Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-45/2018 17.05.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.2, 338.1 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məh kum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər V.Nəsirovun sədrliyi və məruzəsi, S.Hüseynov və M.Bağırovdan ibarət tərkibdə) xx xxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssis əsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3, 338.1 və 341.3-cü maddələri ilə təqsirli bilinmiş, həmin Məcəllənin 125-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə 03(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 338.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən, azadlıqdan məhrum etmə cəzası ilə cərimə cəzasını isə tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər T.A.Muxtarov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarix li qərarı ilə Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərini qismən təmin etmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3, 338.1 və 341.3-cü maddələri ilə məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin «03» oktyabr 2017-ci il tarixli, 1-1(095)-178/2017 nömrəli hökmü Məhkum və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinə münasibətdə, Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə 04 (dörd) il müddətinə endirilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən hazırki qərarla CM-in 341.3-cü mad dəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Gəncə Hərbi Məhkəməsinin «03» oktyabr 2017-ci il tarixli, 1-1(095)-178/2017 nömrəli hökmünə əsasən CM-in 125-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, CM-in 331.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və CM-in 338.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən, azadlıqdan məhrum etmə cəzaları ilə CM-in 331.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzasını isə tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarınd a cərimə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək qərarın Məhkum aid hissədə dəyişdirilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 338.1 və 341.3-cü maddələri ilə Məhkum barəsində bəraət hökmü çıxarılmasını, həmin Məcəllənin 331.2 və 331.3-cü maddələri ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə iclasında baxılanandək Məhkum cəza çəkdiyi 10 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəmə kollegiyasına daxil olmuş xx xxx 2018-ci il tarixli xx/xx-2739 saylı məktuba əlavə olunmuş ərizəsində o, Gəncə Apellyasiya Məhkəmə sinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum ərizəsini müzakirə ed ib, onun təmin edilməsinə etiraz etmədiyini bildirən dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib, kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 331.2, 331.3, 338.1 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş
Məhkəmə qərarları › İş №1-1(102)-45/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-45/2018
17.05.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver