmək», Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətl əri Nizamnaməsinin 159-166-cı maddələrində göstərilən «Dəyişdirici onun tabeliyində olan saatdarların düzgün və sayıq xidmət etmələrinə, vaxtında dəyişdirilmələrinə və postlara qoyulmalarına, postları düzgün qəbul etmələrinə və təhvil vermələrinə cavabdehdir», eləcə də ***** nömrəli hərbi hissə komandirinin 01.01.2017-ci il tarixli, 01 nömrəli əmrinin 1.2, 1.6, 1.8 və 2.2-ci bəndlərində göstərilən «mövqe başçısının şəxsi heyəti döyüş növbəsinə çıxmazdan əvvəl təlimatlandırması, xəbərdar etmə, idarəetmə, qarşılıqlı əlaqə siqnalları və döyüş hesabatını çatdırması, silah doldurubboşaltmanın xüsusi hazırlanmış yerdə mövqe başçısının rəhbərliyi ilə nizamnamələrin tələblərinə əsasən tam məsuliyyətlə həyata keçirilməsi, mövqe böyüyünün gündüz postları 2-3 dəfədən az olmayaraq, saat 22:00-dan-07:0 0-dək isə ən azı hər bir saatdan bir yoxlaması, döyüş növbətçiliyində olan şəxsi heyətin növbə vaxtı yoxlanılması» və 13.01.2017-ci il tarixli, 011 nömrəli əmrinin 6.1-ci bəndində göstərilən «hərbi qulluqçuların düşmənin xüsusi xidmət orqanlarının təsiri altına düşməsinə yol verməmək məqsədi ilə bütün səviyyədə olan komandir və rəislər şəxsi heyət arasında daim söhbət aparsın, hərbi kollektivdə mühiti və vəziyyəti öyrənsinlər, bu qəbildən olan təhlükələrin qarşısının alınması məqsədi ilə müvafiq strukturlarla sıx əməkdaşlıq qursunlar» tələblərini pozaraq, həmin nizamnamə və əmrlərə əsasən mövqe başçısı və manqa komandiri kimi xidmət etdiyi döyüş mövqeyində şəxsi heyətin döyüş növbəsi (xidməti) çəkmə qaydalarına uyğun olaraq ayıq-sayıq döyüş xidməti aparmalarını, zərurət olarsa, yəni düşmən in real hücum təhlükəsi olduğu halda şəxsi heyətə döyüş həyəcanı verərək mövqenin müdafiə zolağını təşkil və təmin etməli, döyüş növbətçilərini növbədə olduqları müddət ərzində mütəmadi olaraq yoxlamalı olduğu halda, həmin vəzifələri yerinə yetirməyərək şərti olaraq «*******» adlandırılan döyüş postunda tabeliyində olan şəxsi heyətin xidmətini düzgün təşkil etməmiş, gecə və gündüz saatlarında döyüş mövqeyində ayıq növbə üzrə döyüş növbətçiliyinə azı iki nəfər əsgəri təyin edərək çıxarmalı olduğu halda bunu təmin etməmiş, döyüş növbəsinə təyin edilmiş əsgərləri əksər hallarda təlimatlandırmamış, döyüş növbəsinə çıxma şəxsi heyətin öz aralarında apardıqları razılaşmalara əsasən həyata keçirilmiş, döyüş növbəsinə çıxan və döyüş növbəsindən qayıdan əsgərlərin silah doldurub-boşaltması onun rəh bərliyi ilə aparılmamış, döyüş növbəsinə təyin edilən və döyüş növbəsindən çıxan əsgərlər vaxtlı-vaxtında və nəzarət altında dəyişdirilməmiş, eləcə də istirahətdə olduğu vaxtlarda döyüş növbətçilərinin dəyişdirilməsinə dair əvvəlcədən heç bir tədbir görməmiş, əksər hallarda döyüş mövqeyində yataraq döyüş növbəsinin aparılmasını yoxlamamış, döyüş növbətçiliyinin aparılmasına dair qrafik formal tərtib edilməklə əsgərlərin həmin qrafikə uyğun döyüş növbətçiliyinə çıxmalarına və xidmət aparmalarına nəzarət etməmiş, mütəmadi olaraq onlarla fərdi söhbətlər aparmamış, şəxsi və hərbi xidmətlə bağlı problemləri ilə maraqlanmamış, bununla da, o, rəis kimi, müntəzəm olaraq, döyüş şəraitində hakimiyyətdən qəsdən istifadə etməmiş, eləcə də Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarıl ması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuşdur. Bundan başqa, o, həmin yerdə, vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2017-ci ilin iyun ayının əvvəllərindən sentyabr ayının axırlarınadək olan müddət ərzində qeyd olunan nizamnamə və əmrlərin tələblərini pozaraq, manqa komandiri və mövqe başçısı kimi xidmət etdiyi döyüş mövqeyində şəxsi heyətin döyüş növbəsi (xidməti) çəkmə qaydalarına uyğun olaraq ayıq-sayıq döyüş xidməti aparmalarını, zərurət olarsa, yəni düşmənin real hücum təhlükəsi olduğu halda şəxsi heyətə döyüş həyəcanı verərək mövqenin müdafiə zolağını təşkil və təmin etməli olduğu halda, həmin vəzifələri yerinə yetirməyərək şərti o laraq «*******» adlandırılan döyüş postunda mütəmadi olaraq gecələr yatmaqla və gündüz vaxtlarında ayıq növbədə olan əsgərləri postun ərazisində müxtəlif təmizlik işlərinə cəlb etməklə, postda hamam tikilməsi məqsədi ilə əsgərləri nəzarətsiz şəkildə fəaliyyəti dayandırılmış şərti olaraq «*******» adlandırılan döyüş postuna taxta və digər ləvazimatlar gətirmək məqsədi ilə göndərməklə rəis kimi, müntəzəm olaraq döyüş şəraitində hakimiyyət həddini aşmış, eləcə də Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcəyi şəraitdə pozmuşdur. Bundan başqa, o, həmin yerdə, vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, tə xminən 2017ci ilin avqust ayının ortalarında, saat 05 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 8, 132 və 161-ci maddələrində göstərilən «hər bir hərbi qulluqçu qarnizon və yaxud qarovul xidməti yerinə yetirən şəxslərə kömək etməyə borcludur; patrul, yaxud qarovul heyətində kiminsə xidməti pozduğunu görən hərbi qulluqçu bu barədə qarnizon komendantına, qarovullar (hərbi hissə, gəmi, təlim mərkəzi, düşərgə toplanışı) növbətçisinə, yaxud qarovul rəisinə və özünün bilavasitə rəisinə dərhal məlumat verməlidir; dəyişdiricinin ümumi vəzifəsidir: hər növbə qayıtdıqdan sonra qarovul rəisinə növbənin dəyişilməsi, postların vəziyyəti, bütün nöqsanlar və onların aradan qaldırılması tədbirləri haqqında məlumat vermək» tələblərini pozaraq kom andiri olduğu manqanın əsgəri X7 şərti olaraq «*******» adlandırılan döyüş postunun uzun müddətli atəş nöqtəsində döyüş növbəsində olarkən yatdığını aşkar etməsinə baxmayaraq, tabeliyində olan şəxsin döyüş növbətçiliyində yol verdiyi nöqsanı hərbi hissə komandanlığından gizlətmək və komandiri olduğu manqanın şəxsi heyətinin xidmətinin düzgün təşkil olunması görüntüsünü yaratmaq istəməsindən ibarət şəxsi marağına görə həmin fakt barədə vəzifəsinə uyğun olaraq şifahi və ya yazılı formada yuxarı komandanlığa məruzə etməli olduğu halda bunu etməyərək, rəis kimi digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyətdən qəsdən istifadə etməmişdir. Kiçik çavuş Məhkum yuxarıda qeyd olunan əməlləri nəticəsində manqa komandiri və mövqe başçısı kimi xidmət etdiyi şərti olaraq «*******» adlandırılan döyü ş postunda nəzarətsizlik və özbaşınalıq mühiti yarandığından döyüş növbətçiliyi düzgün təşkil olunmamış, əsgərlər müvafiq qrafik üzrə vaxtlı-vaxtında döyüş növbəsinə çıxmayaraq təyin olunduqları yerlərdə xidmət aparmamış, döyüş növbətçiliyinə çıxan əsgərlər yorğun və yuxusuz olduqlarından düşmən istiqamətində müşahidəni dayandırıb yatmış, əsgərlər X3 və X10 düşmənlə məxfi əməkdaşlığa cəlb olunaraq dövlətə xəyanət etmiş, eləcə də düşmən tərəfindən aldıqları məxfi tapşırığın icrası ilə bağlı əsgər X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, tamah məqsədi ilə və sifarişlə, başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə, təkrarən, iki və ya daha çox şəxsi, milli və düşmənçilik niyyəti iləqəsdən adam öldürməyə c əhd etmiş, düşmənlə məxfi əməkdaşlıq çərçivəsində müxtəlif tarixlərdə iki dəfə xidmət yerini özbaşına tərk edərək düşmən mövqeyinə gedib qayıtmış, əsgər X10 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ona qarşı xüsusi amansızlıqla zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, habelə çoxlu sayda digər cinayət hadisələri və qanunsuzluqlar baş vermiş, bütün bunlar isə döyüş mövqeyinin müdafiə və döyüş qabiliyyətinin zəifləməsinə, düşmən kəşfiyyatının müdafiə ərazisinə soxulması üçün əlverişli şəraitin yaranmasına səbəb olmuş, bununla da, onun rəis kimi, müntəzəm olaraq, digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyət həddini aşması və hakimiyyətdən qəsdən istifadə etməməsi, eləcə də, Azərbaycan Respu blikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması, habelə onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozması dövlətin təhlükəsizlik mənafeyinə zərər vurmuş və ağır nəticələrə səbəb olmuşdur. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əlizamin Abdullayev, hakimlər Çingiz Məmmədov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı cəza baxımından əsassız və ədalətsizdir. Məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən hökmdə onun cəzasını yüngülləşdirən halları sadalasa da ona ədalətli cəza təyin etməmişdir. Kassator bildirmişdir ki, məhkəmə kollegiyası CM-in 62-ci maddəsinin tətbiq edilibedilməməsini müzakirə etmiş, lakin həmin maddənin ona tətbiq edilməsini işin hallarına, törədilən cinayətin xarakterinə uyğun hesab etməmişdir. Məhkəmə ko llegiyası Məhkum barəsində CM-in 70ci maddəsinin tətbiq edilməsi üçün də əsasları müəyyən etmədiyindən, onun təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Kassator qeyd etmişdir ki, məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən düzgün nəticəyə gəlməmiş və haqlı olmamışdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli C6 və Z6 barələrində olan hökmə əsaslanaraq hesab etmişdir ki, Məhkum başçısı olduğu “*******” döyüş postunda baş vermiş hadisələrə görə C6 barəsində Gəncə Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü olduğundan bu hökm cinayət təqibi üzrə icraatı həyata keçirən məhkəmə üçün həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiyməti nə görə məcburidir. Həmin hökmdən görünür ki, həm C6 və həm də Z6 cəza təyin edilərkən CM-in 62-ci maddəsi tətbiq edilməklə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilmişdir. Kassator bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi də qərarında məhkuma CM-in 70-ci maddəsi və CM-in 62-ci maddəsinin hansı əsaslara görə tətbiq etməməsini əsaslandırmamış, qanunun tələblərinə formal yanaşmış, hazırki işin konkret hallarını, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatları lazımınca qiymətləndirmədən və nəzərə almadan ona ağır cəza təyin etmişdir. Kassator yuxarıda göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsə lələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, işə baxan məhkəmələrin Məhkum cəza təyin edərkən barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almadığını və ona ağır cəza təyin etdiklərini vurğulayaraq, onun ilk dəfə cinayət əməli törətməsini, ailə vəziyyətinin ağır olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, əmək qabiliyyəti olmayan xəstə valideynin olmasını, ailənin yeganə gəlir gətirən şəxs olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsinin (məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almada n cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.2 və 341.3-cü maddələrində təsbit edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun özünün qismən etirafedici ifadələrinə, iş üzrə dindirilən şahidlərin ifadələrinə, eləcə də işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərə əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməl ləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.2 və 341.3-cü maddələri ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipinə əməl edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri nizamlayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu c əzaları, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, Cinayət Məcəlləsinin yalnız bu maddəsində sadalanan hallar deyil, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Həmçinin, şərti məhkum etmə tətbiq edilərkən törədilmiş əməlin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, cinayətin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması (CM-nin 15-ci maddəsi), təqsirkarın şəxsiyyəti, təyin edilmiş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3-cü maddəsi), cəzanı yüngülləşdirən (CM-nin 59-cu maddəsi) və ağırlaşdıran (CM-nin 61-ci maddəsi) hallar nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxs in şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Kollegiya qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olun muş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini zəruri edən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, anası X1 birinci qrup əlil olmasını və Məhkum sağ əlinin 3-cü barmağının distal f alanqasının orta 1/3-nin tam qopmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara və Cinayət Məcəlləsinin müvafiq normalarının tələbinə əsasən CM-nin 338.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrarən törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir, ancaq məhkəmə CM-nin 341.3-cü maddəsi üzrə cinayət məsuliyyətin yaranması üçün müntəzəmliyin olmasının tələbi maddənin dispozisiyasının tərkibi əlaməti kimi çıxış etdiyindən həmin hissədə təkrarçılığın olması qənaətinə gəlmiş, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran h alların olmasını, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi məhkəmə Məhkum CM-in 338.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın cəzanı, CM-in 341. 3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəzanı təyin etmiş və təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi təyin edilən cəzanı əsaslı və ədalətli hesab edərək hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası Məhkum təyin edilən cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan başqa kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd edir ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpa sı üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Kollegiya qeyd edir ki, məhkum Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.2 və 341.3-cü maddələrində təsbit edilən cinayət əməlləri qəsdən törədilən cinayətlərə aiddir. İsnad edilən cinayət əməlləri xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır (CM-in 338.2-ci maddəsi) və ağır cinayətlər (CM-in 341.3-cü maddələri) kateqoriyasına aiddirlər. Məhkəmə kollegiyası vurğulayır ki, Məhkum əməlləri nəticəsində manqa komandir i və mövqe başçısı kimi xidmət etdiyi şərti olaraq «*******» adlandırılan döyüş postunda nəzarətsizlik və özbaşınalıq mühiti yarandığından döyüş növbətçiliyi düzgün təşkil olunmamış, əsgərlər müvafiq qrafik üzrə vaxtlı-vaxtında döyüş növbəsinə çıxmayaraq təyin olunduqları yerlərdə xidmət aparmamış, döyüş növbətçiliyinə çıxan əsgərlər yorğun və yuxusuz olduqlarından düşmən istiqamətində müşahidəni dayandırıb yatmış, əsgərlər X3 və X10 düşmənlə məxfi əməkdaşlığa cəlb olunaraq dövlətə xəyanət etmiş, eləcə də düşmən tərəfindən aldıqları məxfi tapşırığın icrası ilə bağlıəsgər X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, tamah məqsədi ilə və sifarişlə, başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə, təkrarən, iki və ya daha çox şəxsi, milli və düşmənçilik niyyəti iləqəsdən adam öldürməyə cəhd etmiş, düşmənlə məxfi əməkdaşlıq çərçivəsində müxtəlif tarixlərdə iki dəfə xidmət yerini özbaşına tərk edərək düşmən mövqeyinə gedib qayıtmış, əsgər X10 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ona qarşı xüsusi amansızlıqla zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bütün bunlar isə döyüş mövqeyinin müdafiə və döyüş qabiliyyətinin zəifləməsinə, düşmən kəşfiyyatının müdafiə ərazisinə soxulması üçün əlverişli şəraitin yaranmasına səbəb olmuşdur. Qeyd edilməlidir ki, məhkumun əməli torpaqlarımızın bir hissəsinin işğal altında olduğu və Orduda nizam-intizamın daima yüksək tutulmasına ehtiyac olduğu bir dövrdə Orduda niz amintizama mənfi təsir edən amillərdəndir. Orduda nizam-intizama əməl edilməsinin ən başlıca şərti isə hər bir hərbi qulluqçunun öz Nizamnamə vəzifələrini doğru-dürüst yerinə yetirməsindən asılıdır. Hazırki halda isə Məhkum nəinki manqa komandiri kimi öz Nizamnamə borcunu layiqincə yerinə yetrməmiş, əksinə, manqa komandiri və mövqe başçısı kimi xidmət etdiyi şərti olaraq «*******» adlandırılan döyüş postunda nəzarətsizlik və özbaşınalıq mühiti yarandığından döyüş növbətçiliyi düzgün təşkil olunmamış, əsgərlər müvafiq qrafik üzrə vaxtlı-vaxtında döyüş növbəsinə çıxmayaraq təyin olunduqları yerlərdə xidmət aparmamış, döyüş növbətçiliyinə çıxan əsgərlər yorğun və yuxusuz olduqlarından düşmən istiqamətində müşahidəni dayandırıb yatmış, əsgərlər X3 və X10 düşmənlə məxfi əməkdaşlığa cəlb olunara q dövlətə xəyanət etmişlər. Kassasiya kollegiyası qeyd edir ki, iş üzrə elə bir hal müəyyən deyildir ki, bu hal Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına inam yaratsın və məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə əsas vermiş olsun. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi fövqündə onun barəsində şərti məhkum etmə institutunun tətbiq edilməsi nə təqsirkar şəxsin özünə münasibətdə cəzanın islahedici funksiyasını, nədə ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə və cinayət mühakimə icraatının məqsədlərinin həyata keçirilməsini təmin edə bilməz. Məhkəmə kollegiyasının qənaəti belədir ki, istər yuxarıd a şərh olunanların, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Ali Məhkəmənin qeyd edilən Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, Məhkum təyin edilən cəzanın növü və həddini qətiyyən ədalətsiz hesab etmək olmaz. Qanun ədalətli cəza dedikdə, təkcə yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığ ına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Kassasiya kollegiyası qeyd edir ki, işin sadalanan hallarının, qeyd edilən cinayət qanunu normalarının, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin göstərilən Plenum qərarlarının tələbləri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası istər növünə görə, istərsə də həddinə görə ədalətsiz hesab etmək olmaz. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir və məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında kassatorun dəlillərini tutarlı bir fakta və təkzibedilməz bir sübuta söykənmədiyindən əsassız olması nəticəsinə gəlir. Beləliklə, kassasiya kollegiyası törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, təyin edilmiş cəzanın məhkumun isla h edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.2 və 341.3-cü maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-42/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-42/2020
12.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver