Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-5/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9 və Məhkum iştirakları ilə, Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim V.K.Məmmədov, hakimlər N.N.Hüseynli və K.N.Muxtarovdan ibarət tərkibdə) xx xxxxxx 1989-cu il tarixdə Qusar rayonunda anadan olmuş, Qusar rayonunun Kirik kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin hərbi qulluqçusu Məhkum Azərbaycan Respublikası CM-in 29,178.2.2, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 29,178.2.2 və 29,178.2.3-cü maddələri ilə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına, CM-in 32.4,312.1-ci maddəsi ilə, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etməyə cəhd etmiş, həmçinin şəxsləri xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə maddi nemət, yəni rüşvət verəcəklərinə vəd vermələrinə nail olmaqla onları rüşvət verməyə təhrik etmişdir. Belə k i, Məhkum N nömrəli hərbi hissənin əlahiddə minaatan batareyasının komandiri fəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən, komandiri olduğu batareyanın baş çavuşu fəsində, baş gizir hərbi rütbəsində xidmət edən X3 xx xxxxxx 2016-cı il tarixdə, eləcə də Müsahib İmanovun qardaşı, N nömrəli hərbi hissənin artilleriya divizionunun 3-cü batareyasının 1-ci taqımının baş sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X4 xx xxxxxx 2016-cı il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X6 qarşı zorakılıq etmələri faktı üzrə barələrində Müdafiə Nazirliyinin 3-cü təhqiqat bölməsində aparılan ilkin yoxlama materialı üzrə öz qulluq mövqeyindən istifadə etməklə, onları aldadıb pullarını ələ keçirməklə qanunsuz qazanc əldə etmək məqsədilə, 2016-cı ilin dekabr ayının əvvəllərində hərbi hissənin artilleriya divizionunun nəzarət-buraxılış məntəqəsinin qarşısında X13 Məmmədovla aralarında olan dalaşmaya görə o, və qardaşı Müsahib İmanovun barəsində aparılan araşdırma haqqında maraqlanaraq həmin məsələnin həll edilməsi üçün hər hansı səlahiyyəti və real imkana malik olmadığı halda, yalandan, guya ona həmin araşdırma ilə bağlı özünün köməklik edə biləcəyini demişdir. Bundan sonra, 2016-cı ilin dekabr ayının ortalarında Mübariz İmanovla aralarında olan telefon danışığı zamanı guya özünün onların barələrində aparılan araşdırma ilə maraqlandığını, həmin araşdırmanın onların xeyirlərinə "həll olunması" üçün şəxsiyyəti barədə məlumat vermədiyi "rəis" kimi təqdim etdiyi şəxsə 2.000 manat məbləğində pul vermələri m üqabilində barələrində aparılan araşdırmaya köməklik etdirəcəyini yalandan vəd verib aldadaraq, Mübariz İmanovu həmin məbləğdə pulu verməyə razı salmışdır. X15 maddi imkanı olmadığından həmin məbləğdə pulu verə bilməmiş, material 3-cü təhqiqat bölməsində araşdırıldığı müddətdə Müsahib İmanov və Mübariz İmanovıın əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qanuni qərar qəbul edilmişdir. Bundan başqa, Məhkum göstərilən vəzifədə, kapitan hərbi rütbəsində xidmətdə olarkən, N nömrəli hərbi hissəsinin komandirinin xx xxxxxx 2017-ci il tarixli 376 nömrəli əmri ilə hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərb i hissədən N nömrəli hərbi hissəyə göndərilən gənc əsgər X1 olduğu batareyanın 2-ci taqımının 2-ci manqasının heyət nəfəri vəzifəsinə daimi xidmətə təyin edildiyini bildiyi halda təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə Əkrəm Səfərovun atası, əvvəllər tanıdığı, Ağdam rayonu Mərzili kənd sakini X8 aldadıb pulunu ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, Məhkum xx xxxxxx 2018-ci il tarixdə saat 1516-da xidməti otağında olarkən, Cəlil Səfərov mobil telefonla ona zəng vuraraq oğlunun xidmətə təyin edildiyi bölmə haqqında maraqlanmış, onun punu ələ keçirmək niyyəti ilə yalandan guya ona oğlu Əkrəm Səfərovun komandiri olduğu batareyada xidmətə müvəqqəti olaraq təyin edildiyini, bir neçə gün sonra onun xidmət yerinin hərbi hissənin digər bölmələrinə dəyişdiriləcəyini bildirib, mobil telefonla mesaj yazaraq bu barədə ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra, Məhkum xx xxxxxx 2018-ci il tarixdə, saat 1523-də xidməti otağında olarkən, həmin məsələnin həll edilməsi üçün hər hansı səlahiyyətə və real imkana malik olmadığı halda, mobil telefonla Cəlil Səfərova mesaj yazaraq 1.800 manat məbləğində pul müqabilində oğlu Əkrəm Səfərovu daimi olaraq komandiri olduğu batareyada xidmətə təyin etdirəcəyinə yalandan vəd verib aldadaraq pulunu ələ keçirməyə cəhd etmişdir. Cəlil Səfərov həmin məbləğdə deyil daha az miqdarda pul verməyə razılaşsa da, oğlu Əkrəm Səfərovun həmin batareyada daimi olaraq xidmətə təyin edildiyinə dəqiq əmin olduğu üçün həmin məbləğdə pulu ona verməmişdir. Hökmdən dövlət ittihamçı tərəfindən verilmiş ape llyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim S.B.Hüseynov, hakimlər Ç.B.Məmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cinayət qanununun və Konstitusiya Məhkəməsinin qərarların tələblərinə əməl e dilməmiş, Məhkum əməli tövsif edilərkən işin faktiki halları tam və hərtərəfli öyrənilməmiş və buna görə də yanlış olaraq təqsirləndirilən şəxsin əməli CM-in 32.4,312.2-ci maddəsindən CM-in 32.4,312.1-ci maddəsinə tövsif edilmişdir. Belə ki, qeyd olunan cinayət işi üzrə Məhkum bir halda 2016-cı ilin dekabr ayında M.İmanovu qardaşı ilə birgə barəsində gedən aşardırma materialı üzrə onların xeyrinə qərar qəbul etdirə biləcəyi vədi ilə, digər halda isə 2018-ci ilin yanvar axında S.Səfərovu oğlu Əkrəmin xidmət yerini dəyişdirməmək üçün rüşvət verməyə təhrik etmişdir. Cinayət qanuna görə, təhrikçi hərəkətləri ilə şəxsi cinayət törətməyə sövq etdiyini və başqalarını törətməyə sövq etdiyi əməlin cinayət xarakterini dərk edir, birgə fəaliyyət nəticəsində törədiləcək əməlin ictimai təhlükəli nəticə sini əvvəlcədən görür və bunları arzu edir. Təhrikçinin əməli başqa şəxsdə cinayət törətmək qətiyyəti yaratmağa yönəldilmiş hərəkətlərin edilməsi, bunun nəticəsində həmin şəxsdə cinayət etmək qətiyyətinin yaranması və təhrik olunan şəxsin cinayət törətmək qətiyyətini tam və ya qismən həyata keçirməsi ilə başa çatmış hesab olunur. Hazırkı cinayət işi üzrə Məhkum öz yalan vədləri ilə ilk əvvəl M.İmanovda, bir ildən çox müddət keçdikdən sonra isə S.Səfərovda guya səlahiyyətli vəzifəli şəxsə vermək adı altında rüşvət vermək qətiyyətini yaratmaqla onları “rüşvət vermə” cinayətini törətməyə təhrik etmiş, sonuncular öz maddi imkanlarının az olması səbəbindən o dediyi məbləğdə pulu rüşvət kimi verə bilməmişlər. Buradan belə nəticəyə gəlmək olar ki, hər iki epizod üzrə Məhkum rüşvət vermə cinayətin də təhrikçi kimi çıxış edərək “öz üzərinə düşən vəzifəni" tamamı ilə icra etmişdir. Tədqiq edilmiş sübutlardan aydın görünür ki. Məhkum 2016-cı ilin dekabr ayında və 2018-ci ilin yanvar ayında M.İmanov və S.Səfərov üçün ayrıayrı hərəkətlərin edilməsi məqsədi ilə müxtəlif məbləğlərdə onları rüşvət verməyə təhrik etmişdir. Məhkəmə yekun qərarı qəbul edərkən təhrikçinin əməlinin icraçının əməlinə münasibətdə tövsif edilməsinə istinad etsə də, bir məqamı nəzərindən qaçırmışdır. Belə ki, Məhkum təhrikçi qismində çıxış etdiyi rüşvət vermə cinayətlərinin birində icraçı M.İmanov, digərində isə S.Səfərov olmuşdur. Yəni, Məhkum ayrı-ayrı vaxtlarda ayrı şəxslərlə birgə qrup üzvü kimi çıxış etməklə müstəqil cinayətlər törətmişdir. Protestdə həm də qeyd edilmişdir ki, məhkəmənin Məhkum CM-in 32.4,312.1 -ci maddəsində göstərilən cinayəti təkrar törətməsini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınnasıdır. Belə ki, məhkəmə Məhkum rüşvət verməyə təhrik etmə cinayətini faktiki olaraq təkrar törətmə kimi qiymətləndirsə də, CM-in 312.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmasına baxmayaraq, həmin halı CM-in 61.3-cü maddəsinin tələblərinə (Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəzanı təyin edərkən təkrar nəzərə alına bilməz) zidd şəkildə cəzasını ağırlaşdıran hal kimi qəbul etmişdir. Məhkəmənin həmin mövqeyindən belə aydın olur ki, təqsirləndirilən şəxs 1 şəxsi 1 dəfə rüşvət verməyə təhrik etdikdə CM-in 32.4. 312.1-ci maddəsinin 1 şəxsi 2 dəfə rüşvət verməyə təh rik etdikdə CMin 32.4,312.2-ci maddəsinin tərkibi yaradır, təqsirləndirilən şəxs iki və daha artıq şəxsi rüşvət verməyə təhrik etdikdə isə hər bir halda CM-in 32.4,312.1-ci maddəsi ilə tövsif edilməlidir. Bu isə cinayət qanununun cinayətin təkrarlıq ilə bağlı tələblərlə və CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş hallarla ziddiyyət təşkil edir. Beləliklə, məhkəmənin Məhkum əməlini tövsif edərkən həmin əməlləri cinayətin icraçısının əməlinə nisbətdə nəzərə alması, yəni rüşvət verən şəxslərin əməllərində CM-in 312.2-ci maddəsinin tərkibi olmadıqda, onları bu cinayətə təhrik edən şəxsin, yəni cinayətin iştirakçısının əməllərinin həmin maddədə nəzərdə tutulmuş ağırlaşdırıcı əlamətlərlə tövsif edilməsinin qeyri-mümkünlüyü barədə gəldiyi nə ticə qanuna müvafiq olmamışdır. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, məhkumun isə kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunu bu tələblərinə uyğun olaraq məhkəmə kollegiyası protestin dəlillərini də nəzərə almaqla apellaysiya məhkəməsinin qərarının qanuniliyini yoxlayıb qeyd edir ki, həmin məhkəmə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət etməmiş, həmin məhkəmənin gəldiyi nəticələr sübutlara və işin digər faktiki hallarına uyğun deyildir, bu nəticələri faktiki olaraq əsaslandırmamışdır. Belə ki, cinayət qanununun tələblərinə görə, təhrikçi hərəkətləri ilə şəxsi cinayət t örətməyə sövq etdiyini və başqalarını törətməyə sövq etdiyi əməlin cinayət xarakterini dərk edir, birgə fəaliyyət nəticəsində törədiləcək əməlin ictimai təhlükəli nəticəsini əvvəlcədən görür və bunları arzu edir. Təhrikçinin əməli başqa şəxsdə cinayət törətmək qətiyyəti yaratmağa yönəldilmiş hərəkətlərin edilməsi, bunun nəticəsində həmin şəxsdə cinayət etmək qətiyyətinin yaranması və təhrik olunan şəxsin cinayət törətmək qətiyyətini tam və ya qismən həyata keçirməsi ilə başa çatmış hesab olunur. İş materiallarından göründüyü kimi, Məhkum öz yalan vədləri ilə ilk əvvəl M.İmanovda, bir ildən çox müddət keçdikdən sonra isə S.Səfərovda guya səlahiyyətli vəzifəli şəxsə vermək adı altında rüşvət vermək qətiyyətini yaratmaqla onları “rüşvət vermə” cinayətini törətməyə təhrik etmiş, sonuncular öz maddi imkanlarının az olması səbəbindən o dediyi məbləğdə pulu rüşvət kimi verə bilməmişlər. Bununla da belə nəticəyə gəlmək olar ki, hər iki epizod üzrə Məhkum rüşvət vermə cinayətində təhrikçi kimi çıxış edərək “öz üzərinə düşən vəzifəni" tamamı ilə icra etmişdir. Hüquq nəzəriyyəsinə görə rüşvət vermə cinayəti üzrə təqsirkarın əməli müxtəlif vaxtlarda müxtəlif şəxslər üçün müxtəlif hərəkətlərin edilməsinə, müxtəlif vaxtlarda müxtəlif şəxslərin mənafeyinə eyni hərəkətin edilməsinə, eyni vaxtda müxtəlif şəxslərin mənafeyi üçün ayrı-ayrı hərəkətlərin edilməsinə və müxtəlif vaxtlarda eyni bir şəxsin mənafeyi üçün ayrı-ayrı hərəkətlərin edilməsinə yönəldikdə təkrarlıq yaradır. İş materillarında olan sübutlardan görünür ki, Məhkum 2016-cı ilin dekabr ayında və 2018-ci ilin yanvar ayında M.İman ov və S.Səfərov üçün ayrı-ayrı hərəkətlərin edilməsi məqsədi ilə müxtəlif məbləğlərdə onları rüşvət verməyə təhrik etmişdir Birinci instansiya məhkəməsi isə yekun qərarı qəbul edərkən təhrikçinin əməlinin icraçının əməlinə münasibətdə tövsif edilməsinə istinad etsə də, nəzərindən qaçırmışdır ki, Məhkum təhrikçi qismində çıxış etdiyi rüşvət vermə cinayətlərinin birində icraçı M.İmanov, digərində isə S.Səfərov olmuşdur. Bununla da müəyyən olunur ki, Məhkum ayrı-ayrı vaxtlarda ayrı şəxslərlə birgə qrup üzvü kimi çıxış etməklə müstəqil cinayətlər törətmişdir. Apellyasiya məhkəməsi isə bunlara əhəmiyyət verməmiş, bu məsələlərə və apellyasiya protestinin dəlillərinə münasibət bildirməmiş, həmin dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslan dırmamışdır. Kassasiya protesti həm də qeyd edilmişdir ki, “...ziddiyyətli məqamlarından biri də, məhkəmənin Məhkum CM-in 32.4,312.1-ci maddəsində göstərilən cinayəti təkrar törətməsini həmin məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasıdır. Belə ki, məhkəmə Məhkum rüşvət verməyə təhrik etmə cinayətini faktiki olaraq təkrar törətmə kimi qiymətləndirsə də, CM-in 312.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmasına baxmayaraq, həmin halı CM-in 61.3-cü maddəsinin tələblərinə (Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəzanı təyin edərkən təkrar nəzərə alına bilməz) zidd şəkildə cəzasını ağırlaşdıran hal kimi qəbul etmişdir...”. Kassasiya protestinin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 312.2-ci maddəsinə görə isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəza ilə cəzalandırılır. Apellyasiya məhkəməsi isə təqsirləndirilən şəxs Məhkum Mübariz İmanovu və Cəlil Səfərovu rüşvət verməyə təhrik etməsi əməlləri CM-in 32.4,312.2-ci maddəsindən həmin Məcəllənin 32.4,312.1-ci mad dəsinə tövsif edilməkdə haqlı olduğunu qeyd etmiş, eyni zamanda Məhkum CM-in 32,4,312.1-ci maddəsində göstərilən cinayəti təkrar törətməsini də düzgün olaraq CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alındığını göstərmişdir. Qeyd olunanlar isə cinayət qanununun cinayətin təkrarlıq ilə bağlı tələblərlə və CMnin Xüsusi hissəsinin müvafiq maddələrində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş hallarla ziddiyyət təşkil edir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya protesti isə təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-in 29,178.2.2, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli b ilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti təmin edilsin.
Məhkəmə qərarları › İş №1-1(102)-5/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-5/2021
10.02.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver