Məhkəmə qərarları › İş №1-1(102)-45/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-45/2021

18.08.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-45/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 05 avqust NN-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2, 232.2.2, 23 2.2.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2, 232.2.3-cü maddələri ilə və Məhkum3 Azərbaycan Respublikası CM-nin 228.1, 232.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral N21-ci il tarixli qərarından Dövlət ittihamçısı Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər: İ.M.Quliyev (sədrlik edən), Ə.M.Sarıyev və V.M.Nəsirovdan ibarət tərkibdə) 05 avqust NN-ci il tarixli hökmü ilə xx xxx N00-ci ildə ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin manqasının heyət nəfəri-atıcıs ı vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2-ci maddələr ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 232.2.2 və 232.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 03 (üç) il N ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun intizam qaydasında tutulduğu andan, yəni 02 may N19-cu il tarixdən hesablanması xx xxx N00-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində doğu lmuş, həmin kənddə qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin manqasının qumbaraatan köməkçisi vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum2 Azərbaycan Respublikası CM-in 228.2.1, 228.2.2-ci maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 232.2.3-cü maddəsi ilə təqsirli bilinərək və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 cəzaçəkmə müddətinin başlanğıcının onun intiz am qaydasında tutulduğu andan, yəni 03 may N19-cu il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi 23 mart N00-ci il tarixdə İmişli rayonunun Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, İmişli rayonunun Muradxanlı kəndində daimi qeydiyyatda olan, subay, hazırda məhkumluğu olmayan, N nömrəli hərbi hissəsinin i manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum3 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 232.2.3-cü maddəsi ilə təqsirli bilinərək və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsas ən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu andan, yəni 15 fevral NN-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral N21-ci il tarixli qərarı ilə (hakimlər: hakimləri X15 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 05 avqust NN-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 N nömrəli hərbi hissəsinin 4-cü taborunun Rayonunun Kəndi ərazisində yerləşən bölüyünün tağımının manqasının heyət nəfəri-atıcısı vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 09 mart N19-cu il tarixdə saat N-21 radələrində bölüyün döyüş şəraitində yerləşməklə şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin yataqxanasının giriş qapısının önündə dayanan zaman xidmət apardığı tağımın 2-ci manqasının atıcıqumbaraatan köməkçisi, əsgər Məhkum3 bölüyün baş çavuşu, gizir X4 göstərişinə əsasən tağım 1-ci manqanın komandiri, əsgər X9 və tağımın minaatan tuşlayıcısı, əsgər X10 ilə birlikdə yataqxananın daxilində yerləşən silah və sursatların saxlanılması otağında ehtiyat patronları seriya nömrələrinə uyğun komplektləşdirməsini müşahidə etmişdir. Az sonra Məhkum1 yataqxanadan çıxan Məhkum3la qarşılaşdıqda onun əlində 8 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronlarının olmasını görərək ondan həmin patronları haradan əldə etdiyini soruşmuş, Məhkum3 isə ona patronları komplekləşdirmə aparan zaman gələcəkdə istifadə etmək məqsədi ilə özbaşına olaraq götürdüyünü bildirmişdir. Bundan sonra Məhkum1 əsgər Məhkum3 yanından ayrılıb yataqxananın qarşısından təxminən N metr aralıda yerləşən su çəninin yanına gedib geri qayıdarkən Məhkum3 yataqxananın sol istiqamətində 15-N metr aralıda yerləşən müşahidə sektoruna qalxmasını görmüş və onun həmin yerdə taladığı patronları gizlətməsini ehtimal edərək gizlincə müşahidə aparmaqla Məhkum3 həmin sektorun müşahidə pəncərəsinin daxilindən çölə doğru olan torpaq qatının altında basdırmasını görmüşdür. Sonra, Məhkum1 əsgər Mə hkum3 patronları gizlətdiyi sektordan uzaqlaşaraq yataqxanaya daxil olmasından istifadə edib həmin patronları gələcəkdə talamaq niyyəti ilə Məhkum3 talayaraq gizlətdiyi patronların yerini dəqiqləşdirmək üçün heç kimin onu görməməsindən əmin olaraq həmin müşahidə sektoruna daxil olub Məhkum3 sektorun müşahidə pəncərəsinin daxilindən çölə doğru olan torpaq qatının altında basdırmaqla gizlətdiyi hər birinin dəyəri 83 (səksən üç) qəpik olmaqla, ümumi dəyəri 6 (altı) manat 64 (altmış dörd) qəpik təşkil edən 8 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronlarını torpağı eşməklə aşkar etmişdir. Daha sonra, 10 mart N19-cu il tarixdə saat 14 radələrində Məhkum1 patronların yerində olmasına əmin olmaq üçün Məhkum3 taladığı patronları gizlətdiyi sektora yenidən gedərək patronların orada gizlədilmiş yerdə olmasını təkrar müşahidə etmişdir. Bundan sonra, 11 mart N19-cu il tarixdə saat 10:30 radələrində Məhkum1 əsgər Məhkum3 gizlətdiyi patronları talamaq məqsədilə həmin sektora gedib, sektorun müşahidə pəncərəsinin daxilindən çölə doğru olan torpaq qatının altından hər birinin dəyəri 83 (səksən üç) qəpik olmaqla, ümumi dəyəri 6 (altı) manat 64 (altmış dörd) qəpik təşkil edən 8 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş sursatı olan patronları çıxarıb, əvvəlcədən üzərində gətirdiyi plastik qaba yığaraq öz qulluq mövqeyindən istifadə etməklə talamış və bundan sonra, patronları yenidən həmin yerdə qabla birlikdə torpağa basdırmaqla gizlədərək qanunsuz saxlamışdır. Bundan başqa, Məhkum1 həmin vəzifədə və rütbədə xidmət edərkən, N nömrəli hərbi hissə komandirinin N aprel N19-cu il tarixli, 3 81 №-li əmrinə əsasən 18 aprel N19-cu il tarixdə bölüyün şəxsi heyətinin hərbi hissənin Rayonunun Kəndi ərazisində yerləşən atış mərkəzində keçirilən 2-ci təlim atış çalışması zamanı saat 11 radələrində təlim atışını həyata keçirməsi üçün ona verilmiş bir ədəd avtomat silah darağının içərisində olan patronlardan 4 ədədini talamaq məqsədilə təklikdə olmasından istifadə edərək atış mərkəzinin ərazisində yerləşən, əşya saxlanılması üçün nəzərdə tutulmuş tikiliyə daxil olub, xidməti istifadəsinə verilmiş “AKM” markalı, TT 9083 №-li avtomat silahın üzərindən darağı ayıraraq, həmin darağın içərisindən 1 ədəd 88 (səksən səkkiz) qəpik dəyərində olan 7,62 mm kalibrli, “T-45” markalı izburaxan döyüş sursatı olan patronu və 3 ədəd hər birinin dəyəri 83 (səksən üç) qəpik olan 7,62 mm kalibrli, “PS” dö yüş sursatı olan patronları, yəni ümumi dəyəri 4 (dörd) manat 25 (iyirmi beş) qəpik təşkil edən döyüş patronlarını çıxarıb təkrarən öz qulluq mövqeyindən istifadə etməklə talayaraq əynində olan zirehli jiletin cibinə qoyub qanunsuz daşıyıb gəzdirməklə həmin yerdən geri qayıdaraq təlimdə iştirak etdirmişdir. Daha sonra, Məhkum1 həmin gün saat 18 radələrində taladığı 4 ədəd patronları əynində olan zirehli jiletin cibində gəzdirməklə daşıyaraq bölüyün şərti olaraq “XXX” adlandırılan dayaq məntəqəsinə gətirmiş və orada əsgər yataqxanasının arxasında yerləşən, yanğın lövhəsinin alt hissəsinə yığılmış, içərisinə torpaq doldurulmuş plastik su qablarından birinin içərisində olan torpağın altında basdırmaqla gizlədərək təkrarən qanunsuz saxlamışdır. Bundan sonra, Məhkum1 həmin vəzifədə və rütbədə x idmət edərkən, N19-cu ilin aprel ayının ortalarında saat 13:30 radələrində bölüyün şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin köhnə yeməkxanasının yaxınlığında həmin bölüyün tağımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi, əsgər Məhkum2 yaxınlaşıb ona iki ədəd döyüş patronunun olduğunu deyərək, istifadəsi dayandırılmaqla ərazisində hərəkətin qadağan olunduğu, şərti olaraq “199” adlandırılan döyüş mövqeyinə gedib həmin patronlardan atəş açmağı təklif etmiş, sonuncu Məhkum1 təklifi ilə razılaşdıqdan sonra Məhkum1 Məhkum2 yanından ayrılaraq şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin yataqxanasının arxasında yerləşən yanğın lövhəsinin yanına gedib atış mərkəzindən taladığı və həmin lövhənin alt hissəsinə yığılmış, içərisinə torpaq doldurulmuş plastik su qablarından birinin iç ərisindəki torpağın daxilində basdırmaqla qanunsuz saxladığı patronlardan 2 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronlarını götürərək gödəkçəsinin cibinə qoyub üzərində təkrarən gəzdirib daşımaqla Məhkum2 yanına qayıtmışdır. Bundan sonra, Məhkum1 üzərində olan 2 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronlarını qanunsuz gəzdirib daşımaqla şərti olaraq “199” adlandırılan döyüş mövqeyinə Məhkum2 ilə birlikdə getmişdir. Orada Məhkum1 özü ilə gətirdiyi xidməti istifadəsinə verilmiş, üzərində darağı olmayan “AKM” markalı, TT 9083 №-li avtomat silahın sürgü qolunu arxaya çəkib saxlayaraq gətirdiyi patronlardan bir ədədini silahın patron yuvasına yerləşdirib sürgü qolunu buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirərək avtomat silahın lüləsini həmin mövqenin səngərindəki atəş sekt orlarından birindən düşmən mövqeləri istiqamətinə tutaraq havaya bir dəfə atəş açmışdır. Daha sonra, Məhkum1 atəş açmadığı 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronunu təkrarən üzərində qanunsuz gəzdirib daşımaqla xidmət apardıqları bölüyün şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinə geri qayıtmış və həmin günün sonunadək patronu üzərində gəzdirdikdən sonra saat 17 radələrində bölüyün əsgər yataqxanasının arxasında yerləşən su qablarından birinin içərisində olan torpaqda qanunsuz saxladığı digər patronların yanında gizlətmişdir. Bundan başqa, Məhkum1 həmin vəzifədə və rütbədə xidmət edərkən, N19-cu ilin aprel ayının ortalarında saat 13 radələrində atış mərkəzindən taladığı və bölüyün şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin yataqxanasının arxasında yerləşən yanğın lövh əsinin alt hissəsinə yığılmış, içərisinə torpaq doldurulmuş plastik su qablarından birinin içərisindəki torpağın daxilində basdırmaqla qanunsuz saxladığı patronlardan 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronunu götürüb gödəkçəsinin cibinə qoyaraq üzərində təkrarən qanunsuz gəzdirib daşımaqla mövqenin ərazisindəki istifadəsi dayandırılmış köhnə yeməkxanasına gedərək orada xidməti istifadə üçün ona verilmiş “AKM” markalı, TT 4446 №-li avtomat silahını təmizləyən tağımın 2-ci manqasının qumbaraatanı, əsgər X12 yaxınlaşıb ona artıq patronunun olduğunu bildirərək atəş açmaq üçün bölüyün döyüş şəraitində yerləşən, istifadəsi dayandırılmaqla ərazisində hərəkətin qadağan olunduğu, şərti olaraq “199” adlandırılan döyüş mövqeyinə getməyi təklif etmişdir. kkk onunla razılaşıb “AKM” markalı, TT 4446 №-li avtomat silahını götürdükdən sonra Məhkum1 kkkla birlikdə üzərində olan 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronunu təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz gəzdirib daşımaqla şərti olaraq “199” adlandırılan döyüş mövqeyinə getmişdir. X26 Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin 170-ci maddəsinin “silahını əlindən buraxmamaq və onu tabe olduğu şəxslər də daxil olmaqla, heç kimə verməmək” tələblərini kobud surətdə pozaraq xidməti istifadəsinə verilmiş özü ilə gətirdiyi, üzərində darağı olmayan, “AKM” markalı, TT 4446 №-li avtomat silahı qanunsuz olaraq Məhkum1 vermişdir. Anar X5 silahını qanunsuz əldə edərək silahın sürgü qolunu arxaya çəkib, gətirdikləri bir ədəd patronu silahın patron yuvasına yerl əşdirib sürgü qolunu buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirərək avtomat silahın lüləsini mövqenin atəş sektorunda düşmən mövqeləri istiqamətinə tutaraq havaya bir dəfə atəş açmışdır. Daha sonra, Məhkum1 “AKM” markalı, TT 4446 №-li avtomat silahı üzərində qanunsuz daşıyıb gəzdirərək kkkla birlikdə xidmət apardıqları şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinə qayıdarkən mövqenin ərazisinə 5-6 metr məsafə qalmış həmin silahı kkka geri qaytarmışdır. Həmçinin, Məhkum1 həmin vəzifədə və rütbədə xidmət edərkən, N19-cu ilin aprel ayının sonlarında saat 15-16 radələrində bölüyün şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin yataqxanasının arxasında yerləşən yanğın lövhəsinin alt hissəsinə yığılmış, içərisinə torpaq doldurulmuş plastik su qablarından birinin içərisindəki torpağın dax ilində basdırmaqla qanunsuz saxladığı patronlardan 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı və 1 ədəd 7,62 mm kalibrli, “T-45” markalı patronları götürərək təkrarən üzərində qanunsuz gəzdirib daşımaqla həmin yerdən mövqenin əsgər yataqxanasının sol hissəsində olan səngərə gedərək 1 ədəd 7,62 mm kalibrli, “T-45” markalı patronu orada yerləşən sektorun müşahidə pəncərəsinin daxilindən çölə doğru olan torpaq qatının altında əvvəlcədən talayaraq basdırmaqla plastik qutuda qanunsuz saxladığı patronların yanına qoymuş, digər 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı patronu isə atəş açmaq məqsədi ilə özündə saxlayaraq üzərində təkrarən qanunsuz gəzdirib daşıyaraq əsgər yataqxanasına getmişdir. Daha sonra, Məhkum1 bölük komandirinin əsgərlərə silahların təmizlənməsi barədə tapşırıq verilməsindən istif adə edərək xidməti istifadəsinə verilmiş “AKM” markalı, TT 9083 №-li avtomat silahı götürüb, bölüyün şərti olaraq “199” adlandırılan döyüş mövqeyinə gedən səngərin girişindən 5-6 metr məsafədə səngərin daxilində yerləşən 60 mm-lik minaatan sektoruna daxil olmuşdur. Orada Məhkum1 avtomat silahın sürgü qolunu arxaya çəkib üzərində olan qanunsuz gəzdirdiyi 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı patronu silahın patron yuvasına yerləşdirərək sürgü qolunu buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirib havaya bir dəfə atəş açmışdır. Daha sonra, Məhkum1 həmin vəzifədə və rütbədə xidmət edərkən, 24 aprel N19-cu il tarixdə saat 17 radələrində bölüyün baş çavuşu, gizir X4 göstərişinə əsasən digər əsgərlərlə birlikdə bölüyün şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin köhnə yeməkxanasının sökülm əsi zamanı bir-birinə sıx bərkidilmiş qamışların arasından 1 ədəd 83 (səksən üç) qəpik dəyərində olan 7,62 mm kalibrli, “PS” markalı döyüş patronu aşkar etmişdir. Bundan sonra, Məhkum1 həmin döyüş patronunu götürməklə təkrarən qanunsuz əldə edib üzərində daşıyıb gəzdirərək mövqenin yataqxanasının arxasında yerləşən yanğın lövhəsinin üst hissəsində divarın mişar daşlarının arasındakı boşluqda gizlətməklə təkrarən qanunsuz saxlamışdır. Bundan başqa, Məhkum1 həmin vəzifədə və rütbədə xidmət edərkən, 27 aprel N19-cu il tarixdə saat 09-10 radələrində xidmət etdiyi tağımın şəxsi heyəti ilə birlikdə döyüş növbətçiliyini təşkil etmək üçün şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyindən bölüyün döyüş şəraitində yerləşməklə şərti olaraq “XXX” adlandırılan 8 №-li döyüş mövqeyinə gedəcəyindən, qanun suz əldə etdiyi və bölüyün yanğın lövhəsinin üst hissəsində divarın mişar daşlarının arasındakı boşluqda gizlətməklə qanunsuz saxladığı 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronunu, eləcə də əvvəlcədən talayıb saxladığı 8 ədəd 7,62 mm kalibrli, “PS” markalı və 1 ədəd 7,62 mm kalibrli, “T-45” markalı döyüş patronlarını qanunsuz saxladığı yerlərdən götürərək üzərində təkrarən qanunsuz daşıyıb gəzdirməklə mövqenin yataqxanasının qarşısında özünə məxsus əşya çantasının içərisinə qoyub döyüş patronlarını həmin çantada daşıyaraq 8 №-li döyüş mövqeyinə aparmışdır. Bundan sonra, Məhkum1 həmin tarixdə şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyində xidmətini davam edən zaman saat 15 radələrində mövqedə əşya saxlanılması üçün nəzərdə tutulmuş tikiliyə daxil olub orada saxladığı əşya çantas ında olan cəmi 10 ədəd döyüş patronlarını götürüb cibinə qoyaraq üzərində təkrarən daşıyıb gəzdirməklə mövqenin yataqxanasının arxasındakı döyüş növbətçiliyi aparılan səngərin daxilində yerləşən uzun müddətli atəş nöqtəsindən 5-6 metr məsafədə sağda olan atəş sektoruna getmişdir. Orada Məhkum1 10 ədəd döyüş patronlarını həmin sektorun qarşı divarlarını təşkil edən və yerdən təxminən 1,5 metr hündürlükdə içərisi torpaqla doldurulmuş üst-üstə yığılmış bir neçə kisələrin üst hissəsində nisbətən sağ tərəfdə olan və içərisi torpaqla doldurulmuş 1 ədəd avtomobil təkərinin içərisində torpağın altında gizlədərək təkrarən qanunsuz saxlamışdır. Daha sonra, Məhkum1 həmin vəzifədə və rütbədə xidmət edərkən, 28 aprel N19-cu il tarixdə saat 09 radələrində təmizləməsi üçün ona verilmiş özünə təhkim oluna n və üzərində darağı olmayan “AKM” markalı, TT 9083 №-li avtomat silahından atəş açmaq məqsədilə silahı ilə birlikdə şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin yataqxanasının arxasındakı döyüş növbətçiliyi aparılan səngərin daxilində yerləşən uzun müddətli atəş nöqtəsindən 5-6 metr aralıda sağda olan atəş sektoruna gedib orada avtomobil təkərinin içərisində torpağın altında gizlədərək qanunsuz saxladığı 10 ədəd döyüş patronlarından 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronu götürüb üzərində təkrarən qanunsuz gəzdirib daşımaqla atəş sektorundan çıxıb səngərlə təxminən 25 metr irəli gedib səngərin sonunda dayanmışdır. Həmin yerdə Məhkum1 avtomat silahın sürgü qolunu arxaya çəkib, üzərində olan 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı patronu silahın patron yuvasına yerləşdirərək sürgü qolunu buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirmişdir. Bundan sonra, Məhkum1 silahı səngərin son hissəsində olan müşahidə pəncərəsinə yerləşdirib atəş açmaq istəyərkən döyüş növbəsində xidmət aparan əsgər Məhkum2 onun yanına gəlmiş və atəş açmamasını, patronu saxlamasını bildirmişdir. Sonra ona döyüş növbəsini təhvil verib birlikdə şərti olaraq “Köhnə XXX” adlandırılan mövqeyə gedib oradan atəş açmalarını təklif etmişdir. Məhkum1 əsgər Məhkum2 təklifini qəbul edərək silahdan atəş açmayıb silahın patron yuvasına yerləşdirdiyi patronu çıxarıb cibinə qoyaraq üzərində təkrarən qanunsuz gəzdirib daşımaqla digər döyüş patronlarını gizlədərək saxladığı atəş sektoruna geri qayıdıb həmin patronu götürdüyü yerdə gizlətmişdir. Daha sonra, Məhkum1 28 aprel N19-cu il tarixdə saat 11 radəl ərində Məhkum2 ilə qabaqcadan aralarında olan razılaşmaya əsasən avtomat silahdan atəş açmaq məqsədilə Məhkum2 özünə təhkim olunmuş “AKM” markalı, TH-1711 №-li avtomat silahı özü ilə götürdükdən sonra, Məhkum1lə birlikdə xidmət apardıqları şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin yataqxanasının arxasındakı döyüş növbətçiliyi aparılan səngərin daxilində yerləşən uzun müddətli atəş nöqtəsindən 56 metr aralıda sağda olan atəş sektoruna getmişdir. Orada Məhkum1 avtomobil təkərinin içərisində torpağın altında gizlədərək qanunsuz saxladığı 10 ədəd döyüş patronlarından 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı və 1 ədəd 7,62 mm kalibrli, “T-45” markalı (iz buraxan) döyüş patronlarını götürüb, Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin patronları üzərində təkrarən q anunsuz daşıyıb gəzdirməklə bölüyün döyüş şəraitində yerləşən, istifadəsi dayandırılmaqla ərazisində hərəkətin qadağan olunduğu, şərti olaraq “Köhnə XXX” adlandırılan döyüş mövqeyinə getmək üçün həmin mövqeyə aparan səngərə daxil olmuşlar. Həmin vaxt bölüyün tağımının manqasının tuşlayıcısı, əsgər X7 da onlarla həmin səngərə getmişdir. Orada Məhkum2 Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin 170-ci maddəsinin “silahını əlindən buraxmamaq və onu tabe olduğu şəxslər də daxil olmaqla, heç kimə verməmək” tələblərini kobud surətdə pozaraq xidməti istifadəsinə verilmiş özü ilə gətirdiyi, üzərində darağı olmayan, “AKM” markalı, TH 1711 №-li avtomat silahı qanunsuz olaraq Məhkum1 vermişdir. Məhkum1 Məhkum2 odlu silahını qanunsuz əldə edərək silahın sürg ü qolunu arxaya çəkib, üzərlərində gətirdikləri 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronunu silahın patron yuvasına yerləşdirərək sürgü qolunu buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirib silahın qoruyucusunu bağlamış, digər 1 ədəd 7,62 mm kalibrli, “T45” markalı döyüş patronunu isə cibində saxlamışdır. Bundan sonra, Məhkum1 əlbir olduğu Məhkum2 ilə birlikdə qanunsuz əldə etdiyi odlu silah və döyüş sursatlarını üzərində qanunsuz daşıyıb gəzdirərək əsgər X7 ilə şərti olaraq “Köhnə XXX” adlandırılan döyüş mövqeyinə getmişdir. Orada Məhkum1 “AKM” markalı, TH 1711 №-li avtomat silahın qoyucusunu açıb mövqenin ərazisində yerləşən atəş sektorundan düşmən mövqeləri istiqamətində havaya bir dəfə atəş açmışdır. Daha sonra, Məhkum1 atəş açdığı patronun gilizini, eləcə də üzərində gətir diyi 1 ədəd 7,62 mm kalibrli, “T-45” markalı digər döyüş patronunu “Köhnə XXX” mövqeyi ilə düşmən mövqeləri arasında yerləşən neytral əraziyə atmışdır. Bundan sonra, Məhkum1 “AKM” markalı, TH 1711 №-li avtomat silahı üzərində qanunsuz daşıyıb gəzdirərək əsgərlər Məhkum2 və Natiq İsmayılzadə ilə birlikdə xidmət apardıqları şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinə qayıdarkən mövqenin ərazisində səngərdə yerləşən “SBS” (X27) adlandırılan düşmən mövqelərinin müşahidəsinin aparıldığı uzunmüddətli atəş nöqtəsinin yaxınlığında həmin silahı Məhkum2 geri qaytarmışdır. Məhkum2 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun Rayonunun Kəndi ərazisində yerləşən bölüyünün tağımının 1-ci manqasının qumbaraatan köməkçisi vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə o larkən 27 aprel N19-cu il tarixdə saat 15 radələrində xidmət apardığı bölüyün döyüş şəraitində yerləşən şərti olaraq “XXX” adlandırılan 8 №-li döyüş mövqeyinin yataqxanasının arxasındakı səngərin daxilində döyüş növbətçiliyini davam edən zaman heç kimin onu görməməsinə əmin olub öz qulluq mövqeyindən istifadə etməklə xidməti istifadəsi üçün ona verilmiş hər birində 7,62 mm kalibrli 28 ədəd döyüş patronu və 2 ədəd təlim patron olan 4 ədəd daraqlardan birinin daxilindən 1 ədəd 83 (səksən üç) qəpik dəyərində olan 7,62 mm kalibrli, “PS” markalı döyüş patronunu talayaraq şalvarının cibinə qoyub qanunsuz olaraq üzərində saxlamaqla gəzdirmişdir. Bundan sonra, Məhkum2 saat 15:00-dan saat 17:00dək ayıq növbə üzrə döyüş növbətçiliyinə təyin edilmiş və həmin növbədə xidmətdə olarkən saat 17 radələr ində özünə təhkim olunmuş “AKM” markalı, TH-1711 №-li avtomat silahı təmizləyən zaman heç kimin ona diqqət yetirməməsindən istifadə edərək atəş açmaq məqsədi ilə silahını götürərək taladığı döyüş patronunu üzərində qanunsuz daşıyıb gəzdirməklə bölüyün döyüş şəraitində yerləşən, istifadəsi dayandırılmaqla ərazisində hərəkətin qadağan olunduğu, şərti olaraq “Köhnə XXX” adlandırılan döyüş mövqeyinə getmişdir. Orada Məhkum2 həmin mövqenin müşahidə məntəqələrindən birinə daxil olub özü ilə gətirdiyi, üzərində darağı olmayan silahın sürgü qolunu arxaya çəkib, üzərində qanunsuz daşımaqla gəzdirdiyi 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronunu silahın patron yuvasına yerləşdirərək silahın sürgü qolunu buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirib müşahidə məntəqəsinin atəş sektorundan düşmən mövqeləri istiqamətində havaya bir dəfə atəş açmışdır. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə xidmət edərkən, 28 aprel N19-cu il tarixdə saat 09 radələrində şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin yataqxanasının arxasındakı döyüş növbətçiliyi aparılan səngərin daxilində döyüş növbətçiliyində xidmətini davam edən zaman əsgər Məhkum1 özünə təhkim olunan və üzərində darağı olmayan “AKM” markalı, TT 9083 №-li avtomat silahla birgə döyüş növbətçiliyi aparılan səngərin daxilində yerləşən uzun müddətli atəş nöqtəsindən 5-6 metr aralıda sağda olan atəş sektoruna daxil olub orada avtomobil təkərinin içərisində torpağın altından 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronu götürüb atəş sektorundan çıxaraq səngərlə təxminən 25 metr irəli gedib səngərin sonunda dayanmas ını və həmin yerdə avtomat silahın sürgü qolunu arxaya çəkib, üzərində olan 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı patronu silahın patron yuvasına yerləşdirərək sürgü qolunu buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirməsini görmüşdür. Həmin vaxt Məhkum1 əlində olan silahı səngərin sonunda olan müşahidə pəncərəsinə yerləşdirib atəş açmaq istəyərkən Məhkum2 onun yanına gələrək atəş açmamasını, patronu saxlamasını bildirib, döyüş növbəsini təhvil verdikdən sonra birlikdə şərti olaraq “Köhnə XXX” adlandırılan mövqeyə gedib oradan atəş açmalarını təklif etmişdir. Məhkum1 əsgər Məhkum2 təklifini qəbul edərək razılaşmış və silahdan atəş açmayıb silahın patron yuvasına yerləşdirdiyi patronu çıxarıb cibinə qoyaraq digər döyüş patronlarını saxladığı atəş sektoruna geri qayıdıb həmin patronu götürd üyü yerdə gizlətmişdir. Daha sonra, Məhkum2 28 aprel N19-cu il tarixdə ayıq növbə üzrə döyüş növbətçiliyində xidmətini davam edən zaman saat 11 radələrində MəhkumN ilə qabaqcadan aralarında olan razılaşmaya əsasən avtomat silahdan atəş açmaq məqsədilə özünə təhkim olunmuş “AKM” markalı, TH-1711 №-li avtomat silahı özü ilə götürdükdən sonra, Məhkum1lə birlikdə xidmət apardıqları şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinin yataqxanasının arxasındakı döyüş növbətçiliyi aparılan səngərin daxilində yerləşən uzun müddətli atəş nöqtəsindən 5-6 metr aralıda sağda olan atəş sektoruna getmişdir. Orada Məhkum1 avtomobil təkərinin içərisində torpağın altında gizlədərək qanunsuz saxladığı 10 ədəd döyüş patronlarından 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı və 1 ədəd 7,62 mm kalibrli, “T-45” markalı (iz buraxan) döyüş patronlarını götürüb, Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında üzərində təkrarən qanunsuz daşıyıb gəzdirməklə bölüyün döyüş şəraitində yerləşən, istifadəsi dayandırılmaqla ərazisində hərəkətin qadağan olunduğu, şərti olaraq “Köhnə XXX” adlandırılan döyüş mövqeyinə getmək üçün həmin mövqeyə aparan səngərə daxil olmuşlar. Həmin vaxt bölüyün tağımının manqasının tuşlayıcısı, əsgər X7 da onlarla həmin səngərə getmişdir. Orada Məhkum2 Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və Qarovul Xidmətləri nizamnaməsinin 170-ci maddəsinin “silahını əlindən buraxmamaq və onu tabe olduğu şəxslər də daxil olmaqla, heç kimə verməmək” tələblərini kobud surətdə pozaraq xidməti istifadəsinə verilmiş özü ilə gətirdiyi, üzərində darağı olmayan, “AKM” markalı, T H 1711 №-li avtomat silahı qanunsuz olaraq Məhkum1 vermişdir. Məhkum1 Məhkum2 odlu silahını qanunsuz əldə edərək silahın sürgü qolunu arxaya çəkib, üzərlərində gətirdikləri 1 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronunu silahın patron yuvasına yerləşdirərək sürgü qolunu buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirib silahın qoruyucusunu bağlamış, digər 1 ədəd 7,62 mm kalibrli, “T45” markalı döyüş patronunu isə cibində saxlamışdır. Bundan sonra, Məhkum1 əlbir olduğu Məhkum2 ilə birlikdə qanunsuz əldə etdiyi odlu silah və döyüş sursatlarını üzərində qanunsuz daşıyıb gəzdirərək Natiq İsmayılzadə ilə şərti olaraq “Köhnə XXX” adlandırılan döyüş mövqeyinə getmişdir. Orada Məhkum1 “AKM” markalı, TH 1711 №-li avtomat silahın qoyucusunu açıb mövqenin ərazisində yerləşən atəş sektorundan düşmən mövqeləri istiqamətində havaya bir dəfə atəş açmışdır. Daha sonra, Məhkum1 atəş açdığı patronun gilizini, eləcə də üzərində gətirdiyi 1 ədəd 7,62 mm kalibrli, “T-45” markalı digər döyüş patronunu “Köhnə XXX” mövqeyi ilə düşmən mövqeləri arasında yerləşən neytral əraziyə atmışdır. Bundan sonra, Məhkum1 “AKM” markalı, TH 1711 №-li avtomat silahı üzərində qanunsuz daşıyıb gəzdirərək əsgərlər Məhkum2 və Natiq İsmayılzadə ilə birlikdə xidmət apardıqları şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyinə qayıdarkən mövqenin ərazisində səngərdə yerləşən “SBS” (X27) adlandırılan düşmən mövqelərinin müşahidəsinin aparıldığı uzunmüddətli atəş nöqtəsinin yaxınlığında həmin silahı Məhkum2 geri qaytarmışdır. Məhkum3 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun Rayonunun Kəndi əraz isində yerləşən bölüyünün tağımının 2-ci manqasının atıcıqumbaraatan köməkçisi vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, təxminən 09 mart N19-cu il tarixdə saat N-21 radələrində bölüyün döyüş şəraitində yerləşməklə şərti olaraq “XXX” adlandırılan döyüş mövqeyində bölüyün baş çavuşu, gizir X4 göstərişinə əsasən bölüyün silah və sursatının saxlanılması otağında həmin tağımın əsgərləri 1-ci manqanın komandiri X9 və minaatan tuşlayıcısı X8 birlikdə bölüyün ehtiyat patronlarını seriya nömrələrinə uyğun komplektləşdirərkən digər əsgərlərin ona diqqət etməmələrindən istifadə edib öz qulluq mövqeyindən istifadə etməklə heç kəs tərəfindən aşkar olunmaması üçün eyni seriya nömrəsindən az sayda olan hər birinin dəyəri 83 (səksən üç) qəpik olmaqla, ümumi dəyəri 6 (altı) man at 64 (altmış dörd) qəpik təşkil edən 8 ədəd 7,62 mm kalibrli, “PS” markalı döyüş patronlarını gizli yolla talayaraq şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra, Məhkum3 taladığı patronları üzərində daşıyıb gəzdirməklə yataqxanadan çıxaraq döyüş mövqeyinin ərazisində olan sol istiqamətdə 15-N metr məsafədə yerləşən səngərdəki müşahidə sektoruna qalxıb, orada həmin patronları sektorun müşahidə pəncərəsinin daxilindən çölə doğru olan torpaq qatının altında basdırmaqla gizlədərək qanunsuz saxlamışdır. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral N21-ci il tarixli qərarından Dövlət ittihamçısı Nizami oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət itti hamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi hər üç məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum1, Məhkum2 və Məhkum3 törətdikləri cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayət əməllərinin törədilməsi odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğuların qanunla tənzimlənən dö vriyyəsi sahəsində mülkiyyət münasibətləri qaydalarını pozmaqla yanaşı, ictimai Təhlükəsizlik mənafelərinə əhəmiyyətli zərər vurur. Məhkəmə tərəfindən N aydan artıq xidmət etmiş hərbi qulluqçuların ağır cinayətlər törətmələrini Hərbi Nizamnamələrin Tələblərini bilməmələri ilə əsaslandırması isə heç bir hüquqi məntiqə sığmamaqla bərabər ümumiyyətlə anlaşılan deyildir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı onlara qarşı irəli sürülmüş ittihamlar üzrə özlərini tam təqsirli bilsələr də, məhkəmə baxışı zamanı törətdikləri cinayətləri etiraf etməmişlər, istintaq zamanı təzyiqə məruz qaldıqlarını, bu səbəbdən etirafedici ifadələr verdiklərini göstərsələr də, məhkəmə araşdırması zamanı bu iddialar öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsl ərin ibtidai istintaq zamanı verdikləri rabitəli, bir-birini dəqiq tamamlayan ifadələri daha inandırıcı hesab etməklə onları sübut kimi qəbul etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin düşmənlə üzbəüz yerləşən hərbi hissədə xidmət etmələrinin cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsi və bu səbəbdən onların barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunması yanlışdır Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, Azərbaycan Respublikasının müdafiəsi və hərbi xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikası nın Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Bu baxımdan həm müddətli həqiqi hərbi xidmət, həm də könüllülük əsasında müqavilə ilə xidmətə görə əmək haqqı alan və qanunvericilikdə nəzərdə tutulan digər imtiyazlardan istifadə edən şəxsin həqiqi hərbi xidmət keçməsini də cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin və təqsirləndirilən şəxslərin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin heç bir əsası yoxdur. Məhkəmənin məhkumlann gəncliyini də onlara CM-in 62-ci maddəsinin tətbiqi üçün mümkün sayması əsaslı hesab edilə bilməz. Bundan başqa, Məhkum3 barəsində istintaq zamanı «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş, məhkəmə baxışı zamanı isə, sonuncu Ordu sıralarından tərxis olunduğundan 16 oktyabr N19-cu il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ilə dəyişdirilmişdir. Məhkum3 16 oktyabr və 29 dekabr N19-ci il tarixlərdə, 15 yanvar və 11 fevral NN-d il tarixlərdə məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə dövlət ittihamçısının vəsatəti əsasında məhkəmənin qərarı ilə onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. 15 fevral NN-ci il tarixdə Məhkum3 həbs edilmişdir. Lakin, məhkəmə Məhkum3 cəza təyin edərkən nədənsə bu məsələyə lazımi diqqət yetirməmişdir. Məhkəmə tərəfindən Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edilərkən, «cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, zəm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədi lməsinin qarşısını almaq məqsədi ilə təbiq edilməsi barədə» cəzanın məqsədini müəyyən edən CM-in 41.2-ci maddəsinin tələbi də nəzərə alınmamış, əsassız olaraq barələrində CM-nin 62-ci maddəsini tətbiq edərək onlara təqsirləndirildikləri CM-in 232.2.2 və 232.2.3-cü maddəsinin sanksiya hissəsində nəzərdə tutulan aşağı həddən də az cəza teyin etmişdir. Beləliklə, birinci və apelyasiya instansiya məhkəmələrinin CM-in müvafiq maddəsinin sanksiya hissəsində nəzərdə tutulan aşağı həddən də az cəza təyin etməsi ilə əlaqədar mövqeyini əsaslandırdığı hallar Məhkum1, Məhkum2 və Məhkum3 barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsas hesab edilə bilməz. Həmçinin məhkəmə bütün bunları nəzərə almayaraq yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də ba şqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəberdaredici məqsədinin tələblərini də pozmuşdur. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral N21-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məh kəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildi rir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları nəzərə almış, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinə təsirini nəzərə alaraq onların təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən daha yüngül cəza təyin edilməsini qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab etmişdir. Azərba ycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər Həsənli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsin ə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial Həsənin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar Həsənsiz cəza təyin edilməsi halların a yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı n əzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum1 cəza təyin edərkən hərbi hissəyə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum1 qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, döyüş şəraitində yerləşən hərbi hissədə N ay xidmət etməsini, xidmət müddəti ərzində digər qanun pozuntusuna yol vermədiyini və gəncliyini, Məhkum2 cəza təyin edərkən hərbi hissəyə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum2 qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, döyüş şəraitində yerləşən hərbi hissədə N ay xidmət etməsini, xidmət müddəti ərzində digər qanun pozuntusuna yol vermədiyini, himayəsində 1 azyaşlı uşağının olmasını və gəncliyini, Məhkum3 cəza təyin edərkən sonuncunun taladığı patronların hərbi hissəyə təhvil verilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum3 qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, döyüş şəraitində yerləşən hərbi hissədə N il N ay xidmət etməsini, xidmət müddəti başa çatdığından ehtiyata tərxis olunmasını, atasının ailəsindən kənar yaşamasını, ağır ailə vəziyyətini, hadisədən sonra həbs olunadək keçən 11 ay ərzində başqa qanun pozuntusuna yol verməməsini, eyni zamanda zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışmasını, ona qarşı heç bir şikayətin, tələbin və iddianın olmamasını, hərbi xidmətdən tərxis olunduqdan sonra fərdi əməklə məşğul olaraq ailəsinə maddi yardım göstərmə sini və gəncliyini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, hər üç məhkumun CMnin 61.1-ci maddəsində sadalanan cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun N03-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun is lah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2, 232.2.2, 232.2.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2, 232.2.3-cü maddələri ilə və Məhkum3 Azərbaycan Respublikası CM-nin 228.1, 232.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral N21-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar