Məhkəmə qərarları › İş №1-1(102)-48/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-48/2020

22.10.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-48/2020 22.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X8 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəll əsinin (bundan sonra CM-in) 150.2.5, 151, 182.2.1, 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-29/2019 nömrəli 26 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İlham İbrahimov, hakimlər Səxavət Hüseynov və Elşən Salmanovdan ibarət tərkibdə), Məhkum, xx xxx 2000-ci ildə **** rayonunun ***** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ***** rayonunun ***** kənd ində qeydiyyatda olan, ***** №-li Hərbi Hissənin əsgəri; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5, 151, 182.2.1, 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 150.2.5-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 151-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 332.2.1-ci və 332.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla o, qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 09 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X12 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 12 iyul 2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılıb **** №-li hərbi hissədə “atıcı” vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin noyabr ayının 21-də saat 23 radələrində, əsgər yataqxanasının tualetini təmizləyərkən əsgər X3 yaxınlaşıb onunla cinsi əlaqədə olmağı təklif etmiş, s onuncu etiraz etdikdə qolundan tutub tualetin digər hissəsinə itələyib salmaqla ona qarşı zor tətbiq etmiş, iradəsini qırmaq üçün ona qarşı zor tətbiq edəcəyi ilə hədələmiş, daha sonra çölə çıxmasına mane olaraq çiynindən yapışıb aşağı sıxaraq zorla yerə çökməyə məcbur etmiş, əli ilə çiynindən tutub cinsiyyət orqanını çıxararaq zorla üzünə və ağzına sürtərək, cinsiyyət orqanını bir neçə dəfə onun ağzına salıb çıxarmaqla ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bundan sonra təkrarən, ayrı-ayrı vaxtlarda zor tətbiq edəcəyi ilə hədələyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla ona qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, əsgər Məhkum ilk dəfə əsgər V6 qarşı seksual xarakterli hərəkətlər edərkən mobil telefonla video ç əkiliş aparmasını deyib həmin çəkilişi şəxsi heyət arasında yayacağı ilə hədələyərək onu özündən asılı vəziyyətə salmış, bundan sonra V6bu asılılığından istifadə edib Nizamnamənin yuxarıda qeyd olunan tələblərini pozaraq 2018-ci ilin dekabr ayından 2019-cu ilin avqust ayınadək, ayrı-ayrı vaxtlarda mütəmadi olaraq onunla qeyri-təbii yolla cinsi əlaqəyə girməklə onu uşaqbazlığa və digər seksual xarakterli hərəkətlərə məcbur etmiş, həmçinin 10 avqust 2019-cu ildə axşam saatlarında bölük növbətçisi olan əsgər X12 ilə cinayət əlaqəsinə girərək özündən asılı vəziyyətə saldığı əsgər X1 xarakterli hərəkətlərə məcbur etməklə bağlı qabaqcadan razılaşmış, Məhkum V6 tualetə göndərərək arxasınca gedib bu asılılığından istifadə edərək onu seksual xarakterli hərəkətlərə məcbur etmiş, aralarında olan razı laşmaya əsasən ondan sonra K6 gəlib ona qarşı seksual xarakterli hərəkətlər edəcəyini bildirmiş, bundan sonra K6 V6 gün növbətçisi olaraq ondan xidməti, eyni zamanda Məhkum asılılığından istifadə edərək tualetə gedib V6 seksual xarakterli hərəkətlərə məcbur etmişlər. Bundan əlavə, Məhkum Nizamnamənin yuxarıda qeyd olunan tələblərini təkrar pozaraq 2019-cu ilin avqust ayının 11-də saat 15 radələrində bölük növbətçisi naryadında olan əsgər X12 ilə birlikdə, qrup halında həmin vaxt gün növbətçisi olan, tabelik münasibətində olmayan əsgər X2 xidmətdə olarkən yatması səbəbindən yataqxanada o, şillə ilə başından, K6 isə yumruqla qarnından və təpiklə ayağından vurmuş, 2019-cu ilin iyun ayının ortalarında saat 22:30 radələrində əsgər yataqxanasında onun paltarlarını qatlayıb taburetkanın üstünə yı ğmaqdan imtina etdiyinə görə əsgər X2 qolundan tutaraq çəkib çarpayısından ayağa qaldıraraq çənəsindən və başından yumruq zərbələri vurmuş, 2019-cu ilin iyul ayının 6-da saat 22 radələrində ona tapşırılan ərazini təmizləməsi ilə bağlı tapşırığını yerinə yetirmədiyindən V6 tualetə çağırıb yumruqla çənəsindən vurub itələməklə, daha sonra kürəyindən və qarnından yumruq zərbələri vurmuş, 2019-cu ilin iyul ayının ortalarında saat 17 radələrində ərzaq anbarında işləyərkən yeşiyi səliqəsiz yığmasını bəhanə edib V6 “düzlən”, “farağat”, “diqqət sağa”, “diqqət sola” komandaları verib sifətinə yumruq, sağrı nahiyəsinə təpik zərbələri vurmuş, 2019-cu ilin iyul ayının 18-də gecə vaxtı gün naryadlarını qaldırmaması səbəbindən şillə ilə V6 başından vurmuş, 2019-cu ilin iyul ayının 24-də axşam saatlarında V6 cinsi əlaqədə olmağı təklif edərkən bundan imtina edib getdikdə acıqlanaraq arxasınca gəlib yataqxananın pilləkənlərində onu tutaraq yumruqla başından, çənəsindən və qarnından vurub sağ əli ilə boğazından tutub divara sıxmış, 2019-cu ilin iyul ayının 25-də gecə saat ******* radələrində hərbi hissənin parkında V6 ələ salmaq, şərəf və ləyaqətini alçaltmaq məqsədilə boynunun arxasından şillə, sifətinə yumruq zərbələri vurub ona zorla siqaret çəkdirərək, çiy ət, çirkli suya batırılmış çörək və siqaret kötüyü yeməyə məcbur etmiş, 2019-cu ilin iyun-avqust aylarında mütəmadi olaraq V6 ayaqlarını, corablarını yuduzdurub, paltarlarını ütülətdirib, tualeti təmizlətdirib öz işlərini ona gördürmüş, 2019-cu ilin avqust ayının 10-da saat 21:45 radələrində V6 ələ salmaq məqsədilə yataqxanada “farağat ” komandası verib bir müddət həmin vəziyyətdə ayaqüstə saxlatmaqla, həmin gecə təmizlik ləvazimatını gətirməməsi səbəbindən şillə ilə sifətinə vurmuş, 2019-cu ilin avqust ayının 12-də gecə vaxtı sıra meydanının suyunun süpürülməsi ilə bağlı tapşırığını yerinə yetirmədiyindən təpiklə V6 ayağından vurmuş, 2019-cu ilin avqust ayının 26-da gün növbətçisi naryadından çıxarkən axşam vaxtı tualeti yaxşı təmizləməməsinə görə V6 içəri itələyib tualeti təmizlətdirmiş, 2019-cu ilin may ayının 17-də saat 17 radələrində ona su süzmədiyinə görə hərbi hissənin avtomobil parkında tabelik münasibətlərində olmayan əsgərZərərçəkmiş şəxs başından bir şillə zərbəsi vurmaqla onlara qarşı zor tətbiq edib təkrar, bir qrup şəxslə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan əlavə, Məhkum 201 9-cu ilin avqust ayının əvvəllərində V6 ona qarşı seksual xarakterli hərəkətlər edərkən mobil telefonu vasitəsilə video çəkiliş aparmasını bildirib barəsində rüsvayedici məlumatları yaymaqla hədələyərək ondan 3N manat pul tələb etmiş, sonuncu buna görə atası X5 zəng edib həmin məbləğdə pul göndərməsini demiş, V6 10 avqust 2019-cu ildə oğlu V6 adına poçt vasitəsilə 3N manat göndərmiş, lakin hərbi hissə komandanlığı tərəfindən əsgərlərə poçt vasitəsilə 2N manatdan yuxarı məbləğdə pul göndərilməsinə icazə verilmədiyindən Məhkum həmin hərəkətlərini davam etdirib K6 ilə cinayət əlaqəsinə girərək V6 hədə-qorxu ilə pul tələb edib özgə əmlakını ələ keçirərək aralarında bölüşdürmək barədə qabaqcadan razılaşaraq K6 ilə birlikdə barəsində rüsvayedici məlumatları yaymaqla hədələyərək V6 3N manat pul t ələb etmiş, sonuncu poçt vasitəsilə onunla birlikdə xidmət edən əsgər yoldaşlarının adına müvafiq olaraq 20 və 1N manat göndərtdirmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi X11 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)-01/2020 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Vüqar Quliyev, hakimlər Əsgər Novruzov və Fəxrəddin Məmmədovdan ibarət tərkibdə) Məhkum və müdafiəçisi B6 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası nın 16 yanvar 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasının qeyd edilən qərarı qəbul ediləndən sonra 28 yanvar 2020ci il tarixdə zərərçəkmiş şəxs X6 notarial təsdiqlə ərizə yazaraq, təqsirləndirilən şəxs Məhkum və K6 ilə barışdığını, onları bağışladığını və onlara qarşı iddia və tələbi olmadığını bildirmiş, onların cəzasını yüngülləşdirməyi xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsi cinayət əməlinin tövsifi zamanı da səhvə yol vermişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum qarşı tətbiq edilmiş Azərbaycan Pespublikası Cinayət Məcəlləsinin 151-ci maddəsində “madd i və ya sair asılılıqdan” bəhs edilir. Burada “sair asılılıq” dedikdə maddi asılılıq istisna olmaqla, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən xidməti, işi, habelə sosial vəziyyəti ilə əlaqədar asılı olması başa düşülür. Məsələn, tələbənin müəllimdən, işçinin müdirdən asılılığı və s. Həmin maddədə olan tərkibin obyektiv cəhətini təşkil edən “sair asılılıq” əlamətinin məhz belə başa düşülməli olduğu cinayət hüququ sahəsində araşdırma aparan alimlərimizin yazdığı Cinayət Məcəlləsinin kommentariyalarında da əksini tapmışdır. Hazırki işdə isə rüsvayedici məlumatları yaymaq hədəsi “sair asılılıq” kimi qiymətləndirilmişdir. Halbuki, Azərbaycanın cinayət qanununda əgər qanunverici belə xarakterli məlumatların yayılması hədəsini nəzərdə tutursa, bunu birbaşa göstərir (məs. Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 182.1, 192-2.4 maddələri). Bu səbəbdən də Məhkum qarşı Cinayət Məcəlləsinin 151-ci maddəsi tətbiq edilməli deyildi. Bununla yanaşı zərərçəkmiş V6 alınmasına cəhd edilən məbləğin *** manat təşkil etdiyi, rüsvayedici məlumatları əks etdirən çəkilişlərin realda olub-olmadığı, zərərçəkmiş şəxs barəsində kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertiza üzrə psixiatrik ekspertin 23.09.2019-cu il tarixli 31 saylı rəyindəki cinsi inkişaf və orientasiya ilə bağlı qənaəti və cəzanın təyin edildiyi zaman nəzərə alınmalı idi. Təqsirləndirilən şəxs Məhkum zərər çəkmiş şəxslərin ikisi ilə - X14 və X6 ilə barışması, hər ikisinin məhkəməyə rəsmi müraciəti, Məhkum istintaqda əməllərini ətraflı ifadə etməsi, törətdiyi cinayət əməllərini səmimi etiraf edib, əməlindən peşm an olmasını, ilk dəfə məhkum olunduğu cəzanın yüngülləşdirilməsi baxımından nəzərə alınması cinayət qanununun əsaslandığı humanizm və ədalət prinsiplərinə uyğun olardı. Kassator göstərilənləri nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasının 16.01.2020-ci il tarixli qərarının ləğv edilməsini və Naxçıvan Hərbi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Məhkum barəsində təyin edilmiş cəzanın müəyyən qədər yüngülləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarı Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələ rindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin ilk dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 151-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 151-ci maddəsinə əsasən, əmlakın məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bu maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət işinin materiallarındakı sübutlardan müəyyən edilir ki, Məhkum zərərçəkmiş şəxs Valeh Məhərrəmova qarşı seksual xarakterli hərəkətlər edərkən mobil telefonla videoçəkiliş aparmasını deyib, həmin çəkilişi şəxsi heyət arasında yayacağı ilə hədələyərək onu uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etməyə məcbur etmiş, həmçinin Məhkum məhz bu videoçəkilişdən istifadə edərək zərərçəkmişi iş üzrə digər məhkum X12 ilə uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etməyə razı salmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs V6 da ifadələrində qeyd etmişdir ki, o, Məhkum onu videoçəkilişlə təhdid etdiyinə görə rüsvay olmasından qorxub onunla uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etməyə məcbur olmuş, həmçinin əsgər K6 ilə uşaqbazlığa və digər sek sual xarakterli hərəkətlər etməyə razılıq etmişdir. Başqa sözlə, Məhkum zərərçəkmiş V6 qarşı etdiyi seksual hərəkətləri onu gələcəkdə yayacağı adı ilə zərərçəkmişi daima qorxu altında və özündən asılı vəziyyətdə saxlamaq niyyəti ilə telefonla videoya çəkmiş, sonra isə bu videoçəkilişi yayıb onu rüsvay edəcəyini bildirərək onunla uşaqbazlıq və seksual xarakterli hərəkətlər etmiş, həmçinin zərərçəkmişi iş üzrə digər məhkum K6 ilə uşaqbazlığa və digər seksual xarakterli hərəkətlər etməyə razı salmışdır. Bu fakt isə Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsində təsbit edilən “zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə”nin tərkibini yaradır. Odur ki, məh kəmə kollegiyası kassatorun bu barədə olan dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkuma isnad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdır ması aparılmış, Məhkum təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş və iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsiri sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5, 151, 182.2.1, 332.2.1 və 332.2.3-cü maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətinin digər dəlili Məhkum təyin olunmuş cəzanın ədalətsiz və ağır olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassator məhkum olunmuş şəxs birinci instansiya məhkəməsinin təqsirkar barəsində cəzanı y üngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını iddia etsə də, hökmdən görünür ki, məhkəmə Məhkum zərər çəkmiş şəxs X14 ilə barışıq əldə etməsini, törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və onun cəzasını ağırlaşdıran halı isə CM-in 151-ci maddəsində nəzərdə tutulan əməlləri təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almış və Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməklə ümumilikdə cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı ilə Məhkum barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 1 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanun tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin dispozisiyasında “pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda” sözləri “pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma” sözləri ilə əvəz edilmişdir. Cinayət Məcəlləsinin 332.2-ci mədəsində isə eyni əməllərin ağırlaşdırıcı hallarına görə məsuliyyət nəzərdə tutu lmuşdur. Göründüyü kimi, yeni redaksiyada əməlin cinayət sayılması üçün zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmalıdır. Hazırkı iş üzrə isə məhkum tabelik münasibətlərində olmayan əsgərə zor tətbiq etsə də onun sağlamlığına yüngül zərər vurmamışdır. Buna görə də o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 -ci və 332.2.3-cü maddəsi üzrə cəzadan azad edilməlidir. Həmin qanuna əsasən həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 332.1-1 və 332.1-2-ci maddələr əlavə edilmişdir. Cinayət Məcəlləsinin yeni 332.1 -1 -ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor t ətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər Cinayət Məcəlləsinin 332.2.3-ci maddəsində bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin qeyd hissəsinə görə 332.1 -1 -ci maddəsində “xeyli miqdar” dedikdə yüz manatdan yuxarı, lakin min manatdan artıq olmayan məbləğ başa düşülür. Göründüyü kimi məhkumun Cinayət Məcəlləsini n 182.2.1 -ci maddəsi ilə ağır cinayət kimi tövsif olunan əməli hazırda həmin məcəllənin 332.2.3-cü maddəsində az ağır cinayət kimi nəzərdə tutulduğundan həmin maddəyə tövsif edilməlidir. Həmçinin maddənin qeyd hissəsində göstərilən “xeyli miqdar" **** manatdan yuxarı olduğundan, iş üzrə məhkum isə zərərçəkmiş şəxsdən **** manat tələb etdiyindən artıq həmin əməl cinayət hesab olunmur. Buna görə də məhkum Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi üzrə də cəzadan azad edilməlidir. Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin qeyd edilən qərarı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 1-1(092)-29/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5, 151, 182.2.1, 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərə k qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunduğu 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından əməlində “yüngül zərər vurma” tövsifedici əlaməti olmadığından azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsinə tövsif edilərək həmin maddənin qeyd hissəsində “xeyli miqdar” yüz manatdan yuxarı olduğundan təyin edilmiş cəzadan azad edilmiş və həmin maddələr üzrə məhkumluğu olmayan hesab olunmaqla, Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 150.2.5-ci və 151-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi Kəngərli Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı ilə məhkumun barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu tətbiq edilmiş, Məhkum CM-in 332.2.1, 332.2.3 və 182.2.1-ci (sonuncu maddə ilə onun əməli CM-in 332.2.3-cü maddəsinə tövsif edilmişdir) maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci və 151-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplanmaq yol u ilə üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qeyd edilməlidir ki, Kəngərli Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin m üddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Kollegiyanın qənaəti belədir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təyin etdiyi 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 151-ci maddəsi ilə təyin etdiyi 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası növünə və həddinə görə ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Kollegiya onu da qeyd edir ki, bu cür hərəkətlər Orduda nizam-intizama ciddi mənfi təsir edən amillərdəndir. Təyin edilən cəza həm də digərlərinə münasibətdə çəkindirici rol oynamalı, yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri, ictimai-təhlükəliliyi fövqündə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5 və 151-ci maddələri ilə təyin edilən azadlıqdan mə hrum etmə cəzasının həddini əsaslı və kifayət qədər ədalətli hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası F6 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5 və 151-ci maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarından verdiyi kassa siya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə (Kəngərli Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarı (Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarı nəzərə alınmaqla) Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar