Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-44/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X2 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tə rəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər İ.Quliyev (sədrlik edən),,Sarıyev (məruzəçi), V.Nəsirovdan ibarət tərkibdə) 1(098)-178/2021 nömrəli 06 avqust 2021-ci il tarixli qərarı ilə xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, ailəli, himayəsində iki аzyаşlı övladı оlаn, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu S.Əsgərova küçəsi dalan 1, ev 2-də qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 179.2.1 və 179.2.3-cü mаddələri ilə dövlət ittihamçısının imtinа edilməsi ilə əlaqədar, CM-in 228.4 və 312-1.1-ci mаdd ələri ilə CM-in 74-cü mаddəsinə əsаsən şərаitin dəyişməsi ilə əlаqədаr cinаyət məsuliyyətindən аzаd оlunmuş və onun bаrəsində olan cinаyət təqibinə xitam verilmişdir. Qərarla həmçinin Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 179.2.1, 179.2.3, 228.4 və 311.1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamış, qanunsuz olaraq soyuq silahı satmış, vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla, şəxsən maddi neməti istəmiş və almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölməsinin (Q4) raket artilleriya silahları xidmət rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən 2018-ci ilin dekabr ayının əvvəllərində hərbi hissənin maddi-texniki təminat bölməsinin silah anbar rəisi, baş gizir Təqsirləndirilən şəxs2 ona hərbi hissənin köhnə silah anbarından sursat daşıyan zaman yeşiklərin altından 5 ədəd, anbarın damından 2 ədəd, cəmi N (yeddi) ədəd olmaqla hərbi hissəyə məxsus, lakin “silah və sursatın varlığı kitabı”nda qeydiyyatının və uçotunun aparılmadığı süngü bıçaq tapdığını bildirsə də, qabaqcadan əlbir olaraq bu barədə hər ikisi hərbi hissə komandanlığına məlumat vermədən həmin süngü bıçaqları öz mənafeləri üçün, yəni nə vaxtsa anbarda çatışmazlıq olarsa istifadə etmək və ya satmaq məqsədilə hərbi hissənin ərazisində yerləşən silah anbarında gizlətməklə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş hərbi hissənin RAS əmlakını mənimsəyərək talamışdır. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin mart ayının əvvəllərində baş gizir Təqsirləndirilən şəxs2 ona xidməti otağında yaxınlaşaraq N nömrəli hərbi hissənin zabiti, leytenant Şahid1 yanına gəldiyini və komandiri olduğu bölükdə N (yeddi) ədəd süngü bıçağı itirdiyindən çatışmazlığın aradan qaldırılmasında pul müqabilində kömək istədiyi barədə məlumat vermiş və həmin vaxt tаnışı N nömrəli hərbi hissənin 1-ci tabor komandiri, mərhum kapitan X3 da оnа zəng e dərək qeyd edilən çatışmazlığın aradan qaldırılmasında kömək etməyini xahiş etdikdən sonra N (yeddi) ədəd süngü bıçağı 1200 (min iki yüz) mаnаt pul müqabilində satmaqla bağlı aralarında razılıq əldə olunmuş və həmin razılığa əsasən baş gizir Təqsirləndirilən şəxs2 talayaraq anbarda gizlətdikləri N (yeddi) ədəd süngü bıçağını qeyd edilən məbləğdə pul müqabilində leytenant Şahid1 verməyi və əldə olunan pulu aralarında hər birinə 600 (altı yüz) manat olmaqla bölüşdürməyi bildirmişdir. O, həmin gün P.Həsənоvlа birgə öz qulluq mövqeyindən istifadə edərək əvvəlcədən mənimsəyərək taladıqları süngü bıçaqları üzərində hər hansı nömrə və fərqləndirici nişan olmadığından hərbi hissənin qeydiyyatında olaraq silah anbarında saxlanılan süngü bıçaqları ilə dəyişdirib hər birinin qiyməti 96 (dоxsаn аltı) manat olmaqla cəmi 672 (аltı yüz yetmiş iki) manat dəyərində soyuq silah hesab edilən N (yeddi) ədəd istifadəyə yararlı süngü bıçağı hərbi hissənin silаh аnbаrının yaxınlığında Şahid1 təqdim edib bunun müqаbilində sоnuncudаn 1200 (min iki yüz) manat pul аlmаqlа soyuq silahı qanunsuz olaraq satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2019-cu ilin noyabr ayının 25-dən 29-dək hərbi hissənin 2-ci taboruna məxsus döyüş maşınları sınaq atışının praktiki yerinə yetirilməsi ilə əlaqədar təlim meydanına getməzdən əvvəl hərbi hissə komandanlığının müvafiq əmrinə əsasən bölüklərin döyüş maşınlarında olan mərmi və patronlar yeşiklərə boşaldılaraq saxlanılması üçün hərbi hissənin silah anbarına yığılmış, təlimdən qayıtdıqdan sonra mərmilər maşınlara yerləşdirilən zaman 6-cı bölüyə məxsus N ədəd 30 mm OFZ mərmisi silah anbarında unudulduğundan № 049 PDM-2 maşınında eyni sayda mərmi çatışmazlığı yaranmış və həmin vaxt bölük komandiri, kapitan X4 ondan mərmilərin anbarda qalıb-qalmadığı barədə maraqlanan zaman işlərinin çox olduğunu bəhanə edərək boş vaxtında anbara baxacağını bildirsə də, bir neçə ay ərzində mərmilərin anbarda qalmağı barədə heç bir məlumat verməmiş və həmin mərmiləri bölüyə qaytarmamışdır. Daha sonra 2020-ci ilin mart ayının sonlarında bölük komandiri dəyişdiyinə görə həmin maşının heyət nəfəri MAHHXHQ, əsgər Şahid3 döyüş texnikasında olan mərmi çatışmazlığından narahat olaraq bu barədə ondan kömək etməyi xahiş etdikdə mərmilərin anbarda qaldığını deməyib bölük komandirinin yanına gəlməsini tapşırmışdır. Həmin gün 6- cı bölük komandiri, leytenant X7 ilə söhbət zamanı mərmilərin anbarda unudulduğunu bildirməmiş və sonuncu ondan çatışmazlığın aradan qaldırılmasında kömək etməyi xahiş etdikdə kömək edəcəyini vəd edib vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar hərəkətsizliyinə, yəni çatışmazlıq barədə hərbi hissə komandanlığına məlumat verməyib buna görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa yolla rüşvət olaraq 400 (dörd yüz) manat pul istəmiş və aralarında olan razılığa əsasən N ədəd 30 mm OFZ mərmisi verməyi müqabilində həmin gün xidməti otağında O.R.Nəbiyevdən 400 (dörd yüz) manat pul almaqla, vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya l aqeydlik müqabilində özü üçün birbaşa olaraq şəxsən maddi nemət olan pulu rüşvət olaraq almışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və İmanverdi Şükürov) 1-1(107)-2/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini o nunla əsaslandırmışdır ki, apelyasiya protestindəki dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq hüquqi qiymət verilməmiş, irəli sürülmüş arqumentlərə qarşı kifayət qədər və zəruri əsaslandırma aparılmadan protestin dəlillərinin əsassız olması qənaətinə gəlinməklə, yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticənin təkrarən qərarda yazılması ilə kifayətlənilmiş və nəticə etibarilə düzgün və ədalətli qərarın qəbul edilməsi təmin edilməmişdir. Ona görə də, məhkəmənin Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini CM-in 311.1-ci maddəsindən həmin Məcəllənin 312-1.1-ci maddəsinə tövsif etməsi ciddi mübahisə doğurur. Məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, O.Nəbiyevlə Təqsirləndirilən şəxs1 arasında sonuncunun ona ümumi himayədarlıq edəcəyi və ya ümumi la qeydlik göstərəcəyi barədə heç bir razılaşma olmamışdır. Ancaq cinayət işinin materiallarından və iş üzrə həm təqsirləndirilən şəxs, həm də şahidlərin ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs1 anbarda yaranan çatışmazlıq barədə hərbi hissə komandanlığına məlumat verməyib buna görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa yolla rüşvət olaraq O.Nəbiyevdən 400 (dörd yüz) manat pul istəmiş və qeyd olunan maddi neməti rüşvət olaraq almışdır. Bundan başqa, məhkəmə qərarında Təqsirləndirilən şəxs1 CM-in 311-ci maddəsinin subyekti olmadığını, onun leytenant O.R.Nəbiyevə ümumi himayədarlıq və ya ümumi laqeydlik göstərmək imkanlarına malik olmadığını qeyd etmiş və əməlin həmin maddədən CM-in 312-1.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı Tərtər Hərbi Məhkəm əsinin mövqeyi ilə razılaşmışdır. Cinayət işi üzrə toplanmış sübutlarla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə vəzifəli şəxs olmaqla, hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olan hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək və bununla bağlı qərarlar vermək səlahiyyətlərinə malik olmuşdur. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs olmaqla, həmin səlahiyyətləri əsasında leytenant X6 ümumi himayədarlıq və ya ümumi laqeydlik göstərmək imkanlarına malik olmuşdur. Belə ki, anbardan silah sursatın alınıb verilməsinin təqsirləndirilən şəxsin y ox, anbar rəisinin səlahiyyətlərinə aid olduğu barədə Orxan Nəbiyevin məlumatı olmuş, lakin o, Təqsirləndirilən şəxs1 anbar rəisinə bu barədə, yəni çatışmazlığın aradan qaldırılması ilə bağlı göstərişlər vermək səlahiyyətində olduğunu bilmiş, bu səbəbdən digər şəxsə deyil, məhz bu barədə ona müraciət olunmuş. Təqsirləndirilən şəxs1 da öz növbəsində patron çatışmazlığının aradan qaldırılmasını öz boynuna götürmüş, anbardan silah sursatın verilməsi üçün anbar rəisinin qərarına real təsir göstərmək imkanında olduğundan, 400 manatı aldıqdan sonra anbardan N ədəd patronun 6-cı bölüyə (həmin patronlar əslində 6cı bölüyün özünə aid olsa da belə) verilməsinə göstəriş vermişdir. Bundan başqa, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan məbləğdə rüşvəti həm də xidməti vəzifəsini n icrası ilə əlaqədar hərəkətsizliyinə, yəni çatışmazlıq barədə hərbi hissə komandanlığına məlumat verməməsinə görə almışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlamamış və qiymətləndirməmişdir. Beləliklə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, cinayət işi üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməmiş, CPM-in 143-146-ci maddələrinin tələblərinə əsas ən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs1 əməli əsassız olaraq CM-in 311.1-ci maddəsindən həmin Məcəllənin 312-1.1-ci maddəsinə tövsif olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassas iya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Təqsirləndiril ən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsindən həmin Məcəllənin 312-1.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri qərarlarda göstərmişlər ki, Təqsirləndirilən şəxs1la leytenant X5 arasında pul müqabilində sonuncuya ümumi himayədarlıq edəcəyi və ya ümumi laqeydlik göstərəcəyi barədə heç bir razılaşma olmamış, ümumiyyətlə təqsirləndirilən şəxs öz vəzifə səlahiyyətlərinin dairəsinə görə də leytenant O.R.Nəbiyevə ümumi himayədarlıq və ya ümumi laqeydlik göstərmək imkanlarına malik olmadığından Təqsirləndirilən şəxs1 CM-in 311-ci maddəsi ilə təqsirləndirilməsi üçün əsaslar olmamış və onun əməlini CM-in 312-1.1ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi məhkəmələrin bu nəticəyə gəlmələri X10 Rəcəbov arasında sonuncunun O.Nəbiyevə ümumi himayədarlıq edəcəyi və ya ümumi laqeydlik göstərəcəyi barədə heç bir razılaşmanın olmaması ilə əlaqədar olmuşdur. Məhkəmə kollegiyası bu fikirlə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsinə əsasən rüşvət alma dedikdə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 311. 1-ci maddəsinin subyekti yalnız vəzifəli şəxs olar bilər. Lakin Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti isə “Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanununun 2.1.9-cu maddəsində nəzərdə tutulan, yəni öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər ola bilər. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölməsinin raket artilleriya silahları xidmət rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olmuşdur. Hazırki cinayət işi üzrə vəzifəli şəxs olmaqla, hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişmə si və ya xitam olunması kimi nəticələrə səbəb olan hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək və bununla bağlı qərarlar vermək səlahiyyətlərinə malik olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab o lunurlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 87-ci maddəsində alayın (briqadanın) artilleriya silahları xidməti rəisinin vəzifələri göstərilmişdir. Bunlara aşağıdakılar aiddir: -alayda (briqadada) olan silahların və döyüş sursatının sayını və texniki vəziyyətini bilmək, xidmət üzrə uçot və hesabat işləri aparmaq; -silahların, döyüş sursatının və əmlakın artilleriya anbarında düzgün saxlanılmasını təşkil etmək, alayın (briqadanın) bölmələrində onların sayına və vəziyyətinə nəzarət etmək; ildə iki dəfədən az olmayaraq, onların texniki vəziyyətlərini yoxlamaq, -alay (briqada) bölmələrində tabeldə olmayan silahların, döyüş sursatının və əmlakın saxlanılmasına yol verməmək; -artilleriya anbarının işinə rəhbərlik etmək. Daxili Xidmət Nizamnaməsinin 9-cu mad dəsinə əsasən tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır, rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində qoşun (gəmi) təsərrüfatının aparılması haqqında Təlimat”ın 2.43-cü bəndinə əsasən anbar rəisləri - hərbi hissənin müvafiq xidmət rəislərinə tabedir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən qanunun və təlimatın normalarından açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs1 hərbi hissənin silah anbarından N ədəd mərminin leytenant X6 verilməsi barədə anbar rəisinə göstəriş verməsi məhz onun xidməti vəzifəsinin icrası ilə əlaqədar olmuş və onun xidməti səlahiyyətlərindən irəli gələn hərəkətdir. Belə olan halda Təqsirləndirilən şəxs1 tərəfindən bu hərəkətin edilməsinə görə pulun alınmasını Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə nüfuz alveri kimi tövsif etmək əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 349.4-cü maddəsinə görəməhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmə kollegiyasının q ənaətinə görə məhkəmələrin Təqsirləndirilən şəxs1 əməlinin tövsifinə dair gəldiyi nəticə cinayət təqibi üzrə müəyyən edilmiş işin faktiki halları ilə uzlaşmır, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əlamətlərinin olması cinayət işi üzrə toplanmış sübutlarla müəyyən olunmur və həmin sübutlara uyğun gəlmir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, kassasiya protesti təmin edilməli, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına qaytarılsın. Kassasiya protesti təmin edilsin.
Məhkəmə qərarları › İş №1-1(102)-44/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-44/2022
27.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver