Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-42/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, bəraət almış şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (hakimlər: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi ilə, hakimlər X1 və X4 ibarət tərkibdə) 21 may 2021-ci il tarixli hökmü ilə xx.xx.1992-ci il tarixdə Ağdam rayonunun Güllücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonunun Güzdək qəsəbəsində hərbi şəhərcikdə qeydiyyatda olmaqla Aşağı Güzdək qəsəbəsində yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci bölüyünün baş sürücüsü-elektriki sabiq müddətdən artıq həqiqi hə rbi xidmət hərbi qulluqçusu - çavuş Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 may 2020-ci il tarixdən 25 may 2020-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti cəza 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) 14 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs Azəbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2021 saylı 21 may 2021-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun həbsdən azad edilməsi, cinayət işi üzrə maddi sübut - 5.01 qram çəkidə (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göstərilən 4,490 qram) «metamfetamin» adlı narkotik vasitənin Sumqayıt şəhər Pol is İdarəsində saxlanılmasının nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfi təşkil edən 112 (yüz on iki) manat, məhkəmə kompyuter texniki ekspertizasının keçirilməsi ilə əlaqədar 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat və təkrar məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat dövlət büdcəsinə aid edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəb əsində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci bölüyündə baş sürücü-elektrik vəzifəsində çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 23 may 2020-ci il tarixdə saat 08 radələrində istintaqa məlum olmayan mənbədən ümumi çəkisi 5.01 qram olan külli miqdarda psixostimulyator xassəli metamfetamin adlı narkotik vasitəsini qanunsuz olaraq əldə edərək satış məqsədi ilə özünə məxsus metallik rəngli «VAZ 21015» markalı «** CC ***» dövlət nömrə nişanlı avtomobilin arxa nömrə hissəsində saxlayaraq xidmət etdiyi hərbi hissəyə gətirmiş və saat 08:40 radələrində Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobilinin arxa nömrə hissəsindən bir ədəd bağlamada ümumi çəkisi 5.01 qram olan psixostimulyator xassəli metamfetamin adlı külli miqdard a narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirərək obyektiv nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ona istinad edilə cinayət əməlini törətmədiyini bildirsə də, onun CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir, lakin məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təq sirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Məhkəmə ittiham tərəfinin biri digəri ilə ayrılmaz əlaqə təşkil edən və baş vermiş hadisənin bünövrəsini təşkil edən sübutlar əsasında gəldiyi nəticəyə heç bir qanuni və hüquqi əsas olmadan yalnız təqsirləndirilən şəxsin mövqeyi baxımından hüquqi qiymət vermiş, nəticədə obyektiv gerçəkliyi əks etdirməyən və cinayət işinin halları ilə uyğun gəlməyən əsassız bəraət hökmü qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən hökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunu n nəticəsi olaraq Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxs və müdafiəçiinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci m addəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırı lması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegi yası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsas landırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi h alda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkə şkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci bölüyündə baş sürücü-elektrik vəzifəsində çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 23 may 2020-ci il tarixdə saat 08 radələrində istintaqa məlum olmayan mənbədən ümumi çəkisi 5.01 qram olan külli miqdarda psixostimulyator xassəli metamfetamin adlı narkotik vasitəsini qanunsuz olaraq əldə edərək satış məqsədi ilə özünə məxsus metallik rəngli «VAZ 21015» markalı «** CC ***» dövlət nömrə nişanlı avtomobilin arxa nömrə hissəsində saxlayaraq xidmət etdiyi hərbi hissəyə gətirmiş və saat 08:40 radələrində Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobilinin arxa nömrə hissəsindən bir ədəd bağlamada ümumi çəkisi 5.01 qram olan psixostimulyator xassəli metamfetamin adlı kül li miqdarda narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 08.40 radələrində, Təqsirləndirilən şəxs hərbi hissənin ərazisindən kənarda, şəxsi avtomobilinin nəzarətsiz saxlandığı yerə hərbi polis Şahid1 tərəfindən çağrılmış, avtomobilin arxa dövlət nömrə nişanı açdırılaraq nömrənin altından yerə düşmüş "bükülünün” yerdən götürülüb ona verilməsi tələb edilmiş, "bükülü” açılmadan, onun "narkotika olduğu” iddia edilmişdir. Həmin tədbir zamanı çəkilmiş 22 saniyəlik videogörüntüdən görünür ki, avtomobilin salonuna və digər yerlərinə baxış keçirilməmiş, axtarış aparılmamışdır. Videoyazıda axtarış və götürmə ilə bağlı hər hansı məlumat verilməmiş, iştirakçılara, o cümlədən təqsirləndirilən şəxsə hüquq və vəzifələr i izah edilməmiş, hətta tədbirdə iştirak etmiş şəxslərin üz nahiyyələri belə görüntüyə düşməmişdir. Avtomobilin nömrəsinin altında müəyyən edilib götürülməsi göstərilən "psixotrop” maddənin çəkisi müəyyən edilməmiş, həmin maddə qablaşdırılmamış, möhürlənməmişdir. Təqsirləndirilən şəxs və onun avtomobili hərbi polis idarəsinə gətirildikdən sonra tədbirin nəticələri barədə bir vərəqədə, on bir sətirlik "akt” tərtib edilmiş, avtomobilin nömrəsinin altından "götürülmüş” maddənin çəkilməsi, miqdarı, qablaşdırılması, möhürlənməsi barədə hər hansı qeydlər yazılmamışdır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, MN-nin Hərbi Polis İdarəsi "Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş subyektlər siyahısına aid deyildir və Hərbi Polis müvafiq qərarı qə bul edərkən səlahiyyət həddini aşmışdır. Eyni zamanda müstəntiqin Təqrirində və Hərbi Polisin qərarında göstərilənlərdən fərqli olaraq əməliyyatın keçirilməsi barədə bir neçə saniyəlik videogörüntü və digər tərtib edilmiş sənədlərdə prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirində hər hansı qaydada "birgə” iştirakı müəyyən edilməmişdir. Bu xüsusat MN-nin Hərbi polis idarəsinin Sumqayıt Hərbi Prokurorluğuna yazdığı xx.xx.2020-ci il tarixli 890 saylı müşayiət məktubu ilə də öz təsdiqini tapmışdır. Belə ki, məktubda və məktubun qoşma hissəsində yalnız narkotik vasitəyə oxşar (şüşə kimi tanınan) maddənin sellofana bükülmüş şəkildə müəyyən edilməsi barədə "akt bir vərəqdə” və "narkotik vasitəyə oxşar (şüşə kimi tanınan) maddəsözləri yazılmışdır. Bu məktubda baxış və götürmə haqqında pro tokol tərtib edilməsi və ya belə protokolun olmasına dair hər hansı bir ifadə yoxdur. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş MN-nin ekspertiza mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 may 2020-ci il tarixli 543/K nömrəli rəyi naməlum mənbədən əldə edilmiş nümunələr əsasında tərtib olunduğundan, habelə qanunvericiliklə səlahiyyəti olmayan ekspert tərəfindən rəy verildiyindən hüquqi qüvvəsi yoxdur və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən hərbi polis tərəfindən Azərbaycan Respublikası CPM-in, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqs irləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları, o cümlədən müdafiə hüquqları ciddi şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Belə ki, Apellyasya məhkəməsinin iclasında şahid qismində ifadə verən Şahid1 göstərmişdir ki, 04 aprel 2014-cü il tarixdən etibarən Müdafiə Nazirliyinin hərbi polis idarəsinin axtarış bölməsinin rəisinin köməkçisi-axtarış müvəkkili vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı qohumluq, düşmənçilik və ya ədavət olmamışdır. 22 may 2020-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuçavuş Təqsirlən dirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanılması və satışı ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra hərbi polis idarəsinin rəisinin qərarı əsasında 23 may 2020-ci il tarixdə səhər saatlarında hərbi polis idarəsinin əməkdaşı, əməliyyat növbətçisinin köməkçisi-gizir Şahid2 və kiçik çavuş X10 ilə birlikdə xidməti avtomobillə N nömrəli hərbi hissəyə getmiş, hərbi hissəyə çatdıqda komandanlığa göstəriş verərək çavuş Təqsirləndirilən şəxs çağırmış, Təqsirləndirilən şəxs bölük komandiri baş leytenant Şahid3 və hərbi hissə komandiri, kapitan Şahid4la birlikdə hərbi hissənin avtomobillərinin saxlanıldığı yerə gəlmiş, avtomobilin arxa nömrə yeri vintaçan (atverka) ilə açılan zaman ordan bir ədəd qara rəngli bağlama yerə düşmüş, Təqsirləndirilən şəxs həmin bağlamanı yerdən g ötürmüş və onlara təqdim etmişdir. Bağlamanın içərisi açılan zaman orada kiçik şüşə formasında şəffaf rəngli qırıntılar aşkar edilmişdir. Həmin qırıntıların «metamfetamin» adlı narkotik vasitə olması müəyyən edilmişdir. Həmin bağlama aşkar edilmiş əmlakın narkotik vasitə olub-olmaması müəyyən etmək üçün istintaq orqanının qərarı əsasında ekspertizaya təqdim edilmişdir. Təqsirləndirilən şəxs istintaqa təqdim edildikdən sonra qanında və sidiyində narkotik vasitənin olub-olmamasını müəyyən etmək üçün istintaq orqanının qərarı və göstərişi əsasında ekspertizaya təqdim edilmiş, həmin vaxt ekspertizaya gedərkən hərbi polis idarəsinin xidməti avtomobilindən istifadə edilmişdir. Apellyasya məhkəməsinin iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, 2001-ci il tarixdən etib arən Müdafiə Nazirliyinin məhkəmə-kimya bölməsinin rəisi vəzifəsində, daha sonra məhkəmə-tibb eksperti-kimyaçısı vəzifəsində çalışmış, Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı münasibəti olmamışdır. xx.xx.2020-ci il tarixli 543/K və 544/K nömrəli rəylər onun tərəfindən verilmişdir. 23 may 2020-ci il tarixdə kimya bölməsinə təqdim edilmiş maddi sübutun (ağ rəngli kristal) məhkəmə-kimya ekspertizası təlimatın tələblərinə uyğun olaraq həyata keçirilmiş, kimyəvi analizin aparılması zamanı dünya praktikasında müvəffəqiyyətlə tətbiq olunan «kütlə spektrometriyalı qaz xromotoqrafiya» metodu tətbiq edilərək əvvəlcə maddi sübut çəkilmiş, çəkisi 5.01 qram olmuş, həmin maddədən 0.24 qram götürülməklə istifadə edilmiş və nəticədə həmin maddənin psixostimulyator xassəli «metamfetamin» adlı nar kotik vasitə olması müəyyən edilmişdir. 23 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qan və sidiyində narkotik vasitənin olub-olmamasını müəyyən etmək üçün müvafiq qərar əsasında ekspertizaya təqdim edilmiş, həmin vaxt laboratoriya işçiləri onun qan və sidiyindən nümunələr götürmüş, «kütlə spektrometriyalı qaz xromotoqrafiya» metodu tətbiq edilərək onun qanında və sidiyində «metamfetamin» adlı psixotrop maddənin izləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan MN-nin Hərbi Polis İdarəsi haqqında Əsasnamənin Hərbi Polis İdarəsinin fəaliyyət istiqamətləri bölməsinin 2.0.5-ci bəndində Hərbi polisin əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqanlara köməklik göstərmək, yaxud müstəntiqin tapşırığı ilə hərbi qulluqçuların, mülki vətəndaşların və ya hərbi əmlakın axtarışını tə şkil etmək səlahiyyətləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müstəqil olaraq Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən hərbi hissələrdə və hərbi idarələrdə əməliyyat-axtarış tədbirlərinin tətbiqini təhlükəsizlik orqanları üçün müəyyən edilmiş həcmdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir. Cinayət işinin materiallarında olan Sumqayıt Hərbi Prokurorluğunun müstəntiqinin Prokurora yazdığı 23 may 2020-ci il tarixli Təqrirdə göstərilmişdir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsindən 2 3.05.20-ci il tarixdə daxil olmuş məlumatda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Təqsirləndirilən şəxs hərbi hissəyə narkotik vasitə gətirəcəyi məlum olmuşdur. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və Sumqayıt Hərbi prokurorluğunun əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində N nömrəli hərbi hissəsinin hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçusu Təqsirləndirilən şəxs məxsus «VAZ 21015» markalı «** CC ***» dövlət nömrə nişanlı avtomobilin arxa nömrə yerində narkotik vasitə aşkar olunaraq götürülmüşdür. 23 may 2020-ci il tarixli Təqrirdə yazılanlar əsas götürülərək Sumqayıt Hərbi prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində Azəbaycan Respublikası CM-in 234.1-ci maddəs i ilə cinayət işi başlanılması barədə qərar qəbul edilmişdir. Təqrirdə Təqsirləndirilən şəxs barəsində 23 may 2020-ci il tarixdə prokurorluğa məlumat daxil olduğu göstərilsə də, həmin tarixdən bir gün əvvəl, yəni 22 may 2020-ci il tarixdə MN-nin Hərbi Polis İdarəsinin axtarış bölməsinin rəisi tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 4-cü bəndinin 3-cü hissəsinə əsaslanaraq axtarış tədbirlərinin həyata keçirilməsi, Sumqayıt Hərbi prokurorluğu ilə birlikdə əməliyyat qrupu yaradılması və "birlikdə” əməliyyat tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi MTE və PAM-in məhkəməkimyəvi ekspertizasının 23 may 2020-ci il tarixli 543/K nömrəli rəyindən görünür ki, təq dim olunmuş ağ rəngli kristal maddənin fenilalkilaminlərin sintetik yolla alınan nümayəndəsi olan psixostimulyator xassəli metamfetamin adlı narkotik vasitə olduğu müəyyən edilmişdir. Narkotik vasitənin miqdarı 5.01 qram olmuşdur. Müdafiə Nazirliyi MTE və PAM-in məhkəmə-kimyəvi ekspertizasının 23 may 2020- ci il tarixli 544/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan və sidik nümunələrinin tərkibində fenilalkilaminlərin sintetik yolla alınan nümayəndəsi olan, psixostimulyator xassəli metamfetamin adlı narkotik vasitənin metabolik məhsullarının izləri (qalıqları) aşkar edilmişdir. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 252 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə Müdafiə Nazir liyinin ekspertiza mərkəzi ekspert idarəsi kimi müəyyən edilməmiş, xüsusən məhkəmə narkoloji ekspertizasının keçirilməsi onun səlahiyyətinə aid edilməmişdir. "Dövlət ekpertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə (Məhkəmə ekspertizası fəaliyyətinin təşkili) əsasən məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-t exniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2000-ci il tarixli 252 №-li Fərmanının 2.6-cı bəndinə əsasən, "Dövlət ekspertiza fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbigenetik, məhkəmə par tlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Göründüyü kimi, Müdafiə Nazirliyi və onun nəzdindəki ekspertiza idarəsi ekspertiza sahəsində səlahiyyətli orqan kimi nəzərdə tutulmamışdır. Bundan əlavə Azərbaycan Respublikasında "Dövlət ekspertiza fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında iş üzrə məhkəmə-narkoloji ekspert qismində ekspertiza keçirmiş Şahid5 isə onun şəhadətnaməsinin olmadığını bildirmişdir. Həmçinin apellyasiya baxışı zamanı təyin edilmiş təkrar Ədliyyə Nazirl iyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının məhkəməyə daxil olmuş 26 noyabr 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 4,490 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Məhkəmə kollegiyası, Apellyasiya məhkəməsinin dövlət ittihamçısının vəsatəti əsasında təyin edilən təkrar məhkəmə-kimyəvi ekspertizasının rəyini tədqiqat obyektinin həqiqiliyini müəyyən etmək mümkün olmadığından mötəbər sübut kimi nəzərə alına bilməməsi barədə mövqeyini əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarında Hərbi ekspertizaya təqdim edilməsi göstərilən ’’narkotik vasitə”nin ("psixotrop maddənin) dövlət nömrə nişanının altında aşkar edilən " sellofan bükülüdəki “psixotrop maddə” metafetamin olmas ını təsdiq edən mötəbər sübut müəyyən olunmur. İttiham tərəfi Təqsirləndirilən şəxs sidiyində və qanında avtomobilin arxa nömrəsində müəyyən edilmiş narkotik vasitənin eynilik təşkil edilməsi barədə məhkəmə-narkoloji ekspertizasının rəyini iş üzrə əsas sübut kimi göstərsə də, Müdafiə Nazirliyinin Ekspertiza mərkəzinin rəyi isə yuxarıda şərh olunun qanunvericiliyin tələblərinə əsasən qanunvericiliklə səlahiyyəti olmayan ekspert tərəfindən rəy verildiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkət lərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 245.3-cü maddəsinə əsasən axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparıla bilər. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. CPM-in 245.8-ci maddəsinin tələblərinə görə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir,onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs avtomobilinin dövlət nömrə nişanının altından götürülmüş kütlənin elektron tərəzidə çəkilməsi, kütləsinin 5,1 qram olmasının müəyyənləşdirilməsi, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüş kütlənin zərfə qablaşdırılması və möhürlənməsi prosesi videolentə alınmamış və ya həmin prosesdə hal şahidlərinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə əsasən Əməliyy at-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs Cinayət Məcəllə sinin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən hərbi polis tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları, o cümlədən müdafiə hüquqları ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müstəqil olaraq Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmadığından həmin or qan "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş subyektlər siyahısına aid deyildir və əməliyyat tədbirləri keçirilməsi barədə qərarı qəbul edərkən səlahiyyət həddini aşmışdır. Müstəntiqin Təqrirində və Hərbi Polisin qərarında göstərilənlərdən fərqli olaraq əməliyyatın keçirilməsi barədə bir neçə saniyəlik videogörüntü və digər tərtib edilmiş sənədlərdə prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirində hər hansı qaydada "birgə” iştirakı müəyyən edilməmişdir. Belə olan təqdirdə, ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat axtarış tədbirinin nəticələri qanuni yolla əldə edilmiiş mötəbər sübut kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən e tmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlərcinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən pri nsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən T əqsirləndirilən şəxs avtomobilində psixotrop maddə aşkar olunması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir ed ilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən t əqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstər ilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6cı maddəsinin 2-ci bəndi nə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübu tlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli bəraət hökmündə müəy yən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası h esab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmü kassa
Məhkəmə qərarları › İş №1-1(102)-42/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-42/2022
13.07.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver