Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-47/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qzının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 noyabr tarixli, 11(106)-28/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin (Hakim F.M.Ağamirzəyev) 2024-cü il 13 may tarixli, 11(097)-03/2024 nömrəli hökmü ilə, 18 iyul 1995-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, Bakı Hərbi Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 8500 manat məbləğində cərimə cəzasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı ) ay m üddətinə azadlığın məhdudlaşdırılması və 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir ) ay 26 (iyirimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması və 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, X6 Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması və 8500 manat cərimə cəzasının ona yeni təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilərək, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə və 8500 manat cərimə cəzası təyin edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən ona təyin olunmuş 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzasının müstəqil icra olunması, cəzasının əvvəlinin tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəz açəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Hökmdən məhkumun Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X2 (sədrlik edən), X4 və X9 ibarət tərkibdə) 2024-cü il 11 noyabr tarixli, 1-1(106)-28/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Məhkum Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması və 8500 manat cərimə cəzası ona Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabə r tutulmaqla Məhkum üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə və 8500 manat cərimə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə görə, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Laçın rayonu ərazisində yerləşən maddi texniki təminat bölüyünün 1-ci avtomobil tağımının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2021ci il 17 avqust tarixdə xidmət yerini özbaşına tərk edib Abşeron rayonuna getmiş və 2022ci il 26 aprel tarixdə xidmət yerinə qayıtmaqla, xidmət yerini üç aydan artıq müddətdə özbaşına tərk etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ; Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qeyd olunan iş üzrə məhkum X5 təyin olunmuş cəza məhkumun şəxsiyyətinə, törədilən əməlin ictimai təhlükəliliyinə uyğun deyildir. İş üzrə onun əməlində cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Apellyasiya Məhkəməsi şikayət olunan qərarı qəbul edərkən yalnız qanunun normalarını sadalamaqla kifayətlənmiş,qərarı qəbul edərkən X3 törətdiyi yuxarıda qeyd olunan cinayətin baş vermə səbəblərinə ümumiyyətlə heç bir əhəmiyyət verməmişdir. Bundan başqa, X6 2-ci Qarabağ Müharibəsinin iştirakçısıdır, döyüş vaxtı yaralanmışdır, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı" və Azərbaycan Respublikası Müdafiə Naziri nin əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur. Qeyd olunanlardan başqa, onun ağır xəstə olan anası vəfat etmişdir, atası ağır xəstədir, nənəsi ağır yataq xəstəsidir, özü ailədə yeganə qazanc gətirən şəxsdir,qeyd olunanlardan da görünür ki, ailəsi ağır maddi durumdadır. Məhz qeyd olunan səbəblərin diktəsi ilə X6 hərbi xidmət yerini tərk edib bir müddət sonra hərbi hissəyə qayıdaraq sonradan hərbi xidmətdən tərxis olunmuşdur. Bu da onu birbaşa sübut edir ki məhkəmə tərəfindən şikayət olunan qərar qəbul edilərkən X3 məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 noyabr tarixli, 1-1(106)-28/2024 nömrəli qərarının dəy işdirilməsi və X5 təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassas iya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağırlığını və məhkumun cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apell yasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istəni lən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nətic əsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 334.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkuma qanuni, əsaslı və ədalətli cəza təyin edilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkuma sərt cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə ko llegiyası məhkumun cəzasını yüngülləşdirən halların mövcudluğu ilə razılaşır və eyni zamanda, məhkumun əvvəllər bir necə dəfə cinayət əməlləri törətməsi və ona məhkəmələr tərəfindən yüngül cəzalar təyin edilməsinə baxmayaraq, bundan nəticə çıxarmayaraq, yenidən cinayət əməli törətməsi, yenidən qeyd edilən cəzanı yüngülləşdirən halların nəzərə alınmasını nəzərə almaqla azadlıdan məhrum etmə İlə bağlı olmayan cəza təyin edilməsini çətinləşdirməklə, əvvəllər təyin edilmiş cəzaların islah təsirinin yetərincə olmaması qənaətinə gəlinməsi üçün əsaslar yaradır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmış və məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət K ollegiyası QƏRARA ALDİ: Məhkum X3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kssasiya şikayəti təmin edilməsin. Füzuli Hərbi Məhkəməsinin 2024-cü il 13 may tarixli, 1-1(097)-03/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş X6 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 noyabr tarixli, 1-1(106)-28/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-47/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-47/2025
21.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver