Məhkəmə qərarları › İş №1-1(102)-46/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-46/2021

01.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-46/2021 01.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 1-1(104)-56/2020 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 05 aprel 1990-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, Qazax rayonunun Çaylı kəndində qeydiyyatda olan.

2. Gəncə Hərbi Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1-1(095)-071/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Daşkəsən rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, yaxın dostluq münasibətində olduğu N nömrəli hərbi hissənin özüyeriyən artilleriya divizionunun 3-cü özüyeriyən artilleriya batareyasının 1-ci özüyeriyən artilleriya taqımının 3-cü özüyeriyən artilleriya manqasının to p komandiri vəzifəsində, gizir rütbəsində hərbi xidmətdə olan X8 ilə birlikdə əvvəlcədən sonuncunun vasitəsilə «sələm» kimi vətəndaş X2 aldığı pulu geri qaytara bilmədiyindən, sonuncu ona və gizir Fərid Qocayevə mütəmadi olaraq mobil telefon vasitəsilə zəng edərək, verdiyi pulu və həmin pulun faizlərini istədiyinə görə, həmin məsələni həll etmək üçün vətəndaş Elçin Muradovla söhbət etmək qərarına gəlmişlər. Bu məqsədlə 07 dekabr 2019-cu il tarixdə, saat 20 radələrində əsgər Məhkum gizir Fərid Qocayevlə birlikdə vətəndaş Elçin Muradovun satıcısı olduğu ünvan 1 ünvanında yerləşən «777» adlı marketə gedərək, həmin marketə daxil olub, əvvəllər dəfələrlə onlara zəng edib aldığı «sələm» pulun faizini istədiyinə görə sonuncuya iradını bildirmiş, vətəndaş Elçin Muradov isə cavabında «öz pulumu ist əyirəm» dedikdə, aralarında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zəminində əsgər Məhkum əlləri ilə vətəndaş Elçin Muradovun boyun və sinə nahiyələrindən tutub, sonuncunun sifət, sinə və qarın nahiyələrinə çoxsaylı yumruq zərbələri vurmaqla, ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin gizir Fərid Qocayev də qərəzli olaraq vətəndaş Elçin Muradovu arxasından dartışdırıb əsgər Məhkum əlindən çıxmasına imkan verməyərək, onu döyməsinə rahat şərait yaratmış və ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt əsgər Məhkum və gizir Fərid Qocayev öz cinayətkar əməllərini davam etdirərək, heç bir əsaslı səbəb olmadan hər ikisi vətəndaş Elçin Muradova «gəl gedək kənarda söhbətimizi həll edək» deyə bildirib, birlikdə sonuncunun yaxasından, boynundan və qollarından tutub, marketdən çölə çıxarmış, orada dartışdıraraq iradəsi əleyhinə, gəldikləri avtomobilə mindirməyə çalışarkən vətəndaş Elçin Muradov müqavimət göstərib əllərindən çıxmağa çalışdıqda, əsgər Məhkum yenidən vətəndaş Elçin Muradovun ayaq və qarın nahiyələrinə təpik zərbələri vurub, sonuncuya «sağ almacıq nahiyəsinin və döş qəfəsinin ön səthinin sağ yarısının yumşaq toxumalarının əzilməsi, boyunun sağ yarısının cızılmış yarası, sağ əlin arxa səthinin sıyrığı» ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarətləri yetirmiş, eləcə də mağazanın qarşısında olan müxtəlif mallar düzülmüş vitrini təpiklə vurub aşırmış və ətrafa toplaşmış çoxsaylı insanların haqlı narazılıqlarına səbəb olan, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, əxlaq və mənəviyyat normaları nı kobudcasına tapdalayaraq, uca səslə ünvansız şəkildə nalayiq ifadələr işlətməklə cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmişdir. Bununla da, əsgər Məhkum gizir Fərid Qocayevlə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir.

3. Gəncə Hərbi Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1-1(095)-071/2020 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsind ə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 16 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmış, həmçinin hökmlə hökmün icrasına və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

4. Həmin hökmlə həmçinin X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən islah işləri cəzasının əvəzinə ona hər ay aylıq pul təminatından 15 (on beş) faiz məbləğdə dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Hökmdən məhkum X8 barəsində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdir.

5. Gəncə Hərbi Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1-1(095)-071/2020 saylı hökmündən Məhkum müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 apelyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Məhkum barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 1-1(104)-56/2020 nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum və X4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Gəncə Hərbi Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 11(0 95)-071/2020 saylı hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə həmin Məcəlləsinin 50.1-ci maddəsinə əsasən islah işləri cəzasının əvəzinə hər ay aylıq pul təminatından 15 (on beş) faiz məbləğdə dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmiş, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilmə müddətinin əvvəli Məhkum aylıq pul təminatından tutmalar aparıldığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və onun, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərar alınmış, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 1-1(104)-56/2020 nömr əli qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkumun müdafiəçisi kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri:

8. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Apelyasiya Məhkəməsi hazırki cinayət işi üzrə Məhkum cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilmə şəraitini, nəticələrini düzgün qiymətləndirməmiş və öz gəldiyi nəticəsini qərarda əsaslandırmamışdır. Həmçinin məhkəmə bütün bunları nəzərə al mayaraq yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredicı məqsədinin tələblərini də pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Məhkum müdafiəçi Əliyev Kamal Vəli oğlu kassasiya şikayət ini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiya məhkəmələri Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibindən başqa, cinayət tərkibini istisna edən halların mövcudluğuna baxmayaraq, sübutlara hərtərəfli tam və obyektiv qiymət verməmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin maddi və prosessual normaların pozuntularına yol verərək, gəldikləri nəticələr işin faktiki hallarına uyğun gəlmir. Gəncə Apellyasiya məhkəməsi (eyni zamanda, birinci instansiya məhkəməsi də) məhkumun hərəkətlərində yalnız Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin tərkibinin ola bilməsinə baxmayaraq, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam zidd olaraq, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektivliyi üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları düzgün qiymətləndirməmiş, bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin maddələrinin normalarının tələblərini tam görməməzlikdən gəlmiş, görünməmiş dərəcədə ədalətsiz yekun qərar qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Məhkum və X4 məhkum olunmalarına dair 19 noyabr 2020-ci il tarixli, 1-1(104)-56-2020 saylı yekun qərarı törədilmiş əməllərlə əlaqədar Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verilməməsi səbəblərindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarının pozuntuları nəticəsində qəbul olunduğundan, dəyişdirilməsini və Məhkum hərəkətlərinin Azərbaycan Respubl ikasının CM-nin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə tövsif olunmaqla, Məhkum zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş heç bir ziyan olmadığından, aradan qalxdığından, zərərçəkmiş şəxsin məhkəməyə ərizə ilə müraciət edərək, Məhkum bağışlanılmasını xahiş etdiyindən, Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinin mənasına və tələbinə görə sonuncunun cinayət məsuliyyətindən azad olunması ilə bağlı cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılmasını xahiş edir.

10. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları

11. Məhkəmə kollegiyası vaxtında lazımınca məlumatlandırılmasına baxmayaraq, məhkəmə i clasına gəlməmiş şəxslərin iştirakı olmadan kassasiya protestinə və kassasiya şikayətinə baxılmasını mümkün saymışdır.

12. Dövlət ittihamçısı Hacıyev Ziya Əli oğlu kassasiya protestinin məzmununa uyğun çıxış edərək bildirdi ki, kassasiya protestini müdafiə edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarının ləğv olunub, cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmçinin kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə kassasiya şikayətinin təmin edilməsini xahiş edir.

13. Məhkumun müdafiəçisi Əliyev Kamal Vəli oğlu kassasiya şikayətinin məzmununa uyğun çıxış edər ək bildirdi ki, kassasiya şikayətini müdafiə edir. Məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Həmçinin kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməsini xahiş edir. IV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Dövlət ittihamçısı kassasiya protestində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbu l edərkən və məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

18. Məhkum müdafiəçisi Əliyev Kamal Vəli oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi - Azərbaycan Respublikası CM-nin 221. 2.1ci maddəsi ilə bəraət verilib, əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd ed ir.

20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edil məsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

23. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

24. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşd ıran hal kimi nəzərə alına bilməz.

25. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

26. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

27. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

28. Dövlət ittiha mçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instan siyası məhkəməsində ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

29. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

30. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

31. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməs i, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.

32. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

33. X5 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə hər ay aylıq pul təminatından 15 (on beş) faiz məbləğdə dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası yəni sanksiya daxilində cəza təyin edilmişdir.

34. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-nin 8.1, 58.3 və 59-cu maddələrini rə hbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cinayətin törədilməsi şəraitini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, həmçinin CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halların isə olmadığını nəzərə alaraq məhkuma azadlıqdan məhrumetmə cəzası təyin etmişdir.

35. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cəza təyini zamanı Məhkum barəsində olan onun cəzasını yüngülləşdirən hallar, şəxsiyyətini səciyyələndirən hallar, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı idi.

36. Yuxarıda qeyd edilən səbəblərə görə apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, bi rinci instansiya məhkəməsinin Məhkum barəsində nəzərə aldığı cəzasını yüngülləşdirən hallarla hazırda nəzərə alınması qeyd olunan digər cəzasını yüngülləşdirən halların məcmusu məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü, yəni CM-in 50-ci maddəsinə istinad etməklə islah işləri cəzasının əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasını təyin etməklə cəzanın məqsədinə və məhkumun islah olunmasına nail olunmasının mümkün olduğu nəticəsinə gəlməyə əsas verir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum törətdiyi əməlin hüquqi tövsifi ilə əlaqədar mübahisələndirilən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu mövzuda da şikayətin müəllifi ilə razılaşmaq üçün əsas tapmır.

39. Belə ki, Məhkum ittiham olunduğu maddə ilə bəraət verilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunaraq cəza verilməsinin mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, istinad olunan ci nayət əməlinin Məhkum tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir.

41. Məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edərkən, qənaətini ona münasibətdə sübutlara əsasən müəyyən etmiş, əsaslandırmışdır.

42. Odur ki, apellyasiya məhkəməsinin sözüge dən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

43. Beləliklə, məhkəmə kollegiyası istər kassasiya şikayətinin, istərsə də kassasiya protestinin dəlillərinin araşdırılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən məhkəmə qərarının kassasiya q aydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından hər hansı müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır.

44. Nəticə etibarilə məhkəmə kollegiyası iclasda iştirak etmiş şəxslərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Əliyev Kamal Vəli oğlunun kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 noyabr 2020-ci il tarixli, 1-1(104)-56/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum müdafiəçisi Əliyev Kamal Vəli oğl unun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 noyabr 2020-ci il tarixli, 1-1(104)-56/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar