Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-47/2022 18.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi İsmayılova Elmira Fətulla qızının iştirakı ilə, S umqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli, 1-1(105)-5/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1985-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, Gəncə Hərbi Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, ünvan 1 ünvanda yaşamışdır. 2. 12 oktyabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.3, 32.4,312.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 noyabr 2020-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə hər hansı hərəkətin edilməsi müqabilində onun özü üçün, dolayı yolla və vasitəçidən is tifadə etməklə, maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, həmçinin özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edərkən, 2016-2018-ci illərdə Müdafiə Nazirliyinin Daşkəsən rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən təlim toplanışı zamanı tanış olduğu Müdafiə Nazirliyinin Qazax rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid1 ilə 2019-cu ilin yanvar ayının sonlarında aralarındakı telefon danışığı zamanı Şahid1 Müdafiə Nazirliyinin Goranboy rayonunun “Goran-1” hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissəsinin Tərtər rayonunun ərazisində dislokasiya olunmuş 3cü artilleriya divizionunun 9-cu batareyasının 2-ci atəş tağımının komandiri vəzifəsində xidmət etdiyini və ailə vəziyyəti ilə əlaqədar xidmət yerinin yaşadığı Qazax rayonuna yaxın ərazidə yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istədiyini bilib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını (pulunu) qanunsuz ələ keçirmək qərarına gələrək, b u məqsədlə hər hansı şəxsin xidmət yerini dəyişmək üçün köməklik etməyə səlahiyyəti və real imkanı olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, R.A.Aslanova xidmət yerini dəyişdirəcəyi barədə yalan vəd verib, bunun müqabilində adını və vəzifəsini demədiyi vəzifəli şəxsə 4000 manat pul verərək xidmət yerini Qazax, Ağstafa və ya Tovuz rayonları ərazisində yerləşən hərbi hissələrdən birinə dəyişdirə biləcəyini deyib onu aldadaraq Şahid1 vəzifəli şəxsə onun özü üçün, dolayı yolla və vasitəçidən istifadə etməklə rüşvət verməyə təhrik etmişdir. Qeyd olunan telefon danışığından bir neçə gün sonra Şahid1la aralarındakı növbəti telefon danışığı zamanı sonuncu ona 4000 manat məbləğində pul verməyə maddi imkanının olmadığını bildirərək onunla 3000 manat məbləğində pul vermələrinə dair razıl aşmış və aralarında yaranmış razılığa əsasən Şahid1 14 fevral 2019-cu il tarixdə "xxxx" ASC-nin Qazax rayon filialı vasitəsi ilə Təqsirləndirilən şəxs adına 3000 manat məbləğində pul göndərmiş və o da həmin pulu qeyd olunan tarixdə "xxxx" ASC-nin Şəmkir rayon filialından qəbul etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayının ortalarında yenidən Şahid1 zəng vuraraq xidmət yerinin dəyişdirilməsi müqabilində qeyrimüəyyən vəzifəli şəxsə verməsi üçün əlavə olaraq 500 manat məbləğində pul verməli olduğunu bildirmiş, lakin Şahid1 maddi imkanı olmadığından 400 manat məbləğində pul verə biləcəyini demiş və bu barədə aralarında razılıq əldə edilmişdir. 16 mart 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Şahid1 həmin tarixdə "xxxx" MMC-nin Tərtər rayon filialı vasitəsi ilə adına gö ndərdiyi 400 manat məbləğində pulu Bakı şəhəri Səbail rayonu 23 saylı poçt şöbəsindən qəbul edib verdiyi vəd üzrə Şahid1 xeyrinə heç bir iş görməyərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 ümumilikdə 3400 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin may-iyun aylarında ordu sıralarından tərxis olunduqdan sonra onunla qonşuluqda yaşayan və aralarında uzun müddət tanışlıq münasibətləri olan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək öz xalası Aliosmanova Ceyran Mövlud qızının yüksək maddi imkanı olduğunu əvvəlcədən bilib, sonuncunun əri Zərərçəkmiş şəxs3 məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə qanunsuz daxil olmaqla əmlakını ələ keçirmək məqsədi ilə basqın etmək barədə razılığa gələrək həmin basqını planlaşdırmışdır. Bu məqsədlə hər ikisi 01 iyul 2019cu il tarixdə, saat 08 radələrində həmin ünvana gəlmiş və ilk olaraq digər şəxs üzü maskalı şəkildə açıq qapıdan qeyd olunan yaşayış sahəsinin qonaq otağına qanunsuz daxil olmuşdur. Bu zaman otaqda olan Fazil Aliosmanovun gəlini Zərərçəkmiş şəxs1 maskalı digər şəxsi görüb qorxduğundan həyacanlı vəziyyətdə çığırıb yataq otağında olan həyat yoldaşı Zərərçəkmiş şəxs2 köməyə çağıraraq qaçmaq istəmiş, lakin digər şəxs Zərərçəkmiş şəxs1 tutub qışqırmaması üçün əli ilə ağız nahiyəsini tutmuşdur. Zərərçəkmiş şəxs1 müqavimət göstərərkən yerə yıxılmış və digər şəxs onun müqavimətini qırmaq məqsədilə üzərində olan, insanın hərəkət qabiliyyətini müvəqqəti məhdudlaşdı rmaq üçün nəzərdə tutulan elektrik keçirici cərəyan vasitəsini silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sağ sifət nahiyəsinə elektrik keçirici cərəyan vasitəsilə cərəyan vermişdir. Həmin vaxt arvadının səsinə oyanaraq köməyə gəlmiş Zərərçəkmiş şəxs2 qonaq otağına daxil olub Zərərçəkmiş şəxs1 buraxması üçün digər şəxsə müqavimət göstərmiş və bu zaman evin həyətində gözləyən Təqsirləndirilən şəxs bunu görüb üzü maskalı şəkildə qonaq otağına qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək boğaz nahiyəsindən tutmaqla dirsəyi ilə baş nahiyəsinə, təpiklə isə ayaq nahiyəsinə çoxsaylı zərbələr vurmağa başlamışdır. Zərərçəkmiş şəxs2 zərbələrin təsirindən üz ü üstə yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs onun üzərində oturub boğazını sıxmaqla müqavimətini qırmağa çalışmış, həmin vaxt digər şəxs da hər iki əlləri ilə Zərərçəkmiş şəxs1 qollarından tutub onun müqavimət göstərməsinə mane olmaq istədikdə, Zərərçəkmiş şəxs1 bir anlıq digər şəxsin üzündəki maskanı çıxartmağa nail olub onun üzünü görmüşdür. Bundan sonra, digər şəxs Zərərçəkmiş şəxs1 bu hərəkətlərinin qarşısını almaq və tam olaraq onun müqavimətini qırmaq niyyəti ilə diz nahiyəsinə elektrik keçirici cərəyan vasitəsi ilə cərəyan vermiş, nəticədə ümumilikdə ona «sağ tərəf sifət və sol diz nahiyəsinin yanıq izləri, sol bazunun qançırı, sağ dirsək oynağı və sağ diz nahiyələrinin sıyrıqları» ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Daha sonra digər şəxs Zərə rçəkmiş şəxs2 Təqsirləndirilən şəxs müqavimət göstərdiyini görüb sonuncuya kömək etmək üçün Zərərçəkmiş şəxs2 hər iki diz nahiyələrinə elektrik keçirici cərəyan vasitəsi ilə cərəyan verib müqavimətini qırmış, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hər iki əllərini rezin (xamut) kələpçə ilə bağlayıb üzərində olan bıçağın arxa hissəsi ilə baş nahiyəsinə çoxsaylı zərbələr vurmaqla ona ümumilikdə «hər iki diz nahiyələrinin yanıq izləri, ənsə nahiyəsinin şişkinliyi və boyun nahiyəsinin qançırları» ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pul və qızıl-zinət əşyalarını verməsini tələb etmiş, verməyəcəyi təqdirdə boğazını kəsməklə hədələmiş, Zərərçəkmiş şəxs2 isə yaşadıqları evdə pul və qızılzinət əşyaları nın olmadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs və digər şəxs yaşayış sahəsinin qonaq otağının giriş qapısından Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs3 içəriyə daxil olduğunu görüb birlikdə qaçmaq istədiklərində Zərərçəkmiş şəxs3 giriş qapısının qarşısında dayanaraq onların qaçmasına mane olmaq istəmiş, bu zaman o, digər şəxslə birlikdə Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək boyun nahiyəsindən tutub sonuncunun boğazını sıxaraq ona «boyun və sağ bazu nahiyələrinin qançırları» ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə quldurluq etmiş və daxil olduqları giriş qapısından çölə çıxıb qaçaraq həmin yerdən uzaqlaşmışlar.
5. Bakı Hərbi Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1-1(093)-177/2020 nömrəli hök mü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4,312.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4,312.1ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin ed ilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 48-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs leytenant hərbi rütbəsindən məhrum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 16 aprel 2020-ci il tarixdən hesablanması qərara alınmışdır.
6. Həmin hökmdən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verib, hökmün ləğv edilməsini, barəsində yüngülləşdirici halları nəzərə almaqla yeni hökm çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində qeyd edil mişdir ki, o, evlidir, 3 azyaşlı uşağı var, ailədə tək övladdır və ondan başqa ailəsinə məvacib gətirən kimsə yoxdur. 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təkcə onun deyil, ailəsinin də vəziyyətini ağırlaşdırmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli, 1-1(105)-5/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tari xli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4,312.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə verilən ittiham öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hal olduğundan, kassasiya şikayətində həmçinin məhkum tərəfindən ona təyin edilən cəzanın ağırlığı mübahisələndirilmişdir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubl ikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməm əsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində təqsirinin sübuta yetirilməməsi əsasları ilə ona bəraət verilməli olduğunu iddia edərək, həmçinin təyin olunan cəzanın ağırlığını mübahisələndirərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6, 416.1.21-cı maddələrində təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli, 1-1(105)-5/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Məhkum Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətm əsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarını araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb, apelyasiya şikayətinin dəlillərini nəzərə almaqla sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməyərək hesab etmişdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin məhkəmənin mübahisələndirilən hökmü dəyişdirilməməlidir. Məhkəmə qeyd etmişdir ki, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü qis mən təqsirli bilmiş, onun əməli səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır.
19. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət hüququ normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan R espublikası CM-nin 178.2.3, 32.4,312.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
20. Məhkəmə kollegiyası həmçinin məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasının Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal olması barədə dəlillini də əsassız hes ab edir.
21. Belə ki, qeyd edilən həmin ərizə Bakı şəhəri 01 saylı notariat ofisində 11 oktyabr 2021-ci il tarixdə təsdiq olunmuş və kassasiya şikayətinə əlavə edərək kassasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.
22. İşin mübahisəsiz hallarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə dair şikayətinə apellyasiya instansiyası məhkəməsində 10 mart 2021-ci il tarixdə baxılarkən, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasına dair hər hansı sənəd məhkəməyə təqdim edilməmiş, bu isə o deməkdir ki, həmin, yəni barəsində qanuni qüvvəsini alan məhkəmə qərarı qəbul edənədək müddəti əhatə edən dövrdə onun cəzasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən yüngülləşdirən istinad edilən hal mövcud olmamışdır.
23. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Məhkəmələr Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
24. Məhkəmə kolle giyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfin dən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli, 1-1(105)-5/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 10 mart 2021-ci il tarixli, 1-1(105)-5/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.