Məhkəmə qərarları › İş №1-1(102)-46/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-46/2022

30.06.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-46/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 no yabr 2021-ci il tarixli, 11(103)-28/2021 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları 1.Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxxx 2001-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Balakən rayonu İtitala kəndində qeydiyyatdadır 2.16 iyul 2021-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 228.1 və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində Mühafizə bölüyünün 3-cü taqım 3-cü manqasında atıcı vəzifəsində əsgər rütbəsində xidmət edərkən, 02 may 2021-ci il tarixdə daxili qarovul növbəsində olmaqla saat 17:00- dan saat 19:00-dək saatdar kimi 1-ci post 3-cü növbə üzrə, yəni N nömrəli hərbi hissə qərargahının inzibati binasının girişində yerləşən “Döyüş bayrağı”nın yanında xidmət aparan zaman, saat N radələrində həmin hərbi hissə növbətçiləri, kapitan Şahid3 və kapitan Şahid4 arasında təhviltəslim aparılmaqla onların köməkçi, baş leytenant Təbriz Hüseynovla birlikdə silah otağında olmalarını, digər köməkçi, baş leytenant Şahid5 isə təhvil-təslimdən daha tez getməsini bildikdən sonra, xidmət apardığı postla üzbəüz yerləşən hissə növbətçisinin xidməti otağının nəzarətsiz qalmasını və orada yerləşən, “Makarov” (PM) k onstruksiyalı yarımavtomatik tapançaların saxlanıldığı xüsusi dəmir dolabların qapılarının örtülü olsa belə, qıfılla bağlanmaması müşahidə etdikdə, postun siqnalizasiya sisteminin artıq bir neçə gün öncədən nasaz olması, habelə, istirahət günü olmaqla qərargahın inzibati binasında digər hərbi qulluqçuların olmamaları kimi yaranmış şəraitdən istifadə edərək yaxın zamanlarda tərxis olunacağına görə, mülki həyatda üzərində gəzdirmək məqsədilə hər hansı bir tapançanı talamaq qərarına gəlmişdir. Əsgər Təqsirləndirilən şəxs “Döyüş bayrağı” postunu tərk edərək hissə növbətçisinin otağına daxil olmuş və sağ tərəfdə yerləşən həmin tapançaların saxlanıldığı üç ədəd dəmir dolabın orta hissəsində olan qara rənglisinin qapısını açmaqla yuxarıdan aşağıya doğru ikinci sıradakı, odlu silah hesab edilən “Makarov” (PM) tapançaların təsadüfi şəkildə birini, konkret olaraq, kapitan Şahid2 adına təhkim olunmuş “Bİ 386K” nömrəlisini talamaqla əsgər şalvarının sağ yan cibinə yerləşdirib yenidən xidmət apardığı posta qayıtmış, növbənin təhvil-təslimi başa çatdıqdan sonra həmin silahı qanunsuz olaraq üzərində gəzdirərək Mühafiə bölüyünə aparıb ləvazimatların saxlanılması üçün nəzərdə tutulmuş dolabda gizlətmiş, axşam yeməyindən qayıtdıqda isə “Bİ 386K” nömrəli tapançanı dolabdan götürüb üzərində gəzdirməklə “Uçuş heyəti” yeməkxanasının yaxınlığında yerləşən və tullantıların yığıldığı açıq əraziyə gətirib şəxsi məqsədləri üçün istifadə etmək niyyətilə mişar daşının alt hissəsinə gizlədərək qanunsuz olaraq saxlamışdır. 03 may 2021-ci il tarixdə saat N radələrində hərbi hissə komdanlığı tərəfindən a parılan sorğu-sual zamanı əsgər Təqsirləndirilən şəxs sözügedən silahın saxlanılması yerini bildirib sonradan göstərməklə aidiyyəti üzrə təhvil vermişdir 4.Bakı Hərbi Məhkəməsinin 1-1(093)-143/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyi n olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. 5.Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 11(103)-28/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 1-1(103)-28/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri

8. Kassasi ya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkə mə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 11.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əs asən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 12.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 13.Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. 14.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 15.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinay ətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərə cəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 16.Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədl ərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 17.Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 18.Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. 19.Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci m addəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. 20.Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. 21.Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. 22.Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tu tulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiy a məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. 23.Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldı rmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. 24.Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir. 25.Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməAzərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir. 26.Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksi yasında bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. 27.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində olan cəza təyin edilmişdir. 28.Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını partlayıcı maddələri və qurğuları talam, yaxud hədə-qorxu ilə tələb etmə - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir və həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. 29.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində olan cəza təyin edilmişdir. 30.Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını,əvəllər məhkum olmamasını, atasının İİİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. 31.Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hal kimi himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. 31.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. 32.Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə cəzası üçün nəzərdə tutulan orta həddə cəza təyin etməklə, Azərbaycan Respublikası CM-də nəzərdə tutulan cəzanın məqsədlərini təmin etmişdir. 33.Qeyd olunan hallar baxımından Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilm əsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz. 34.Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 35.Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 24 noyabr 2021-ci il tarixli, 1-1(103)-28/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar