Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-42/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə, 10 sentyabr 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan M uxtar Respublikasının Kəngərli rаyоnunun Qаbıllı kəndində daimi qeydiyyatda olan, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 11-ci sərhəd zаstаvаsının rəisi vəzifəsində, bаş leytenаnt hərbi rütbəsində xidmət etmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 329.2.1 və 329.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-ci il tarixli, 1-1(107)2/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (hakimlər: sədrlik edən İ.Quliyev, Ə.M.Sarıyev və S.Ə.Əzizov) 02 sentya br 2022-ci il tarixli, 1(098)-15/2022 hökmü ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə bəraət verilmiş, həmçinin o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmiş və Məhkum hərbi xidmət məsələlərinin həll edilməsi üçün N saylı hərbi hissə kоmаndаnlığının sərəncamına göndərilmişdir. Hökmlə verilmiş mülki iddia təmin edilməmiş, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apelyasiya protesti, zərərçəkmiş şəxsin hüqu qi varisi X15 isə apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov ) apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 02 sentyabr 2022ci il tarixli, 1(098)-15/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilmiş, Məhkum CM-in 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum 04 iyun 2020-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir. Hökm qalan hissə də dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən Məhkum Dövlət Sərhəd Xidmətinin Sərhəd Qоşunlаrının N nömrəli hərbi hissəsinin Bаlаkən rаyоnunun İsıxlıgirmə kəndinin ərаzisində yerləşən 11-ci sərhəd zastavasının rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə оlаrkən, 2019-cu ilin mаrt аyının оrtаlаrında sааt 14 rаdələrində həmin zаstаvаnın inzibati binаsındа rabitə növbətçisi xidmətini aparan zastavanın baş rabitəçisi, əsgər Zərərçəkmiş şəxs8 onun göstərişi əsasında qey diyyatsız olaraq zastavanın ərazisinə buraxılmış mülki şəxslərin adlarını «Sərhədboyu zolağa buraxılan şəxslərin qeydiyyatı kitabı»nda qeyd etdiyini düşünüb buna görə əsgər Zərərçəkmiş şəxs8 öz iradını bildirmiş və rabitə otağında onun sifət nahiyəsinə 2-3 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin mart ayının sonlarında saat 14 radələrində zastavanın mühafizə sahələrinin yoxlanılması üçün növbəyə təyin edilmiş zastavanın 1-ci qrup komandiri, kiçik gizir X10 zastavanın inzibati binasında onunla birlikdə eyni xidmətə təyin edilmiş zastavanın baş sürücüsü, əsgər Zərərçəkmiş şəxs10 özünə təhkim olunmuş binoklu götürməsini tapşırmış, lakin əsgər Zərərçəkmiş şəxs10 həmin cihazı itirməkdən və ya zədələməkdən ehtiyat etdiyinə görə onu götürməkdən imtina etmişdir. Bundan sonra kiçik gizir X10 bu barədə zastava rəisi, baş leytenant Məhkum məruzə etmiş və sonuncu zastavanın inzibati binasında yerləşən rabitə otağının qarşısında əsgər Zərərçəkmiş şəxs10 binoklu götürməkdən imtina etdiyinə görə iradını bildirib sifətinə 2-3 sillə zərbəsi vurmuş, bundan 5-10 dəqiqə sonra isə zastavanın şəxsi heyətini sıra meydanında düzüb bütün əsgərlərə zabit-gizir heyəti ilə sərhəd naryadına çıxdıqları zaman onların əvəzinə binoklu götürməli olduqlarını deyərək, yenidən əsgər Zərərçəkmiş şəxs10 sifətinə 1-2 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tə tbiq etmişdir. Həmçinin Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin aprel ayının ortalarında saat 15 radələrində əvvəldən tərtib olunmuş cədvəldə 1 adı təsərrüfat fəhlələrinin siyahısında olmayan zastavada xidməti heyvanların bələdçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 zastavanın həyətində tullantı məmulatlarını atmaq üçün apardığını görüb buna görə ona iradını bildirmiş, daha sonra zastavanın şəxsi heyətini zastavanın qərargah binasının dəhlizində sıraya düzərək kimin əsgər Zərərçəkmiş şəxs3 icazəsiz olaraq təsərrüfat işlərini görməyə çağırdığını soruşmuşdur. Bu zaman zastavada pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs5 sıra qarşısına çıxaraq əsgər Zərərçəkmiş şəxs3 ona tullantıları atmaqda köməyə çağırdığını bildirmiş və onun bu h ərəkətindən əsəbləşərək Məhkum sıranın qarşısında əsgər Zərərçəkmiş şəxs5 sifətinə çoxsaylı sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin may ayının sonlarında saat 18 radələrində zastavada qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs9 zastavanın həyətindəki çamaşırxana binasının qarşısında yanına çağırıb ondan bir neçə gün öncə silahın tətbiqi qaydalarını yaxşı bilmədiyinə görə həmin qaydaları öyrənməsini tapşırdığını yadına salaraq həmin qaydaları öyrənib-öyrənmədiyini soruşmuş və əsgər Zərərçəkmiş şəxs9 yaddaşının zəif olduğunu bildirərək qaydaları öyrənə bilmədiyini demiş, o, bundan əsəbl əşmiş yumruqla əsgər Zərərçəkmiş şəxs9 sol qulaq nahiyəsinə bir zərbə, sifətinə 5-6 sillə zərbəsi, təpiklə ayağına 3-4 zərbə və başı ilə alın nahiyəsinə bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin iyul ayının ortalarında saat 19 radələrində əsgər Zərərçəkmiş şəxs5 bir müddət öncə zastavanın inzibati binasında yerləşən əşya anbarına nəzarət etməsi, yəni anbarda təmizliyə riayət etməsi, şəxsi heyətin istifadəsində olan əl-üz və ayaq dəsmallarını vaxtında yuyub təmiz saxlaması barədə verdiyi göstərişini icra edib-etmədiyini yoxlamaq məqsədi ilə əşya anbarına daxil olub əsgərlər tərəfindən istifadə üçün nəzərdə tutu lmuş dəsmalların çirkli olduğunu görərək orada əsgər Zərərçəkmiş şəxs5 bunun səbəbini soruşmuş və sonuncu ona bir gün öncə naryaddan çıxdığına və yorğun olduğuna görə dəsmalları vaxtında yuyub çatdıra bilmədiyini bildirdikdə bundan əsəbləşərək, onun sifətinə 2-3 sillə zərbəsi vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin avqust ayının əvvəllərində saat 12 radələrində, zastavanın sıra meydanında iki nəfər mülki şəxslə dayanıb söhbət etdiyi zaman oradan keçən həmin zastavanın qumbaraatan köməkçisi, əsgər Zərərçəkmiş şəxs9 yanına çağırıb ona odun yığmasını tapşırmış, lakin sonuncu ona ayağını göstərib yara olduğunu deyərək buna g örə odun yığa bilməyəcəyini demişdir. Məhkum ona ayaqlarını natəmiz saxladığına və vaxtında yuyub təmizləmədiyinə görə ayağına yara saldığını bildirərək onun səliqəsiz olduğunu demiş, lakin əsgər Zərərçəkmiş şəxs9 buna etiraz edib hava isti olduğuna görə ayağının yara olduğunu bildirmişdir. Bu zaman Məhkum əsgər Zərərçəkmiş şəxs9 mülki şəxslərin yanında ona cavab qaytarmasından əsəbləşərək Zərərçəkmiş şəxs9 zastavanın inzibati binasının daxilində yerləşən silah otağının qarşısına gedib orada onu gözləməsini tapşırmış və bir neçə dəqiqədən sonra özü də həmin yerə gedib əsgər Zərərçəkmiş şəxs9 hansı səbəbdən mülki şəxslərin yanında ona cavab qaytardığını soruşmuşdur. Əsgər Zərərçəkmiş şəxs9 ona «oldu da, cənab baş leytenant» deyərək cavab vermiş və bu zaman Məhkum «mənim «da» sözündən xoşum gəlmir» deyib yumruqla əsgər Zərərçəkmiş şəxs9 sol qulaq nahiyəsinə bir zərbə, təpiklə sol ayağına 3-4 zərbə və sifətinə 3-4 sillə zərbəsi vururaq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Daha sonra Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin avqust ayının sonlarında saat 02-03 radələrindəhəmin gün rabitə növbətçisi naryadında xidmət aparan zastavanın baş rabitəçisi, əsgər Zərərçəkmiş şəxs8 zastavanın dəftərxanasında ona yaxınlaşıb su içmək üçün əsgər yeməkxanasına getməyə icazə istəyərək onun icazəsi ilə yeməkxanaya getdikdən bir neçə dəqiqə sonra zastavanın dəhlizinə çıxıb rabitə otağının boş olduğunu və əsgər Zərərçəkmiş şəxs8 yerində olmadığını görərək həyətə çıxmış və əsgər yeməkxa nasına yaxınlaşarkən onun oradan çıxdığını görüb yeməkxayana getmək üçün özünün ona icazə verdiyini unudaraq xidmət yerini özbaşına tərk etdiyinə görə əsgər Zərərçəkmiş şəxs8 iradını bildirmiş və sifətinə 4-5 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, əsgər yeməkxanasına aşpaz vəzifəsinə təyin olunmuş əsgərlərə hazırladıqları bütün yeməklərdən vaxtında laboratoriyada müayinə olunub yoxlanılması üçün nümunələr götürülməsini, yeməkxananın mətbəxinə aşpazdan başqa heç kimin daxil olmamasını, yeməkxana zalının və digər yardımçı otaqların təmiz saxlanılmasını tapşırdığına görə verdiyi tapşırığın icrasını yoxlamaq məqsədi ilə 2019-cu ilin sentyabr ayının ortalarında saat 10 radələrində yeməkxanaya daxil olub mətbəxə keçdikdə yeməkxana zalının, eləcə də mətbəxin çirkli olduğunu və zastavanın aşpazı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 hazırladığı yeməkdən laborator müayinə üçün nümunə götürmədiyini aşkar edərək ondan bunun səbəbini soruşduqda, əsgər Zərərçəkmiş şəxs1 ona yemək hazırladığına görə təmizlik aparmağa vaxtının olmadığını, eləcə də unutduğuna görə yeməkdən laborator müayinə üçün nümunə götürmədiyini bildirmişdir. Bunu eşidən Məhkum verilmiş tapşırıqları icra etmədiyinə görə ona öz iradını bildirmiş və daha sonra əsgər Zərərçəkmiş şəxs1 sifətinə 2-3 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zоr tətbiq etmişd ir. Habelə Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin oktyabr ayının sonlarında saat 15 radələrində, əsgər yeməkxanasına gedib orada nahar etdikdən sonra yeməkxanadan çıxarkən bir gün öncə özünü əsgər Zərərçəkmiş şəxs1un qоhumu kimi təqdim etmiş tanımadığı şəxsin mobil telefonuna zəng edib Zərərçəkmiş şəxs1un aşpaz vəzifəsində xidmət etmək istəmədiyini deyərək həmin vəzifədən çıxmаsındа ona köməklik göstərməsini xahiş etdiyini xatırlayıb bunun səbəbini аydınlаşdırmаq məqsədi ilə əsgər Zərərçəkmiş şəxs1u yeməkxananın zalına çağırmış və orda ona «Sən kimə zəng edib demisən ki, aşpazlıqdan çıxmaq istəyirəm?» deyərək aşpazlıqdan çıxmaq istəyibistəmədiyini sоruşmuşdur. Əsgər Zərərçəkmiş şəxs1 ona özünə birbаşа deməyə utаndığına görə bu barədə Ramiz adlı dayısına zəng edərək ondan bu barədə xahiş etdiyini etiraf etdikdə, Məhkum ona bu hərəkətindən əsəbləşərək buna görə ona öz iradını bildirmiş və «Yeməkxananın açarını qoy, cəhənnəm ol get» deyərək bunun аrdınca əsgər Zərərçəkmiş şəxs1un sol sifət nаhiyəsinə bir sillə zərbəsi və alın nаhiyəsinə yumruqla bir zərbə vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə оlаrkən, 2019-cu ilin oktyabr ayının sonlarında saat 21 radələrində həmin gün zаstаvаnın inzibati binаsındа yerləşən rabitə otağında rabitə növbətçisi xidmətini həyata keçirən zastavanın baş atıcı snayperçisi, əsgər Zərərçəkmiş şəxs14 xidmətini yoxlayarkən onun «Rabitə əlaqəsinin qeydiyyat jurnalı»nda naryad xidmə tində olan hərbi qulluqçular tərəfindən xidməti ərazilərindəki vəziyyət barədə ötürdükləri məlumatları səhv yazdığını aşkar edərək, əsgər Zərərçəkmiş şəxs14 zastavanın dəftərxanasına çağırmış və orada ötürülmüş məlumatları səhv yazdığına görə öz iradını bildirdikdən sonra onun sifət nahiyəsinə çoxsaylı sillə zərbələri vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Daha sonra Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin dekabr ayının ortalarında saat 10 radələrində zastavanın təminat qrup komandiri, kiçik gizir Şahid5 zastavanın dəftərxanasında ona zastavada aşpaz vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs11 aşbazlığın onun üçün çətin olduğuna və həmin işin öhdəsindən gələ bil mədiyinə görə həmin vəzifədən azad olunmaq istədiyini məruzə etdikdən sonra, əsgər Zərərçəkmiş şəxs11 yanına çağırıb ondan aşbazlıqdan çıxmaq istəyib-istəmədiyini soruşmuş və əsgər Zərərçəkmiş şəxs11 ona aşbazlıqdan çıxmaq istədiyini təsdiq etdikdə, bundan əsəbləşərək buna görə ona öz iradını bildirmiş və «Bura arzu və istəklər verilişi deyil» deyib onun sol sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2019-cu ilin dekabr ayının sonlarında «Yat» komandasından sonra saat 24 radələrində zastava üzrə məsul cavabdeh şəxs kimi xidmətdə olduğu zaman xidmətə təyin olunmuş şəxslərin ayıqsayıqlığını yoxlamaq qərarın a gələrək, bu məqsədlə zastavanın inzibati binasının daxilində yerləşən rabitə otağına daxil olmuş və həmin gün saat 18:00-dan növbəti gün saat 06:00dək rabitə növbətçisi xidmətinə təyin olunmuş əsgər Zərərçəkmiş şəxs14 gözlərinin yumulu olduğunu və onun otağa daxil olmasını hiss etmədiyini görüb həmin vaxt zastava növbətçisi xidmətini icra edən əsgər Şahid8 rabitiə otağına çağırıb əsgər Zərərçəkmiş şəxs14 necə mürgülədiyini ona göstərmişdir. Bundan sonra o, əsgər Zərərçəkmiş şəxs14 oyadaraq ünvanına nalayiq ifadə işlədib xidmət vaxtı yatdığına görə iradını bildirmiş, daha sonra onun sifətinə 3-4 sillə zərbəsi vurub bir neçə saat müddətində rabitə otağının qarşısında ayaqüstdə vəziyyətdə saxlayaraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkr arən zor tətbiq etmiş və ona işgəncə vermişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 02 yanvar 2020-ci il tarixdə saat 16 radələrində əsgərlərdə sərhəd zastavasına gətirilməsi və ya saxlanılması qadağan olunmuş əşya və ləvazimatların olub-olmadığını yoxlamaq məqsədi ilə əsgər yataqxanasına daxil olub orada bütün əsgərlərin dolabçalarına baxış keçirdiyi zaman əsgər Zərərçəkmiş şəxs1 dolabçasında bir ədəd zastavada içilməsi qadağan edilmiş «Hell» enerji içkisini aşkar edərək götürmüş və ondan həmin içkinin kim tərəfindən gətirildiyini soruşmuşdur. Əsgər Zərərçəkmiş şəxs1 ona həmin içikinin valideyin görüşü zamanı ona ailə üzvləri tərəfindən gətirildiyini bildirmiş və bundan sonra Məhkum ona bir daha zastavanın ərazisində əsgərlər tərəfindən enerji içkilərinin qəbul edilməsinin qadağan olunduğunu xatırladaraq əsgər Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsinə 2 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının əvvəllərində saat 12 radələrində zastavanın dəftərxanasında 16-cı sərhəd zastavasından 11-ci sərhəd zastavasına ezam olunmuş və həmin gün rabitə növbətçisi xidmətinə təyin olunmuş əsgər Zərərçəkmiş şəxs4 xidməti hansı formada həyata keçirdiyini və yazmalı olduğu sənədləri hansı formada yazdığını yoxlamaq məqsədi ilə ona rabitəçi tərəfindən icra edilməli olan sənədləri də götürüb dəftərxanaya gəlməsini tapşırmışdır. Əsgər Zərərçəkmiş şəxs4 tapşırdığı sənədləri gətirib dəftərxanada ona təqdim etdikdən sonra Məhkum rabitə xidmətinə aid sənədləri yoxlayarkən əsgər Zərərçəkmiş şəxs4 tərəfindən sərhədin mühafizəsi planına xidmət yükünün səhv yazıldığını aşkar edərək buna görə ona iradını bildirmiş və sifətinə 5 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının əvvəllərində saat 12 radələrində xidmətə çıxacaq əsgərlərə sərhədin mühafizəsinə dair əmr verdikdən sonra zastavanın inzibati binasının daxilində yerləşən silah otağının qarşısında, həmin gün zastava növbətçisi xidmətini həyata keçirən qrup komandirinin müavini, əsgər Zərərçəkmiş şəxs6 «Silah-sursatın müvəqqəti istifadəyə verilməsi jurnalı»nı yazdığını görüb jurnalı alıb baxdığı zaman sonuncunun orada qələmlə qara saldığını və səliqəsiz yazdığını aşkar edib əsəbləşərək buna görə ona iradını bildirmiş və silah otağının qarşısında əsgər Zərərçəkmiş şəxs6 sifətinə 2-3 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının əvvəllərində saat 18 radələrində, zastavanın dəftərxanasında zastava növbətçisi, əsgər Zərərçəkmiş şəxs6 yazmalı olduğu sənədləri yoxlayarkən onun «Xidmət zamanı təhlükəsizlik qaydaları ilə təlimatlandırma kitabı»nda səhvə yol verildiyini aşkar edib «Korsan?» deyərək üstünə qışqırmış, da ha sonra yumruqla onun başına bir zərbə və sifətinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının əvvəllərində saat 18 radələrində zastavanın dəftərxanasında rabitə növbətçisi xidmətinin təhvil-təslimi zamanı xidməti təhvil verən əsgər Zərərçəkmiş şəxs14 xidmətdə olarkən sərhəd naryadları tərəfindən rabitə vasitəsi ilə ötürülmuş məlumatları «Rabitə əlaqəsinin qeydiyyat jurnalı»nda düzgün yazmadığını aşkar edərək buna görə ona iradını bildirmiş və əsgər Zərərçəkmiş şəxs14 «Əlaqəni belə yazmağı siz özünüz demisiniz» deyərək cavab verdikdə, bundan qəzəblənib sillə və yumruq zərbələri ilə onun sifəti nə və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Daha sonra Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının əvvəllərində saat 19 radələrində Balakən şəhərindən zastavaya qayıdarkən zastavanın bütün şəxsi heyətinə zastavanın inzibati binasından çıxarkən tam geyim formasında olmalarını, kəmərsiz, başı açıq, ayaqyalın və ya kitelsiz çıxmamalarını tapşırmasına baxmayaraq, əsgər Zərərçəkmiş şəxs8 ilə 9-cu zastavadan 11-ci sərhəd zastavasına ezam edilmiş əsgər Zərərçəkmiş şəxs7 əsgər yeməkxanasının arxa qapısının qarşısında kəmərsiz və ayaqlarında tərliklə dayanıb siqaret çəkərək söhbət etidiklərini görüb bundan əsəbləşərək onlara yaxınlaşmış və hansı səbəbdən tapşırığını pozaraq kəmərsiz və tərlikdə soyuq havada dayandıqlarını soruşmuşdur. Hər iki əsgər ona hərəkətlərinin səbəbini izah edə bilmədikdən sonra o, tapşırığını pozduqlarına görə onlara iradını bildirmiş, daha sonra isə orada hər ikisinin baş və sifət nahiyələrinə 5-6 sillə zərbəsi, yumruq və təpiklə bədənlərinin müxtəlif nahiyələrinə 4-5 zərbə vuraraq onlara zastavanın inzibati binasının daxilində yerləşən dəftərxana otağının qarşısına gedib orada onu gözləmələrini tapşırmışdır. Təxminən 10 dəqiqə sonra Məhkum dəftərxana otağının qarşısına gəlmiş və orada yenidən əsgərlər Zərərçəkmiş şəxs8la Zərərçəkmiş şəxs7rin sifət, qarın və ayaq nahiyələrinə çoxsaylı yumruq, sillə və təpik zərbələri vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilmə si zamanı öz tabeliyində olan iki şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin yanvar ayının əvvəllərində «Yat» komandasından sonra, saat 23 radələrində həmin vaxt zastava növbətçisi xidmətini həyata keçirən əsgər Zərərçəkmiş şəxs14 xidməti necə apardığını, sərhəd və zastava gözətçiləri xidmətinə çıxan şəxsi heyəti necə yola saldığını yoxlamaq məqsədi ilə zastavanın inzibati binasının daxilində yerləşən silah otağının qarşısına gəlib orada əsgər Zərərçəkmiş şəxs14 xidmətə çıxan əsgərlərə özləri tərəfindən doldurulması üçün iki ədəd boş daraq, iki ədəd təlim patronu və 58 ədəd döyüş patronu verməli olduğu halda, sərhəd gözətçisi naryadına çıxan zastavanın əsgəri Şahid10 xidməti istifadə üçün təhkim olunmuş 1 ədəd «A K-74» markalı avtomat silahı və 2 ədəd patronla dolu darağı verdiyini görərək, əsgər Zərərçəkmiş şəxs14 hansı səbəbdən qaydanı pozaraq əsgərə dolu daraq verdiyini soruşmuşdur. Əsgər Zərərçəkmiş şəxs14 ona hansı səbəbdən əsgər Şahid10 patronla dolu daraqlar verdiyini izah edə bilməyərək susmuş və bundan əsəbləşərək Məhkum silah otağının qarşısında onun sifətinə 5-6 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin mart ayının əvvəllərində saat 15 radələrində zastavada xidməti heyvanların bələdçisi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs3 həmin gün N nömrəli hərbi hissədən 11ci sərhəd zastavasını yoxlamaq üçün g əlmiş Muradov soyadlı mayor rütbəli zabitə yaxınlaşıb istifadə etdiyi əsgər çəkməsinin yarasız olduğunu göstərərək ondan yeni çəkmə аlа bilib-bilməyəcəyini sоruşmаsındаn əsəbləşərək, zаstаvаnın inzibati binаsının giriş qapısının yanındakı dəhlizdə əsgər Zərərçəkmiş şəxs3 yanına çağırmış və çəkməsinin yararsız hala düşməsi barədə ilk növbədə ona deyil, birbaşa hərbi hissədən yoxlamaya gəlmiş zabitə məruzə etdiyinə görə iradını bildirib onun sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, aşpaz vəzifəsinə təyin olunmuş əsgərlərə özlərindən başqa yeməkxananın mətbəxinə hər hansı digər hərbi qulluqçunun daxil olma sına icazə verməmələri barədə verdiyi tapşırığa və yeməkxanada təmizliyə riayət olunub-olunmadığını yoxlamaq məqsədi ilə, 2020-ci ilin mart ayının ortalarında saat 20 radələrində əsgər yeməkxanasına daxil olmuş və zastavanın qumbaraatanı, əsgər Zərərçəkmiş şəxs12 yeməkxananın mətbəxində oturub çay içdiyini görərək, ona kənar şəxslərin mətbəxə daxil olmalarını qadağan etdiyini xatırladıb ondan hansı səbəbdən orada oturduğunu soruşmuşdur. Əsgər Zərərçəkmiş şəxs12 ona yemək hazırlamağı bacardığına və aşpaz kimi xidmət etmək istədiyinə görə orada olduğunu bildirmiş və onun bu cavabından əsəbləşərək, Məhkum onun sifətinə 2-3 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifə də və rütbədə hərbi xidmətdə olarkən, 2020-ci ilin mart ayının əvvəllərindəsaat 21 radələrində zastavada pulemyotçu vəzifəsində xidmət edən əsgər X dəftərxanada özünə məxsus kompüterdə xidməti fəaliyyətlə bağlı yuxarı komandanlığa göndəriləcək arayışı yazıb çap edərək ona təqdim etməsini tapşırmış və az sonra dəftərxanaya qayıdıb əsgər Zərərçəkmiş şəxs13 tərəfindən hazırlanıb çap edilərək ona təqdim edilmiş arayışı oxuyarkən orada bir neçə yerdə hərf və tarix səhvinə yol verildiyini aşkar edib buna görə əsgər Zərərçəkmiş şəxs13 iradını bildirmiş, daha sonra isə onun sifətinə 2 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2020 - ci ilin aprel ayının əvvəllərində saat 21 radələrində təminat qrup komandiri, kiçik gizir Şahid5 tərəfindən ona zastavanın əsgərləri Zərərçəkmiş şəxs5 ilə Zərərçəkmiş şəxs2 qərargah binasının arxa tərəfindəki atların saxlanılması üçün nəzərdə tutulmuş tikilinin arxasında birbirləri ilə mübahisə etdikəri barədə məruzə olunduqdan sonra həmin gün saat 22 radələrində zastavanın dəhlizində keçirilmiş bədən baxışı zamanı hər iki əsgəri sıra qarşısına çıxarmış və onlardan hansı səbəbdən mübahisə edərək dalaşdıqlarını soruşmuşdur. Əsgərlər Zərərçəkmiş şəxs5la Zərərçəkmiş şəxs2 ona mübahisə etmədiklərini və dalaşmadıqlarını, zarafatla bir-birləri ilə uca səslə danışdıqlarını bildirmiş, bundan sonra Məhkum onların yalan danışdıqlarını deyib buna görə hər ikisinə iradını bildimiş, daha sonra isə əsgər Zərərçəkmiş şəxs2 sifətinə bir sillə zərbəsi və Zərərçəkmiş şəxs5 sifətinə 2-3 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə Məhkum həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 16 may 2020-ci il tarixdə saat 17 radələrində həmin gün zastava növbətçisi xidmətində xidmət aparan əsgər Zərərçəkmiş şəxs14 havanın soyuq və yağmurlu olduğuna görə hamamda çimib çıxmış əsgərləri onların xəstələnməmələri üçün dərhal sinif otağına yığmasına dair göstəriş verərək dəftərxanaya getmiş və bir neçə dəqiqə sonra oradan çıxarkən əsgərlərdən bəzilərinin zastavnın dəhlizində, bəzilərinin isə əsgər yataqxanasında olduqlarını görüb bundan əsəbləşərək əsgər Zərərçəkmiş şəxs14 silah otağının q arşısına çаğırmışdır. Оrаdа о, «Sən çurbаnsаn ki, göstərişini əsgərlər icrа etmirlər» deyib verdiyi tаpşıгığı icrа etmədiyinə görə əsgər zərərçəkmiş şəxs13 irаdmı bildirmiş və аrdmcа оnun sifətinə 2-3 sillə zərbəsi vuraraq rəis оlmаqlа hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlаqədаr öz tаbeliyində оlаn şəxsə təkrаrən zоr tətbiq etmişdir. Bundаn başqa o N hərbi hissədə baş leytenant rütbəsində zastava rəisi vəzifəsində xidmət edərək, Məhkum xidmətində yol verdiyi nöqsanlara görə mütəmadi olaraq şəxsi heyətin qarşısında və təklikdə onu təhqir etməsindən, işgəncə verməklə ona qarşı zor tətbiq etməsindən, xüsusən sonuncu dəfə, 16 may 2020-ci il tarixdə ona qarşı zor tətbiq etməsindən sonra əsgər Zərərçəkmiş şəxs14 əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Şahid7 və Şahid11 zastava rəisinin yalnız onu danlamasından və əsaslı-əsassız döyməsindən artıq bezdiyini bildirərək, buna görə əhval-ruhiyəsində ciddi dəyişikliklər yaranmış və psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünü idarəetməsi aşağı səviyyəyə enmiş, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə həyatda yaşamağa davam etmək istəməmiş və bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürməkdə görərək, bu barədə fikrini qətiləşdirmişdir. Məhz Məhkum qanunsuz və nizamnamədən kənar hərəkətləri, mütəmadi olaraq onun ləyaqətini alçaltması və ona qarşı zor tətbiq etməsi əsgər Zərərçəkmiş şəxs14 psixi-emosional sferasında depressiv əlamətlər (özünə qapanma, sıxıntı, gərginlik, əhval-ruhiyyənin enməsi, qəmginlik, bezikmə və s.) yaranmasına gətirib çıxartmış və o, situasi ya ilə şərtləndirilmiş depressiv reaksiya halını keçirərək, 23 may 2020-ci il tarixdə saat 22:15 radələrində zastavanın 15-ci mühafizə sahəsində baş sərhəd gözətçisi sərhəd naryadında xidmət apararkən həmin vaxt kiçik naryad olan əsgər Şahid4 ondan təxminən 20-25 metr qarşıda getdiyini görüb, tək qaldığına əmin olduqdan sonra, özünü öldürmək niyyətilə, əynindəki zirehli gödəkçəsinin cibində saxladığı patronla dolu darağı götürüb daraqdakı ilk patron olan təlim patronunu çıxartmış, daha sonra darağı xidməti istifadəsi üçün müvəqqəti olaraq ona verilmiş «AK-74» markalı, 5,45 mm çaplı, ******* №li «Kalaşnikov» kosntruksiyalı avtomat silaha taxıb silahı tək-tək atəş rejimində döyüşə hazır vəziyyətə gətirmiş və ayaq üstü vəziyyətdə avtomat silahın sandıq yuvası qarşı tərəfə olmaqla, qundaq hiss əsini ayaqları arasından yerə doğru, lülənin ön kəsiyini çənəaltı nahiyyəsinə dirəməklə sağ əlinin baş barmağı ilə tətiyi çəkərək atəş açmış və güllənin onun çənə nahiyəsini deşərək başının təpə nahiyəsindən çıxması nəticəsində Zərərçəkmiş şəxs14 həyat üçün təhlükəli olan, ağırlıq dərəcəsinə görə sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Həyatla bir araya sığmayan travma, çənaltı nahiyədən kəllə tağına doğru istiqamətlənmiş baş beyin toxumasının, kəllə sümüklərinin, beyin qişalarının dağılması ilə müşayiət olunan kəllə boşluğunu dəlib keçən bir ədəd yara» xəsarətlərini alaraq hadisə yerində ölmüş, bununla da Məhkum rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etməsi v ə ona işgəncə verməsi ağır nəticələrə səbəb olmuşdur. Birinci və apellyasiya instansiya məhkəmələrinin yekun gənaətinə görə Məhkum CMnin 329.3-cü maddəsi ilə verilmiş ittiham sübuta yetməmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı Bəhruz Cabbarlı kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instan siya məhkəməsi tərəfindən Məhkum CM-nin 329.3-cü maddəsi ilə bəraət verilərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən məhkəmə istintaqı zamanı keçirilmiş ziddiyyətli ekspertiza rəylərinə əsaslanmış baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısı məhkəmələrin səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum CM-nin 329.3-cü maddəsi ilə verilmiş ittiham ibtidai istintaq zamanı təyin edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 21 iyul 2020-ci il tarixli, 1360 №-li rəyi, həmçinin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri ilə tam təsdiq edilmişdir. Dövlət itti hamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-ci il tarixli hökmünün Məhkum CM-nin 329.3-cü maddəsi bəraət verilməsi hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasi ya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün həmin hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protesti ni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Hazırki işin hallarından görünür ki, Məhkum cinayət təqibi orqanı tərəfindən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis olmaqla təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə zor tətbiq etmə cinayətlərin - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələrində nəzərə tutulmuş əməlləri, habelə rəi s olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etməsi və ona işgəncə verməsi ağır nəticələrə səbəb olan cinayətin - həmin Məcəllənin 329.2.3-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilmişdir. Apelyasiya məhkəməsinin yekun gənaətinə görə Məhkum CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə verilmiş ittiham sübuta yetirildiyi halda sonuncuya CM-nin 329.3-cü maddəsi ilə verilmiş ittiham sübuta yetməmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-ci il tarixli hökmünün Məhkum CM-nin 329.3-cü maddəsi bəraət verilməsi hissəsi mübahisələndirilir. İbtidai araşdırma orqanı nın gəldiyi nəticəyə görə (CM 329.3-cü maddəsi ilə), Məhkum N hərbi hissədə baş leytenant rütbəsində zastava rəisi vəzifəsində xidmət edərək, Məhkum xidmətində yol verdiyi nöqsanlara görə mütəmadi olaraq şəxsi heyətin qarşısında və təklikdə onu təhqir etməsindən, işgəncə verməklə ona qarşı zor tətbiq etməsindən, xüsusən sonuncu dəfə, 16 may 2020-ci il tarixdə ona qarşı zor tətbiq etməsindən sonra əsgər Zərərçəkmiş şəxs14 əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Şahid7 və Şahid11 zastava rəisinin yalnız onu danlamasından və əsaslı-əsassız döyməsindən artıq bezdiyini bildirərək, buna görə əhval-ruhiyəsində ciddi dəyişikliklər yaranmış və psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünü idarəetməsi aşağı səviyyəyə enmiş, hərəkətlərinin uzaq məqsədini görməkdə ç ətinlik çəkməklə həyatda yaşamağa davam etmək istəməmiş və bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürməkdə görərək, bu barədə fikrini qətiləşdirmişdir. Məhz Məhkum qanunsuz və nizamnamədənkənar hərəkətləri, mütəmadi olaraq onun ləyaqətini alçaltması və ona qarşı zor tətbiq etməsi əsgər Zərərçəkmiş şəxs14 psixi-emosional sferasında depressiv əlamətlər (özünə qapanma, sıxıntı, gərginlik, əhval-ruhiyyənin enməsi, qəmginlik, bezikmə və s.) yaranmasına gətirib çıxartmış və o, situasiya ilə şərtləndirilmiş depressiv reaksiya halını keçirərək, 23 may 2020-ci il tarixdə saat 22:15 radələrində zastavanın 15-ci mühafizə sahəsində baş sərhəd gözətçisi sərhəd naryadında xidmət apararkən həmin vaxt kiçik naryad olan əsgər Şahid4 ondan təxminən 20-25 metr qarşıda getdiyini görüb, tək qal dığına əmin olduqdan sonra, özünü öldürmək niyyətilə, əynindəki zirehli gödəkçəsinin cibində saxladığı patronla dolu darağı götürüb daraqdakı ilk patron olan təlim patronunu çıxartmış, daha sonra darağı xidməti istifadəsi üçün müvəqqəti olaraq ona verilmiş «AK-74» markalı, 5,45 mm çaplı, ******* №li «Kalaşnikov» kosntruksiyalı avtomat silaha taxıb silahı tək-tək atəş rejimində döyüşə hazır vəziyyətə gətirmiş və ayaq üstü vəziyyətdə avtomat silahın sandıq yuvası qarşı tərəfə olmaqla, qundaq hissəsini ayaqları arasından yerə doğru, lülənin ön kəsiyini çənəaltı nahiyyəsinə dirəməklə sağ əlinin baş barmağı ilə tətiyi çəkərək atəş açmış və güllənin onun çənə nahiyəsini deşərək başının təpə nahiyəsindən çıxması nəticəsində Zərərçəkmiş şəxs14 həyat üçün təhlükəli olan, ağırlıq dərəcəsinə görə sağ lamlığa qəsdən ağır zərər vurmaya aid «Həyatla bir araya sığmayan travma, çənaltı nahiyədən kəllə tağına doğru istiqamətlənmiş baş beyin toxumasının, kəllə sümüklərinin, beyin qişalarının dağılması ilə müşayiət olunan kəllə boşluğunu dəlib keçən bir ədəd yara» xəsarətlərini alaraq hadisə yerində ölmüş, bununla da Məhkum rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etməsi və ona işgəncə verməsi ağır nəticələrə səbəb olmuşdur. Bu nəticənin əksinə olaraq birinci instansiya məhkəməsi ona təqdim olunmuş (ittiham aktında göstərilən) sübutların hər birini, həmçinin məhkəmə istintaqı zamanı əldə olunmuş sübutları məhkəmə iclasında bilavasitə özü araşdıraraq, tam şəkildə tədqiq edib onlara həm istinad edərək və həm də, kassasiya protestinin dəlillərinin əksinə olaraq, bu sübutları ayrıayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi də həmin hissədə şəxsə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara, onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Hazırki iş üzrə ibtidai istintaq orqanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsind ə nəzərdə tutulmuş cinayətin törətməsinin əsas kimi ibtidai istintaq zamanı təyin edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 21 iyul 2020-ci il tarixli, 1360 №-li rəyinə istinad etmişdir. Həmin rəyə əsasən Zərərçəkmiş şəxs14 intihar edən zaman hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş və intihar etməzdən əvvəl depressiv reaksiya keçirmişdir, hansı ki, həmin depressiv reaksiyanın onda təqribən intihar etməzdən bir həftə əvvəl yarandığını güman etmək olar. Zərərçəkmiş şəxs14 keçirdiyi güman edilən depressiv reaksiya hər hansı fiziki təsir (döymə, zor tətbiq etmə, psixi təsir etmə və sair) nəticəsində əmələ gələ birlərdi. Zərərçəkmiş şəxs14 qeyd olunan depressiv reaksiya onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum e tməmiş, həmin dövrdə o, öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs14 kifayət qədər ictimai şəxs olmuş, adaptivlik, məqsədyönümlük, aktivlik, ünsiyyətçillik kimi fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur. Mübahisə və konfliktə meyilli olmamış, ona verilən tapşırıqların öhdəsindən gəlməyə çalışmış, xidmət yoldaşları ilə münasibətdə hər hansı neqativ hərəkətlərə yol verməmiş, emosional-iradi sferasında, hərəkət və davranışını tənzimləməsində hər hansı dəyişiklik özünü biruzə verməmişdir. Belə ki, Zərərçəkmiş şəxs14 çətinlikləri barədə ailəsinə məlumat verməmiş, özü çətinliklərin öhdəsindən gəlməyə çalışmış, döyülməsindən giley etməmişdir. Bəzi məqamlar xoşuna gəlməsə də, həmin hadisələr onda müəyyən hirslilik yaratsa da və buna görə gileyl ənsə də, xidmət göstərməyə etiraz etməmiş, ona verilən əmr və tapşırıqları yerinə yetirməyə çalışmışdır. Zərərçəkmiş şəxs14 intihar etməzdən əvvəlki dövrdə psixiemosional vəziyyətində əhval-ruhiyyənin enməsi, bezikmə, qorxu, həyəcan, təşviş, psixiemosional gərginlik, dözüm- iradi səviyyəsinin enməsi kimi hallar yaranmış, depressiv psixiemosional halda olmuş, intihar edərkən depressiv reaksiya halını keçirmişdir. Həmin halın yaranması isə zastava rəisi, baş leytenant Məhkum tərəfindən 2019-2020-ci illər ərzində bir neçə dəfə fiziki və mənəvi təzyiqlərə məruz qalması ilə şərtləşmişdir. Kompleks ekspertiza zamanı keçirilmiş tədqiqat nəticəsində belə qənaətə gəlinmişdir ki, Zərərçəkmiş şəxs14 ölümündən əvvəlki dövrdə keçirmiş olduğu psixi-emosional halının ailə vəziyyəti ilə səbəbli nəticə əla qəsi olmamışdır. Zərərçəkmiş şəxs14 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli şəxs olmamışdır. İntihar etmiş Zərərçəkmiş şəxs14 ekstremal psixi vəziyyətinin (qorxu, həyəcan, təşviş, psixi-emosional gərginlik, dözüm-iradi səviyyəsinin enməsi) yaranma səbəbləri zastava rəisi, baş leytenant Məhkum tərəfindən 2019-2020-ci illər ərzində bir neçə dəfə fiziki və mənəvi təzyiqlərə məruz qalması ilə əlaqədar olmuşdur. Rəydə həmçinin qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs14 intihar etməzdən əvvəlki və intihar edərkən keçirdiyi psixi-emosional halı onun hərəkət və davranışını iradi olaraq tənzimləməsini zəiflətsə də, dərk etmək qabiliyyətindən məhrum etməmişdir. Lakin birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, mərhumun özünə ai d olan başqa səbəblər olması haqda kifayət qədər şahidlərin fikir bildirməsinə baxmayaraq (hətta ibtidai istintaq zamanı), ekspert rəyində Zərərçəkmiş şəxs14 şahid Zərərçəkmiş şəxs4la danışdıqdan sonra telefonda səsyazma olacağından qorxuya düşməsi, xx.xx.2020-ci il tarixədək 3 gün ərzində çox narahat olması, əgər telefonda səsyazma olsa, qulaq asıb onu tutacaqlar deməsinə, sərhəd zastavasına hər maşın yoxlamaya gəldikdə "Məni tutmağa gəldilər, məni aparacaqlar...” kimi ifadələr işlətməsinə, xx.xx.2020-ci il tarixində günorta radələrində gizir Şahid5 telefonu danışdıqdan sonra geri qaytaran zaman zəng edən yanvar ayında təxris olunmuş əsgər Zərərçəkmiş şəxs4 olduğunu deməsi, bir neçə dəqiqə keçdikdən sonra nəsə düşünüb "Xeyr, cənab gizir, o deyildi” deməsinə, silah otağının qarşısında Zərə rçəkmiş şəxs3 telefonunda səs yazma olub olmadığını soruşmasına, sonra Zərərçəkmiş şəxs3 «Telefonda səsyazma varsa, onu tutacaqlarını» deməsinə, hətta bəzi əsgərlərdən telefonu otağından gizli götürməyi və ona baxmağı istəməsinə, xx.xx.2020-ci il tarixdə gecə vaxtı əsgər Şahid1lə xidmətdə olduğu zaman xeyli fikirli olduğuna, hətta xidməti sahədə hərəkət vaxtı əsgər Zərərçəkmiş şəxs14 bir neçə dəfə darağı silaha birləşdirib-ayırmasına, bunu təkrar-təkrar etdikdə Şahid1 bezərək silahı onun əlindən alaraq darağı silahın üzərindən ayırmasına, sonra Şahid1 Zərərçəkmiş şəxs14 nə üçün fikirli olduğunu soruşduqda, sonuncuya «Zibildə olduğunu, tezliklə prokurorluq əməkdaşlarının onu gəlib aparacaqlarını” deməsinə, xx.xx.2020-ci il tarixində günorta radələrində 32-ci sahəyə yaxınlaşmış maşını əraz iyə buraxdıqdan sonra "Həmin maşını məni yoxlamaq üçün göndərmişdilər, maşında kamera vardı, onu buraxmaqla səhvlik etdim” deməsinə, xx.xx.2020-ci il tarixində Zərərçəkmiş şəxs12 ilə 2426-cı sahələrdə xidmətdə olan zaman əsgər Zərərçəkmiş şəxs14 körpünün yanında dayanmış xidməti ərazidə hərəkət etmək istəmədiyi vaxt "Təxrislərin içərisində qurban mənəm, məni tutacaqlar” deməsinə, sonra Şahid3 yaxınlaşaraq ona atasının nömrəsini verəcəyini, prokurorluq onu apararsa, atasına zəng edib harada olduğunu bildirməsinə, həmin gün Şahid3 və əsgər Xnin Zərərçəkmiş şəxs14 yaxınlaşaraq kefsiz olması barədə Məhkum məlumat verəcəklərini dedikdən sonra "Yox deməyin, hər şey yaxşıdır” cavabını verməsinə, əsgərlər isə ona "Sən özündə deyilsən, sanki səni şeytan aldadır, özünə nəsə etməyindən qorxuruq” demə lərinə diqqət yetirilməmiş, uyğun olaraq ibtidai istintaq zamanı təyin edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 21 iyul 2020-ci il tarixli, 1360 №-li rəyində sadalanan hallar tədqiqat obyekti olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə yenidən ekspertiza keçirilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 11/331 nömrəli rəyi ilə fərqli yəni Zərərçəkmiş şəxs14 ölümündən bilavasitə əvvəlki dövrdə keçirdiyi ekstremal psixi vəziyyətin - emosional gərginlik halının yaranması zastava rəisi, baş leytenant Məhkum tərəfindən 20192020-ci illər ərzində bir neçə dəfə fiziki və mənəvi təzyiqlərə məruz qalması ilə səbəbli-nəticə əlaqəsində olmaması haqqında nəticə əldə olun muşdur. Belə ki, məhkəmə istintaqı zamanı əldə olunmuş yeni ekspertiza rəyinə əsasən əsgər Zərərçəkmiş şəxs14 ölümündən bilavasitə əvvəlki dövrdə emosional gərginlik halında olmuş, həmin halın yaranması onun qarşılaşdığı şəraitdə - xx.xx.2020-ci il tarixdə saat 14:08 radələrində şəxsi heyətin istifadəsi üçün ayrılmış mobil telefonla danışdıqdan sonra həyəcanlanaraq telefonda səsyazma olarsa ona problem yaranacağını düşünməsi, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs13 32-ci sahədə xidmətdə olan zaman sərhəddən içərisində 4 nəfər tanımadığı mülki şəxs olan "VAZ 21063” markalı minik avtomobilini yuxarı rəisə məruzə etmədən buraxdıqdan sonra həyəcanlanaraq qorxu və təlaş içərisində olması, komendantın həmin şəxsləri qəsdən onun xidmətini yoxlamaq üçün oraya göndərdiyini, maşında video kamera və səs yazan avadanlıq olduğunu, maşındakı şəxslərin onu videoya çəkərək səsini yazdıqlarını, özünün isə məruzə etmədən həmin maşını buraxdığını, bu hərəkətlərə görə onu prokurorluğa verəcəklərini, 3-4 günə prokurorluq əməkdaşlarının onu gəlib aparacaqlarını söyləməsi, hadisə günü, yəni xx.xx.2020-ci il tarixdə saat 20:00-dan saat 24:00-dək 4 saat müddətinə "sərhəd gözətçisi” xidmətində olarkən təxminən saat 21:00 radələrində tünd rəngli "UAZ” tipli maşını rabitəçi ilə əlaqəyə çıxaraq zastava rəisinin icazəsi ilə sahəyə buraxmasına baxmayaraq həmin maşında iki nəfər mülki şəxsin olduğundan həyacanlanması, həmin maşını əraziyə buraxaraq səhv etdiyini, maşını onu yoxlamaq məqsədi ilə göndərdiklərini düşünməsi ilə şərtlənmişdir. Zərərçəkmiş şəxs14 ölümündən bilavasitə əvvəlki dövrdə keçirdiy i ekstremal psixi vəziyyətin - emosional gərginlik halının yaranması zastava rəisi, baş leytenant Məhkum tərəfindən 2019-2020-ci illər ərzində bir neçə dəfə fiziki və mənəvi təzyiqlərə məruz qalması ilə səbəbli - nəticə əlaqəsində olmamışdır. İttiham tərəfi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11/331 nömrəli xx.xx.2021-ci il tarixli ekspertin rəyi kifayət qədər əsaslı olmadığına və həmin rəy ilə 21 iyul 2020-ci il tarixli, 1360 №-li rəyinin məhkəmə psixoloji ekspertizası hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğuna istinad edərək, həmçinin 11/331 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinin və 21 iyul 2020-ci il tarixli, 1360 №-li ekspert rəyinin məhkəmə psixoloji ekspertizası hissəsi qanuni və əsaslı olub-olmadığını dəqiqləşdirilməsi məqsədi ilə dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təkrar komisyon məhkəmə psixoloji ekspertizasının təyin olunması haqda ayrı ayrılıqda vəsatətlər verilmiş, Tərtər Hərbi Məhkəməsi tərəfindən həmin vəsatətlər təmin edilmiş və təkrar komisyon məhkəmə-psixoloji ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11/79 nömrəli xx.xx.2022-ci il tarixli yeni rəyinin nəticəvi hissəsində diqqət etdikdə müəyyən olunur ki, ekspertlər ittiham tərəfinin qaldırmış olduğu əksər suallara cavablandırmaqla həmin Mərkəzinin xx.xx.2021-ci il tarixli 11/331 nömrəli rəyində göstərilənləri bir daha təsdiq etmişlər. Öyrənilmiş cinayət işi material larından müəyyən olunur ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11/331 nömrəli xx.xx.2021-ci il tarixli və 11/79 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyləri və 21 iyul 2020-ci il tarixli, 1360 №-li ekspert rəyinin məhkəmə psixoloji ekspertizası hissəsi qanuni və əsaslı olub-olmadığını dəqiqləşdirilməsi məqsədi ilə məhz yenidə ittiham tərəfinin vəsatətinə əsasən birinci instansiya məhkəməsi tərəfindən əlavə komisyon məhkəmə psixoloji ekspertizası təyin olunmuş (həmçinin ekspertizanın aparılmasında əvvəllər xx.xx.2020-ci il tarixli 1360 nömrəli rəyinin verilməsində iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin eksperti X11 və 11/331 nömrəli xx.xx.2021-ci il tarixli və 11/79 nömrəli xx.xx.2022-ci il t arixli rəylərin verilməsində iştirak etmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri X3, X16 və X12 iştiraklarının təmin etməklə), ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi”nin xx.xx.2022-ci il tarixli 1702 nömrəli rəyinin nətcə hissəsi aşağıdakılardan ibarət olmuşdur: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2020-ci il tarixli 1360 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 11/331 nömrəli və xx.xx.2022-ci il tarixli 11/79 nömrəli ekspert rəyləri elmi cəhətdən əsaslı olmuş, heç bir pozuntuya yol verilməmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuş ekspert rəyinin tərtib edilməsi qaydalarına uyğun hazırlanmışdır. Mövcud cinayət-prosessual qanunvericiliyə əsasən ekspertin rəyi hər hansı başqa sübut kimi cinayət prosesi həyata keçirən orqan tərəfindən yoxlanılmaqla, işin bütün halları ilə bağlı surətdə qiymətləndirilir. Bu baxımdan digər ekspert rəylərinə hüquqi münasibət bildirmək məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. İşə baxan məhkəmələr ibtidai istintaq zamanı əldə olunmuş Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş kompleks məhkəmə-psixiatrik və məhkəm ə-psixoloji ekspertizasının 21 iyul 2020-ci il tarixli 1360 №-li rəyini, məhkəmə istintaqı zamanı əldə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 11/331 nömrəli, xx.xx.2022-ci il tarixli 11/79 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 1702 nömrəli ekspert rəyləri ilə müqayisəli tədqiq edib, həmçinin hazırkı iş üzrə toplanmış digər sübutlarla Məhkum, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini qarşılıqlı təhlil edib qiymətləndirərək, məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəyləri ilə qeyd olunan ifadələrinin uzlaşmasından çıxış edərək hesab etmişlər ki, Məhkum ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə i ttiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş və bu halı təsdiq edəcək başqa bir sübutun ittiham tərəfindən təqdim olunmaması bağlı şübhəli məqamlar CPM-nin 21.2-ci maddəsinin tələbinə əsasən Məhkum xeyrinə həll edilməlidir. Məhkəmələrin baxılmış hazırkı cinayət işi ilə bağlı sübutların tədqiqinə dair cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərini pozduqlarını, bu və ya digər materialın tədqiqindən imtina etdiklərini, öz nəticələrini əsaslandırarkən yoxlanılmayan, yolverilməz sübutlardan istifadə etdiklərini göstərən hallar mövcud deyil (sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Kassasiya protestində iddia olunanların əksinə olaraq, məhkəmə istintaqı (məhkəmənin araşdırdığı yeni faktik məlumatlardan) zamanı əldə olunmuş ekspertizaların nəticələri arasında hər hansı bir ziddiyyət mövcud deyil, onların təyin edilməsi, keçirilməsi, rəylərinin tədqiq edilməsi, qiymətləndirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə, o cümlədən 127-ci, 331-ci maddələrinə və XXXV fəslinin müddəalarına əməl olunmuşdur. Birinci instansiya məhkəməsinin cinayət prosessual qanunvericiliyinin tələblərindən və Avropa Məhkəməsinin qərarlarında istinad edilmiş hüquqi mövqeyindən çıxış etməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin həmin qənaətlə razılaşması əsassız və qanunsuz nətic ələr kimi, bu nəticələrin mübahisələndirilməsinə dair kassasiya protesti isə əsaslı müraciət kimi qiymələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi də cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol ve rir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPMnin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkum verdiyi məlumatların (o cümlədən, Zərərçəkmiş şəxs14 özünü öldürməsində təqsirinin olmaması ilə bağlı xüsusatın) həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin ona bəraət verməsi (apellyasiya məhkəməsinin bununla razılaşması) cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə də cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini ehtiva edən qaydalara uyğun gələn nəticə kimi özünü göstərir. Təsvir edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya protestində iddia olunan Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun və zərərçəkmiş şəxsin hüquqi varisi X6, həmin protestin təmin edilməməsi barədə isə Məhkum çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməm əli və Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-ci il tarixli, 1-1(107)-2/2023 nömrəli nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-ci il tarixli, 1-1(107)-2/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-42/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-42/2023
06.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver