Məhkəmə qərarları › İş №1-1(102)-45/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-45/2017

18.05.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-45/2017 18.05.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-45/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının Q Ə R A R İ xx xxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin hərbi k ollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum və müdafiəçisi Salahov Elgiz Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(098)-92/2016 saylı hökmü ilə (sədrlik edən X23 oğlu, hakimlər Nəsirov Vidadi Mikayıl oğlu və Allahverdiyev Elbəy Hidayət oğlu) xx xxxx 1994-cü il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuş, Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin avtomatik minaatan batareyasının 1-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmi ş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 4(098)-36-2015 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı tarixdən, yəni xx xxxxxxx 2015-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi qüvvəsində saxlanılması, Məhkum hökm qanuni qüvvəsini alana kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılması müəyyən edilmişdir. İ Ş İ N H A LL A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış, daşımış, həmçinin qanunsuz olaraq narkotik vasitəni təkrarən satmışdır. Belə ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Tərtər rayonunun Qazyan kəndi ərazisində yerləşən avtomatik minaatan batareyasının 1-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2015-ci ilin oktyabr ayının əvvəllərində Tərtər rayonu ərazisində tanımadığı və şəxsiyyəti istint aqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd kibrit qutusunda cəkisi təxminən 6,3 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, həmin narkotik vasitəni özü ilə xidmət etdiyi tağıma gətirməklə qanunsuz olaraq daşımış, daha sonra, əldə etdiyi həmin narkotik vasitəni hər biri bir ədəd siqareti doldurmağa kifayət edəcək həcmdə, təxminən 0,9 qram olmaqla paylara bölərək siqaret falqasına büküm formasında ayırıb, siqaret qutusuna qoyub, üzərində saxlamışdır. Sonrakı günlərdə narkotik vasitə doldurulmuş həmin bükümlərdən 4 ədədini siqaretə dolduraraq özü çəkərək istifadə etmiş, xx xxxxxxx 2015-ci il, təkrarən xx xxxxxxx 2015-ci il və xx xxxxxxx 2015-ci il tarixlərdə isə hər birin ə təxminən 0,9 qram, cəmi 2,7 qram narkotik vasitə doldurulmuş 3 ədəd bükümün hər birini tamah məqsədi ilə qanunsuz olaraq xidmət etdiyi batareyanın əsgəri xxx oğluna 10 manata, cəmi 30 manata satmışdır. Həmin hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən Məhkum, müdafiəçiləri Quliyev Vahid Cavad oğlu və Salahov Elgiz Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyası (hakimlər: X22 oğlu (sədrlik edən və məruzəçi), Əliyev Fikrət Hüseyn oğlu və Bayramov Elşad Abdulla oğlundan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etməmiş, Tərtər Hərbi Məhkəməsinin hökmünü dəyişdirmiş, Məhkum cinayət əməl ini Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif etmiş və Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxxx 2016-cı il il tarixli 1-1(104)69/2016 saylı qərarından Məhkum kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Eyni zamanda Məhkum müdafiəçisi Salahov Elgiz Sabir oğlu da kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsini və həbsdən azad edilməsini xahiş etmişdir. K A S S A S İ Y A Ş İ K A Y Ə T L Ə R İ N İ N D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətini onun la əsaslandırmışdır ki, məhkəmə kollegiyası ona CM-in 234.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun təqsirli bilinməsinə səbəb ola biləcək hər hansı bir əsaslı dəlil gətirməmişdir. Belə ki, hər iki instansiya məhkəməsi ittiham aktı ilə kifayətlənmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin Gəncə Regional Bölməsinin 455 saylı, 27-xx xxxxxxx 2015-ci il tarixli ekspert rəyini əsas götürmüşlər. Həmçinin onun apellyasiya şikayətində göstərdiyi əsaslı dəlillərə heç bir əhəmiyyət verməmiş və iş üçün əhəmiyyətli olan iradları nəzərə almamışdır. Qeyd olunan səbəblərə görə Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxxx 2016-cı il il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Məhkum müdafiəçisi E.Salahov kas sasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı, birinci instansiya məhkəməsi apardıqları istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124.1, 124.1.1, 124.1.1, 138.1, 144, 145.1, 145.3, 146.1, 39 və 42.1-ci maddələrində göstərilmiş tələblərə riayət etməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu qanun pozuntularınını aradan qaldırılması üçün heç bir qanuni tədbir görməmişdir. Həmçinin ibtidai və məhkəmə istintaqı nəticəsində CM-in 234.4.2 və 234.2 maddələri ilə tövsif edilmiş əməllər CPM-in müəyyən etdiyi qaydada sübut olunmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxxx 2016-cı il il tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsini və dərhal həbsdən azad edilməsini xahi ş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxxx 2016-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktın ın müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından, habelə iş üzrə məhkəmə qərarlarından göründüyü kimi Məhkum müdafiəçisi E.Salahovun hazırkı kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri Gəncə Apellyas iya Məhkəməsinin hərbi kollegiyası tərəfindən hərtərəfli araşdıraraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunanifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər və maddi sübutlar qanunvericiliyin tələblərinə uyğun olan sübut növü hesab etməklə AR CPM-in 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə və onların məcmusuna hüquqi qiymət verməklə belə nəticəyə gəlmişdir ki,Məhkum əməlində cinayət tərkibi vardır. Məhkum narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış satış məqsədi ilə şəxsi istehlak miqdarı ndan artıqmiqdarda 6,3 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlamışdır. Bu nəticəyə gəlməklə yanaşı məhkəmə kolegiyası Məhkum AR CM-in 234.4.2-ci maddəsi ilə verilmiş ittihamla razılaşmayaraq hesab etmişdir ki, Məhkum 2015-ci ilin oktyabr ayının əvvəllərində Tərtər rayonu ərazisində tanımadığı və şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd kibrit qutusunda cəkisi təxminən 6,3 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, həmin narkotik vasitəni özü ilə xidmət etdiyi tağıma gətirməklə qanunsuz olaraq daşımış, daha sonra, əldə etdiyi həmin narkotik vasitəni hər biri bir ədəd siqareti doldurmağa kifayət edəcək həcmdə, təxminən 0,9 qram olmaqla paylara bölərək siqaret falqasına büküm formasında ayırıb, siqaret qutusuna qoyub, üzərində saxlamışdır. Sonrakı günlərdə narkotik vasitə doldurulmuş həmin bükümlərdən 4 ədədini siqaretə dolduraraq özü çəkərək istifadə etmiş, xx xxxxxxx 2015-ci il, təkrarən xx xxxxxxx 2015-ci il və xx xxxxxxx 2015-ci il tarixlərdə isə hər birinə təxminən 0,9 qram, cəmi 2,7 qram narkotik vasitə doldurulmuş 3 ədəd bükümün hər birini tamah məqsədi ilə qanunsuz olaraq xidmət etdiyi batareyanın əsgəri xxx oğluna 10 manata, cəmi 30 manata satmışdır. Buna görə də, Məhkum əməli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlarının qanunsuz dövriyyəsinə dair işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nöm rəli qərarına əsasən vahid niyyət kimi, yəni narkotik maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilərək AR CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətlərinin başlıca dəlili kimi Məhkum ittiham olunduğu maddə üzrə təqsiri sübuta yetirilməməsi səbəbindən və günahsız olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olması göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (AR CPM, maddə 42). Cinayət işinin apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırı cinayət işi üzrə müəyyən olunmamış, R.Mollayein qeyd edilmiş cinayət əməlini törətməsi iş üzrə şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən AR CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və AR CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və AR CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara ə saslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxx x 2016-cı il il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar