Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-48/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qəmbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 11 fevral N19-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri F6 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 24 oktyabr N-ci il tarixli, № 1(098)-2N/N saylı hökmü ilə (sədrlik edən hakim Əhməd Sarıyev) xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının ****** rayonunun Qıvraq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olan, N saylı hərbi hissənin şəxsi heyətl ə iş üzrə bölməsinin psixoloqu-bölmə rəisinin baş köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr N-ci il tarixli qərarı ilə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr N-ci il tarixli qərarı ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 13 sentyabr N-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəsini alana kimi həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəsində kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən N fevral N-ci il tarixdən 18 fevral N-ci il tarixədək, N fevr al N-ci il tarixdən 01 mart N-ci il tarixədək və 09 mart N-ci il tarixdən N mart N-ci il tarixədək olmaqla təkrarən 10 gündən çox, lakin bir aydan artıq olmamaqla hərbi hissəni özbaşına tərk etmiş və bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 11 fevral N19-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ş.Hüseynov, hakimlər A.A.Mahmudov və V.İ.Məlikovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı Ə6 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 24 oktyabr N-ci il tarixli, №1(098)-2N/N saylı hökmü cəzaçəkmənin əvvəlin in hesablanması hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr N-ci il tarixli qərarı ilə Məhkum təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 01 (bir) ay 11(on bir) gün müddətinin çəkilməsi nəzərə alınaraq bu müddət çıxıldıqdan sonra Tərtər Hərbi Məhkəməsinin 24 oktyabr N-ci il tarixli, №1(098)-2N/N saylı hökmü ilə Məhkum üzərində qalan 01 (bir) il 10 (on) ay 17(on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 24 oktyabr N-ci il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 11 fevral N19-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti v ə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Fətəliyev Mazan Məsim oğlu tərəfindən kassasiya protesti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 11 fevral N19-cu il tarixli qərarının tam qanunsuz, ədalətsiz və əsassız olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarının kobud surətdə pozulmaları nəticəsində qəbul olunduğundan, ləğv olunmasını və Məhkum, heç bir cinayət əməli törətmədiyinə, hə rəkət və ya hərəkətsizliyində heç bir cinayət əməlinin tərkibi olmadığına görə bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı F6 kassasiya protestində aşağıdakıları qeyd etmişdir: Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 11 fevral N19-cu il tarixli qərarının işin müəyyən olunmuş halları hissəsində göstərilmişdir ki, “birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəsində kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən N fevral N-ci il tarixdə, saat 08:00-da xidmət yerində olmalı olduğu halda hərbi hissəyə gəlməmiş, N mart N-ci il tarixdə, saat N radələrində hərbi hissəyə qayıtmaqla, zabit heyətindən o lan şəxs kimi bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.” Halbuki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəsində kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən N fevral N-ci il tarixdə, saat 08:00-da xidmət yerində olmalı olduğu halda hərbi hissəyə gəlməmiş, N fevral N-ci il tarixdən 18 fevral N-ci il tarixədək, N fevral N-ci il tarixdən 01 mart N-ci il tarixədək və 09 mart N-ci il tarixdən N mart N-ci il tarixədək olmaqla təkrarən 10 gündən çox, lakin bir ayd an artıq olmamaqla hərbi hissəni özbaşına tərk etmiş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsindən CM-in 333.3-cü maddəsinə tövsif olunmaqla həmin maddə ilə müvafiq cəzaya məhkum olunmuşdur. Apellyasiya instansiya məhkəməsi Məhkum hərbi hissəni tərk etmə tarixlərinin dəqiq müəyyən olunmasına dair apellyasiya protestinin dəlillərinə səthi münasibət bildirmiş və heç bir əsaslandırma aparmamış, iş materiallarında olan hansı sənədlərlə və hansı şahidlərin ifadələri ilə Məhkum hərbi hissəni özbaşına tərk etmə tarixlərinin N fevral N-ci il tarixdən 18 fevral N-ci il tarixədək, N fevral N-ci il tarixdən 01 mart N-ci il tarixədək və 09 mart N-ci il tarixdən N mart N-ci il tarixədək olması qənaətinə gəlməsini əsaslandırmamışdır. Odur ki, apellyasiya instansiya məhk əməsinin Məhkum hərbi hissəni tərk etmə tarixlərinin dəqiq müəyyən olunmasına dair apellyasiya protestinin dəlillərinə səthi münasibət bildirərək, sübutları tədqiq etməyərək heç bir əsaslandırma aparmaması və apellyasiya protestinin qeyd olunan dəlilinin əsaslı olsaydı belə həmin dəlilin əməlin tövsifinə heç bir təsiri olmayacağını qeyd etməsi CPM-in tələblərinə ziddir. Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 11 fevral N19-cu il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya instansiyası baxışına təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsi barədə və dövlət ittihamçısı K6 kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 11 fevral N19-cu il tarixli qərarı cəza təyini hissəsində dəyişdirilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayəti nin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Odur ki, məhkəmə kollegiyası kassasiya instasiyası məhkəməsinin səlahiyyətlərindən çıxış edərək müdafiəçinin kasasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 11 fevral N19-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Məhkum cinayət törətmədiyi halda təqsirli bilinməsi haqqında iddia irəli sürdüyündən, məhkəmə kollegiyası ilk növbədə həmin kassasiya müraciətinə münasibətini bildirərək onu qeyd edir ki, kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq Məhkum hökmlə ona istinad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş təkrarən 10 gündən çox, lakin bir aydan artıq olmamaqla hərbi hissəni özbaşına tərk etmə cinayətini törətməsi və həmin cinayətə görə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən mü əyyən edilmişdir. Belə ki, Məhkum N saylı hərbi hissəsində kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamda göstərildiyi kimi hərbi hissəsini fasiləsiz olaraq N fevral N-ci ildən N mart N-ci il tarixədək, yəni bir aydan artıq müddətə deyil, N fevral N-ci il tarixdən 18 fevral N-ci il tarixədək, N fevral N-ci il tarixdən 01 mart N-ci il tarixədək və 09 mart N-ci il tarixdən N mart N-ci il tarixədək, yəni bütün hallarda (təkrarən) 10 gündən çox, lakin bir aydan artıq olmayan müddətə hərbi hissəni özbaşına tərk etməsi birinci instansiya məhkəməsində bilavasitə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər X8, X6, X1, X9, X10, X7 ifadələri ilə təsdiq olunmuşdur. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətra flı təsvir edilib, onların həqiqi məzmununa uyğun olaraq və bir-biri ilə (o cümlədən, cinayət təqibi orqanının təqdim etdiyi materiallarla) müqayisə edilməklə şərh edildiyindən (apellyasiya məhkəməsi də öz mülahizələrini həmin sübutların obyektiv qiymətləndirilməsi üzərində qurduğundan), kassasiya şikayətində göstərilənlər isə məhkəmələrin bu məsələ üzrə gəldikləri nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir edilməsini zəruri saymır və məhkəmələrin Məhkum hərəkətlərinin faktik məzmunu, həmin hərəkətlərin Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə tövsif edilməsi, Məhkum Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinməsi üzrə yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Təsvir olunanlar müdafiəçinin kassasiya şikayətinin əsa ssız olduğunu göstərdiyi kimi, dövlət ittihamçısının Məhkum hərbi hissəni özbaşına tərk etdiyi müddətlərin əvvəlinin və sonunun düzgün müəyyən edilməməsi, məhkəmələrin bu məsələ üzrə gəldikləri nəticələrin sübutlara əsalanmaması haqqında iddiasını da təkzib edir. Kassasiya protestinin sözügedən dəlilini təkzib edən hal kimi məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, dövlət ittihamçısı hökmlə müəyyən edilmiş (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) Məhkum hərbi hissəni özbaşına tərk etdiyi müddətlərin başlanğıc və sona çatma tarixlərini mübahisələndirsə də, həmin hadisələrin fərqli tarixlərə təsadüf etməsini göstərən heç bir sübut gətirməmişdir (cinayət təqibi orqanı isə Məhkum hərbi hissəni özbaşına tərk etdiyi halları ümumiyyətlə düzgün müəyyən etməyib, onun hərbi hiss əni özbaşına tərk etdiyi müddəti fasiləsiz olaraq N-ci ilin N fevral tarixindən N mart tarixinədək davam edən dövr kimi göstərdiyindən, dövlət ittihamçısı mövqeyini əsaslandırmaq üçün cinayət təqibi orqanının topladığı sübutlara da müraciət edə bilməmişdir). Məhkəmə kollegiyası kassasiya protestində gətirilən digər - apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlini düzgün müəyyən etməyib CM-in 333.4-cü maddəsində göstərilən cinayət kimi təsvir etməsi barədə dəlili də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən əsas kimi qəbul etmir. Çünki, apellyasiya instansiyası məhkəməsinin qərarını bütöv bir akt kimi nəzərdən keçirdikdə, açıq-aydın görünür ki, apellyasiya məhkəməsi Məhkum cinayətinin faktiki məzmunu və Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə hüquqi tövsifi məsələlərində birinci instansiya məhkəməsi ilə tam olaraq razılaşmış, sadəcə qərarın “İşin halları” bölməsində (qərarın digər bölmələrindən fərqli olaraq) hökmlə müəyyən edilmiş halları deyil, ittiham aktında göstərilən əməli təsvir etməklə yekun qərarın mahiyyətinə təsir göstərməyən (mahiyyətcə düzgün olmayan qərarın çıxarılmasına səbəb olmayan) formal xarakterli səhvə yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası istər kassasiya şikayətinin, istərsə də kassasiya protestinin dəlillərinin araşdırılması nəticəsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0-cı maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından hər hansı birini müəyyən etmir və bu səbəbdən həmin müracətlərin təmin edilməsini mümkün saymır. Bununla belə, məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 11 fevral N19-cu il tarixli qərarı Məhkum Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Məhkum hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə məhkum edilməsinə dair Tərətər Hərbi Məhkəməsinin 24 oktyabr N-ci il tarixli hökmündən görünür ki, Məhkum Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən bu cəza M.X11 Məhkəməsinin Hərbi kollegiyasının 13 sentyabr N-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 333.4-c ü maddəsi ilə təyin olunmuş daha ağır olan 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmuş, Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 28 fevral N19-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 13 sentyabr N-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni baxışa təyin edilmiş və yeni apellyasiya baxışı nəticəsində - Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 iyun N19-cu il tarixli qərarı ilə Məhkum Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 15 faiz tutulmaqla 01 il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına mə hkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 08 may N-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, əvvəlki (Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə məhkum edilməsinə dair) hökm üzrə Məhkum üzərindəki cəza 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə deyil, aylıq pul təminatından 15 faiz tutulmaqla 01 il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma, yəni hazırki iş üzrə (Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə) Məhkum təyin olunmuş 06 ay müddətə azadlıqdan məhrum etmədən daha az ciddi cəza olduğundan, birinci cəza ilə (hərbi xidmət üzrə məhdudlaşdırma ilə) ikinci cəzanın (06 ay müddətə azadlıqdan məhrum etmənin) əhatə olunaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi istisna edilir. Belə ki, Cinayət Məcəlləsinin 66.2-ci madəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Beləliklə, yuxarıda qeyd olunan hallara görə Cinayət Məcəlləsinin 66.5, 66.2-ci maddələrinə əsasən cəzanın müəyyən edilməsi məsələsi yenidən həll edilməli, bu zaman məcmuya daxil olan cinayətlərdən biri ilə (CM-in 333.3-cü maddəsi ilə) təyin olunmuş cəzanın 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, digəri ilə (CM-in 333.4-cü maddəsi ilə) təyin olunmuş cəza nın aylıq pul təminatından 15 faiz tutulmaqla 01 il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası olması nəzərə alınmalı və 24 oktyabr N-ci il tarixli hökmdə tətbiq edilmiş (apellyasiya instansiyası məhkəməsinin 11 fevral N19cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış) az ciddi cəzanın daha ciddi cəza ilə əhatə olunmaqla təyin edilməsi üsulu gözlənilməklə artıq daha ciddi olan 06 ay azadlıqdan məhrum etmə cəzası ilə daha az ciddi olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzası əhatə olunmalı və bu yolla Məhkum qəti olaraq 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin, cinayət işinin materiallarından görünür ki, M.M. Seyidov 23 dekabr N17-ci il tarixdən 25 dekabr N17-ci il tarixədək tutulub saxlanılmış, 13 sentyabr N-ci il tarixdən 24 aprel N19-cu il tarixədək isə, yəni 07 ay 11 gün təşkil edən müddət ərzində həbsdə saxlanılmışdır. Bununla əlaqədar Məhkum Penitensiar Xidmətin 09 saylı Cəzaçəkmə Müəssisəsinin 14 aprel N19-cu il tarixli ********* saylı və X4 24 aprel N19-cu il tarixli *********** saylı məktublarına əsasən cəzasının sona çatması səbəbindən 24 aprel N19-cu ildə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Odur ki, Məhkum hazırki qərarla cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən edilən 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi, habelə kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışların ı dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Məhkum barəsində olan 11 fevral N19-cu il tarixli qərarı cinayət-prosessual qanunun 416.0.21-ci maddəsində nəzərdə tutulmuş əsasla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə CMin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatınd an 15 (on beş) faiz tutulmaqla 01 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 08 may N-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması haqqında Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 iyun N19-cu il tarixli qərarı nəzərə alınmaqla Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 11 fevral N19-cu il tarixli qərarı X3 cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Məhkum Tərtər Hərbi Məhkəməsinin 24 oktyabr N-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təyin edilmiş daha ciddi olan 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə ona Tərtər Hərbi Məhkəməsinin 08 may N-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş və Şəki Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 iyun N19-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış az ciddi olan aylıq pul təminatından 15 (on beş) faiz tutulmaqla 01 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası əhatə olunsun, Məhkum üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum 23 dekabr N17-ci il tarixdən 25 dekabr N17-ci il tarixədək tutulduğu N gün, habelə 13 sentyabr N-ci il tarixdən 24 aprel N19-cu il tarixədək həbsdə olduğu müddətin 07 ay 11 gün təşkil etməsi nəzərə alınmaqla o, hazırki qərarla təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəza sını çəkmiş hesab edilsin. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1-1(102)-48/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-48/2019
04.07.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver