Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-42/2021 25.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Hüseynov Şaiq Yusif oğlunun iştirakları ilə Ağır Cinayətlərə Dair İşlər Üz rə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 13 iyun 2008-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1 və 302.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 07 oktyabr 2008-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu ilə birlikdə verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 13 iyun 2008-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.M.Əliyev) 17 yanvar 1966-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, MTN-nin sərəncamında olan polkovnik-leytenant, Bakı şəhəri, Naxçıvanski küçəsi ev 11, mənzil 10-da pasport qeydiyyatında olan və faktiki yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 341.1 və 302.2-ci maddələri ilə təqsirli bilinib, CM- nin 341.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 302.2ci maddəsi ilə 02 il müddətə dövlət orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları toplamaq yolu ilə Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, qəti olaraq 02 (iki) il müddətə dövlət orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin, X7, X14, X3, X15 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən Məhkumun müdafiəçisi Q.Zamanov, məhkum E.Süleymanovun müdafiəçisi Z.İbadov və məhkum T.Mikayılovun müdafiəçisi İ.Cavadova tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının (sədrlik edən hakim S.A.Mirzəyev, hakimlər F.A.Qasımov və C.C.Ramazanovdan ibarət tərkibdə) 07 oktyabr 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 13 iyun 2008-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 07 oktyabr 2008-ci il tarixli qərarından Məhk um müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu ilə birlikdə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 13 iyun 2008-ci il tarixli hökmünə əsasən, Məhkum Milli Təhlükəsizlik Nazirliyi İV Baş İdarə İ İdarəsinin 3-cü şöbəsinin (hazırda İV Baş İdarəsinin 4-cü İdarəsi adlandırılan) rəisi vəzifəsində işlədiyi 2002-ci ildən 2007-ci ilin iyul ayının 20-nə qədər olan müddət ərzində rəis kimi öz qulluq mövqeyindən sui-istifadə edərək, qulluq səlahiyyətini aşmaqla şəxsi marağı zəminində, "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi idarəsində mühəndis-elektronçu işləyən X8 informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələr aldırıb, onları sonuncu vasitəsilə rəisi olduğu şö bənin Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli terminalının inzibati binasında yerləşən xidməti otaqlarında və dəhlizində quraşdıraraq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi, həmin xüsusi texniki vasitələrdən Tahir Əsədzadənin köməkliyi ilə qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan istifadə etmiş, nəticədə tabeçiliyində olan şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə ibtidai istintaq orqanı, nə də məhkəmələr iş üçün müstəsna əhəmiyyət kəsb edən aşağıdakı xüsusatlara əhəmiyyət və hüquqi qiymət verməmişdir. Belə ki, ona elan edilmiş ittihamda və məhkəmə hökmündə, ümumiyyətlə, CM-nin 341.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hansı hərəkət və ya hərəkətsizliyi açıqlanmamış, mücərrəd formada və qeyri-müəyyən məzmunda qulluq səlahiyyətlərini aşmaq kimi ifadə olunmuş, tabeçiliyində olan işçilərə əhəmiyyətli zərər vurulmasının nədən ibarət olması belə öz əksini tapmamışdır. Cinayət işinin materiallarından görünür ki, ona istinad edilən cinayət əməllərinin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin hər hansı birinin tərəfindən yerinə yetirilməsini təsdiq edən heç bir sübut olmamışdır. Ona elan edilmiş ittihama görə, guya, o, rəis kimi öz qulluq mövqeyindən suiistifadə edərək, qulluq səlahiyyətlərini aşmaqla həmin hərəkətləri şəxsi marağı zəminində rəisi olduğu şöbənin Heydər Əliye v Beynəlxalq Hava Limanının yerli terminalının inzibati binasında yerləşən xidməti otaqlarında və dəhlizində qanunverciliklə müəyyən edilmiş əsaslar olmadan informasiyaların gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələr-elektron vasitələr və texniki sızma kanalları quraşdırmışdır. Onun barəsində CM-nin 341.1 və 302.2-ci maddələri ilə cinayət işinin başlanılmasına əsas olmuş, MTN-in Heydər Əliyev Beynəlxalq Aeroportunda xidməti otaqlarında aşkar edilmiş xüsusi texniki vasitələr ABŞ-ın Azərbaycandakı Səfirliyinin texniki yardımı nəticəsində MTN-in Beynəlxalq Əlaqələr şöbəsinin xətti ilə MTN-in o vaxtki rəhbərinin sanksiyası əsasında 2002-ci ilin yayında alınmış, hava limanının binasında kapital təmir işləri ilə əlaqədar 2003-cü ilin yayında, sərnişin axınında saxlanıl an qanunsuz miqrant və terrorçuluqda şübhəli əcnəbilərin gizli sorğularının aparılması ilə bağlı xüsusi əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə xidməti otaqlarda quraşdırılmışdır. Bu fakt onun, digər təqsirləndirilən şəxs X5, həmçinin şahidlər X10 və X2 istintaqa vermiş olduqları ifadələri ilə də təsdiqlənir. X3, X7 və X13 məhkəmə baxışı zamanı da eyni məzmunlu ifadələr vermişlər. Bundan başqa, 2002-ci ildə MTN Xarici Əlaqələr Şöbəsi tərəfindən ABŞ Səfirliyinin texniki yardımı ilə bağlı müvafiq sənədləşmə işi aparılmış, görüləcək işlərin smetasının surəti də həmin şöbədə olmuşdur. Cinayət işi materiallarında bununla bağlı MTN Beynəlxalq Əlaqələr Şöbəsinə sorğu olunsa da, ona cavab verilməmişdir. Həmin vaxt göstərilən xüsusi texniki vasitələrdən əlavə olaraq verilmiş yardım hesabına və smeta xərcindən artıq qalmış vəsait hesabına alınmış ofis texnikası MTN Təsərrüfat İdarəsində qeydiyyata düşmüşdür. Lakin göstərilən texniki vasitələrlə bağlı MTN-in maddi-texniki təminat Baş İdarəsində sənədləşmə aparılmamışdır. Bu isə xüsusi texniki vasitələrin quraşdırılmasının həmin idarənin səlahiyyətlərinə aid olmaması ilə əlaqədardır və bu barədə 16.08.2007-ci il tarixli 1304 saylı məktubla istintaqa bildirilmişdir. Bundan başqa, qeyd edilən elektron vasitələrin məhz xarici ölkəni təmsil edən tərəfdaş tərəfin köməklik proqramı nəticəsində əldə edilməsi, bu barədə MTN-nin Xarici Əlaqələr şöbəsində müvafiq sənədləşmə aparılması barədə ibtidai istintaq zamanı və məhkəmə baxışında dəfələrlə irəli sürdüyü vəsatətlər nə istintaq orqanı, nə də məhkəmə tərəfindən araşdırılmamış, bununla CPM-nin 121, 289, 246 və 353-cü maddələrinin tələblərinə əməl edilməyərək onun müdafiə hüquqları kobud surətdə pozulmuşdur. Nəhayət, Dövlət Təhlükəsizlik Xidmətinin ona və müdafiəçisinə ünvanladığı 27.01.2016-cı il tarixli məktublarından da görünür ki, həqiqətən də MTN-nin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı struktur bölməsinin xidməti otaqlarında 2002-ci ildən etibarən mövcud olmuş xüsusi texniki vasitə və avadanlıqlar xarici ölkəni təmsil edən tərəfdaş tərəfin köməklik proqramı üzrə keçmiş MTN-nə verdiyi maliyyə vəsaiti hesabına həmin vaxt sabiq milli təhlükəsizlik nazirinin razılığı ilə alınmış və orada quraşdırılmışdır. DTX-nın həmin məktubları ilə qeyd edilən xüsusi texniki vasitələrin, guya, onun şəxsi marağı üzündən və şəxsi vəsaiti hesabına xidməti otaqlarda quraşdırılması təkzib olunmaqla ona elan edilmiş ittihamın və məhkəmə hökmünün tamamilə əsassız, qanunsuz və ədalətsiz olması bir daha təsdiq olunmuşdur. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, həmin xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı onun rəis kimi qulluq mövqeyindən sui-istifadə etməklə və yaxud qulluq səlahiyyətlərini aşmaqla hər hansı qanunsuz bir hərəkətə yol verməyi barədə hər hansı bir mötəbər sübutun mövcud olmasına istinad edilmədən, tamamilə qanunsuz və əsassız olaraq ona elan edilmiş ittihamla məhkum olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 07.10.2008-ci il tarixli qərarını ləğv etməklə, əməlində CM-nin 341.1 və 302.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib i olmadığına görə, aparılmış məhkəmə baxışının nəticələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi Ş.Y.Hüseynov çıxış edərək, hüquqlarını müdafiə etdiyi Məhkum MTN-nin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı struktur bölməsinin xidməti otaqlarında xüsusi texniki vasitələrin tərəfdaş tərəfin köməklik proqramı üzrə keçmiş milli təhlükəsizlik nazirinin razılığı ilə alındığını və orada quraşdırıldığını, cinayət işində qeyd edilən texniki vasitələrin tabeçiliyində olan işçilərə qarşı istifadə etməsi barədə heç bir dəlil və mötəbər sübutun olmadığını, hüquqlarını müdafiə etdiyi məhkumun əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını, həmçinin xidmətində fərqləndiyinə görə Azərbaycan Res publikası Prezidentinin sərəncamları ilə 2 dəfə dövlət mükafatı ilə təltif edildiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 07 oktyabr 2008-ci il tarixli qərarını ləğv edərək cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum müdafiəçisinin mövqeyi ilə razı olduğunu, ona ittiham edilən cinayətlərin obyektiv cəhətinin, yəni, təqsirləndirilən şəxsin rəisi kimi öz qulluq mövqeyindən sui-istifadə edərək, həmin hərəkətləri şəxsi marağı zəminində törətməsi, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan əməliyyat – axtarış fəaliyyəti tədbirlərinin gizli informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə et məklə həyata keçirilməsi və həmin tədbirlərin həyata keçirilməsi nəticəsində digər şəxsin hüquq və qanunla qorunan mənafelərinin pozulması və ya zərər vurulmasını təsdiq edən heç bir sübutun olmadığını bildirib, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 07 oktyabr 2008-ci il tarixli qərarını ləğv edərək cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək Məhkum Azərbaycan Respublikası CM-nin 302.2 və 341-ci maddələrlə m əhkum edilsə də, onun əməllərində qeyd olunan maddələrin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin əlamətlərini müəyyən etmək, bu əməllərin fərdlərin, dövlətin və ya cəmiyyətin hansı mənafelərinə və nə dərəcədə ziyan vurduğunu müəyyənləşdirmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 07 oktyabr 2008-ci il tarixli qərarını ləğv edib, işin yenidən apelyasiya baxışına təyin edilməsini, kassasiya şikayətinin qismən təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmi n normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsi, işin üçün mühüm əhəmiyyət kəcb edən sübutun tədqiqindən əsassız imtina etməsi, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməsinə, barəsində cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarılmasına və məhkəmələrin CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafi q olaraq sübutları tədqiq etməməsinə istinad edilərək bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, kollegiya məhkum və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. İlkin olaraq kolllegiya qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların tələbləri baxımından verilmiş ittiham üzrə aşağı məhkəmələrin Məhkum CM-nin 302.2 və 341-ci maddələr ilə təqsirli bilinməsinə dair gəldiyi nəticəyə və həmin nəticənin qanuniliyini mübahisələndirən müdafiə tərəfin kassasiya şikayətindəki dəlillərinə qiymət verərkən şəxsə istinad edilən əməl ilə CM-nin 302.2 və 341.1-ci maddələrnin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğun müəyyən edilməsini məqsədə müvafiq h esab edir. Belə ki, Cinayət Məcəlləsinin 302-ci maddəsində görə - əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Qeyd edilən cinayətin obyektiv cəhəti aşağıdakı zəruri əlamətləri özündə əks etdirir: - əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi; - həmin hərəkətlər nəticəsində şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulması; - əməllə nəticə arasında səbəbli əlaqənin olması; Aydın göründüyü kimi şərh edilən cinayət maddi tərkibli cinayətdir. Yəni, obyektiv cəhəti təşkil edən əməllərin törədilməsi nəticəsində şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulması halı mövcud olduğu halda əməl cinayət hesab edilə bilər. Bundan əlavə, qeyd edildiyi kimi pozuntu əhəmiyyətli olmalı, yəni, vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, habelə onların sağlamlığına zərər vurulması, onların əmlakının məhv edilməsi və ya zədələnməsi və s. hallarla nəticələnməlidir. Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin yeni redaksiyası na görə rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətinə səbəb olur. Eynilə maddənin dispozisiyasındakı obyektiv cəhətin zəruri tərkib əlamətlərindən aydın olur ki, sadalanan əməllər nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qor unan mənafelərinə mühüm zərər vurulduqda cinayət məsuliyyəri yaranır. Qeyd edilən hərəkətlər ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Lakin, Məhkum verilmiş ittiham üzrə məhkəmələrin gəldiyi nəticəyə əsasən müəyyən olunur ki, məhkumun təqsirli bilindiyi hər iki maddə üzrə ümumiyyətlə heç kim iş üzrə zərərçəkmiş şəxs kimi tanınmamışdır. Halbuki, CPM-nin 87.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Bundan əlavə, CM-nin 302-ci maddəsində uyğun məhz hansı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasını və CM-nin 341.1-ci maddəsinə görə isə mühüm zərərin nədən ibarət olmasını verilmiş ittihama və məhkəmə qərarlarına əsasən müəyyən etmək mümkün deyil. Yəni, verilmiş ittihama və məhkəmə qərarlarına əsasən məhz hansı nəticələrə və vurulmuş zərərə görə Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 341.1 və 302.2-ci maddəsinin tərkibinin yaranması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası şikayətdə irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almalı və beləliklə də, yalnız həmin işin faktiki hallarından çıxış edərək mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilər. Qeyd edilən normaların tələbləri baxımından kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən təsdiqini tapmış işin faktiki hallarına əsasən müəyyən edir ki, Məhkum əməlində CM-nin 341.1 və 302.2-ci maddəsinin dispozisiyasında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətində nəzərdə tutulmuş zəruri hərəkətlərin icrası da təsdiq olunmur. Belə ki, məhkəmə qərarlarında işin faktiki halı kimi göstərilmişdir ki, Məhkum 2002-ci ilin yay aylarında ABŞ səfirliyinin terrorla mübarizə məqsədilə Azərbaycan Respublikasına texniki yardım etmək niyyətlərini nəzərə alıb bu işin görülməsini Tahir Əsədzadəyə həvalə etmiş, sonuncu bu işin smetasını tərtib etmiş və səfirliyin nümayəndəsi ilə görüşüb 3400 ABŞ dolları məbləğində pulu ondan almış, Məhkum həmin pula informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələr almağı və onları Milli Təhlükəsizlik Nazirliyi İY Baş İdarəsi 1-ci idarəsinin 3-cü şöbəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli terminalının inzibati binasında yerləşən xidməti otaqlarına və dəhlizinə quraşdırmağı Tahir Əsədzadəyə tapşırmışdır. Tahir Əsədzadə Məhkum tapşırığı əsasında ABŞ səfirliyinin nümayəndəsindən aldığı pula 3.400 ABŞ dollarına Bakı şəhərində xüsusi texniki vasitələr əldə edərək işlədiyi şöbənin rəisi X1 razılığı ilə onları Milli Təhlükəsizlik Nazirliyi İY Baş İdarəsi 1-ci idarəsinin 3-cü şöbəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli terminalının inzibati binasında yerləşən xidməti otaqları nın və dəhlizinin Məhkum göstərdiyi yerlərinə quraşdırmışdır. Qeyd edilən artıq təsdiqini tapmış işin faktiki hallarından aydın göründüyü kimi MTN-nin Heydər Əliyev Beynəlxalq Hava Limanınıdakı struktur bölməsinin xidməti otaqlarında 2002-ci ildən etibarən mövcud olmuş xüsusi texniki vasitə və avadanlıqlar xarici ölkəni təmsil edən tərəfdaş tərəf - ABŞ səfirliyinin köməklik proqramı üzrə keçmiş MTN-nə verdiyi maliyyə vəsaiti hesabına həmin vaxt sabiq milli təhlükəsizlik nazirinin razılığı ilə alınmış və orada quraşdırılmışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin xüsusi texniki vasitələrin quraşdılıması ilə bağlı Məhkumin rəis kimi qulluq mövqeyindən sui-istifadə etməklə və yaxud qulluq səlahiyyətlərini aşmaqla hər hansı qanunsuz bir hərəkətə yol verməsi təsdiq olunmur. Kolleg iya hesab edir ki, yuxarıda göstərilən Məhkumun törətdiyi əməl ilə CM-nin 302.2 və 341-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhətinin zəruri əlamətləri uzlaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyetkiv əlamətlərin, yəni, cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin bütünlükdə hamısının, həm də eyni vaxta mövcud olduğu təqsirdə törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki,.. hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün m üəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkumun təqsirliyi məsə ləsini həll edərkən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi də öz növbəsində hökmün ləğvi üçün əsas ola bilən hallara ümumiyyətlə əhəmiyyət verməmiş, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərməmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Beləliklə, məhkəmə, kassasiya məhkəmə araşdırmasına əsasən məhkəmələrin gəldiyi nəticələrə hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar larını və həmin qərarlarda formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxs Məhkumun əməlində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 341.1 və 302.2-ci maddələrinin cinayət tərkibi əlamətləri yoxdur. Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): - 39.1.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun əməlində cinayət tərkibi olmaması əsası ilə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə görə Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarl a xitam verilmiş hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsinə görə kassasiya məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək barədə qərar çıxara bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları (sübutların tətqiqindən əsassız imtina edilməsinə, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə və məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardığına görə) yaradan pozuntular kimi qiymətləndirərək, Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 341.1 və 302.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə qərarın və hökmün ona aid hissədə ləğv edilməsini, CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilsin. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 13 iyun 2008-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 07 oktyabr 2008-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə ləğv edilsin. Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1 və 302.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 13 iyun 2008-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 07 oktyabr 2008-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-42/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-42/2021
25.08.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver