Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-46/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2024-cü il tarixli, 11(103)-15/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Hərb i Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 1-1(093)-175/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim C.C.Ramazanov) xxxx il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının (sədrlik edən Z.A.Şirinov, hakimlər H.H.Əhmədov və İ.A.İbrahimlidən ibarət tərkibdə) 01 mart 2024-cü il tarixli, 11(103)-15/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum Müdafiə Nazirliyinin Abşeron rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun rabitə tağımının baş radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 17 aprel 2023-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hə rbi qulluçusu, polkovnik-leytenant Şahid1 ona qarşı dələduzluq edərək əmlakının ələ keçirməsi ilə bağlı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və digər dövlət orqanlarına rəsmi müraciət etmiş və 10 may 2023-cü il tarixdə Respublika Hərbi Prokurorluğunda izahat verməzdən əvvəl bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq verdiyi izahatında 2021-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında stasionar müalicədə olan zaman Şahid1lə tanış olaraq aralarında sevgi münasibəti yarandığını, bundan sonra 2021-ci ilin noyabr ayında guya Şahid1 ona 26500 manata Cənubi Koreya Respublikasından 2010cu il buraxılışlı, "x" markalı avtomobil alıb gətirə biləcəyini tək lif edərək aralarında razılıq əldə etdikdən sonra avtomobilin alınması və sığortalı daşınması üçün Şahid1 ilk olaraq ondan 7800 ABŞ dolları pul istədiyini, 2021-ci ilin noyabr ayında Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən "Liman" restoranında 14000 manat pulu Şahid1 verdiyini, 2 gün sonra Şahid1 bank vasitəsi ilə ödənişi etdiyini deyib, verdiyi pulun qalığı olan 740 manatı ona geri qaytardığını, 13 dekabr 2021-ci il tarixdə həmin avtomobil Azərbaycana gətirildikdən **-DN-*** dövlət qeydiyyat nömrəsi verilərək Şahid1 tərəfindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hərbi qulluqçusu, tibb xidməti mayoru Şahid2 mülkiyyətinə keçirilib 20 dekabr 2021-ci il tarixdə ona təhvil verildikdən sonra anası Şahid3 28 dekabr 2021-ci il tarixdə "Kapital Bank"ın Sumqayıt şəhərində yerləşən Qub adlı filialından 8400 manat kreditə pul götürüb ona verdiyini, sonra xalası x 1600 manat borc pul alaraq 8400 manat pulun üzərinə əlavə edərək 10000 manat pulu 01 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən "Liman" restoranında Şahid1 verdiyini, avtomobilin qalıq pulu olan 3240 manat pulu 2022-ci ilin mart ayında Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən "Liman" restoranında verdiyini, beləliklə ümumilikdə 26500 manat dəyərində avtomobilin pulu ödəməklə aldığına baxmayaraq polkovnikleytenant Şahid1 həmin avtomobili yalnız idarə etmək barədə etibarnamə versə də, sonradan 01 aprel 2023-cü il tarixdə etibarnamənin müddəti bitdikdən sonra avtomobili ondan almaqla aldatma yolu ilə əmlakını talamaqla dələduzluq cinayəti törətdiyi barədə məlumatlar göstərmiş, lakin i stintaq yolu ilə əsgər Məhkum 8400 manat pulu xidmət yerinin dəyişdirilməsi üçün N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X5 verməsi, o cümlədən polkovnik-leytenant Şahid1 faktiki mülkiyyətində olan "Kia Sorento" markalı, **DN-*** dövlət qeydiyyat nişanlı avtomobili aralarında olan şəxsi münasibətlərə görə idarə edilməsi üçün Məhkum verməsi müəyyən edilmiş, bununla da Məhkum cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Qasımlı Anar Elman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblər i pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, CM-nin 296.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması üçün təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkməlidir. Hazırki iş üzrə məhkum edilmiş təqsirləndirilən şəxs Məhkum Şahid1lə birgə yaşayış münasibətindən və aralarındakı mülki hüquq münasibətindən irəli gələn məsələni dələduzluq əməli kimi qiymətləndirərək, hüquqmühafizə orqanlarına şikayət etmişdir. Belə olan halda, şikayəti araşdıran hüquq mühafizə orqanı, Şahid1 əməlində cinayət tərkibi müəyyən etmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməli və Məhkum mülki qaydada məhkəməyə müraciət etmək hüququnu izah etməli idi. Müdafiəçi öz kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2024-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə v ə yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Qasımlı Anar Elman oğlunun kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə hüquqi tövsifi ba rədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 296.1-ci maddələri ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir süb ut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apelly asiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdaf iə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Odur ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi təqsirli bilinməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilmə miş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 296.1-ci maddələri ilə yuxarıda qeyd olunan cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 maddələrind ə və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum müdafiəçi Qasımlı Anar Elman oğlunun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2024-cü il tarixli, 1-1(103)-15/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Qasımlı Anar Elman oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2024-cü il tarixli, 1-1(103)-15/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-46/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-46/2024
16.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver