Məhkəmə qərarları › İş №1-1(102)-44/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-44/2023

09.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-44/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə x xxxxxx 1991-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli ra yonu, Çaxırlı kəndində qeydiyyatda olan, N saylı hərbi hissədə gizir rütbəsində xidmət etmiş, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.4 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Fizuli Hərbi Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.Z.Süleymanov (sədrlik edən), Ə.B.Nəcəfov və F.M.Ağamalıyev) Məhkum - Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət v erilmiş, CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 3 oktyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və İ.Q.Abdullayev) apellyasiya protesti təmin edilmiş, Füzuli Hərbi Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfi ndən verilmiş apellyasiya protestinə əsasən ləğv edilmişdir. Füzuli Hərbi Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum barəsində CM-in 126.2.4-cü maddəsinə münasibətdə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum CM-in 29, 120.2.4 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 29, 120.2.4-cü maddəsi ilə CM-n 62ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhku m 3 oktyabr 2020-ci il tarixdən 3 may 2022-ci il tarixədək həbsdə qaldığı 1 il 7 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əlahiddə N mm-lik minaatan batareyasının baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən, 03 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində xidməti zərurətlə əlaqədar xidmət etdiyi batareyanın Füzuli rayonunun Horadiz şəhəri ərazisindəki daimi yerləşmə mövqeyinə gəldiyi zaman əşya anbarının qapısının açıq olduğunu, o rada saxlanılan bəzi əşyaların yerində olmadığını görmüş, lakin gecə vaxtı olduğundan heç kimə heç nə demədən yataqxanada gecələmişdir. Həmin gün, səhər saatlarında gizir Ş. İsgəndərov N nömrəli hərbi hissənin 4-cü tabor N mm-lik minaatan batareyasının 1-ci tağımının 1-ci minaatanının baş tuşlayıcısı, əsgər X11 görüb onu əvvəllər N mm-lik minaatan batareyasında xidmət etməsi ilə əlaqədar tanıdığından ondan əşya anbarından əşyaların və digər ləvazimatların kim tərəfindən götürülməsini soruşmuş, sonuncu isə anbarın qapısının qıfılını qıraraq yalnız şəxsi heyətin içməsi üçün su götürdüyünü, digər əşyalar barədə məlumatının olmadığını bildirmişdir. Gizir Məhkum həmin gün, yəni saat 09 radələrində yataqxananın 4-cü giriş qapısından içəri keçərək orada yerləşən otaqlara baxıb bayıra çıxdıqda qap ının qarşısında əsgər Zərərçəkmiş şəxshəmin batareyanın bir neçə əsgəri ilə siqaret çəkdiyini görüb sonuncuya əşyaların itməsində onun günahkar olduğunu və barəsində tədbir görəcəyini deyərək, ünvanına nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs də ona eyni qaydada cavab qaytarmışdır. Məhkum Zərərçəkmiş şəxsnalayiq ifadə işlədərək ona cavab qaytarmasına əsəbiləşərək qisas almaq məqsədilə sonuncunu öldürmək qərarına gəlmiş, bu məqsədlə üzərində olan özünə təhkim olunmuş AKMS markalı “TE-9587” nömrəli 7.62 mm kalibrli avtomat silahın qoruyucusunu açıb avtomatik atış rejimində döyüşə hazır vəziyyətə gətirmiş, bundan sonra silahın lüləsini özündən təxminən 20 metr məsafədə yataqxananın qapısının qarşısında çöldə dayanan Zərərçəkmiş şəxsyə tərəf tuşlayıb, onun yanında digər əsgərlər-4-cü tabor N m m-lik minaatan batareyasının 2-ci tağım 4-cü minaatan manqasının baş tuşlayıcısı X12, 2-ci tağım 4-cü minaatan manqasının baş tuşlayıcısı X5, 2-ci tağım 2-ci minaatan manqasının baş tuşlayıcısı X3, 1-ci tağım 2-ci minaatan manqasının baş tuşlayıcısı X4 və 1-ci tağım 2-ci manqasının usta-heyət nəfəri X6 olmasına, bununla da adı çəkilən şəxslərin həyat və sağlamlıqları üçün real təhlükə törətdiyini, yəni avtomat silahdan atəş açacağı təqdirdə güllələrin həmin şəxslərə də dəyə biləcəyini qabaqcadan görüb, göstərilən hərəkətinin nəticəsini dərk etməli olmasına baxmayaraq, buna laqeyd münasibət göstərməklə, şüurlu surətdə yol verərək Zərərçəkmiş şəxsni qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədilə tətiyi basıb 6 atəş açmış, lakin Zərərçəkmiş şəxs atəşdən yayınaraq cəld şəkildə ya taqxanaya daxil olduğundan güllələr ona dəyməmiş, bununla da, Məhkum öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək, ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni Zərərçəkmiş şəxsni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də Məhkum həmin vaxt qəsdən açdığı atəşlər nəticəsində güllələrdən biri yataqxananın qarşısında dayanmış əsgər X9 dəyərək insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «S-1 fəqərə səviyyəsində yumşaq toxumaların yad cismi (güllə) və L-4 fəqərəsinin sol göndələn çıxıntısının qəlpəli sınığı ilə müşayiət olunan, sol böyrəyin və bağırsaqların zədələnməsi ilə nəticələnmiş odlu silah güllə yaralanması» xəsarətlər yetirmiş, bununla da Məhkum ümumi təhlükəli üsulla qəsdən X9 sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, CM-in 126.2.4-cü maddəsi ilə olan ittiham üzrə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, cinayət işinin materiallarında Məhkum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək, yaxud əsgərlər istiqamətin avtomatdan atəş açmaq fikri olmasını təsdiq edən heç bir mötəbər sübut iş materiallarında yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin d əlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə mi nmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, eksp ert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, Azərbaycan Respublikası CM-in 126.2.6-cü maddəsi ilə olan ittiham üzrə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublika sı CM-in 120.2-ci maddəsinə əsasən “Qəsdən: 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 126.1ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.2-ci maddəsinə əsasən “Eyni əməllər: 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə— altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdı rmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarınd a göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əs as Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqin i yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq X7 verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 126.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. İş materiallarından görünür ki, Məhkum əsgər Zərərçəkmiş şəxsyə əşyaların itməsind ə onun günahkar olduğunu və barəsində tədbir görəcəyini deyərək, ünvanına nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs də ona eyni qaydada cavab qaytarmışdır. Məhkum əsəbiləşərək qisas almaq məqsədilə onu öldürmək qərarına gəlmiş, bu məqsədlə üzərində olan özünə təhkim olunmuş AKMS markalı 7.62 mm kalibrli avtomat silahın qoruyucusunu açıb avtomatik atış rejimində döyüşə hazır vəziyyətə gətirmiş, bundan sonra silahın lüləsini özündən təxminən 20 metr məsafədə yataqxananın qapısının qarşısında çöldə dayanan Zərərçəkmiş şəxsyə tərəf tuşlayıb, onun yanında digər əsgərlərin olmasını, bununla da onların həyat və sağlamlıqları üçün real təhlükə törətdiyini, qabaqcadan görüb, göstərilən hərəkətinin nəticəsini dərk etməli olmasına baxmayaraq, buna laqeyd münasibət göstərməklə, şüurlu surətdə yol verər ək Zərərçəkmiş şəxsni qəsdən öldürmək məqsədilə tətiyi basıb 6 atəş açmış, lakin Zərərçəkmiş şəxs atəşdən yayınaraq cəld şəkildə yataqxanaya daxil olduğundan güllələr ona dəyməmiş, bununla da, Məhkum öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxsni qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs atəşdən yayınaraq cəld şəkildə yataqxanaya qaçdığından sağ qalmışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı şübhəli şəxs kimi və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində, video çəkilişlə dindirmə zamanı ifadəsində aralarında baş vermiş mübahisəyə görə «var-yoxunu söydüyü üçün Zərərçəkmiş şəxs öldürmək fikrini qətiləşdirdiyini, onun arxasından var-yoxunu söydüyü üçün əsəbləşdiyini və Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə silahı ona tərəf tuşlayıb atəş açdığı» barədə etirafedici ifadələr vermişdir. N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kapitan X13 da hadisədən bir gün sonra 04 oktyabr 2020-ci il tar ixli ifadəsində baş vermiş hadisə ilə bağlı silahı götürmək üçün hadisə yerinə getdiyini, orada olarkən Məhkum ona «əsgər Nahid Məmmədli ilə mübahisə etdiyini, sonuncu onu söydüyü üçün özünə məxsus avtomat silahdan Zərərçəkmiş şəxs öldürmək üçün atəş açdığını, lakin güllənin əsgər X9 dəydiyi» barədə ifadə vermişdir. X1 ibtidai araşdırma zamanı verdiyi ifadələrində, üzləşdirmə zamanı aralarında baş vermiş mübahisədən sonra Məhkum «buraxın məni, öldürəcəm onu» deyərək onun istiqamətində atəş açdığını göstərmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində dindirilərkən də ibtidai araşdırma zamanı verdiyini ifadəsini təstiq etmiş,Məhkum ona «səni öldürəcəm» deyərək atəş açdığını təsdiq etmişdir. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı dindirilmiş digər zərərçəkmiş şəxs lər və şahidlər də Məhkum aralarında baş vermiş mübahisəyə görə əsgər Zərərçəkmiş şəxs «səni öldürəcəm» deyib atəş açdığını təsdiq etmişlər. Apellyasiya instansiya məhkəməsinin əsaslandığı sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkum cəza təyin olunmasına dair kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cina yətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, 44 günlük vətən müharibəsində iştirak etməsini, ilk dəfə cinayət əməlini törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə alaraq təqsirli bilindiyi CM-in 29, 120.2.4 v 126.2.4-cü maddələri ilə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci madd əsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar