Məhkəmə qərarları › İş №1-1(102)-49/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-49/2019

16.05.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-49/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlunda ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi M üdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, №1(098)-247/2018 saylı hökmü ilə (sədrlik edən hakim V.M.Nəsirov) 15 avqust 1992-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Naxçıvan MR Kəngərli rayonunun ******** qəsəbəsində qeydiyyatda olan, Tərtər Hərbi Məhkəməsinin 21.12.2017-ci il tarixli hökmü ilə CM-in 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 15 gün müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, MN-in N №-li hərbi hissəsinin 4-cü taborunun minaatan batareyasının idarəetmə tağımının komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xid mət etmiş, Bakı Hərbi Məhkəməsinin 26 may 2018-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Məhkum CM-in 331.2, 331.3 və 335.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 331.2-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfmə 10 faiz məbləğdə pul tutulmaqla 09 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-in 331.3-cü maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 335.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfmə 10 faiz məbləğdə pul tutulmaqla 09 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma və azadlıq dan məhrum etmə cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 1 gününə hərbi xidmət üzrə məhdudlaşdırmanın 3 günü nəzərdə tutulduğundan Tərtər Hərbi Məhkəməsinin 21.12.2017-ci il tarixli hökmü ilə CM-in 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 15 gün müddətə təyin olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 04 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökmlə təyin olunmuş və azadlıqdan məhrum etmə cəzası ilə əvəzləşdirilmiş 04 ay 25 gü n müddətə azadlıqdan mərhum etmə cəzası qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu gündən, yəni 25 may 2018-ci il tarixdən hesablanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsləri təhqir etmiş və döymüş, eləcə də, sənədləri saxtalaşdırma yolu ilə hərbi xidmətdən boyun qaçırmışdır. Belə ki, Məhkum: - Müdafiə Nazirliyinin Goranboy rayonunun ərazisində yerləşən N № -li hərbi hissəsinin 4-cü taborunun minaatan batareyasının idarəetmə tağımınm komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olduğu müddətdə, 18 yanvar 2018-ci il tarixdə, axşam vaxtı batareyanın şəxsi heyətinin yatdığı kazarmada zabitlər üçün nəzərdə tutulmuş ayrıca otaqda, tabeliyində olan həmin batareyanın 2-ci tağımmın 2-ci manqasında heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs1 plan-konspekt dəftərini yazmağı tapşırmış, sonuncu yazı yazarkən yol verdiyi səhvə görə sənəddə qaralama yarandığını bəhanə edərək hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı tabeliyində olan Zərərçəkmiş şəxs1 sifətindən bir sillə zərbəsi vuraraq onu təhqir etmişdir; - həmin vəzifədə xidmət etdiyi müddətdə 19 yanvar 2018 -ci il tarixdə hərbi hissənin tibb məntəqəsində tabeliyində olan həmin batareyanın 1-ci tağımının 2-ci manqasında baş tuşlayıcı vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs2 siqaret çəkməsinə irad bildirərək hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı tabeliyində olan Zərərçəkmiş şəxs2 bədəninə bir neçə yumruq və sifətinə sillə zərbələri vuraraq onu döymüşdür; - həmin vəzifədə xidmət etdiyi müddətdə 24 yanvar 2018-ci il tarixdə səhər vaxtı xidmət etdiyi taborun qərargahında hərbi xidmətdən boyun qaçırmaq məqsədilə 24.01.2018ci il tarixli daxil olma №-si 942 olan raportda tabor komandiri vəzifələrini icra edən leytenant X7 və batareya komandiri baş leytenant X1 qarşısında onların əvəzinə saxta imzalar edib, saxtalaşdırdığı həmin rapor tla 25 gün müddətinə məzuniyyətə buraxılması ilə bağlı 24 yanvar 2018-ci il tarixdə hərbi hissə komandirinə müraciət edərək, sənədləri saxtalaşdırma yolu ilə hərbi xidmətdən boyun qaçırmaq məqsədilə 24 yanvar 2018-ci il tarixdən 18 fevral 2018-ci il tarixədək, yəni 25 gün müddətinə qanunsuz məzuniyyətə buraxılmasına nail olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov, hakimlər E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 05 fevral 2019-cu il tar ixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: Məhkumun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 335.1-ci maddələri ilə deyil, CM-nin 331.2 və 335.1-ci maddələri ilə tövsif olunmalı idi. Məhkumun hərəkətlərində CM-nin 331.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Rəisin öz tabeliyində olan hərbi qulluqçunu-əsgəri üç dəfə sinəsindən itələyərək, onun zabitlər üçün nəzərdə tutulmuş xidməti otaqda siqaret çəkməsinin qarşısını almaq və siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerdə siqaret çəkməsi üçün getməsini tələb etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinin əlamətləri ilə deyil, uzaq başı, i ntizam pozuntusu kimi qiymətləndirilməlidir.Müdafiə tərəfi iddia edir ki, qanunsuz hərəkətlərin qarşısını almaq üçün kimi isə sinədən itələmək döymə və ya təhqir etmə kimi qiymətləndirilə bilməz və bu döymə və ya təhqir etmə sayılmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə Məhkum verilmiş ittiham onun hərəkətlərində bu cinayətin tərkibi olmadığından, ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric olunmalı və ya ona bu maddə ilə bəraət verilməlidir. Digər tərəfdən isə cinayət işi materiallarında məhkum olunmuş şəxsin bir sıra cəzasını yüngülləşdirən, o cümlədən zərərçəkmiş şəxslərlə barışması, azyaşlı uşağının olması, səmimi peşimançılığı kimi müstəsna halların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi və Gəncə Apellyasiya məhkəməsi ona maksimum həddə cəz a təyin etmiş, yəni təyin edilmiş cəza ilə əlaqədar gəldiyi nəticələr məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla və işin halları ilə qəti şəkildə təsdiq edilmir, tərs mütənasiblik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi cinayət işində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrində nəzərdə tutulmuş bütün zəruri əlamətlərin olmalarına baxmayaraq, işdə olan yüngülləşdirici halları qətiyyən faktiki araşdırmamış və məhkəmələr cəza təyini zamanı onları faktiki olaraq, nəzərə almamışlar. Yuxarıda göstərilənlərə əsasən, müdafiə tərəfi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə Məhkum verilmiş ittiham onun hərəkətlərində bu cinayətin tərkibi olmadığından, ona qarşı irəli sürülmüş (təqsirləndirildiyi) ümumi ittihamdan xaric olunmalıdır. M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 335.1-ci maddələri ilə təqsirli bilinməlidir. Məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 1(089)247-2018 saylı hökmü və Gəncə Apellyasiya məhkəməsinin 05 fevral 2019-cu il tarixli 1(104)-13-2019 saylı yekun qərarı dəyişdirilməsini, məhkumun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 335.1-ci maddələri ilə deyil, CM-nin 331.2 və 335.1-ci maddələri ilə tövsif olunmasını və ona yüngül cəza təyin edilməsini, əgər Ali Məhkəmənin Hərbi Kollegiyası müdafiə tərəfinin tövsiflə bağlı arqumentləri ilə əlaqədar fikirləri ilə razılaşmasa, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini və ya barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandı rılmalarına baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar q əbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə Məhkum verilmiş ittiham onun hərəkətlərində bu cinayətin tərkibi olmadı ğı qeyd etmiş, ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric olunmasını və ya ona bu maddə ilə bəraət verilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə kassasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla- zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, habelə sair iş materialları və digər sübutlarla tamamilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Z ərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, 06 iyul 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq xidmət etmək üçün Müdafiə Nazirliyinin Goranboy rayonunun ərazisində yerləşən N №-li hərbi hissəsinə göndərilmiş, N ay həmin hərbi hissədə müvafiq təlim kurslarında iştirak etdikdən sonra xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin Goranboy rayonunun ərazisində yerləşən N №-li hərbi hissəsinə göndərilmiş, 2017-ci ilin oktyabr ayından həmin hərbi hissənin 4-cü taborunun minaatan batareyasının 1-ci tağımının 2-ci minaatan manqasında baş tuşlayıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs Məhkum hərbi xidmətdə olduğu vaxt tanımışdır, onunla heç bir ədavə ti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibəti xidməti olmuşdur. Batareyanın idarəetmə tağım komandiri baş leytenant Məhkum əsgərləri incitmiş, əsgərlərlə kobud davranmışdır. O, 18 yanvar 2018-ci il tarixdə kazarmadakı zabit otağının yanından keçərkən baş leytenant Məhkum onun yazılarını yazan əsgər Zərərçəkmiş şəxs1 səhvə yol verməsi səbəbindən uca səslə danladığını, üstünə qışqırdığını, səsə görə hətta onu sillə ilə vurduğunu eşitmişdir. Sonradan əsgər Zərərçəkmiş şəxs1 ona həqiqətən də baş leytenant Məhkum onu vurduğunu demişdir. 19 yanvar 2018-ci il tarixdə səhər vaxtı hərarəti olduğu üçün tibb məntəqəsinə göndərilmişdir. 21 yanvar 2018-ci il tarixdə doğum günü ərəfəsində məzuniyyətə getmək istəmiş, lakin hərarəti olduğundan məzuniyyətə buraxılmamışdır. Odur ki, o, kefsiz halda tibb məntəqəsinin dəhlizində siqaret çəkmişdir. Həmin vaxt baş leytenant Məhkum onu görmüş, siqaret çəkdiyinə görə ona irad bildirib sifətindən sillə, sinə və qarnından bir neçə yumruq zərbəsi vurmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqda dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində də bildirmişdir ki, 19 yanvar 2018-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə gedərkən orada müalicə olunan həmin batareyanın 1-ci tağımının 2-ci manqasında baş tuşlayıcı vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs2 siqaret çəkməsini görmüş, ondan nə üçün tibb məntəqəsində siqaret çəkdiyini soruşmuş, əsgər Zərərçəkmiş şəxs2 isə ona saymazyana və hörmətsizliklə cavab verdiyi üçün onun bədəninə 2-3 yumruq və sifətinə sillə zərbələri vuraraq onu döymüş, sonra əsgər Zərərçəkmiş şəxs2 tibb məntəqəsində siqaret çəkməsi ilə bağlı orada olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Allahpayı Məmmədova da öz iradlarını bildirmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, istər məhkum, istərsə də, müdafiəçi məhkuma CM-in 331.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürmüş, istər ibtidai istintaq orqanı tərəfindən, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instan siya məhkəməsində çoxsaylı şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Məhkum tərəfindən ona qarşı irəli sürülmüş CM-in 331.3-cü maddəsi üzrə əməl onun tərəfindən törədilmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-in 331.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edili r. Kassasiya şikayətində göstərilən dəlillər əsasında qərarın ləğv edilməsi və Məhkum barəsində CM-in 331.3-cü maddəsi üzrə bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət ver ilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası CM-in 331.3-cü maddəsi üzrə cinayət hadisəsinin Məhkum tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə tənqidi yanaşır və vurğulayır ki, məhkumun müdafiəçisinin göstərdiyi sözügedən xüsusat əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunan cinayət əməllərinin Məhkum tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, m əhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini CM-in 331.2, 331.3 və 335.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Məhkum təqsiri müəyyənləşdirilərkən sübutların CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına alma ğa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əs assız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, şikayətin təmin edilərək məhkum barəsində bəraət verilməsi ba rədə qərar qəbul edilməsi üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, Məhkum birinci instansiya məhkəməsi tərəfindən həm ayrı-ayrı maddələr üzrə, həm də cinayətlərin məcmuyu qaydasında təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur, məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, işdə olan Tərtər Hərbi Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə Məhkum CM-in 331.2, 331.3 və 341.1 -ci maddələri ilə təqsirli bilinərək CM-in 331.2-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfmə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-in 331.3-cü maddəsi ilə barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə aylıq pul təminatından dövlət nəfmə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-in 341.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfmə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş hərbi xidmət üz rə məhdudlaşdırma cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza aylıq pul təminatından dövlət nəfmə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkumn 16 sentyabr 2017-ci il tarixdən həbsdə saxlanıldığı 3 (üç) ay 5 (beş) gün bir günə üç gün hesabı ilə onun cəzasından çıxılmaqla üzərində yekun cəza olaraq 1 (bir) il 2 (iki) ay 15 gün müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası saxlanılmışdır. İİc. 196-222 İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistikİnformasiya İdarəsi tərəfindən verilmiş 20 fevral 2018-ci il tarixli 7 №-li tələbnamədən görünür ki, Məhkum CM-in 331.2, 34.1.1 331.3-cü ma ddələri ilə təqsirli blinərək Tərtər Hərbi Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmü ilə 01 il 02 ay 15 gün müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İ.c.i/v.85 Qeyd olunanlar məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, cinayət törədərək əvvəllər eyni və oxşar maddələrlə təqsirli bilinərək məhkum olunmasına və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəza təyin edilməsinə baxmayaraq cinayətkar hərəkətlərini dayandırmaması, yenidən qəsdən cinayət əməlini törətməsi onun islah yoluna qədəm qoymamasmı, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Cəza məhkəmə hökmü il ə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasmdan ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın t əyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarı məhkumunun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar