Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-48/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Füzuli Hərbi Məhkəməsinin 9 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci m addəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin 9 iyun 2023-cü il tarixli 1-1(097)-74/2023 nömrəli (hakimlər: Süleymanov Əli Ziya oğlu (sədrliyi), Ağamirzəyev Fəxrəddin Mansur oğlu və Nəcəfov Əmrah Bəzməddin oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxx 1988-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, x ünvanında daimi qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirli bilinərək, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə CM-in 178.1 və 32.4,312.1-ci maddələri ilə təyin edilmiş 5000 manat cərimə cəzasının çəkilməmiş qalan 4850 manat cərimə cəzası tamamilə birləşdirməklə Məhkum qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzası və 4850 manat cərimə cəzası təyin edilmiş, CM-in 68.2ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müə ssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 oktyabr 2022-ci ildən hesablanması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024cü il tarixli 1-1(106)-2/2024 nömrəli (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 9 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr v erilmişdir. İŞİN HALLARİ: X17 Nazirliyinin x şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin kargüzar operatoru vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 18 may 2022-ci il tarixdə saat 21 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən N nömrəli hərbi hissəsinə yeni köçürülmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X23 həmin hərbi hissəyə keçirilməsi ilə əlaqədar sənədləşdirilmə işləri və təyin ediləcəyi bölməyə yerləşdirilməsinin təşkili üçün çavuş Məhkum təhvil verilmişdir. Həmin vaxt X37 N nömrəli hərbi hissənin qərargahından aralıda x rayonunun x kəndi ərazisində yerləşən zenit-raket artilleriya batareyasına təyin edilməklə, çavuş Məhkum əvvəlcə onu hərbi hissənin qərargahında yerlə şdirilmiş digər bölmələrdə yerləşdirmək istəmiş, lakin fikrindən daşınaraq köməksiz vəziyyətindən istifadə edərək ona qarşı uşaqbazlıq hərəkəti etmək məqsədilə X37a özünün hərbi hissənin qərargahında yerləşən istirahət otağında olan boş çarpayıda gecələyə biləcəyini təklif etmiş, X37 da onun həmin cinayətkar niyyətindən məlumatsız olmaqla buna etiraz etməmişdir. Həmin vaxt çavuş Məhkum tərkibində spirt olan energetik içki qəbul edərək, X37u bir müddət xidməti otaqda saxlamış, daha sonra 19 may 2022-ci il tarixdə gecə saat 02 radələrində X37u xidməti otağın yaxınlığında yerləşən özünün istirahət otağına aparıb orada olan boş çarpayıda yatmağını demişdir. X37 yorğun olduğu üçün paltarlı yatsa da, çavuş Məhkum onu oyadıb əynindəki paltarlarını çıxardıb yatmağını demiş, X37 da onun cinayətkar niyyətindən xəbərsiz olduğu üçün paltarlarını soyunub alt tuman və qısaqol köynəkdə yenidən yatağa uzanıb yatmışdır. Bundan bir müddət sonra, 19 may 2022-ci il tarixdə gecə saat 03 radələrində çavuş Məhkum X37un yuxuya gedərək ona müqavimət göstərmək imkanından məhrum olduğuna əmin olduqdan sonra, X37un yatmış vəziyyətdə olmaqla köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədilə yataqda üzü üstdə uzanmış X37un üzərinə çıxıb alt tumanını bir qədər aşağı çəkərək özünün cinsiyyət orqanını gərginləşdirilmiş vəziyyətdə X37un anal nahiyəsinə keçirib cinsi ehtirasını təmin edərək köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı uşaqbazlıq hərəkəti etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə X rayonu ərazisində müddətdən artıq hərbi xidmətdə olarkən, təkrarən, 21 may 2022-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin məzuniyyətə buraxılmış hərbi qulluqçusu, əsgər X12 yaşadığı Sumqayıt şəhərinə yola salmaq üçün özü ilə birlikdə Beyləqan rayonuna aparmışdır. Həmin vaxt, 22 may 2022-ci il tarixdə gecə saat 01 radələrində Beyləqan rayonuna çataraq əsgər X-in köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə, əsgər X-ə guya yaşadığı Sumqayıt şəhərinə getmək üçün avtomobil olmadığını, onu səhər tezdən yola salmağı təklif etmiş, əsgər X də onun həmin qanunsuz niyyətindən məlumatsız olmaqla buna etiraz etməmiş, birlikdə çavuş Məhkum ünvan 1 ünvanında kirayədə yaşadığı evə getmişlər. Orada çavuş Məhkum mağazadan aldığı tərkibində spirt olan energetik içkidən əsgər X-ə də içirtmiş, bir müddətdən sonra, 22 may 2022-ci il tarixdə gecə saat 02 radələrində həmin içkinin təsiri altında çarpayıda uzanmış əsgər X-ə yaxınlaşıb köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədilə əlini əsgər X-in cinsiyyət orqanına uzadıb hərəkət etdirərək paltarlarını soyunmağı tələb etmiş, əsgər X də qorxusundan etiraz etməyib onun təkidi ilə paltarlarını soyunarkən özü də əynindəki paltarını çıxartmış və əsgər X-i əli ilə onun cinsiyyət orqanından tutub irəligeriyə hərəkət etdirərək özünün cinsiyyət orqanını gərginləşdirilmiş vəziyyətdə əvvəlcə əsgər X-in ağız nahiyəsinə, sonra isə anal nahiyəsinə keçirib hərəkət etdirərək cinsi ehtirasını təmin edib, əsgər X-in köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı uşaqbazlıq və seksual xarakterl i digər zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə X rayonu ərazisində müddətdən artıq hərbi xidmətdə olarkən, təkrarən, 20 sentyabr 2022-ci il tarixdə saat N radələrində özünün hərbi hissənin qərargahında yerləşən istirahət otağında həmin hərbi hissənin əsgəri X13 və digər hərbi qulluqçular çavuş X30 və əsgər X14 ilə qonaqlıq məclisi təşkil edərək, birlikdə spirtli içki və tərkibində spirt olan energetik içkilər qəbul etmişlər. Bundan bir müddət sonra, 21 sentyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində çavuş Məhkum içkinin təsirindən sərxoş olaraq halsız vəziyyətdə orada divanda uzanmış əsgər X-in ona müqavimət göstərmək imkanından məhrum olduğuna əmin olduqdan sonra, əsgər X-in köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə əvvəlcə həmin otaqda birlikdə qaldığı çavuş E-yə əsgər X-in hərəkət etmək iqtidarında olmadığını bildirərək E-ni digər otaqda gecələməyə razı salmış, çavuş E və əsgər M oradan getdikdən sonra isə otağın qapısını bağlayıb divanda uzanmış əsgər X-ə yaxınlaşıb köməksiz vəziyyətindən istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədilə, əvvəlcə əlləri ilə əsgər X-in bədənini sığallamış bu zaman əsgər X onu özündən itələyib kənarlaşdırmaq istəsə də spirtli içkinin təsirindən halsız olduğu üçün müqavimət göstərə bilməmişdir. Çavuş Məhkum əsgər X-in ona müqavimət göstərmək iqtidarında olmadığına tam əmin olaraq cinayətkar əməlini davam etdirib əvvəlcə özünün paltarlarını, sonra isə əsgər X-in əynindəki şalvarını soyundurub cinsiyy ət orqanını gərginləşdirilmiş vəziyyətdə əvvəlcə əsgər X-in ağız, anal və digər nahiyələrinə sürtərək onu cinsi orqanından tutmağa məcbur etmiş, sonra isə öz cinsiyyət orqanını gərginləşdirilmiş vəziyyətdə divanda üzü üstə uzanmış əsgər X-in anal nahiyəsinə keçirib hərəkət etdirərək cinsi ehtirasını təmin edib, əsgər X-in köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Daha sonra, Məhkum həmin vəzifədə və hərbi rütbədə X rayonu ərazisində müddətdən artıq hərbi xidmətdə olarkən, təkrarən, 14 oktyabr 2022-ci il tarixdə saat N radələrində hərbi hissənin qərargahında yerləşən istirahət otağında, seksual xarakterli zorakılıq hərəkətləri etdiyi səbəbindən ondan asılı vəziyyətə düşmüş əsgər X13 ilə içki məclisi təşkil edərək, həmin gün saat 24 radələrində spirtli içkinin təsirindən sərxoş olaraq halsız vəziyyətdə orada çarpayıda uzanmış əsgər X-in ona müqavimət göstərmək imkanından məhrum olduğuna tam əmin olduqdan sonra cinsi ehtirasını təmin etmək məqsədilə əsgər X-ə yaxınlaşıb köməksiz vəziyyətindən istifadə edərək onu cinsi orqanından tutmağa məcbur etmiş, bədəninin müxtəlif yerlərindən öpərək cinsiyyət orqanını gərginləşdirilmiş vəziyyətdə əsgər X-in anal nahiyəsinə keçirib hərəkət etdirərək cinsi ehtirasını təmin edib, köməksiz vəziyyətindən istifadə etməklə əsgər X-ə qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN, ONA ƏLAVƏLƏRİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkə mə kollegiyasının qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, cinayət işi üzrə təqsirliyi sübuta yetirilməmiş, ibtidai istintaq və məhkəmə prosesləri zamanı kobud qanun pozuntularına yol verilmiş, iş üzrə alınmış izahat və ifadələr üst-üstə düşmür, məhkəmələr həmin ziddiyyətləri aradan qaldırmamış, qeyri-qanuni və əsassız qərarlar qəbul etmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarının ləğv edilərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavələrdə, barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tər əfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və ona əlavələri CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığ ını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. İlkin olaraq məhkumun kassasiya şikayətinin dəlillərini öyrənərkən müəyyən olunur ki, Məhkum onun təqsirli bilindiyi zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrarən uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayəti ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi (müəyyən olunmamış yeni faktlarla çıxış etməklə) üzərində qurmuşdur. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatı rladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti ol duqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işi n düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci ma ddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlər in ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, həmçinin, Məhkum Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş X23, X18, X13 məhkəmə istintaqı zamanı da verdikləri ifadələrində Məhkum onların köməksiz vəziyyətindən istifadə etməklə onlara qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini təsdiq etmişlər. O cümlədən, şahid qismində dindirilmiş X5, X8, X21 da məhkəmə istintaqı zamanı verdikləri ifadələri işin hallarına və zərərçəkmiş şəxslərin ifadələrinə uyğun gəldiyi müəyyən olunur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 iyun 2022-ci il tarixli 661 nömrəli rəyindən görünür ki, X16 məhkəmə-tibbi müayinəsi zamanı anal dəliyin düz bağırsağa keçən hissəsində çəhrayımtıl rəngli çapıq toxuması aşkar olunmuş, həmin xəsarət selikli qişanın çatının sağa lmış yarasının izi olub, bərk küt əşyanın təsirindən törənmiş, eləcə də gərginləşdirilmiş kişi cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi nəticəsində də əmələ gələ bilərmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.2022) və şəraitdə yetirilməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsini təyin edilmir. Həmçinin məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1193 nömrəli rəyindən görünür ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı anal dəliyin düz bağırsağa keçən hissəsində çəhrayımtıl rəngli çapıq toxuması aşkar olunmuş, həmin xəsarət selikli qişanın çatının sağalmış yarasının izi olub, bərk küt əşyanın təsirindən törənmiş, eləcə də gərginləşdirilmiş kişi cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi nəticəsində də əmələ gələ bi lərmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə (20-21 sentyabr 2022, 14-15 oktyabr 2022) və şəraitdə yetirilməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsini təyin edilmir. O cümlədən, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1193 nömrəli rəyindən görünür ki, X9 məhkəmə-tibbi müayinəsi zamanı anal dəliyin düz bağırsağa keçən hissəsində çəhrayımtıl rəngli çapıq toxuması aşkar olunmuş, həmin xəsarət selikli qişanın çatının sağalmış yarasının izi olub, bərk küt əşyanın təsirindən törənmiş, eləcə də gərginləşdirilmiş kişi cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi nəticəsində də əmələ gələ bilərmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə (21-22 may 2022) və şəraitdə yetirilməsi inkar olu nmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsini təyin edilmir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində və ona əlavələrdə irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsin in tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Odur ki, Məhkum CM-in 150.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi, yəni onun X16, X9, X1 vəziyyətindən istifadə etməklə onlara qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, o cümlədən cinayət işi üzrə toplanılmış digər sübutlar ilə təsdiq olunur. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apel lyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrarən uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə ilə bağlı cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 150.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə ol unduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində bir azyaşlı uşağının olması, “Vətən müharibəsində” iştirak edərək Azərbaycan Respublikası Qarabağ Uğrunda medalı, Azərbaycan Respublikasının Baş Naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi) olması və ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməsin. Füzuli Hərbi Məhkəməsinin 9 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-48/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-48/2024
23.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver