Məhkəmə qərarları › İş №1-1(102)-48/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-48/2023

04.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-48/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X10 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin (hakimlər Vüqar Məmmədov (sədrlik edən və məruzəçi, Kamran Muxtarov və Nurəddin Hüseynli) 20 sentyabr 2022-ci il tarixli, 1-1(095)-008/2022 nömrəli hökmü ilə 10 aprel 1992-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Qaraxanlı kəndində qeydiyyatda olan və yaşamış, N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 332.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İşin halları: İbtid ai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, X18 onun tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, X4 Nazirliyinin Tovuz rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 1-ci kəşfiyyat manqasının kəşfiyyatçısı (artilleriya korrektəedicisi) vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2020-ci il tarixdə saat 05 radələrində xidmət yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 ilə birlikdə gücləndirmə məqsədilə göndərildikləri, hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün Tovuz rayonunun Ağbulaq kəndinin ərazisində, düşmənlə üzbəüz mövqedə yerləşən şərti olaraq “Oğuz” adlandırılan döyüş mövqeyinin atəş sektorlarının yerləşdiyi səngərin sağ cinahında yerləşən sonuncu atəş sektoruna gedib həmin istiqaməti yoxlayıb geri qayıdarkən, 1 nömrəli atəş sektorunda döyüş növbətçiliyində xidmət aparmalı olan hərbi qulluqçunun yerində olmadığını görüb irəliyə doğru hərəkət edərək 2 nömrəli atəş sektorunun qarşısına çatdıqda, gündüz vaxtı həmin döyüş mövqeyində quraşdırılmış videokamera ilə düşmən müşahidəsini həyata keçirmək, gecə vaxtı isə döyüş növbətçiliyində xidmət aparmaq məqsədilə həmin mövqeyə ezam edilmiş və həmin tarixdə də saat 04:00-dan 06:00-dək 1 nömrəli atəş sektoruna döyüş növbətçiliyinə təyin edilmiş, kəşfiyyat bölüyünün kəşfiyyat müşahidə tağımının 3-cü vizual kəşfiyyat manqasının kəşfiyyatçı-radiotelefonçusu vəzifəsində, əsgər r ütbəsində müddətli həqiqi hərbi xidmətdə olan X6 2 nömrəli atəş sektorunun içərisində dəbilqəsinin üzərində oturaqlı halda yatdığını aşkar edib istifadəsində olan smartfon tipli mobil telefonu ilə həmin vəziyyətdə əsgər Xəyal Şəbiyevin fotoşəklini çəkdikdən sonra, əlindəki fənərlə sonuncunun üzünə işıq salaraq yuxudan oyatmış, əsgər Xəyal Şəbiyev yarıyuxulu vəziyyətdə ayağa qalxdıqda, əsgər Səməd Səmədov əsəbiləşib, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-42-ci maddələrinin “hərbi qulluqçuların birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, xidmət məsələləri üzrə bir-birinə nümunəvi müraciət etməli, yüksək mədəniyyət, təvazökar lıq və təmkin nümunəsi göstərməli, özlərini ləyaqətli aparmaları, əsgər yoldaşlarının şərəf və ləyaqətlərinin qorunmasına yardım etməli, qayda-qanunun saxlanılmasına riayət etməli olmalarına” dair, habelə Qarnizon və qaravul xidmətləri nizamnaməsinin 172 və 245-ci maddələrinin “saatdara danışmağın, kənar şəxslərin suallarına cavab verməyin qadağan olmasına, saatdarın xidmətini yoxlayan şəxsin (tabe olduğu şəxs istisna olmaqla) onu məzəmmət etməməli, bütün müəyyən olunmuş çatışmazlıqlar haqqında aidiyyəti şəxsi məlumatlandırmalı olmasına” dair tələblərini kobud şəkildə pozaraq, əsgər Xəyal Şəbiyevin xidmət vaxtı yatması barədə müvafiq tədbir görülməsi üçün sadəcə manqa komandirinə məlumat verməli olduğu halda, səlahiyyəti olmamasına baxmayaraq, əsgər Xəyal Şəbiyevə kəşfiyyat bölüyünün əsgər i olduğunu vurğulayıb, onun xidmət vaxtı yatmasının bölüyün “adını batırdığını”, onun həmin bölükdə xidmət etməyə layiq olmadığını deyərək kobud şəkildə danlamağa başlamış, əsgər Xəyal Şəbiyev də yatmadığını bildirdikdə isə onun qarın nahiyəsinə bir dəfə təpik zərbəsi vurub güclü fiziki ağrı yetirməklə zor tətbiq etmiş, ardınca da zərbənin təsirindən kürəyi atəş sektorunun divarına çırpılan əsgər Xəyal Şəbiyevə “yatmısan da əclaf, yatmasan büdrəmərsən” deyərək onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan sonra, əsgər Səməd Səmədov 2 nömrəli atəş sektorundan çıxıb, səngərlə irəliləyərək 5 nömrəli atəş sektorunun qarşısına çatdıqda, həmin sektorda döyüş növbətçiliyi aparmalı olan, qeyd olunan döyüş mövqeyində yerləşən manqanın əsgərləri X13 və X9 da atəş sektorunun içərisində yarı uzanıqlı halda yatdıqlarını aşkar edib, arxasınca gəlmiş əsgər Xəyal Şəbiyevin yanında yenidən cibindən istifadəsində olan smartfon tipli mobil telefonunu çıxarıb onların da fotoşəklini çəkmiş, sonra isə əsgərlər Ramal Zahidov və Pərvin Quluzadəni yuxudan oyadıb hər üçünün müşahidə aparmayaraq mövqeni nəzarətsiz qoyub yatmalarına görə sərt şəkildə onları danlamış, bu zaman əsgər Xəyal Şəbiyev yenə “yatmadığını” dedikdə, əsgər Səməd Səmədov ona alçaldıcı şəkildə “ə gi....laq yatmamışdın?” deyə bildirmiş, yatmış vəziyyətdə fotoşəkilinin çəkilməsindən xəbəri olmayan əsgər Xəyal Şəbiyev də cavabında “atam canı yatmamışam” deyə bildirdikdə, o, digər əsgərlərin yanında mobil telefonundakı yatılı halda çəkilmiş fotoşəkilini əsgər Xəyal Şəbiyevə göstərib, ona “adam belə oğraşlıq, şərəfsizlik eləməz, yatmıs an de yatmışam da, adam kişi olar, niyə atanın canına yalandan and içirsən!” deyərək şərəf və ləyaqətini kobud şəkildə alçaltmış və əsgər yoldaşlarının yanında onu biyabır etmiş, sonra isə xidmət vaxtı yatmaları barədə manqa komandirinə məruzə etmək barədə niyyətini hədələyici şəkildə bəyan edib, əsgər Xəyal Şəbiyevi həmin fotoşəklini silməsi və məruzə etməməsi üçün ona yalvarmaq həddinə çatdırdıqdan sonra əsgər Xəyal Şəbiyevin onun görəcəyi şəkildə silməsinə dair xahiş etməsinə baxmayaraq, silməsə də, məruzə etməyəcəyini bildirərək sığınacağa getmişdir. X7idd əməlləri, yəni əsgər Xəyal Şəbiyevin şərəf və ləyaqətini nalayiq formada alçaltması, ona qarşı zor tətbiq etməsi, xidmət yoldaşlarının yanında yalandan atasının canına and içməsini tənəzillə “ifşa edərək” onu pərt etməsi, onu silah lı xidmətdə olduğu müddətdə səlahiyyəti olmadığı halda sərt şəkildə danlaması, xidmət vaxtı yatması barədə komandirinə məruzə edəcəyini bildirməsi, özbaşına çəkdiyi fotoşəkili göstərib, döyüş növbəsində yatdığını təsdiq edən “sübuta” malik olduğunu nümayiş etdirməklə və təkidli xahiş etməsinə baxmayaraq silməməklə psixi təsir göstərməsi, əsgər Xəyal Şəbiyevin komandirinin ciddi tənbehlərinə məruz qalacağından, nüfuzdan düşəcəyindən, xidmət yoldaşlarının ona qarşı münasibətlərinin dəyişəcəyindən, barəsində araşdırma təyin edilib cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxmasına, ailə üzvlərinə narahatçılıq yaradacağı üçün özünü günahkar bilməsinə, X22 vəd etməsinə baxmayaraq sonradan da fotoşəkili pozacağına inanmadığından, özünün ondan asılı vəziyyətə düşdüyünü, istənilən vaxt onun xidmə t vaxtı yatdığını məruzə edib problem yarada biləcəyini hesab etməsinə, nəticədə onun psixi-emosional vəziyyətində gərginlik, həyəcan, təşviş yaranmasına gətirib çıxarmış, emosional reaksiya halını keçirməsini şərtləndirməklə, intihar aktını, yəni özünü öldürmə həddinə çatdırıldığından daha yaşamağa davam etmək istəməyib, bu şəraitdə vəziyyətdən yeganə çıxış yolunu özünü öldürməkdə görərək bu fikrini həyata keçirməyi qətiləşdirmiş, bu məqsədlə əsgər Xəyal Şəbiyev həmin gün saat 05:20 radələrində mövqenin səngərində 2 nömrəli atəş sektorunun qarşısında xidməti istifadəsində olan AKMS markalı, 7.62 mm çaplı “AFD 2691” nömrəli avtomat silahı döyüşə hazır vəziyyətə gətirib, sol əli ilə tutacağından, sağ əli ilə əl dəstəyindən tutub, lüləsini əynindəki zirehli gödəkcəsinin altından sağ sinə nah iyəsinə dirəyərək, istiqaməti yuxarıdan-aşağıya, nisbətən sağdan-sola olmaqla sağ əlinin baş barmağı ilə tətiyi çəkib “tək-tək” atəş rejimində 1 atəş açaraq özünə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ ağ ciyərin orta-aşağı payının, aortanın döş şöbəsinin zədələnmələri, sağ tərəfli hemopnevmotoraks, sağ İİİ qabırğanın və İV döş fəqərə cisminin sınıqları ilə müşayiət olunan döş boşluğunu dəlib-keçən bir ədəd yara” xəsarətlərini yetirmiş və aortanın döş şöbəsinin zədələnməsi nəticəsində orqanizmin kəskin qanitirməsindən hadisədən qısa müddət sonra ölmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Salman Hüseynov) 22 fevral 2023-cü il tarixli, 1-1(104)-8/2023 nömrəli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1-1(095)-008/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə təqsirlə ndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, Səməd Səmədovun əməlini inzibati xəta kimi qiymətləndirib, işin faktiki hallarına uyğun olmayan qərar qəbul edərək, barəsində ədalətsiz olaraq bəraət hökmü çıxarmış və hazırkı iş üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün CPM-in 350.4-cü maddəsinə əsasən, cinayət işinin materiallarının həmin şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi haqqında qərar qəbul etmişdir. Apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq Səməd Səmədovun CM-in 332.3-cü maddəsinin obyektiv cəhətinin zəruri əlaməti olan hərəkətlərinin Xəyal Şəbiyevin öl ümündən ibarət ictimai təhlükəli nəticə ilə səbəbli əlaqədə olmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, Səməd Səmədovun əməli ilə Xəyal Şəbiyevin özünü öldürməsində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərindən biri olan səbəbli əlaqə yoxdur. Halbuki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahidlərin ifadələri ilə Səməd Səmədovun təqsiri tam sübuta yetirilmiş və məhz onun hərəkəti nəticəsində Xəyal Şəbiyevin özünü öldürməsi öz təsdiqini tapmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, X23 Şəbiyevi döyüş növbəsində yatmış vəziyyətdə aşkar etməsinə görə sonuncuya zor tətbiq etməsi, nalayiq sözlərlə danlaması kimi hallara görə Xəyal Şəbiyev narahat olmamış, bununla bağlı onunla birlikdə döyüş növbəsində olmuş əsgərlər Pərvin Qul uzadəyə və Ramal Zahidova öz narazılığını ifadə etməmiş, hər hansı hərəkət edəcəyini bildirməmiş və buna görə Səməd Səmədovun bu hərəkətləri ilə Xəyal Şəbiyevin ölümünə səbəb olan zəruri şərait olmamışdır. Məhkəmə şahidlər Ramal Zahidovun və Pərvin Quluzadənin ifadələrinə istinadən qeyd etmişdir ki, Xəyal Şəbiyev yatmış vəziyyətdə aşkar edilərək, bu vəziyyətdə şəklinin çəkilməsindən və döyüş növbəsi çəkmə qaydalarını pozması barədə məruzə ediləcəyindən narahat olmuş, hətta Səməd Səmədovun yanına gedib, başının üstündən güllə ataraq, şəkili silməsini və məruzə etməməsini deyəcəyini bildirmişdir. Məhkəmə Xəyal Şəbiyevin ölümünün baş verməsinin Səməd Səmədovun zor tətbiq etməsi, nalayiq ifadələr işlətməklə, danlaması kimi hərəkətlərindən törənməməsi qənaətinə gəlmiş və belə hesab etmişdir ki, Səməd Səmədov CM-in 332.3-cü maddəsinin obyektiv cəhətinin zəruri əlaməti olan hərəkətləri, yəni zor tətbiq etməni, nalayiq sözlərlə danlamanı törətmiş olsa da, bu hərəkətlər Xəyal Şəbiyevin ölümündən ibarət ictimai təhlükəli nəticə ilə səbəbli əlaqədə olmamışdır. Bundan başqa, məhkəmə belə nəticəyə gəlmişdir ki, X29 Şəbiyevi yatmış vəziyyətdə aşkar etsə də, bu barədə yuxarı komandanlığa məruzə etmək fikrində olmamış, hətta məruzə edəcəyi fikrini ifadə etmiş olsa belə, burada nizamnamə qaydalarının pozulmasından söhbət gedə bilməz, vəzifəsindən və rütbəsindən asılı olmayaraq istənilən hərbi qulluqçunun digər hərbi qulluqçunun nizamnamədən kənar hərəkətlərini aşkar etməsi, bu barədə yuxarı komandirə məlumat verməsi qanunauyğun haldır və Xəyal Şəbiyevi döyüş növbəsində yatmasını məruzə edəc əyini sonuncuya deməməklə və ya başqaları tərəfindən deməsini çatdırmamaqla, Səməd Səmədov CM-in 332.3-cü maddəsinin obyektiv cəhətinin zəruri əlaməti olan hərəkəti törətməmişdir. Hökmdə göstərilmişdir ki, müharibə şəraitində əsgərlərin yatması nəinki onların özlərinə, bütün postun hərbi qulluqçuları üçün, o cümlədən Səməd Səmədovun həyatı üçün real təhlükəli hərəkət olduğundan bunu aşkar edən şəxsin onu sübutlarla birlikdə rəhbərliyə məruzə etməsi qanunauyğun haldır və buna görə Səməd Səmədov döyüş növbəsində yatmış əsgərlərin şəklini çəkməklə, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmayan hərəkət etmişdir. Qeyd etmək lazımdır ki, hökmdə göstərildiyi kimi, döyüş növbəsində yatmış Xəyal Şəbiyevin, Ramal Zahidovun və Pərvin Quluzadənin şəkillərinin Səməd Səmədov tərəfindən çəkilm əsi nizamnamələr ilə qadağan olunan əməl olmasa da, sonuncunun döyüş növbəsi çəkmə qaydalarının yoxlaması səlahiyyəti olmasa da, aşkar etdiyi nizamnamə qaydalarının pozulması barədə elə aşkar etdiyi anda, həmin pozuntunun aradan qaldırılması məqsədi ilə tədbir görüb, dərhal bu barədə döyüş mövqeyində olan rabitə vasitəsi ilə yuxarı komandanlığa məruzə etməli idi. Belə ki, Azərbaycan Respublikası Silahlı X1 7-ci maddəsində göstərilmişdir ki, hər bir hərbi qulluqçu hərbi intizamın və qayda-qanunun bərpası işində komandirə (rəisə) kömək etməyə borcludur. Komandirə (rəisə) kömək etməyən hərbi qulluqçu buna görə məsuliyyət daşımalıdır. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 5-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməlidir. Məhkəmə istintaqı zamanı Səməd Səmədov ifadəsində həmin şəkilləri əsgərlərin döyüş növbəsində yatmasını sübut etmək üçün çəkdiyini bildirsə də, məqsədi komandanlığa köməklik etmək olmamışdır. Səməd Səmədovun çəkdiyi şəkilləri nümayiş etdirdikdən sonra, Xəyal Şəbiyevin onun şəklini silməsini xahiş etməsinə baxmayaraq, silməməsində və yuxarı komandanlığa məruzə etmək fikrində olmamasını bildirməsində məqsədi nizamnamə pozuntusunun aradan qaldırılması deyil, gələcəkdə öz məqsədləri üçün bu şəkillərdən istifadə edib, əsgərləri təhdid etməklə, psixi təsir altında saxlamaq olmuşdur. Bu hal ona elan olunmuş ittihamda öz əksini tapmışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müəyyən edil mişdir ki, Səməd Səmədov əsgərlər Xəyal Şəbiyevi, Ramal Zahidovu və Pərvin Quluzadəni yatmış vəziyyətdə aşkar etdikdən sonra X24ni çağırıb, özü ilə getməsini və sonuncunun yatmasını məruzə edəcəyini bildirmiş, lakin sonradan fikrindən daşınmışdır. X24 əsgərlər Xəyal Şəbiyevin və Ramal Zahidovun yanına qayıtdıqdan sonra, əsgər Ramal Zahidovun sualına cavab olaraq, X24 Səməd Səmədovun məruzə etməyəcəyini bildirsə də, əsgər X30 Səmədovun təxminən 28-29 sentyabr 2020-ci il tarixdə əsgərlər Ramal Zahidovun və Şahid2 döyüş növbəsində yatmış vəziyyətdə aşkar edilməsini çavuş Vurğun Babayevə məruzə etdiyini bildiyi üçün, Səməd Səmədovun “suka” olduğunu, əminlikə onları yatmış vəziyyətdə aşkar etməsini məruzə edəcəyini bildirmiş və gərgin halda divara yumruq vurmaqla, 5 nömrəli atəş sektorunun qarş ısında “beş dəqiqənin badına getdim” deyib, ardıcıl olaraq bir neçə siqaret çəkmişdir. Bu onu sübut edir ki, Səməd Səmədov onlardan aralandıqdan sonra Xəyal Şəbiyev artıq onun hərəkətinin təsiri altında və psixi gərgin vəziyyətdə olmuşdur. Əgər, Səməd Səmədov əsgərləri döyüş növbəsində yatmış vəziyyətdə aşkar etdikdən sonra, dərhal yuxarı komandanlığa məruzə etsəydi və saatların dəyişdirilməsi üçün tədbirlər görülsəydi, sonradan baş vermiş bədbəxt hadisənin qarşısını almaq olardı. Fərz edək ki, Səməd Səmədov əsgərlərdən ayrıldıqdan sonra Xəyal Şəbiyev özünü öldürməsəydi, digər əsgərlərlə birlikdə yatmaqda davam etsəydi və düşmən tərəfindən basqına məruz qalıb, ağır nəticələr baş versəydi, məhkəmə Səməd Səmədovun əməlinin yenə də nizamnaməyə uyğun hərəkət kimi qiymətləndirib, baş vermiş ağı r nəticələrlə səbəbli əlaqəsinin olmaması qənaətinə gələrdimi? Bundan əlavə CM-in 332.3-cü maddəsinin dispozisiyasına görə, məsuliyyət tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda yaranır. Göründüyü kimi, burada məsuliyyətə cəlb edilmək üçün zərərçəkmiş şəxsə zor tətbiq edilməsi və ya onun şərəf və ləyaqətinin alçaldılması tələb olunmur, Səməd Səmədovun aşkar etdiyi nizamnamə pozuntusunun aradan qaldırılması üçün vaxtında tədbir görməməsi onun tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 172 və 245-ci maddələrinin tələblərinin pozulmasını göstərir və cinayət məsuliyyət inə səbəb olur. Bu hal da Səməd Səmədova elan olunmuş ittihamda öz əksini tapmışdır. Həmçinin hökmdə qeyd edilmişdir ki, Xəyal Şəbiyev döyüş növbəsində yatmış vəziyyətdə aşkar edildikdən sonra Səməd Səmədov tərəfindən ona zor tətbiq edilməsi, nalayiq sözlərlə danlanması kimi hallara görə narahat olmamış, bununla bağlı onunla birlikdə döyüş növbəsində olmuş əsgərlər Pərvin Quluzadəyə və Ramal Zahidova öz narazılığını ifadə etməmiş, hər hansı hərəkət edəcəyini bildirməmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, hər hansı bir şəxs özünü öldürmək qərarına gəldikdə, mütləq qaydada bu barədə kiməsə məlumat verməlidir. Səməd Səmədovun törətdiyi əməlin subyektiv tərəfini qiymətləndirərkən, məhkəmə yanlış mövqe tutaraq, onun əməlində cinayət tərkibinin bu əlamətinin də olmaması qənaətinə gəlmiş dir. Belə ki, məhkəmənin mövqeyinə görə, CM-in 332-cü maddəsi ilə nəzərdə tutulmuş əməl birbaşa qəsdlə törədildiyi üçün, X29 Şəbiyevin şəklini çəkməklə, hətta bu hərəkətin əmrlə qadağan olunduğunu dərk etsə də, onun ictimai təhlükəli nəticələrini görməmişdir və görə də bilməzdi. Qeyd olunmalıdır ki, CM-in 332.3-cü maddəsi iki nəticəyə səbəb olan maddi tərkibli qarışıq təqsir formasında törədilən cinayətdir. Bu cinayəti törədən şəxsin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması (CM-in 332.1-ci maddəsi) ağır nəticələrə səbəb olur (CM-in 332.3-cü maddəsi). Beləliklə, bir hərəkətlə iki nəticə - qəsdən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları pozulur və bu əmə l ehtiyatsızlıqdan ağır nəticələrin baş verməsinə səbəb olur. Cinayət işinin materialları ilə təsdiq edilmişdir ki, Səməd Səmədovun əməli təkcə əsgər Xəyal Şəbiyevin şəklini çəkməklə bitməmişdir, onun bu hərəkəti sonuncunun şərəf və ləyaqətini nalayiq formada alçaltması, ona qarşı zor tətbiq etməsi, xidmət yoldaşlarının yanında yalandan atasının canına and içməsini tənəzillə “ifşa edərək” onu pərt etməsi, səlahiyyəti olmadığı halda, onu silahlı xidmətdə olduğu müddətdə sərt şəkildə danlaması, xidmət vaxtı yatması barədə komandirinə məruzə edəcəyini bildirməsi, özbaşına çəkdiyi fotoşəkili göstərib, döyüş növbəsində yatdığını təsdiq edən “sübuta” malik olduğunu nümayiş etdirməklə və təkidli xahiş etməsinə baxmayaraq, silməməklə, psixi təsir göstərməsi ilə müşayiət olunmuş və nəticə etibarı i lə Xəyal Şəbiyevin özünü öldürməsinə gətirib, çıxarmışdır. Göründüyü kimi, Səməd Səmədovun qəsdən nizamnamə qaydalarını pozması, onun cinayətkarcasına etinasızlığı nəticəsində Xəyal Şəbiyevin özünü öldürməsinə səbəb olmuşdur. Hansı ki, bu Səməd Səmədova elan olunmuş ittihamda aydın şəkildə öz əksini tapmışdır. Bu baxımdan, məhkəmənin yuxarıda qeyd edilən nəticəyə gəlməsi anlaşılmazdır. Bundan başqa, sübutları qiymətləndirərkən, məhkəmə ibtidai istintaq zamanı məhkəmə-psixoloji ekspertizasının “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərildiyi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin eksperti tərəfindən deyil, Səhiyyə Nazirliyinin Məhkəmə X2 eksperti tərəfindən apar ılmasını əsas gətirərək, həmin rəyi deyil, məhkəmə istintaqı zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə-psixoloji ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmişdir. Həmin rəyin nəticəvi hissəsində göstərilmişdir ki, Xəyal Şəbiyevin hadisə zamanı emosional halında ekstremal dəyişikliklərin baş verib-verməməsini və həmin halın hansı amillərlə şərtlənməsini, keçirmiş olduğu emosional halın Səməd Səmədovun hərəkətləri ilə səbəbli-nəticə əlaqəsində olduğunu müəyyən etmək mümkün deyildir. Törədilmiş cinayətdə səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi vəzifəsi Cinayət-prosessual qanunvericiliyi ilə məhkəmənin üzərinə qoyulmuşdur. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxla nılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə müşavirə otağında sübutları qiymətləndirib, bu məsələyə aydınlıq gətirməli idi. Lakin, məhkəmə iş üzrə toplanmış sübutları təhlil etmədən və bir-biri ilə müqayisə etmədən, nədənsə törədilmiş bu cinayətdə Səməd Səmədovun təqsirkar olduğunu təsdiq edən digər sübutları kənara qoyub, Səhiyyə Nazirliyinin Məhkəmə X2 ekspertinin verdiyi rəyi mötəbər hesab etməmiş, yalnız mötəbər sübut kimi qəbul etdiyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin rəyini əsas tutaraq, Səməd Səmədovun bu cinayətə aidiyyəti olmadığı qənaətinə gəlmişdir. Hansı ki, həmin rəyin nəticəvi hi ssəsində Səməd Səmədovun hərəkətlərində səbəbli əlaqənin olduğunu müəyyən etmək mümkün olmaması göstərilsə də, bu əlaqənin olması da inkar edilməmişdir. Halbuki, məhkəmə eyni tərkibdə X8 CM-in 332.3-cü maddəsi (12 aprel 2021-ci il tarixli hökm) və X3 CM-in 29,120.1-ci maddəsi (10 fevral 2022-ci il tarixli hökm) ilə təqsirləndirilmələrinə dair cinayət işlərinə baxarkən, Səhiyyə Nazirliyinin qeyd edilən mərkəzinin ekspert-psixoloqlarının rəylərini mötəbər sübut kimi qəbul edərək, ittiham hökmü çıxarmışdır. Məhkəmə istintaqı zamanı əvvəlki rəyi vermiş Səhiyyə Nazirliyinin Məhkəmə X2 ekspertinin məhkəmə iclasına dəvət edilərək, dindirilməsi və suallar ətrafında həmin Mərkəzin mütəxəssislərinin də iştirakı ilə təkrar məhkəmə-psixoloji ekspertizasının aparılması haqqında qərar qəbul edilməsi i lə bağlı birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı tərəfindən vəsatət verilməsinə baxmayaraq, məhkəmə tərəfindən vəsatət səbəbi göstərilmədən rədd edilmiş və qeyd edilən Mərkəzin mütəxəssislərinin iştirakı olmadan ekspertizanın aparılması haqqında qərar qəbul edilmişdir. İttiham tərəfinin təqdim etdiyi sübutlara məhkəmənin bu yanaşması heç bir məntiqə sığmır. Bundan başqa, məhkəmə Səməd Səmədova əsassız olaraq bəraət verməklə yanaşı, cinayəti törətmiş şəxs müəyyən edilmədiyi üçün CPM-in 350.4-cü maddəsinə əsasən, həmin şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul etmiş, lakin Xəyal Şəbiyevə qarşı hansı cinayətin törədilməs ini göstərməmişdir. Bu, bir daha onu göstərir ki, məhkəmə istintaqı zamanı başqa hal müəyyən etməmişdir və Səməd Səmədovun barəsində çıxardığı bəraət hökmü əsassız olduğu üçün ləğv edilməlidir. Halbuki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Səməd Səmədovun əməli tam sübuta yetirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X16rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin h ər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə Səməd Səmədovun barəsində bəraət hökmü çıxararkən, həmin hökmü əsaslandırmağa çalışmış, lakin göründüyü kimi bu əsaslandırma inandırıcı olmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan işin faktik i hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş, sadalanan şahidlərin biri digərini tamamlayan və işin obyektiv hallarına tam uyğun gələn ifadələrini, ekspertiza rəylərini, protokolları və onların əlavələrini əsaslı hesab etməmiş, yalnız təqsirləndirilən şəxsin və sonuncunun oğlunun işin hallarına uyğun gəlməyən ifadələrini mötəbər hesab edərək yekun qərar qəbul etmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə və məhkəmənin özünün subyektiv mülahizələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Səməd Səmədova təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə g əlməklə səhvə yol vermiş və əsassız olaraq ona bəraət vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, X11 Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Belə ki, kassasiya protestində qeyd edilmişdir ki, X11 Azərbaycan Respublikası CMin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsir li olması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuşdur. Lakin məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət verməmiş və əsassız olaraq nəticəyə gəlmişdir ki, onun əməli Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Məhkəmə kollegiyası Səməd Səmədova əsassız olaraq bəraət verilməsinə dair dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsinin dispozisiyasına əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozan əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini təşkil edir. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi maddi olmaqla blanket xarakter daşıyır. Həmin cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli əməldən (tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozan əməllər) və maddədə nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrdən ibarətdir. Əməl cinayətin obyektiv tərəfini yalnız həmin əməllə baş vermiş ictimai təhlükəli nəticələrin arasında səbəbli əlaqə olduğu halda yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu il ə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda qeyd edilən qanun normalarına əsasən hərbi qulluqçunun əməlin in CM-in 332.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə iclasında cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlar əsasında onun tərəfindən tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozan hərəkətlərin törədilməsi, maddədə nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verməsi və əməllə baş vermiş ictimai təhlükəli nəticələrin arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi öz hökmündə cinayət işi üzrə sübutları və iş hallarını, tam və hərtərəfli araşdırıb X11 əməllərində Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticəni əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə apellyasiya şikayətinə əsasən baxaraq işin sübutları araşdırıb nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı və qanuna uyğun olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X11 əməlində cinayət tərkibinin olmadığını müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərard a göstərmişlər. Məhkəmə kollegiyası X11 əməlində Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, X11 əməli Azərbaycan Respublikası CMin 332.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratmadığı üçün ona həmin maddə ilə bəraət verilməsi məhkəmə kollegiyası düzgün sayır. Odur ki, məhkəmə kollegiyası sübutların tədqiq edilməməsi və düzgün qiymətləndirilməməsi barədə kassasiya protestinin dəli li əsaslı hesab etmir. Belə ki, S.Səmədova irəli sürülmüş ittihamından görünür ki, istintaq orqanı S.Səmədovun tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozan əməlləri kimi zərərçəkmiş şəxs X.Şəbiyevin postda yatmasını müəyyən edərkən onu yatılı vəziyyətdə mobil telefonuna çəkməsi, onu oyanaraq bir dəfə təpiklə vurması və möhkəm danlaması, X.Şəbiyevin postda yatması barədə post komandirinə məruzə etməsi, X.Şəbiyevin öz atasının canına and içərək postda yatmadığı barədə sözlərinin yalan olmasının əsgər yoldaşlarının yanında ona sübut etməsi və telefonda olan şəklinin silinməsi barədə X.Şəbiyevin xahişinin icra etməməsi onun X.Şəbiyevə qarşı hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozan h ərəkətləri kimi qiymətləndirmişdir. Məhkəmələr isə əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin hərəkətlərdən yalnız S.Səmədov tərəfindən X.Şəbiyevə təpik vurulması tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozan əməl kimi qiymətləndirilməli, digər yuxarıda sadalanan əməllər Azərbaycan Respublikası CM-in 332ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini təşkil edən əməl kimi qiymətləndirilə bilməz. Cinayət işi üzrə toplanmış sübutlarla isə X.Şəbiyevin məhz S.Səmədov tərəfindən ona təpik vurulması nəticəsində özünü öldürməsi müəyyən edilməmişdir. Kassator öz protestində məhkəmələrin bu mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “hökmdə göstərildiyi kimi, döyüş növbəsində yatmış Xəyal Şəbiyevin, Ramal Z ahidovun və Pərvin Quluzadənin şəkillərinin Səməd Səmədov tərəfindən çəkilməsi nizamnamələr ilə qadağan olunan əməl olmasa da, sonuncunun döyüş növbəsi çəkmə qaydalarının yoxlaması səlahiyyəti olmasa da, aşkar etdiyi nizamnamə qaydalarının pozulması barədə elə aşkar etdiyi anda, həmin pozuntunun aradan qaldırılması məqsədi ilə tədbir görüb, dərhal bu barədə döyüş mövqeyində olan rabitə vasitəsi ilə yuxarı komandanlığa məruzə etməli idi. Belə ki, Azərbaycan Respublikası Silahlı X1 7-ci maddəsində göstərilmişdir ki, hər bir hərbi qulluqçu hərbi intizamın və qayda-qanunun bərpası işində komandirə (rəisə) kömək etməyə borcludur. Komandirə (rəisə) kömək etməyən hərbi qulluqçu buna görə məsuliyyət daşımalıdır. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 5-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməlidir.” Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili razılaşmır və hesab edir ki, bu dəlilə görə məhkəmələrin hökm və qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yuxarıda qeyd edildiyi kimi CM-in 332.3-cü maddəsinin dispozisiyasına görə, həmin maddə ilə məsuliyyət tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda yaranır. Göründüyü kimi CM-in 332.3-cü maddəsi blanket norması və həmin cinayətin obyektiv cəhətinin tərkib əlamətini hərbi nizamnamələrin tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətləri tənzimləyən qaydalarını pozan əməllər təşkil edir. Protestdə istinad edilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam və Daxili Xidmət Nizamnamələrinin qaydalarının pozuntuları (fotoşəkillərin çəkilməsi, zərərçəkmişin posta yatması barədə komandirə məruzə etməmə, böyüklərə hörmət etməli, hərbi intizamın və qayda-qanunun bərpası işində komandirə kömək etmə və sair) hərbi qulluqçuların ümumi vəzifələrini müəyyən edən normalar olsa da, tabelik münasibətlərində olmayan hərbi qullu qçular arasında qarşılıqlı münasibətlərin qaydalarını müəyyən etmir. Ona görə də S.Səmədov tərəfindən şəkillərin çəkilməsi, zərərçəkmişin posta yatması barədə komandirə məruzə edilməməsi yuxarıda qeyd edilən Nizamnamələrin qaydalarının pozulması kimi qəbul edilsə də, onun bu əməli Azərbaycan Respublikası CMin 332.3-cü maddəsinin tərkib əlaməti kimi qəbul edilə bilməz. Bundan başqa, kassator məhkəmələrin S.Səmədovun əməlində CM-in 332.3-cü maddəsinin tərkib əlamətlərinin olmamasına dair gəldiyi nəticənin əsassız olduğunu əsaslanaraq qeyd etmişdir ki, əgər Səməd Səmədov əsgərləri döyüş növbəsində yatmış vəziyyətdə aşkar etdikdən sonra, dərhal yuxarı komandanlığa məruzə etsəydi və saatların dəyişdirilməsi üçün tədbirlər görülsəydi, sonradan baş vermiş bədbəxt hadisənin qarşısını almaq olardı. Beləliklə, S.Səmədov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 172 və 245-ci maddələrinin tələblərini pozmuş, bu hal onun cinayət məsuliyyətinə səbəb olur və ona elan edilmiş ittihamda öz əksini tapmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin həmin dəlili ilə əlaqədar yenidən vurğulayır ki, S.Səmədova qarşı qarovul xidmətinin nizamnamə qaydalarının pozulmasında ittiham irəli sürülməmiş, o istintaq orqanı tərəfindən CM-in 332.3-cü maddəsi üzrə, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulmasında ittiham olunmuşdur. Ona görə də onun tərəfindən qarovul xidmətinin aparılmasını tənzimləyən nizamnamə qaydalarının pozulması onun ittiham edildiyi cinayətin tərkib əlamət lərini təşkil edilə bilməz. Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Bu normanın tələbləri baxımında da məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq S.Səmədovun zərərçəkmiş Xəyal Şəbiyevin döyüş növbəsində yatmasını müəyyən edib bu barədə komandirə məlumat verəcəyi barədə ona bildirməsi, bu faktı sübut edən şəkilin mobil telefonundan silməsi barədə zərərçəkmiş şəxsin xahişini icra etməməsi tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozan əməllər kimi qiymətləndirməmişdir. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestinin məhkəmələr tərəfindən cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ekspert psixoloqun rəyinin düzgün qiymətləndirilməməsi barədə dəlilini də əsaslı hesab etmir. Belə ki, məhkəmələr həm “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin eksperti tərəfindən psixologiya sahəsində olan suallar üzrə rəy verilməsi qanuna uyğun hesab etməmiş, həm də ekspert öz rəyini S.Səmədovun ona istinad edildiyi cinayətin tərkib əlamətlərini təşkil etməyən əməlləri barəsində verdiyindən bu rəyi mötəbər sübut kimi qəbul etməmiş və cinayət işi üzrə təkrar məhkəmə-psixoloji ekspertizası keçirmişdir. Bundan başqa məhkəm ələrin hökm və qərarından görünür ki, məhkəmə istintaqında tədqiq olunmuş bütün sübutlara, o cümlədən ekspertiza rəylərinə məcmu halında qiymət verilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə psixoloji ekspertizasının rəyi əsas sübut kimi deyil, digər sübutlarla eyni əhəmiyyətli sübut kimi qəbul edilmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquq i şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayıştexniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il Fərmanının 2.6-cı bəndinə əsasən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatr iya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələlərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 yanvar 2021-ci il tarixli 08 saylı r əyinin məhkəmə psixoloji ekspertizasına dair hissəsi şübhə doğurduğundan birinci instansiya məhkəməsi tərəfindən təkrar məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Məhkəmələr tərəfindən təkrar komisyon məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi və ekspert rəylərinin qanun tələblərinə uyğun qiymətləndirilməsi nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin həmin dəlili də əsassız olduğundan qəbul etmir. Təkrar məhkəmə-psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, X6 hadisə zamanı emosional halında ekstremal dəyişikliklərin baş verib-verməməsini və həmin halın hansı amillərlə şərtlənməsini, keçirmiş olduğu emosional halın X11 hərəkətləri ilə səbəblinəticə əlaqəsində olduğunu müəyyən etmək mümkün deyildir. Bundan əlavə kassasiya protestində göstərilir ki, “məhkəmə istintaqı zamanı Səməd Səmədov ifadəsində həmin şəkilləri əsgərlərin döyüş növbəsində yatmasını sübut etmək üçün çəkdiyini bildirsə də, məqsədi komandanlığa köməklik etmək olmamışdır. Səməd Səmədovun çəkdiyi şəkilləri nümayiş etdirdikdən sonra, Xəyal Şəbiyevin onun şəklini silməsini xahiş etməsinə baxmayaraq, silməməsində və yuxarı komandanlığa məruzə etmək fikrində olmamasını bildirməsində məqsədi nizamnamə pozuntusunun aradan qaldırılması deyil, gələcəkdə öz məqsədləri üçün bu şəkillərdən istifadə edib, əsgərləri təhdid etməklə, psixi təsir altında saxlamaq olmuşdur. Bu hal ona elan olunmuş ittihamda öz əksini tapmışdır”. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili iş üzrə toplanmış sübutlara deyil, ehtimala ə saslanmışdır. Belə ki, S.Səmədovun məqsədinin gələcəkdə əsgərlərin postda yatması barədə şəkillərdən istifadə etməklə əsgərləri təhdid edib psixi təsir altında saxlaması barədə ittiham tərəfinin gəldiyi nəticə konkret sübutlara, fakta və ya iş halına söykənməmiş, bu nəticəyə gəlmək üçün ittiham tərəfi sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özün də ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, X11 əməlində cinayət tərkibi olmamas ı əsası ilə bəraət verməsini kifayət qədər əsaslandırmışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. İşdən də görünür ki, apellyasiya protestinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, X11 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X12 Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar