Məhkəmə qərarları › İş №1-1(102)-5/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-5/2024

28.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-5/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkəmənin hökmü ilə maraqlarına toxunan şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli qərarından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Həbib Həsənov (sədrlik edən), Elbəy Allahverdiyev və Rafiq Abbasov) 01 oktyabr 2019-cu il tarixli, 1-1(093)-101/2019 nömrəli hökmü ilə xx xxx 1967-ci il tarixdə xxxx şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, barəsində 2 il sınaq müddəti müəyyən edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 22 aprel 2018-ci il tarixdə tutularaq Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-in 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313 və 32.3,318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 192.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 213.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 312-1.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.3, 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə az adlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum edilərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 2 il sınaq müddətinin tətbiq olunmasına dair cəzası üzrə şərti məhkum etmə ləğv edilmiş və CM-in 67-ci maddəsinə əsasən hazırkı hökm üzrə ona təyin edilmiş əsas cəza qismən, əlavə cəza isə tam birləşdirilməklə qəti olaraq Məhkum 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı 22 aprel 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs7 da təqsirli bilinərək məhkum olunmuşlar. Bununla yanaşı hökmlə bir neçə daşınmaz əmlakla və pul vəsaitləri ilə yanaşı həmçinin Məhkum atası X2 04 aprel 2008-ci il tarixədək xüsusi mülkiyyətində olmuş, N əsimi Rayon Məhkəməsinin 19 fevral 2019-cu tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Bakı şəhəri, xxxx rayonu, xxxxx küçəsi, xxxx ünvanında yerləşən 110,3 kv.m. ölçüdə qeyriyaşayış sahəsi CM-in 99-1.3-cü maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum 2000-ci ildən 2018-ci ilədək olan müddət ərzində iqtisadi fəaliyyət sahəsində cinayətlərini həyata keçirmək üçün anası Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10 və 11-ci maddələrinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33 -cü maddəsinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan qeyri-qanuni gəlir əldə edərək vergiləri ödəməkdən yayınmaqla sərvətini artırmaq və cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə qara metallurgiya məmulatlarının tədarükü, satışı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan mənzil tikintisi ilə məşğul olmaqla, yaxın qohumlarının adına özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər yaradıb onların fəaliyyətinə birbaşa tapşırıq və göstərişləri, idarəçiliyi yerinə yetirməsi ilə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əl aqədar özü üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib, həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyətindən ümumilikdə külli miqdar təşkil edən 89.951.717,74 (səksən doqquz milyon doqquz yüz əlli bir min yeddi yüz on yeddi) manat gəlir əldə etmiş, əldə etdiyi gəlirlərdən vergi orqanına təqdim edilən rəsmi sənəd olan bəyannamələr və hesabatların məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə 23.689.691,35 (iyirmi üç milyon altı yüz səksən doqquz min altı yüz doxsan bir) manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış, cinayət yolu ilə əldə etdiyi 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manat məbləği ndə pul vəsaitlərinə qanuni görüntü verilməsi, onların həqiqi mənbəyinin gizlədilməsi, kimə məxsus olmasının, yerdəyişməsinin və üzərlərində sərəncam verilməsinin ört-basdır edilməsi məqsədilə 28.547.538,93 (iyirmi səkkiz milyon beş yüz qırx yeddi min beş yüz otuz səkkiz) manat məbləğində külli miqdarda pul vəsaitlərini Almaniya Federativ Respublikası, İsveçrə Konfederasiyası və Türkiyə Respublikasında fəaliyyət göstərən banklarda özünün və anası Təqsirləndirilən şəxs2 adına açdırdıqları hesablara köçürüb guya birja əməliyyatları nəticəsində əldə edilən gəlirlər görüntüsü yaratmaq üçün müxtəlif səhmlərə sərmayə qoymaqla, həmçinin 7.465.982,72 (yeddi milyon dörd yüz altmış beş min doqquz yüz səksən iki) manat məbləğində külli miqdarda pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, S.Tağızadə, A.Şaiq, Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsində faktiki rəhbərlik etdiyi ”Araz İnc” MMC-nin adından çoxmərtəbəli yaşayış binasının inşasına sərf etməklə cəmi 36.013.521,65 (otuz altı milyon on üç min beş yüz iyirmi bir) manat məbləğində külli miqdarda pul vəsaitlərini leqallaşdırmış, iqtisadi fəaliyyət sahəsində həyata keçirdiyi cinayətlərin davam etdirilməsini asanlaşdırmaq məqsədi ilə barəsində qanunvericiliyə müvafiq qaydada «çıxışı qadağandır» statusu ilə sərhədkeçməyə məhdudiyyət tədbiri tətbiq olunmuş anası Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Dövlət Sərhəd Xidmətinin “Balakən” sərhəd nəzarəti məntəqəsindən qanunsuz keçərək yaşadığı ölkəyə gəlməsini təmin etmək məqsədilə Təqsirləndirilə n şəxs2, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyində” inspektor vəzifəsində işləyən qohumu Təqsirləndirilən şəxs3, Dövlət Sərhəd Xidmətinin “Balakən” sərhəd nəzarət məntəqəsində xx.xx.2015-ci il tarixədək nəzarətçi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, “Balakən” sərhəd nəzarəti məntəqəsinin sabiq işçisi kimi məntəqənin fəaliyyəti, iş rejimi, xidmətin təşkilinə dair məlumatlı şəxs kimi Təqsirləndirilən şəxs4 həqiqi və güman etdiyi təsir imkanlarından istifadə edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 49.505 (qırx doqquz min beş yüz beş) ABŞ dolları məbləğində pul vəsaitini verməklə anasının 12 fevral 2016-cı il tarixdə saat 00.09-da nəzarət-buraxılış məntəqəsindən Gürcüstanın ərazisinə keçidinə icazə verilməsi ilə vəzifəli şəxsin qərarlarına qanunsuz təsir göstərməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçməsini təşkil etmişdir. Belə ki, o, 2000-ci ildən etibarən Bakı şəhərində, eləcə də 24 fevral 2013-cü il tarixdə ölkə ərazisini tərk etdikdən sonra, yaşadığı xarici ölkələrdə qeyri-qanuni gəlir əldə etməklə vergiləri ödəməkdən yayınmaqla sərvətini artırmaq və cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə iqtisadi fəaliyyət sahəsində cinayətlərini həyata keçirmək üçün anası Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 İsimxan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub c inayət əlaqəsinə girərək «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10 və 11-ci maddələrinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan Azərbaycan Respublikası ərazisində qara metallurgiya məmulatlarının tədarükü və alqı-satqısını həyata keçirməklə ümumilikdə 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manata bərabər vahid qəsdlə əldə etdiyi qazancdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4, 97-ci maddələrinə əsasən dövlət büdcəsinə ödəməli olduğu 22.246.423,64 (iyirmi iki milyon iki yüz qırx altı min dörd yüz iyirmi üç) manat məbləğində külli miqdarda gəlir vergisini, bundan başqa ünvan 2 ünvanlarında yerləşən 18 ədəd mənzili cəmi 1.200.000 manata alıb 2006-cı ilin iyul ayında Şahid25 adına bağlanmış alğı-satqı müqavilələri əsasında cəmi 2.418.000 manata bərabər 3.100.000 ABŞ dollarına satmaqla əldə etdiyi 1.218.000 manat həcmində gəlirdən 243.600,0 (iki yüz qırx üç min) manat məbləğində külli miqdarda gəlir vergisini Təqsirləndirilən şəxs2 ilə birlikdə, fəaliyyətlərinə bilavasitə rəhbərlik etdiyi "xxxx" MMC-də 2011-2014-cü illər ərzində mövsümi işçilərin sayı faktiki 11 nəfər olduğu halda cəmi 5 nəfərlə əmək müqaviləsi bağlayıb rəsmi hesabatlarda onların sayını bilərəkdən azaldaraq tamah niyyəti ilə vəzifə saxtakarlığı edərək muzdlu işlə əlaqədar cəmi 1.802,52 (min səkkiz yüz iki) manat məbləğində ödəmə mənbəyindən tutulmalı olan vergini Təqsirləndiril ən şəxs2 ilə birlikdə, "xxxx" ASC üzrə 2011-2018-ci illər ərzində mülkiyyətdə olub Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Alatava ünvanında yerləşən 22.664.000 manat dəyərində əmlak kompleksinə görə ümumiyyətlə vergi ödəməyərək cəmi 1.239.046,16 (bir milyon iki yüz otuz doqquz min qırx altı) manat məbləğində əmlak vergisini, 2.341,8 kvadratmetr qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan gəlir üzrə 34.046,35 (otuz dörd min qırx altı) manat məbləğində əlavə dəyər vergisini ödəməməklə, habelə 3.127,32 (üç min yüz iyirmi yeddi) manat məbləğində mənfəət vergisini artıq ödəməklə, cəmi 1.269.965,19 (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş) məbləğində vergiləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə, həmçinin Bakı-Qazax avtomobil yolunun 15-ci km-də faktiki olaraq anası Təqsirləndirilən şəxs2 ilə birlikdə fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin istifadəsində olan 13,48 hektar torpaq sahəsinin ölçülərini 2011-2017-ci illər ərzində vergi orqanına təqdim edilmiş rəsmi bəyannamələrdə qəsdən azaldaraq 4,3 ha kimi göstərməklə ümumilikdə 171.500 (yüz yetmiş bir min beş yüz) manat məbləğində külli miqdarda əmlak vergisini Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən ödəməkdən boyun qaçıraraq, ümumilikdə vahid qəsdlə 23.689.691,35 (iyirmi üç milyon altı yüz səksən doqquz min altı yüz doxsan bir) manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıraraq, cəmi 88.985.694,58 (səksən səkkiz milyon doqquz yüz səksən beş min altı yüz doxsan dörd) manat məbləğində külli miqdarda gəlir əldə edib qanunsuz sahibkarlıqla məşğu l olmuş, cinayət yolu ilə əldə etdiyi 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manat məbləğində pul vəsaitlərinə qanuni görüntü verilməsi, onların həqiqi mənbəyinin gizlədilməsi, kimə məxsus olmasının, yerdəyişməsinin və üzərilərində sərəncam verilməsinin ört-basdır edilməsi məqsədilə 2014-2015-ci illərdə Almaniya Federativ Respublikası ərazisində yaşayarkən müvafiq dövrün rəsmi məzənnəsi ilə 10.407.994,17 manata bərabər 10.142.832,04 ABŞ dolları məbləğində hissəsini Almaniya Federativ Respublikasının “Deutsche Bank” kommersiya bankında, 980.633,16 manata bərabər 1.257.222 ABŞ dolları məbləğində hissəsini İsveçrə Konfederasiyasının “UBS” kommersiya bankında və 68.437,5 manata bərabər 87.740,39 ABŞ dolları məbləğində hissəsini Türkiyə Respublikasının “Yapı Kredi Bank” bankında özünün adına açdığı bank hesablarına, 13.394.291,82 manata bərabər 17.172.169,0 ABŞ dolları, 196.276,08 manata bərabər 251.636,0 ABŞ dolları və 3.499.906,2 manata bərabər 3.763.340,0 avro hissələrini isə İsveçrə Konfederasiyasının “UBS” kommersiya bankında anası Təqsirləndirilən şəxs2 adına açdırdığı bank hesablarına köçürüb birja əməliyyatları nəticəsində əldə edilən gəlir kimi qanuni görünüş verməklə 28.547.538,93 (iyirmi səkkiz milyon beş yüz qırx yeddi min beş yüz otuz səkkiz) manat, həmçinin Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, S.Tağızadə, A.Şaiq, Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsində faktiki rəhbərlik etdiyi "xxxx" MMC-nin adından çoxmərtəbəli yaşayış binasının inşasına 7.465.982,72 (yeddi milyon dörd yüz altmış beş min doqquz yüz səksən iki) manat sərf etməklə, cəmi 36.013.521,65 (otuz altı milyon on üç min beş yüz iyirmi bir) manat məbləğində külli miqdarda pul vəsaitlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında leqallaşdırmışdır. Eyni zamanda, Məhkum 2009-cu ildən etibarən hüquqi ünvanı ünvan 4rgilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) fəaliyyətinə hüquqi əhəmiyyət kəsb edən, yəni cəmiyyətin üzvləri və başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnən hərəkətləri ilə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi, Cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni şəxsi mənfəət əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan cəmiyyətin adından mənzil tikintisi fəaliyyəti ilə məşğul olmaqla Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, A.Şaiq, S.Tağızadə, L.Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə yerləşən 2,12 hektar torpaq sahəsində kommersiya məqsədləri üçün inşa etdirdiyi 13 (on üç) yaşayış, 2 (iki) qeyri-yaşayış, 1 (bir) texniki və 2 (iki) zirzəmi mərtəbəsindən ibarət olan 1 (bir) bloklu binanın 5.242,30 kvadratmetr yaşayış və 1.067 kvadratmetr qeyri-yaşayış sahəsini xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində satışını həyata keçirib külli miqdar təşkil edən 966.023,16 (doqquz yüz altmış altı min iyirmi üç) manat məbləğində gəlir əldə edərək qanunsuz sahibkarlıqla məşğul olmuş, bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, normal qanuni fəaliyyəti üçün Azərbaycan Respublikası tərəfindən təminat verilən sahibkarlıq subyektləri üzrə qərarlaşmış mövcud idarəetmə sisteminin funksiyasının pozulması ilə müşayiət olunan mühüm zərər vurmuşdur. Bundan başqa o, 2016-cı ilin yanvar-fevral aylarında Almaniya Federativ Respublikasının ərazisində yaşayarkən iqtisadi fəaliyyət sahəsində həyata keçirdiyi cinayətlərin davam etdirilməsini asanlaşdırmaq məqs ədi ilə barəsində qanunvericiliyə müvafiq qaydada «çıxışı qadağandır» statusu ilə sərhədkeçməyə məhdudiyyət tədbiri tətbiq olunmuş anası Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz keçərək yaşadığı ölkəyə gəlməsini təmin etmək məqsədilə Təqsirləndirilən şəxs2, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyində” inspektor vəzifəsində işləyən qohumu Təqsirləndirilən şəxs3, Dövlət Sərhəd Xidmətinin “Balakən” sərhəd nəzarət məntəqəsində xx.xx.2015-ci il tarixədək nəzarətçi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “Balakən” sərhəd nəzarəti məntəqəsinin fəaliyyəti, iş rejimi, xidmətin təşkilinə dair məlumatlı şəxs kimi Təqsirləndirilən şəxs4 həqiqi və güman etdiyi təsir imkanlarından istifadə edərək anasının dövlət sərhədindən qanunsuz keçirilməsinin təşkili üçün bu qanunsuzluğun qarşısını almalı olan aidiyyəti vəzifəli şəxslərin qərarlarına təsir etmək üçün Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 50.000 ABŞ dolları məbləğində pul vəsaitini verəcəyini təklif edib, əlavə olaraq sonuncunun övladının müalicəsinə 14.000 ABŞ dolları yardım göstərəcəyini anası Təqsirləndirilən şəxs2 vasitəsilə vəd edərək razılıq əldə etdikdən sonra, 09 fevral 2016-cı il tarixdə Təqsirləndirilən şəxs2 adına İsveçrə Konfederasiyasının “UBS” kommersiya bankında yerləşməklə özünün idarə etdiyi CH**********54462260L nömrəli hesabdan Azərbaycan Respublikasında fəaliyyət göstərən “Yapı Kredi Bank” qapalı səhmdar cəmiyy ətindəki AZ38KABA******************** nömrəli hesabına 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini köçürməsi, həmin gün Təqsirləndirilən şəxs2 tərəfindən bank xərcləri çıxıldıqdan sonra 49.505 (qırx doqquz min beş yüz beş) ABŞ dolları məbləğində pul vəsaitinin qeyd olunan hesabdan nağdlaşdırılaraq çıxarılıb, 11 fevral 2016-cı il tarixdə Təqsirləndirilən şəxs3 müşayiəti ilə Təqsirləndirilən şəxs4 idarə etdiyi “Mercedes E 280 minik” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Balakən rayonuna gedərkən sonunculara verməsi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 taksi sürücüsü Şahid41 Zumrat oğlunun idarə etdiyi “Mersedes Benz E 220 CDİ minik” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda “Balakən” sərhəd nəzarəti məntəqəsinin ərazisinə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 avtomaşından düşmədən sərhəd nəzarətinə bacısı Şahid37 məxsus C 00651661 nömrəli ümum vətəndaş pasportunu təqdim etməsi, “Balakən” sərhəd nəzarəti məntəqəsində dövlət sərhədinin buraxılış məntəqəsində sərhəd nəzarətini həyata keçirən Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs6 və digərləri tərəfindən isə hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə olunmaqla sərhəd xidməti qaydalarının pozulması nəticəsində İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminin “Qeydlər” pəncərəsinə Təqsirləndirilən şəxs2 guya xəstə olduğu üçün fotoşəklinin çəkilməməsi barədə izahat daxil edilərək, onun fotoşəkili çəkilmədən və aralarındakı yaş fərqi 5 il olmaqla xarici görünüşlərinin kəskin fərqlənməsinə baxmayara q təqdim etdiyi Şahid37 məxsus pasportun “SBN” qurğusu vasitəsilə yoxlanılması və həmin pasportdakı fotoşəkillə sənədi təqdim edən Təqsirləndirilən şəxs2 vizual eyniləşdirilməsi aparılmadan 12 fevral 2016-cı il tarixdə saat 00.09-da nəzarət-buraxılış məntəqəsindən Gürcüstanın ərazisinə keçidinə icazə verilməsi, sərhədi keçdikdən sonra Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs4 ***-***-**-** telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs2 tərəfindən avtomobilə qoyulmuş pul vəsaitinin miqdarı ilə maraqlanması, Təqsirləndirilən şəxs4 isə vəd olunmuş pul vəsaitinin tam olaraq verildiyini bildirməsi, məqsədə çatmaq üçün sonuncunun “Balakən” sərhəd nəzarəti məntəqəsinin vəzifəli şəxsləri ilə telefon əlaqəsi saxlaması və şəxsən görüşməsi ilə və zifəli şəxsin qərarlarına qanunsuz təsir göstərməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçməsini təşkil etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Kamran Əkbərov) 29 yanvar 2020-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi E.S.Vəliyev tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İnqilab Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Tahir Kazımov) 14 oktyab r 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2020-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. 30 iyun 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 110,3 kv metr ölçüdə qeyriyaşayış sahəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi vəkil Nümayəndə Bakı Hərbi Məhkəməsinə birgə vəsatətlə müraciət edərək Zərərçəkmiş şəxs29bun göstərilən əmlak barəsində müstəqil tələblər irəli sürən şəxs qismində işə cəlb edilməsini və eyni zamanda Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmündən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs29 nümayəndəsi ilə birgə həmin hökm dən apelyasiya şikayəti verərək bu hökmün Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 34 ünvanında yerləşən 110,3 kv.m. qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə ləğv edilməsini, həmin əmlakın üzərinə qoyulmuş həbsin isə - götürülməsini xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə vəsatəti təmin edilmiş və həmin məhkəmənin 01 oktyabr 2019-cu il tarixli hökmündən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Həsən Əhmədov) 09 avqust 2022-ci il tarixli, 1-1(103)-16/2022 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 1-1(093)-101/2019 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Vidadi Cəfərov) 31 yanvar 2023- cü il tarixli, 1-1(102)-4/2023 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli, 1-1(103)-16/2022 nömrəli qərarı ləğv edilmiş və cinayət işinə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 34 ünvanında yerləşən 110,3 kv.m qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissə də apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Müstəqil tələb irəli sürən Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi vəkil Nümayəndə birgə verdikləri kassasiya şikayəti təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 25 may 2023-cü il tarixli, 1-1(103)-17/2023 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü ünvan 6 ünvanında yerləşən 110,3 kv metr qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsində dəyişdirilmədən saxlanılmış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən Zərərçəkmiş şəxs29, nümayəndəsi və vəkili Nümayəndə tərəfində n verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Zərərçəkmiş şəxs29 və onun nümayəndəsi Nümayəndə onunla əsaslandırmışlar ki, Məhkum və qeyrilərinin barələrində cinayət işi üzrə Zərərçəkmiş şəxs29 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 110.3 kv.m olan binanın zirzəmisində yerləşən qeyri-y aşayış sahəsi əsassız və qanunsuz olaraq xüsusi müsadirə qaydasında dövlət nəfinə alınmışdır. Belə ki, Zərərçəkmiş şəxs29 nəinki zərərçəkmış şəxs kimi heç şahid kimi də bu cinayət işi üzrə nə ibtidai istintaqda və nə də ki məhkəmə istintaqında işə cəlb edilməmişdir. Mübahisələndirilən cinayət işi üzrə təqsirləndirilən şəxs olan Məhkum ilə Zərərçəkmiş şəxs29 arasında heç bir əlaqə olmamış (nə qohumluq və nə də ki faktiki hər hansı) və müsadirə olunan bu əmlak Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələblərinə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi əvvəla Zərərçəkmiş şəxs29la hazırkı iş üzrə məhkum olunmuş şəxslər, o cümlədən Məhkum və Təqsirləndirilən şəxs2 arasında hansısa əlaqələrinin olması, onların təqsirli bilindikləri cinayətlərin törədilməsində hər hansı şəkildə iştirak edi b-etməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxsin əldə etdiyi və öz mülkiyyəti kimi rəsmiləşdirdiyi əmlakın cinayət yolu ilə əldə olunub-olunmaması barədə bilib-bilməməsi yoxlanılmamış və bu mühüm məsələlərlə bağlı heç bir araşdırma aparmamışdır. İlk olaraq qeyd edilməlidir ki, həmin əmlak hədiyə kimi verilməmişdir. Həmin əmlak 04 aprel 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satılmışdır. İkincisi qeyd olunan əmlakın bazar dəyəri necə müəyyənləşdirilmişdir. Alğı-satqı müqaviləsindən görünür ki, qeyd edilən əmlak 120.785 (yüz iyirmi min yeddi yüz səksən beş) manata alınmışdır. Bu məbləğin formalaşması həmin dövrdə, həmin şərtdə mövcud olan bazar qiyməti ilə formalaşmışdır. Əmlaka hökmlə qoyulan qiymət hansı dövrü əhatə edir bu da aydın deyildir. Üçüncüsü mü sadirə vicdanlı sahibin hüquqlarına xələl gətirməklə aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına verilmiş sorğulara alınmış cavablardan görünür ki, Abbas Abdullayev dövlətdən özəlləşdirdiyi mübahisəli olan əmlakı 2008-ci il tarixdə aldığı qiymətdən 70 dəfə baha Zərərçəkmiş şəxs29 satmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs29 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, alğı-satqı predmeti olan əmlak zirzəmidir. Məhkəmə əmlakın bazar dəyərinin 2008-ci il tarixdə əmlakın Zərərçəkmiş şəxs29 satılarkən qiymətini müəyyənləşdirməmişdir. Bundan başqa məhkəmə bu qərarı qəbul edərkən Az ərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2022-ci il tarixli qərarının tələblərini pozmuşdur. Bundan başqa məhkəmə bu qərarı qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il 15 nömrəli qərarının tələblərini pozmuşdur. Həmin qərarda qeyd olunur ki, CPM-in 248.2-ci maddəsinin “həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur” müddəası CM-in 99-1.3-cü maddəsi ilə yalnız təqsirləndirilən şəxsin və yaxud onun hərəkətlərinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin deyil, həm də digər vicdanlı əldə edən hesab edilməyən şəxslərin də adına rəsmiləşdirilmiş əmlakın müsadirəsinə yol verildiyi nəzərə alınmaqla təfsir edilməlidir. Belə hallarda CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı əldə edən şəxsin vicdanlı alıcı olub-olmaması CPM-in 139, 146-cı maddələrinin mənasına görə sübut etmə predmetinə aid olan mühüm əhəmiyyətli məsələ olduğundan, həmin şəxsin özünün cinayət prosesində dindirilməsi də daxil olmaqla baxılan məsələ kontekstində zəruri olan digər sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Qərardan göründüyü kimi məhkəmə Zərərçəkmiş şəxs29 vicdanlı alıcı olubolmamasını araşdırmaq üçün cəhd belə etməmişdir. Göründüyü kimi, maddi və prosessual hüquq normaları ilə yanaşı Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarında da nəzərdə tutulur ki, cinayət-hüquqi tədbir kimi xüsusi müsadirə tətbiq edilməzdən əvvəl buna əsas ola bilən bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmalı, həmin sübutlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməli, xüsusən müsadirəyə məruz qalası əmlakın əldə edilməsi, özgəninkiləşdirilməsi halları, o cümlədən həmin əmlakın vicdanlı şəkildə əldə edilib-edilməməsi hallan yoxlanılmalı və yalnız bundan sonra qeyd edilən tədbirin tətbiq edilib-edilməsi barədə qanuni və əsaslandırılmış qərar qəbul edilməlidir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq k assasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Zərərçəkmiş şəxs29 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 34 ünvanında yerləşən 110,3 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsaslığını müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. - 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); - 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edil miş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); - 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; - 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bəzən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Belə ki, cinayət törətmiş şəxslər cinayət yolu ilə əl də etdiyi əmlakı gizlətməyin müxtəlif yollarından, o cümlədən əmlakı digər şəxslərin adına rəsmiləşdirməkdən istifadə edirlər. İşə əlavə edilmiş ünvan 6 ünvanında yerləşən 110,3 kv metr qeyri-yaşayış sahəsinin alğı-satqısı müqaviləsindən görünür ki, həmin müqavilə 04 aprel 2008-ci ildə tərəflər - X2 (satıcı) əvəzinə etibarnaməyə əsasən Şahid46 və Zərərçəkmiş şəxs29 (alıcı) arasında bağlanmış, həmin qeyri-yaşayış sahəsi 120.785 manata sonuncuya satılmışdır. Apelyasiya şikayətinə əlavə edilmiş çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 110,3 kv metr qeyri-yaşayış sahəsi 16 dekabr 2008-ci il tarixdə Zərərçəkmiş şəxs29 adına daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınmışdır. İş materiallarından müəyyən olunur ki, əvvəlki mülkiyyətçi X3 təqsirləndirilən şəxs Məhkum atasıdır. Məhkum ve rilmiş ittiham 2000-ci ildən 2018-ci ilədək olan müddəti əhatə etmişdir. Əmlakın satılmasına dair alğısatqı müqaviləsindən görünür ki, həmin müqavilə X2 (satıcı) əvəzinə etibarnaməyə əsasən Şahid46 imza etmişdir. Şahid46 cinayət işinin materiallarında olan ifadələrindən görünür ki, o, cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum anası, eyni zamanda iş üzrə Təqsirləndirilən şəxs2 sürücüsü olmuşdur. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qiymətləndirici mütəxəssislərinin rəyindən görünür ki, təqsirləndirilən şəxs Məhkum məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəyəri 993.000 manat təşkil edir. Göründüyü kimi, ünvan 8 ünvanında yerləşən qeyriyaşayış sahəsinin dəyəri 993.000 manat t əşkil etdiyi halda öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə 120.785 manata Zərərçəkmiş şəxs29 satılmışdır. Beləliklə, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ünvan 8 ünvanında yerləşən 110.3 kv.m qeyri-yaşayış sahəsinin müsadirə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin tələblərinə uyğun olduğundan qanunazidd hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin tələblərinə istinadən əsaslı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin hökmü ünvan 8 ünvanında yerləşən 110,3 kv metr qeyri-yaşayış sahəsinin müsadirə edilməsi hissəsində qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilən hallar ı nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar