Məhkəmə qərarları › İş №1-1(102)-45/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-45/2020

30.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-45/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, 190 nömrəli Hərbi Hissəsinin hərbi qulluqçusu, baş leytenant, məcburi köçkün kimi Yevlax rayonu, Qoyunbinəsi kəndində məskunlaşmış, hal-hazırd a həbsdə olan Niftalıyev Nicat Hünbət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə, xx xxxxxxx 1991-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, 190 nömrəli Hərbi Hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Ağdam rayonu, Zəngişalı kəndində qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum6 CM-nin 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 32.5, 341.2.1 və 32.5, 341.2.3cü maddələri ilə xx xxxx 1993-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, 190 nömrəli Hərbi Hissənin müddətdən artıq hə qiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş, İmişli rayonunun Qızılkənd kəndində qeydiyyatda olan, hal-hazırda həbsdə olan Poladov Nemət Əlizamin oğlunun CM-nin 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: İ.M.Quliyev (sədrlik edən), Ə.M.Sarıyev və V.M.Nəsirov) Niftalıyev Nicat Hünbət oğlu CM-nin 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinməsi və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinməsi və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Niftalıyev Nicat Hünbət oğlunun qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Niftalıyev Nicat Hünbət oğlunun cəza çəkməsinin əvvəlinin xx xxxx 2017-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli c əzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası CM-in 48.0.2-ci maddəsinə əsasən Niftalıyev Nicat Hünbət oğlunun hərbi rütbədən məhrum edilməsi hökm edilmişdir. Məhkum6 CM-nin 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 32.5, 341.2.1 və 32.5, 341.2.3cü maddələri ilə təqsirli bilinib, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinməsi və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə təqsirli bilinməsi və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum6 qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəza çəkmənin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Poladov Nemət Əlizamin oğlu CM-nin 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinməsi və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.5, 341.2.1 və 32.5, 341.2.3-cü maddələri ilə təqsirli bilinməsi və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Poladov Nemət Əlizamin oğlunun qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəza çəkmənin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin, Məhkum3, Məhkum4, Məhkum5 və G.F.Əkbərov da təqsirli bilinib məhkum edilmişlər. Hökmdən məhkumların müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi R.Ocaxverdiyeva tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi ko llegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Salman Hüseynov, hakimlər Çingiz Məmmədov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmiş, N.Niftalıyevə təqsirli bilindiyi CM-in 126.3-cü maddəsinə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü və hazırkı qərarla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə N.Niftalıyevə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 təqsirli bilindiyi Azərbay can Respublikası CM-in 126.3-cü maddəsinə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü və hazırkı qərarla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum6 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə CM-in 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum6 qəti olaraq 04 (dörd) il 0 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Niftalıyev Nicat Hünbət oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, onun rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan h əyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Hökmlə Poladov Nemət Əlizamin oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, rəisin və vəzifəli şəxsin bir qrup şəxs halında, müntəzəm olaraq digər şəxsi marağa görə və ağır nəticələrə səbəb olmaqla qulluq səlahiyyətini aşmasına və öz qulluq mövqeyindən sui-istifadə etməsinə köməkçilik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirabl ar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Hökmlə Məhkum6 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, rəisin və vəzifəli şəxsin bir qrup şəxs halında, müntəzəm olaraq digər şəxsi marağa görə və ağır nəticələrə səbəb olmaqla qulluq səlahiyyətini aşmasına və öz qulluq mövqeyindən sui-istifadə etməsinə köməkçilik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirabl ar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Niftalıyev Nicat Hünbət oğlu tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və barəsində olan cinayət işinə xitam verilməklə cəzadan azad olunması xahiş olunur. Məhkum Poladov Nemət Əlizamin oğlu tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və barəsində olan cinayət işinə xitam verilməklə cəzadan azad olunması xahiş olunur. Məhkum6 tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və barəsində olan cinayət işinə xitam verilməklə cəzadan azad olunması xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkumlar Niftalıyev Nicat Hünbət oğlu, Poladov Nemət Əlizamin oğlu və Məhkum6 cəza çəkdikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasından ərizələr ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəflərindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizələr ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, mə hkumlar tərəfindən verilmiş kassasiya şikayətləri geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin q eyd edilən tələbini və məhkumlar Niftalıyev Nicat Hünbət oğlu, Poladov Nemət Əlizamin oğlu və Məhkum6 kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumlar barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkumlar Niftalıyev Nicat Hünbət oğlu, Poladov Nemət Əlizamin oğlu və Məhkum6 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar