Məhkəmə qərarları › İş №1-1(102)-42/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-42/2024

28.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-42/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, bəraət almış şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü i l tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 15 may 2023-cü il tarixli, 1-1(093)-9/2023 saylı hökmü ilə (hakim Aslan Kalbalıyev) 14 fevral 1979-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, polkovnik-leytenant X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 1000 (min) manat məbləğində cərimə cəza tə yin edilməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsi və S.Ələsgərov barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 sədrliyi və məruzəsilə, Mirzəli Abbasov və Anar İbrahimovdan ibarət tərkibdə) 16 yanvar 2024-cü il tarixli 11(103)-2/2023 nömrəli hökmü ilə məhkum edilmiş şəxs S.Ələsgərovun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, S.Ələsgərovun CM-in 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, S.Ələsgərova CM-in 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə tə qsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin (rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik baş idarəsi) informasiya texnologiyaları sistemləri və kibertəhlükəsizlik idarəsinin informasiya kommunikasiya texnologiyaları sistemləri şöbəsinin videokonfrans bölməsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən yolun kənarında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə rastlaşdıqda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sol qoluna, dirsəyi ilə sol sinə nahiyəsinə bir zərbə vurub ona “sol bazu oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hematomas ı - hemartrozu” xəsarətini yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından həmin hökm əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Kassasiya protestində apellyasiya instansiya məhkəməsinin azyaşlı şahidlərin ifadələrini nəzərə alınmamasını qanunsuz hesab edərək göstərilmişdir ki, məhkəmə kollegiyası 11 yaşlı Aylin və Azəri n yalan ifadə verməkdə məqsədlərini müəyyən etməyərək əsaslandırma aparmamışdır. 11 yaşlı şəxslərin hansı məzmunlu ifadənin hansı nəticəyə səbəb olmasını bilmələri, eyni zamanda polis əməkdaşı qarşısında sərbəst şəkildə həqiqətə uyğun olmayan ifadə vermələri insan psixologiyası və təxəyyülünün normalarına uyğun deyildir. Şahid ifadələrini, ekspert rəyinin nəticələrini nəzərə almadan bəraət hökmü çıxarmaqla məhkəmə kollegiyası CPM-in tələblərini pozmuşdur. Bundan başqa dövlət ittihamçısı qeyd etmişdir ki, təqsirləndirilən şəxsə verilən ittiham üzrə hallar iş materialları ilə sübut olunsa da apellyasiya məhkəməsi işi düzgün araşdırmayaraq iş üzrə S.Ələsgərova bəraət vermişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə id arəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin olunmasını və S.Ələsgərova CM-nin 128-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi çıxış edərək göstərdi ki, apellyasiya məhkəməsinin hökmü qanuni və əsaslıdır, kassasiya protestinin dəlilləri əsassızdır, odur ki, kassasiya protestinin təmin edilməməsini, Bakı Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli hök münün qüvvədə saxlanmasına dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs Sahib Ələsgərov kassasiya protestinin təmin edilməməsini, bəraət hökmünün qüvvədə saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması, hökmün qüvvədə saxlanması barədə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlü yünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmaya n faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. İttiham tərəfi məhkuma b əraət verilməsinin əsassız olmasını iddia edərək və qəbul olunmuş məhkəmə hökmünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3 və 416.1.6cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikas ı Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərind ən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məh dudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edər ək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya protesti ilə müraciət etmiş tərəfə və bəraət almış şəxsə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, gəldiyi nəticə əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilm əyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respub likası CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusun a isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Radçi kov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamami lə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduğu halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə v asitəsinə müraciət etmişdir. Bu işlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Kassasiya protestinin əsas dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi azyaşlı şahidlərin ifadələrini düsgün əsaslandırmadan həmin ifadələri mötəbər sübut kimi qəbul etməkdən imtina etmişdir. Lakin Apellyasiya Məhkəməsinin hökmündən görünür ki, hökmdə həmin məsələ ətraflı şəkildə, konkret dəlillərə və işin hallarına istinat edilməklə əsaslandırılmış və məhkəmə kollegiyası hesab edir ki, məhz həmin əsaslandırma inandırıcılıq baxımından qənaətedici səviyyədədir və heç bir şübhə doğurmur. Digər şahidlərin ifadələri ilə bağlı qeyd edilməsi zəruridir ki, cinayət işi üzrə iki Şahid2 və Şahid3 ittihamın şahidləri kimi təqdim edilmiş və dövlət ittihamçısı da kassasiya protestində həmin şahidlərin ifadələrinin qəbul edilməməsini mübahisələndirmişdir. Bununla bağlı qeyd edilməsi zəruridir ki, həmin şahidlərin ifadələri də apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi kriteriyalarının tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirilmiş, şahid ifadələrində olan ziddiyyətlər və işin hallarına uyğun gəlməyən məqamlar aşkara çıxarılmış, mötəbər olan telefon anten məlumatları əsasında hər iki şahidin ittihamda əks olunmuş hadisə baş verərkən ümumiyyətlə hadisə yerində olmamalarına dair apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmiş, Şahid2 isə hadisə baş verən vaxtdan 5 ay keçdikdən sonra dindirilməsi kimi hallar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəmsinin ittiham tərəfinin bu şübhəli və ziddiyyətli sübutları ilə bağlı gəlmiş olduğu nəticə qanuni və əsaslıdır və kassasiya protestinin bu dəli li də əsasızdır. Kassasiya protestinin növbəti dəlili məhkəmə - tibb ekspertiasının rəyi ilə bağlıdır. Həmin rəydən də görünür ki, rəydə zərərçəkmiş şəxsin bədəni üzərində xəsarətlərin olması göstərilmişdir. Həmin rəyi tədqiq edərkən apellyasiya instansiyası məhkəməsi göstərmişdir: “Maraqlı məqamlardan biri də odur ki, iş materiallarında olan Bakcell Telekom MMC tərəfindən verilmiş çıxarışda “xx.xx.2021-ci il tarixdə, saat 12:14-də istifadəsində olan 055***-**-** mobil nömrəsindən tanışı Asim Abbasovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Evdə deyiləm mənə təcili 250 lazımdır ekspertiza üçün” məzmunlu sms yazılmışdır. Məhkəmə kollegiyası bildirir ki, Zərərçəkmiş şəxs ilə Sahib Ələsgərov boşandıqdan sonra hazırda tərəflər arasında əmlakla bağlı mülki xarakterli iş getdiyindən a ralarında mənfi münasibətlər vardır. Belə halda isə zərərçəkiş şəxs Zərərçəkmiş şəxs tərəfindən xəsarət alması barədə şikayət etməsi və yaxın qohumları və tanışları olan şəxslərin isə ona şahidlik etməsi ağlabatandır.” Zərərçəkmiş şəxs tərəfindən tanışına göndərilmiş “Evdə deyiləm mənə təcili 250 lazımdır ekspertiza üçün” məzmunlu sms zərərçəkmiş şəxsin bədəni üzərində xəsarətlərin olmasını göstərən məhkəmə-tibb ekspertizasının rəyini böyük şübhə altına salmasına baxmayaraq, dövlət ittihamçısının kassasiya protestində həmin vacib məsələyə heç bir münasibət bildirilməmiş, bu faktın üzərindən sükutla keçilmişdir. Məhkəmə kollegiyası həmin rəylə bağlı apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, kassasiya protestinin dəlilləri həmin hissədə də əsass ızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bir cinayət işi üzrə ittiham tərəfinin ittihamı təsdiq edən sübutlarında bu qədər ziddiyyətlər, şübhəli məqamlar, inandırıcılıq meyarlarına uyğun gəlməyən anlaşılmazlıqlar olduğu təqdirdə həmin şübhəli və zidiyyətli sübutlarla şəxsi təqsirli bilib məhkum etmək CPM-in tələblərinə tamamilə ziddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, kassasiya protesti təmin edilməməli, S.Ələsgərova CM-in 128-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixliu hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALTİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilmiş X2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar