Məhkəmə qərarları › İş №1-1(102)-46/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-46/2017

18.05.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-46/2017 18.05.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-46/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və məhkum xxx oğlunun müdafiəçisi Əhmədov Fuad Hüseyn oğlunu n iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1, 228.1, 151 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş xxx oğlu barəsində Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli ilkin baxış qərarından L.Çıraqlının müdafiəçisi Əhmədov Fuad Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən Abbasov Abbas Daşdəmir oğlu, hakimlər Nəsirov Vidadi Mikayıl oğlu və Əliyev Kamal Vəli oğlu) xx xxxx 1992-ci il tarixdə Tərtər rayonu Rəcəbbəyli kəndində anadan olmuş, Tərtər rayonunun Rəcəbbəyli kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmiş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş xxx oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 350.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğində cərimə cəzasına, CM-in 228.1-cimaddəsiilətəqsirlibilinib, 01 (bir) ilmüddətinəazadlıqdanməhrumetməcəzasına, CM-in 151-cimaddəsiilətəqsirlibilinib 01 (bir) il06 (altı) aymüddətinəazadlıqdanməhrumetməcəzasına,CM-in 341.3-cümaddəsiilətəqsirlibilinib, gizir hərbi rütbəsindən məhrum edilmə klə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü və 68.2-ci maddəllərinə əsasən azadlıqdan məhrum etmə cəzalarını qismən, cərimə cəzasını isə tamamilə toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq gizir hərbi rütbəsindən məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 500 (beş yüz) manat cərimə cəzası təyin edilmiş və azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Mollayev Ramazan Bəxtiyar oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində xid mət edərkən həmin bölüyün Goranboy rayonunun Gülüstan kəndinin ərazisində yerləşən və şərti olaraq «Ətyeməz» adlandırılan 5 saylı döyüş postunda post başçısı kimi döyüş növbətçiliyinə təyin edilən vaxt 2015-ci ilin sentyabr ayının əvvəllərində öz qulluq mövqeyindən istifadə etməklə istintaqa məlum olmayan yolla və mənbədən döyüş sursatı hesab edilən, 01 (bir) ədəd 7,62 mm çaplı PS patronunu qanunsuz olaraq əldə etmiş, xx xxxxxxxx 2015-ci il tarixədək saxlamış və gəzdirmişdir. Bundan başqa, L.Z.Çıraqlı göstərilən vəzifədə xidmət edərkən post başçısı kimi 5 saylı döyüş postunda döyüş növbətçiliyinin aparılmasını yoxlayan zaman xx xxxxxxxx 2015-ci il tarixdə saat 05:40 radələrində xidmət etdiyi tağımın 2-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 döyüş postunda yatmış vəziyyətdə aşkar edərək digər şəxsi marağa, yəni postda yatmasını məruzə edəcəyi ilə hədələyərək gələcəkdə Zərərçəkmiş şəxs2la cinsi təlabatını pozğun formada təmin etmək məqsədilə bu barədə yuxarı komandanlığa məruzə etməmiş, xx xxxxxxxx 2015-ci il tarixdə saat 01 radələrində döyüş postunun qazmasında yatmış vəziyyətdə olan əsgər Zərərçəkmiş şəxs2 cinsiyyət orqanını şalvardan çıxarıb öz ağız boşluğuna daxil etdikdə sonuncu yuxudan oyanaraq ondan bu hərəkətlərinə son qoymasını tələb edən zaman Zərərçəkmiş şəxs2 qollarını tutaraq bir gün əvvəl onu döyüş postunda yatmış vəziyyətdə aşkar etdiyini xatırlatmaqla özü ilə cinsi əlaqədə olmaqdan imtina edəcəyi təqdirdə bununla bağlı yuxarı komandanlığa təqrir yazaraq onu cinayət məsuliyyətinə cəlb etdirəcəyi, həbsə göndərəcəyi, xidmət müddətində «gününü qara edəcəyi» ilə hədələyərək iradəsini qırmış və yalnız bundan sonra Zərərçəkmiş şəxs2 qollarını sərbəst buraxaraq sonuncunun cinsiyyət orqanını öz ağız boşluğuna daxil edib əxlaqsız hərəkətlərini davam etdirmiş, onun əxlaqsız hərəkətlər etməsi nəticəsində Zərərçəkmiş şəxs2 cinsiyyət orqanı gərginləşdikdə şalvarını aşağı çəkərək Zərərçəkmiş şəxs2 cinsiyyət orqanının üzərində oturub gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını əli ilə öz anal dəliyinə daxil edərək cinsiyyət orqanının üzərində oturub-durmaqla bu yolla cinsi tələbatını pozğun formada təmin etməklə uşaqbazlıq etmişdir. Bundan əlavə, L.Z.Çıraqlı göstərilən vəzifədə xidmət edərkən xx xxxxxxxx 2015-ci il tarixdə saat 01:20 radələrində 5 saylı döyüş postunun qazmasında çarpayının aşağı mərtəbəsində yatan xidmət etdiyi tağımın 2-ci manqasında sanitar-atıcı vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs1 yanına gəlib əli ilə onun şalvarının üzərindən cinsiyyət orqanına toxunmuş, Zərərçəkmiş şəxs1 özündən uzaq durmasını ondan tələb edərək səs-küy salmaqla yatmış əsgərləri yuxudan oyadacağını bildirdikdə L.Z.Çıraqlı hər iki əli əli onun qollarından tutub saxlayaraq özü ilə cinsi əlaqədə olmayacağı təqdirdə onun «gününü qara edəcəyi», «başına oyun açacağı», guya postda yatdığını bildirərək bu barədə təqrir yazmaqla onu cinayət məsuliyyətinə cəlb etdirəcəyi ilə hədələyərək onun iradəsini qırmış və bundan sonra Zərərçəkmiş şəxs1 cinsiyyət orqanını öz ağız boşluğuna daxil edərək əxlaqsız hərəkətlər etməklə onu seksual xarakterli hərəkətlər etməyə məcbur etmiş, habelə Zərərçəkmiş şəxs1 gərginləşmiş vəziyyətdə olan cin siyyət orqanını öz anal dəliyinə daxil edib bu yolla onunla qeyri-təbii formada cinsi əlaqədə olmaq istədikdə Zərərçəkmiş şəxs1 gözlərinin dolmasını görüb ağlayacağından ehtiyat etdiyi üçün ondan uzaqlaşmışdır. L.Z.Çıraqlı xx xxxxxxxx 2015-ci il tarixdə saat 21:50 radələrində döyüş növbətçiliyində olan əsgər Zərərçəkmiş şəxs1 döyüş postunda yatmış vəziyyətdə aşkar edərək bu barədə yuxarı komandanlığa təqrirlə məruzə etməklə tədbir görməli olduğu halda digər şəxsi marağa, yəni Zərərçəkmiş şəxs1 postda yatmasını məruzə edəcəyi ilə hədələyərək gələcəkdə onunla cinsi təlabatını pozğun formada təmin etmək məqsədilə bu barədə yuxarı komandanlığa məruzə etməyərək rəis kimi müntəzəm olaraq digər şəxsi marağa görə döyüş şəraitində hakimiyyətdən qəsdən istifadə etməmiş, bundan sonra xx xxxxxxxx 2015 -ci il tarixdə saat 23:20 radələrində qazmada çarpayının aşağı mərtəbəsində uzanmaqla istirahət edən əsgər Zərərçəkmiş şəxs1 yanına gəlib onunla yenidən cinsi əlaqədə olmaq istədikdə sonuncu L.Z.Çıraqlının hansı məqsədlə oraya gəldiyini başa düşdüyü üçün uzaqlaşmaq məqsədilə dərhal yerindən durub çarpayının ikinci mərtəbəsinə qalxmışdır. Gizir L.Z.Çıraqlı da onun arxasınca naranın ikinci mərtəbəsinə qalxdıqda Zərərçəkmiş şəxs1 onun edəcəyi hərəkətlərinin qarşısını almaq üçün sağ tərəfindəki çaprayıda yatan əsgər Cavid Əhmədovu qoluna vuraraq yuxudan oyatmaq istəmiş, gizir L.Z.Çıraqlı əli ilə Zərərçəkmiş şəxs1 qolundan vuraraq hər iki əli ilə onun qollarını tutub saxlamaqla Cavid Əhmədovu yuxudan oyatmasını əngəlləmiş, Zərərçəkmiş şəxs1 bir gün əvvəl onu döyüş postunda yatmış vəziyyətdə a şkar etdiyini xatırladaraq onunla cinsi əlaqədə olmaqdan imtina edəcəyi təqdirdə bununla bağlı yuxarı komandanlığa təqrir yazaraq onu cinayət məsuliyyətinə cəlb etdirəcəyi, həbsə göndərəcəyi, xidmət müddətində «gününü qara edəcəyi» ilə hədələyərək iradəsini qırmış və Zərərçəkmiş şəxs1 əsgər şalvarının düymələrini açıb cinsiyyət orqanını bayıra çıxararaq öz ağız boşluğuna salıb əxlaqsız hərəkətlər etmiş, öz əsgər şalvarını aşağı çəkərək arxa nahiyyəsini Zərərçəkmiş şəxs1 cinsiyyət orqanına sıxaraq onun gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını əli ilə tutub öz anal dəliyinə daxil edərək irəli-geri hərəkətlər etməklə cinsi tələbatını pozğun formada təmin edib uşaqbazlıq etmişdir. Həmçinin, L.Z.Çıraqlı göstərilən vəzifədə xidmət edərkən xx xxxxxxxx 2015-ci il tarixdə saat 12:40 radələri ndə 5 saylı döyüş postunun qazmasında çarpayıda,odlu silahla davranış qaydalarını pozaraq,ona təhkim edilmiş «AKM» markalı, «ÇÇ2793» saylı avtomat silahda patron olub olmamasını yoxlamadan qoruyucnu tək-tək atəş rejiminə qoyub döyüşə hazır vəziyyətə gətirərək tətiyi çəkmiş, silahda bir ədəd patron qaldığından atəş açılmış, silah təpmə verərək lülə nahiyyəsi yuxarıya doğru qalxdığından açılan güllə çarpayının üst dəmirinə dəyərək silahdan açılan güllə və çarpayıdan qopan dəmir hissələri pəncərənin şüşəsini qırıb bayırda dayanan əsgər Zərərçəkmiş şəxs1 sağ bilək nahiyəsinə dəyərək ona ehtiyatsızlıqdan ağırlıq dərəcəsinə görə səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «sağ biləyin arxa səthinin deşilmiş yarası», hissələrdən biri isə həmin vaxt qazmada L.Z. Çıraqlıdan sağ tərəfdə təxminən 2,5 metr məsafədə çarpayıda uzanan əsgər Zərərçəkmiş şəxs3 Balaoğlan oğlunun baş nahiyəsinə dəyərək ona ehtiyatsızlıqdan sağlamlığa zərər vurmayan xəsarət olduğundan ağırlıq dərəcəsi təyin edilməyən «sol alın nahiyəsinin tüklü hissəsinin çapığı» xəsarətləri yetirmişdir. Bundan əlavə, L.Z.Çıraqlı göstərilən vəzifədə xidmət edərkən Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxs3 silahla ehtiyatsız davranması nəticəsində xəsarət yetirməsi faktını gizlətmək üçün,həmin hadisədən dərhal sonra zərər çəkmiş şəxslərə, hadisənin şahidi olan və bu barədə məlumatı olan manqanın digər əsgərlərinə hədə-qorxu gələrək baş vermiş hadisəni gizlətmələrinə, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sağ bilək nahiyyəsində olan xəsarətlə bağlı tibb məntəqəsində müayinə olunan zaman, hərbi hissədə və Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsində aparılan ilkin yoxlama zamanı verdiyi izahatlarında hadisənin məzmununu təhrif edərək guya özünün həmin tarixdə konserv qutusunu kəsən zaman qutunun iti olan uc hissəsinin bilək nahiyəsinə batması nəticəsində xəsarət aldığını bildirməklə yalan izahat verməsinə nail olaraq rəis kimi döyüş şəraitində olaraq hakimiyyətdən sui-istifadə etmişdir. Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmündən məhkum xxx oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxışı iclasında baxan Gəncə Apellyasiya Məhkəməsinin hərbi Kollegiyası xx xxxxxx 2016-cı il tarixli qərarı ilə (hakimlər Əliyev Fikrət Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Bayramov Elşad Abdulla oğlundan ibarət t ərkibdə) apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən xx xxxxxx 2016-cı il tarixə təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli ilkin baxış iclasının qərarından L.Çıraqlının müdafiəçisi Əhmədov Fuad Hüseyn oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülən dəlilləri araşdırmaq üçün iş üzrə məhkəmə istintaqı aparmalı, L.Çıraqlı barəsində təkrarən kompleks məhkəmə psixiatrik ekspertizası və kompleks məhkəmə tibbi ekspertizası keçirməli idi. Eyni zamanda kassasiya şikayətində cinayət işi üzrə şahidlərin, həmçinin zərər çəkmiş şəxslərin hərbi rəislər və digər maraqlı şəxslərin təzyiqi ilə L.Çıraqlıya qarşı qərəzli ifadələr verdikləri göstərilmişdir. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli ilkin baxış iclasının qərarının ləğv edilməsini və işin istintaqla aparılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinin ilkin baxış mərhələsinə qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçi F.Əhmədovun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı İ.Yusifovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayə ti təmin edilməli və Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli ilkin məhkəmə baxışı qərarı ləğv edilərək iş apellyasiya məhkəməsinə ilkin məhkəmə baxışı mərhələsinə qaytarılmalıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bunadan sonra CPM-in) 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində müdafiəçi F.Əhmədov vəsatət verərək məhkəmə baxışının qismən istintaqla keçirilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi isə vəsatəti təmin etməmiş, apellyasiya şikayətinə baxılmasını məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar təqdim edilmədən açıq məhkəmə iclasına təyin olunmasını qərara almışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının rəylərində L.Çıraqlının zərər çəkmiş şəxslərin və şahidlərin qeyd etdiyi formada cinsi əlaqədə olması müəyyən edilməmiş və bu barədə təkrar ekspert rəyi də alınmışdır. Bundan başqa müdafiəçi F.Əhmədov tərəfindən verilmiş kassasiya şikayətində cinayət işi üzrə bir sıra faktiki halların araşdırılmadığı göstərilmişdir. İş materiallarından görünür ki, iş üzrə zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə məhkəmə tibbi ekspetizasının gəldiyi nəticə arasında kifayət qədər ziddiyyətlər mövcuddur. Belə ki, cinayətişi üzrə məhkəmətibbiekspertinin xx.xx.2015-ciiltarixli, 104 saylırəyində L.Çıraqlının tibbimüayinəsizamanıonunbədənsəthində, analdəliyivəətrafındahərhansıxəsarətaşkarolunmadığı, dizdirsəkvəziyyətindəmüayinəsizamanıonunarxakeçəcəkvasitəsiləmütəmadicinsiəlaqədəolmasınaməx susəlamətlərqeydolunmadığı göstərilmişdir. Məhkəmə tibbi ekspertizası tərəfindən verilən rəydə qeyd olunan məsələnin istintaq yolu ilə araşdırılması üçün istintaq orqanına təklif verilməsinə baxmayaraq, istintaq orqanı tərəfindən bu məsələnin araşdılmasına dair əlavə təşəbbüs göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir və məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının “Ədalətli məhkəmə hüququ” adlanan 6-cı maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in çəkişmə prinsipini nəzərdə tutan 32-ci maddəsinə əsasən hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir və məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Məhkəmə kollegiyası bununla yanaşı, müdafiəçi F.Əhmədov tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibə t bildirərək onları əsaslı hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi tibbi ekspert rəylərinə hüquqi qiymət vermədiyi və həmin tibbi ekspert rəylərini sübut kimi qiymətləndirmədiyi üçün cinayət işi üzrə apellyasiya baxışı zamanı obyektiv, hərtərəfli və tam istintaq aparılmaqla ədalətli məhkəmə araşdırılması təmin edilməlidir. Belə ki, CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qan ununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası CPM-in 391.2-ci maddəsinin tələblərinə görə, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir və bu zaman hər bir halda məhkəmə daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını, apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381-390-cı maddələrinin tələblərinə riayət olunub- olunmadığını, cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların o lub olmadığını və cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını araşdırmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 391.3cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında həll etməli olduğu məsələlər sırasına apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi də daxildir. Bu zaman CPM-in 392.1.1-ci maddəsinin tələblərinə müvafiq olaraq eyni zamanda məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla və ya bunsuz keçirilməsi məsələsi də həll edilir. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi həm maddi və prosessual qanun normalarını tətbiq edən, həm də işin faktiki hallarını araşdıran və müəyyən edən məhkə mə instansiyasıdır. Bu isə o deməkdir ki, həmin məhkəmə birinci instansiya məhkəməsi kimi, işin faktiki hallarının düzgün müəyyən edilməsində maraqlıdır və məsuliyyət daşıyır. İşi məhkəmə baxışına təyin edən apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmaması nəticəsinə gəldikdə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxış iclasında işə tam və ya qismən məhkəmə istintaqı aparmaqla baxılması barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Cinayət işinin yuxarıda qeyd edilən xüsusatlarından göründüyü kimi apellyasiya instansiyası ilkin məhkəmə baxışında apellyasiya ş ikayətində göstərilən dəlillərin yalnız məhkəmə istintaqı aparılması yolu ilə araşdırılmasının mümkünlüyünü nəzərə almamış, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması barədə dəlillərini ədalət mühakiməsinin maraqları naminə kifayət qədər ətraflı müzakirə etməmişdir. Bununla da apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasında, Cinayət-Prosessual Məcəlləsində və “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsi üçün zəruri tədbirlər görməmişdir. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının “Ədalətli məhkəmə h üququ” adlanan 6-cı maddəsinə əsasən, eyni zamanda həmin maddənin tələblərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə xx xxxxxx 2014cü il tarixli qərarının 41-ci bəndində bundan əvvəl baxdığı işlərdə formalaşdırdığı hüquqi mövqeyinə istinad edərək aşağıdakıları qeyd etmişdir: “41. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin (d) yarımbəndi təqsirləndirilən şəxs mühakimə olunmazdan əvvəl əleyhinə olan bütün sübutların çəkişmə prinsipinin təmin olunması məqsədilə onun iştir akı ilə açıq məhkəmə iclasında təqdim olunması prinsipini müəyyən edir. Bu prinsipə münasibətdə istisnalar mümkün ola bilər, lakin onlar müdafiə hüququnu pozmamalıdırlar. Bu hüquq, bir qayda olaraq, ya şahid ifadə verərkən, ya da icraatın daha sonrakı mərhələlərindən birində təqsirləndirilən şəxsə, ona qarşı ifadə verən şahidin dindirilməsi və ifadəsinin mübahisələndirilməsi imkanının verilməsini tələb edir. Xüsusi olaraq, mühakimə yalnız və ya həlledici şəkildə təqsirləndirilən şəxsin istintaq və ya məhkəmə zamanı mübahisləndirmək imkanı olmadığı şahidin ifadələrinə əsaslandığı halda, müdafiə hüququ 6-cı maddənin tələblərinə zidd hədlərdə məhdudlaşdırılmış olur. Buna baxmayaraq, sübutun yeganə və ya həlledici olubolmaması müəyyən olunmamışdan əvvəl, prosesdə iştirak etməyən şahidin ifadəs inin qəbul olunması üçün üzrlü səbəbin olması tələbi təhlil olunmalı ilkin məsələdir. Prosesdə iştirak etməyən şahidin ifadəsi yeganə və ya həlledici olmadıqda belə, Məhkəmə, şahidin dindirilməsinə müvəffəq olmamağa üzrlü səbəb göstərilmədiyi hallarda 6-cı maddənin 1-ci bəndinin və 3-cü bəndinin (d) yarımbəndinin pozuntusunu müəyyən edir”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli ilkin məhkəmə baxışı qərarı Azərbaycan Respublikasının Konstitusiyasında, Cinayət-Prosessual Məcəlləsində və “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilən ədalətli məhkəmə hüququnu məhdudlaşdırdığından həmin qərar ləğv edilməli, iş yenidən baxılma sı üçün həmin məhkəməyə ilkin məhkəmə baxışına təyin edilməli və işə yenidən baxılarkən hazırkı qərarda göstərilən hallar nəzərə alınmaqla qanuni və əsaslı qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası CM-in 350.1, 228.1, 151 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş xxx oğlu barəsində Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının ilkin baxış iclasının xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəməyə ilkin baxış mərhələsindən yeni apellyasiya baxışına təyin edilsin. Əsli ilə düzdür: Azərbaycan Respublikası

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar