Məhkəmə qərarları › İş №1-1(102)-49/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-49/2025

10.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-49/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-27/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1999-cu il tarixdə Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, x N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün 1-ci tağımının 3-cü manqasının sabiq pulemyotçusu, əsgər, əvvəllər məhkum olunmamış, Xkəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 23 aprel 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.3-1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 333.4-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313 və 341.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 12 may 2022-ci il tarixdə Bakı Hərbi Məhkə məsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç aydan artıq müddətə xidmət yerinə vaxtında gəlməmiş, elektrok məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş, habelə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirərək dələduzluq etmiş və təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət ver məyə təhrik etmişdir.

5. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-92/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə ə sasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313 və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 32.4,312.2, 177.2.3-1, 333.4-1-ci maddələri ilə bəraət hökmü, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə daha yüngül cəza təyin edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-17/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-92/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verib, qərarın ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)-91/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-17 /2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizə ilə Bakı Hərbi Məhkəməsinə müraciət edərək, onun ittihamından Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarına əsasən xaric edilməsini xahiş etmişdir.

12. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-92/2022 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə Məhkum ərizəsi baxılmadan geri qaytarılmışdır.

13. Həmin qərardan Məhkum apellyasiya şikayəti verib, Bakı Hərbi Məhkəməsinin 11(093)-92/2022 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində olan hökmdə dəyişiklik edərək, onun ittihamından Azərbaycan Respublikası CM-nin 32.4,312.2ci maddələrinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarına əsasən xaric edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-27/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-92/2022 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

16. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respubli kası Konstitusiyası qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına istinad edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-27/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarını əsas götürərək, Bakı Hərbi Məhkəməsinin 11(093)-92/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmündən Azərbaycan Respublikası CMnin 178 və 32.4,312.2-ci maddələrinin birlikdə tövsif olunmasının dəyişdirilərək, ona təyin olunmuş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kass asiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM” və ya “CPM”) 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya pro sessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əs aslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

22. Kassasiya şikayətində Məhkum törərtdiyi cinayət əməlində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinin tərkibinin olmadığı iddia edilir, kassasiya xahişi faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş hallarla əlaqələndirilir.

23. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)27/2024 nömrəli, 30 may 2024-c ü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Baxılan cinayət işinin hallarından müəyyən edilir ki, Məhkum Bakı Hərbi Məhkəməsinin 1-1(093)-92/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 333.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilmişdir. Həmin hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-17/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı, daha sonra isə apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)-91/2022 nömrəli, 2 1 dekabr 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Hökmün icrası barədə göstəriş 31 mart 2023-cü il tarixdə icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir.

25. Bundan sonra Məhkum 22 yanvar 2024-cü il tarixdə hökmü çıxarmış Bakı Hərbi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarını əsas götürməklə onun ittihamından Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələrinin xaric edilməsini xahiş etmişdir.

26. Həmin ərizə Bakı Hərbi Məhkəməsi tərəfindən icraata qəbul edilmiş, ərizəyə məhkəmə iclasında baxılmış və 1-1(093)-92/2022 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarla məhkum barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü (qərarı) olduğundan, digər tərəfdən bu əməllərə görə məhkum olunaraq cəza çəkən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün məhkumun istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında hər hansı bir müddəa və başqa hüquqi əsaslar əks olunmadığından həmin qərarın normalarının Məhkum barəsində tətbiq edilə bilmədiyi əsası ilə onun ərizəsinin baxılmadan geri qaytarılması qərara alınmışdır.

27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hökmü çıxarmış məhkəmə olan Bakı Hərbi Məhkəməsi məhkum tərəfindən hökmün icrası qaydasında verilən həmin ərizənin cinayət işlərinə aid 1-1 indeksi altında icraata qəbul edib mahiyyəti üzrə baxması ilə məhkəmə aidiyyəti qaydalarını pozmuşdur ona görə ki, həmin ərizə aidiyyət qaydalarını pozmaqla verildiyindən, onun icraata qəbul olunmasından imtina edilməli idi.

28. Belə ki, Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Kollegiyasının 3-N nömrəli, 29 noyabr 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın “İşlərin (materialların) qeydiyyatı və uçotuna dair” 10-cu fəslində 147-ci bənddə Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunması, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün indekslər müəyyən edilmişdir. Həmin indekslər üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraa t “1” indeksi ilə, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat isə “7” indeksi ilə nömrələnmişdir. Həmçinin, həmin bəndin qeyd hissəsində göstərilmişdir ki, hərbi məhkəmələrin uçot-qeydiyyat kartoçkalarının fərqləndirilməsi üçün “1” nömrəli indeks “1-1” nömrəli indeksi kimi kimi göstərilir.

29. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 509.1 və 509.1.9-cu maddələrinin ümumi məzmununa əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

30. Hazırki halda Məhkum tərəfindən Bakı Hərbi Məhkəməsinə hökmün icrası qaydasında verilmiş ərizəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə məhkumun h ökmün icrası qaydasında yuxarıda istinad olunan ərizə ilə məhkəməyə müraciət etmə hüququ müəyyən edilsə də, həmin ərizələrə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən “7” indeksi altında baxılması təsbit edilmişdir.

31. Belə ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında materialların birinci instansiya məhkəmələrinə aidiyyəti cinayət-prosessual qanunvericiliyin xüsusi normaları ilə tənzimlənir. Azərbaycan Respublikası CPM-nin 66-77-ci maddələri ilə müəyyən edilmiş qaydalar, həmçinin cinayət işinin tez, hərtərəfli və obyektiv baxılmasına yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin ərazi üzrə məhkəmə aidiyyəti məsələsini tənzimləyən 74.9-cu maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə hökm və ya məhkəmənin digər y ekun qərarlarının icrası qaydasında materiallara birinci instansiya məhkəmələrində aidiyyəti üzrə baxılması bu Məcəllənin 442.1, 510.1, 511.1, 512.1, 513.1, 514.1, 515.2, 516-519-cu maddələri ilə müəyyən olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli Qərarı).

32. Davam edərək məhkəmə kollegiyası qeyd edir ki, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat Azərbaycan Respublikası CPM-nin LVİİİ fəsili ilə tənzimlənir. Həmin fəsildə olan hökmün icrası qaydasında tənzimlənən məsələlərə diqqət yetirildikdə müəyyən olunur ki, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə (CPM 513-cü maddə), cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi (CPM 514-cü maddə), məhkumun barəsində amnistiyanın tətbiq edilməsi (CPM 515-ci maddə) və azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar barədə hökmün icrası qaydasında tənzimlənən digər məsələlərə dair məhkumların ərizələrinə baxılması cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

33. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Məhkum hazırda baxılan işin predmeti olan ərizəsi ilə eyni məzmunlu müraciəti cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsində artıq baxılmış, məhkəmənin qəbul etdiyi 7(003)-1744/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə ərizə baxılmadan geri qaytarılmış, Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7(103)31/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

34. Yəni Məhkum hazırda qaldırdığı eyni məzmunlu məsələyə aid artıq yekun məhkəmə aktının mövcud olmasına baxmayaraq, Bakı Hərbi Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırkı qərarın 26-cı paraqrafında təsviri verilmiş hüquqi əsaslandırmanı təsdiqləyib, apellyasiya şikayətinə ilkin baxılması zamanı işə aidiyyəti olmayan Azərbaycan Respublikası CPM-nin 391.3.3-cü maddəsinə (apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında) istinad edərək və apellyasiya şikayətinə mahiyyəti üzrə baxaraq, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul etmişdir.

35. Halbuki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-92/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 178.2.2, 178.2.4, 32.4,312.2 və 333.4-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair yekun məhkəmə aktından Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə məhkum olunmasına dair müddəaların hökmün icrası qaydasında xaric edilməsi barədə ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1744/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 7(103)-31/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarları qəbul edildiyindən və qanuni qüvvəsinə mindiyindən, Məhkum eyni məsələyə aid ərizə ilə məhkəməyə müraciət etmək hüququ artıq bitmişdir, müvafiq olaraq hazırda mübahisəsini etdiyi apellyasiya şikayəti üzrə icraat ümumiyyətlə mümkünsüz olduğundan, apellyasiya instansiyası məhkəməsi həmin şikayətin icraata qəbul edilməsindən imtina etməli idi.

36. Belə olduqda mübahisələndirilən qərarın qəbul edilməsi üçün prosessual əsas kimi Azərbaycan Respublikası CPM-nin 391.3.3-cü maddəsi deyil, ilkin baxış zamanı apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul etməyə səlahiyyət verən Azərbaycan Respublikası CPM-nin 391.3.5-ci m addəsi tətbiq olunmalıdır.

37. Təsvir edilənlərdən göründüyü kimi, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 391.3.2-391.3.5, 391.3.7-391.3.9 və 391.6cı maddələrində nəzərdə tutulmuş qərarlardan birini əsassız çıxarmış, belə hal isə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində müəyyən edilən qaydaya görə kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququnu verir.

38. Odur ki, məhkəmə kollegiyası qeyd edilən prosessual-hüquqi normanın tələbindən və həmin normanın təfsirindən, işin müəyyən olunmuş faktiki hallarından və araşdırılmış sübutlardan çıxış edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, lakin şikayətin dəlillərindən asılı olmayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-27/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilməli, qərarın təsviri-əsaslandırıcı hissəsində istinad olunmuş Azərbaycan Respublikası CPM-nin 391.3.3-cü maddəsi, Azərbaycan Respublikası CPM-nin 391.3.5-ci maddəsi ilə əvəz edilməli, nəticəvi hissəsindən Məhkum verdiyi apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasına dair müddəalar çıxarılaraq apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi müddəası ilə əvəz edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-27/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilsin. Qərarın təsviri-əsaslandırıcı hissəsində istinad edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsi həmin Məcəllənin 391.3.5-ci maddəsi ilə əvəz edilsin. Qərarın nəticəvi hissəsində “Məhkum ərizəsi baxılmadan geri qaytarılması barədə Bakı Hərbi Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1-1(093)-92/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın” sözləri “Məhkum ərizəsinin baxılmadan geri qaytarılmasına dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-92/2022 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin” sözləri ilə əvəz edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar