Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-5/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Qəmbəır oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-61/2024 sayl ı, 12 mart 2024-cü tarixli hökmü ilə (sədrlik edən hakim X7) Məhkum (xx xxxxxx 2001-ci il tarixdə Yevlax rayonunun Xaldan kəndində anadan olmuş, Yevlax rayonunun Xaldan kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, CM-nin 333.3-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 333.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti ilə cəzası şərti hesab olunması, sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq həvalə olunması, sınaq müddəti ərzində Məhkum davranışına nəzarət etmək yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə olunması, Məhkum barəsində seçilmiş "həbs” qətimkan tədbiri dəyişdirilərək "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə zalından dərhal azadlığa buraxılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 1-1(108)-14/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X8, hakimlər X5 və X1 ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-61/2024 saylı, 12 mart 2024-cü tarixli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Tərtər Hərbi Məhkəməsinin hökmünə görə, Qasımov X6 Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, əsgə r hərbi rütbəsində xidmət edərkən xx.xx.2023-cü il tarixdə xidmət vaxtının bitməsi ilə əlaqədar evə buraxılmış, xx.xx.2023-cü il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə xidmət yerinə gəlməli olduğu halda gəlməyərək, xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gələrək, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, R.Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən xx.xx.2023-cü il tarixdə 08:00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk edərək xx.xx.2023-cü il tarixdə saat 15:30-da 6cı hərbi polis bölməsinin əməkdaşları tərəfindən Yevl ax rayonunun Xaldan kəndi ərazisində saxlanılıb xidmət etdiyi N nömrəli hərbi hissəyə qaytarılaraq, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Bundan əlavə, R.Məhkum həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən xx.xx.2023-cü il tarixdə xidmət vaxtının bitməsi ilə əlaqədar evə buraxılmış, xx.xx.2023-cü il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə xidmət yerinə gəlməli olduğu halda gəlməyərək, xx.xx.2023-cü il tarixdə saat 10:50-də Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestində göstərmişdir ki, Məhkəmə cəza təyin ediərkən Məhkum əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla ilk dəfə az ağır cinayət əməli törətməsini, təqsirini etiraf edib istintaq orqanı ilə əməkdaşlıq etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, atasının İ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin mahiyyətinə, xarakterinə həmin əməlin aktuallığına tənqidi yanaşmamış, onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Lakin konkret halda bu kimi nəticə cinayət qanunvericiliyinin tələblərinə və işin hallarına uyğun deyil. Belə ki, CM-nin 72-ci maddəsinin təhlili belə nəticəyə gəlməy ə əsas verir ki, səmimi peşimançılıq ilk dəfə böyük-ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, vurulmuş zərərin başqa yolla aradan qaldırılması formasında təzahür edə bilər ki, bu kimi hallar da məhkumun hərəkətlərində müşahidə olunmamışdır. Əksinə, istintaq materiallarından görünür ki, Məhkum cinayət törətdikdən sonra nəinki könüllü gəlib təqsirini boynuna almamış və cinayətin üstünün açılmasına fəal kömək etməmiş, əksinə gizlətməyə çalışmış, peşmançılıq hissi keçirməmiş, məsuliyyətdən yaxa qurtarmaq üçün istintaqdan qaçıb gizlənməyə çalışmışdır ki, bu da heç də onun əməlindən səmimi peşman olmasına dəlalət etmir. Belə ki, 03 noyabr 2023-cü il tarixdə Məhkum CM-nin 333.3 və 333.4~cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmədiyindən ona ittiam elan etmək mümkün olmamış, barəsində ittiham elan edilməsi üçün tutulması və axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və cinayət işi üzrə icraat CPM-nin 53,1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 20 dekabr 2023-cü il tarixdə Məhkum Yevlax RPŞ-nin əməkdaşları tərəfindən tutularaq istintaq orqanına təhvil verildiyi üçün 21 dekabr 2023-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ona CM-nin 333.3 və 333.4-cü maddələri ilə ittiham elan edilmiş, barəsində tərtər Hərbi Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Bütün bunlar məhkəmənin Məh kum istintaq orqanı ilə əməkdaşlıq etməsi barədə mövqeyi ilə ziddiyyət təşkil edir və N. Qasımovun üç dəfə hərbi hisməni özbaşına tərk edərək müstəqil cinayət əməli törtməklə cəzanı ağırlaşdıran hal hesab edilən təkrar cinayət əməlləri törətməsi onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirilməlidir və ona görə də məhkəmə tərəfindən Məhkum ona təyin edilmiş belə yüngül cəzadan nəticə çıxaracağı və islah olunacağı heç də inandırıcı görünmür. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, məhkəmənin hansı əsasla məhkuma real cəza təyin edilmədən onun islah oluna biləcəyinə ümid etməsi özü-özlüyündə sual doğuran yanaşmadır və Qanunvericilikdə CM-in 70-ci maddəsinin tətbiqi üçün məhkumun səmimi peşmançılığı, əməlini etiraf etməsi ilə bağlı birbaşa göstəriş yoxdur. Beləliklə məhkəmə belə bir şəxsə şərti cəza təyin etməklə cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 58,3.-cü maddəsində ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri kimi təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsinin ön plana çəkilməsinə dair tələbinə riayət etməmişdir. Həmçinin məhkumun əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi də cəzanı yüngülləşdirən hal kimi sayıla bilməz. Çünki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət məsuliyyətinə (ilk dəfə və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizə üçün əsas ola bilməz. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli qərarının ləğv edilərək Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəanın hökmdən xaric edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məs ələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı protestdə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş h allarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum təqsirli bilindiyi CM-in 333.3 və 333.4-cü maddələri ilə CM-in 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının mübahisələndirilməsi üzrə dəlilləri ilə kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, baxılan işdə M əhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, atasının 1-ci qrup gözdən əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və birinci instansiya məhkəməsi cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələsi üzrə müəyyən etdiklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, o cümlədən ailə vəziyyəti, törətdiyi cinayətə və onun nəticələrinə görə məsuliyyətini dərk etməsi, öz vəziyyətinə tənqidi münasibət bəsləməsi, prosessual vəzifələrini v icdanla yerinə yetirməsi, məhkəmədə davranışı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Ülvi Əliyevin barəsində 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə şəklində CM-in 58-ci maddəsi ilə yanaşı 59, 61, 70-ci maddələrinin tələblərinə cavab verən və CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayət edən ədalətli cinayət-hüquqi xarakterli tətbir tətbiq etmişdir. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmiş, yəni m əhkəmələr tərəfindən CPM-in 139, o cümlədən 139.0.5-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Odur ki, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin Məhkum şərti məhkum etməni tətbiq etməklə (apellyasiya məhkəməsinin bu cinayət-hüquqi xarakterli tədbirlə razılaşmaqla) Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin pozuntularına yol vermələri barədə iddiası əsaslı sayıla bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-5/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-5/2025
27.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver