Məhkəmə qərarları › İş №1-1(102)-47/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-47/2023

16.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-47/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, xxxx katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum müdafiəçisi, “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi Şəmsəddin oğlu oğlunun iştirakları ilə xx xxxx xxxci il tarixdə xxx şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, N nömrəli hərbi hissəni n xx taborunun xx bölüyünün xx tağımının xx manqasının sabiq əsgəri, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.3,150.2.1, 32.3,150.2.4, 228.1, 274, 335.2 və 338.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1-1(095)-010/2 019 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.3,150.2.1, 32.3,150.2.4, 228.1, 274, 335.2 və 338.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi və CM-nin 32.3,150.2.1, 32.3,150.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məh¬rum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 274-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 335.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 338.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalarının qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti ol araq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni 14 may 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X3 da təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi F.Ələsgərov apellyasiya şikayəti verərək, Gəncə Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 11(095)-010/2019 saylı hökmü ilə təqsirləndirilən şəxs Məhkum CM-nin 335.2-ci maddəsi ilə təyin olunan 3 (üç) il azadlıqdan məhrumetmə cəzası qeyri-qanuni və əsassız olduğundan, məhkəmədə sübuta yetirilm ədiyindən həmin ittiham hökmdən çıxarılmaqla ona bəraət verilməsini, təqsirləndirilən şəxs Məhkum CM-nin 32.3, 150.2.1, 32.3, 150.2.4cü maddələri ilə təyin olunan 6 (altı) il azadlıqdan məhrumetmə cəzası, CM-nin 228.1-ci maddəsi ilə təyin olunan 1 (bir) il azadlıqdan məhrumetmə cəzası, CM-nin 274-cü maddəsi ilə təyin olunan 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 335.2-ci maddəsi ilə 3 (üç) il müddətə təyin olunan azadlıqdan məhrumetmə cəzası (yuxarı məhkəmə təqsirli bilərsə) CM-nin 338.2-ci maddəsi ilə təyin olunan 4 (dörd) il azadlıqdan məhrumetmə cəzası və CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaların qismən toplanması yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq təyin olunan 11 (on bir) il azadlıqdan məhrumetmə cəzası həddindən artıq ağır olduğund an, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə üst-üstə düşmədiyindən hökmdə dəyişiklik edilməklə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməsini və ona həmin maddələrin məcmusu ilə sanksiyanın aşağı həddində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən həmçinin Məhkum apellyasiya şikayəti verərək,cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli, 1-1(104)-61/2019 saylı qərarı ilə Məhkum və onun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, hazırkı iş üzrə Gəncə Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 11(095)-010/2019 nömrəli hökmünün Məhkum və onun müdafiəçisi F.Ələsgərovun apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum müdafiəçisi xx.xx.2022-ci il tarixdə müddətin bərpa edilməsi barədə vəsatət və kassasiya şikayəti vermişdir. Məhkumun müdafiəçisi vəsatətini onunla əsaslandırmışdır ki, o, vermiş olduğu apellyasiya şikayəti təmin olunmadıqdan sonra cəza çəkmək üçün göndərildiyi CÇM-də olan zaman başına gələn hadisələrdən sonra ailəsində baş vermiş bədbəxt hadisələr və çəkdiyi mənəvi əzablar, o cümlədən haqsız yerə onun həbs olunmağına dözməyib səhhətində baş verən uzun müddətli özünə qapanmadan irəli gələn psixi pozuntular yaşamağına səbəb olmuş, nəticədə kassasiya şikayətini verə bilməyərək müddəti ötürmüşdür. Düşünür ki, həmin apellyasiya məhkəməsinin qərarı düzgün deyildir, o səbəbdən müddətin üzrlü səbəbdən ötürülmü ş hesab edilməsi barədə vəsatət qaldırmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər:Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hüseynov və Ş.Q.Rzaquliyev) Məhkum müdafiəçisi Müdafiəçi Şəmsəddin oğlunun hazırkı cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli, 1-1(104)-61/2019 saylı qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmiş, Məhkum münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli, 1-1(104)-61/2019 saylı qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina edilmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Gən cə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, kassasiya şikayəti vermə müddətinin bərpa olunması və kassasiya şikayətinə mahiyyəti üzrə baxılması xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi K.İsmayılzadənin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.2-ci maddəsinə əsasən (CPM-nin 15 iyul 2020-ci il tarixə qədər qüvvədə olan redaksiyas ı) kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 6 (altı) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsas ən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayət inin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas, ya şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti ver mək imkanı olmamalıdır. Yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum müdafiəçisinin hazırkı vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Kassasiya şikayətinin verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, iş materiallarından və verilmiş vəsatətdən məlum olur ki, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin qərarı xx.xx.xxx -cu il tarixdə məhkumun və onun müdafiəçisinin iştirakları ilə elan edilmiş, qərarın surəti xx.xx.xx-cu il tarixdə məhkuma təqdim olunması üçün Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından göndərilmiş qəbzdən görünür ki, Məhkum Gəncə Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli, 1-1(104)-61/2019 saylı qərarı xx.xx.xxxz-cu ildə şəxsən qəbzə imza edilməklə verilmiş və ona hüquqları izah edilmişdir. Bundan sonra, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(104)-61/2019 saylı qərarından xx.xx.2022-ci il tarixdə, yəni qərarın qəbul edilməsindən 3 il 6 aydan artıq vaxt keçdikdən sonra kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət vermişdir. Göründüyü kimi, məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan müddət ötürülmüşdür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verdiyi şikayət əsassızdır və kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.3,150.2.1, 32.3,150.2.4, 228.1, 274, 335.2 və 338.2-ci maddələri ilə məhkum olunmsına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar