Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-46/2025 03.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Həziyev Babək Məhəmməd oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-7/N0N4 nömrəli, 30 may N0N4-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məmkum olunmamış, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, tibb xidməti leytenantı işləmiş, Ağdam rayonunun Böyükbəyli kəndində daimi yaşayış qeydiyyatında olmaqla yaşamışdır.
2. N6 may N0NN-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 311.3.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Sarıcalı kəndinin ərazisində yerləşən N nömrəli hərbi hiss əsinin səyyar tibb qrupunun qəbul-çeşidləmə bölməsinin baş ordinatoru vəzifəsində, tibb xidməti leytenantı rütbəsində həqiqi hərbi xidmətdə olarkən, hərbi hissənin müalicə bölmələrində tibb personalının komplektləşmə faizinin aşağı olması, xəstələrin müayinə və müalicəsinin daha keyfiyyətli aparılması, eləcə də bölmələrdə döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədi ilə hərbi hissə komandirinin NN yanvar N0N1-ci il tarixli, 4N nömrəli əmrinə əsasən hərbi hissənin terapiya bölməsində işə buraxılmışdır. Terapiya bölməsində müvafiq vəzifələri icra edərkən, 16 iyun N0N1-ci il tarixdə, saat 13 radələrində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün hərbi qulluqçusu, baş leytenant Şahid1 N nömrəli hərbi hissənin qəbul bölməsində ona yaxınlaşaraq özünün, eləcə də onunla birlikdə hə min bölükdə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş ŞahidN və əsgər Şahid3 müalicə pulu almaları üçün tələb olunan tibbi arayışı əldə etmək məqsədi ilə ondan tibbi kitabçalarına müvafiq ödənişi almağa hüquq verən hər hansı xəstəlik diaqnozunu yazmasını xahiş etdikdə, Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz gəlir əldə etmək qərarına gələrək, bu məqsədlə baş leytenant Şahid1, kiçik çavuş ŞahidN və əsgər Şahid3 N nömrəli hərbi hissədə keçirilmiş ambulator müayinələri nəticəsində onlarda hər hansı xəstəliklər aşkar olunmadığı və sağlamlıqları ilə bağlı onların hər hansı şikayətləri olmadığı halda, baş leytenant Şahid1 onların müvafiq tibbi arayışları əldə etmələri üçün ona ümumilikdə 50 (əlli) manat pul verəcəkləri təqdirdə hər üçünün tibbi kitabçalarına saxta xəstəlik diaqnozlarını yazacağını bildirərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Baş leytenant Şahid1 onun təklifini qəbul edib razılaşdıqdan sonra Məhkum icrasına buraxıldığı vəzifə ilə əlaqədar müvafiq səlahiyyətlərindən sui-istifadə edərək, sonuncunun, eləcə də kiçik çavuş ŞahidN və əsgər Şahid3 tibbi kitabçalarına N nömrəli hərbi hissədə keçirilmiş ambulator müayinələri nəticəsində onlarda müvafiq diaqnozlu xəstəliklərin aşkar olunmasına dair saxta qeydiyyatlar aparıb bunun müqabilində baş leytenant Şahid1 N nömrəli hərbi hissənin qəbul bölməsində təklikdə 50 (əlli) manat məbləğində pulu vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlah iyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən rüşvət qismində almış və bundan sonra onun apardığı saxta qeydiyyatlar əsasında N nömrəli hərbi hissədən baş leytenant Şahid1, kiçik çavuş ŞahidN və əsgər Şahid3 müvafiq ödənişi almağa hüquq verən tibbi arayışlar verilmiş və həmin arayışlar əsasında N nömrəli hərbi hissə tərəfindən Şahid1 1718,50 manat məbləğində, ŞahidN 1414,50 manat məbləğində, Şahid3 isə 1106,70 manat məbləğində müalicə pulu ödənilmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 18 iyun N0N1-ci il tarixdə, saat 11 radələrində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün hərbi qulluqçusu, gizir Şahid4 N nömrəli hərbi hissənin qəbul bölməsində ona yaxınlaşaraq özünün, eləcə də onunla birlikdə həmin bölükdə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid6 və Şahid5 müalicə pulu almaları üçün tələb olunan tibbi arayışı əldə etmək məqsədi ilə ondan tibbi kitabçalarına müvafiq ödənişi almağa hüquq verən hər hansı xəstəlik diaqnozunu yazmasını xahiş etdikdə, Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz gəlir əldə etmək qərarına gələrək, bu məqsədlə gizir Şahid4, eləcə də əsgərlər Şahid6 və Şahid5 N nömrəli hərbi hissədə ambulator müayinələrdən keçmədikləri və sağlamlıqları ilə bağlı onların hər hansı şikayətləri olmadığı halda, gizir Şahid4 onların müvafiq tibbi arayışları əldə etmələri üçün ona ümumilikdə 30 (otuz) manat pul verəcəkləri təqdirdə hər üçünün tibbi kitabçalarına N nömrəli hərbi hissədə ambulator müayinədən keçirilmələri və onlarda mü vafiq xəstəliklərin aşkar olunduğu ilə bağlı saxta xəstəlik diaqnozlarını yazacağını bildirərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və şəxsən təkrarən rüşvət istəmişdir. Gizir Şahid4 onun təklifini qəbul edib razılaşdıqdan sonra Məhkum icrasına buraxıldığı vəzifə ilə əlaqədar müvafiq səlahiyyətlərindən sui-istifadə edərək, sonuncunun, eləcə də əsgərlər Şahid6 və Şahid5 tibbi kitabçalarına onların N nömrəli hərbi hissədə ambulator müayinələrdən keçirilmələri və keçirilmiş müayinələr nəticəsində onlarda müvafiq diaqnozlu xəstəliklərin aşkar olunmasına dair saxta qeydiyyatlar aparıb bunun müqabilində gizir Şahid4 N nömrəli hərbi hissənin qəbul bölməsində təklikdə 30 (otuz) manat məbləğin də pulu vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən təkrarən rüşvət qismində almış və bundan sonra onun apardığı saxta qeydiyyatlar əsasında N nömrəli hərbi hissədən gizir Şahid4, eləcə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid6 və Şahid5 müvafiq ödənişi almağa hüquq verən tibbi arayışlar verilmiş və həmin arayışlar əsasında N nömrəli hərbi hissə tərəfindən Şahid4 1405 manat 80 qəpik məbləğində, Şahid5 və Şahid6 hər birinə isə 1054 manat məbləğində müalicə pulu ödənilmişdir. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N1 iyun N0N1-ci il tarixdə, saat 11 radələrində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün hərbi qulluqçusu, gizir Ş ahid7 N nömrəli hərbi hissənin terapiya bölməsindəki xidməti otağında ona yaxınlaşaraq özünün, eləcə də onunla birlikdə həmin bölükdə xidmət edən kapitan Şahid8 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 müalicə pulu almaları üçün tələb olunan tibbi arayışı əldə etmək məqsədi ilə ondan tibbi kitabçalarına müvafiq ödənişi almağa hüquq verən hər hansı xəstəlik diaqnozunu yazmasını xahiş etdikdə, Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz gəlir əldə etmək qərarına gələrək, bu məqsədlə gizir Şahid7 və əsgər Şahid9 N nömrəli hərbi hissədə keçirilmiş ambulator müayinələri nəticəsində onlarda hər hansı xəstəliklər aşkar olunmadığı və sağlamlıqları ilə bağlı hər hansı şikayətləri olmadığı, kapitan Şahid8 isə ambulator müayinələrdən keçmədiyi halda, gizir Şahid7 o nların müvafiq tibbi arayışları əldə etmələri üçün ona ümumilikdə 50 (əlli) manat pul verəcəkləri təqdirdə hər üçünün tibbi kitabçalarına saxta xəstəlik diaqnozlarını yazacağını bildirərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və şəxsən təkrarən rüşvət istəmişdir. Gizir Şahid7 onun təklifini qəbul edib razılaşdıqdan sonra Məhkum icrasına buraxıldığı vəzifə ilə əlaqədar müvafiq səlahiyyətlərindən sui-istifadə edərək, sonuncunun, kapitan Şahid8 və əsgər Şahid9 tibbi kitabçalarına N nömrəli hərbi hissədə keçirilmiş ambulator müayinələri nəticəsində onlarda müvafiq diaqnozlu xəstəliklərin aşkar olunmasına dair saxta qeydiyyatlar aparıb bunun müqabilində gizir Şahid7 N nömrəli hərbi hissənin terapiya bölməsindəki xidməti otağında təklikdə ümumilikdə 50 (əlli) manat məbləğində pulu vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən təkrarən rüşvət qismində almış və bundan sonra onun apardığı saxta qeydiyyatlar əsasında N nömrəli hərbi hissədən gizir Şahid7, kapitan Şahid8 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 müvafiq ödənişi almağa hüquq verən tibbi arayışlar verilmiş və həmin arayışlar əsasında N nömrəli hərbi hissə tərəfindən Şahid8 1893,30 manat məbləğində, Şahid9 1054 manat məbləğində, Şahid7 isə 1306,80 manat məbləğində müalicə pulu ödənilmişdir. Həmçinin Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N1 iyun N0N1-ci il tarixdə, saat 1N r adələrində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün hərbi qulluqçusu, gizir XN N nömrəli hərbi hissənin terapiya bölməsindəki xidməti otağında ona yaxınlaşıb müalicə pulu alması üçün tələb olunan tibbi arayışı əldə etmək məqsədi ilə ondan tibbi kitabçasına müvafiq ödənişi almağa hüquq verən hər hansı xəstəlik diaqnozunu yazmasını xahiş etdikdə, Məhkum yaranmış vəziyyətdən istifadə edib qanunsuz gəlir əldə etmək qərarına gələrək, bu məqsədlə X8in N nömrəli hərbi hissədə keçirilmiş ambulator müayinəsi nəticəsində onda hər hansı xəstəlik aşkar olunmadığı və sağlamlığı ilə bağlı hər hansı şikayətləri olmadığı halda, müvafiq tibbi arayışı əldə etməsi üçün ona 30 (otuz) manat pul verəcəyi təqdirdə tibbi kitabçasına saxta xəstəlik diaqnozu yazacağını bildirərək, vəzifəli şəxs kimi xidməti vəz ifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə maddi neməti (pulu) özü üçün birbaşa və şəxsən təkrarən rüşvət istəmişdir. X4 təklifini qəbul edib razılaşdıqdan sonra Məhkum icrasına buraxıldığı vəzifə ilə əlaqədar müvafiq səlahiyyətlərindən sui-istifadə edərək, sonuncunun tibbi kitabçasına N nömrəli hərbi hissədə keçirilmiş ambulator müayinələr nəticəsində onda müvafiq diaqnozlu xəstəliyin aşkar olunmasına dair saxta qeydiyyatlar aparıb bunun müqabilində X8dən N nömrəli hərbi hissənin terapiya bölməsindəki xidməti otağında təklikdə 30 (otuz) manat məbləğində pulu vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən təkrarən rüşvət qismində almış və bundan sonra onun apardığı saxta qeydiy yat əsasında N nömrəli hərbi hissədən X8ə müvafiq ödənişi almağa hüquq verən tibbi arayış verilmiş və həmin arayış əsasında N nömrəli hərbi hissə tərəfindən Elvin Niftaliyeva 1597,60 manat məbləğində müalicə pulu ödənilmişdir. Bundan əlavə o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 30 iyun N0N1-ci il tarixdə, saat 16 radələrində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid11, Şahid10 və Şahid1N N nömrəli hərbi hissənin terapiya bölməsindəki xidməti otağında ona yaxınlaşaraq müalicə pulu almaları üçün tələb olunan tibbi arayışı əldə etmək məqsədi ilə ondan tibbi kitabçalarına müvafiq ödənişi almağa hüquq verən hər hansı xəstəlik diaqnozunu yazmasını xahiş etdikdə, Məhkum yaranmış vəziyyətdən isti fadə edib qanunsuz gəlir əldə etmək qərarına gələrək, bu məqsədlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid11, Şahid10 və Şahid1N N nömrəli hərbi hissədə keçirilmiş ambulator müayinələri nəticəsində onlarda hər hansı xəstəliklər aşkar olunmadığı və sağlamlıqları ilə bağlı onların hər hansı şikayətləri olmadığı halda, onlara müvafiq tibbi arayışları əldə etmələri üçün ona ümümilikdə 150 (yüz əlli) manat pul verəcəkləri təqdirdə hər üçünün tibbi kitabçalarına saxta xəstəlik diaqnozlarını yazacağını bildirərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə maddi neməti (pulu) özü üçün birbaşa və şəxsən təkrarən rüşvət istəmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid11, Şah id10 və Şahid1N onun təklifini qəbul edib razılaşdıqdan sonra Məhkum icrasına buraxıldığı vəzifə ilə əlaqədar müvafiq səlahiyyətlərindən sui-istifadə edərək, hər üçünün tibbi kitabçalarına N nömrəli hərbi hissədə keçirilmiş ambulator müayinələri nəticəsində onlarda müvafiq diaqnozlu xəstəliklərin aşkar olunmasına dair saxta qeydiyyatlar aparıb bunun müqabilində N nömrəli hərbi hissənin terapiya bölməsindəki xidməti otağında hər birindən 50 (əlli) manat olmaqla ümumilikdə 150 (yüz əlli) manat məbləğində pulu vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa və şəxsən təkrarən rüşvət qismində almış və bundan sonra onun apardığı saxta qeydiyyatlar əsasında N nömrəli hərbi hissədən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid11, Şahid10 və Şahid1N müvafiq ödənişi almağa hüquq verən tibbi arayışlar verilmiş və həmin arayışlar əsasında N nömrəli hərbi hissə tərəfindən Şahid11 1054 manat məbləğində, Şahid10 1333,40 manat məbləğində, Şahid1N isə 1054 manat məbləğində müalicə pulu ödənilmişdir. 3. 16 iyun N0NN-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-11/N0N3 nömrəli, 04 oktyabr N0N3-cü il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin ( bundan sonra – “Azərbaycan Respublikası CPM”) 4N.1.4-cü maddəsinə əsasən bəraət verilməsi hökm edilmiş, məhkəmə məsrəfləri, xüsusi müsadirə və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CMnin 311.3.N-ci maddəsi ilə təqsirli bilinərək, barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-7/N0N4 nömrəli, 30 may N0N4-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilərək, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-11/N0N3 nömrəli, 04 oktyabr N0N3-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) il müddə tə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 may N0N4-cü il tarixdən hesablanması hökm edilmiş, xüsusi müsadirə, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Nəcəfli X5 Nazirliyinin Ağcabədi rayonunun Sarıcalı kəndinin ərazisində yerləşən N nömrəli hərbi hissənin səyyar tibb qrupunun qəbul-çeşidləmə bölməsinin baş ordinatoru vəzifəsində işləmiş, 44 günlük vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının N4 iyun N0N1-ci il tar ixli sərəncamı ilə Suqovuşanın azad edilməsi medalı ilə təltif edilmişdir. Həmçinin müharibə veteranı adı verilmişdir. Xidmətini vicdanla və şərəflə yerinə yetirmişdir. Xidməti xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin məhkumun və ona qarşı ifadə vermiş şahidlərin hadisədən uzun müddət keçdikdən sonra məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşmamasına, onların ibtidai araşdırma zamanı verdikləri ifadələrini dəyişmələrinin səbəblərini araşdırmamasına, şahidlərin hadisədən bilavasitə sonra verdikləri işin hallarına uyğun ifadələrini həqiqi ifadələr kimi qiymətləndirmək əvəzinə məhkumun özünü müdafiə xarakterli ifadəsini, həmçinin təqsirləndirilən şəxsə qarşı ifadə vermiş şahidlərin birinci instansiya məhkəməsind ə verdikləri ifadələrini əsas ifadələr kimi qiymətləndirməklə səhv nəticəyə gəlməsinə dair dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkuma qarşı ifadə vermiş şahidlər Şahid1, Şahid4, Şahid10, Şahid1N, Şahid11, Şahid1N, Şahid11, ŞahidN teleqramla Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək Tərtər Hərbi Məhkəməsində düzgün ifadə vermədiklərini, Məhkum körpə uşağı anadan olduğundan onun tutulmasını istəmədiklərini, yalan ifadə verdiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, ona görə də onların apellyasiya məhkəməsində şahid kimi yenidən dindirilmələrini xahiş etmişlər. Həmin xüsusat apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-7/N0N4 nömrəli, 30 may N0N4-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kasasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkə mələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.N və 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 1-1(106)-7/N0N4 nömrəli, 30 may N0N4-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlər in mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N59-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, N9 noyabr N0NN-ci il).
20. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum tə qsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçisinin kassasiya müraciətinin dəlillərini əsassız hesab edir.
21. Belə ki, apellyasiya baxışını qismən məhkəmə istintaqını aparmaqla keçirmiş apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən hökmündə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməsə də, onun həmin əməlləri törətməkdə təqsiri şahidlərin apellyasiya baxışı zamanı verdikləri ifadələri və işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
22. Baxılan işin materiallarından göründüyü kimi, Məhkum qarşı ifadə vermiş şahidlər Şahid1, Şahid4, Şahid10, Şahid1N, Şahid11 və ŞahidN yenidən apellyasiya baxışı zamanı dindirildikdə məhkəməyədək icraat dövründə verdikləri ifadələrini təkrarlayıb, məhkuma rüşvət vermələrini bir daha təsdiq etmişlər. Adları qeyd edilən şahidlər birinci instansiya məhkəməsi qarşısında fərqli, məhkuma rüşvət vermədikləri barədə ifadə vermələrinin səbəbini Məhkum körpə uşağı olduğundan onun tutulmasını istəmədikləri ilə izah etmişlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi məhkumun və ona qarşı ifadə vermiş şahidlərin hadisədən uzun müddət keçdikdən sonra məhkəmədə verdi kləri ifadələrinə tənqidi yanaşmamaqda, onların ibtidai araşdırma dövründə verdikləri ifadələrini dəyişmələrinin səbəblərini araşdırmamaqda, hadisədən bilavasitə sonra verilən və işin halları ilə uzlaşan ifadələri həqiqətə daha uyğun olanlar kimi nəzərə almaq əvəzinə məhkumun özünü müdafiə xarakterli ifadəsini, həmçinin onun xeyrinə verilmiş şahid ifadələrini bəraət hökmünün çıxarılması üçün əsas götürməkdə səhvə yol vermişdir.
23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində qeyd edilən pozuntunu aşkar etdiyindən, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbayca n Respublikası CM-nin 311.3.N-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edib, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 4N.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya protestində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələ ri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə yekun nəticəni şübhə altına almaq üçün əsas görmür.
25. Bununla belə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, lakin aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən hökmün bu hissədə dəyişdirilməsini zəruri hesab edir.
26. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkd ə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 11N.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 0N aprel N01N-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart N0NN-ci il tarixli qərarları).
27. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsi r göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalət prinsipi nə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.N, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr N011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 995-ci maddəsinin şərh edilməsinə dair” N8 iyun N0N4-cü il tarixli qərarları).
29. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhku mun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
30. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr N0N1-ci il tarixli qərarı).
31. Qeyd edilən maddi hüquq normalar ının tələbləri və onlara, eləcə də cəza tətbiqinin ümumi prinsiplərinə aid Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının şərhini rəhbər tutmaqla cinayət işinin materialları üzrə müəyyən edilən işin faktiki hallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edən apellyasiya instansiyası məhkəməsi bu məsələnin həllinə təsir edə biləcək bütün halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən, cəzasının yüngülləşdirməsinə təsir edə biləcək halları, habelə təyin olunmuş cəzanın ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CMnin 41.N-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin etməmişdir.
32. Belə ki, apellyasiya insta nsiyası məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxsin himayəsində körpə uşağının olması onun cəzasının yüngülləşdirən hal kimi müəyyən edilmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir.
33. Bundan başqa cinayət işinin materiallarında olan N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Məhkum müsbət xarakterizə olunur.
34. Cinayət işinin yuxarıda təsviri verilən hallarının məcmusunu, eləcə də məhkumun şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə cinayət əməli törətməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyata şəraitinə təsirini, cəzasını yüngülləşdirən hal olaraq himayəsində bir körpə uşağının olmasını, eyni zamanda cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq A zərbaycan Respublikası Hərbi Prokurorluğun depozit hesabında saxlanılan 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaitinin dövlət nəfinə xüsusi müsadirə olunmaqla cinayətin ictimai təhlükəliliyinin azaldılmasına yönəlməsini nəzərə alan məhkəmə kollegiyası, daha əvvəl istinad edilmiş cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara və onların şərhinə aid Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında verilmiş müddəalara əsaslanaraq hesab edir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsi ilə təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respub likası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.
35. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Cavadov Əjdər Əmrah oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)7/N0N4 nömrəli, 30 may N0N4-cü il tarixli hökmü Azərbaycan Respublikası CPM-nin 416.1.N1-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 1-1(106)-7/N0N4 nömrəli, 30 may N0N4-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 05 (beş) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Məhkum azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun daimi yaşayış qeydiyyatında olduğu ərazi üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-7/N0N4 nömrəli, 30 may N0N4-cü il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.