Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-46/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Cəlilabad Hərbi Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 331.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad Hərbi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1(096)-15/2019 saylı hökmü ilə (sədrlik edən hakim Vüqar Əhmədov, hakimlər İslam Neymanov və Bədəl Əliyevdən ibarət tərkibdə), Məhkum xx xxxxxxxx 1992-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin 1-ci təlim bölüyünün 1-ci tağımının komandiri vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 331.3-cü maddələri ilə təqsirli bi linərək, CM-in 126.1-ci maddəsi ilə ona 04 (dörd) 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı N saylı Hərbi Hissən in 1-ci təlim bölüyünün 1-ci tağımının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edərkən xx xxxxxx 2018-ci il tarixdə saat N radələrində hərbi hissənin təminat və mühafizə bölüyünün yerləşdiyi inzibati binaya daxil olmuş, inzibati binanın 1-ci mərtəbəsinin pilləkənlərında olan zaman hərbi hissənin 3-cü təlim bölüyünün 1-ci tağımının 4-cü manqasının komandiri vəzifəsində, baş əsgər hərbi rütbəsində xidmət edən X2 bölüyün giriş hissəsində qışqırmasını eşitmiş və ona öz iradını bildirərək «rədd ol başqa yerdə qışqır, görmürsən gəlirəm» demiş, sonuncu isə ona «özün rədd ol, bu nə danışıqdı mənimlə danışırsan» deyərək cavab qaytarmışdır. Bundan sonra kapitan Məhkum əsgər Z.T.Novruzovun ona acıqlı şəkildə cavab qaytarmasından əsəbiləşərək sonuncunu təlim mühafizə bölüyünün yataqxana sına aparıb orada yaxasından tutaraq bədəninin sol nahiyəsindən 3-4 dəfə yumruq zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsi döyərək ona qəsdən «dalağın cırılması və qanaxma ilə müşayiət olunmuş, həyati göstərişlə keçirilmiş cərrahi əməliyyat zamanı dalağın çıxarılması ilə nəticələnmiş qarının küt travması» kimi ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Hökmdən məhkumun müdafiəçisi Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İsmayıl Əhmədov, hakimlər Rafiq Cəfərov və Fuad Soltanovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, məhkuma CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) ilə, CM-in 331.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) ilə endirilmiş və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq Məhkum qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kolle giyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsini, məhkumun cəzasının yüngülləşdirilməsini, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun müdafiəçisinin ər izənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı və kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinin tələblərinə əsasən, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Müdafiəçi tərəfində n verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün, qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 331.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-46/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-46/2020
05.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver