Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-44/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 228.2.1. 232.1 və 296.2-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 32.5,232.1 və 296.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hökmü ilə(hakimlər: İ.M.Quliyev (sədrlik edən), V.M.Nəsirov və Ə.M.Sarıyevdən ibarət tərkibdə) Məhkum1 - xx xxxx 1993-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində doğulmuş və həmin ünvanda daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, N nömrəli hərbi hissə sinin 1-ci taborunun 2-ci bölüyünün 2ci tağımının 1-ci manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Azərbaycan Respublikası CM-nin 228.2.1, maddəsilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 232.1-ci maddəsilə təqsirli bilinərək 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 296.2-ci maddəsilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - xx xxxx 2000-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində doğulmuş və həmin ünvanda daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6cı bölüyünün 2-ci tağımının 2-ci manqasının snayperi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32,5, 232.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 296.2-ci maddəsilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 ay müddətə az adlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum1 N nömrəli hərbi hissənin Ağdam rayonunun Təzəkənd kəndində yerləşən 3-cü taborunun 8-ci bölüyünün 1-ci tağımının 3-cü manqasının qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 27 mart 2019-cu il tarixdə, saat 10 radələrində əsgər Məhkum2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla döyüş sursatlarını əldə edərək, onların cinayət əməlləri barədə hərbi hissə komandanlığına və təhqiqat orqanına izahat vermiş əsgər X9 üzərinə gizli şəkildə yerləşdirməklə süni ittiham sübutları yaradıb bilə-bi lə yalan məlumat verərək X9un özünün cinayət məsuliyyətinə cəlb edilməsinə nail olub onu «cəzalandırmaq», eləcə də onların qanunsuz əməlləri barədə məlumat vermək istəyən digər hərbi qulluqçuları qorxudub şikayət etməkdən çəkindirmək qərarına gəlmişlər. Aralarında olan razılığa əsasən Məhkum1 həmin gün saat 11:30 radələrində əsgər yataqxanasının məişət otağına gedib orada tağımın şəxsi heyətindən «həyəcan» əmri ilə qəbul etdikləri döyüş sursatlarını təhvil alan əsgər X2 etmək bəhanəsi ilə patronların sayılıb daraqlara yığılmasında iştirak edərkən, həmin hərbi hissəyə məxsus bir ədədinin dəyəri 96 (doxsan altı) qəpik, ümumi dəyəri isə 01 (bir) manat 92 (doxsan iki) qəpik olan iki ədəd 7,62 mm Çaplı PS patronunu gizli yolla talamış və döşəmənin üzərinə atıb ayağı ilə orada olan dolabın altın a sürüşdürərək qanunsuz olaraq gizlədib saxlamışdır. Bundan sonra Məhkum1 və Məhkum2 özlərinin əl-barmaq izlərini patronların üzərinə qoymamaq və araşdırma zamanı ifşa olmamaq üçün həmin patronların əsgər yataqxanasına daşınması və X9un üzərində yerləşdirilməsi fiziki və psixoloji təzyiqlər göstərməklə öz iradəsinə tabe etdiyi tağımın digər əsgərlərinə icra etdirmək barədə sövdələşmiş və bu məqsədlə həmin gün saat 12 radələrində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə İntizam nizamnaməsinin 1 və 3-cü maddələrinin tələblərini təkrarən kobud surətdə pozaraq «böyük» kimi «xüsusi» statusa malik olmalarından istifadə e dib həmin vaxt əsgər yataqxanasında olan tağımın əsgəri X7 zor tətbiq etməklə və şəxsiyyətini alçaldıb rüsvay etməklə hədələyərək, həmin patronları gizlətdikləri yerdən götürüb gizli şəkildə əsgər yataqxanasına gətirməsini tələb etmişlər. X4 hədələrin reallaşacağından qorxaraq, onların tələbinə əsasən Məhkum1 müşaiyəti ilə məişət otağına gedib onların dolabın altında gizlədib saxladıqları patronları götürmüş və şalvarının sağ yan cibinə qoyaraq əsgər yataqxanasında onu gözləyən əsgər Məhkum2 gətirmişdir. Bu zaman Məhkum2 həmin patronları X9un buşlatının boyunluq hissəsinə yerləşdirməyi ondan tələb etsə də, X4 imtina etdiyi üçün tağımın digər əsgəri X15 əsgər yataqxanasında yanına çağırıb qanunsuz olaraq üzərində saxlayıb gəzdirdiyi iki ədəd 7,52 mm Çaplı PS patronunu ona verərək gizli şə kildə əsgər X9un əsgər yataqxanasında saxladığı buşlatının boyunluq hissəsinə yerləşdirilməsini tələb etmiş, istəyini icra etmədiyi halda Məhkum1lə birlikdə onu döyərək əsgər X3 da pis vəziyyətə salacaqlarını, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verməklə onu rüsvay edəcəklərini bildirib hədələmişlər. X13 hədələrin reallaşacağından qorxub razılaşdıqdan sonra Məhkum2 əsgər yataqxanasının giriş hissəsində dayanıb keşik çəkmiş, X13 isə ona təqdim edilən iki ədəd 7,62 mm çaplı PS patronunu əsgər X9un buşlatının boyunluq hissəsinə yerləşdirmişdir. Ardınca həmin gün saat 15 radələrində Məhkum1 3-cü taborun rabitə qovşağının arxasında əsgər X17 yaxınlaşıb ona döyməklə və şəxsiyyətini alçaldıb rüsvay etməklə hədə-qorxu gələrək komandirləri X9un üzərində döyüş sursatının olması ba rədə məlumat verməsini, X16 bununla razılaşmadıqda isə mobil telefon və «pleyer» musiqi cihazının olması barədə bildirməsini təkidlə tələb etmiş, X16 hədələrin reallaşacağından qorxaraq həmin gün saat 17 radələrində manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X11 X9un mobil telefonunun olması barədə məlumat vermiş və saat 18 radələrində bu barədə maraqlanan Məhkum2 istədikləri məlumatı komandirə çatdırdığını bildirmişdir. Həmin gün saat 18:20 radələrində tağım komandiri leytenant X10 tağımın şəxsi heyətinin üzərinə baxış keçirən zaman əsgər X9un buşlatının boyunluq hissəsindən iki ədəd 7,62 mm çaplı PS patronunu aşkar edərək götürmüş və beləliklə də Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında suni ittiham sübutları yaradıb bilə-bilə yalan məlum at verməklə X9un barəsində araşdırma başlanılmasına nail olmuşdur. Məhkum2 N nömrəli hərbi hissənin Ağdam rayonunun Təzəkənd kəndində yerləşən 3-cü taborunun 8-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının snayperi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 27 mart 2019-cu il tarixdə, saat 10 radələrində əsgər Məhkum1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla döyüş sursatlarını əldə edərək, onların cinayət əməlləri barədə hərbi hissə komandanlığına və təhqiqat orqanına izahat vermiş əsgər X9 üzərinə gizli şəkildə yerləşdirməklə süni ittiham sübutları yaradıb bilə-bilə yalan məlumat verərək X9un özünün cinayət məsuliyyətinə cəlb edilməsinə nail olub onu «cəzalandırmaq», eləcə də onların qanunsuz əməlləri barədə məlu mat vermək istəyən digər hərbi qulluqçuları qorxudub şikayət etməkdən çəkindirmək qərarına gəlmişlər. Aralarında olan razılığa əsasən Məhkum1 həmin gün saat 11:30 radələrində əsgər yataqxanasının məişət otağına gedib orada tağımın şəxsi heyətindən «həyəcan» əmri ilə qəbul etdikləri döyüş sursatlarını təhvil alan əsgər X2 etmək bəhanəsi ilə patronların sayılıb daraqlara yığılmasında iştirak edərkən, həmin hərbi hissəyə məxsus bir ədədinin dəyəri 96 (doxsan altı) qəpik, ümumi dəyəri isə 01 (bir) manat 92 (doxsan iki) qəpik olan iki ədəd 7,62 mm çaplı PS patronunu gizli yolla talamış və döşəmənin üzərinə atıb ayağı ilə orada olan dolabın altına sürüşdürərək qanunsuz olaraq gizlədib saxlamışdır. Bundan sonra Məhkum1 və Məhkum2 özlərinin əl-barmaq izlərini patronların üzərinə qoymamaq və araşdı rma zamanı ifşa olmamaq üçün həmin patronların əsgər yataqxanasına daşınması və X9un üzərində yerləşdirilməsi fiziki və psixoloji təzyiqlər göstərməklə öz iradəsinə tabe etdiyi tağımın digər əsgərlərinə icra etdirmək barədə sövdələşmiş və bu məqsədlə həmin gün saat 12 radələrində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə İntizam nizamnaməsinin 1 və 3-cü maddələrinin tələblərini təkrarən kobud surətdə pozaraq «böyük» kimi «xüsusi» statusa malik olmalarından istifadə edib həmin vaxt əsgər yataqxanasında olan tağımın əsgəri X7 zor tətbiq etməklə və şəxsiyyətini alçaldıb rüsvay etməklə hədələyərək, həmin patronları gizl ətdikləri yerdən götürüb gizli şəkildə əsgər yataqxanasına gətirməsini tələb etmişlər. X4 hədələrin reallaşacağından qorxaraq, onların tələbinə əsasən Məhkum1 müşaiyəti ilə məişət otağına gedib onların dolabın altında gizlədib saxladıqları patronları götürmüş və şalvarının sağ yan cibinə qoyaraq əsgər yataqxanasında onu gözləyən əsgər Məhkum2 gətirmişdir. Bu zaman Məhkum2 həmin patronları X9un buşlatının boyunluq hissəsinə yerləşdirməyi ondan tələb etsə də, X4 imtina etdiyi üçün tağımın digər əsgəri X15 əsgər yataqxanasında yanına çağırıb qanunsuz olaraq üzərində saxlayıb gəzdirdiyi iki ədəd 7,62 mm çaplı PS patronunu ona verərək gizli şəkildə əsgər X9un əsgər yataqxanasında saxladığı buşlatının boyunluq hissəsinə yerləşdirilməsini tələb etmiş, istəyini icra etmədiyi halda Məhkum1lə birl ikdə onu döyərək əsgər X3 da pis vəziyyətə salacaqlarını, şəxsiyyətini alçaldaraq bu barədə şəxsi heyətə məlumat verməklə onu rüsvay edəcəklərini bildirib hədələmişlər. X13 hədələrin reallaşacağından qorxub razılaşdıqdan sonra Məhkum2 əsgər yataqxanasının giriş hissəsində dayanıbkeşik çəkmiş, X13 isə ona təqdim edilən iki ədəd 7,62 mm. Çaplı PS patronunu əsgər X9un buşlatının boyunluq hissəsinə yerləşdirmişdir. Ardınca həmin gün saat 15 radələrində Məhkum1 3-cü taborun rabitə qovşağının arxasında əsgər X17 yaxınlaşıb ona döyməklə və şəxsiyyətini alçaldıb rüsvay etməklə hədə-qorxu gələrək komandirlrə X9un üzərində döyüş sursatının olması barədə məlumat verməsini, X16 bununla razılaşmadıqda isə mobil telefon və «pleyer» musiqi cihazının olması barədə bildirməsini təkidlə tələb etmiş, X16 həd ələrin reallaşacağından qorxaraq həmin gün saat 17 radələrində manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X11 X9un mobil telefonunun olması barədə məlumat vermiş və saat 18 radələrində bu barədə maraqlanan Məhkum2 istədikləri məlumatı komandirə çatdırdığını bildirmişdir. Həmin gün saat 18:20 radələrində tağım komandiri leytenant X10 tağımın şəxsi heyətinin üzərinə baxış keçirən zaman əsgər X9un buşlatının boyunluq hissəsindən iki ədəd 7,62 mm çaplı PS patronunu aşkar edərək götürmüş və beləliklə də Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında suni ittiham sübutları yaradıb bilə-bilə yalan məlumat verməklə X9un barəsində araşdırma başlanılmasına nail olmuşdur. Hökmdən məhkumların müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətlərinə və dövl ət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri və apelyasiya protesti təmin edilmədən, Tərtər Hərbi Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanlmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Məhkum1 və Məhkum2 27 mart 2019-cu il tarixdə hərbi hissədə aşpaz vəzifəsində işləyən mülki şəxs X35lə söhbət zamanı qanunsuz yolla döyüş sursatlarını əldə etmək və əsgər X9 üzərinə gizli şəkildə yerləşdirərək onu cəzalandırmaq barədə qabaqcadan razılığa gəlmiş və aralarında əvvəlcədən olan bu razılığa əsasən Məhkum2 əsgər yataqxanasına gedib orada gözləmiş, Məhkum1 isə əsgər yataqxanasının məişət otağına gedib orada döyüş sursatlarını təhvil alan əsgər X2 etmək bəhanəsi ilə patronların sayılıb daraqlara yığılmasında iştirak edərkən, həmin hərbi hissəyə məxsus iki ədəd 7,62 mm çaplı PS patronunu gizli yolla talamış və döşəmənin üzərinə atıb ayağı ilə orada olan dolabın altına sürüşdürərək qanunsuz olaraq gizlədib saxlamışdır. Bundan sonra Məhkum1 və Məhkum2 özlərinin əl-barmaq izlərini patronların üzərinə qoymamaq və araşdırma zamanı ifşa olmamaq üçün həmin patronların əsgə r yataqxanasına daşınması və X9un üzərində yerləşdirilməsini tağımın digər əsgərlərinə icra etdirmək barədə sövdələşmiş və bu məqsədlə həmin gün saat 12 radələrində tağımın əsgəri X7 hədələyərək, həmin patronları gizlətdikləri yerdən götürüb gizli şəkildə əsgər yataqxanasına gətirməsini tələb etmişlər. X4 onların tələbinə əsasən Məhkum1 müşaiyəti ilə məişət otağına gedib onların dolabın altında gizlədib saxladıqları patronları götürmüş və əsgər yataqxanasında onu gözləyən əsgər Məhkum2 gətirmişdir. Bu zaman Məhkum2 həmin patronları X9un buşlatının boyunluq hissəsinə yerləşdirməyi ondan tələb etsə də, X4 imtina etdiyi üçün bu işi tağımın digər əsgəri X12 həvalə etmişlər. X13 hədələrin reallaşacağından qorxub razılaşdıqdan sonra Məhkum2 əsgər yataqxanasının giriş hissəsində dayanıb keşik ç əkmiş, X13 isə ona təqdim edilən iki ədəd patronu əsgər X9un buşlatının boyunluq hissəsinə yerləşdirmişdir. Ardınca həmin gün Məhkum1 3-cü taborun əsgəri X17 yaxınlaşıb ona hədə-qorxu gələrək komandirlərə X9un üzərində döyüş sursatının olması barədə məlumat verməsini, X16 bununla razılaşmadıqda isə mobil telefon və «pleyer» musiqi cihazının olması barədə bildirməsini təkidlə tələb etmiş, X16 hədələrin reallaşacağından qorxaraq həmin gün saat 17 radələrində manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X11 X9un mobil telefonunun olması barədə məlumat vermiş və saat 18 radələrində bu barədə maraqlanan Məhkum2 istədikləri məlumatı komandirə çatdırdığını bildirmişdir. Bu xüsusatlar məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxslər X13, X16,X9, X4, şa hid X5 və digərlərinin ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, Məhkum1 və Məhkum2 arasında döyüş sursatlarını talama cinayətini törətməzdən əvvəl patronların haradan və necə oğurlanması, saxlanması, sonrakı planlarının həyata keçirilməsi və s. barədə birlikdə müzakirə aparılaraq əvvəlcədən razılığa gəlinmiş, onların arasında cinayətkar niyətin həyata keçirilməsi üçün müvafiq rol bölgüsü aparılmış və onlar bu plana əsasən öz cinayətkar əməllərini yerinə yetirməyə müvəffəq olmuşlar. Ona görə də onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılıq kimi deyil, birgə icraçılıq kimi ixtisaslaşdırılmışdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 əməlləri CM-nin 232.2.1, 228.2.1, 296.2-ci maddələri ilə düzgün tövsif olunmuş və onlara qarş ı göstərilən maddələrlə düzgün olaraq ittiham irəli sürülmüşdür. Məhkəmə isə onların əməlini müvafiq olaraq CM-nin 232.1 və 32, 232.1 -ci maddələrinə tövsif etməklə yanlışlığa yol vermişdir. Həmçinin birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən onların törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini, xarakterini düzgün nəzərə almamış, məhkumların şəxsiyyətinə və cinayətin xarakterinə açıq-aydın uyğun gəlməyən və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngüllüyünə görə açıqaydın ədalətsiz cəza təyin etmiş, apelyasiya məhkəməsinin məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşaraq qərarda onun möhkəmləndirilməsinə uyğun əsaslandırma aparmışdır. Bundan başqa məhkəmə tərəfindən cəza təyin edilərkən məhkumun faktiki olaraq hərbi qulluqçu olmaqla Sil ahlı Qüvvələrin müvafiq nizamnamələrinin tələbləri baxımından onların vəzifələri, hadisənin baş vermə şəraiti və yeri, məhkumların şəxsiyyəti, onların hərbi xidmət qaydalarına qəsd etməklə cinayət əməli törətməkdə təqsirli olması, habelə törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi obyektiv qiymətləndirilməmişdir. Məhkəmə Məhkum1 və Məhkum2 16 ay müddətində döyüş şəraitində yerləşən hərbi hissədə xidmət etmələrini, ailə üzvlərinin işsiz olmaqla ağır ailə vəziyyətində yaşamalarını düzgün olmayaraq CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və cəza təyin edilərkən onların əməlində cəzanı ağırlaşdıran halın olmasını, yəni cinayətləri qrup şəklində törətmələrini nəzərə almamışdır. Bu baxımdan həm müddətli həqiqi hərbi xidmət, həm də könüll ülük əsasında müqavilə ilə xidmətə görə əmək haqqı alan və qanunvericilikdə nəzərdə tutulan digər imtiyazlardan istifadə edən şəxsin harada olmasından asılı olmayaraq Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçməsi və ehtiyata tərxis olunmasını da cəzanı yüngülləşdiran hal kimi qəbul edilməsinin heç bir əsası yoxdur. Bundan başqa, məhkəmə cəza təyini zamanı bilavasitə məhkumun şəxsiyyətinə aid olmayan halları, yəni (ailə üzvlərinin işsiz olmalarını və s.) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən isə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı təqsirkarın özünün şəxsiyyəti nəzərə alınır. Qanunda qohumların, yaxın qohumların, ailə üzvlərinin şəxsiyyətinə aid məlumatların nəzərə alınması gö stərilməmişdir. Məhkəmə həmçinin cəzanı yüngülləşdirən halların mövcudluğu barədə gəldiyi nəticələri hökmdə əsaslandırmamışdır. Məsələn məhkumların ailə vəziyyətinin ağır olması, ağır ailə şəraitində yaşaması yalnız məhkumların özlərinin ifadəsinə əsaslanmışdır. Bu isə həmin halların müəyyən edilməsi üçün kifayət hesab edilə bilməz. Yəni onlar mötəbər və yekun nəticəyə gəlməyə imkan verə biləcək həcmdə deyildirlər.(CPM-nin 146.1-ci mad). Qanunun tələbinə görə cəzanı yüngülləşdirən hallar da sübutlara əsasən müəyyən edilməlidirlər (CPM- nin 139.0.5-ci mad.) Nəhayət, məhkəmə tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edilərkən, «cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi i lə tətbiq edilməsi barədə» cəzanın məqsədini müəyyən edən CM-nin 41.2-ci maddəsinin tələbi də nəzərə alınmamış, əsassız olaraq onlara həddindən artıq yüngül cəza təyin edilmişdir. Odur ki, protest müəllifi qeyd olunanları nəzərə alaraq Məhkum1 Azərbaycan Respublikası CM-in 228.2.1, 232.1, 296.2-ci, Məhkum2 Azərbaycan Respublikası CM-in 228.2.1, 32.5,232.1 və 296.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarını ləğv edərək işi apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Protest müəllifi Məhkum1 Azərbaycan Respublikası CM-in 228.2.1, 232.1, 296.2-ci, Məhkum2 Azərbaycan Respublikası CM-in 228.2.1, 32.5,232.1 və 296.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarını ləğv edərək işi apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, məhkumlar Məhkum1 və Məhkum2 qanunsuz yolla döyüş sursatlarını əldə etmək və əsgər X9 üzərinə gizli şəkildə yerləşdirərək onu cəzalandırmaq barədə qabaqcadan razılığa gəlmiş və aralarında əvvəlcədən olan bu razılığa əsasən Sadıqov əsgər yataqxanasına gedib orada gözləmiş, Məhkum1 isə əsgər yataqxanasının məişət otağına gedib orada döyüş sursatlarını təhvil alan əsgər X2 etmək bəhanəsi ilə patronların sayılıb daraqlara yığılmasında iştirak edərkən, həmin hərbi hissəyə məxsus iki ədəd 7,62 m m çaplı PS patronunu gizli yolla talamış və döşəmənin üzərinə atıb ayağı ilə orada olan dolabın altına sürüşdürərək qanunsuz olaraq gizlədib saxlamışdır. Bu razılaşma əsasında olsa da əsgər Məhkum2 əsgər yataqxanasına gedib orada gözləməsi, Məhkum1 əsgər yataqxanasının məişət otağına gedib orada döyüş sursatlarını oğurlamasında heç bir rol oynamamışdır. Azərbaycan Respublikası CPM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Beləliklə Məhkum2 nə cinayəti, yəni hərbi hissəyə məxsus iki ədəd 7,62 mm çaplı PS patronunun giz li yolla talanmasını bilavasitə törətmiş şəxs, nə də başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxsdir. Ona görə də onun cinayətin birgə icraçısı kimi ittiham olunmalı olması barədə kassasiya protestinin dəlili əsassız hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi q abaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Göstərilənlərə əsasən Məhkum1 cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 232.1-ci madəsinə və Məhkum2 cinayət əməlinin həmin Məcəllənin 32.5, 232.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də bu barədə kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Kassasiya protestinin digər dəlilləri cəzanı yüngülləşdirən halların əsassızlığı və məhkumlara təyin edilmiş cəzaların yüngüllüyü barədədir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin sanksiyasında 3 ildən 5 ilədək müddətə, CM-nin 232.1-ci maddəsinin sanksiyasında 3 ildən 5 ilədək müddətə, CM-nin 296.2-ci maddəsini sanksiyasında isə 3 ilədək müddətə azadlıqdan məhru m etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkumlarl göstərilən maddələrin sanksiyaları həddində cinayətlərin törədilməsində iştirak dərəcələri nəzərə alınaraq cəzəlar təyin edilmişdir. Həm ittiham aktından və həm də birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, hər iki məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 296.2-ci madəsinə münasibətdə məhkumların cəzasını ağırlaşdıran hal müəyyən edilsə də, onların törətdikləri başqa cinayətlərə münasibətdə belə hal müəyyən edilməmişdir. Ona görə də, hər iki məhkuma təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsinin sanksiyasının nisbətən yuxarı həddində azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xa rakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci madəsinə əsaəsn cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Birinci instansiya məhkəməsi məhkumların ailə üzvlərinin işsiz olmaqla ağır vəziyyətdə yaşamalarını cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə aldığını hökmdə göstərmişdir. Kassasiya protestində göstərilir ki, bu hallar yalnız məhkumların ifadələrinə istinadən nəzərə alınmışdır. Daha sonra protestdə göstərilir ki, qanunda qohumların, yaxın qohumların, ailə üzvlərinin şəxsiyyətinə aid məlumatların nəzərə alınması göstərilməmişdir. Cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı olması qanunda nəzərdə tutulduğundan bu barədə dəlillər əsassızdır. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd edir ki, məhkumların cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədiyindən təqsirli bilindikləri maddələrin sanksiyaları həddlərində cəzalar təyin edildiyi halda cəzaların həddindən artıq yüngül hesab edilməsi əsaslı sayıla bilməz. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Res publikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 228.2.1. 232.1 və 296.2-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 32.5,232.1 və 296.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-44/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-44/2021
31.08.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver