Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-44/2019 02.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi k ollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakim Q.Ş.Sadayev (sədrlik edən), hakimlər K.Məhkum və V.M.Nəsirovdan ibarət tərkibdə) «05» iyun 2017-ci il tarixli, 1(098)-095/2017 saylı hökmü ilə xx xxxxxxxx 1983-cü ildə Ağdam rayonunun Paşabəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmayan, Ağdam rayonunun Paşabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, xx xxxxxx 2014-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank əleyhinə bölüyündə baş sürücü vəzifəsində kiçikçavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət etm iş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxxx 2016-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: M əhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və daha çox şəxsin (hazırki halda üç şəxsin) ölümünə, bir şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank əleyhinə bölüyündə baş sürücü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən xx xxxxxx 2016-cı il tarixdə saat 21 radələrində özünə məxsus “Mersedes-Benz 320” markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili xx xxxxxx 2013-cü il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edib həmin avtomobillə Bərdə-Tərtər avtomobil yol unun 1-ci km-də 140-150 km/saat sürətlə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, avtomobili döngəli yol şəraitinə uyğun sürətlə hərəkət etdirməli, yolun ortasında olan bütöv xətti kəsməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı və yolun döngəli hissəsində avtomobilin qarşı sol hərəkət hissəsinə çıxmasına s əbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozub, Bərdə rayonunun Zümürxan kəndi ərazisində maşın bazarının qarşısında, avtomobillə qarşı sol hərəkət hissəsinə çıxıb əks istiqamətdə Bərdə şəhərindən Tərtər rayonu istiqamətinə tərəf hərəkətdə olan X8 idarə etdiyi “VAZ 2106” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sol orta və arxa hissələri ilə toqquşduqdan sonra eyni istiqamətdə hərəkətdə olan X12 idarə etdiyi “VAZ 2106” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin sol ön hissəsi, daha sonra isə eyni istiqamətdə hərəkətdə olan “Ford Exploer” markalı **-GH-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 2106” markalı **-BD-** * dövlət nömrə nişanlı avtomobilin sürücüsü X22 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən “başın təpə nahiyəsinin əzilmiş yarası, hematoması, sol göz ətrafı və döş qəfəsi nahiyələrinin qançırları, üz nahiyəsinin qançırı və sıyrıqları, kəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin toxumasının əzilməsi”, həmin avtomaşında olan X19 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən “başın alın təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin qançırı və sıyrıqları, sol göz ətrafı və döş qəfəsi nahiyələrinin qançırları, kəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin toxumasının əzilib dağılması”, X14 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən “sol təpə gicgah nahiyəsinin əzilmiş yar ası, alın, burun, hər iki göz ətrafı nahiyələrin qançırları, alın və burun nahiyələrinin sıyrıqları, kəllə qapağı sümüklərinin açıq qəlpəli sınıqları” xəsarətlərini alaraq hadisə yerində ölmüşlər, X15 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən “dalağın travmatik cırılması, daxili qanaxma, qapalı kəllə-beyin travması, sol said sümüklərinin aşağı 1/3-nin və sol sirkə kasası divarının yerdəyişən sınığı”, “Ford Exploer” markalı **-GH-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X6 qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən “burun üstünün əzilmiş, cırılmış yarası, sağ diz oynağı nahiyəsinin qançırı”, həmin avtomaşında olmuş X2 qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən “döş qəfəsinin, sağ baldır na hiyələrinin qançırları, sol baldır nahiyəsinin dərialtı hematoması”, X4 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sol əl nahiyəsinin sıyrığı, sağ baldır nahiyəsinin qançırı”, X3 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sağ baldır nahiyəsinin qançırı”, X5 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “üz nahiyəsinin qançırı”, X1 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sol baldır nahiyəsinin qançırı” xəsarətlərini almış, “VAZ 2106” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X11 1291 manat, mərhum X12 idarə etdiyi “VAZ 2106” markalı **BD-***” dövlət nömrə nişanlı avtomaşına 2800 manat və “Ford Exploer” markalı **-GH-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X18 56610 manat məbləğdə maddi ziyan dəymişdir. Hökmdən Məhkum müdafiəçisi X.M.Əkbərov tərəfindən veri lmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) xx xxxxxx 2017ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində yüngülləşdirici halları, xüsusən də döyüş bölgəsində qulluq etməsini, 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etməsini, himayəsində iki azyaşlı uşağın olmasını, ailəsinin tək gəlir gətirən üzvü olduğunu göstərmiş, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyi şikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Qanununun müddəalarını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxslər V.N.İsayeva və N.A.İsayevanın hüquqi varisi N.İ.Mirzəyev, digər zərər çəkmiş şəxs N.A.İsayeva və qanuni nümayəndəsi A.N.Mirzəyev ayrı-ayrılıqda ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və məhkuma təyin edilmiş cəzanın dəyişdirilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edi r ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxslər S.Ə.Qasımov, M.C.Qasımova, S.E.Şərifova, R.T.İbadov, K.B.Tofiqli, zərər çəkmiş şəxslərin hüquqi varisləri N.İ.Mirzəyev, S.H.İsayev və zərər çəkmiş şəxslərin qanuni nümayəndələri A.N.Mirzəyev və V.C.Əsgərov isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvaf iq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2017-ci-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum törətdiyi əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, məhkəmə baxışlarında sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolv erilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən məhkumun özünün ibtidai araşdırma və məhkəmə baxşıları zamanı verdiyi ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını, o cümlədən himayəsində iki nəfər azyaşlı uşağın olmasını, etdiyi əməldən səmimi pe şmançılıq hissi keçirməsini, xidməti xasiyyətnaməsində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar kimi, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tət biq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Məhkum məhkəmələr tərəfindən cəza təyin edilərkən onun döyüş bölgəsində qulluq etməsini, 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etməsini, himayəsində iki azyaşlı uşağın olmasını, ailəsinin tək gəlir gətirən üzvü olmasını və digər yüngülləşdirici halların nəzərə alınmaması, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Qanununun müddəalarının tətbiq edilərək təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsinə dair dəlilləri əsaslı hesab edilməməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini mümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsas lar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-44/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-44/2019
02.05.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver