Məhkəmə qərarları › İş №1-1(102)-44/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-44/2024

11.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-44/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Məhkum Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 181.2.1, 181.2.2 və 181.2.5-ci m addələri ilə, Təqsirləndirilən şəxs CM-in 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1-1(103)-25/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Saatlı rayonunun Mircəlalkənd kəndində qeydiyyatda olmaqla, orada yaşamış, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin sabiq hərbi qulluqçusu, kursant, barəsində həbs qətimkan tədbiri seçilmişdir.

2. Bakı Hərbi Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X4 və X2 ibarət məhkəmə tərkibində) 08 may 2023-cü il tarixli, 1-1(093)-13/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasə təyin edilmişdir. C əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 30 iyun 2022-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökmlə həmçinin iş üzrə digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

3. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X6, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs və Məhkum tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 21 dekabr 2023-cü il tarixli, 1-1(103)25/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X6 və məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs və Məh kum tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Hərbi Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri və Məhkum CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə məhkum olunmalarına dair 1-1(093)-13/2023 nömrəli, 08 may 2023-cü il tarixli hökmünün məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X6 və məhkum edilmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1-1(103)-25/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir.

6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, məhkum Təqsirlənd irilən şəxs ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər:

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hü ququna malikdir.

8. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1-1(103)-25/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-in 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1-1(103)-25/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar