Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-48/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmanov Nazim Nəriman oğlunun Zərərçəkmiş şəxs1, Məhkum – Məhkum müdafiəçisi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Hə rbi Məhkəməsinin 1-1(093)-10/2017 nömrəli, 30 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmaları barədə cinayət işi üzrə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-32/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə Ali məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İstintaq orqanı tərəfindən - xx xxxxxxx 1962-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və X4 Baş İdarəsinin 1-ci idarəsinin rəisi vəzifəsində, polkovnik hərbi rütbəsində xidmətdə olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə ittiham elan edilmiş və o, həmin maddələrlə məhkəməyə verilmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 2007-2015-ci illərdə hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi 1-ci idarəsinin 4-cü şöbəsinin rəis i, Energetika və X4 Baş İdarəsinin 1-ci idarəsinin rəisi vəzifələrində xidmət etdiyi dövrdə birlikdə işlədiyi və gizli qaydada informasiya almaq səlahiyyətlərinə malik olan nazirliyin digər vəzifəli şəxsləri, Energetika və X4 baş idarəsinin rəisi Təqsirləndirilən şəxs1 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmət etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə qüvvə də olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayətkar əməlləri Bakı şəhərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, 2015-ci ilin mart-may aylarında 52.425 manata bərabər 50.000 ABŞ dolları məbləğində dövlət büdcə vəsaitini tərtib edilən raport və vəkalətnamələr əsasında əməliyyat -axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürüb əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan əməliyyat-axtarış tədbirlərinin icrasına və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşlarının və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etməklə külli miqdarda pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı yolu ilə mənimsəyərək, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını t əsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sir ləri barədə məlumatlardan istifadə edib hədə-qorxu və şantaj etmə yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədilə özü və dəstə üzvləri vasitəsi ilə şəxsləri MTN-nin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə külli miqdarda pul vəsaitlərini, əmlakları və əmlaka olan hüquqlarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq birbaşa verdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi və ya bilməli olduğu halda xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdarda nağd pul vəsaitlərini hədə-qorxu tətbiq olunmaqla şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət kimi alaraq fiziki v ə hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.
3. Məhkum həmçinin mütəşəkkil dəstə tərkibində Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətkar fəaliyyətini davam etdirərək 2009-cu ilin oktyabr-noyabr aylarında Bakı şəhərində Energetika və X4 Baş İdarəsinin 1-ci idarəsinin rəisi vəzifəsində xidmət edərkən rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı və ya şikayət ərizəsi olmadığı halda hakimiyyətdən və qulluq mövqeyindən müntəzəm surətdə tamahkarlıq məqsədilə suiistifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 külli miqdarda pul vəsaitini ələ keçirmək üçün onu yaxın qohumu Zərərçəkmiş şəxs21 ilə birgə Bakı şəhəri, Binəqədi rayonu ərazis ində yerləşən “Elit” otelində olduqları vaxt dəstə üzvü Təqsirləndirilən şəxs1 göstərişi ilə qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrindən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan zərurət olmadan qanunsuz istifadə etməklə mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə hər hansı prosessual qərar və protokol tərtib etmədən onları Milli Təhlükəsizlik Nazirliyinə gətizdirib 10 saat xidməti otaqlarda saxlamaqla hərəkət sərbəstliklərini məhdudlaşdırıb hər ikisini qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 yaxın münasibətdə olduğu X8 aldığı 20.000 manat pul vəsaitini qaytarmamasını bəhanə edib, sidik nümunələri götürərək guya narkotik vasitə istifadəçiləri olduqlarını iddia edərək barəsində cinayət işi başlanacağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək 80.000 manat məbləğində pul tələb edib, həmin gün Zərərçəkmiş şəxs1 dayısı və Zərərçəkmiş şəxs21 atası X9 həmin məbləğdə pulu nazirliyin inzibati binasında şəxsən qəbul edib 20.000 manat hissəni Sevinc Rüstəmovaya borcunun ödənişi kimi verməklə, qalan 60.000 manatı əldə etmələri ilə özgənin külli miqdarda pul vəsaitini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. Bakı Hərbi Məhkəməsinin (bundan sonra birinc i instansiya məhkəməsi) 1(093)10/2017 nömrəli, 30 oktyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər - Həbib Həsənov (sədrlik edən və məruzəçi), Müslüm Əliyev və Elbəy Allahverdiyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququ ndan məhrum edilməklə həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcının xx.xx.2015-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən hərbi rütbədən (polkovnik) məhrum edilməsi, Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli, 080 nömrəli fərmanı ilə Məhkum verilmiş “Hərbi xidmətlərə görə” və 18 mart 2011-ci il tarixli, 1410 nömrəli sərəncamı ilə ona verilmiş “Vətən uğrunda” medallarından - dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakim iyyəti orqanına təqdimat göndərilməsi qərara alınmışdır.
5. Qeyd olunan hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər.
6. Hökmlə eyni zamanda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı ve rdiyi mülki iddia qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən ticarət və xidmət sahəsinin (meyvə- tərəvəz bazarının) X21, sonradan isə “Maral-Veqa” müəssisəsinin mülkiyyətinə verilməsinə dair müvafiq olaraq xx.xx.1995-ci il tarixli 26985 saylı qeydiyyat şəhadətnaməsi və xx.xx.2001-ci il tarixli 000788 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, eləcə də həmin ticarət və xidmət sahəsinə (meyvə-tərəvəz bazarına) aid 2001-ci ildən xx.xx.2013-cü il tarixədək olan bütün əqdlər, yəni “Maral-Veqa” müəssisəsinin təsisçisi X21 xx.xx.2002-ci il tarixli 0102- A1-340 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçmiş, özünə məxsus 50% payı alıcı Zərərçəkmiş şəxs2 684.000.000 manata satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2002-ci il tarixli alğı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini 276.000 manata alıcı X2 dair notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi, X21 ünvan 2 ünvanda yerləşən 1118,9 kv. metr olan ticarət və xidmət sahəsini X46 və X1 dair notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi (yalnız X3 hissəsində), X13 "xxxx" MMC-nin kapitalında ona məxsus olan 50% payın X31 20 (iyirmi) manat məbləğinə satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2013-cü il tarixli 3M/346 nömrəli reyestrdə qeydə alınmış müqavilə etibarsız hesab edilmiş və rəsmi olaraq X32, faktiki olaraq isə Təqsirləndirilən şəxs1 məxsus olan yuxarıda qeyd edilən ünvanda, 1118,9 kv. metr sahədə yerləşən ticarət və xidmət sahəsinin (meyvə-tərəvəz bazarı) 50% payı, cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır.
7. Hökmlə eyni zamanda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 qarşı 2.917.300 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair mülki iddia təmin edilmiş, 30.000 manat məbləğində pul Təqsirləndirilən şəxs1, 2.834.875 manat məbləğində pulun müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, 52.425 manat pulun isə Təqsirləndirilən şəxs1 və Məhkum müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hesabına keçirilmişdir.
8. Hökmlə eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında 2942 a məhəllədə yerləşən binada (hazırda Xudu Məmmədov küçəsi 34) 89,8 kv. metr ölçüdə 100 nömrəli mənzilin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 463 ünvanda yerləşən 0,0996 ha torpaq sahəsi və onun üzərindəki 531,60 kv. metr fərdi yaşayış evinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 465 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərindəki 275,6 kv. metr fərdi yaşayış evinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 465 a ünvanda yerləşən 0,0665 hektar torpaq sahəsi və 275,6 kv. metr fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 65 nömrəli evin, 38 nömrəli mənzilinin, Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar m assivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kv. metr fərdi yaşayış evinin, ünvan 5 ünvanda yerləşən 142 saylı mənzilin, ünvan 6li mənzilin, ünvan 7 ünvanda yerləşən 0,0790 ha torpaq sahəsi və 522,5 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evinin, Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 20 a saylı binanın 15 saylı mənzilinin, 2012-ci il buraxılışlı “X69-Prado” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşının, təqsirləndirilən şəxs Məhkum təqaüd bank hesabının üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuşdur.
9. Hökmlə eyni zamanda təqsirləndirilən şəxs Məhkum məxsus 700 manat dəyərində qol saatı, Təqsirləndirilən şəxs1 məxsus 26.373 manat dəyərində zərgərlik məmulatları və tapança formasında suvenir, Təqsirləndirilən şəxs2 məxsus 10.380 manat dəyə rində zərgərlik məmulatlı müvafiq olaraq Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmışdır.
10. Hökmlə eyni zamanda Abşeron rayonunun Novxanı kəndində yerləşən 86.000 manat dəyərində 0,1073 ha torpaq sahəsi, Xızı rayonunun Qızılqazma kəndində yerləşən 400.000 manat dəyərində 2 hektar torpaq sahəsi, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 750.000 manat dəyərində 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv. metr 264,6 kv. metr 250,1 kv. metr sahələrində 3 ədəd əsas tikili, 69,4 kv. metr 117,3 kv. metr sahələrində 2 ədəd köməkçi tikililər, 700.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kv. metr bağ evi, 60.000 manat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi, 203.000 manat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi, 59.500 manat dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi, 4.500.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası, 96.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi, 16 b ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kv. metr, 24,6 kv. metr, 18,60 kv. metr, 13,8 kvmetr, 16,0 kv. metrdən ibarət qarajlar, 55.500 manat dəyərində ünvan 8 ünvanda yerləşən 55,62 kv. metr sahəyə malik 11 saylı mənzil, 150.000 manat dəyərində Sabunçu rayonunun Ləhiş bağ sahəsində yerləşən 2661 a saylı bağ evi və torpaq sahəsi, X5 "xxxx" Məhdud Məsu liyyətli Cəmiyyətindəkı paya nisbətdə 161.500 manat dəyərində ünvan 9 ünvanda yerləşən 154 kv. metr sahəyə malik 86 saylı mənzil, 3.178.000 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kv. metr sahəyə malik altı mərtəbəli, zirzəmili və mansardlı bina, 646.000 manat dəyərində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv. metr, 24,8 kv. metr, 318,3 kv. metr, 28,8 kv. metr, 16,7 kv. metr, 96 kv. metr, 28,8 kv. metr ümumi sahədən ibarət tikililər (40,5 kv. metr tikintialtı sahəli talvar və 218,6 kv. metr tikintialtı sahəli hovuz), 208.600 manat dəyərində Kürdəmir şəhəri “Ərşəli yeri” adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacının olduğu 100 hektar torpaq sahə sinin üzərindəki 93,1 kv. metr tikililər, 4.310.000 manat dəyərində Abşeron rayonunun Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililər, 2.470.000 manat dəyərində həmin ünvanda yerləşən 2 hektar torpaq sahəsinin üzərində olan tikililər, "xxxx" ASC-nin depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs1 evlərində və başqa saxlanc yerlərində aparılmış axtarışlar zamanı aşkar edilmiş 6.810 manat, 3.758 ABŞ dolları və 10.000 Türkiyə lirəsi məbləğində, Təqsirləndirilən şəxs2un evində aparılan axtarış zamanı götürülərək "xxxx" ASC-nin depozit hesabında saxlanılan 3.200 manat və 500 ABŞ dolları məbləğində pul vəsaitləri xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə a lınmışdır.
11. Hökmlə eyni zamanda Bakı şəhəri Biləcəri bələdiyyəsi tərəfindən X22 icarəyə verilmiş 95.000 manat dəyərində 560 kv. metr torpaq sahəsininin, 125.000 manat dəyərində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə, "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 147,4 kv. metr sahəyə malik 179 saylı mənzilinin və 231.500 manat dəyərində ünvan 10 ünvanda yerləşən “Yeni Yasamal” mənzil-tikinti kooperativinin inşa etdiyi binanın 1-ci mərtəbəsindəki 250 kv. metr qeyri-yaşayış sahəsinin üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbs saxlanılmışdır.
12. Hökmlə həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 300.000 manat dəyərində 0,06 hektar torpaq sahəsinin və hər birinin dəyəri 15.000 manat olan Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən iki ədəd 0,075 hektar torpaq sahələrinin hər hansı bir şəxsin adına hüquq müəyyənedici sənəd mövcud olmadığından qeyd edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmaları, həmçinin 1.800 manat dəyərində Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsinin və 60.000 manat dəyərində Kürdəmir rayonunun Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsinin müvafiq məhkəmə qərarları əsasında onların üzərində sərəncam vermə hüququ olan bələdiyyələrə qaytarılması nəzərə alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
13. Birinci instansiya məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər X17, Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri X27, X33, X52, X47 və X34; zərərçəkmişin hüquqi varisi və mül ki iddiaçı X35 və zərəçəkmiş Zərərçəkmiş şəxs28 Allahveran oğlu, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs20 nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlu, Zərərçəkmiş şəxs57, Zərərçəkmiş şəxs58, Zərərçəkmiş şəxs56 müdafiəçisi Coşqun İskəndərov və Zərərçəkmiş şəxs43; mülki iddiaçı Zərərçəkmiş şəxs19; zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2; hökm maraqlarına toxunan şəxs X28; hökm maraqlarına toxunan şəxs X48; hökm maraqlarına toxunan şəxs X42; hökm maraqlarına toxunan şəxs X36; hökm maraqlarına toxunan şəxs X37 və Zərərçəkmiş şəxs24 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
14. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 1-1(103)-27/2018 nömrəli, 29 may 2018-ci il tarixli qərarı ilə, apellyasiya şikayətləri təmi n edilməmiş, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 1(093)-10/2017 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 75.1-ci maddəsində nəzərədə tutulmuş cinayət məsuliyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
15. Apellyasiya instansiyası məhkəməsinin 29 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs19, mülki iddiaçı Zərərçəkmiş şəxs26 və onun nümayəndəsi X10, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi X38 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs20 nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlu kassa siya şikayətləri vermişlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1(102)-01/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli qərarı ilə, məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmiş, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə əsas cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 03 (üç) ilə, Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqda n məhrum etmə cəzasının müddəti barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 03 (üç) ilə, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum Təqsirləndirilən şəxs2 hazırkı qərarla müəyyən edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, hökmlə ona Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə təyin edilmiş (əsas cəzalarla) 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddət, Cinayət Məcəlləsinin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə a zadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaq yolu ilə məhkum Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, cəzasının əvvəli hökmdə göstərildiyi vaxtdan, yəni 05 noyabr 2015-ci il tarixdən hesablanmış, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs19 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs26 və onun nümayəndəsi X6, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi X18, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs20 nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlunun apellyasiya instansiyası məhkəməsinin 29 may 2018-ci il tarixli qərarından verdikləri kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 29 may 2018-ci il tarixli qər arı göstərilən zərərçəkmiş şəxslərin-mülki iddiaçıların kassasiya şikayətlərinə münasibətdə, habelə məhkum Təqsirləndirilən şəxs2 münasibətdə digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
17. Daha sonra apellyasiya instansiyası məhkəməsinin 29 may 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs56 və nümayəndəsi X49 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs1, Məhkum müdafiəçisi X52, hökm maraqlarına toxunan şəxslər X28, X36, X37, X48 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X27 tərəfindən kassasiya şikayətinə əlavələr və Məhkum müdafiəçisi X52 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)1/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı ilə, Zərərçəkmiş şəxs56 və nümayəndəsi X49 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi X27 tərəfindən verilmiş kassasiya şikayətinə əlavələr qismən təmin edilmiş, Məhkum müdafiəçisi X52 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, maraqlarına toxunan şəxslər X28, X36, X37, X48 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 11(103)-27/2018 nömrəli, 29 may 2018-ci il tarixli qərarı məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum aid olan əmlakların müsadirə olunmasına dair hissədə ləğv edilmiş, cinayət işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
19. Daha sonra apellyasiya instansiyası məhkəməsinin 29 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi X39 birgə kassasiya şikayəti vermişlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)75/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə, məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi X39 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
21. Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-9/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərarı ilə, məhkum X11 müdafiəçiləri X27 və Müdafiəçi1 Arif oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti, məhkum X11 müdafiəçisi X33 və məhkum X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, məhkum X11 müdafiəçisi X27 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, Məhkum müdafiəçisi X53 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə, hökm maraqlarına toxunan şəxslər X28, X48, X37 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 nömrəli, 30 oktyabr 2017-ci il tarixli hökmü əmlak müsadirəsi hissəsində dəyişdirilmiş, X32 məxsus olan ünvan 12 ünvanda yerləşən ticarət və xidmət sahəsinin (meyvə- tərəvəz bazarı) 1118,9 kv. metr sahəsinin 50% payının, 86.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsinin, 400.000 manat dəyərində Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsinin, 750.000 manat dəyərində Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv. metr 264,6 kv. metr 250,1 kv. metr sahələrində 3 ədəd əsas tikili, 69,4 kv. metr, 117,3 kv. metr sahələrində 2 ədəd köməkçi tikililərin, 700.000 manat dəyərində Abşeron rayonunun Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kv. metr bağ evinin, 60.000 manat dəyərində Abşeron rayonunun Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsinin, 203.000 manat dəyərində Abşeron ray onunun Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsinin, 59.500 manat dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsinin, 4.500.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binasının, 96.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi, 16 b ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kv. metr, 24,6 kv. metr, 18,60 kv. metr, 13,8 kv. metr, 16,0 kv. metrdən ibarət qarajların, 55.500 manat dəyərində ünvan 8 ünvanda yerləşən 55,62 kv. metr sahəyə malik 11 saylı mənzil, 150.000 manat dəyərində Sabunçu rayonunun Ləhiş bağ sahəsində yerləşən 2661 a saylı bağ evi və torpaq sahəsinin, X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəkı paya nisbətdə 161. 500 manat dəyərində ünvan 9 ünvanda yerləşən 154 kv. metr sahəyə malik 86 saylı mənzilin, 3.178.000 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kv. metr sahəyə malik altı mərtəbəli, zirzəmili və mansardlı binanın, 646.000 manat dəyərində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllərin, 106 kv. metr, 24,8 kv. metr, 318,3 kv. metr, 28,8 kv. metr, 16,7 kv. metr, 96 kv. metr, 28,8 kv. metr ümumi sahədən ibarət tikililərin (40,5 kv. metr tikintialtı sahəli talvar və 218,6 kv. metr tikintialtı sahəli hovuz), 208.600 manat dəyərində Kürdəmir şəhəri “Ərşəli yeri” adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacının olduğu 100 hektar torpaq sahəsinin üzərindəki 93,1 kv. metr ti kililərin, 4.310.000 manat dəyərində Abşeron rayonunun Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin, 2.470.000 manat dəyərində həmin ünvanda yerləşən 2 hektar torpaq sahəsinin üzərində olan tikililərin, X19 yaşadığı mənzildən aşkar edilmiş 6.810 manat, 3.758 ABŞ dolları və 10.000 Türkiyə lirəsi məbləğində pul vəsaitlərinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsi hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki dördüncü icraat:
22. Apellyasiya instansiyası məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından hökm maraqlarına toxunan şəxs X42 və nümayəndəsi X59 tərəfindən birgə, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi X14 tərəfindən kassasiya şikayətləri, habelə apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X40 tərəfindən kassasiya protesti verilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)29/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarı ilə, dövlət ittihamçısı X40 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, maraqlarına toxunan şəxs X42 və nümayəndəsi X59 tərəfindən, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi X14 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum aid olan ə mlakların müsadirə olunmasına dair hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
24. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-24/2023 nömrəli, 1 sentyabr 2023-cü il tarixli qərarı ilə, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri Təqsirləndirilən şəxs1 aid olan əmlakların müsadirəsi ilə bağlı olan hissədə təmin edilməmiş, Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti Məhkum aid olan əmlakların müsadirəsi ilə bağlı olan hissədə təmin edilməmiş, maraqlarına toxunan şəxslər X28, X48, X37 və X36 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-10/201 7 nömrəli, 30 oktyabr 2017-ci il tarixli hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum aid olan əmlakların müsadirə olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki beşinci icraat:
25. Apellyasiya instansiyası məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X27; hökm maraqlarına toxunan şəxs X21 nümayəndəsi X59; Zərərçəkmiş şəxs2 nümayəndəsi X43; hökm maraqlarına toxunan şəxslər X20, X19, X29, X15 nümayəndəsi X30 və Məhkum müdafiəçisi X52 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)38/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarı ilə, kassasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs1 və Məhk um barəsində apellyasiya instansiyası məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat:
27. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-10/2017 nömrəli, 30 oktyabr 2017-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 10 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək həmin hökmdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün müsadirə edilmiş əmlaklarına çıxarılan qərara adının salınması və onun da zərərçəkmiş kimi tanınaraq 60.000 manat maddi zərərin ödənilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmiş, şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxs kimi o, məhkəmə iclasında olan ifadəsində bildirmişdir ki, 2008-ci ildə çoxdan tanıdığı və münasibətdə olduğu Sevinc Rüstəmovadan 10% ilə 30 min manat borc pul almış, pulu 8 aya qaytaracağına söz versə də, 2009-cu ildə anası Svetlana Mövsümovanın intihar etməsi onun planlarını pozmuş və Sevincdən bir qədər gözləməsini xahiş etmiş və 30.000 manatın faizini hər ay ona ödəmişdir. Milli Təhlükəsizlik Nazirliyində Məhkum ona “Sevinc səndən şikayət edib ki, guya sən ondan 30.000 manat borc almısan” demişdir. Bundan sonra Səlim belindən “Makarov” tipli silahı çıxarıb ona vermiş və “bir dəqiqə bunu saxla” demişdir. Lakin o, əlini silaha vurmamışdır. Daha sonra Məhkum sidiyini test edib. Daha sonra, Səlim və Elçin ona “250.000 manat pul verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edib “podval”a göndərəcəyik” deyiblər. Bir qədər sonar Sevinci otağa gətiriblər və o, sonuncu dəfə ona üzünə qarşı yalan şifahi ifadə verərək 30.000 manat pulu borc aldığını təsdiq edib. Səlim və Elçin uzun alverdən sonra 80.000 manata razılaşaraq “20.000 manat Sevincə verəcəksən, 60.000 manat pulu isə bizə verməlisən” demişlər və bundan başqa Məhkum ondan anasının intihar faktında məlum ABU-nun rektoru Zərərçəkmiş şəxs37 şikayətlər etdiyinə görə iltizam almışdır ki, bundan sonra onun adını heç bir yerdə çəkməsin. Qeyd olunmalıdır ki, anası X12 2002-ci ildə ABU-nun prorektoru və müəllimlərindən biri olan Mahir Abdullayevin dəvəti ilə universitetin hüquq fakültəsində Abdullayev qardaşlarının qoyduğu qaydalara uyğun işinə başlamışdır. (Qanunsuz tələbə qəbulu) 2003-cü ildə guya itkin düşən Ma hir Abdullayevdən sonra onun qardaşı rektor Zərərçəkmiş şəxs37 qoyduğu qaydalarla işinə davam etmişdir. Sonda 2008-ci ildə Zərərçəkmiş şəxs37 anasının üzərinə külli miqdarda olan 2.175.000 manat pulu yönəldərək, onu işdən azad etmişdir. Anası bu məcburiyyətdə qalaraq yol tapa bilmədiyi və bunlarla bacarmadığı üçün xx.xx.2009-cu il tarixdə yaşadıqları mənzildə özünü asaraq intihar etmişdir. Onda buna görə bir övlad olaraq, anasına görə öz mübarizəsini Zərərçəkmiş şəxs37lə apardıqda o, ona hələ ölkədə olarkən bildirmişdir ki, ondan şikayətlər etməsin, əgər davam etsə onu dostu, qardaşı MTN-də məlum general Təqsirləndirilən şəxs1 tapşıraraq həbs etdirəcəkdir. Bu qalmaqaldan sonra rahat yaşayacağını düşünmüş, tezliklə isə heç də hər şeyin bitmədiyini anlamışdır. Təxminən 15-20 gündən sonra S evinc ona zəng vuraraq, MTN-dən pulun ona çatdırıldığını, amma 6.000 manatın əskik olduğunu bildirmişdir. Buna görə də, Sevinc “bandotdel”ə şikayət edəcəyini bildirmişdir. Bu xəbərdən hiddətlənərək o, və dayısı Zakir Mövsümov birbaşa Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng etmiş və pulun 6.000 manatının harda olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs1 əlaltısı Məhkum çağırıb, dərhal 6.000 manatın Sevincə çatdırılmasını tələb etmiş, Elçin Çıraqovun ünvanına bildirmışdır ki, pul çatdırılmasa, onu “iti qovan kimi” qovacaq. Tezliklə pulun qalan hissəsi də qadına çatdırılır. Sonradan məlum olmuşdur ki, demə Məhkumla, X58 14.000 manat verib bildiriblər ki, guya 6.000 manata o, vaxt istəmişdir. Lakin, sonradan anlaşılmışdır ki, sözügedən məbləği Elçin və Səlim özlərinə mənimsəmişlər. Sevin c ondan banditizmə şikayət etdikdə və o, ora dəvət olunarkən, həmin 6.000 manatı Təqsirləndirilən şəxs1 tapşırığı ilə Elçin Çıraqov ona, o isə Sevincə vermişdir.
29. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-183/2016 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qərarı ilə vəsatət təmin edilərək, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş müddət bərpa edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-32/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər – Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Mehriban Qarayeva), Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-10/2017 nömrəli, 30 oktyabr 2017-ci il tarixli hökmü zərərçəkmiş şəxs in apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3210/2018 nömrəli, 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdehlər Təqsirləndirilən şəxs1 və Məhkum qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası iddiaçı tərəfindən qeyd edilən iddianın irəli sürülməsi üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3210/2018 nömrəli, 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imt inası qəbul edilmiş və apellyasiya icraatına xitam verilmişdir. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, məhkəmə baxış gedişində iddiaçı 80.000 manat pul məbləğinin ona məxsus olması, onun həmin pul məbləğinə hüququnu müəyyən edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçı müvafiq subyektiv hüquqa, yəni hazırkı iddia ərizəsində qoyduğu 80.000 vənat pulun və həmin məbləğin Azərbaycan Respublikasının müəyyən etdiyi illik 5% uçot dərəcəsinə əsasən 2009-cu ildən hal-hazıradək hər il 4.000 manat hesablanmaqla 36.000 manat pul tələblərini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Beləliklə qeyd olunan iddia tələbləri üzrə iddiaçının subyektiv hüquqları mövcud deyil və bu səbəbdən iddia tələbi təmin edilməməlidir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi qətnamə qanuni qüvvəyə minmiş və iddiaçı Zərərçəkmiş şəxs1 da bundan məlumatlıdır. Cinayət işi üzrə icraatda isə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınsa da, mülki iddia verməmiş və mülki iddiaçı qismində tanınmamışdır. Qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən etmir.
33. Məhkəmə kollegiyası eyni zamanda zərərçəkmiş şəxsin müsadirə edilmiş əmlak hesabına Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılmasına dair apellyasiya icraatında bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Yuxarıda adı çəkilə n qətnamədən də göründüyü kimi mülki iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş iddia tələbi onun iddia verilməsi üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilmişdir. Belə olan halda da məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21, 32.2, 89,1, 89.2, 139, 181, 183.2, 318.1, 348, 353.2, 353.4, 354.1 398.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
35. Apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını, və Zərərçəkmiş şəxs1 mülki iddiasının baxılmamış sax lanılmasını xahiş etmişdir.
36. Məhkum kassasiya şikayətini Cinayət-Prosessual Məcəllənin 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli ləğv olunmalı və Zərərçəkmiş şəxs1 mülki iddiasının baxılmamış saxlanması barədə qərar qəbul olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3210/2018 nömrəli, 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdehlər Təqsirləndirilən şəxs1 və ona qarşı “maddi və mən əvi ziyanın ödənilməsi tələbinə dair” iddiası iddiaçı tərəfindən qeyd edilən iddianın irəli sürülməsi üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3210/2018 nömrəli, 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya icraatına xitam verilmişdir. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, məhkəmə baxış gedişində iddiaçı 80.000 manat pul məbləğinin ona məxsus olması, onun həmin pul məbləğinə hüququnu müəyyən edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçı müvafiq subyektiv hüquqa yəni hazırkı iddia ərizəsində qoyduğu 80.000 manat pulun v ə həmin məbləğin illik 5% uçot dərəcəsinə əsasən 2009-cu ildən hal-hazıradək hər il 4.000 manat hesablanmaqla 36.000 manat pul tələblərini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz.
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları:
38. Kassasiya icraatı zamanı Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin məzmununa uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.
39. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs1 çıxış edərək göstərdi ki, hazırkı cinayət işi üzrə mülki iddiaçı kimi tanınması barədə müraciət edə bilməmiş, lakin başqa işlə bağlı həbsdə olduğu vaxt məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 qarşı “m addi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən onun ziyanına qətnamə qəbul edildikdən sonra qətnamədən apellyasiya şikayəti versə də, məhkumlar tərəfindən həbs yerində ona qarşı olan təzyiqlərə görə apellyasiya şikayətindən imtina etmək məcburiyyətində qalmışdır. O, tələbinin təmin olunması üçün lazım olan bütün addımları atmaq fikrindədir. Ona görə də Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş edir.
40. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya şikayətinin dəlillərinə qarşı etiraz edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublika sının Cinayət-Prosessual Məcəlləsi.
41. Maddə 32.2.7. Məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır.
42. Maddə 89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.
43. Maddə 89.2. Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. 4
4. Maddə 100.10. Mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun cinayət prosesində iştirakına xitam verilir, ona qarşı verilmiş iddia isə cinayət prosesi daxilində baxılmamış saxlanılır.
45. Maddə 142.2. Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.
46. Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
47. Maddə 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd ol madıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
48. Maddə 180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir.
49. Maddə 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia v erməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini.
50. Maddə 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.
51. Maddə 316.2. Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana b ilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir.
52. Maddə 354.1. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması.
53. Maddə 397.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
54. Maddə 419.1. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.
55. Maddə 419.10.1. Cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq barədə qərarlar çıxarırlar.
56. Maddə 419.11. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pre dmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; [356] 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş i ddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı.
59. Bənd
72. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların apar ılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Kassasiya baxışının hə dləri:
60. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.
61. Həmin normanın birinci cümləsinə əsasən - kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
62. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
63. Məhkum kassasiya şikayətində Zərərçəkmiş şəxs1 mülki iddiasının baxılmamış saxlanılmasını xahiş edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
64. Odur ki, məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edərək, həmin şikayətl ə əlaqədar apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlamağı məqsədəuyğun hesab edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi. Hüquqi məsələlər:
65. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclasla rında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır.
66. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza tədbirinin seçilməsi, həm də iş üzrə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli v ə bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülkiprosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır.
67. Apellyasiya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin təmin olunmaması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdehlər Təqsirləndirilən şəxs1 və Məhkum qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)3210/2018 nömrəli, 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə rədd edilərkən, iddiaçı Zərərçəkmiş şəxs1 tərəfi ndən qeyd edilən iddianın irəli sürülməsi üçün subyektiv hüququnun olmamasına istinad edilmişdir. Həmin qətnamədən iddiaçı Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti versə də, sonradan verdiyi apellyasiya şikayətindən imtina etdiyindən apellyasiya icraatına xitam verilmiş, qətnamə qanuni qüvvəyəsini almış, iddiaçı Zərərçəkmiş şəxs1 da bundan məlumatlı olmuş, cinayət işi üzrə icraatda isə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınsa da, mülki iddia verməmiş və mülki iddiaçı qismində tanınmamışdır.
68. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə cavab verməsi məsələsinə məhz apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun hüquqi qiymət verilməli, bu zaman işin müə yyən edilmiş halları ilə yanaşı Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllərinin və digər qanunvericilik aktlarının tələblərinə istinad olunmalıdır.
69. İlk növbədə qeyd olunmalıdır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxsin mülki iddiaçı qismində tanınması CPM-nin 89.1-ci maddəsində nəzərdə tutulmuşdur.
70. Mülki iddiaçı qismində tanınma haqqında qərar isə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir (CPM-nin 89.2-ci maddəsi).
71. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər (CPM-nin 183.1-ci maddəsi).
72. Cinayət işinin materiallarından Zərərçəkmiş şəxs1 mülki iddia ilə müraciət etməsi və mülki iddiaçı kimi tanınması müəyyən edilmir. Zərərçəkmiş şəxs1 iddiaçı kimi cavabdehlər Təqsirləndirilən şəxs1 və Məhkum qarşı ümumi məhkəməyə verdiyi “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası isə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3210/2018 nömrəli, 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədə Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti versə də, sonradan verdiyi apellyasiya şikayətindən imtina etdiyindən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə apel lyasiya icraatına xitam verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.
73. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.
74. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş m əhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir.
75. Preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq, digər məhkəmə aktları da malik ola bilər.
76. Oxşar hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Məhkəmənin “Brumareski Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyən lik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
77. Hazırkı mərhələdə Məhkum kassasiya şikayəti vermək hüququ nəzəri baxımından mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409.2-ci maddəsinə görə məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkumun müdafiəsi naminə verilmiş kassasiya şikayəti digər məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşdirilməsi üçün əsas ola bilməz. Lakin qeyd olunan məsələ ilə bağlı tərəflər arasında mülki mühakimə icraatı qaydasında məhkəmə çəkişməsi olmuş və Zərərçəkmiş şəxs1 iddiası rədd olunmuşdur.
78. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət icraatı qaydasında mülki iddia ilə bağlı məsələ həll olunarkən məhkəmənin yekun qənaəti işin həqiqi hallarından deyil, işdə olan sübutlar əsasında formalaşır. Mülki prosessual qanunvericiliyin fundamental prinsipinə əsasən, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən verilmiş mülki iddianın tam həcmdə təmin edilməsi ilə bağlı təkzibolunmaz sübutların məhkəməyə məhz mülki iddiaçı tərəfindən təqdim edilməsi tələb olunur. Lakin hazırkı cinayət işində Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınsa da, mülki iddia verməmiş və mülki iddiaçı qismində tanınmamışdır.
79. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 hazırda cavabdehlər Təqsirləndirilən şəxs1 və Məhkum qarşı mülki iddiaçı, yaxud i ddiaçı statusu daşıyan şəxs deyildir.
80. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara uyğun olaraq kassasiya şikayətinin, Zərərçəkmiş şəxs1 mülki iddiasının baxılmamış saxlanılması haqqında dəlilinə münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 100.10, 316.2-ci maddələrində mülki iddanın baxılmamış saxlanılması ilə bağlı əsaslar nəzərdə tutulsa da, Zərərçəkmiş şəxs1 mülki iddiası mövcud olmadığından, mövcudluğu müəyyən edilməyən mülki iddiaya həmin normalarda nəzərdə tutulmuş əsasların, habelə Mülki Prosessual Məcəllənin 259.0-cı maddəsində iddianın baxılmamış saxlanması ilə bağlı əsasların tətbiq edilməsi mümkün deyildir. Bu səbəbdən də kassasiya şikayətinin dəlilləri əsassızdır.
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qan uni və əsaslıdır, məhkəmələrin yekun nəticələri qanunvericiliyin yuxarıda sadaladığı normalarının tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanır.
82. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMin 416.1.2-ci maddələrində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir.
83. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin, zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şi kayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414 və 419.10.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-32/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.