Məhkəmə qərarları › İş №1-1(102)-44/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-44/2020

25.11.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-44/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Hərbi Hissəsinin həmlə taborunun 2-ci həmlə bölüyünün atəş dəstək taqımının qumbaraatan m anqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət sabiq hərbi qulluqçusu, əsgər, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 333.4cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.H.Hacıyev) Məhkum CM-nin 178.1 və 333.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, CM-in 178.1-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə cəzasına, CM-in 333.4-cü maddəsi ilə barəsində CM-in 62.1-ci maddəsi tətbiq ed ilməklə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən ona Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə CM-in 178.1 və 32.4, 312.1-ci maddələri ilə təyin edilmiş 500 (beş yüz) manat cərimə cəzası hökmlə CM-in 178.1-ci maddəsi ilə təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzası ilə qismən toplanılmaq yolu ilə birləşdirilmiş və ona qəti olaraq 600 (altı yüz) manat miqdarında cərimə cəzası, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə CM-in 333.3-cü maddəsi ilə təyin edilmiş 05 (beş) ay azadlıqdan məhrum etmə cəzası hökmlə CM-in 333.4-cü maddəsi ilə təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etmək yolu ilə birləşdirilmiş və ona qəti olaraq 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş 600 (altı yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.G.Zeynallı (sədrlik edən), N.R.Mövsümov və M.Ə.Rzayev) apellyasiya protesti təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum təqsirli bilind iyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə, zərərçəkmiş şəxslə barışdığından, cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. Hökmdən Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum təqsirli bilindiyi CM-nin 333.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təyin edilmiş 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etmək yolu ilə Məhkum 2 (iki) il 6 (a ltı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edlimiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkum ona görə təqsirli bilinib ittiham edilmişdir ki, o, Müdafiə Nazirliyinin 651 №-li Hərbi Hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edərkən, 2016-cı ilin dekabr ayının əvvəlində, birgə kirayədə yaşadığı iş yoldaşı, həmin hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X3 ailəsinin Sumqayıt şəhərində olduğuna görə həmin ər azidə olan hərbi hissələrdən birinə keçmək istəməsinə köməklik göstərməsini və bu məqsədlə 2.500 (iki min beş yüz) manat pul vermək imkanının olduğunu bildirmiş, sonuncunun ona olan etibarından sui-istifadə etməklə aldadıb pulunu ələ keçirmək qərarına gəlmiş, guya aidiyyəti vəzifəli şəxslərə 2.500 (iki min beş yüz) manat pul verməklə bu məsələni həll edə biləcəyini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şakir Abdullayevə bildirib sonuncunu Sumqayıt şəhəri ətrafında yerləşən hərbi hissələrin birinə təyin etdirəcəyini yalandan vəd etmiş, Şakir Abdullayev də ona etibar etdiyinə görə 15-xx xxxxxx 2017-ci il tarixlərdə anası Heyvagül Abdullayeva vasitəsilə 1.000 (bir min) manat məbləğində pulu Sumqayıt şəhərində yaşadığı evin qarşısında ona çatdırmış, bundan sonra Şakir Abdullayev xx xxxxxx 2017-ci il tarixdə saat 24 radələrində yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon, 20 “a” ünvanda yerləşən evin qarşısında 1.200 (bir min iki yüz) manat pulu ona vermiş, həmin vaxt Şakir Abdullayevə 300 (üç yüz) manat pulu da işi düzəldikdən sonra verəcəyini deyib oradan çıxıb getmiş, bununla da Məhkum etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, təkrarən, dələduzluq etmişdir; Bundan başqa, o, 109 №-li Hərbi Hissənin həmlə taborunun 2-ci həmlə bölüyünün atəş dəstək taqımının qunbaraatan manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olan zaman, xx xxxx 2017-ci il tarixdə saat 08:30 radələrində, hərbi hissəni özbaşına tərk edərək xidmət yerinə qayıtmamış və xx xxxxxx 2017-ci il tarixdə görülmüş tədbirlər nəticəsində Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən tutulub Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, bununla da o, bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, barəsində humanist və ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, məhkəmə cəza təyini zamanı onun törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq dəymiş ziyanı ödəməsini, dövl ət və vətən uğrunda xidmətlərini nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhk əmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qa nunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittihamda təqsirliliyi mübahisələndirilməyərək, daha yüngül cəzanın təyin edilməsi xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apel lyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cinayət əməlini törədənədək və törətdikdən sonrakı davranışını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mə nada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sos ial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəx siyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayət əməlini törədənədək və törətdikdən sonrakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416 -cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə d əyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar