Məhkəmə qərarları › İş №1-1(102)-45/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-45/2025

24.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-45/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi Ağayev Oktay Ağarəşid oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-116/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçi si Babayev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXX il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Müdafiə Nazirliyinin X nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Gələbədin kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 31 may 2024-cü il tarixli ittiham aktına əsasən Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 228.1 və 349.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 24 iyun 2024-cü il tarixdə Gəncə Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəf indən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X nömrəli hərbi hissəsinin artilleriya divizionun tank əleyhinə artilleriya batareyasının 1-ci tağımının 2-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində həmin divizionun hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 2-ci tağımının 3-cü manqasının X rayonunun X kəndinin ərazisində yerləşən şərti olaraq “X” adlandırılan döyüş postunda müddətli həqiqi hərbi xidmətdə olarkən, 13 dekabr 2023-cü il tarixdə, saat 18:00-dan saat 20:00-dək topun yerləşdiyi döyüş mövqeyində döyüş növbətçiliyinə cəlb olunmuşdur. O, həmin gün saat 18:50 radələrində d öyüş növbəsində xidmətdə olan zaman hava soyuq olduğundan çay içmək qərarına gəlmiş və bu məqsədlə üzərindəki zirehli gödəkçəni, dəbilqəni və ona təhkim olunmuş avtomat silahı üzərindən çıxarıb, zirehli gödəkçə və dəbilqəni topun döyüş mövqeyində, avtomat silahı isə topun döyüş mövqeyi ilə əsgər yataqxanasının arasında olan şinlərin üzərinə qoyub həmin mövqeyi özbaşına tərk edərək postun əsgər yataqxanasına doğru gəlmişdir. Həmin vaxt əsgər yataqxanasında olan top komandiri olmaqla onun birbaşa komandiri olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid 2lə onun topun döyüş mövqeyini özbaşına tərk etdiyini və silahının, dəbilqə və zirehli gödəkçəsinin üzərində olmadığını görüb buna görə ona iradlarını bildirmiş, bu zaman aralarında sözlü mübahisə yaranmışdır. Mübahis ə zamanı Şahid 2 onun həmin hərəkətləri barədə mobil telefonla artilleriya divizionunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə müavini, mayor şahidə zəng edib məlumat vermiş və sonuncunun göstərişi ilə əsgər onun silahını, dəbilqə və zirehli gödəkçəsini onun qoyduğu yerdən götürmüş və döyüş növbəsindən çıxarmaqla bu barədə onu məlumatlandırmışdır. Bundan başqa, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid 2in onun hərəkətləri barədə yuxarı komandanlığa məruzə etdiyinə görə avtomat silahdan atəş açmaqla qorxudub ondan qisas almaq qərarına gəlmiş, bu məqsədlə həmin döyüş postunda topun heyətinə aid olan silah saxlama otağına daxil olaraq silah piramidasından Şahid 2ə təhkim olunmuş AKMS markalı AFD 3063 nömrəli silahı və topun şəxsi heyətinə aid olmaqla ümumi istifad ə edilən və hər birində 27 ədəd döyüş patronu və 3 ədəd boş patron olan 2 ədəd darağı qanunsuz olaraq götürərək əldə etmiş, sonra oradan çıxıb əsgər yataqxanasının qarşısına gəlməklə qanunsuz olaraq odlu silahı və döyüş sursatlarını üzərində gəzdirmişdir. Daha sonra o, daraqlardan birini qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi silaha taxmış, silahı döyüşə hazır vəziyyətinə gətirmiş, silahın qoruyucusunu açmış və Şahid 2in onun barəsində yuxarı komandanlığa məruzə etdiyinə görə onu qorxutmaq niyyəti ilə əsgər yataqxanasının yaxınlığında əvvəlcə 2 dəfə tək-tək olmaqla həmin silahdan havaya doğru atəş açaraq həmin vaxt yeməkxananın içərisində olan Şahid 2i söhbət etmək üçün qışqıraraq yanına çağırmışdır. Şahid 2 atəş səsini eşitdikdən sonra qaçıb gizlənmiş, o, isə ümumilikdə təxminən 20 dəqiqə ərzində müəyyən fasilələrlə həmin silahdan havaya doğru atəşlər açmış və Şahid 2i öz yanına çağırmağa davam etmişdir. Onun hərəkətlərini dayandırmaq üçün postda xidmət edən 1-ci bölüyün 3-cü tağımının minaatan tuşlayıcısı, əsgər 1 ona yaxınlaşıb sonuncunun başını qatmaq və sakitləşdirmək üçün söhbətə tutaraq ərazidən bir qədər uzaqlaşdırmış, elə həmin ərəfədə posta 1-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, leytenant şahid 2 çavuş şahid 3 gəlmiş, havaya doğru daha bir neçə dəfə atəş açdığından sonra sonuncu silahı ondan təhvil almışdır.

5. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-184/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 228.1 və 349.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilini b, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 349.2.4-cü maddəsi ilə 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 may 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Babayev Rəşad Nizami oğlu apellyasiya şikayəti verib, hökmün dəyiş dirilməsi, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsini Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti ilə şərti olaraq tətbiq edilməklə şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-116/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-184/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi Babayev Rəşad Nizami oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasi ya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində işin halları ilə uzlaşmayan qərar qəbul etmiş, onun cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmaması, ilk dəfə cinayət törətməsi və cinayəti tam etiraf etməklə əməlindən səmimi peşman olması, gənc olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib sadalasa da, həmin halları nəzərə almamış, hökmü dəyişdirmədən saxlamışdır. Halbuki yüngülləşdirici halları nəzərə alaraq məhkum barəsində təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilərdi. Hesab olunur ki, məhkum tərəfindən törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halların olması, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, onun cəza çəkmədən islah olunması mümkün sayılmalı və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi məqəsədəmüvafiq hesab olunmalıdır. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-116/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkuma təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsinin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla sınaq müddəti ilə şərti hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

10. Kas asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual nor malara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-116/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin q arşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, hab elə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1- ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

23. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edil mədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı).

24. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında xahişin əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkumun Azərbayca n Respublikası CM-nin 228.1 və 349.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri, eyni Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

26. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında (07 mart 2025-ci il tarixədək qüvvədə olan redaksiyada) iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 349.2.4-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

27. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkuma cəza təyin edən birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətin i səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini və cinayəti tam etiraf etməklə əməlindən səmimi peşman olmasını, gənc olmasını, cəzasını ağırlaşdıran hal olaraq Azərbaycan Respublikası CM-nin 349.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti odlu silahdan istifadə etməklə törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyaları həddində cəza təyin etmiş, təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaqla qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.

28. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi apellyasiya instansiyası məhkəmə si tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkumun cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas aşkar edilmir.

30. Müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etməklə, hər iki instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində əksini tapan, cinayət əməlini törətmiş şəxslərə tətbiq edilən cəza üzrə tələblərə tam riayət etmişlər.

31. Belə qənaətə g ələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün ə sasların olmadığını təsdiqləyir.

33. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun müdafiəçisi Babayev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-116/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Məhkumun müdafiəçisi Babayev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-116/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar