Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-43/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Hüseynova Bəturə Xaqani qızının iştirakları ilə, Füzuli Hərbi Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 332.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Hüseynova Bəturə Xaqani qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə (hakimlər Süleymanov Əli Ziya oğlu (sədrlik edən və məruzəçi), Ağamirzəyev Fəxrəddin Mansur oğlu və Nəcəfov Əmrah Bəzməddin oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1996-cı il tarixdə Balakən rayonunun Xalatala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, N nömrəli hərbi hissədə “ sıravi əsər” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olmuş, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Xalatala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CPM-nin 357.0.5-ci maddəsinin tələblərinə əsasən onun 14 fevral 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixədək həbsdə olması nəzərə alınaraq o, təyin edilmiş həmin cəzanı çəkmiş hesab olunmuşdur. Həmin hökmlə həmçinin X9 CM-nin 329.2.1, 329.2.2, 329.2.6, 341.3-cü maddələri ilə, X3, X29 və X16, hər birisi CM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Müdafiə Nazirliyinin Xocavənd rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 3-cü tağımının düşmənlə bilavasitə təmas xəttində yerləşən 2-ci manqasının pulemyotçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən, 30 yanvar 2019-cu il tarixdə saat 12 radələrində xidmət etdiyi döyüş mövqeyinin silah təmizlənməsi üçün nəzərdə tutulmuş yerində həmin bölüyün düşmənlə bilavasitə təmas xəttində yerləşən pulemyot manqasının tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olan təqsirləndirilən şəxs X4, həmin bölüyün 3-cü tağımının düşmənlə bilavasitə təmas xəttində yerləşən 2-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olan təqsirləndi rlən şəxs X16 və həmin bölüyün düşmənlə bilavasitə təmas xəttində yerləşən 2-ci pulemyot manqasının heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olan X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında çinayət əlaqəsinə girərək tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2,5, 38, 42 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin tələblərini təkrarən kobud surətdə pozaraq, həmin vaxt 15-ci döyüş mövqeyinin 1-ci qapalı müşahidə məntəqəndə döyüş növbətçiliyində olan əsgər Xun döyüş növbətçiliyi qaydalarını pozmasını aşkar edib onu cəzalandırmaq qərarına gəlmişlər və bu məqsədlə əvvəlcə əsgər X29 15-ci döyüş mövqeyinə gedib or ada döyüş növbətçiliyində olan əsgər Xun zirehli jiletini və dəbilqəsini üzərindən çıxardığını görüb bu barədə dərhal qrupun digər üzvlərinə məlumat vermişdir. Daha sonra əsgərlər Məhkum, X29, X3 və X16 birlikdə 1-ci qapalı müşahidə məntəqəsinə gedərək orada əsgər Xu əhatəyə almışlar və kiçik çavuş X1un onun döyüş postunda yatmasını aşkar edib buna görə bütün şəxsi heyətə əziyyət verəcəyini bildirib bunu səbəb gətirməklə əsgər Xdan dəbilqəsini və zirehli gödəkçəsini əyninə geyinməsini tələb etmişlər, lakin əsgər X buna etiraz edərək dəbilqəsini və gödəkçəsini onların tələbi ilə deyil, özünün istədiyi vaxt geyinəcəyini bildirmiş və ayağa qalxıb zirehli gödəkçəsini geyinsə də, dəbilqəsini başına qoymamışdır. Bu zaman əsgər Məhkum onu təqlid edib-etmədiyini soruşmuş, əsgər X16 isə kimisə təql id edənin ünvanına nalayiq söyüşlər söyləmiş, əsgər X29 əsgər Xa özünü digərlərindən üstün tutduğunu bildirmiş və bundan sonra əsgərlər X29, Məhkum, X3 və X16 əsgər Xdan rəislərin qarşısında da bu kimi nöqsanlara yol verib-verməyəcəyini soruşmuşdur. Əsgər X onlara bu barədə öz bildiyi kimi edəcəyini deyərək cavabının onlarla əlaqədar olmadığını bildirmiş, buna cavab olaraq əsgər X3 əsgər Xa digər vaxtlarda da belə etməyəcəyi halda hərbi qulluqçular arasında ən təhqiramiz ifadə kimi yayılmış, «ana-bacısı pozğun olan və ünvanına deyilən bütün söyüşləri qəbul edən» mənasında işlədilən «peysər» deyəcəyini və onu belə tanıdacağını bildirmiş, buna cavab olaraq əsgər X onun ünvanına söyləyənlərin özlərinin «peysər» olduğunu bildirmiş, bundan sonra əsgər X3 hər iki əli ilə əsgər Xun yaxasından t utaraq kürəyini atəş sektorunun divarına vurub sıxmaqla qarnına yumruqla bir zərbə vurmuş, onun ardınca əsgər X16 əsgər Xun sol qoluna yumruqla iki zərbə vurmuş, əsgərlər Məhkum və X29 isə «peysər» söyüşünü unutmamasını deyərək əsgər Xun sonadək öz sözündə qalacağını bildirməsindən sonra oradan getmişlər. Daha sonra əsgər X29 02 fevral 2019-cu il tarixdə saat 09 radələrində 1-ci qapalı müşahidə məntəqəsində döyüş növbətçiliyində olan əsgər Xun zirehli gödəkçəsini və dəbilqəsini üzərindən çıxararaq yerdə oturduğunu, həmin vaxt yaxınlıqda olan əsgər X16in də buna şahid olmaqla əsgər Xa yaxınlaşdığını görüb dərhal əsgər yataqxanasına gedərək bu barədə həmin vaxt orada olmuş əsgərlər X3lə Məhkum məlumat verib onları döyüş növbətçiliyinin aparıldığı həmin müşahidə məntəqəsinə çağırmış və orada həmin əsgərlərlə birlikdə əsgər Xdan zirehli gödəkçəsini və dəbilqəsini geyinməsini tələb etmişlər. Lakin əsgər X onların tələbini icra etməmiş və bu səbəbdən aralarında yaranmış sözlü mübahisə zamanı əsgərlər Məhkum, X29, X16 və X3 ona bu məsələ ilə bağlı aralarında «peysər» söyüşü olduğunu və onların tələbi ilə onun zirehli gödəkçəsini və dəbilqəsini geyinməyəcəyi təqdirdə bir gün rəislərin sözü ilə üzərinə geyinəcəyini və həmin vaxt onu başa salacaqlarını deyərək oradan getmişlər. Həmin gün saat 15 radələrində əsgər X yenidən döyüş növbətçiliyində olarkən əsgər X16 onun döyüş növbətçiliyi qaydalarını pozub-pozmamasını yoxlamaq məqsədilə 1-ci qapalı müşahidə məntəqəsinə getmiş və orada Xun dəbilqəsini üzərindən çıxardığını görüb ondan dəbilqəni başına qoymasını tələb etmiş, lakin sonuncu onun tələbini icra etməkdən imtina etmiş və bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman əsgər X29 müşahidə məntəqəsinə gələrək X16lə birlikdə Xdan dəbilqəsini başına qoymasını tələb edərək buna görə onunla mübahisə etmiş, lakin X onların tələbini icra etməkdən imtina etmiş, bundan sonra X29la X16 əsgər yataqxanasına qayıdaraq həmin vaxt orada olan X3lə Məhkum bu barədə məlumat verib onları da döyüş növbətçiliyinin aparıldığı müşahidə məntəqəsinə çağırmışlar. Sonra Məhkum, X29, X16 və X3 yenidən birlikdə Xdan dəbilqəsini başına qoymasını tələb etmiş, lakin X onsuz da həyatdan bezdiyini deyərək onlardan onu daha da bezdirməmələrini tələb etmiş, buna cavab olaraq X3 hər kəsin ailəsi üçün yaşadığını deyib ondan ailəsini düşünüb-düşünmədiyini soruşduqda X bu məsələnin ailəsi il ə əlaqədar olmadığını və ailəsini bu məsələdə müzakirə etməmələrini tələb etmiş, bundan sonra həmin əsgərlər onu müşahidə məntəqəsində qoyaraq oradan getmişlər. 06 fevral 2019-cu il tarixdə saat 11 radələrində kiçik çavuş X1 15-ci döyüş mövqeyinin 1-ci qapalı müşahidə məntəqəsinə gedib həmin vaxt orada döyüş növbətçiliyində olan əsgər Xun dəbilqəsini başından çıxartdığını aşkar edib buna görə ona öz iradını bildirərək dəbilqəni başına qoymasını tələb etmiş və əsgər X dəbilqəsini başına qoymuşdur. Bu zaman X29, X16 və X3 yaxınlıqda olub bu hadisəyə şahid olduqdan sonra, tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə saydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin tələblərini təkrarən kobud surətdə sozaraq, əsgərlər X29, X16 və X3 əsgər Xa X16in «peysər» söyüşünü xatırlatmaqla onu təhqir edib ələ salmaq məqsədilə ucadan səslənərək «Altını vurdu» sözlərini deməsindən sonra, həmin vaxt 1-ci qapalı müşahidə məntəqəsinə kiçik çavuş X1 üçün oturacaq aparmış əsgər X3 baş verənləri əsgər Xun sonradan inkar etməməsi üçün onun iştirakı ilə aydınlaşdırmaq məqsədi ilə kiçik çavuş X1dan onun əmrindən sonra əsgər Xun dəbilqəni başına geyinib- geyinmədiyini soruşmuş və kiçik çavuş X1 «Yəni, geyinməyə bilər?» deyərək cavab /erdikdən sonra əsgər Xa dəbilqəni başına geyinməsini nəzərdə tutub «Bəs geyinməyəcəkdin? Niyə geyindin?» deyərək oradan getmişdir. Bundan dərhal sonra əsgərlər X29, X3 və X16 əsgər yataqxanasının qarşısında Məhkumla görüşüb ona da bu barədə məlumat vermişlər və birlikdə döyüş növbətçiliyinin aparıldığı həmin müşahidə məntəqəsinə gedib orada əsgər Xun kiçik çavuş X1un tələbi ilə dəbilqəni başına qoymaqla «peysər» söyüşünü qəbul etməsi barədə onunla söhbət etməyi qərara almışlar. Əsgər Məhkum istirahət vaxtı olduğundan onlarla getmədiyi üçün əsgərlər X29, X3 və X16 onu gözləməyərək əsgər Xun olduğu həmin müşahidə məntəqəsinə getmişlər və orada əsgər Xa heç kimin tələbi ilə dəbilqəni başına qoymayacağı barədə bildirdiyi sözləri və buna görə «peysər» söyüşü söydüklərini xatırlatdıqdan sonra əsgər X29 «görürsən, borzuluğun axırı necə olur?» demiş və əsgər X kiçik çavuş X1un tələbi ilə dəbilqəni geyinməsini inkar etdikdə, əsgər X16 «bəs başındakı dəbilqə deyil, nədir?» demiş, bunun ardınca əsgər X3 əsgər Xa kiçik çavuş X1un əmri ilə başına dəbilqə qoyduğunu və artıq «peysər» olduğunu qəbul etməsini tələb etmişdir. X onlara etiraz edərək düzgün olmadıqlarını izah etməyə çalışsa da, X3 onu təhqir edərək aşağılatmaq məqsədi ilə «peysər» söyüşünün onun haqqı olduğu və onun həmin söyüşə layiq olduğunu bildirmiş, X isə onun səhvinə görə kiçik çavuş X1un heç kəsə əziyyət vermədiyini, yalnız həmin gün saat 18:00-dək zirehli gödəkçəsi və dəbilqəsi əynində olmaqla ayaqüstə qalması barədə onun özünə əmr verdiyini, buna baxmayaraq, döyüş növbətçiliyini təhvil verən kimi gödəkçəni və dəbilqəni çıxaracağını bildirmişdir. Lakin, X3 Xdan kiçik çavuş X1un söyüş söyəcəyi təqdirdə nə edəcəyini və dəbilqəni çıxara bilib-bilməyəcəyini soruşmuş, cavabında X “Muradov mənə söyüş söyərsə onu güllələyərəm, nə var ki, axırı ölümdür» demişdir. Buna cavab olaraq X3 Xa onda elə ürəyin olmadığını bildirmiş, ardınca isə hərbi qulluqçular arasında bağışlanılmaz səhvə yol vermə, birinin yanında eyibli və gözükölgəli olma mənasında qəbul edilmiş «qrexinin», yəni günahının yarandığını, digər əsgərlərin də bu barədə onun üzünə deyəcəklərini demiş və X ondan bu söhbəti yaddan çıxarıb bir daha dilə gətirməmələrini xahiş etsə də, razılaşmayaraq bu söhbət özünün açdığına görə özünün də bağlaya biləcəyini, yalnız onun üzünə söyərsə bağlayacağını, bunu da istəmədiyi üçün söhbəti bağlamayacağını bildirmişdir. Bundan sonra X ona «onda iki gündən sonra görəcəksiniz nə olacaq, burada qan düşəcək» demiş və X3 ona kənara çəkilib mübahisəni davam etdirməyi təklif etsə də, ona «iki gün sonra söhbət edərik» deyərək döyüş növbətçiliyini təhvil verib dəbilqə və zirehli gödəkçəsini çıxararaq xidmətini davam etdirmiş, X3ə isə döyüş növbətçiliyinin dəyişilməsinə başlanıldığı üçün oradan getmişdir. 07 fevral 2019-cu il tarixdə saat 15 radələrində döyüş növbətçiliyini əsgər Məhkum təhvil alıb xidmətə başlamış əsgər X əsgərlər X3, Məhkum, X16 və X29 tərəfindən edilmiş müntəzəm qanunsuz və nizamnamədən kənar hərəkətlər nəticəsində özünü əsgər yoldaşları arasında alçalmış, nüfuzdan düşmüş hiss edib həmin hərbi qulluqçuların onu digər əsgərlərin qarşısında «peysər» kimi tanıdaraq rüsvay edəcəklərindən qorxaraq psixiemosional sferasında yaranmış sıxıntı, bezikmə, əsəbilik, stress və gərginliklərlə əlaqədar psixogen mənşəli nevrotik depressiv hal keçirərək özünü öldürmə həddinə çatdırıldığından həyatda yaşamağa davam etmək istəməmiş və bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi əsgər X3i və özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Sonra əsgər X 15-ci döyüş mövqeyinin 2-ci qapalı müşahidə məntəqəsində döyüş növbətçiliyini icra edərkən, saat 15:20 radələrində əvvəlcə əsgər X3i, daha sonra isə özünü öldürmək niyyətilə xidməti istifadəsinə verilmiş «AKMS» markalı, AFD 2833 №-li avtomat silahı döyüşə hazır vəziyyətə gətirib həmin vaxt əsgər yataqxanasında olan əsgər X3i öz yanına çağırtmış və bir neçə dəqiqədən sonra X3in ona tərəf gəldiyini görüb 20 metr aralı məsafədən nişan alaraq tək-tək atəş rejimində ardıcıl 3 atəş açmış, lakin əsgər X3 geriyə qaçdığı üçün atılmış güllələr ona dəyməmiş, bundan sonra əsgər X daha onun ardınca getməyərək onun qaçmasından dərhal sonra, saat 15:40 radələr ində 2-ci qapalı müşahidə məntəqəsinə daxil olub silahın lüləsini çənəaltı nahiyəsinə dirəyib avtomatik atəş rejimində silahın tətiyini çəkməklə aşağıdan-yuxarıya, öndən-arxaya, bir qədər sağdan-sola istiqamətdə iki atəş açmış və atılmış güllələrin onun çənə nahiyəsini deşərək başın alın və təpə nahiyələrindən çıxması nəticəsində həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid başın 2 (iki) ədəd dəlib keçən odlu silah güllə yaralanması» xəsarətlərini alaraq hadisə yerində ölmüş, bununla da X3, Məhkum, X16 və X29 qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə İntiza m Nizamnaməsinin 1 və 3-cü maddələrinin tələblərini təkrarən zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə oozmaları ağır nəticələrə səbəb olmuşdur. Hökmdən dövlət ittihamçısı Kərimov Elnur Rasim oğlu tərəfindən verilmiş apellyasiya protestinə, məhkum X5, Məhkum müdafiəçisi X17, məhkum X16 və zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Başirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 26 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Cəbrayılov Elşad Vaqif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 15 sentyabr 2022-ci il tarixli qərarı ilə kassiya protesti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə təkrarən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 28 n oyabr 2022-ci il tarixli hökmü ilə məhkumlar X5, X16, Məhkum müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən, dövlət ittihamçısı E.R.Kərimov tərəfindən verilmiş apellyasiya protesti tam təmin edilmiş, Füzuli Hərbi Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü məhkumlar X9 və Məhkum aid hissədə ləğv edilmiş, yeni hökmlə X1 barəsində CM-nin 341.3-cü maddəsinə münasibətdə və Məhkum barəsində CM-nin 332.3-cü maddəsinə münasibətdə CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, X5 aid hissədə onun tərəfindən mərhum Xun incidilməsi və sonuncuya problem yaradılması barədə digər təqsirləndirilən şəxslərə göstəriş verilməsinə dair müddəalar X1a verilmiş i ttihama daxil edilmiş, X5 CM-nin 329.2.1, 329.2.2, 329.2.6-cı maddələri ilə 2 (iki) il müddətə, CM-nin 341.3-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə 3 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaricə edilərək ona CM-nin 332.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən adı çəkilən məhkumun 14 fevral 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixədək həbsdə saxzlanıldığı 2 (iki) il 19 (on doqquz) gün müd dət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 11 (on bir) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi B.X.Hüseynova kassasiya şikayəti verərək Məhkum barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə çəkdiyi cəzanı nəzərə alıb, cəzasının çəkilməmiş qalan hissəsindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, CM-nin 62-ci maddəsinin tələblərinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına istinad edən müdafiəçi B.X.Hüseynova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxılması nəticəsində cəzanı yüngülləşdirən bir sıra halları kifayət qədər nəzərə almadan ona ağır cəza təyin etmiş, bununla da ədalətsizliyə yol vermişdir. Müdafiəçi bildirir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən haqlı olaraq onun döyüş bölgəsində yerləşən mövqelərdə xidmət etməsini, ilk dəfə cinayət törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, əməlindən peşman olmasını, iştirakçılıqla törədilmiş cinayətdə faktiki olaraq sonuncu epizodda bilərəkdən iştirak etməməsini, mərhum Xa qarşı heç bir z or tətbiq etməməsini, ona qarşı şəxsən nalayiq sözlər deməməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək CM-nin 322.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Eyni zamanda iş üzrə CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Müdafiəçinin qənaətinə görə, bütün bunlar hüquqlarını müdafiə etdiyi şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsas verməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin maddənin tətbiq edilməsinə dair müddəaları birinci instansiya məhkəməsinin hökmündən xaric etmiş və ona açıq-aşkar ağır cəza təyin etmiş, bu zaman Məhkum cəzasını y üngülləşdirən hallara lazımi hüquqi qiymət verməmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçisi B.X.Hüseynova onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir və Məhkum barəsində CM-nin 62.1-ci maddəsini tətbiq etməklə, çəkdiyi cəzanı nəzərə alıb, cəzasının çəkilməmiş qalan hissəsindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi X15 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi X15nın iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi B.X.Hüseynova apelly asiya instansiyası məhkəməsinin hökmündən verdiyi həmin şikayətində Məhkum həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi B.X.Hüseynovanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəm ə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsini n deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məh kəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müra ciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin şikayətin məzmununa görə, müdafiəçi B.X.Hüseynova öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci v ə apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarını, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilibyetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və yalnız cəza təyini ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun nəticənin qəbul edilməsini iddia edir. Bununla belə, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu şikayətlə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, məhkəmə-tibbi, kompleks məhkəmə-psixitarik və psixoloji ekspertizalarının rəyləri nə, istintaq eksperimentinin keçirilməsi, ifadələrin yerində yoxlanılması və bir sıra digər istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlib onun həmin əməllərini CM-nin 332.3-cü maddəsi ilə düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də apellyasiya protestinə və apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən baxılmasını mümkün bilərək qeyd olunan məsələlər üzrə birinci instansiya məhk əməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə qanunidir, düzgündür və onun şübhə altına alınması üçün heç bir əsaslar yoxdur. Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar ağır olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və qanunvericiliyi müvafiq normaları ilə bu tələblərə uyğun olaraq məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə təfsir qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi möqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu eh tiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumlikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxslərin də hüquqlarının təmin edilməsini, onlara qarşı qeyri-qanunsuz əməllər törətmiş şəxslərin müəyyən edilərək müvafiq məsuliyyətə cəlb edilmələrini və sonuncuların barəsində qanuni tədbirlərin, o cümlədən cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq olunmasını, cəzanın məqsədinə nail olunmasını və cinayətkarlıqla səmərəli mübarizənin aparılmasını ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorum aq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcə lləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin tələblərindən göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab ed ilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəs i, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiym ətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkarın barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xar akterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkə mələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükə lilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol vermə məli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həl li ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar ağ ır olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 332.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin 28 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, həmin məhkəmə birinci instansiyası məhkəməsindən fərqli olaraq Məhkum CM-nin 332.3-cü maddəsi ilə cəza təyin edərkən onun döyüş bölgəsində yerləşən mövqelərdə xidmət etməsini, ilk dəfə cinayət törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xasiyyətləndirilməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını, əməlindən peşman olmasını, iştirakçılıqla törədilmiş cinayətdə faktiki olaraq son uncu epizodda bilərəkdən iştirak etməməsini, mərhum Xa qarşı heç bir zor tətbiq etməməsini, ona qarşı şəxsən nalayiq ifadə işlətməməsini cəzanı yüngülləşdirən müstəsna hallar kimi qəbul etməmiş və onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mümkün bilməyərək bu haqda müddəanı hökmdən xaric etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Bu zaman məhkəmə nəzərə almışdır ki, Məhkum zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsinin CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması barədə birinci instansiyası məhkəməsinin mövqeyi işin müəyyən edilmiş faktiki hallarına uyğun olmamış, çünki cinayət işinin materialların dan göründüyü kimi, məhkumlar, o cümlədən Məhkum digər zərər çəkmiş şəxslərlə barışıq əldə etsələr də, mərhum zərər çəkmiş şəxs Xun ölümü ilə nəticələnən epizod üzrə zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X15 ilə barışıq əldə edilməmiş və sonuncu məhkəmə iclaslarında bütün məhkum olunmuş şəxslərdən şikayətçi olmasını, onlarla barışıq əldə eməməsini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə bağlı gəldiyi qənaəti qanuni hesab edir və qeyd edir ki, həmin məhkəmə düzgün olaraq Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzr ə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olsun. Hazırki cinayət işinin materiallarından və kassasiya şikayətinin məzmunundan da göründüyü kimi, müdafiəçi B.X.Hüseynova Məhkum cəza təyini ilə bağlı nəzərə alına bilən, lakin aşağı instansiyası məhkəmələri tərəfindən nəzərə alınmamış və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan heç bir əlavə hala istinad etməmiş və belə halların mövcudluğunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, CPM -nin 139.0.5-ci maddəsinin müddəaları cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların da yalnız sübutlara əsasən müəyyən edilmsəini tələb edir. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, qanunvericiliyin tələblərinə əsasən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza yalnız iş üzrə cinayətinin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər. Belə ki, CM-nin 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin tö rədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilm əsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlük əliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təq sirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranması n, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki işin materiallarından isə Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verə bilən hər hansı halın müəyyən edilməsi görünmür. Buna görə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi B.X.Hüseynovanın, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli hökmü adı çəkilən məhkuma aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2022-ci il tarixli hökmü Məhkum aid hissədə və müdafiəçi B.X.Hüseynovanın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-43/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-43/2023
26.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver