Məhkəmə qərarları › İş №1-1(102)-50/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-50/2017

04.05.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-50/2017 04.05.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-50/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İnqilab Maşallah oğlu Nəsirov və Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4, 312.1 və 330.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X.İ.Quliyev) xx xxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, hazırda N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant, Məhkum AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin 178.2.3, 32.4, 312.1 və 330.1cimaddələriilənəzərdətutulancinayətəməllərinitörətməkdətəqsirlibilinib, CinayətMəcəlləsinin 178.2.3-cümaddəsiilə 3000 (üçmin) manatmiqdarındacəriməcəzasına, CinayətMəcəlləsinin 32.4, 312.1-cimaddəsiilə 1000 (birmin) manatmiqdarındacəriməcəzasına, CinayətMəcəlləsinin 330.1cimaddəsiiləbarəsindəCM-nin 62-cimaddəsitətbiqedilərək 500 (beşyüz) manatmiqdarındacəriməcəzasınaməhkumedilmiş, AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin 66.3cümaddəsinəəsasəntəyinolunmuşcəzalarıcinayətlərinməcmusuüzrəqisməntoplamaqyoluiləMəhku mqəticəza 3300 (üçminüçyüz) manatmiqdarındacəriməcəzasıtəyinedilmişdir. İ Ş İ N H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, rəisin hərbi xidmət üzrə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına yüngül zərər vurmaqla döymüş, xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət verməyə təhrik etməklə öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, N nömrəli hərbi hissənin komplekləşdirmə bölmə rəisinin köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qulluq mövqeyinə görə səlahiyyətlərinə aid olmayan hərəkəti, yəni, həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X4 xidmət yerini N nömr əli hərbi hissəyə dəyişdirəcəyini yalan vəd verib inandıraraq, sonuncunun anası X2 rüşvət verməyə təhrik etmiş və eyni məqsədlə T.H.İsgəndərovadan 2015-ci ilin may ayının ikinci on günlüyündə, saat 20 radələrində Ağstafa rayonu Qırlı kəndi ərazisində 2500 (iki min beş yüz) manat pul alaraq, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun 11-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən xx xxx 2016-cı il tarixdə saat 22:30-da həmin bölüyün əsgər yataqxanasının arxasında olan tibb məntəqəsinin qarşısında 11-ci bölük komandiri, leytenant X3 ünvanına qeyri-etik ifadə söyləməsi səbəbindən araların da yaranan mübahisə zəmnində rəislərə və böyüklərə hörmət göstərmək, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət edilməsinə dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsinin 6-cı bəndinin tələblərini kobud surətdə pozaraq, leytenant X.S.Əlizadənin sol göz nahiyəsinə bir yumruq zərbəsi vurub ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət yetirməklə, hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisini döymüşdür. Hökmdən dövlət ittihamçısı E.Abbasov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: B.C.Əliyev (sədrlik edən və məruzəçi), R.A.Məhərrəmli və E.A.Bayramovdan ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tar ixli qərarı ilə apellyasiya protestini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov kassasiya protesti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. K A S S A S İ Y A P R O T E S T İ N İ N D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı Qalib Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyil, həmçinin cəza təyin edilərkən CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 'Məhkəmələr tərəfınd ən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının tələbləri pozulmuşdur.Məhkəmə cəza təyin edərəkən Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini və xarakterini düzgün nəzərə almamış, cinayət qanunu normasını düzgün tətbiq etməyərək törətdiyi cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz yüngül cəza təyin etmişdir. Qeyd ədilən işin hallarını və qanun normalarını nəzərə almayan birinci və apellyasiya instansiya məhkəmələri Məhkum yüngül cəza təyin etmək üçün süni hüquqi əsas yaratmaq məqsədilə yuxarıda göstərilənləri əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə almışdır. Belə ki, CM-nin 72.1-ci maddəsinə əsasən şəxsin əməlindən səmimi peşman olmasını bildirməsi həmin maddədə göstərilən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal köməklik etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması ilə müşayət olunmasıdır. Bu isə şəxsin və əməlin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir. Qanunvericilik məhz buna görə həmin halı cəzanı yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkum hərəkətlərində isə belə hal olmadığından məhkəmə onun səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bununla yanaşı, məhkəmə Məhkum əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da haqlı olmamışdır.Belə ki, Məhkum əvvəllər məhkum olunmama sı cəzasını yüngülləşdirən hal kimi qeyd edilərkən nəzərə alınmamışdır ki, ictimai münasibətlər üzrə normal olan hal cinayətin törədilməməsidir, bu səbəbdən adi halda cinayət törədilməsi özü-özlüyündə yüngülləşdirici hal ola bilməz. Daha sonra kassasiya protestində qeyd edilir ki, məhkəmə təyin edilmiş cəzanın onun ailə vəziyyətinə təsirini nəzərə aldığını göstərsədə, konkret olaraq onun ailə vəziyyəti dedikdə nəyi nəzərdə tutduğunu qərarda əsaslandırıb göstərə bilməmişdir. Habelə, iş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, R.Əİiyev xidmət yeri üzrə komandanlıq tərəfındən mənfi səciyyələndirilir, lakin birinci instansiya məhkəməsi onun şəxsiyyətini müsbət mənada səciyyələndirərkən komandanlıq tərəfindən verilmiş həmin xasiyyətnaməni nəzərə almışdır. Apellyasiya instansiy a məhkəməsi isə Məhkum tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş onun barəsində verilmiş fəxri fərmana, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədak Goranboy rayonu Tap Qaraqoyunlu kəndi istiqamətində gedən uğurlu döyüş əməliyyatlarında iştirak etdiyinə görə N saylı hərbi hissənin komandiri tərəfindən təltif edilməsinə istinad etmiş, lakin bu zaman ikinci epizod üzrə cinayət hadisəsini xx xxx 2016-cı il tarixdə, yəni fəxri fərman verilməsinə səbəb olan hallardan sonra törətməsinə, bu onun törətdiyi cinayətdən sonrakı davranışını əks etdirməməsinə, özünün və cinayət əməlinin təhlükəliliyini azaltmamasına əhəmiyyət verməmişdir. Halbuki, qeyd edilən cinayət hadisəsi zamanı Məhkum rəislərə və böyüklərə hörmət göstərmək, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət edil məsinə dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsinin 6cı bəndinin taləblərini kobud surətdə pozaraq bölük komandiri, leytenant X1 göz nahiyəsinə bir yumruq zərbəsi vurub ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə, hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisini döymüşdür. Bundan başqa kassator göstərir ki, məhkəmə yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmaqla yanaşı, bu xarakterli əməllər hərbi hissənin şəxsi heyətinin döyüş və ictimai siyasi hazırlığına, tər biyəsinə, döyüş qabiliyyətinə, hərbi intizamına və mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərir. Gəncə Apellyasiya Məhkəməsi isə işin konkret hallarına əsaslanmadan, cinayət qanununda nəzərdə tutulmamış və hökmdə əsaslandırılmamış halları cəzanı yüngülləşdirən hal kimi qiymətləndirən birinci instansiya məhkəməsinin mövqeyini haqlı qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına b axmayaraq Məhkum və iş üzrə zərər çəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCPM-nin 419.4-cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyası sədrlik edən hakimin iş üzrə məruzəsini dinləyib, kassasiya protestinin dəlillərini araşdırıb, cinayət işinin materiallarını öyrənib, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya protesti təmin edilməyərək hazırkı cinayət işi üzrə GəncəApellyasiyaMəhkəməsininHərbikollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkumtəqsirli bilindiyi cinayət əməllərini törətməsi, rəisin hərbi xidmət üzrə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına yüngül zərər vurmaqla döyməsi, xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət verməyə təhrik etməklə öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etməsi məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni onun özünün etirafedici ifadəsi,zərər çəkmiş şəxs və şahid ifadələri və işdə digər sənədlərlə tam təsdiqini tapmış, onun əməlibirinci instansiya məhkəməsi tərəfindən CM-in 178.2.3, 32.4, 312.1 və 330.1-ci maddələri maddələri ilə düzgün tövsifedilmişdir. Kassasiya protestində də bu məsələ mübahisələndirilməmişdir. Kassasiya protestinin Məhkum təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiq edilməsinin cinayət qanunun tələblərinə uyğun olmaması və onun barəsində olan yüngülləşdirici halların əsassız olması barədə dəlillərini müzakirə e dən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cəza təyin edilməsi məsələsini müzakirə edərək, cəzanı yüngülləşdiriən halları, yəni Məhkum ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməllərini etiraf edib, hərəkətlərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, həmçinin cinayət qanunvericiliyinin tələblərinə görə ona intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilə bilmədiyi səbəbindən onun vəziyyətini ağırlaşdıraraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədini və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğun olmamasını müstəsna hal hesab edərək, Məhkum bar əsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsini tətbiq edib, ona ittiham olunduğu maddələrin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növününcərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hökmdən göründüyü kimi, birinci instansi ya məhkəməsi Məhkum cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməllərini etiraf edib, hərəkətlərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yəni cəzasını yüngülləşdirilən halların məcmusunu cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qəbul edərəkCM-nin 62-cimaddəsinitətbiqetməklə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzadan yüngül cəza təyinetmişdir. Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokurorun hazırkı kassasiya protestinin dəlilləri ilə oxşarlıq təşkil edən apellyasiya protestini təmin etməyən apellyasiya instansiyası isə birinci instansiya məhkəməsininMəhkum barəsində təqsirini etiraf etməklə əməlindən səmimi peşimançılıq çəkməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, gəncliyini cəzanı yüngülləşdirən halların məcmusu qismində müstəsna hal kimi qiymətləndirməsinin və həmin hallara görə onun haqqında Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməsinin səhv olması, CM-nin 62-ci maddəsinintətbiqi zərurətinin hökmdə əsaslandırlmaması barədə dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri əsassız hesab edərək Məhkum təyin olunmuş cərimə cəzasını onun əməlinə və şəxsiyyətinə uyğun cəza hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motiv i, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarından göründüyü kimi Məhkum əməllərində CM- in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur, və o, cinayəti törədəndən sonra təqsirini boynuna almaqla törətdiyi cinayəti səmimi etiraf etmiş, bununla da cinayətin açılmasına, ibtidai istintaq aparılmasına kömək etmiş, zərərçəkmiş şəxslə barışmışdır. Bu hallar isə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.9 və 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum əməlini birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CMnin 178.2.3, 32.4, 312.1 və 330.1-ci maddələrinə tövsif etməkdə haqlı olmuşdur. Belə ki, Məhkum ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərç əkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və Azərbaycan Respublikasının Torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Fəxri Fərmanla tətlif edilməsini cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, düzgün nəticəyə barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4, 312.1 və 330.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunmasını, yəni təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan da islah edilməsi inamına gələrək cərimə cəzasını tətbiq etmişdir. Cinayət Məcəlləsinin cəza təyininə dair yuxarıda qeyd edilən müddəalarının tələbləri baxımından kassasiya instansiyası məhkəməsi də bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi CM-nin 62-cimaddəsini tətbiqetməklə Məhkum cərimə cəzası təyin edərkən onun barəsində olan yüngülləşdirici hallara və bu cür halların məcmusuna düzgün hüquqi qiymət vermişdir. Cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslar olduqda CMninXüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi işə baxan məhkəmənin müstəsna səlahiyyəti olduğundan və hazırkı cinayət işi üzrə CM-nin 62-cimaddəsinin tətbiqini istisna və ya qeyri-mümkün edən hallar olmadığından məhkəmə kollegiyası kassasiya protestinin müvafiq dəlillərini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya protestinin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 32.4, 312.1, 330.1-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən, dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protesti təmin edilmədən saxlansın. Sədrlik edən: İlqar Qılıcov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar